İntellektual-Elektron Kitabxananın təqdimatında



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə17/58
tarix06.05.2017
ölçüsü3,32 Mb.
1   ...   13   14   15   16   17   18   19   20   ...   58

www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

167 


konkret  Azərbaycan  türkçlüyünü  də  təbliğ  etmişdir.  O, 

«Azərbaycan  bayrağına»  şeirində  Türküstandan,  Turandan,  üç 

boyalı  türk  bayrağından,  türklərin  soykökündən,  türk  ellərinin 

birliyindən  söz  açmışdır:  «Qayi  xan  soyundan  aldığın  rəngi, 

Qocalmış  Elxanla  müsəlman  bəgi.  Elxanın  övladı,  dinin  dirəgi, 

Gətirdin  könlümə  səfa,  bayrağım!»  [58,  127].  Milli  istiqlala  və 

türkçülüyə bağlı olan Cəfər Cabbarlı «Azərbaycan bayrağına» 

adlı  şeirində  üç  boyalı-üç  mənalı  Azərbaycan  türk  bayrağının 

fəlsəfi-ideoloji  izahını  belə  vermişdir:  «Bu  göy  boya  Göy 

Moğoldan  qalmış  bir  türk  nişanı,  Bir  türk  oğlu  olmalı!  Yaşıl 

boya islamlığın sarsılmyan imanı, Ürəklərə dolmalı! Şu al boya 

azadlığın, təcəddüdün fərmanı, Mədəniyyət bulmalı. Səkkiz uclu 

şu yulduz da səkkiz hərli OD YURDU!» [55, 63]. Eyni zamanda 

Cabbarlı Azərbaycan türkçülüyünün Turanın bir hissəsi olmasını 

da  heç  vaxt  yaddan  çıxarmır:  «Yürəyində  bir  dilək  var,  o  da 

doğru kəsilsin, O gün olsun bir göy bayraq Turan üstə açılsın» 

[55, 63-64]. 

Siyasi-ideoloji  ədəbiyyatda  Milli  İstiqlal  ideyasının 

formalaşmasında  Üzeyir  Hacıbəyli,  Ömər  Faiq  Nemanzadə, 

Əlabas  Müznib  və  başqaları  mühüm  rol  oynamışlar.  Məsələn, 

Üzeyir  Hacıbəylinin  fikrincə,  Qafqaz  müsəlmanlarının  etnik 

mənşələri türk, dilləri türk dili olduğu halda, özlərini və dillərini 

«müsəlman»  kimi  qələmə  vermələri  doğru  deyildir.  Çünki 

«müsəlman» adında nə millət, nə də dil var; müsəlman  İslam 

dinini  qəbul  etmiş  bir  adam  deməkdir  [30,  567].  Beləliklə, 

ərəb  və  fars  təəssübündə  olmayan  Azərbaycan  türklərinin 

etnik  mənşəcə  türklüklərində  qaldıqlarını  bildirən  Hacıbəy-

linin  sözlərinə  görə,  Azərbaycan  türkləri  ilk  növbədə  türk 

dilini  qorumalı,  onun  tərəqqisinə  və  islahına  çalışmalıdırlar: 

«...bir  millətin  də  ki  dili  batdı,  onda  o  millət  özü  də  batar, 


www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

168 



168 

çünki bir millətin varlığına, isbati vücud etməsinə səbəb onun 

dilidir»  [30,  568].  Ü.Hacıbəylinin  ana  dili  məsələsi  ilə  bağlı 

mülahizələri  isə  nə  Osmanlı  Türkiyəsinə,  nə  də  Osmanlı 

türkcəsini  müdafiə  edən  Ə.Hüseynzadə  və  başaqlarına  qarşı 

yönəlmişdir.  Sadəcə,  Ü.Hacıbyəli  bu  məsələ  ilə  bağlı  hesab 

edirdi  ki,  bəzilərinin  ana  dilini  inkişaf  etdirmək  əvəzinə, 

osmanlı  şivəsini  bəyənməyib  onlarla  mübahisə  açması  doğru 

deyildir:  «Biz  türk  dili  üzrə  böyük  bir  padşahlıq  təsis  etmiş 

olan osmanlılardan, fars və rus tərcümələri altında bilkülliyyə 

xarab  olub  türklük  ruhunu  itirmiş  olan  dilimizi  təzədən 

öyrənmək  əvəzinə  hələ  osmanlıları  bəyənməyib  sırf  cahil 

olduğumuz  bu  məsələ  üstə  onlar  ilə  mübahisəyə  də  cəsarət 

edirik» [93, 209].  

Beləliklə,  Rusiya  müsəlmanları  arasında  ayrıca  milli 

kimliyə  və  milli  dilə  sahib  Azərbaycan  türklərinin  müstəqil 

millət  olduğunu  müdafiə  edən  Ü.Hacıybəli,  bu  mənada 

Qafqaz  türklərinin  milli  bir  ictimai  təşkilatın  yaranmasını 

zəruriliyindən  də  bəhs  etmişdi.  Üzeyir  bəy  hesab  edirdi  ki, 

artıq millət yolunda ümumi və təkrarçı sözlərdən işə keçməyin 

vaxtıdır  [93,  73-74].  Hacıbəyliyə  görə,    Rusiya  millətləri 

arasında sayına görə ikinci olan türklər arasında milli birliyin 

olmaması doğru deyildir. Onun fikrincə, türklər arasında milli 

birliyin olmamasının nəticəsidir ki, Dövlət Dumasında Rusiya 

türklərini, o cümlədən Azərbaycan türklərini siyasi sima kimi 

tanımırlar.  O,  bundan  çıxış  yolu  kimi,  Rusiya  türklərinin  bir 

millət  kimi  meydana  çıxmasının  vaxtının  çatdığını  yazırdı: 

«Hal-hazırda  əsil  bunun  vaxtıdır  ki,  biz  öz-özümüzə  məhəl 

qoyaq,  millətimizin  qədrini  bilək,  müsəlman  millətinin  içini 

və çölünü o cürə düzəldək ki, biz də bir millət olub millətlər 

arasına  girməyə  laiyq  olaq»  [93,  85-86].  Azərbaycan 


www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

169 


türkçülüyü  ideyasının  nəticəsi  olaraq  milli  istiqlalın  əldə 

edilməsini  təbii  qarşılayan  Hacıbəyli  «Bir  yaş»  məqaləsində 

yazırdı  ki,  Azərbaycan  Türk  dövlətinin  istiqlalı «türk  irqində 

sağlam  bir  milliyyət  hissi  oyatdı,  millət  nə  olduğunu 

milliyyətini  unutmuş  türklərə  bildirdi:  Onlara  –  sən  əvvəl-

əvvəl  bir  türksən  dedi  və  «türkəm»  dedirtdi»  [91]. 

Ü.Hacıbəylidə  olan  bu  milli  ruhu  inkar  edə  bilməyən  sovet 

müəllifləri  SSRİ  dövründə  yazırdılar  ki,  1920-ci  ilin  aprel 

işğalına  qədər  Ü.Hacıbəyli  marksizmə  yiyələnə  bilməmiş, 

«bəzi  digər  demokratik  ziyalılar  kimi,  müsavatçıların  «milli 

istiqlaliyyət»  pərdəsi  altında  apardıqları  hiyləgər  millətçilik 

siyasətinin  həqiqi  mənasını  düzgün  başa  düşməmişdi. 

Müsavatçıların  hakimiyyəti  illərində  o,  dərin  mənəvi  böhran 

keçirir, millətçilik təsiri altında ciddi ideya-siyasi səhvlərə yol 

verirdi»  [120,  7].  Sovet  müəlliflərinin  Ü.Hacıbəylidə  «ciddi 

ideya-siyasi  səhvlər»  kimi  qələmə  aldığı  məsələlər,  əslində 

onun vətəninə, millətinə, dininə və istiqlalçılığa bağlılığı idi. 

Azərbaycan türkçülüyünün formalaşmasında müəyyən 

rol oynayan Ömər Faiq Nemanzadə «Mən kiməm?!» (1917) 

məqaləsində  günümüz  üçün  də  aktual  olan  bir  çox  maraqlı 

məsələlərə  toxunmuşdur.  O  yazırdı  ki,  hər  kəs  öz  millətini 

tanıyıb  onun  uğrunda  mübarizə  apardığı  bir  zamanda  biz  öz 

millətimizi  sevmək  belə  deyil,  onun  quru  adını  da  bilməyib 

ortada  çaşıb  qalmışıq:  “Kim  olursa  olsun, insan bir  nəfər,  bir 

millət  və  ya  fikri-əməl  uğrunda  vaxt  can  yandırır  ki,  ona  o 

zaman  aşiq  olur  ki,  onu  yaxından  tanıyıb  ürəkdən  sevsin, 

yoxsa quru və yalançı göstərişlərlə arada məhəbbət, eşq deyil, 

bayağı dostluq belə olmaz. Mən iddia  etmək deyil, uca səslə 

bağırıram  ki,  biz  özümüzü  tanımırız,  biz  öz  millətimizin  boş 

adını belə bilməyiriz» [165, 233-234].  



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

170 



170 

Hələ,  Ömər  Faiqdən  öncə  Ə.Hüseynzadə,  Ə.Ağaoğlu, 

Ü.Hacıbəyli, M.Ə.Rəsulzadə və başqa aydınlarımız bu məsələyə 

toxunaraq  türklərin  milli    kimliklərini  dini  kimliklə  eyniləşdir-

diklərini,  bunun  yanlış  olduğunu  dəfələrlə  yazmışdılar.  Ancaq 

çar Rusiyasının Azərbaycanı işğal altında tutduğu bir əsrə yaxın 

müddətdə  apardığı  antitürk  siyasətinin  nəticəsi  olmalı  idi  ki, 

millətin  özünüdərki  prosesi  kifayət  qədər  ağrılı  keçirdi.  Milli 

şüuru çar Rusiyasının ideoloqları tərəfindən zədələnən Azərbay-

can  türklərinin  əksəriyyəti  özlərini  «müsəlman»  olaraq  qəbul 

edirdilər.  Ancaq  bununla  kifayətlənməyib  milli  kimliklərini 

«persiyan», «sünni», «şiə», «tatar» kimi göstərənlər də tapılırdı. 

Ö.Faiq  doğru  yazırdı  ki,  halbuki  Təbrizin  şiəsi,  Osmanlının 

sünnisi, Qafqazın müsəlmanı hamısı türk oğlu türkdürlər. Ancaq 

Qafqaz  türkü  İran  türkünə  «ac  tat»,  Tiflis  türkü  isə  «persiyan» 

gözü  ilə  baxır.  Nəticədə  də  İran  türkləri  uşaqlarını  fars 

məktəbində oxudub özlərinə «şiə-fars» rəngi verirlər [165, 235-

236]. Mütəfəkkirə görə, türklər İslam qeyrətini o qədər çəkmişlər 

ki, artıq bu qeyrətlə öz varlığını və  adını da itirmişlər:  «Hə,  ey 

türk!  İstər darıx, istər qarıx,  yaxandan  əl  çəkəcək  deyiləm. Sən 

hər şeyi öyrənmək istədiyin halda niyə bircə zadı – yəni özünü 

bilmək  istəmirsən,  niyə  öz  varlığından,  öz  vücudundan,  öz  soy 

və nəslindən xəbərin yox?  Niyə sənə «Kimsən?» dedikləri vaxt 

həqiqi  cavabında  aciz  qalırsan?  Niyə  sadəcə  deyə  bilmirsən  ki, 

mən  türkəm?  Niyə  deyə  bilmirsən  ki,  şiəlikdən,  sünnilikdən, 

babılıqdan əvvəl sən türk idin. İndi də türksən və bundan sonra 

türk qalacaqsan» [165, 238]. 

Çünki  türklük  nə  dinlə,  nə  də  dinsizliklə  bağlı  deyildir. 

Bu,  bir  milli  kimlik,  öz  soyunu  və  kökünü  tanımaqdır.  Türklər 

isə,  hələ  İslamdan  öncə  həm  milli  kimlkilərini  -  türklüklərini, 

həm  də  dini  kimliklərini  -  Tanrıçılığı  yaxşı  anlamışlar.  Bu 


www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

171 


mənada, türklər dünyanın köklü və inanclı millətlərindən biridir. 

Ancaq ötən min illiklər ərzində başqa millətlərə yurdumuzda və 

ürəyimizdə  yer  verərək  türklüyümüzdən  uzaqlaşdığımız 

zamanlar da az olmamışdır. Nemanzadənin  təbrincə desək: «Ey 

özünü itirir, unudur dərəcədə müsafirpərvərlik, özgələrə hörmət 

göstərən türk, yaxşı yadına sal ki, sənin ruhun, sənin qanın, sənin 

düşüncən, sənin varlığın hənuz sənin özündə ikən sən bugünkü 

kimi dilsiz,  yazısız  yəni milli nişanəsiz deyildin. Ey sadə ürəkli 

türk, dünən, bu gün öz varlığını, öz mədəniyyətini göstər bilib, 

indi  sənə  «köhnə  barbar»  gözü  ilə  baxıb  bugünkü 

mədəniyyətlərin haqsızlıqlarına görə incimə» [165, 239]. 

100  il  bundan  əvvəl  digər  Azərbaycan  mütəfəkkirləri 

kimi,  Nemanzadə  də  türkləri  ayılmağa,  tərpənməyə  və  milli 

qüruru  uğrunda  mübarizəyə  səsləyirdi:  «Ey  türk,  zamanımız 

özgə zamandır.  Əgər  bundan  sonra özümüzü tanımayıb qalsaq, 

qorxuram  ki,  gec  ayıldığımız  vaxt  sağalıb  yigitcə  yaşamaya 

vücudumuzda  qüvvət  və  taqət  qalmamış  ola.  Ey  türk,  keçmiş-

lərdən ibrət al, hələ vücudun   sağlam ikən, yaşamağa istedadın 

var  ikən,  fürsət  əldə  ikən  əsil  vücudunu  tanı,  qədrini  anla.  Ey 

türk,  yaxşı  bil  ki,  bugünkü  məhşərin  suri-israfili  elmə,  milli 

ittihada  dəvət  ediyor»  [165,  239-240].  Onun  fikrincə,  indinin 

siyasi  fəlsəfəsi  tərəqqiyi  millətçilikdə  görür.  Bu  mənada, 

Nemanzadə açıq şəkildə yazırdı ki, insanda dini əqidədən sonra 

ikinci  yeri  millətəpərvərlik  tutur.  Çünki  millətpərvərlik  ictimai 

fəlsəfənin baş, özünü tanımaq fəlsəfəsi millətini bilmək elmidir. 

Göründüyü  kimi,  sovet  dövründə  “mollanəsrəddinçi”, 

hətta  marksist-leninçi  kimi  qələmə  verilən  Ö.F.Nemanzadə  heç 

vaxt milli-dini dəyərlərdən kənara çıxmamış, hətta 1918-1920-ci 

illərdə  Azərbaycan  Cümhuriyyətinin  varlığını  müdafiə  etmişdi. 

Bu dövrdə qələmə aldığı «Milliləşmək» və digər məqalələrində 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

172 



172 

Azərbaycan  türklərinin  dövlətinə,  dilinə,  mədəniyyətinə  sahib 

çıxmasının  vacibliyindən  söz  açan  Nemanzadə  hesab  edirdi  ki, 

ilk növbədə milli dilin-türk dilinin qorunub-saxlanması lazımdır: 

«Tarix bizə göstərir ki, bir millətin cahangirliyi, hökuməti hətta 

yeri-yurdu da əlindən alınsın, madam ki, milli ədəbiyyatı var, o 

millət məhv edilməz. Dili kəsilməyən millətin vücudu kəsilməz, 

ədəbiyyatı  yaşayan  millət  heç  vaxt  ölməz»  [165,  246]. 

Nemanzadə hesab edir ki, Qərbdə fransız dili hansı əhəmiyyətə 

malikdirsə,  türk  dili  də  Yaxın  Şərqdə  bir  o  qədər  böyük 

əhəmiyyət daşıyır:  «Türk dilinin Yaxın Şərqdəki hakimiyyətinə 

şahidlər axtarmaq lazım deyil, onunla danışan 60-70 milyonluq 

böyük  bir  kütlənin  şahidliyindən  daha  möhkəm  nə  ola  bilər?» 

[165, 247]. 

Azərbaycan  türkçülüyü  ideyasını  müdafiə  edən  Yusif 

Vəzir  Çəmənzəminli  ilk  növbədə,  diqqətini  Azərbaycan 

türklərinin  millət  kimi  özünü  dərk  etməsi,  müstəqil  ədəbi 

dilinin  formalaşması  və  milli  istiqlal  məsələsinə  diqqəti 

yönəltmişdir.  Milli  özünüdərklə  bağlı  Çəmənzəminli  yazırdı 

ki,  türklərin təbiətində heç vaxt  kölələlik,  yazıqlıq,  qorxaqlıq 

kimi  mənfi  cəhətlər  olmayıb.  Türklük  həmişə  dağ  kimi 

qüvvətli  və  qaya  kimi  möhkəm,  fikirləri  gün  kimi  parlaq, 

niyyətləri  ulduzlar  kimi  yüksək  olmuşdur  [30,  652].  Bununla 

yanaşı, Çəmənzəminli etiraf edirdi ki, Azərbaycan türkləri başqa 

türk tayfaları, yəni türkmənlər, qırğızlar və s. ilə müqayisədə yad 

millətlərdən  (fars  və  b.)  daha  çox  özlərini  qorumaq  məcburiy-

yətində  qaldıqları  üçün  müəyyən  qədər  dilini,  etnik  mənşəyini 

unutmaq  təhlükəsi  ilə  qarşılaşıblar.  Onun  fikrincə,  bundan 

qurtulmaq  üçün:  1)  dilimiz  saflaşmalı;  2)  ədəbi  dil  el  ədəbiy-

yatından  götürülməli;  3)  musiqimiz  türkləşməli;  4)  qadınlara 

hüquqlar verilməli; 5) türk məktəblərinin sayı artırılmalı; 6) fars 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

173 


ədəbiyyatı türkcəyə  çevirilməli; 7) milli dahilər təbliğ  edilməli; 

8) Azərbaycan türk tarixi yazılmalıdır [30, 641-642].  

Dil  məsələsinə  gəldikdə,  o  bildirirdi  ki,  Azərbaycanda 

dövlət dili türk dili olmalıdır. Çünki Azərbaycan əhalisinin çoxu 

türkdür  [67,  229].  Bu  baxımdan  dil  məsələsində  osmanlı  türk 

ləhcəsinin  bütün  türklərin  ortaq  dili  olmasına  qarşı  çıxan 

Çəmənzəminli  Azərbaycan  türkcəsinə  üstünlük  verməsini  isə, 

belə  əsaslandırırdı:  «Dilin  kökü  camaatımızın  yaratdığı  el 

ədəbiyyatındadır,  gərək  onlar  toplansın,  öyrənilsin,  əzbərlənsin. 

Dil  axtaran  gərək  camaatımızın  arasında  gəzsin,  dolaşsın, 

öyrənsin»  [30, 643]. Onun fikrincə, böyük bir ərazidə  yaşayan, 

dili  bütün  yad  tayfalar  üçün  belə  ortaq  dilə  çevrilən,  eyni 

zamanda  ədəbiyyatı,  musiqisi,  operası,  teatrı  olan  bir  camaat  

«millət» adını daşımağa haqlıdır [30, 654].  

Bizcə, həmin dövrdə Əlabas Müznibin «Dirilik» (1914-

1916)  adlı  jurnalı  nəşr  etməkdə  də  başlıca  məqsədi 

azərbaycanlılara  türklüklərini  və  islamlıqlarını  elmi-fəlsəfi 

şəkildə tanıtmaq istəyi olmuşdur. O, həmin jurnalın ilk sayında 

çıxan  məqalələrində  də  bildirir  ki,  islamçılıq  və  türkçülük  bir-

birlərini tamamlasalar da, dini mənsubiyyətlə etnik mənsubiyyət 

eyni anlamı daşımır. Çünki İslam dininə tapınan ərəb, fars, türk 

və  başqa  millətlər  var.  Bu  baxımdan  milləti  din  adı  ilə 

adlandırmağı böyük xəta, nöqsan hesab edən Müznib yazırdı ki, 

dini  və  milləti  bir-birindən  fərqləndirmək  məqsədilə  «Türk 

tarixi» kitabını qələmə almışdır. 

Ə.Müznib  hesab  edirdi  ki,  hələ,  1900-cu  illərdə 

Azərbaycan türk mütəfəkkirlərindən  Ə.Hüseynzadə, Ə.Ağaoğlu 

və  başqaları  Qafqazdakı  türk  balalarına  türklüyünü  bildirmiş, 

«həsbi-nəsəbini  öyrəmiş»,  «abavü  əcdadını»  tanıtmışdı:  «Lakin 

onların  getməsi  Qafqaz  əhalisini  başsız,  böyüksüz  buraxmış 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

174 



174 

kimidir. Çünki o cənablar dilsizlərin dili, karların qulağı, korların 

gözü  idilər.  Müxtəsər,  bir  bölük  maarif  yetimi  olan  Qafqaz 

müsəlmanlarının  ataları  idi»  [162,  111].  Ə.Hüseynzadə, 

Ə.Ağaoğlunun  Azərbaycanda  olmadığı  bir  dövrdə  onların 

yolunu  davam  etdirən  Ə.Müznib  də  Azərbaycan  türkçülüyü 

ideyasını 

müdafiə 


edən 

M.Ə.Rəsulzadə, 

Ü.Hacıbəyli, 

N.Yusifbəyli,  Ə.M.Topçubaşı  və  başqaları  kimi,  bir  millətin 

varlığının  milli  dilinin  və  milli  adətlərinin  qorunub 

saxlanılmasından asılı olduğunu hesab etmişdir [162, 31].  

XX  əsrdə  yaranmış  Azərbaycan  türkçülüyü  ideyasının 

formalaşmasında mühüm rol oynamış mütəfəkkirlərimizdən biri 

də  Firidun  bəy  Köçərlidir  (1863-1920).  F.B.Köçərli  də  digər 

çağdaşları  Ə.Hüseynzadə,  M.Ə.Rəsulzadə,  Ə.Ağaoğlu  və 

başqaları  kimi,  bütün  türklərin,  o  cümlədən  Azərbaycan 

türklərinin oyanışı, inkişafı və birliyi yolu kimi milli (türkçülük)-

dini  (islamçılıq)  birliyi  görmüş,  eyni  zamanda  demokratik 

(yeniləşmə  və  mədəniləşmə)  ideyalarla  çıxış  etmişdir. 

F.B.Köçərlinin  milli  və  müstəqil  Azərbaycan,  Azərbaycan 

türkçülüyü  ideyası  ilə  bağlı  əsas  xidməti,  ilk  növbədə 

Azərbaycan 

türk 


ədəbiyyatının, 

türk 


ədəbi 

dilinin 


formalaşmasına  və  İslamın  əsil  mahiyyətinin  dərk  olunmasına 

sərf etdiyi danılmaz əməkdir.  

İlk  öncə  qeyd  edək  ki,  1900-cu  illərdə  Azərbaycan 

tarixində ilk dəfə, 1900-cu illərdə F.B.Köçərlinin müəllifliyi ilə 

rus  və  türk  dilində  «Azərbaycan  türklərinin  ədəbiyyatı»  kitabı 

nəşr  olunmuşdu.  Köçərlinin  fikrincə,  milli  ədəbiyyat  ona  görə 

lazımdır ki, başqa millətlər kimi Azərbaycan türkləri də öz milli 

ədibləri  və  şairlərini  tanısın  və  onlarla  fəxr  etsinlər:  «Aya,  biz 

Azərbaycan 

türklərinin 

seretelliləri 

və 


çavçavadzeləri 

olmayıbdırmı?  Bizim  milli  şairlərimiz  ərseyi-dünyaya 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

175 


gəlməyibdirmi?  Aya,  bizlər  belə  möhtərəm  şəxslərin 

vücudundan məhrummu qalmışıq? Bu suallara cavab verib deyə 

bilərik  ki,  bizim  də  çox  böyük,  müqtədir  və  xoştəb  milli 

şairlərimiz olubdur və lakin mütəəssüf onların qədir və qiyməti 

nə  öz  vaxtlarında  və  nə  bu  halda  bilinməyibdir»  [30,  92]. 

Beləliklə,  F.B.Köçərli  hesab  edirdi  ki,  bir  millətin  ədəbiyyatı 

onun  məişətinin  aynası  deməkdir,  yəni  millətin  dolanacağı, 

inkişafı,  tərəqqisi,  kamalı  və  s.  onunla  ölçülür  [30,  70].  Başqa 

sözlə,  şairlər  ədəbiyyatda  vətənə  məhəbbət,  millətə  xidmət, 

dostluğa  sədaqət  kimi  müqəddəs  hisslərə  yer  versə  daha  yaxşı 

olar [30, 73].  

Milli dil məsələsinə gəlincə, Köçərli yazırdı ki, bununla 

bağlı üç xətt var: «Kimi İstanbulda işlənən ədəbi dili tərif edib, 

onu  sair  yerlərdə  işlənən  türk  dillərinə  tərcih  verir,  kimi 

Azərbaycan  türklərinin  şiveyi-lisanını  bəyənib,  onun  tərəfini 

saxlayır. Bir paraları da İbn-Yasəf kimi türklər üçün ümumi bir 

dil  təsis  etmək  fikrindədirlər  ki,  hər  yerdə  o  dildə  danışılıb 

yazılsın»  [30,  124].  Bu  üç  xətt  arasında  Azərbaycan  türk  dilini 

müdafiə  edən  Köçərlinin  fikrincə,  Azərbaycan  türkləri  osmanlı 

şivəsini  o  baxımdan  qəbul  edə  bilməz  ki,  İstanbul  ədibləri  öz 

dillərini  unudub  fars  və  ərəb  terminləri  ilə  doldurublar. 

Doğrudur, Köçərli etiraf edirdi ki, Azərbaycan türkləri də uzun 

müddət  farslarla  bir  yerdə  yaşamağa  məcbur  olduğu  üçün,  bir 

növ onların dilinin təsirinə məruz qalıbdır: «Amma bunula belə, 

dilimizi  o  qədər  qəliz  və  dolaşıq  etməyibdir  ki,  onu  anlamaq 

olmasın»  [30,  125].  Bununla  da  Köçərli  C.Məmmədquluzadə, 

Ö.F.Nemanzadə,  A.Şaiq  və  başqaları  kimi  hesab  edirdi  ki, 

İstanbul  şivəsini  Azərbaycanda  tətbiq  etmək  istəyən 

Ə.Hüseynzadə, M.Hadi və başqalarının tutduğu yol səhvdir.  


www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

176 



176 

Fikrimizcə,  bu  mərhələdə  Azərbaycan  türkçülüyü 

ideyasının  yaranmasında  və  formalaşmasında  ən  mühüm 

xidmətlər  isə  Məhəmməd  Əmin  Rəsulzadə  və  Nəsib  bəy 

Yusifbəyliyə  məxsusdur.  Bu  iki  böyük  idealist,  millətpərvər  və 

demokrat milli və müstəqil Azərbaycan ideyasının müəllifləridir. 

Doğrudur, bu məsələ ilə həm nəzəri, həm də təcrübi baxımdan 

M.Ə.Rəsulzadə daha çox uğraşmış, daha böyük mənəvi-ideoloji 

və  siyasi-fəlsəfi  irs  qoyub  getmişdir.  Xüsusilə,  Rəsulzadənin 

mənəvi-ideoloji  irsi  ilə  müqayisədə  N.Yusifbəylinin  bu  sahədə 

zəngin bir irsindən danışmaq mümkün deyildir.  

Bütün  bunlara  baxmayaraq,  Nəsib  bəy  Yusifbəylinin 

milli  və  müstəqil  Azərbaycan  ideyasının  müəlliflərindən  biri 

olması  da  danılmazdır.  Öncə  qeyd  edək  ki,  Nəsib  bəy  də 

M.Ə.Rəsulzadə,  Ü.Hacıbəyli  və  başqa  bir  çox  tanınmış 

ziyalılarımız  kimi,  ilk  dövrlərdə  sosial-demokratlara  meyil 

göstərmişdir.  Ancaq  çox  keçmir  ki,  N.Yusifbəyli  sosial-

demokrat təlimindən uzaqlaşaraq türkçülük, daha sonra onun bir 

qolu  olan  Azərbaycan  türkçülüyü  uğrunda  mübarizə  aparır. 

Nəsib  bəy  də  türkçülük  ideyasının  yaranmasında  və 

formalaşmasında  ilk  olaraq,  böyük  türkçülərdən  İsmayıl  bəy 

Qaspıralının  mühüm  rolu  olmuşdu  [134,  7-8].  Eyni  zamanda 

Yusifbəylidə  türkçülük  məfkurəsinin  yaranmasında  1908-1909-

cu illərdə Türkiyədə yaşaması və burada «Türk dərnəyi» üzvləri 

ilə birgə apardığı mübarizə də mühüm rol oynamışdır.  

1910-cu 


illərdən  etibarən  əsasən,  Azərbaycanda 

(Gəncədə)  yaşayan  N.Yusifbəyli  etnik-milli  türkçülüyün  əsas 

dava  adamlarından  biri  olmuşdu.  Məhz  bunun  nəticəsidir  ki, 

1917-ci  ilin  martında  yaranan  «Türk  ədəmi-mərkəziyyət» 

partiyasının  lideri  kimi  N.Yusifbəyli  Rusiyanı  federativ  şəkildə 

görmüş,  bu  federasiya  çərçivəsində  isə  Azərbaycanın 


1   ...   13   14   15   16   17   18   19   20   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə