İntellektual-Elektron Kitabxananın təqdimatında



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə16/58
tarix06.05.2017
ölçüsü3,32 Mb.
1   ...   12   13   14   15   16   17   18   19   ...   58

www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

157 


marksizmin  milli  konkretlikdən  çox  uzaq  olmasının  nəticəsi 

idi  ki,  sonralar  (1910-1920-ci  illərdə)  milli  sosial-

demokrtaların (M.Ə.Rəsulzadə, A.Kazımzadə və b.) xeyli bir 

qismi  həmin  ideyalardan  üz  döndərərək  Azərbaycan 

türkçülüyü ideyasının əsasını qoydular.  

Hər  halda,  türkçülərdən  Ə.Hüseynzadə  «Osmanlı 

türkçülüyü»nü (yəni ortaq türk ədəbi dilini, türk ədəbiyyatını, 

Osmanlı  Türkiyəsinin  timsalında  türk  birliyini  və  s.)  təbliğ 

etməsinə baxmayaraq,  yeri gələndə Azərbaycan türkcəsini də 

öymüş, Azərbaycan türklərinin türk dünyasında özünəməxsus 

yer tutmasını bəyan etmişdir. Ə.Topçubaşı isə çar Rusiyasının 

əsarəti  altında  olan  türklərin,  o  cümlədən  Azərbaycan 

türklərinin milli-mədəni muxtariyyət, hüquq və azadlıqlar əldə 

etməsinə  səy  göstərmişdir.  Şübhəsiz,  bütün  bunlar  milli  və 

müstəqil  Azərbaycan  ideyasına  doğru  gedən  yolda  ilk 

addımlar  idi.  Məhz  1900-1910-cu  illərdə  atılan  kövrək 

addımların  nəticəsi  idi  ki,  1910-1920-ci  illərdə,  sözün  həqiqi 

mənasında,  Azərbaycanın  milli  istiqlalını  hədəfləyən 

Azərbaycan  türkçülüyü  ideyası  –  azərbaycançılıq  yarandı. 

M.Ə.Rəsulzadənin təbrincə desək, ictimai ideologiyanın bütün 

sisteminin  öncə  dini  islamçılıq  sistemindən  ümumi 

türkçülüyə-turançılığa,  daha  sonra  türkçülükdən  milli 

türkçülüyə keçidi başlandı [179, 51]. 

 

1.3.



 

Azərbaycan milli ideyasının – azərbaycançı-

lığın yaranması  

 

Azərbaycan  türkçülüyü  ideyasının,  indiki  anlamda 



azərbaycançılığın  yaranmasında  1910-cu  illərdə  dünyada  və 

Qafqazda baş verən mühüm hadisələr (Balkan müharibəsi, 1-



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

158 



158 

ci Dünya müharibəsi, 2-ci Rusiya burjua inqilabı və s.) və bir 

sıra  digər  amillər  (milli  özünüdərk,  inqilabi  ideyaların 

güclənməsi,  çar  Rusiyasının  əsarəti  altında  olan  müxtəlif 

xalqların azadlıq hərəkatı və s.) mühüm rol oynadı. Məhz bu 

tarixi  olayların  və  milli  azadlıq  hərəkatlarının  təsiri  altında 

Azərbaycandakı  milli  ruhlu  islamçılar-türkçülər,  liberallar, 

inqilabçılar vahid əqidə ətrafında birləşərək milli və müstəqil 

taktika  yürütməyə  başladılar.  Bu  dövrdəki  hadisələrin  gedişi 

isə  ideya  baxımdan  milli  liberalların  və  türkçülərin,  taktika 

baxımından  isə  milli  inqilabçıların  düzgün  yol  tutduğunu 

təsdiq  etmişdi.  M.B.Məmmədzadə  yazırdı:  ««İttiifaqçılar»ın 

liberal millətçilik taktikası məğlubiyyətə uğramışdı. Hadisələr 

inqilabçı  millətçilərə  haqq  verirdi.  Türklər  milli  haqlarını, 

milli  varlıqlarını  savaşda  qazana  biləcəklərdi.  İnqilabi 

taktikanı  seçən  millətçilər  ideoloji  baxımdan  ittifaqçıların 

milli  məsələdəki  ideologiyasından  fərqli  bir  ideologiya 

izləmirdilər. Onlar inanırdılar ki, çarizm yıxılmadıqca, türklər 

digər əsir millətlərlə birlikdə siyasi haqq və hürriyyətə malik 

olmadıqca bu proqramın tətbiqi qeyri-mümkündür» [154, 36].  

M.Ə.Rəsulzadə də bu məsələ ilə bağlı qeyd  edirdi  ki, 

əvvəllər  türk  ziyalıları  rus  inqilabçıları  və  rus  liberalistləri 

arasında  gedən  mübarizədə  dolayısıyla  iştirak  etsələr  də, 

sonralar  milli  ideyasını  irəli  sürdülər:  «1910-cu  ilə  kimi  rus 

liberalizmi ilə rus sosializmi arasında seçim qovğası ilə keçən 

siyasi  yaşam  bu  çağdan  etibarən  Qafqaz  türklərində  yeni  bir 

səhifəyə  girir,  üçüncü  müstəqil  bir  siyasi  düşüncə  axını  ilə 

yeni qurum  çalışmaları  başlayır, bu da milli  demokratizm  və 

milli  devrim  ideologiyasıdır.  …Bu  ideologiya  birinci  olaraq 

Qafqaz  türklərinin  siyasi  gələcəyini  Rusiyadan  ayrı 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

159 


düşünmüşdür. Bu ün (şərəf – F.Ə.) isə türkçülüyündür» [189, 

55].  


Qeyd edək ki, milli ruhlu ziyalıların 1911-ci ildə milli-

ideoloji  partiyalarını  («Müsavat»ı)  yaratmaları  və  etnik 

türkçülüyü  –  azərbaycançılığı  bir  doktrina  halına  gətirmələri 

milli-demokratik  məfkurənin  formalaşmasında  həlledici  rol 

oynamışdı.  Onu  da  qeyd  etməliyik  ki,  «Müsavat»  ilk 

dövrlərdə  (1911-1913),  zamanın  hakim  zehniyyəti,  yəni 

«islam  millətçiliyi»  şüarı  altında  fəaliyyət  göstərmiş  və  ilk 

proqramında  da  İslam  və  sosial  bərbarəlik  ruhu  əsas  yer 

tutmuşdur  [226,  29].  Ancaq  M.B.Məmmədzadənin  də  qeyd 

etdiyi  kimi,  «Müsavat»  «islam  millətçiliyi»  ideologiyasına 

qapanıb  qalmamış,  «Azərbaycan  cəmiyyəti  ilə  birgə  dinamik 

təkamül  yolu  keçmiş  və  Azərbaycan  cəmiyyətinin  milli 

şüurunu  tənzim  və  idarə  etməklə  onu  özü  ilə  birlikdə 

millətçiliyə,  türk  millətçiliyinə  və  Azərbaycan  istiqlalçılığına 

qovuşdurmuşdur»  [154,  42].  «Müsavat»ın  yalnız  islamçı 

deyil, həm də türkçü, yenilikçi və istiqlalçı bir partiya olması 

M.Ə.Rəsulzadənin 1913-cü ildə İstanbuldan Bakıya dönüşün-

dən sonra baş vermişdi. 

1910-cu  illərdə  millətə  verilən  yeni  tərifdə  etnik 

mənsubiyyət,  dil  və  mədəniyyətə  üstünlük  verilməsi  İslam 

ümmətçiliyindən  etnik-milli  türkçülüyə  keçiddə  mühüm  rol 

oynamışdı.  Bu  yöndə  Ə.Hüseynzadənin  «Füyuzat»ından 

sonra,  «Türk  Yurdu»nda  Y.Akçuraoğlu  və  Z.Gökalpın  

milliyyətçi və türkçülük baxışları Azərbaycan türk aydınlarına 

mühüm təsir göstərmişdi. 1912-1913-cü illərdə «Türk yurdu» 

jurnalında  dərc  etdirdiyi  «Türkləşmək,  islamlaşmaq  və 

müasirləşmək» başlıqlı silsilə məqalələrində Z.Gökalp yazırdı 

ki,  Türkiyədə  üç  fikir  cərəyanı  var:  müasirləşmək, 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

160 



160 

islamlaşmaq  və  türkləşmək:  «Türkləşmək  və  islamlaşmaq 

ülküləri  arasında  bir  çatışma  olmadığı  kimi,  bunlarla 

çağdaşlaşmaq ehtiyacı arasında da çatışma mövcud deyildir… 

Sonucda,  hər  birinin  təsir  çərçivələrini  bəlirləyərək  bu  üç 

amacın  üçünü  də  qəbul  etməliyiz;  yaxud,  daha  doğrusu, 

bunların bir ehtiyacın üç müxtəlif nöqtədən görülmüş çevrələr 

olduğunu  anlayaraq  «çağdaş  bir  İslam  Türklüyü» 

yaratmalıyız» [239, 19-20]. Türkiyə tədqiqatçısı A.Gökdəmir 

hesab edir ki, Gökalpın bu üç kəlməsi türk sosial fəlsəfəsinin 

ən  geniş  çevrəsini  vermişdir:  «Türk  və  müsəlman  oluş,  tarix 

içində təkəvvün edən milli realitəmizdir: yəni bir həyat içində 

şəkillənməsinə,  qalxınmasına,  güclənməsinə,  yücəltilməsinə 

çalışılan  topluluq  Türk  millətidir  və  bu  millət  müsəlmandır. 

Qərb  mədəniyyəti  isə,  yeryüzündə  heç  bir  topluluğun  ilgisiz 

və dışında qalmayacağı bir böyük dünya gerçəkliyidir» [249, 

218]. 

Şübhəsiz,  Azərbaycan  türkçülüyü  ideyasının  – 



azərbaycançılığın  yaranmasında  və  inkişafında  da  əsas 

təkanverici,  katalizator  rolunu  türkçülük,  islamçılıq  və 

müasirlik  prinsipləri  oynamışdır.  Ancaq  onların  arasında  ilk 

yeri  türkçülük  tutur.  Rəsulzadə  də  qeyd  edir  ki,  1910-cu 

illərdə  Azərbaycan  türk  mətbuatında  milli  motivlərin,  o 

cümlədən türkçülüyün, türk birliyinin önə keçməsində Balkan 

savaşından  sonra  Türkiyədə  güclənməyə  başlayan  türkçülük 

cərəyanının  güclü  təsiri  olmuşdu  [189,  48].  Xüsusilə,  «Türk 

Yurdu» müəlliflərinin timsalında (Y.Akçuraoğlu, Z.Gökalp və 

b.)  Türkiyədə  başlayan  türkçülük  hərəkatı  Qafqazda  da  çox 

atəşli ardıcıllar bulmuşdur. Rəsulzadə yazır: «Müsəlman anla-

yışı  yalnız  dini  qurumlara  deyilərək,  başqa  yöndə  türk  sözü 

doğal  olaraq  işlənmək  haqqını  qazanmış  olur,  siyasət,  dini 


www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

161 


düşünüş  sistemindən  qurtularaq  milli  kültür  sisteminə  doğru 

böyük  bir  devrim  yapır.  Milliyyət,  türklük  davası  istəyilə 

yaradılan  qəzetlərdən  («Açıq  söz»)  başqa  milliyyət  prinsipi, 

türk birliyi ideyası ilə qurulan siyasi bir partiya yaranır: Türk 

Federalist  Müsavat  Xalq  Partiyası.  «Açıq  söz»lə  «Müsavat 

Partiyası»nın  siyasi  bir  ideologiya  kimi  düşüncələrə  yeritdiyi 

türkçülük  1917-ci  il  devrimindən  sonra  gələn  illərin 

ürünüdür» [189, 54].  

Əlbəttə,  bu  o  demək  deyildir  ki,  türkçülük  ideyası 

Türkiyədən  Azərbaycana  ixrac  olunmuşdur.  Yuxarıda  da 

dəfələrlə qeyd etdiyimiz kimi, türkçülük bütün türk ölkələrin-

də,  o  cümlədən  Azərbaycan  və  Türkiyədə  eyni  zamanda 

yaranmış 

və 


inkişaf 

etmişdir. 

Hətta, 

yeni 


dövr 

tədqiqatçılarından  Yaşar  Qarayev,  Aydın  Balayev,  Rasim 

Mirzə  və  başqaları  qeyd  edirlər  ki,  türkçülük  şüuru  öncə  çar 

Rusiyasının  türk  xalqları  arasında  yaranmış,  siyasi 

türkçülüyün  əsasların  isə  «Həyat»  və  «Füyuzat»da 

Azərbaycan  türklərindən  Ə.Hüseynzadə  işləyib  hazırlamışdır 

[127,  363-364;  51,  17-18;  158,  33].  Y.Qarayev  yazır: 

«Azərbaycanda milli bir ideologiya səviyyəsində türkçülüyün 

ilk  dəfə  hərəkətə  gəldiyi  qatarın  sükanı  arxasında  hamıdan 

əvvəl 


Əli 

bəyi 


görürük» 

[127, 


276]. 

Türkiyə 


tədqiqatçılarından  M.Ertuğrul  Düzdağ  da  hesab  edir  ki, 

Osmanlı dönəmində türkçülük cərəyanının yaranmasında «çar 

Rusiyası  idarəsindəki  Türk  diyarlarından  gəlmiş  fikir  və 

hərəkat adamlarının təsiri olmuşdu» [237, 18]. 

1910-cu  illərdə  Türkiyədə  mövcud  olan  milli 

cərəyanların kökünün eyni zamanda, çar Rusiyası, o cümlədən 

Azərbaycanla  bağlı  olmasını  vaxtilə  M.Ə.Rəsulzadə, 

Z.Gökalp, Y.Akçuraoğlu, M.B.Məmmədzadə, Ə.Cəfəroğlu və 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

162 



162 

başqaları  da  dəfələrlə  qeyd  etmişlər.  Məsələn,  Y.Akçura-

oğluna  görə,  Ə.Hüseynzadə  müsəlman  türkləri  arasında  ilk 

turançı,  ilk  panturançı  hesab  olunurdu  [22,  174,  205].    Eyni 

müddəanı Ə.Cəfəroğlu da irəli sürərək yazırdı ki, Hüseynzadə 

türkləşmək,  avropalaşmaq  və  islamlaşmaq  üçlü  məramı  ilə 

milli  istiqlalın  fikri  mücadiləsinin  «Ana  Yasası»nı  meydana 

qoymuşdur  [87

a

,  XIII].  M.Ə.Rəsulzadə  isə  bu  məsələni  bir 



qədər  də  dəqiqləşdirərək  yazırdı:  ««Füyuzat»  jurnalı  «Türk 

Yurdu»nda  olduğu  kimi  aydın,  ardıcıllıqla  olmasa  da 

türkçülük konusunu daha öncə işə salmış, hətta mərhum Ziya 

bəyin 


son 

çağlarda 

«Türk 

millətindənəm, 



islam 

ümmətindənəm, qərb mədəniyyətindənəm» çağırışı ilə göstər-

diyi anlamı Əli bəy Hüseynzadə «Türk qanlı, islam imanlı və 

firəng  geyimli  olaq»  formulu  ilə  açıqlamışdı.  Azərbaycan 

mətbuatının,  eləcə  sonrakı  ədəbiyyatının  şüurlu  metodik  bir 

biçimdə  milli  türk  ideologiyasını  işə  salmaq  düşüncəsi  isə  I 

Dünya savaşı öncəsində, illərində daha çox gəlişmişdir» [189, 

48].  Onun  fikrincə,  beləliklə,  balkan  və  dünya  müharibələri 

dövrü türk milli ideyasının inkişafında dönüş nöqtəsi olmuşdu 

[179, 49].  

M.B.Məmmədzadə  də  qeyd  edir  ki,  Azərbaycan  milli 

hərəkatının  kamilləşməsində,  Azərbaycan  ictimaiyyətinin 

şüurlanmasında  «Füyuzat»  jurnalı  və  onun  əsas  yazarı 

Ə.Hüseynzadə  müstəsna  rol  oynamışdı  [154,  47].  Belə  ki, 

mədəni  millətçiliyin  sonrakı  forması  Hüseynzadə  tərəfindən 

«türkləşmək,  islamlaşmaq  və  avropalaşmaq»  kimi  bir  prinsip 

halına  gətirilmiş,  daha  sonra  «Müsavat»ın  başlıca  şüarı  və  

milli Azərbaycan bayrağının əsasını təşkil etmişdir: «Beləlik-

lə, türk milli hərəkatı gərək geniş mənası ilə, gərəksə də Azər-

baycan  ölçüsündə  XX  əsrin  əvvəllərinə  doğru  şəkillənməyə 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

163 


başlamışdır. XX əsrin əvvəlləri türklüyün milliyyət dövründən 

millət dövrünə keçdiyi bir dövrdür» [154, 22].  

Göründüyü  kimi,  1910-1920-ci  illərin  özünəməxsus 

xüsusiyyətlərdən  biri,  bəlkə  də  birincisi  milli  sosial-

demokratların,  milli  liberalların,  milli  islamçıların  və  başqa 

milli  ziyalıların  öncə  «türkçülük»,  daha  sonra  onun  konkret 

ifadəsi  olan  «Azərbaycan  milli-türk  ideyası»  ətrafında 

toplanmaları,  ən  azı  bu  ideyaya  rəğbət  bəsləmələri  olmuşdu. 

Bu  dövrdə  siyasi-ideoloji  mübarizə  isə  əsasən,  milli-

demokratik cərəyanla  (Azərbaycan türkçülüyü tərəfdarları ilə) 

mühafizəkar  «ittihadçılıq»  və  marksizm  (bolşevizm, 

menşevizm və b.) təlimləri arasında getmişdi.  

Bu  dövrdə  Azərbaycan  milli  ideyasının  yaranmasında 

M.Ə.Rəsulzadə,  N.Yusifbəyli,    M.Hadi,  Y.V.Çəmənzəminli,  

A.K.Kazımzadə,  Ü.Hacıbəyli  və  başqaları  mühüm  rol 

oynamışlar.  Ən  önəmlisi  odur  ki,  onlar  özlərindən  əvvəlki 

islamçılar,  türkçülər  və  milli  liberallardan  fərqli  olaraq,  daha 

konkret  və  milli  xətt  seçərək  Azərbaycan  türkçülüyünü  və 

istiqlalçılığını hədəfləmişdilər.  

Milli  İstiqlal  ideyasının  formalaşması  iki  istiqamətdə:  1) 

romantik  ədəbiyyatda;  2)  siyasi-ideoloji  ədəbiyyatda  öz  əksini 

tapmışdır. 

Bizcə,  ilk  dövrlərdə  Azərbaycanın  milli  istiqlalı  ideyası 

romantik ədəbiyyatda -  Azərbaycan romantizmində  öz əksini 

tapmışdır.  Bu  mənada,  Məhəmməd  Hadi  ilk  dəfə  şeirdə 

Azərbaycan  türk  millətinin  istiqlalından  bəhs  etmişdir:  «Həqiqi 

arzumuz  intizami-hali-millətdir,  Məsaimiz  bütün  məsrufi-

istikmali-millətdir, 

Əsasi-fikrimiz  təmini-istiqbali-millətdir,  

Ürəkdə  bəslənən  amalımız  iqbali-millətdir,  Yeganə  nöqteyi-

mətlub  istiqlali-millətdir»  [97,  29].  Bununla  da,  o,  Azərbaycan 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

164 



164 

türklərinin istiqlalı ideyasını irəli sürmüş və bunu  əldə  etməyin 

gərəkli  olmasını  bildirmişdi  [52,  167].  Çünki  Hadi  bir  tərəfdən 

dünya millətlərini göz önünə gətirərək  «yox millətimin xətti bu 

imzalar  içində»  [97,130]  yazmış,  başqa  tərəfdən  isə  gələcəkdə 

millətinin  xəttinin  bu  imzalar  arasında  olacağına  ümid  etmişdi. 

Milli  istiqlal  gerçəkləşəndə  isə,  «Türkün  nəğməsi»  şeirində  o 

yazırdı ki, türkün tökülən qanları, məfkurə yolunda gördüyü işlər 

hədər getməmişdir [53, 105]. Hadi birmənalı şəkildə Azərbaycan 

Cümhuriyyətini türk dövləti adlandırmışdı: «Ey Türk dövləti, və 

ya bəxti-növcavan» [175

a

, 164].  



Romantik  ədəbiyyatın  başqa  bir  nümayəndəsi  Abbas 

Səhhət də hesab edirdi ki, İslam dini və Türklük Milli ideyanın 

əsas  təməlləridir.  Bu  baxımdan  türklüyü  və  islamlığı  vəhdətdə 

götürən  Səhhət  müsəlmanları-türkləri  oyanmağa  və  birləşməyə 

çağırırdı: «Millət, ey banisi-həyati-vətən!  Oyan, ey milləti-əziz, 

oyan! Sənə vabəstədir nicati-vətən» [199, 41]. Səhhətin fikrincə 

millətin oyanışında Avropa dəyərlərini inkar etmək də [28, 327], 

onu ideallaşdırmaq da doğru deyildir. Çünki avropalıları təqlidən 

bütün  varlığımızı,  dini  imanımızı  və  milli  hürriyyətimizi  məhv 

edə  bilərik.  Qərbpərəstlərin  evlərində  yüz  cildlərlə  Avropa 

ədiblərinin əsərləri olduğu halda, bir vərəq türkcə yoxdur deyən 

A.Səhhət  qeyd  edirdi  ki,  «ruspərəstlər»  yalnış-doğru  rusca 

danışır,  türk  yox,  rus  qəzetləri  alırlar:  «Biz  bununla 

mədəniləşmirik,  fəqət,  avropalılara  bir  nəfər  də  avropalı 

qazandırırq,  «biz»  isə  yox  oluruq!  Canım!  Bu  qədər  laqeydlik 

olarmı?  Kim  ki,  iki  kəlmə  «net»  ilə  «yes»i  bildi,  dırnaqlarını 

uzadıb,  başına  altı  şahılıq  şapka  keçirdib  daha  islamiyyəti, 

milliyyəti  tanımır.  Əsla  türkcə  danışmağa,  oxumağa  rəğbət 

etmir» [150, 246-247].  



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

165 


Fikrimizcə,  Səhətin  bu  fikirləri  günümüzdə  nəinki 

aktuallığını  itirmiş,  əksinə  bəlkə  də  ondan  da  kəskin  şəkildə 

qarşımızda dayanmaqdadır. Əgər dünənə qədər uşaqların ruhunu 

daha  çox  «rus  dili»,  «rus  mədəniyyəti»nin  öyrənilməsinin 

vacibliyi  anlamında  zəhərləyirdiksə,  bu  gün  buna  «ingilis  dili», 

«ingilis  mədəniyyəti»  və  başqaları  da  əlavə  olunmuşdur. 

Şübhəsiz, o dövrdə olduğu kimi, indi də bu amillər milli şüurun 

formalaşması  prosesinə  ciddi  əngəllərdən  biri  olaraq 

qalmaqdadır. 

Romantik 

ədəbiyyatda 

Milli 


İstiqlalın 

aparıcı 


nümayəndəsi Hüseyn Cavid üçün Çingiz xan, Əmir Teymur və 

başqa  türk  hökmdarları  türk  tarixinin  ən  şanlı  qəhrəmanlarıdır. 

Onun  fikrincə  avropalılar  İskəndərləri,  Napoleonları  və  başqa 

həmyerlilərini  böyük  sərkərdə  adlandırıb  heykəllər  ucaltdıqları 

halda, türklərin öz qəhrəmanlarına qan içən, zalım, canavar kimi 

isimlər verib ləkələmələri haqsızlıqdır  [60, 70]. Eyni zamanda, 

o,  türklərin  həmişə  törələrinə  sahib  çıxmalarını  və  milli 

şərəflərini uca tutmalarını, xüsusilə qeyd etmişdir: «Bir zamanlar 

şərəfli Turanın, O cihani ğəyuri qavğanın, Qəhrəman, bərguzidə 

evladı, Türklərin adlı-şanlı əcdadı, Saldırıb titrədirdi yer yüzünü, 

Hökm  edər,  dinlətirdi  hər  sözünü»  [59,  52].  Vaxtilə  türklərin 

mərhəməti sayəsində canını qurtaran millətlərin indi türkə qənim 

kəsilməsini tarixin acı istehzası adlandıran Cavidin fikrincə, artıq 

türklər zamanın dəyişməsini  görməli, oyanmalı, özünü tanımalı 

və  yüksəlməlidir [59, 54].  «Qoca bir türkün vəsiyyəti» şeirində 

də  Cavid  qeyd  edirdi  ki,  ilk  vəzifəmiz  Türk  millətinin  şanlı 

tarixini,  mədəniyyətini  və  mənəviyyatını  öyrənmək  olmalıdır. 

Yəni  ilk  növbədə,  milli  mənsubiyyətimizi  tanımalı  və  türk 

olmağımızla fəxr etməliyik:  «Bir millətin tarixidir kökü,  yurdu, 

yuvası,  Tarixiniz  baş  ucundan  hərgiz  əksik  olmasın.  «Altay» 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

166 



166 

dağı,  «Makan»  çölü,  «Yasın»  ovası,  Birər  aydın  səhifədir,  hər 

türk  gərək  anlasın»  [59,  128].  Bu  baxımdan  Cavidin  fikrincə, 

artıq  yatmaq  vaxtı  deyil,  bütün  qonşu  millətlər  kimi  20-ci  əsrə 

üzüağ çıxmaq lazımdır. Bunun üçün isə, türkün keçmiş şanlı və 

şərəfli tarixini öyrənib fəxr etməklə iş bitməz, türkün şərəfini və 

şanını  20-ci  əsrdə  də  qorumaq  və  yaşatmaq  lazımdır.  Milli 

duyğuların  təsiri  altında  H.Cavid  yazırdı  ki,  millətin  milli 

azadlığı,  onun  birliyində,  oyanışında,  bütövlüyündə  və 

mübarizliyindədir. Millət öz haqqını almalı və geri verməməlidir 

[60,  255].  Azərbaycan  fəlsəfəsi  tarixi  tədqiqatçısı  M.Ağayevin 

fikrincə, H.Cavid bu çağrışları edərkən moizə və nəsihət yolunu 

tutmur, öz sözünü qəti və birbaşa söyləyir [14, 56]. 

Bu  dövrdə  romantik  ədəbiyyatda  milli  istiqlalın 

tərənnümçüləri  arasında  Abdulla  Şaiq,  Əhməd  Cavad,  Cəfər 

Cabbarlı  və  başqaları  da  mühüm  rol  oynamışlar.  «Arazdan 

Turana»  şeirində  turançılıq  məfkurəsini  ifadə  edən  A.Şaiqin 

fikrincə, Turan ellərinin arasına xainlər soxulmuş və onlar bu eli 

parçalamaq istəyirmişlər. Yüz milyonluq türk övladları xainlərə 

qarşı  birləşməli  və  bütün  Turanı  xainlərədn  azad  etməlidirlər 

[205, 61]. O,  «Marş» şeirində də turançılıq məfkurəsindən çıxış 

edərək yazırdı ki, türklər Turan yolunda birləşməli, ünlə, zəfərlə, 

şanla tarixini doldurmalı və düşmənlərinə yerini göstərməlidirlər: 

«Dalğalanır  üstümdə  şanlı  Turan  bayrağı,  Alovlanır  qəlbimdə 

«Ərgənəkon»  ocağı.  Haydı,  yola  çıxalım,  haqsızlığı  yıxalım, 

Turanda  gün  doğunca  zülmətlə  çarpışalım!»  [205,  52].  Əhməd 

Cavad isə şeirlərində həm turançılığı, həm də onun müstəqil bir 

qolu  olan  Azərbaycan  türkçülyünü  təbliğ  etmişdi.  Fikrimizcə, 

onun  turançılığı  «Çırpınırdın  Qara  dəniz»  şeirində  daha  aydın 

şəkildə  ifadə  olunmuşdu  [58,  140].  Cümhuriyət  dövründə  isə 

Ə.Cavad ümumi türkçülüklə, türk birliyi (turançılıqla) ilə yanaşı, 

1   ...   12   13   14   15   16   17   18   19   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə