İntellektual-Elektron Kitabxananın təqdimatında



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə18/58
tarix06.05.2017
ölçüsü3,32 Mb.
1   ...   14   15   16   17   18   19   20   21   ...   58

www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

177 


muxtariyyətini  tələb  etmişdir  [134,  179].  Bu  faktordan  çıxış 

edərək  M.Ə.Rəsulzadə  mühacirət  dövründə  yazırdı  ki, 

N.Yusifbəylinin  Azərbaycan  istiqlalı  hərəkatındakı  rolu  yalnız 

maarif  naziri  və  baş  nazir  olmaqla  kifayətlənməmişdir:  «Onun 

hərəkatdakı həqiqi  rolu  sonra  tutduğu  bu  rəsmi    mövqelərdən 

çox  əvvəl  başlamışdır.  Bu  rol  onun  Gəncədə  1917-də  «Türk 

ədəmi  mərkəziyyət  xalq  firqəsi»  namıyla  təsis  edilən  siyasi 

Azərbaycan  firqəsinin  təşkilinə  təşəbbüs  etməsiylə  başlayır. 

Azərbaycan  ideyasını  siyasi  bir  tələb  maddəsi  şəklində 

formulə  etmək  şərəfi  mərhum  Nəsib  bəyindir»  [134,  174]. 

M.Ə.Rəsulzadə  daha  sonra  qeyd  edir  ki,  əslində  Azərbaycan 

milli  ideyası  onların  tanışlığının  ilk  illərindən  (1914-1915-ci 

illər)  hər  ikisində  yaranmışdı:  «Bu  dostluğu  bu  qədər  mətin 

bağlarla  bir  görüşmədə  bağlayan  şey,  şübhəsiz,  müştərək  bir 

qayə, müştərək bir ruh daşıdığımızı mütəqabilən kəşf edişimiz 

idi.  Bu  ruhi-müştərək  Gəncədə  Nəsib  bəyə  siyasi  bir  firqə 

maddəsinin yazılmasını təlqin etdiyi bir zamanlarda, mənə də 

Bakıda «Açıq söz» qəzetəsinə eyni tezisi müdafiə edən bir baş 

məqalə yazdırmışdı» [134, 174]. 

Qeyd  edək  ki,  Nəsib  bəy  1917-ci  il  aprelində  Bakıda 

keçirilən  Qafqaz  Müsəlmanlarının  1-ci  qurultayında  «kim 

dava  edə  bilər  ki,  biz  kəndini  (özünü  –  F.Ə.)  idarəyə 

səlahiyyətdar  bir  millət  deyilik!»  demişdir.  Beləliklə, 

Rəsulzadənin  də  yazdığı  kimi,  o  bu  qurultayda  milliyyətçilik 

(Azərbaycan 

türkçülüyü), 

türkçülük, 

xalqçılıq 

və 

modernləşmə  (yeniləşmə)  prinsiplərini  müdafiə  etmişdi. 



Hətta, bununla kifayətlənməyərək, eyni prinsiplərlə çıxış edən 

iki  partiyanın  birləşməsinə  təşəbbüs  göstərmiş  və  həmən 

bunun  tətbiqini  istəmişdi.  Rəsulzadə  yazır:  «Bir  tərəfdən 

Nəsib bəy, digər tərəfdən də M.Ə.Rəsulzadə ilə A.Kazımzadə 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

178 



178 

tərəfindən  təmsil  olunan  Gəncə  və  Bakı  milliyyətçi 

Azərbaycan  istiqlalçılıq  hərəkatında  çox  mühüm  əsərləri 

sonradan  meydana  çıxan  bu  ittihadın  hüsulunda  Nəsib  bəyin 

zəka  və  səmimiyyətinin  qəti  rol  oynadığını  burada  təsdiq 

etməliyəm» [134, 175].  

Azərbaycan  Cümhuriyyətinin  qurulmasında  mühüm 

işlər  görmüş  Nəsib  bəy  bu  dövrdə  istər  maarif  naziri,  istərsə 

də  baş  nazir  kimi  bəyan  edirdi  ki,  Azərbaycan  türklərinin 

yeganə  ideyası  Azərbaycanın  milli  istiqlalıdır.  Bu  mənada 

Azərbaycanın  Türkiyəyə,  yaxud  da  Rusiyaya  birləşməsini 

tələb edən «ittihadçılar»a, bolşeviklərə ümumiyyətlə, istənilən 

«ihaqçılar»a  qarşı  çıxan  Yusifbəyli  öncə  osmanlıpərəstləri 

tənqid etmişdir. Belə ki, Cümhuriyyətin bəyan olunmasından 

sonra,  ilk  dövrlərdə  müəyyən  təsir  qüvvəsinə  malik  olan 

osmanlıpərəst  «ilhaqçılar»ın  milli  istiqlala  qarşı  yönəlmiş 

ideyalarına  cavab  olaraq  Yusifbəyli  deyirdi  ki,  onlara 

müəyyən  obyektiv  səbəblərə  görə  güzəştlər  getmək  olar. 

Ancaq  bu  güzəştlər  Azərbaycanın  milli  istiqlalına  xətər 

yetirməməlidir. 

N.Yusifbəylinin  fikrincə,  bu  dövrdə  Azərbaycan 

türkçülüyü  ideyasının,  milli  istiqlalın  tamamilə  ziddinə  olan 

əsas  qüvvə  isə  bolşevizm  və  bolşeviklər  olmuşdur. 

«Bolşevizm  bizim  üçün  bir  təhlükədir,  bəlkə  də  daha  böyük 

təhlükədir» [35, 67] deyən, Nəsib bəy daha sonra qeyd edirdi: 

«Əgər bu saat mənə desələr ki, səni tanıyıb və istiqlalını təsdiq 

edirəm,  mən  sabah  burada  bir  bolşevik  qoymaram.  Çünki 

bolşeviklərin  təhlükəsini  biz  öz  istiqlalımız  ilə  ölçürük.  Biz 

hürriyyəti-vicdan  tərəfdarıyıq»  [35,  68].  N.Yusifbəyli 

bildirirdi ki, milli istiqlalçı kimi bütün qüvvələrə bir nəzər ilə 

baxır: «Mənim tutduğum nə bolşevik, nə də menşevikdir. Mən 


www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

179 


yalnız  vətənimizin,  istiqalliyyətimizin  düşmənlərini  tuturam. 

Onlar  öylə  adamlardır  ki,  hər  zaman  fikirləri  bizim 

hüququmuza və istiqlalımıza təcavüz etməkdir və yaxud idarə 

tərzimizi  dəyişmək  üçün  çalışmaqdır.  Bunlar  bizim 

düşmənlərimizdir»  [35,  69].  Bütün  bunları  nəzərə  alaraq 

Rəsulzadə  yazırdı ki, ümumilikdə, Nəsib bəy xalqçı, idealist, 

millətpərvər, demokrat və liberal bir şəxsiyyət olmuşdur: «O, 

milli  Azərbaycan  demokratiyasının  yetişdirdiyi  ən  tipik 

müməssillərindən  biridir.  Elə  bir  müməssil  ki,  milli 

Azərbaycan  hərəkatının  istiqlala  müncər  olan  qayəsini 

formulə etmək onun ismilə mərbutdur» [134, 177]. 

Fikrimizcə,  M.Ə.Rəsulzadənin  silahdaşı,  məsləkdaşı 

Nəsib  bəy  haqqında  dedikləri  o  qədər  doğru,  dürüst  və 

səmimidir ki, bu deyilənlərə əlavə bir söz demək çox çətindir. 

Rəsulzadənin  Yusifbəyli  ilə  bağlı  dediklərində  diqqəti  çəkən 

məqamlardan biri də, Nəsib bəyi milli Azərbaycan ideyasının 

müəllifi  kimi  göstərməsidir.  Bu  onun  göstəricidir  ki, 

Rəsulzadə  memarı  olduğu  Azərbaycan  Cümhuriyyəti 

ideyasında  Nəsib  bəyin  rolunu  daha  üstün  verməklə  öz 

ləyaqətinin ucalığını ifadə etmişdir. Başqa sözlə, Rəsulzadənin 

bu fikirlərindən belə nəticə çıxarmaq olar ki, milli və müstəqil 

Azərbaycan  ideyasının  nəzəri-ideoloji  müəllifi  Rəsulzadə, 

siyas  hədəfçisi  isə  Nəsib  bəy  olmuşdur.  belə  ki,  Nəsib  bəy 

Rəsulzadənin  nəzəri-ideoloji  şəkildə  irəli  sürdüyü  milli  və 

müstəqil  Azərbaycan  ideyasını  siyasi  bir  tələb  kimi  ifadə 

etmişdir.  Deməli,  Azərbaycan  Cümhriyyəti  iki  böyük  liderin 

nəzəri-ideoloji  və  siyasi  praktiki  əməllərinin  nəticəsidir.  Bu 

mənada  bu  iki  böyük  Azərbaycan  Türkünün  Azərbaycan 

Cümhuriyyətinin  yaranması  və  inkişafında  göstərdiyi 

xidmətlər misilsizdir. 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

180 



180 

Bu  dövrdə  Azərbaycan  türkçülüyü,  müstəqil  və 

demokratik Azərbaycan ideyasının əsas ideoloqu, Azərbaycan 

türklərinin  lideri  Məhəmməd  Əmin  Rəsulzadə  (1884-1955) 

olmuşdur.  O,  Azərbaycan  türk  aydınları  arasında  ilk  dəfə, 

«ümmətçilik»dən «millətçiliy»ə üz tutaraq milli ideologiyanın 

təməl  prinsiplərini  işləyib  hazırlamışdır.  Çünki  1915-ci  ildən 

işıq  üzü  görən  «Açıq  söz»  qəzetində  ilk  dəfə  olaraq  «müsəl-

man»,  «tatar»  əvəzinə  «türk»  sözünü  işlədən,  «Biz  türkük!» 

deyən  M.Ə.Rəsulzadə  bu  surətlə  «ümmət»  və  «ümmətçilik» 

dövrünü  rəsmən  qapamış,  «millət»,  «türk  millətçiliyi» 

dövrünün  başlandığını  elan  etmişdir.  M.B.Məmmədzadə 

yazır: «Şeyx Cəmaləddin Əfqani kimi, Məhəmməd Əmin bəy 

də  islamiyyətin  və  müsəlmanlığın  milliyyət  deyil, 

«ümmətçilik» ifadə etdiyini, milliyyətin isə din üzərində deyil, 

dil  və  mədəniyyət  birliyi  üzərində  qurulduğunu  və  bu  milli 

diriliyin  təməlini  təşkil  edən  milli  mədəniyyətin  ünsürlərini 

izah  edərək  milli  hərəkatın  ictimai  fəlsəfəsini  qurmuşdur» 

[154,  52].  Ə.Cəfəroğlunun  fikrincə  də,  milli  istiqlal 

məfkurəsinin,  milli  ideologiyanın  intişar  tapmasında,  «həqiqi 

milliyyətçiliyin  geniş  yayılmasında»  M.Ə.Rəsulzadə  və  onun 

baş  redaktoru  olduğu  «Açıq  söz»  qəzeti  mühüm  rol 

oynamışdır [63, 151]. Belə ki, M.Ə.Rəsulzadənin öndərliyi ilə 

ilk  dəfə,  həmin  qəzetdə  öz  əksini  tapan  ideyalar  get-gedə 

bütün Azərbaycan türklüyünü əhatə etmişdir. Cəfəroğlu yazır: 

«Onun  «Açıq  söz»  qəzeti  ilk  dəfə  milli  cərəyanı  ardıcıl  və 

şüurlu sistem halına saldı, milli mövzunun geniş oxucu kütləsi 

arasında  bir  ilham  mənbəyinə  çevrilməsinə  imkan  yaratdı» 

[63, 235]. 

H.Baykara  da  hesab  edir  ki,  Qafqaz  müsəlmanlarını 

ümmətçilikdən  millətçiliyə  yönəldən,  onları  türkçülük-


www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

181 


millətçilik,  Azərbaycan  milli  ideyası  ətrafında  birləşdirən  və 

«Açıq  söz»  qəzetində  bunu  təbliğ  edən  «Müsavat»ın  lideri 

M.Ə.Rəsulzadə  olmuşdur  [52,  186].  Baykaranın  fikrincə,  ilk 

dövrlərdə  sosial-demokratlarla  eyni  cəbhədə  çalışmış 

M.Ə.Rəsulzadə  1911-1913-cü  illərdə  C.Əfqaninin  yazılarının 

təsiri altında türkçülük hərəkatına qoşulmuş və Azərbaycanda 

bu  ideyanın  əsas  ideoloqu  olmuşdur:  «M.Ə.Rəsulzadənin 

Azərbaycan  istiqlalının  elanında  və  Azərbaycan  dövlətinin 

yaradılmasında  xidmətləri  əvəzsizdir»  [52,  192].  H.Baykara 

onu  da  əlavə  edir  ki,  Rəsulzadənin  lideri  olduğu,  «Müsavat» 

və  Bitərəf  demokratik  qrup  öncə  milli  ərazi  və  milli 

muxtariyyət tərəfdarı olsalar da, 1-ci və 2-ci rus inqilablarının 

gedişi,  Qafqaz  hadisələri  onları  özlərinin  öncədən  «uzaq 

məqsəd»  olaraq  planlaşdırdıqları  Azərbaycan  istiqlalı  yoluna 

sürükləmişdi:  «Azərbaycan  istiqlal  mübarizəsi  tarixində 

«Azərbaycan  istiqlalına»  nə  rast  gəlinmiş,  nə  də  baş  verən 

siyasi hadisə olmuşdur. Azərbaycan xalqının ruhundan doğan 

bu  istiqlal  hadisəsi  tarixin  axarı  içində  öz  yerini  tapmışdır» 

[52,  133].  Fikrimizcə,  Baykara  yuxardakı  sözləri  ifadə 

edərkən  əsas  vurğunu  «Azərbaycan»  anlayışına  salmış,  bu 

mənada  tarixən  «Azərbaycan  istiqlalına»  rast  gəlinmədyini 

iddia  etmişdir.  Məlum  olduğu  kimi,  1918-ci  ilə  qədər 

«Azərbaycan» anlayışı coğrafi ərazi mənasında işlədilmiş, bu 

ərazidə təşəkkül tapmış dövlətlər isə müxtəlif adlarla (Manna, 

İskit,  Atropatena,  Albaniya-Aran,  Şirvanşahlar,  İldənizlər, 

Qaraqoyunlular,  Ağqoyunlular,  Səfəvilər  və  b.)  tarixə 

düşmüşdür.  Dünya  tarixində  «Azərbaycan»  adlı  ilk  müstəqil 

dövlət  isə  1918-ci  ildə  yaranmışdır.  Baykara  da  məhz  bu 

faktordan çıxış etmişdir. 


www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

182 



182 

Qeyd  edək  ki,  1910-cu  illərdə  qələmə  aldığı  yazılarında, 

xüsusilə  «Milli  dirilik»  (1914)  başlıqlı  sislilə  məqalələrində 

artıq M.Ə.Rəsulzadə milli ideyanın, milli ideologiyanın yaran-

masının  zəruriliyndən  bəhs  edirdi.  O  göstərirdi  ki,  yalnız 

cəmiyyətin intellektual qismi milli ideologiyanın yaradıcısı və 

təbliğatçısı ola bilər: «Ayrı-ayrı əməlpərvərlər tərəfindən təsvir 

və  təyin  edilən,  başqa  sözlə  desək,  hazırlanan  millli  əməllər 

layihəsi    xalqın  düşünüb  də  hiss  və  arzu  etdiklərinə  uyğun 

gələrsə,  sürətli  bir  şəkildə  xalq  arasında  yayılar  və  çoxlu 

tərəfdarlar  qazanar»  [186,  471].  Milli  ideyanı  əsaslandırmaq 

üçün  Rəsulzadə  ilk  növbədə,  ümmət,  milliyyət,  millət  və  xalq 

məfhumlanını izah etməyə çalışmışdır 

«Açıq söz» qəzetinin ilk sayında nəşr olunan «Tutacağımız 

yol»  (1915)  məqaləsində  isə,  Rəsulzadə  ilk  dəfə  Azərbaycan 

milli ideyasının başlıca prinsiplərini göstərmişdir. Onun fikrincə, 

milli  ideyanın  əsas  idealı  milliyyətdir  ki,  20-ci  əsrdə  milliyyət 

əsri olduğuna görə, Azərbaycan türkləri də milliyyət mərhələsini 

keçib millət olaraq meydana çıxmalıdır. Bu baxımdan 1-ci dünya 

müharibəsi nəticəsində dünyanın xəritəsinin dəyişməsinin labüd 

olduğunu qeyd edən Rəsulzadəyə görə, dünya xəritəsinin alacağı 

yeni  şəkilə  vətəndaşların  fədakarlığı,  dövlətlərin  təşkilatı  və 

orduların  əzəməti  ilə  bərabər,  aşkar  və  qətiyyətlə  peyda  olmuş 

milliyyət  məfkurələrinin  də  böyük  təsiri  var  və  olacaqdır: 

«Özünü  lüzumunca  bilib  də  istiqbal  üçün  müəyyən  bir  ideal 

bəsləyən  millət  şübhəsiz  ki,  böyük  bir  qüvvət  təşkil  edər. 

Şübhəsiz ki, sözün tam mənası ilə deyiləcək qədər dağ dağıdan 

topların hakim olduğu hərb meydanlarında təsirsiz qalmayan bu 

qüvvət  yaşıl  mahudlu  barışıq  masası  üzərində  əsaslıca  bir  əsir 

yapacaq. Hər hansı qalib tərəf az-çox sorunclu bir dinclik vücuda 

gətirmək istərsə, əsrin vicdanları üzərində ən çox təsir icra edən 


www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

183 


qüvvətli  milliyyət  məfkurəsini  ehmal  edəməz!  Bunun  böylə 

olacağı  arabir  gələcəyin  sülhü  haqqında  söz  söyləyən  Avropa 

mütəfəkkirlərincə  də  təsdiq  olunmaqdadır.  Sülhsunə  mənsub 

siyasilərcə,  milliyyət  əsasına  riayət  etməyəcək,  millətlərin 

hüququnu gözətməyəcək bir sülh əqdnaməsi çox çəkməz yırıtlar 

və sorunclu bir dinclik təmin edəməz» [186

a

, 171]. 


Milli  ideologiyanın  konkret  cizgilərini  cızan  milli 

ideoloq  qeyd  edirdi  ki,  təbii  hüququ  əlindən  alınmış  bir  millət 

əbədi  olaraq  bu  vəziyyətdə  qalarsa,  bir  tərəfdən  Avropa 

dövlətləri arasında daimi sülh əldə edilməyəcək, başqa tərəfdən 

onların  öz  vətəndaşları  arasında  ögeylik-doğmalıq  olduğu  üçün 

müutərəqqi və qüvvətli təşkilata çevrilə bilməyəcəklər: «Demək 

ki,  müəyyən  bir  məfkurəyə  və  əksər  fərdlərcə  tanınmış  amala, 

qayəyə  malik  olan  millətlər,  dövlətlər  arasındakı  münasibətdə 

əhəmiyyət  qazandıqları  kimi,  dövlətlərin  daxili  siyasətləri 

üzərinə də böyük təsirlər icra edəcəklərdir. Bu surətdə ayrı-ayrı 

millətlər bir millət olaraq yaşaya bilmək üçün hər şeydən əvvəl 

özlərini  bilməli,  müəyyən  fikir  və  amallar  ətrafında  birləşərək 

bütün bir məfkurəyə, xəyal qayəsinə hədəf olacaq o işıqlı yıldıza 

sahib  olmalıdırlar.  Çünki  müttəhid  bir  ruh  və  müştərək  bir 

yıldıza malik olmayan millətlərlə yeni əsaslar üzərinə qurulacaq 

həyat  hesablaşamayacaq  və  böylə  silahdan  məhrum  qalan 

heyətlər  kimsəyə  söz  eşitdirməyəcəklərdir!»  [186

a

,  171].  O, 



fikirlərinə  davam  edərək  yazırdı:  «Tutacağımız  yolun  nöqteyi-

əzəmətini  (məramını)  təşkil  edəcək  əsas  –  milliyyət  əsası»dır 

[186

a

, 172].  



Bununla  da,  fikrimizcə,  Azərbaycan  tarixində  ilk  dəfə 

siyasi-ideoloji mənada «milliyyət» anlayışını ortaya atan və onu 

Azərbaycan türk milliyyəti kimi ifadə edən Rəsulzadə olmuşdur. 

Ancaq bu milli ideologiyanın əsas  hədəfi olan  «milliyyət»çilik, 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

184 



184 

Rəsulzadənin  özünün  də  qeyd  etdiyi  kimi,  şovinist  millətçilik, 

yəni onlarca özgə millətləri hakim millət mənafeyinə fəda edən 

rus  millətçiliyi  deyil,  mütərəqqi  millətçilikdir:  «Halbuki  bizim 

tərvic  elədigimiz  əsas  bütün  milliyyətlər  üçün  bir  dərəcə 

hürriyyət və müsavat tələb edir ki, bununla biz rus camaatının da 

salim  düşünür  qismilə  heç  bir  ixtilafda  bulunmuyoruz»  [186

a



172].  

Onun  fikrinə  görə,  hər  bir  milliyyət  azad  yaşayıb  da 

tərəqqi  edə  bilmək  üçün  üç  əsasa:  1)  dil;  2)  din;  3)  zaman-

müasirliyə istinad etmək məcburiyyətindədir. Milliyyətin birinci 



əsası  dildir  ki,  dili  türk  olan  bu  xalqın  etnik  mənsubiyyəti  də 

türkdür: «Dilcə – biz türküz, türklük milliyyətimizdir. Ona görə 

də  müstəqil  türk  ədəbiyyatı,  türk  sənəti,  türk  tarixi  və  türk 

mədəniyyətinə malikiyyətimiz – məqsədimizdir. Parlaq bir türk 

mədəniyyəti isə ən müqəddəs qayeyi-amalımız, işıqlı yıldızımız-

dır» [186

a

, 172].  



M.Ə.Rəsulzadə  milli  ədəbi dilin  formalaşması problemi 

ilə  bağlı  qeyd  edirdi  ki,  əski  Səlcuqlu-Türkiyə  və  Azərbaycan 

türkcəsi bir olmuş, «ortadakı ayrılığı yaradan şey isə Azərbaycan 

danışığının  daha  çox  Qaraqoyunlular,  Ağqoyunlular,  Səfəvilər 

kimi  türk  dövlətlərinin  yönətimi  altında,  Osmanlılardan  ayrı, 

məzhəb  baxımından  onlara  kəskin  qarşı  olan  başqa  bir  siyasi 

yönətimin  özəyini  oluşdurmuşdur»  [189,  41].  Bu  baxımdan  dil 

məsələsində  «osmançılar»  (Ə.Hüseynzadə  və  b.)  və  «azərbay-

cançılar» (C.Məmmədquluzadə, F.B.Köçərli və b.) arasında orta 

mövqedən  çıxış  edən  Rəsulzadə  bir  tərəfdən  türk  ədəbi  dilinin 

xalqın  dili  ilə  bağlı  olmasının  vacibliyini  qeyd  etmiş,  digər 

tərəfdən  isə  onun  həddən  artıq  «aşağıya»  enməsinin  əleyhinə 

çıxaraq  ortaq  türkcənin  yaranması  təklifi  ilə  çıxış  etmişdi: 

«Ədəbi  dil,  xalqın  anlayacağı  dildir.  Yazı  dili  xalqın  danışdığı 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

185 


dildən  çox  uzaq  olmamalıdır.  Yazı  dilinin  anlaşılmaz  bir  halda 

olduğunu  ədəbi  hesab  eyləyən  dövr  çoxdan  keçmişdir.  İndi  bir 

əsrdəyik  ki,  hər  bir  şey  ümumiləşdiyi  kimi,  ədəbiyyat  da 

ümumiləşir. Böylə bir əsrdə məhdud şəxslərə məxsus bir dil ilə 

yazı  yazmaq,  əlbəttə,  ədəbi  hesab  olunmaz»  [186,  286].  Eyni 

zamanda, o qeyd edirdi ki, hər dilin bir milliyyəti olduğu kimi, 

bir  də  beynəlmilliyyəti  vardır:  «Milliyyət  cəhəti  hissiyyata, 

beynəlmilliyyət  cəhəti  isə  fənniyyata  aiddir.  Bir  millət  özünə 

məxsus olan hissiyyatını ifadə etmək üçün mütləq öz ana dilində 

istədiyi qədər lüğətlər tapa bilər, bu şərtlə ki, bu hisslər milli və 

təbii  olsun,  əcnəbi  bir  təsirlə  peyvənd  olunmuş  özgə  hisslər 

olmasın.  Halbuki  elmi  və  fənni  mənaları  ifadə  üçün  ana  dili 

lüğətləri  kifayət  etmir.  Çünki  elm  və  fənn  bir  millətin  deyildir, 

millətlərindir.  Çünki  fənniyyat  təbii  deyil:  sünidir  ixtiraidir! 

Sonradan  icad  olunan  məfhumun  bittəb  ixtirai  bir  olmaq  da 

icabatdandır.  Dil  milliyyət,  din  isə  beynəlmilliyyət  təşkil  edir. 

Biz türk olmaq hesabilə dilimizin milliyyəti türkcədir. Müsəlman 

olduğumuz üçün beynəlmilliyyətimiz İslamdır» [186, 287].  

Osmanlı türkcəsi ilə müqayisədə Azərbaycan türkcəsinin 

ərəb və fars dillərinin təsirinə az qalması müddəası ilə sonuncunu 

müdafiə etməklə yanaşı, Rəsulzadə  türk dilinin məhəlli şivələri-

nin inkişafına da meyil göstərmirdi. Məhz bunun nəticəsidir ki, 

Rəsulzadənin təşəbbüsü ilə Azərbaycan Cümhuriyyəti dövründə 

natamam  ali  və  ali  məktəblərdə  Türkiyə  türkcəsinin 

qrammatikası əsasında, ancaq Azərbaycan türkcəsinin də qayda-

qanunları  nəzərə  alınmaqla  ortaq  türk  dili  keçilmişdi  [189,  78-

79].  Hətta  Müsavat  Partiyası  ikinci  qurultayda  (1919)  qəbul 

edilmiş  proqramında  da,  M.Əmin  bəyin  təklifi  ilə  ortaq  türk 

birliyindən  və  ortaq  türk  dilindən  çıxış  etmişdir:  «Oxuma 

proqramında  İstanbul  danışığının  orta  məktəblərdə  keçilməsilə 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

186 



186 

ali  məktəblərdəki  dərslərin  ortaq  ədəbi  danışıq  saydığı  İstanbul 

türkcəsilə  oxudulmasını  istər»  [189,  74].  Beləliklə,  «milli  və 

müstəqil Azərbaycan» ideyasının ideoloqları vahid türk dili, türk 

tarixi, türk ədəbiyyatı ilə bağlı nəzəri ideyalarını 1918-ci il mayın 

28-də qurulan Azərbaycan Cümhuriyyətində reallaşdırmışlar. Bu 

baxımdan  Rəsulzadənin  ortaq  türk  ədəbi  dili  ideyasını  müdafiə 

etməsi şübhəsizdir [51, 36]. 

M.Ə.Rəsulzadə dillə yanaşı, dini də cəmiyyətin, millətin 

əsas  sütunları  saymışdır.  Onun  fikrincə,  din  və  dilsiz  cəmiyyət 

təşəkkül  tapa  bilməz:  «İnsanlar  arasında  cameiyyət  vücuda 

gətirən iki mühüm amil vardır. Bunlardan biri din, digəri dildir. 

Məlum  olduğu  üzrə  din  müxtəlif  dillərlə  mütəkəllim  və 

müxtəlif  cinsdən  olanları  birləşdirdiyi  halda,  dil  ancaq  bir 

növdən və bir cinsdən olan insanları birləşdiriyor» [186, 232]. 

Rəsulzadə  daha  sonra  yazır:  «Din  hər  nə  qədər  dildən  sonra 

gələn  bir  amil  isə  də  bəzi  şərait  daxilində  ondan  müəssir  bir 

qüvvət şəklini də ala bilir, ümumi bir dil nə qədər dil əhlində 

ümumi  bəzi  xislətlər  və  ideallar  tövlid  ediyorsa,  ümumi  bir 

dinə  malik  olmaq  dəxi  o  dərəcədə  böyük  bir  təsir  icra  edə 

bilər.  Müxtəlif  din  və  məzhəblərə  malik  olan  bir  dil 

sahiblərinin «milliyyət» olaraq vahid mədəni bir kütlə vücuda 

gətirmələri  müşkül  olduğu  halda,  bir  din  və  bir  dilə  malik 

olanlarca  bu  müşkülat  mütəssəvir  deyildir.  Dil  bir  millətin 

əsliyyətini mühafizə edə bilər. Fəqət çox kərə də din bir millətin 

dilinin  baqi  qalmasına  və  bu  münasibətilə  milliyyət  fikri  və 

amalının inkişafına səbəb oluyor» [186, 480]. 

Bu  baxımdan  Rəsulzadənin  fikrinə  görə,  milliyyətin 




Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə