İntellektual-Elektron Kitabxananın təqdimatında



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə19/58
tarix06.05.2017
ölçüsü3,32 Mb.
1   ...   15   16   17   18   19   20   21   22   ...   58

ikinci  əsası  dindir:  «Dincə  –  müsəlmanız.  Hər  bir  din  öz 

mütədəyyinləri  (inananları)  arasında  məxsusi  bir  təməddün 

(yeniləşmə)  vücuda  gətirmişdir  ki,  bu  mədəniyyət  də  bir 


www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

187 


beynəlmiləliyyət səbəbi təşkil edir. Müsəlman olduğumuz üçün 

biz  türklər  beynəlmiləliyyəti-islamiyyəyə  daxiliz.  Bütün  İslam 

millətlərilə şərikli bir əxlaqa, dini bir tarixə, müştərək bir yazıya, 

xülasə ortaq bir mədəniyyətə malikiz… Bu şəriklik islamiyyətə 

daxil olan zərərli təsirlərdən bizi mütəzərrir etdiyi kimi, bu yolda 

olacaq islahat feyzlərindən də bizi nəsibsiz qoymaz» [186

a

, 172]. 


M.Əmin  millət  və  dini  bir-birindən  ayrı  mürəkkəb,  anlaşılmaz 

şəkildə yox, apaydın olaraq tamamlanmasını istəyirdi. O, din ilə 

millətin öncə fərqlərini göstərir, daha sonra onların birgə şəkildə 

çulğalaşa  biləcəyini  ortaya  qoyurdu.  Bunun  üçün,  öncə 

müsəlmanlar  milli  kimliklərini  tanımalıdırlar.  Rəsulzadə  yazır: 

«Din  və  onun  ehkamı  mütədəyyinlərincə  anlaşılmaz  bir  hala 

gəlirsə,  verəcəyi  faydanı  təmin  edə  bilməz,  ruhsuz  olar, 

məişətdən  uzaqlaşar,  öylə  də  İslam,  bir  məişət  və  həyati-dini 

olaraq  təsis  elədiyi  halda  mütədəyyinləri  ilə  öz  arasına  bir 

məchuliyyət  girdi.  Bunun  nəticəsində  İslam  həyatından  və 

həyati-İslamla  yaşamaq  gümanında  olanlar  isə  əsil  İslamdan 

uzaqlaşdılar.  Bunun üçün də müxtəlif islam millətlərindən olan 

islam mütəfəkkirləri arasında İslam deyə tanınan şeyin möhtaci-

islah olduğunu düşünənlər  gündən-günə  çoxalıyorlar. Şübhəsiz, 

bu yolda bir islah lazımdır. Böylə bir islah vücuda gəlməyincə, 

İslam  millətləri  düçar  olduqları  ətalətdən  müşkül  ki  çıxsınlar» 

[186, 481]. 

Ən əsası odur ki, hələ milli istiqladan öncə, «Müsavat»ın 

1-ci qurultayındakı çıxışında (1917) Rəsulzadə dünyəvi dövlətin 

tərəfdarı  kimi  dini  mənəvi  məsələ  hesab  edərək  onun  siyasətə 

qarışmasının  əleyhinə  çıxış  etmişdir.  Onun  fikrincə,  məscidə 

daxil  olan  şəxs  siyasəti,  partiyanı,  ideyanı  unutmalı  və  ancaq 

Allaha  dua  etməlidir.  Ümumiyyətlə,  ruhanilər  siyasətlə  məşğul 

olmamalı və siyasi mübarizədə məscid bitərəf qalmalıdır. Dinin 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

188 



188 

dövlətdən  ayrı  olması  öz  əksini,  Rəsulzadənin  təkidi  ilə 

partiyanın  yeni  proqramında  da  tapdı:  «Hökumət  din  və 

məzhbələrdən heç birini digərilərindən üstün tutub, onu himayə 

və  mühafizə  edə  bilməz»  [253,  77].  Cümhuriyyət  dövründə  də 

din  məsələsində  dünyəvilik  modelindən  çıxış  edən  Rəsulzadə 

üzünü  islamçılara,  xüsusilə  onların  siyasi  təşkilatı  olan 

«ittihadçılar»a  tutaraq  deyirdi:  «Din  və  məscid  öz 

müqəddəsliyini  qoruyub  saxlamaq  istəyirsə,  siyasətdən  kənarda 

qalmalıdır.  ruhanilər  siyasi  ehtiraslar  burulğanında  sülh  və 

anlaşmanın  daşıyıcıları  olaraq  qalmalıdırlar.  Bizə  deyirlər  ki, 

qaradovoy,  polis  ağac  ilə,  qamçı  ilə,  ruhanilər  isə  vəz  ilə 

gələcəklər.  Fəqət,  siz  məni  təmin  edərmisiniz  ki,  qaradovoylar 

qamçı  ilə  gəldikdə  bəzi  ruhanilər  lənətlər  və  küfrlərlə 

gəlməyəcəklər?  Qaradovoyun  əlində  ağac  varsa,  ruhanilərin  də 

küfrü,  lənəti  vardır.  Əgər  istəyirsiniz  ki,  məscid  möhtərəm  bir 

vasitə,  sülh  və  səlah  olsun,  qoyunuz  o  bitərəf  və  müqəddəs 

qalsın» [34, 731-232]. 

Onun  fikrincə,  milliyyətin  varlığının  üçüncü  əsası  isə 

zamandır-müasirləşməkdir:  «Zamanca  da  –  biz  texnikanın,  elm 

və  fənnin  möcüzələr  yaradan  bir  dövründəyiz.  Türk  və 

müsəlman  qalaraq  müstəqilən  yaşamaq  istərsək  mütləq 

əsrimizdəki  elmlər,  fənlər,  hikmət  və  fəlsəfələrlə  silahlanmalı, 

sözün  bütün  mənası  ilə  zəmanə  adamı  olmalıyız…  Demək  ki, 

sağlam,  mətin  və  oyanıq  məfkurəli  bir  milliyyət  vücuduna 

çalışmaq istərsək ki, zaman bunu tələb ediyor – mütləqə üç əsasa 

sarılmalıyız: Türkləşmək, islamlaşmaq və müasirləşmək. İştə 

millətimizin ictimai  həyatının islahı üçün üzərinə dayandığımız 

üç payeyi-mədəniyyət!» [186a, 172]. 

Bu «üçlü» düstura əsaslanaraq Azərbaycan türk muxtar-

iyyətini, eləcə də Rusiya daxilindəki digər türk ellərinin avtono-


www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

189 


miyası  uğrunda  mübarizəni  Rəsulzadə  1917-ci  il  fevral  burjua 

inqilabından  sonra  rəsmən  irəli  sürmüş  və  müdafiə  etmişdi. 

Bununla  da  o,  türkçülükdən  Azərbaycan  Milli  ideyasına  doğru 

önəmli bir addım atmış və azərbaycançılığın əsasını qoymuşdur. 

Azərbaycan türkçülüyü ideyasının yaxın hədəfi Azərbaycan türk 

muxtariyyəti, uzaq hədəfi Azərbaycan türk istiqlalı idi.  

Bu  baxımdan  Bakıda  irəli  sürdüyü  federativ  quruluş 

əsasında  milli-ərazi  muxtariyyət  ideyasını  Rəsulzadə,  1917-ci 

ilin mayında Moskvada keçirilən Ümumrusiya Müsəlmanlarının 

I qurultayında müdafiə etmişdi. Qurultaydakı çıxışında unitarist-

lərin (Ə.Salikov və b.) xristianlardan fərqli olaraq müsəlmanların 

vahid    bir  millət  olması  ideyasını  ciddi  şəkildə  tənqid  edən 

Rəsulzadə bildirirdi ki, millətin əsas əlaməti dindən daha çox dil, 

tarix və adət-ənənələr birliyidir: «İslam da digər dinlər kimi, heç 

şübhəsiz  ki,  öz  inananları  arasında  bir  bağlantı  yaratmışdır. 

Amma  bu  bağlantı  milliyyət  bağlantısı  deyil,  beynəlmiləliy-

yətdir.  Bu  beynəlmiləliyyət  xristian  qövmləri  arasında  xristian 

mədəniyyəti  deyilən  şeyi  vucuda  gətirdiyi  kimi,  müsəlman 

millətlər də bir ortaq İslam mədəniyyəti yaratmışlar. Amma, bu 

bütün  İslam  qövmlərini  bir  millət  halına  gətirmək  demək 

deyildir.  Xristian  milləti  olmadığı  kimi  müsəlman  milləti  də 

yoxdur» [240, 298]. 

Bununla  da,  vahid  «İslam  milləti»  anlayışını  rədd  edən 

Rəsulzadə  hətta,  vahid  «Türk  milləti»  konsepsiyasını  da  tənqid 

etmişdir.  Çünki  onun  fikrincə,  Rusiyadakı  türk-tatar  millətləri 

türk  oğlu  türk  olmaqla,  vahid  türk  dilindən  bəhrələnməklə 

yanaşı,  müstəqil  şəkildə  müxtəlif  şivələrə,  ədəbiyyata, 

mədəniyyətə və mətbuata malikdirlər. Rəsulzadə hesab edirdi ki, 

heç  bir  türk-tatar  milləti,  o  cümlədən  Azərbaycan  türkü  digər 

türk  millətinə  görə  dilinə,  ədəbiyyatına  və  adət-ənənələrinə 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

190 



190 

əlivda deməz [240, 166]. Bu baxımdan da, Rəsulzadə çıxış yolu 

kimi  Rusiyanın  federativ  dövlətə  çevrilməsində  görürdü: 

«Rusiyanın idarə forması demokratik respublika olmalıdır» [240, 

163]. Onun irəli sürdüyü milli-məhəlli (milli-ərazi) muxtariyyət 

ideyası  unitaristlərin  (Əhməd  Salikov  və  b.)  milli-mədəni 

muxtariyyət  ideyasına  qarşı  üstünlük  saxlamaqla,  qurultay 

nümayəndələrinin  əksəriyyəti  tərəfindən  qəbul  edilmişdi  [51, 

60].  

Milli  ideologiyanın  ana  xəttini  təşkil  edən  milli  dövlət 



ideyasını  «Müsavat»ın  1-ci  qurultayında  (1917,  25-31  oktyabr) 

da  müdafiə  edən  Rəsulzadə  haqlı  olaraq  qeyd  edirdi  ki,  milli 

amal  (milli  ideya)  və  milli  məfkurə  (milli  ideologiya)  olmadan 

milli  istiqlal  mümkün  deyildir.  Beləliklə,  istiqlaldan  öncə 

«insanlara  hürriyyət,  millətlərə  istiqlal!»  şüarı  ilə  çıxış  edən 

Rəsulzadənin bu ideyaları «Müsavat»ın yeni proqramında da öz 

əksini  tapmışdı:  «…  ən  müvafiq  və  ən  təbii  dövlət  milli 

dövlətdir, çünki milli istiqlal və ya muxtariyyətə malik olmayan 

bir millət hürriyyət və mədəniyyətini hifz edə bilməz» [253, 74]. 

Bu  baxımdan  çağdaş  tədqiqatçılardan  Nazim  Cəfərov  doğru 

qeyd  edir  ki,  həmin  dövrdə  «milli  azadlığın  alovlu  carçısı 

M.Ə.Rəsulzadə  milli  azadlığı,  milli  istiqlalı  yalnız  yorulmadan 

təbliğ  etmirdi,  həm  də  bəşər  mədəniyyəti,  ictimai  inkişaf 

baxımından  fikrini  əsaslandırır,  istiqlalın  labüdlüyünü  sübuta 

yetirməyə çalışırdı» [66, 78]. 

Milli  ideoloqun  istiqlal  ərəfəsində  «Azərbaycan»  adına 

müraciət etməsi isə, türkçülüyün yaxın  və uzaq milli hədəfi olan 

türk  dövlətinin  yaranması  ilə  birbaşa  bağlı  olmuşdur. 

M.Ə.Rəsulzadə  Azərbaycan  milli  ideyasını  –  azərbaycançılığı 

nəzərdə  tutaraq  yazırdı:  «Bu  yolla  qafqazlı  türk  yazıçıların  və 

şairlərdən  bir  çoxunun  ayrı-ayrı  çağlarda  gizli  olsa  da, 


www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

191 


söylədikləri  «bağımsızlıq»  («istiqlal»-F.Ə.)  ideyası  I  Dünya 

savaşı  illərində  bilginlərin  başında  yaranaraq  devrim  (inqilab 

– F.Ə.) günlərində siyasi bir çağrış biçiminə girir, daha uyğun 

bir  gündə  «bütünlüklə  bağımsızlıq»  çağrışına  keçmək 

yetənəyində bulunan siyasi bir prorqama çevrilirdi» [189, 56]. 

O  hesab  etmişdir  ki,  Azərbaycan  milli  ideyası  – 

azərbaycançılıq  yalnız  türkçülük  uğrunda  savaş  aparan 

müsavatçıları  deyil,  sosialistləri,  islamçıları  və  başqalarını  da 

öz  ətrafında  birləşdirə  bilər.  Əslində  son  hədəfi  müstəqil  türk 

dövləti  yaratmaq  olan  türkçülərin  ölkənin  «Azərbaycan» 

adlandırılması  bir  tərəfdən  türklüyün  ifadəsi,  digər  tərəfdən  isə 

siyasi-ideoloji  gediş  idi.  Rəsulzadə  yazır:  «…Güney  Doğu 

Qafqaz  torpaqlarının  bütünlüklə  Azərbaycan  adı  altında 

yaranmış siyasi quruluşlarda olması tutalqasından (sübutundan – 

F.Ə.)  başqa  Azərbaycan  türklərinin  yaşadıqları  bir  ölkə  olduğu 

üçün buraya Azərbaycan deməkdə heç bir sıxıntı görülməmişdir. 

Bu  adın  yeni  Türk  Cümhuriyyətinə  verilməsində  ən  böyük 

tutalqa sözsüz bu türklük olmuşdur» [189, 61].  

Deməli, bu dövlətin bir türk dövləti olması, onun dilinin 

və millətinin türk adı daşıması kimi, «Azərbaycan» sözünün də 

türklüyü  ifadə  etməsi  heç  kəsdə  şübhə  doğurmamış,  başda 

Azərbaycan  türkləri  olmaqla  bütün  azərbaycanlılar  tərəfindən 

birmənalı  şəkildə  qəbul  edilmişdir.  Sadəcə,  siyasi-ideoloji 

mənada  «Azərbaycan»,  «Azərbaycan Cümhuriyyəti» anlayışları 

yalnız  türklüyü  ifadə  etməklə  məhdudlaşmamış,  Azərbaycanda 

yaşayan  bütün  vətəndaşların  (türk  və  türk  olmayan)  vətəni  və 

dövləti kimi daha  geniş məna daşımışdır. Sosialistlərdən  Aslan 

bəy  Səfikürdlü  parlamentdəki  çıxışlarının  birində  bunu  belə 

ifadə etmişdi: «Bu gün kiçik bir Türk parlamenti açılıbdır. Bizim 

bu parlamentimiz gözlərdə bir ağ kimidir. Çox imperialistlər onu 


www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

192 



192 

görmək  belə  istəmirlər.  Cümhuriyyətimizə  Türk  Cümhuriyyəti 

deyil,  Azərbaycan  Cümhuriyyəti  dedik  ki,  bütün  vətəndaşlara 

ümumi bir vətən olsun» [34, 46].  

Beləliklə,  1918-1920-ci  illərdə  və  sonralar  da  M.Ə.Rə-

sulzadə 


«Azərbaycan 

məfkurəsi», 

«Azərbaycan 

milli 


məfkurəsi»,  «Azərbaycan  fikri»,  «Azərbaycan  milli  ideyası»,  

«Azərbaycan  məfhumu»,  «azərbaycançılıq»,  «Azərbaycan 

ideyası»  dedikdə,  türkçülüyün  milli  özünütəyin  ifadəsi  olan 

bugünkü  azərbaycançılıq  ideyasının  nəzərdə  tutmuşdur:  «Rus 

istibdadı pəncəsindən dağılmış xanlıqlar şəklində deyil, müttəhid 

və milli bir kütlə surətində nicat arayan Azərbaycan türklüyü bu 

istiqlalını tərtəmiz edəcək bayrağa əsrin məfkurəsi ilə mütənasib 

bir  məna  vermək  istəyirdi.  Bu  mənanı  da  «türkləşmək, 

islamlaşmaq  və  müasirləşmək»  məfhumlarında  tapdı:  bayrağı 

mavi, al (qırmızı) və yaşıl rəngli qumaşlardan düzəldildi» [185, 

8].  

Ancaq  Azərbaycan  milli  ideyasının  reallaşması  kimi, 



onun  qorunub  yaşadılması  da  Rəsulzadənin  qarşısında  əsas 

vəzifə  kimi  dayanmışdır.  Çünki  xüsusilə  ilk  dövrlərdə, 

Azərbaycan  Cümhuriyyəti  adlı  müstəqil  bir  türk  dövlətinin 

müstəqilliyi bəyan olunmasına baxmayaraq istər daxildə, istərsə 

də onun xaricində onu azadlığını tanımaq istəməyən xeyli sayda 

qüvvələr  (bolşeviklər,  «ittihadçılar»-«ilhaqçılar»  və  b.)  var  idi. 

Milli  istiqlalın  əleyhinə  olan  bolşeviklər  və  «ittihadçılar»-

«ilhaqçılar»  (dini  qüvvələr)  müvafiq  olaraq  Azərbaycanı 

Rusiyadan  və  Osmanıldan  ayrı  təsəvvür  etmirdilər.  Təsadüfi 

deyil  ki,  həmin  dövrdə  Azərbaycanın  bir  hissəsi  bolşeviklərin 

əlində  olduğu  halda,  digər  hissəsi  isə  faktiki  olaraq 

Azərbaycandakı  Osmanlı  dövlətinin  qoşunlarının  komandanı 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

193 


Nuru  paşanın  və  onun  ətrafına  toplanmış  Azərbaycanın 

Türkiyəyə birləşməsinin tərəfdardlarının təsiri altında idi.  

Tarixçı  alim  Aydın  Balayevin  fikrincə,  həmin  dövrdə 

Nuru  paşanın  «ilhaqçılar»ın  təsiri  altında  olması  ilə  bağlı  bəzi 

müəlliflərin qeydləri doğru deyildir:  «Fikrimizcə,  Nuru paşanın 

«ilhaqçılar»a dəstəyi Türkiyənin hakim dairlərinin o dövrdə türk 

xalqları,  o  cümlədən  Azərbaycana  münasibətdə  yeritdikləri 

siyasətin  mahiyyətindən  irəli  gəlirdi»  [51,  114].  Bu  fikirlə 

razılaşaraq hesab edirik ki, bunu, «ilhaqçılar» da yaxşı bilir və bu 

amildən istifadə etməyə çalışırdılar. A.Balayevin də qeyd etdiyi 

kimi,  əsas  özəyini  Azərbaycanın  burjua-mülkədar  və  dini 

dairələrinin 

nümayəndələri 

təşkil 


edən 

«ilahqçılar»ı, 

Azərbaycanın  müstəqilliyi  ideyasından  daha  çox,  Rəsulzadənin 

başçılıq  etdiyi  Milli  Şuranın  ölkənin  siyasi  sistemində  köklü 

demokratik dəyişikliklər həyata keçirmək planları narahat edirdi: 

«Milli  Şuranın  təxirə  salmadan  ölkədə  geniş  demokratik 

azadlıqları  gerçəkləşdirmək,  dini  dövlətdən  ayırmaq,  aqrar 

sahədə  islahatlar  həyata  keçirmək,  qadınlara  kişilərlə  bərabər 

hüquqlar  vermək  planlarını  həmin  dairələr  öz  imtiyazlarının 

toxunulmazlığı üçün təhlükə hesab edirdilər» [51, 112].  

Bütün  hallarda,  M.Ə.Rəsulzadənin  uzaqgörənliyi  və 

müdrik  siyasəti  nəticəsində  bu  məsələ  də,  Azərbaycanın 

müstəqilliyinin itirilməməsi şərti ilə həll edilmiş [51, 119] və çox 

keçmədən «Azərbaycan milli məfkurəsi» Azərbaycandakı bütün 

siyasi  qüvvələrin,  o  cümlədən  burada  yaşayan  bütün  etnosların 

əsas ideyasına çevrilə bilmişdir. M.Ə.Rəsulzadə 1918-ci ilin 10 

dekabrında 

parlamentin 

2-ci 

iclasındakı 



çıxışında, 

azərbaycançılıq ideyasının hansı şəraitdə yaranmasını göstərmək 

üçün  deyirdi:  «Bizim  yaxın  məqsədlərmizdən  biri  olan 

Azərbaycan  muxtariyyətini  tələb  edərkən  həm  sağdan,  həm  də 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

194 



194 

soldan  hücumlara  düçar  olurduq.  Sağdaklar  bir  nöqtədən 

Azərbaycan muxtariyyətini inkar edirdilər. Sağdan deyirdilər ki, 

Azərbaycan-Azərbaycan  deyə  müsəlmanları  parçalayır,  türklük 

bayrağı  qalxızarkən  –  nəuzu  billah  (Allah  eləməsin  –  F.Ə.)- 

İslama  xətər  vurursunuz.  Soldan  da  iddia  edirdilər  ki, 

Azərbaycan  davası  bizi  inqilabçı,  hürriyyətpərvər  Rusiya 

demokratiyasından  ayırır,  xan,  bəy  hökuməti  düzəltməyə  səbəb 

olur…  Daima  Azərbaycan  məfkurəsinin  müdafiəçisi  olan 

firqəmiz  üçün  bu  gün  o  böyük  məqsəd  hasil  olmuşdur.  Çünki 

artıq  gərək  sağlar,  gərəksə  sollar  Azərbaycanı  inkar  deyil,  var 

qənaətlərilə isbat edirlər. Çünki artıq Azərbaycan fikri üzərində 

müsəlman firqələri arasında ixtilafi-nəzər yoxdur. Çünki cəmiy-

yətimizin  zehnində  Azərbaycan  istiqlalı  fikri  yer  tutmuş, 

yerləşmişdir.  Çünki  üçrəngli  o  məğrur  bayraq  artıq  siyasətən 

hamımızı birləşdirmişdir» [34, 50].  

Deməli, o dövrdə türkçülükdən Azərbaycan milli ideyası 

–  azərbaycançılıq  yaranmış,  onun  nüvəsində  də  Azərbaycan 

türkləri  başda  olmaqla,  bütün  azərbaycanlılar  durmuşdur.  Bu 

baxımdan,  hazırda  azərbaycançılığı  türkçülüyə  alternativ  olaraq 

göstərməyin,  üstəlik  sonuncunu  onun  tərkibində  əritməyin  nə 

tarixi,  nə  də  ciddi  elmi  əsasları  yoxdur.  Çünki  həmin  dövrdə 

«azərbaycançılıq»  anlayışına,  ən  yaxşı  halda  türkçülüyün  etnik 

adı  -  Azərbaycan türkçülüyü  kimi müraciət olunmuşdur.  Bunu, 

M.Ə.Rəsulzadə belə ifadə etmişdi: «Millət məhkumluğu acısını 

dadmış Azərbaycan türkü məhkum millət yaratmaz! Azərbaycan 

Cümhuriyyəti  övladını  ögey-doğmaya  ayırmaz:  erməni,  rus, 

yəhudi,  gürcü,  nemes,  polyak  və  sair  azlıqda  qalan  millətlər 

Azərbaycan 

vətəndaşı 

olmaqla 

bərabər 


milli-mədəni 

muxtariyyətə malik olub, öz dini, milli və mədəni işlərini özləri 

idarə etməlidirlər» [34, 53-54].  


www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

195 


Azərbaycan 

Parlamentindəki 

çıxışlarının 

birində 


Rəsulzadə onu da qeyd edirdi ki, Azərbaycan milli-demokratları 

yalnız  türkçü  və  demokrat  deyil,  həm  də  federalistdirlər  – 



gələcəkdə Türk Federasiyasının yaranmasını istəyirlər: «Bizim 

federalist,  türkçü  və  demokratizm  məsləkimiz  milli-demokrat 

məsələsidir.  Demokratlığımız  radikalizm  dərəcəsinə  qədər 

vardır.  Millətin  qüvvətli  bir  birləşdirici  ümumi  cəhətini  yalnız 

dinə  deyil,  xalqın  «dili  dilimdən,  dini  dinimdən»  deyə  özünə-

məxsus  sağlam  hisslə  dərk  elədiyi  düsturda  görürüz.  Bu 

mülahizə ilə biz məfkurəmizdə böyük bir türk millətinin bir gün 

gəlib  də  bir  Türk  Federasyonu  qurmaqla  bütün  görmək  istəriz! 

Bu ittihadın bəşər mədəniyyəti sərgisinə qiymətli bir milli kültür 

bəxş  edəcəyinə  əminiz!»  [34,  51].  Beləliklə,  Azərbaycan 

Cümhuriyyət  dövründə  M.Ə.Rəsulzadə  milli-demokratik 

cərəyanın əsasını təşkil edən türkçülük, islamçılıq, müasirləşmək 

və azərbaycançılıq ideyalarına sadiq qalmaqla yanaşı, gələcəkdə 

türk  millətlərinin  Türk  Federasiyası  yarada  bilməsinin 

mümkünlüyünü  də  irəli  sürürdü.  Türk  Federasiyası  ideyasının 

gerçəkləşməsi  ilə  bağlı  real  olaraq,  Azərbaycan  Cümhuriy-

yətinin  məktəblərində  ümumi  türk  tarixi  tədris  edilmiş,  türk 

dili məktəblərdə məcburi şəkildə keçilmiş, dövlətin rəsmi dili 

elan olunmuşdur [189, 79].  

Ən əsası odur ki, tarixçi alim Aydın Balayevin də qeyd 

etdiyi  kimi,  M.Ə.Rəsulzadə  XX  əsrin  əvvəllərində 

azərbaycançılıq konsepsiyasının bitkin, bütöv sistemini işləyib 

hazırlamış  və  bu  konsepsiya  nəticəsində  də  dünyanın  siyasi 

xəritəsində  «Azərbaycan»  adlı  dövlətin  yaranması  mümkün 

olmuşdır  [51,  8-9].  A.Balayevə  görə,  Rəsulzadənin  və 

«müsavatçılığ»ın  ciddi  opponentlərindən  biri  hesab  olunan 

N.Nərimanov  da  etiraf  edərək  bildirmişdir  ki,  Azərbaycanın 


www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

196 



196 

istiqlal  ideyası  M.Ə.Rəsulzadənin  lideri  olduğu  «Müsavat» 

partiyası ilə assosiasiya olunur [51, 66; 259, 499]. Y.Qarayevin 

təbrincə  desək,  bu  isə  o  deməkdir  ki,  Məhəmməd  Əmin 

Atatürklə yanaşı, Türk xalqlarının XX əsrdə dünyaya verdiyi iki 

müdrik ərindən, iki türk dahisindən biridir: «İki türk xalqının iki 

xilaskarı  bu  adlar  oldular.  Türk  adını  millətlərin  və  xalqların 

demokratiya,  hüquqi  dövlət  və  istiqlal  xəritəsinə  hətta 

Atatürkdən  də  əvvəl  Rəsulzadə  həkk  etdi…  Məncə,  indi 

Atatürkün əsil məqbərəsi heç də Türkiyədəki ən möhtəşəm daş-

divar,  bədii  abidə  kompleksi  deyildir,  yox:  azad,  münəvvər, 

suveren Türkiyənin özüdür. Və Məhəmməd Əmin Rəsulzadə də 

Azərbaycanda  yalnız  belə  bir  möhtəşəm  abidəyə,  mənəvi 

mehraba, milli məbədə köç edə, əbədi qayıda bilər» [127, 126]. 

Bütün  bunları  təsdiq  etməklə  yanaşı,  biz  isə  hesab  edirik  ki, 

ümumilikdə  XX  əsrdə  Azərbaycan  ədəbiyyatına,  tarixinə, 

mədəniyyətinə  də  M.Ə.Rəsulzadə  qədər  diqqət  yetirən,  bunları 

qələmə  alan,  qiymətləndirən  ikinci  bir  azərbaycanlı  mütəfəkkir 

yoxdur.  Bu  baxımdan  Məhəmməd  Əmin  mədəniyyətimizin, 

adət-ənənələrimizin,  milli  dövlətçiliyimizin  unudulmaması  və 

yaşadılması  üçün  əlindən  gələni  etmiş,  yeni  nəslin  yaddaşında 

əbədi bir iz buraxmışdır [81, 260].  




Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə