İntellektual-Elektron Kitabxananın təqdimatında



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə15/58
tarix06.05.2017
ölçüsü3,32 Mb.
1   ...   11   12   13   14   15   16   17   18   ...   58

www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

147 


marksizmin  başlıca  müddəaları  haqqında  səthi  təsəvvürə  malik 

idi»  [121,  74].  Ancaq  burada  akademik  F.Q.Köçərli  tərəfindən 

qeyd  edilən  o  fikirlə  razılaşmaq  mümkün  deyil  ki,  Nərimanov 

marksizmin  başlıca  müddəaları  haqqında  səthi  təsəvvürə  malik 

olduğu  üçün,  «sinfi  mübarizənin  elmi  marksist  anlayışı 

səviyyəsinə  qədər  yüksəlməmiş,  sinfi  mübarizənin  antaqonist 

cəmiyyətlərin  əsil  hərəkətverici  qüvvəsi  olduğunu,  proletariatın 

azadlıq  rolunu  və  onun  mübarizəsinin  proletar  diktaturası  ilə 

nəticələnəcəyini  tam  aydınlığı  ilə  dərk  edə  bilməmişdi»  [121, 

74]. Tərsinə, 1917-ci il fevral burjua demokratik inqilabına qədər 

Nərimanov marksizm-leninizm haqqında kifayət təsəvvürə malik 

olduğu üçün ondan uzaq durmuş, bir növ özünün də etiraf etdiyi 

kimi,  kommunizmin  qurulmasına  utopiya  kimi  baxmışdır.    Bu 

baxımdan,  o hesab  etmişdir  ki,  yaxın zamanlarda  yalnız burjua 

demokratik inqilabının gerçəkləşməsi mümkündür və kütləni də 

yalnız  onun  mənəvi-ruhani  həyatındakı  çevrilişə  hazırlamaq 

lazımdır [167, 210]. 

Fikrimizcə, uzun müddət Türk-İslam-Şərq və Rus-Qərb-

Avropa ikiliyi arasında  tərəddüd  edən  Nərimanovun sonuncunu 

seçməsində  1917-ci  il  Rusiya  fevral  burjua  inqilabı  və  sosial-

demokratizmə  bəslədiyi  ümidlər  mühüm  rol  oynamışdır.  Bu 

mənada,  o,  həmin  inqilabın  təsiri  altında  yalnız  sosializm 

quruluşunda  milliyyətindən  və  dinindən  asılı  olmayaraq 

insanların bir-birilə yoldaş olacaqlarını inanmışdır: «Bolşevkilər 

mənim  arzuladığım  dünyanın  qapısını  aça  biləcək  yeganə 

hakimiyyəti  –  xalq  hakimiyyətini  yenidən  yaratmaq  ümidi  ilə 

sinfi mübarizədə qan tökürlər» [167, 190]. 

Məhz o, sosial-demokratizmi seçdiyi üçün, sovet dövrün-

də  vaxtilə  daha  çox  meyil  etdiyi  islamlıq  və  türklüyü  deyil, 

beynəmiləlçiliyi  müdafiə  etmək  zorunda  qalıb.  Eyni  zamanda, 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

148 



148 

Nərimanov  yalnız rus bolşeviklərinə qoşulduqdan, hətta onlarla 

birləşmək  fikrinə  düşdükdən  sonra  birmənalı  şəkildə  türkçülük 

və  islamçılığın  əleyhdarına  çevrilmişdir.  Bu  baxımdan 

Nərimanov  Azərbaycan  türklərinin  Osmanlı  türklərinə 

güvənərək  türkçülüyü  yaymasını  doğru  hesab  etmirdi  [38,  32]. 

Xüsusilə,  Nərimanovun  M.Əzizbəyov,  S.M.Əfəndiyev  kimi 

Azərbaycanın  gələcəyini  Rusiyada  görməsi  və  müstəqil 

Azərbaycana  qarşı  olması  sirr  deyildi.  Rəsulzadənin  təbrincə 

desək,  Nərimanov  üçün  artıq  ümid  yeri,  çıxış  yolu  yalnız 

bolşevik Rusiyası və onun lideri Lenin idi: “O zaman müsəlman  

sosialistlərin  ələmdarı  bulunan  “Hümmət”  firqəsi  başda  doktor 

Nəriman olmaq üzrə Azərbaycan muxtariyyətinin ədəvv-canı idi. 

“Hümmət”ə  görə  biz  milləti  fəlakətə  çəkir  və  mən  qeyri  həqq 

millət  naminə  söz  söyləyirmişik.  Azərbaycan  fikri,  türklük 

iddiaları xalqın deyil, bir sıra burjuapərəst “boşboğazlar”ın imiş. 

Müsəlmanların  mənfəəti  “qırmızı  əmələ  bayrağı”nın  altına 

toplanmaq və “Rusiya demokratiyası”ndan ayrılmamaqda imiş” 

[186b, 10]. 

1917-ci il oktyabr rus inqilabından sonra bolşevizmə bəs-

lədiyi ümidin artmasının nəticəsi idi ki, Nərimanov 1918-ci ilin 

əvvəllərində  «Hümmət»  qəzetində  dərc olunan bir məqaləsində 

üzünü müsəlmanlara tutaraq yazırdı: «Bir ümid yeriniz varsa, o 

da tazə hökumətdir (Şura hökumətidir – F.Ə.) və var qüvvənizlə 

ona kömək etməlisiniz. Sizin hər cəhətdən nicat yolunuz Leninin 

məramnaməsindədir» [169, 7].   

Fikrimizcə,  marksizm-leninizmin  Azərbaycanda  iflasa 

uğradığı  bir  zamanda  N.Nərimanovun  Rusiya  bolşeviklərinin, 

xüsusilə onların rəhbərləri Leninin və Stalinin taktikasına uyğun 

olaraq  «Azərbaycan  bolşevikləri»nin  lideri  kimi  önə  çəkilməsi 

təsadüfi  olmamışdır.  Bu,  Azərbaycanı  yenidən  müstəmləkəsi 


www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

149 


halına  gətirmək  istəyən  rus  imperiyasının  yeni  bir  taktikası  idi. 

Lenin  başda  olmaqla  bolşeviklərin  fikir  dəyişdirməsinə  əsas 

səbəb  daşnak  Şaumyanın  əli  ilə  nəzərdə  tutduqları  Azərbaycan 

türklərinin  soyqırımını  tamamilə  reallaşdıra  bilməmələri 

olmuşdu.  Bu  baxımdan  bolşeviklər  taktika  dəyişdirərək  bu 

dəfə  türk-müsəlman  bolşevik  liderinin  əli  ilə  Azərbaycana 

sahib  çıxmağa  qərar  vermişdilər.  Bu  taktikaya  görə,  xalq 

arasında  müəyyən  qədər  tanınan,  eyni  zamanda  sosial-

demokrat  əqidəsinə  səmimi  şəkildə  tapınan  Nərimanov  milli-

demokratik qüvvələrə və onun bariz təzahürü olan milli höku-

mətə  qarşı  bir  «proletar»  sima  kimi  önə  çıxarılmalı,  həmin 

«müsəlman-türk  sosialist»  simasının  da  razılığı  ilə  Milli 

hökumət  devrilməli  və  son  olaraq  Nərimanovun  «müstəqil 

Sovet Azərbaycanı»nın başçısı olduğunu bəyan etməklə Azər-

baycanın  işğalına  hərtərəfli  haqq  qazandırılmalı  idi.  Maraq-

lıdır  ki,  Stalin Rəsulzadə  ilə  söhbətində  Nərimanovla  onların 

arasında  belə  bir  anlaşmanın  olduğunu  gizlətməmişdir  [245, 

42]. 


Doğrudur,  hazırda  bəzi  tədqiqatçılar  (Ş.Qurbanov, 

F.Əhmədova,  H.Həsənov  və  b.)  hesab  edirlər  ki,  Nərimanov 

Sovet  Rusiyasının  başçıları  ilə  deyil,  onlar  onunla  anlaşıblar 

[80,  11].  Hətta,  bunu  müsbət  faktor  kimi  dəyərləndirən 

H.Həsənov  yazır  ki,  Leninlə  danışıqlarda  Nərimanov 

Azərbaycanın  müstəqilliyi,  Bakının  paytaxt  olması  və  milli 

adət-ənənələrin  nəzərə  alınması  kimi  şərtlər  irəli  sürmüşdür 

[100,  53].  Bu  prizmadan  çıxış  edən  Şamil  Qurbanov  da 

yazırdı  ki,  ona  qarşı  irəli  sürülən  ittihamların  heç  bir  əsası 

yoxdur: «İndi bəzi alimlər və təsadüfi jurnalistlər nahaqq yerə 

onu tənqid atəşinə tuturlar, yeri gəldi-gəlmədi tənqid etmədən 

keçinmirlər»  [138,  14].  Bizcə,  N.Nərimanovla  bağlı  irəli 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

150 



150 

sürülən  bəzi  tənqidi  fikirlər  heç  də  əsassız  deyildir.  Belə  ki, 

Azərbaycan Cümhuriyyətinin timsalında Azərbaycan xalqı bir 

millətin  taleyində  önəmli  rol  oynayan  ideyaları  (istiqlal, 

müstəqil parlament, müstəqil ordu, bayraq və s.) əldə etdikdən 

sonra,  onu  Sovet  Rusiyasının  əli  ilə  yıxıb  yerində  «müstəqil 

Sovet  Azərbaycanı»  qurmağın  da,  bu  mənada  Nərimanovun 

Sovet  Rusiyasının  başçıları  ilə  əslində  tabeçilik  anlaşması 

əsasında,  onların  qarşısında  hansısa  şərtlərlə  çıxış  etməsinin 

də heç bir anlamı yox idi. Burada qazanan yalnız bir tərəf var 

idi:  Sovet  Rusiyası  və  onun  əlaltıları.  Fikrimizcə,  bu 

baxımdan  Nərimanov  Sovet  Rusiyasından  deyil,  Sovet 

Rusiyası Azərbaycan Cümhuriyyətini işğalı planı çərçivəsində 

«Nərimanov  faktoru»ndan  maksimum  faydalanmışdır.  Bunu, 

həmin 

dövrdə 


Moskvada 

yaşayan 


Nərimanovun 

Azərbaycanda 

baş 

verənlərlə 



bağlı 

Lenini 


daima 

məlumatlandırması,  «Qafqazın  işğalına  baxış»  məruzəsi  və 

xüsusilə,  Azərbaycanın  baş  naziri  N.Yusifbəyliyə  yazdığı 

məktubundan açıq şəkildə görmək mümkündür.  

Nərimanov sonralar özü də etiraf edirdi ki, Moskvada 

olduğu  dövrdə  «Azərbaycanda  hakimiyyətin  bolşeviklərin 

əlinə keçməsi üçün (əslində müstəqil bir dövləti - Azərbaycan 

Cümhuriyyətini  işğal  etmək  üçün)  hazırlıq  işi    görülmüş» 

[169,  13],  o,  isə  bu  planın  həyata  keçirilməsi  üçün  Leninə 

xidmət 


etmişdir. 

Nərimanov 

Yusifbəyliyə 

yazdığı 


məktubunda  bolşeviklərlə  bir  yerdə  olmasını  siyasi-ideoloji 

baxışlarındakı  fərqlərlə  izah  etməyə  çalışmışdır:  «Siz 

pantürkizm  və  panislamizm  ideyalarını  yayarkən,  mən  bir 

kommunist  kimi  sizin  qəti  əleyhinizə  çıxmışdım,  lakin  sizin 

Türkiyə  qanadı  altına  girmək  cəhdinizə,  bir  psixoloq  kimi, 

lütfkaranə  baxırdım.  Türkiyə  «zəfərlə»  gəlib  rüsvayçılıqla 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

151 


getdi»  [167,  216].  Çox  keçmədi  ki,  Nərimanovu  qanadının 

altına  alan  Sovet  Rusiyası  da  Azərbaycana  «zəfərlə»  gəldi, 

ancaq şimal ölkəsi Türkiyədən fərqli olaraq ləyaqətlə getmədi, 

sözün  həqiqi  mənasında  bü  ölkəni  70  il  müstəmləkəsi  kimi 

idarə etdi. Bunu, yalnız 27 aprel işğalınının üstündən bir qədər 

keçdikdən  sonra  dərk  edəcək  Nərimanov  hələ,  buna  qədər 

müstəqil Azərbaycanın baş nazirinə yazırdı ki, «qızıl əsgərləri 

xarüqələr yaradan bütöv bir dövlətin (yəni Rusiyanın – F.Ə.) 

həyatı ilə oynamaq olmaz, amma siz cinayətkarcasına bu cür 

oynadınız…»  [167,  218].  Halbuki  çox  keçmədi  ki,  Sovet 

Rusiyası  «Nərimanov  faktoru»ndan  da  istifadə  edərək, 

Azərbaycanı müstəmləkə halına gətirdi.  



Göründüyü  kimi,  Azərbaycan  milli  ideologiyası 

formalaşıb  onun  məhsulu  olan  azərbaycançılıq  yaranana 

qədər,  Azərbaycan  türklərinin  milli  ideya  yönündəki 

axtarışları  çoxistiqamətli  olmuşdur:  islamçılıq,  türkçülük, 

müasirlik,  marksizm,  liberal-demokratizm  və  b.  Hər  halda, 

milli 


ideyaların 

rüşeymlərini 

irəli 

sürmüş 


ilk 

nümayəndələrindən 

(A.A.Bakıxanov, 

M.F.Axundzadə, 

H.Zərdabi  və  b.)  tutmuş  ardıcıllarınadək  (Ə.Ağaoğlu, 

Ə.Hüseynzadə,  Ə.Topçubaşı,  N.Yüsifbəyli,  M.Ə.Rəsulzadə 

və  b.)  hər  biri  türkçülük,  islamçılıq  və  müasirlik  ideya 

xətlərinə, az-çox dərəcədə maraq  göstərmişlər.  Millət,  din  və 

müasirlik anlayışları arasından A.A.Bakıxanov üstünlüyü dini 

birliyə-İslama,  M.F.Axundzadə  müasirləşməyə-Qərbçiliyə, 

H.Zərdabi  nisbətən  milli  birliyə-Türkçülüyə  verdiyi  halda, 

Ə.Ağaoğlu «ikili» (İslam-Türk birliyi), Ə.Hüseynzadə «üçlü» 

(islamlaşmaq,  türkləşmək  və  avropalaşmaq),  M.Ə.Rəsulzadə 

isə  «üçlü»+azərbaycançılıq  məfkurəsindən  çıxış  etmişdir.  Bu 

mənada, Azərbaycanda bu iki xəttin vəhdətindən çıxış edərək 


www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

152 



152 

yeni  bir    məfkurədən  çıxış  edən  əsas  siyasi  qüvvə  milli 

demokratlar olmuşdur. Həmin dövrün özündə M.Ə.Rəsulzadə 

«millətçi  demokratlar»ın  digər  cərəyanlardan,  xüsusilə 

«sosialistlər»dən  fərqini  belə  izah  etmişdi:  ««Sosialistlər»lə 

bizim  fərqimiz  bundadır  ki,  onlar  beynəlmiləlçidirlər,  biz  isə 

demokratik millətçi. Millətçi  demokratlığın  nə qədər camaata 

faydalı,  zamanın  tələbinə  müvafiq  olduğunu  Qafqaz 

təcrübəsilə  göstərərək,  isbat  edərək  göstərə  bilərəm  ki, 

məsələn,  gürcü  sosial-demokratiyası  camaata  nicat  vermək 

üçün nasional-demokratlıq üsulundan başqa bir çarə tapmadı» 

[34, 260]. 

Beləliklə,  20-ci  əsrin  əvvəllərində  Milli  məfkurənin 

formalaşması  istiqamətində  irəli  sürülən  ideyaları  və  onların 

tanınmış  nümayəndələrinin  mülahizələrini  ümumiləşdirərək 

hesab  edirik  ki,  bu  üç  böyük  şəxsiyyətin  –  Ə.Ağaoğlu, 

Ə.Hüseynzadə  və  Ə.Topçubaşının  timsalında  və  onların  irəli 

sürdükləri  ideyalar  ümumi,  hətta  bəzən  qeyri-müəyyən 

mahiyyət  daşısa  da  milli  ideyanın  müəyyənləşməsi 

baxımından  mühüm  əhəmiyyət  kəsb  etmişdir.  Belə  ki, 

Ə.Ağaoğlu  «islam  millətçiliyi»  adı  altında  bütün  müsəlman 

xalqlarının  ən  azı  mənəvi-ideoloji  birliyinə,  Ə.Hüseynzadə 

islam-türk birliyinin vəhdəti şəklində «osmanlı türkçülüyü»nə, 

Ə.Topçubaşı  isə  eyni  ideyalarla,  ancaq  daha  çox  liberal-

demokratik  dəyərlərlə  bütün  Rusiya  müsəlmanlarının-

türklərinin,  o  cümlədən  müəyyən  qədər  də  Azərbaycan 

türklərinin  birliyinə  çalışmaqla  Azərbaycan  türkçülüyü 

ideyasının  –  azərbayançılığın  yaranmasında  mühüm  rol 

oynamışlar. 

Ə.Cəfəroğlu  da  qeyd  edir  ki,  1-ci  rus  inqilabı  (1905) 

Azərbaycan türklərinin milli özünüdərk prosesində mühüm rol 


www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

153 


oynamış  və  millətin  həyatında  əsas  mərhələyə  daxil 

olunmuşdur.  Milli  oyanışın  inkişafında  isə  milli  mətbuatın 

aparıcı  qüvvəsi  olan  «Həyat»,  «İrşad»  və  «Füyuzat»  kimi 

qəzet-jurnallarda  milli,  islami  və  bəşəri  yazılarla  çıxış  edən 

Ə.Ağaoğlu  və  Ə.Hüseynzadə  olmuşdur  [87

a



XIII]. 

Ə.Cəfəroğlunun  fikrinə  görə,  onlar  mətbuatda  milli  fikirin 

inkişafına xidmət etməklə yanaşı, işini ehtiyatlı tutaraq tədrici 

təkamül  yolu  ilə  getməyə  daha  çox  üstünlük  vermişlər.  Belə 

ki,  milli  ideya  onlar  tərəfindən  mətbuatda  müəyyən  üsul  və 

sistemə  tabe  tutulmadan  daha  çox  rəmz  və  işarələrlə  ifadə 

olunmuşdur:  «Bu  iki  azəri-türk  ziyalısı  dövrün  münəvvər  və 

milliyyətpəvər zümrəsinin fikirlərini öz mətbuatları vasitəsilə 

yayarkən,  cəhalət  və  təəssübkeşliyin  milli  inkişaf  və  istiqlal 

ideyası  önündə  böyük  maneə  olacağını  açıq  şəkildə 

görürdülər. Onlar milli varlığın təsdiqi yolundakı mübarizədə 

yeni  bir  cığır  açdılar  və  milli  mədəniyyət  üçün  yorulmadan 

çalışdılar»  [63,  235].    Ə.Cəfəroğlu  daha  sonra  qeyd  edir  ki, 

ümumilikdə  1-ci  rus  inqilabı  Azərbaycanın  həm  mədəni 

tərəqqisi  və  milli  ədəbiyyatının  inkişafı,  həm  də  milli 

məfkurənin  formalaşması  baxımından  böyük  bir  mərhələnin 

başlanğıcı  olmuşdur:  «Bu  tarixdən  etibarən  nisbətən  daha 

geniş nəfəs almaq imkanı qazanan Azərbaycan türkləri siyasi 

və  məfkurəvi  təşkilatlanma  istiqamətində  olduğu  kimi,  milli 

ədəbiyyat,  teatr,  musiqi,  mətbuat  və  maarif  sahələrində  də 

böyük addımlar atmaq imkanı əldə etmişdilər» [63, 149].  

Milli  ideologiyanın  formalaşması  məsələsinə  kompleks 

şəkildə  yanaşaraq  hesab  edirik  ki,  1900-1910-cu  ilərdə 

Ə.Ağaoğlu  («islam  millətçiliyi»),  Ə.Hüseynzadə  («osmanlı 

türkçülüyü»),  Ə.Topçubaşı  (Rusiya  türklərinin  milli-mədəni 

birliyi)  və  M.Ə.Rəsulzadə  (milli  inqilabçılıq)  kimi  milli 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

154 



154 

ideoloqların  siyasi-ideoloji  və  milli-fəlsəfi  fikirlərinədki 

oxşarlıqlarla  yanaşı,  ziddiyyətlərin  də  tədqiq  olunmasına 

zərurət  var.  Ümumilikdə,  bu  milli  ideoloqların  Azərbaycan 

türk  millətinin  taleyi  ilə  bağlı  irəli  sürdükləri  ideyalar  bəzi 

ziddiyyətləri 

nəzərə 

almasaq, 



milli 

ideologiyanın 

formalaşması  nəzər  nöqtəsindən  müsbət  rol  oynamışdır. 

Ə.Hüseynzadənin  təbrincə  desək,  eyni  ideya  uğrunda 

mübarizə  aparan  insanlar  arasındakı  fikir  ixtilafları, 

ziddiyyətlərin  olması  milli  birliyin  pozulmasına  dəlalət  edə 

bilməz.  Əksinə  fikir  ixtilafları  nəticəsində  həqiqət  meydana 

çıxar və millət də əsil həqiqətin arxasınca gedər [28, 83]. 

Məsələyə bu prizmadan yanaşsaq görərik ki, 1900-1910-

cu  illərdə  Ə.Ağaoğlu  və  Ə.Hüseynzadə  Azərbaycan 

türklərinin  milli  ideyasını  bir-birinə  təxminən  yaxın  olan 

müasir ruhlu islamçılıqda və türkçülükdə, başqa sözlə ümumi 

və  mücərrəd  xarakterli  türk-islam  dünyasının  birliyində 

gördükləri  halda,  milli  inqilabçılar  (M.Ə.Rəsulzadə, 

A.Kazımzadə 

və 


b.) 

və 


milli 

liberal-demokratlar 

(Ə.Topçubaşı)  daha  çox  çar  Rusiyası  daxilində  baş  verən 

inqilabi, liberal-demokratik dəyişikliklərə ümid edərək Rusiya 

türklərinin,  o  cümlədən,  konkret  olaraq  şimali  Azərbaycan 

türklərinin  bundan  müəyyən  mənfəətlər  əldə  etməsinə 

çalışmışlar.  Bizə  elə  gəlir  ki,  çarizmə  münasibətdə  loyal 

mövqe  tutmalarına  baxmayaraq,  çar  Rusiyasının  marksisitlər 

və  liberallarla  müqayisədə  islamçılar  və  türkçülərlə  amansız 

davranışının kökünü də məhz bu məsələdə, yəni onların türk-

islam  birliyinə  çalışmalarında  axtarmaq  lazımdır.  Hər  halda 

milli  inqilabçılar  və  milli  liberallar  quruluşu  dəyişməyə 

çalışsalar  da,  ilk  dövrlərdə,  son  nəticə  olaraq  Rusiyanın 

bütövlüyü  (Sovet  Rusiyası,  Rusiya  Federasiyası  və  s.  kimi) 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

155 


ideyasından  çıxış  edirdilər.  Halbuki,  həmin  dövrdə  türkçülər 

və  islamçılar  milli  inqilabçılar  və  milli  ilberallardan  fərqli 

olaraq, Rusiya türklərinin, o cümlədən Azərbaycan türklərinin 

gələcəyini türk-islam dünyasının birliyində, xüsusilə Osmanlı 

Türkiyəsində  görür,  bəzən  də  Azərbaycanın  yalnız  mədəni 

deyil,  siyasi  baxımıdan  da  bu  türk-müsəlman  dövləti  ilə 

birləşməsinə işarə edirdilər.  

Bu  baxımdan  1900-1910-cu  illərdə  Azərbaycan  milli 

ideyasının  hansı  istiqamətdə  yarana  biləcəyi  ilə  bağlı  iki 

başlıca baxışın olması danılmazdır:  

1.  Tərəqqipərvər,  yəni  mütərəqqi  ruhlu  islamçılar  və 

türkçülər Azərbaycan  türklərinin nicatını  və  gələcəyini başda 

Osmanlı  Türkiyəsi  olmaqla  minimum  mənəvi-ideoloji 

xarakterli  «İslam  birliyi»,  yaxud  da  «Türk  birliyi»ndə 

görmüşlər.  Bu  baxımdan  onlar  Azərbaycan  türklərində 

milliyyət  (türkçülük-türk  birliyi)  və  dini  birlik  (islamçılıq-

islam  birliyi)  hisslərini  oyatmağa  çalışmışlar.  Onlar  hesab 

etmişlər  ki,  islam-türk  dünyası,  xüsusilə  Osmanlı  dövləti 

yeniləşərsə,  güclənərsə  bundan  Rusiya  türkləri,  o  cümlədən 

Azərbaycan  türkləri  də  qazanmış  olacaqlar.  Başqa  sözlə, 

Azərbaycan 

türklərinin 

gələcəkləri 

Rusiya 


liberal-

demokratlarının,  sosial-demokratlarının  proqramları  ilə  deyil, 

türk-islam  dünyasında,  xüsusilə  Osmanlıda  baş  verən  milli 

ruhlu hərəkatlarla bağlıdır; 

2.  Milli  inqilabçılar,  marksist-leninçilər,  o  cümlədən 

onlara  meyil  edən  «mollanəsrəddinçilər»  isə  Azərbaycan 

türklərinin  nicatını  və  gələcəyini  daha  çox  Rusiya  daxilində 

mövcud  olan  liberal-demokratik,  yaxud  da  sosial-demokratik 

cərəyanlarda  görmüşlər.  Siyasi  quruluş,  siyasi  idarəetmə  və 

başqa  məsələlərdə  fikir  ayrılıqlarını  nəzərə  almasaq,  onlar 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

156 



156 

ümumilikdə hesab etmişlər ki, Azərbaycan türkləri türk-islam 

dünyasında,  o  cümlədən  Osmanlıda  baş  qaldıran  milli-

demokratik  hərəkatlarda  deyil,  Rusiyada  baş  verən  burjua-

demokratik,  sosializm  hərəkatlarında  fəal  şəkildə  iştirak 

etməklə,  gələcəkdə  bundan  müəyyən  pay  (mədəni 

muxtariyyət, milli-məhəlli muxtariyyət və s.) əldə edə bilərlər.  

Bu günün prizmasından, o dövrdə milli ideya uğrunda 

gedən mübarizəyə baxdıqda, ilk baxışda Azərbaycan xalqının 

nicatını  müsəlman-türk  dünyasında,  o  cümlədən  Osmanlıda 

baş  qaldıran  milli  ruhlu  hərəkatda  görən  islamçılarla 

türkçülərin  deyil,  Rusiya  daxilində  baş  verən  burjua-demo-

kratik,  yaxud  da  inqilabi  hərəkatlarda  axtaran  liberal-

demokratlarla  ruspərəst    bolşeviklərin  haqlı  olduğu  görünə 

bilər.  Bu  iddianı  haqlı  sayanlar  buna  ən  bariz  nümunə  kimi 

«osmanlıçı»ların osmanlı ədəbi  dili,  osmanlı  ədəbiyyatı və s. 

ideyalarına qarşı milli inqilabçıların, o cümlədən onlara meyil 

edən  bəzi  «mollanəsrəddin»çilərin  Azərbycan  türk  ədəbi 

dilini, Azərbaycan türk ədəbiyyatını təbliğ etməsini göstərilər. 

Ancaq məsələyə daha diqqətlə yanaşdıqda görərik ki, əslində 

1900-1910-cu  illərdə  milli  özünüdərk,  milli  azadlıq  hərəkatı, 

bir sözlə milli ideyanın və onun nəticəsi olaraq milli istiqlalın 

yaranması yolunda türk-islam mədəniyyəti və ideologiyasının 

daşıyıcıları  katalizator  rolunu  oynamış,  ancaq  bu  yolda  digər 

xəttin nümayəndələrinin bəzi xidmətləri olmuşdur. 

Belə  ki,  türkçülər  və  islamçılar  milli-dini  özünə-

məxsusluğa daha çox diqqət yetirərək, Azərbaycan türklərinin 

siyasi  millət  kimi  formalaşmasına,  milli  kimliyini  və 

mədəniyyətini  dərk  etməsinə  çalışdıqları  halda,  marksist-

leninçilər  beynəlmiləlçilik  adı  altında,  əksər  hallarda  sinfi 

mübarizənin  içərisində  əritməyə  cəhd  göstərmişlər.  Məhz 

1   ...   11   12   13   14   15   16   17   18   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə