İntellektual-Elektron Kitabxananın təqdimatında



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə21/58
tarix06.05.2017
ölçüsü3,32 Mb.
1   ...   17   18   19   20   21   22   23   24   ...   58

www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

207 


bir  vaxtda  türklərin  bolşeviklərlə,  yəni  Sovet  Rusiyası  ilə 

əməkdaşlıq etməsi məcburidir [25, 12-13].  Xüsusilə, Türkiyə 

və  Azərbaycandakı  bəzi  kommunist  düşüncəli  qüvvələrin 

(Xəlil paşa, Kazım Qarabəkir paşa, N.Nərimanov, Ə.Qarayev 

və  b.)  Sovet  Rusiyasına  həddən  artıq  etimad  göstərməsi, 

xüsusilə  Azərbaycan  Milli  hökumətinin  Sovet  hökuməti  ilə 

əvəz 

olunmasının 



zəruriliyi 

ilə 


bağlı 

mülahizələr 

Azərbaycanın  faciəsi,  yəni  Milli  hökumətin  devrilməsi  ilə 

nəticələnmişdir.  Hər  halda,  bunu  yalnız  Azərbaycan 

tədqiqatçıları  deyil,  bir  sıra  Türkiyə  alimləri  –  Tarık  Zafer 

Tunaya, Doğan Avçıoğlu, Səlahəddin Tansel, Aclan Sayılqan 

və başqaları da etiraf ediblər [52, 261; 25, 66]. Bu baxımdan 

Azərbaycan  Cümhuriyyətinin  süqutunda  milli  ideoloqların 

başarsızlığını önə çəkmək bir o qədər də inandırıcı deyildir. 

Sadəcə,  etiraf  etmək  lazımdır  ki,  Türkiyənin  və 

Azərbaycanın  bəzi  ideoloqları  (Mustafa  Kamal,  Xəlil  paşa, 

N.Nərimanov  və  b.)  ilk  dövrlərdə,  doğrudan  da  Sovet 

Rusiyasına  etimad  göstərmiş,  onun  sovetləşmə  ideyasının 

Azərbaycanda  reallaşmasında  ya  maraqlı  olmuş,  ya  da  bu 

prosesdə birbaşa şəkildə iştirak etmişlər. Ancaq sonralar onlar 

Sovet  Rusiyasının  «sovetləşmə»  ideyası  adı  altında  işğalçılıq 

siyasətini  anlamışdılarsa  da,  artıq  çox  gec  olmuşdur.  Bunu, 

Türkiyə  Cümhuriyyətinin  qurucusu  Atatürk  də,  Sovet 

Azərbaycanının rəhbəri N.Nərimanov da etiraf etmişlər. Yəni 

onlar  «sovetləşmə»dən  Azərbaycanın,  müəyyən  mənada  da 

Türkiyənin  də  qazanacağını  ümid  etdikləri  halda,  Sovet 

Rusiyasının iküzlü və riyakar siyasəti nəticəsində, N.Nərima-

novun təbrincə desək, Azərbaycan yalnız müstəqilliyini deyil, 

həm də torpaqlarını itirmişdir.  



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

208 



208 

Hər  halda,  işğalın  ilk  günlərində  dünya  dövlətləri,  o 

cümlədən  Türkiyə  qarşısında  müstəmləkəçilik  siyasətini 

pərdələmək üçün sözdə müstəqil Sovet Azərbaycanını rəsmən 

tanıdığını  bəyan  edən  Sovet  Rusiyası  çox  keçmədən, 

İ.V.Stalinin  «kommunistlərin  bir  hissəsinin  digərindən 

müstəqilliyi  ola  bilməz»  mülahizəsi  ilə  onun  müstəqilliyinin 

formal  olduğunu  da  ortaya  qoymuşdu  [45,  56].  Bu  məqsədlə 

də  Moskvadan  Bakıya  göndərilmiş  bolşevik  emissarları  – 

Pankratov, 

Q.N.Kaminski, 

S.Orconikidze, 

Lominadize, 

S.M.Kirov,  L.Mirzoyan,  Sarkis,  A.Mikoyan  və  başqaları 

Azərbaycanda  hər  cür  milliliyin  əleyhinə  mübarizə  aparmış, 

milli  ziyalılara  qarşı  repressiya  siyasəti  yürütmüşlər.  Bu 

baxımdan ABŞ tədqiqatçısı Tadeuş Svyatoçovski  «Rusiya və 

Azərbaycan:  sərhədyanı  bölgə  keçid  dövründə»  əsərində 

doğru  yazır  ki,  Sovet  rejimi  «həm  Azərbaycanda  yerli  dar 

düşüncəni,  həm  də  güclü  şəkildə  ruslaşdırmanı  təşviq  edirdi. 

Bu  iki  istiqamətdə  aparılan  əməliyyat  keçmişlə  əlaqələri 

kəsmək  və  Azərbaycanın  sovet  sisteminə  inteqrasiya 

edilməsini  sürətləndirmək  məqsədi  güdürdü»  [203,  174]. 

Beləliklə,  Mərkəzin  müstəqil  Sovet  Azərbaycanı  ideyasına 

qarşı olan bu cür mövqeyindən, yəni bir tərəfdən vəd verilmiş 

müstəqilliyin  təmin  edilməməsi,  digər  tərəfdən  isə  Sovet 

Azərbaycanı rəhbərliyinin rus, erməni, yəhudi və onların yerli 

əlaltılarından  ibarət  olması  milli  məsələnin  meydana 

çıxmasına  səbəb  olmuşdu.  Milli  məsələyə  münasibətdə  isə 

bir-birinə  əks  cəbhədə  dayanan  iki  qüvvə:  1)  «sollar»;  və  2) 

«sağlar» var idi. 

Azərbaycan  «sollar»ının  Mərkəzə  meyilli  siyasəti.  

Mərkəzin müdafiə etdiyi «sollar» adlandırılan müstəmləkəçi-

mərkəzçi  bolşeviklərin  arasında  yuxarıda  adını  çəkdiyimiz 


www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

209 


qeyri-türk  kommunistlərlə  yanaşı,  yerli  kommunistlərdən 

S.Ağamalıoğlu,  R.Axundov,  M.D.Hüseynov,  Ə.Qarayev  və 

başqaları  Rusiya  təcrübəsini  Azərbaycanda  zorla  həyata 

keçirməyi,  milli  adət-ənənələrə  məhəl  qoymamağı,  milli 

kadrlara  inanmamağı,  Bakını  qəzalara  qarşı  qoymağı  təklif 

edirdilər.  «Solların»  antimilli  təkliflərindən  biri  Bakını 

Azərbaycandan  ayırmaq  idi.  Kirov  və  Mirzoyan  Bakı 

haqqında  deyirdilər  ki,  Bakı  türk  şəhəri  deyil,  beynəlmiləl 

proletar  şəhəridir,  ona  görə  də  birbaşa  Rusiyanın  ərazisinə 

qatılmalıdır.  Eyni  zamanda  «sollar»  hesab  edirdilər  ki, 

Azərbaycan  müstəqil  olmamalı  və  o,  Sovet  Rusiyasına 

birləşdirilməlidir. 

Bu 

baxımdan 



«sollar» 

Sovet 


Azərbaycanının  əvvəlcə  Zaqafqaziya  Federasiyası  əsasında 

birləşməsinin, daha sonra isə Rusiyanın tərkbinə qatılmasının 

tərəfdarı  kimi  çıxış  edir,  həmçinin  rəhbərlikdə  təmsil 

olunanların  beynəlmiləl  tərkibi  ilə  razılaşırdlar.  Çünki  «sol» 

cərəyana  görə  milliyyət,  millət,  milli  mədəniyyət  və  milli 

istiqlal  keçmişə  aid  və  məhv  olmağa  məhkum  anlayışlardır 

[154

a

, 65].  



Milli məsələ ilə bağlı ilk dövrlərdə, yəni 1920-1930-cu 

illərdə  «sollar»  mübarizəni  «sağlar»dan  hesab  olunan 

N.Nərimanov,  müəyyən  qədər  isə  Ə.Xanbudaqov,  M.Xan-

budaqov  və  başqalarının  «millətçi-təmayülçü»  xətlərinə  qarşı 

aparmışlar.  Milli  məsələdə Mərkəzin hərtərəfli dəstəyini alan 

«sollar»  onun  köməkliyi  ilə  əvvəlcə  N.Nərimanovun,  daha 

sonra 

Ə.Xanbudaqovun 



Azərbaycan 

rəhbərliyindən 

uzaqlaşdırılmasına nail olmuşlar [42, 296, 311].  

Qeyd  edək  ki,  «Sovet  Azərbaycanı»  ideyasının  bu 

gününə  və  gələcəyinə  münasibətdə  müstəqillik-millilik 

tərəfdarlarından  («sağlar»dan)  fərqli  olaraq,  mərkəzçilik-



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

210 



210 

beynəlmiləlçilik  tərəfdarları  («sollar»)  öz  fikirlərindən  çıxış 

etmir,  Mərkəzin,  yəni  Sovet  Rusiyasının  diqtəsi  altında 

hərəkət  edirdilər.  Məsələn,  Sovet  Rusiyasının  işğalı 

dönəmində  özünü  «bolşevik»  kimi  doğrultmaq  istəyən 

«sollar»dan  Səməd  Ağamalıoğlu  hesab  edirdi  ki,  Sovet 

Azərbaycanı  müstəqil  olmamalıdır.  Xüsusilə,  Zaqafqaziya 

Federasiyasının  yaranması  uğrunda  fəal  mübarizə  aparan 

Ağamalıoğlu 

marksizm-leninizmin 

«xalqlar 

dostluğu» 

ideyasından  çıxış  edərək  yazırdı  ki,  ZSFSR-in  birləşməsinin 

əlehyinə  olan  millətçiliyin  kökü  kəsilməlidir.  Guya, 

millətçilər-«sağlar» anlamalı idilər ki, Azərbaycan türkləri ilə 

ermənilər  və  gürcülər  arasında  heç  bir  milli  fərq  yoxdur: 

«Mən  erməni  kəndində  yaşayarkən  heç  bir  milli  fərq  hiss 

etməmişəm.  Ona  görə  ki,  bizim  nağıl  və  mahnılarımız  bir-

birinə uyğun gəlir. Mən gürcülər arasında da çox yaşamışam, 

onların  da  adət  və  ənənələri  bizimkinə  çox  yaxındır»  [166, 

23].  Həmin  dövrdə  fəal  «sollar»dan  Əliheydər  Qarayev  də 

hesab  edirdi  ki,  Azərbaycan  əsil  istiqlalını  27  aprel 

inqilabından  sonra  tapmışdı.  Guya,  buna  sübut  fəhlə  və 

kəndlilərin hakimiyyətdə olmasıdır. Onun fikrincə, millətçilər 

fəhlə 

və 


kəndli 

hakimiyyətinə 

deyil, 

xaricdəki 



himayədarlarına  söykəndiklərinə  görə  iflasa  uğramışlar. 

Bununla  yanaşı,  o  etiraf  edirdi  ki,  onlara  «istiqal»  verən  elə 

xarici  quvvədir-Sovet  Rusiyasıdır.  Sovet  Azərbaycanı  da  öz 

gələcək  varlığını  Sovet  Rusiyasından  ayrı  tuta  bilməz  [168, 

437].  

Eyni  mövqeni  müdafiə  edən  «solçu»  Ruhulla 



Axundov  da  yazırdı  ki,  Sovet  Azərbaycanının  Sovet 

Rusiyasından  kənarda  müstəqilliyinə  ehtiyac  yoxdur.  Bu 

baxımdan  Rusiyanın  birbaşa  təhriki  ilə  üç  Cənubi  Qafqaz 


www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

211 


dövlətinin birləşməsini milli sülhün möhkəmləndirilməsi kimi 

qiymətləndirən  Axundov  iddia  edirdi  ki,  bu  birləşmənin 

əleyhinə çıxış edən müsavat, daşnak və menşevik ziyalıları isə 

tək  deyillər  [20,  70].  Axundov  özünü  və  özü  kimi  yerli 

bolşevikləri  inandırmağa  çalışırdı  ki,  ZSFSR-in  yaradılması 

müsavatçıların  dediyi  kimi,  istiqlaliyyətin  məhv  olması, 

millətin  hüququnun  tapdalanması  demək  deyildir.  Əksinə, 

Cümhuriyyət  dövründə istiqlal formal xarakter daşımış,  güya 

əsil istiqlal Azərbaycanda sovet hakimiyyətinin qurulması ilə 

mövcud  olmuşdu.  Onun  fikrincə,  Fransa,  İngiltərə  və  başqa 

dövlətlər Azərbaycan, Gürcüstan və Ermənistanın bir-birindən 

və  bunların  hamısının  Rusiyadan  tamamilə  ayrılmasını  tələb 

etməklə,  qüvvələri  parçalayıb  Şura  cümhuriyyətlərini 

asanlıqla  aradan  götürmək  istəyirmişlər  [20,  78].  Onun 

fikrincə, milli şovinizmə qarşı beynəlmiləlçilik, milli ədavətə 

qarşı  sinfi  ədavət,  imperializmə  qarşı  isə  kommunizm  irəli 

sürülməlidir [20, 162]. 

Maraqlıdır  ki,  Axundov  SSRİ  dövründə  baş  qaldıran 

milli  təmayülçülüyü  isə  Azərbaycan  Cümhuriyyəti  dövrü  ilə 

əlaqləndirirdi.  Guya,  Milli  hökumətin  zamanında  elə 

xəyanətlər,  bərbadlıqlar  törədilmişdir  ki,  məmləkətdə 

təxribatdan  başqa  bir  şey  qalmamışdır  və  bolşeviklər  bu 

təxribatı  aradan  qaldırmalıdır.  Ancaq  az  sonra  o  etiraf  edirdi 

ki,  əslində  problem  Cümhuriyyət  hökuməti  ilə  deyil, 

bolşeviklərin  özü  ilə  bağlıdır.  Daha  doğrusu,  Axundov 

Mərkəzin  təsiri  altında  açıq  şəkildə  yaza  bilmirdi  ki, 

Azərbaycanda hakimiyyət Moskvanın buradakı erməni və rus 

mənşəli 


nümayəndələri 

əlindədir, 

bu 

da 


türklər-

azərbaycanlılar  arasında  ciddi  narazlıq  doğurur.  R.Axundov 

yalnız onu etiraf etməli olurdu ki, Azərbaycanda rəsmən Şura 


www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

212 



212 

hökuməti  elan  olunsa  da,  ancaq  bu  yalnız  Bakıda 

gerçəkləşmiş, digər yerlərdə nə varlılar, nə də yoxsullar onun 

gücünü  tamamilə  anlamamışlar.  Çünki  Şura  hökuməti 

torpaqları  varlıların  əlindən  alacağını,  eləcə  də  qaçmış 

bəylərin  və  xanların  torpaqlarını  yoxsullara  verəcəyini  bəyan 

etsə  də,  bunlardan  heç  biri  reallaşmamışdır.  Ona  görə  də 

bolşevik  R.Axundov  Bakıdan  kənarda  qalan  əyalətləri  zorla 

sovetləşdirməyi  təklif  edirdi:  «Kəndlərdə  özümüzə  möhkəm 

əsas  qurmaq  üçün  hələ  hərəkətsiz  duran  arasında  şiddətli 

mübarizə  törətmək  lazımdır.  O  da  birini  yandırmaq,  o 

birilərini  qandırmaqdır.  Qolçomaqları,  müftəxorları  və 

qoçuları  soymaq,  dilsiz,  ağızsız,  hürkəgən  və  məzlum 

yoxsulları  doyurmaq.  Bunu  da  kəndçilərin  öz  əllərilə  başa 

gətirmək  lazımdır.  Qoy  özləri  boğuşsunlar,  özləri  didişsinlər. 

Biz  isə  yoxsul  kəndçilərə  bu  didişmədə  var  qüvvəmizlə 

kömək  edəcəyik,  onlara  yol  göstərəcəyik»  [20,  45]. 

Fikrimizcə,  R.Axundovun  bu  «ideyası»  yalnız  onun 

fikirlərinin  məhsulu  deyil,  bütövlükdə  bolşeviklərin  o 

dövrdəki  dünyagörüşünün örnəyi  idi. Azərbaycanda inqilabla 

hakimiyyətə  gəldiklərini  iddia  etdikləri  halda,  Bakını  çıxmaq 

şərtilə,  hələ  də  yerlərdə  bolşeviklərin  qəbul  olunmadığını 

etiraf  edən  və  buna  görə  də,  yerlərdə  xalqı  bir-birinə 

qırdırmaqla  bolşevik  «inqilabı»  olması  ideyası  ilə  çıxış 

edənlərə  heç  bir  şəkildə  bəraət  qazandırmaq  olmur.  Bütün 

bunlar bir daha göstərir ki,  «27 Aprel inqilabı»  hansı şəkildə 

baş  vermiş  və  Azərbaycan  bolşeviklərinin  bu  inqilabda  rolu 

nədən  ibarət  olmuşdur.  R.Axundovun  Azərbaycan  kommu-

nistlərinin 3-cü qurultayı münasibəti ilə yazdığı məqalədə bir 

daha  etiraf  etdiyi  kimi,  1920-ci  ilin  əvvəllərində  AKP  (b) 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

213 


«kiçik,  zəif»  [20,  54]  bir  təşkilat  idi  ki,  bu  qüvvə  ilə 

Cümhuriyyəti devirmək əsla mümkün deyildir.  



Azərbaycanda milli təmayülçülük cərəyanı. 1920-ci 

illərdə  Mərkəzə-Moskvaya  və  onun  müdafiə  etdiyi  «sollar»a 

qarşı  mübarizədə  əsas  rolu  «sağlar»  adlandırılan  milli 

təmayülçülər 

oynamışlar. 

Xüsusilə, 

Azərbaycan 

rəhbərliyində təmsil olunan «sağlar»dan Nəriman Nərimanov, 

Əyyub  Xanbudaqov,  Mahmud  Xanbudaqov  və  başqaları 

hesab  edirdilər  ki,  bolşevik  ideyaları  Azərbaycana  təlqin 

edilərkən  Rusiya  təcrübəsi  kor-koranə  tətbiq  edilməməlidir, 

yəni  yerli  şərait,  milli  adət-ənənələr,  məişət  xüsusiyyətləri 

nəzərə  alınmalıdır. 

Eyni  zamanda 

«sağlar»  Sovet 

Azərbaycanının  müstəqil  bir  respublika  kimi  qorunub 

saxlanılması, rəhbərlikdə əsasən, milli kadrların – Azərbaycan 

türklərinin təmsil olunması uğrunda mübarizə aparırdılar. Bir 

sözlə,  onlar  Sovet  Rusiyasının  Azərbaycanda  apardığı 

mərkəzçilik-beynəlmiləlçilik  siyasətinə  etiraz  edirdilər.  Sovet 

Azərbaycanında  mübahisə  obyekti  olan  milli  məsələni 

mühacirətdə  izləyən  M.Ə.Rəsulzadə  yazırdı:  «Heç  bir 

repressiyaya  baxmayaraq  Azərbaycanda 

milli  ovqat 

kommunizmi  get-gedə  daha  çox  üstələyirdi.  Millətin  və 

dövlətin  müstəqilliyi  ideyası  təkcə  xalq  kütlələrinin  geniş 

təbəqələrinə  deyil,  kommunistlərin  özlərinin  ən  mərhəm 

dairələrinə  də  nüfuz  edirdi.  Azərbaycan  Kommunist  (b) 

Partiyasının 

katibi 

Xanbudaqova 



qədər 

hər 


cür 

təmayülçülüyün  ana  xətti  «Mərkəz  Azərbaycanın  daxili  işinə 

qarışmamalıdır» tələbindən gəlib keçirdi» [180, 36].  

Milli  təmayül  xəttinin  tərəfdarlarının  başlıca 

prinsipləri  aşağıdakılar  idi:  1)  Yerli  türk xalqlarının  tərbiyəsi 

və irəli çəkilməsi; 2) Müsadirənin  dayandırılması;  3) Əhalini 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

214 



214 

təmin  etmək  üçün  xırda  ticarətə  yol  verilməsi  [231,  160]. 

«Sağlar»  hesab  edirdilər  ki,  milliyyət  və  milli  mədəniyyət  – 

ictimai  və  siyasi  həyatda  çox  yüksək  birər  həqiqətdir.  Onlar 

üçün  milli  mədəniyyətin  və  milli  hakimiyyətin  mənafeyi, 

proletar  mənafeyinin  fövqündədir.  «Sağlar»  sovet  şəraiti 

içərisində vücuda gələn milli həyatı, milli mədəniyyət və milli 

hakimiyyəti qayə və ideal halına qoymuşlardır [154

a

, 65]. 


 Milli məsələyə münasibətin ilk mərhələsində, xüsusilə 

1920-1924-cü  illərdə  Sovet  Rusiyasının  Azərbaycanda 

apardığı  müstəmləkəçilik  ideologiyasına  milli  kommunist 

rəhbərlər arasında, ilk dəfə açıq şəkildə etiraz edən  Nəriman 



Nərimanov  olmuşdu.  Onun  milli  məsələ  üzrə  siyasi-ideoloji 

baxışları «Ucqarlarda inqilabımızın tarixinə dair» məktubunda 

geniş şəkildə şərh olunmuşdu.  

Ümumilikdə,  Nərimanovun  bu  və  başqa  yazılarında 

milli məsələ ilə bağlı irəli sürdüyü mülahizələrdən belə nəticə 

çıxarmaq olar ki, o, müstəqil və milli Azərbaycan dedikdə, nə 

27  aprel  işğalına  qədər,  nə  də  işğaldan  sonra  heç  vaxt  onu 

Sovet  Rusiyasından  tamamilə  ayrılıqda  nəzərdə  tutmamışdı 

[169,  9].  Yəni,  o  bütün  hallarda  Sovet  Azərbaycanının 

varlığının  Sovet  Rusiyası  ilə  bağlı  olmasını  qəbul  etmişdi. 

Nərimanov  açıq  şəkildə  yazırdı:  «Sovet  Rusiyasız  biz  elə 

sabah  mövcudluğumuza  son  qoyarıq…»  [168,  426].  Sadəcə, 

Nərimanova  görə  Sovet  Azərbaycanının  müstəqil  və  milli 

siyasət  yürütməsi  Sovet  Rusiyasının  özünə  də  lazım  imiş. 

Guya,  Sovet  Azərbaycanı  müstəqil  və  milli  olardısa,  Şərq 

xalqları bundan ruhlanaraq milli azadlıq hərəkatlarına qoşular 

və  Avropa  kapitalizmi  diz  çökərmiş  [168,  438].  Ancaq 

Nərimanov  başa  düşmək  istəmirdi  ki,  Sovet  Rusiyasının  ilk 

növbədə  məqsədi  Avropa  imperialistlərini  deyil,  Türk-İslam 


www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

215 


mədəniyyəti  məhv  etmək  idi.  Bu  mənada,  Nərimanov  Sovet 

Rusiyasının  bütün  mənalarda  ona  bağlı  olan  bir  şəxsə  deyil, 

çox sonralar kommunist olmuş keçmiş menşeviklərə, eserlərə, 

hətta  «müsavatçı»lara  güvənməsini  də  vaxtında  anlaya 

bilməmişdir. Çünki Nərimanov öz aləmində müstəqil və milli 

Sovet  Azərbaycanı  vasitəsilə  digər  Şərq  xalqlarını  da 

sosializm  hərəkatına  qoşmaq  istəyirdi.  Ancaq  bu  ideyasını 

həyata keçirmək üçün Mərkəzin ona etibar etmədiyini, üstəlik 

bütün  səlahiyyətləri  Orconikidzeyə,  Kirova,  Mirzoyana  və  b. 

qeyri-türk  kommunistlərə  verdiyni  görən  Nərimanov  yazırdı 

ki,  onlar  isə  ətrafındakı  xəbis  adamları  vasitəsilə  onu  milli 

təmayülçülükdə ittiham  edirlər:  «Mərkəz baş aça bilmirdi ki, 

nə  üçün  mən,  20  il  bundan  əvvəl  öz  romanımda 

beynəlmiləlçiliyi təbliğ etdiyim halda, o zaman ən çətin anda 

müsəlmanlar  arasında  hər  cür  dini  inkar  etdiyim  halda,  indi 

mənim  milli  təmayülüm  olmalıdır,  dünənki  daşnak  və  ya 

müsavatçı  isə  beynəlmiləlçi  olmalıdır.  Burada  məsələni  belə 

qoymaq lazımdır: ya həqiqətən Mərkəz bu məsələdən baş aça 

bilmir, ya da o, ucqar respublikaların daxili işlərinə qarışmaq 

məqsədilə  qəsdən  bu  «beynəlmiləlçiləri»  irəli  çəkir,  müdafiə 

edir» [168, 438].  

Nərimanov  gec  də  olsa,  sonralar  anlamışdı  ki,  həmin 

dövrdə  Sovet  Rusiyasının  Şərqdə  sosializm  inqilabı  etmək 

kimi  niyyəti  olmamışdı.  Belə  bir  niyyəti  olmadığı  üçün  də 

Sovet  Azərbaycanının  milli  və  müstəqil  olması  sovet 

rəhbərlərinə  heç  cür  əl  vermirdi.  Əksinə,  Sovet  Rusiyasına 

müstəmləkə  və  onun  hər  cür  arzu  və  istəklərini  qeyd-şərtsiz 

yerinə  yetirən  «beynəlmiləlçi»  rəhbərlər  lazım  idi.  Məhz 

N.Nərimanov Sovet Rusiyasının rəhbərlərinin nəzərində ideya 

baxımından  deyil,  praktik  baxımından  «beynəlmiləlçi»  hesab 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

216 



216 

olunmurdu.  Praktiki  «beynəlmiləlçilər»  o  kəslər  («sollar») 

idilər  ki,  onlar  Nərimanovdan  fərqli  olaraq,  Azərbaycanın 

sərvətinin  Rusiya  tərəfindən  istənilən  şəkildə  istimar 

olunmasına,  üstəlik  onun  millətinə  yuxarıdan  aşağı 

baxılmasına,  eyni  zamanda  ermənilərin  Azərbaycan 

rəhbərliyində  yüksək  vəzifə  tutmalarına  heç  bir  etiraz 

etmirdilər.  Bu  baxımdan  Nərimanovun  əsas  savaşı  Sovet 

Azərbaycanının  müstəqilliyini  tanımaq  istəməyən  və 

Azərbaycanda  özünə  «sollar»  adı  altında  «beynəlmiləlçi» 

dayaq  nöqtəsi  yaradan  Moskva  ilə  idi.  Nərimanova  görə, 

Sovet  Azərbaycanını  simasızlaşdıranlara,  onu  tanımayanlara 

qarşı  mübarizə  apardığı  üçün  rəqibləri  onu  millətçilikdə 

ittiham  etmişlər  [168,  441].  Nərimanov  da  məhz  bu 

güvənsizliyə  etiraz  etmiş,  hansı  səbəblərdən  türklərin  deyil, 

qeyri-türklərin Sovet Azərbaycanının rəhbəri vəzifələrinə irəli 

çəkilmələrini  aydınlaşdırmağa  çalışmışdır:  «Mənim  zərrə 

qədər də şübhəm yoxdur ki, Serqo və Stalinin simasında AKP 

MK biz türklərə etibar etmir və Azərbaycanın taleyini erməni 

daşnaklarına tapşırır» [168, 465]. 

N.Nərimanov qeyd edirdi ki, əgər bir il bundan əvvəl 

Azərbaycanda  sovet  hakimiyyəti  türk  kütlələrinin  ümumi 

rəğbəti  ilə  müdafiə  edilirdisə,  hazırda  hakimiyyət  yalnız  süngü 

gücünə  qorunur  [168,  452].  Çünki  artıq  Mərkəz  Azərbaycana 

açıq-aşkar  öz  müstəmləkəsi  kimi  baxır.  Bu  müstəmləkəçiliyin 

nəticəsi  olaraq,  Azərbaycan  türkləri  Bakı  Sovetinin 

qulluqçularına  rus  dilində  şifahi  və  yazılı  müraciət  edə  bilirlər. 

Eyni  zamanda  rəhbər  vəzifə  tutan  işçilərin  əksəriyyəti  rus, 

erməni, yəhudi və gürcü mənşəlidirlər. Nərimanov yazır: «Mən 

bildirirəm  ki,  Dövlət  Duması  olanda  türk  əhalisi  belə  sıxıntıya 

məruz qalmırdı» [168, 453]. 

1   ...   17   18   19   20   21   22   23   24   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə