İntellektual-Elektron Kitabxananın təqdimatında



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə22/58
tarix06.05.2017
ölçüsü3,32 Mb.
1   ...   18   19   20   21   22   23   24   25   ...   58

www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

217 


Nərimanovun  Leninə  yazdığı  məktubu  da  açıq  şəkildə 

göstərir ki, o, Azərbaycanın simasızlaşdırılmasında və müstəqil-

liyinin əlindən alınmasında əsas günahkar kimi Mərkəzi və onun 

havadarlıq  etdiyi  daşnakları  və  başqa  antitürk,  antiazərbaycan 

qüvvələri  görmüşdü:  «Əziz  Vladimir  İliç  Lenin,  məgər 

«Müstəqil  Azərbaycan»  sizin  dilinizdən  çıxmamışdırmı?  Axı, 

məhz buna əsaslanaraq biz Müsavatın qurduğu fitnəkarlığı məhv 

edə  bildik.  İndi  vəziyyət  belə  bir  şəkil  alır:  həmişə  Denikini 

müdafiə  etmiş  Ermənistan  müstəqillik  qazanmış  və  üstəlik  də 

Azərbaycanın ərazisini almışdır. İndiyə qədər ikili siyasət aparan 

Gürcüstan  müstəqillik  əldə  etmişdi.  Üç  respublikadan  birinci 

olaraq  Sovet  Rusiyasının  qoynuna  atılmış  Azərbaycan  isə  həm 

ərazisini,  həm  də  müstəqilliyini  itirir»  [168,  466].  Nərimanov 

oğlu 


Nəcəfə 

məktubunda 

da 

Azərbaycanın 



simasızlaşdırılmasında  günahkar  kimi  sosial-demokratizmi  – 

bolşevizmi deyil, bu təlimin başlıca müddəalarına xəyanət edən 

Mərkəzi və onun yerli əlalıtlarını görmüşdür:  «Bəlkə də sən bu 

sətirləri oxuyarkən, bolşevizm heç olmaycaq. Lakin bu heç də o 

demək  deyil  ki,  bolşevizm  yaramır;  bu  o  demək  olacaq  ki,  biz 

onu  saxlamağı  bacarmadıq,  onu  yetərincə  qiymətləndirmədik, 

işin  qulpundan  pis  yapışdıq»  [168,  469].  Deməli,  Nərimanov 

ömrünün  sonuna  qədər  «bolşevizm-leninizm  yolu»ndan  [169, 

35]  üz  döndərməmiş,  sadəcə,  o,  hesab  etmişdir  ki,  onu  həyata 

keçirənlər işin qulpundan pis yapışmışlar. 

N.Nərimanovun  keçdiyi  siyasi-ideoloji  həyata  nəzər 

salaraq  belə  qənaətə  gəlmək  olar  ki,  milli-demokratizm  və  rus 

sosial-demokratizmi  arasında  seçim  edərkən,  sonuncuya 

üstünlük  verməsi  taleyində  həlledici  rol  oynamışdır.  Şübhəsiz, 

Nərimanovun  siyasi-ideoloji  sahədə  buraxdığı  əsas  səhv  sosial-

demokrat  ideyasına  inanmasından  daha  çox,  həmin  ideyanı 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

218 



218 

müstəmləkəçilik  siyasətinin  tərkib  hissəsinə  çevirən  rus 

bolşeviklərinə  həddən  artıq  güvənməsi  idi.  Bu  mənada 

Nərimanov  hesab  etmişdir  ki,  Azərbaycanın  gələcəyi  milli-

demokratik yol tutan Azərbaycan Cümhuriyyəti ilə deyil, Sovet 

Rusiyası  və  onun  bolşevik  imperializmi  ilə  bağlıdır.  Hətta  bir 

dönəm 

Nərimanov 



bolşevik 

imperializminin 

yalnız 

Azərbaycanın  deyil,  Şərqin  xilası  və  Avropanın  inqilabı  üçün 



lazım olduğuna da inanmışdır: «Avropada biz istədiyimiz inqilab 

meydana  gələrsə,  bolşevik  imperializması  özü-özündən  yox 

olacaqdır. Bu bir nazik mətləbdir, bunu başa düşmək gərəkdir» 

[48, 94]. Halbuki çar Rusiyasının  yerində təşəkkül tapan Sovet 

Rusiyası  üçün  əsas  məqsəd  Avropada  və  Şərqdə  sosializm 

inqilabının  baş  verməsi  deyil,  çarizm  dövründəki  müstəmləkə 

torpaqlarda  hakimiyyətini  bərpa  etməsi  idi.  Bu  mənada, 

Nərimanov  müstəqil  və  milli  Azərbaycan  ideyasını  müdafiə 

etmək,  Azərbaycan  Cümhuriyyətinə  dayaq  durmaq  əvəzinə, 

əksinə  onun  yenidən  müstəmləkə  halına  gətrilməsi  üçün  rus 

bolşeviklərinə yardım etmişdir.  

Hər  halda  etiraf  olunmalıdır  ki,  Nərimanov  Rəsulzadə, 

Yusifbəyli  və  digər  türkçülərdən  fərqli  olaraq  marksist  sosial-

demokratizmlə  rus  bolşevizmini  vaxtında  bir-birindən  ayra 

bilməmiş, ən vacibi rusların sosial-demokratizmi müstəmləkəçi-

liklə  eyniləşdirdiyini  çox  gec  anlamışdır.  Halbuki,  M.Ə.Rəsul-

zadə,  N.Yusifbəyli  və  başqa  türkçülər  sosial-demokratizmə 

zaman-zaman 

rəğbət 

göstərmələrinə 



baxmayaraq, 

rus 


bolşevizminin  əsil  mahiyyətinin  türkçülüyün  (istər  ümumi 

türkçülük,  istərsə  də  Azərbaycan  türkçülüyünun)  mənafeyinə 

zidd  olduğunu  vaxtında  görmüş  və  ondan  uzaq  durmuşlar. 

Ancaq  Nərimanov  isə  onlarla  müqayisədə,  çox  sonralar  başa 

düşmüşdür  ki,  istənilən  bir  ideya  (sosial-demokrat,  liberalizm, 


www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

219 


millətçilik  və  b.)  yalnız  müəyyən  bir  sinfin  (məsələn, 

proetariatın) deyil, ümumilikdə millətin xeyrinə işləməli və onun 

maraqlarına uyğun olmalıdır. Bu isə, millətin sinfi maraqlarından 

çaha  çox  onun  kimliyi,  dili,  mədəniyyəti,  ərazi  bütövlüyü  və 

müstəqilliyi ilə bağlıdır. Bunlar var olmayan yerdə isə, hər hansı 

millətin  sosial-demokratizm,  yaxud  da  başqa  bir  ideyaya 

tapınmasının heç bir əhəmiyyəti qalmır.  

Deməli, N.Nərimanov, Ə.Xanbudaqov və başqaları milli 

məsələnin ilk mərhələsində (1920-1936) birinci növbədə, Sovet 

Azərbaycanının  yaranmasında  Sovet  Rusiyasının  müstəsna 

«əməyi»ni etiraf etməklə yanaşı, müəyyən mənada onu müstəqil 

və milli dövlət kimi qorumağa çalışmışlar. Onlar ümid etmişlər 

ki,  Azərbaycan  Cümhuriyyəti  müəyyən  obyektiv  səbəblərdən 

kənar  təsirlər  (Türkiyə,  İngiltərə  və  b.)  altında  olmasına 

baxmayaraq,  müstəqil  siyasət  yürütmüşdürsə,  Azərbaycan  da 

sosializm  quruluşuna  görə  Sovet  Rusiyasına  borclu  olmaqla 

yanaşı, sərbəst hərəkət  etməlidir. Ən  azı rəhbərliyinin tərkibini, 

daxili və xarici siyasətini, mədəni inkişafını Azərbaycan türkləri 

özləri müəyyənləşdirməlidir.  

Ancaq  Sovet  Rusiyası  və  onun  Azərbaycandakı  yerli 

əlaltıları,  Nərimanov  və  başqa  bir  neçə  milli  təmayülçünün 

(Ə.Xanbudaqov,  M.Xanbudaqov  və  b.)  səylərinə  baxmayaraq, 

«Azərbaycan»  sözü  istisna  olmaqla  Azərbaycan  türkçülüyünə 

aid  yerdə  qalan  prinsiplərin  hamısını  zaman-zaman  «sovet 

beynəlmiləlçiliy»i  pərdəsi  altında  məhv  etdi.  İlk  olaraq 

Azərbaycanın  müstəqilliyini  Zaqafqaziya  federasiyası  və  SSRİ 

adı  altında  kağız  üzərində  saxlayan  Sovet  Rusiyası  daha  sonra, 

onu  bir  türk  hökuməti  ikən,  «beynəlmiləlləşdir»di,  hətta 

kosmopolitləşdirdi. 

Bununla 


kifayətlənməyən 

Mərkəz 


Azərbaycan  türklərinin  türk  milli  kimliyi,  türk  dili,  türk 

www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

220 



220 

mədəniyyəti  üzərindən  çarpaz  bir  qara  xətt  çəkərək,  üstəlik 

islama  və  islam  mədəniyyətinə  əsaslanmağı  da  yasaq  etdi. 

Beləliklə, Sovet Rusiyası Azərbaycanı işğalının təxminən 20 illik 

bir  dövrü  ərzində  Azərbaycan  türkçülüyü  ilə  bağlı  prinsipləri 

əsasən  tarixə  qovuşduraraq,  həmin  prinsiplər  arasında 

toxunmadığı  yeganə  prinsip  üzərində  yeni  ideya  irəli  sürdü: 

Azərbaycan sovet beynəlmiləlçiliyi ideyası. 

Beləliklə, Sovet Azərbaycanı dövründə cəmiyyətin siyasi 

quruluşu,  yəni  sosial-demokratizm  ilə  Azərbaycan  türkçülüyü 

arasında  nəinki  uzlaşma  yaradıldı  (Nərimanovun  və  bir  neçə 

milli təmayülçünün səylərini çıxmaq şərtilə), tam əksinə, millilik 

beynəlmiləlçiliyə,  müstəqillik  müstəmləkəçiliyə  tabe  etdirildi. 

Bununla da, Azərbaycan türkçülüyü ideyası müvəqqəti də olsa, 

öz yerini Azərbaycan sovet beynəlmiləlçiliyi ideyasına tərk etdi. 

Hələ,  1930-cu  ildə  Əziz  Ubeydullin  yazırdı  ki,  Azərbaycan 

sovetləşəndən  sonra  marksizmlə  idealizm,  millətçiliklə 

beynəlmiləlçilik  arasında  mübarizə  başlamışdır:  «Bu  mübarizə 

axırıncı  illərdə  qəti  bir  yola  girib,  indi  millətçilik,  idealizm, 

pluralizm  məfkurələrinin  tarix  səhnəsində  məğlub  olduqlarını 

görürük» [217

b

, 261]. 



Bu  dövrdə  xanbudaqovçular  da  N.Nərimanov  kimi, 

RK(b)P  XII  qurultayının  qərarlarına  uyğun  surətdə  AK(b)P 

tərəfindən  respublikada  iqtisadi  və  mədəni  geriliyi  aradan 

qaldırmaq  üçün  aparılan  işləri  səhv  adlandırırdılar.  Onlar  türk-

azərbaycanlı  fəhlə  kadrları  işlə  təmin  etməyi,  onların  əmək 

haqqının  qaldırılmasını  və  başqa  millətlərdən  olanların  Bakıya 

axınının  qarşısını  almağa  çağırırdılar.  M.Ə.Rəsulzadə  1920-ci 

illərin  birinci  yarısında  Azərbaycanda  baş  qaldıran  milli 

müqavimət  hərəkatı,  konkret  xanbudaqovçularla  bağlı  yazırdı: 

«1924-cü  ildə  Azərbaycan  Kommunist  Partiyasının  baş  katibi 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

221 


Əyyub  Xanbudaqov Azərbaycan sapıntıçılarına  başçılıq etdi  və 

bu cərəyanın istəklərini bu şəkildə formalaşdırdı:  

1.  Bundan  sonra  Moskva  Azərbaycanın  daxili  işlərinə 

qarışmayacaq;  

2.  Yerli  kommunistləri,  sadəcə,  yuxarıdan  təyin  olunan 

katiblərlə  rəhbərlərin  idarəsində,  yalnız  onların  müşavirləri 

rolunda görmək fikri və adətindən vaz keçiriləcək;  

3. Azərbaycan milləti öz-özünü idarə etmək çağına çatmış 

ikən, moskvalı idarəçilər, yerlilərin müstəqil olaraq çalışmalarına 

əngəl olur və bu çalışmaya  «yerli millətçilər» damğası vurulur. 

Buna qəti olaraq son qoyulaçaq;  

4. İşçi birliklər, kooperativləri və digər dövlət müəssisələri, 

sözdə deyil, gerçəkdən türkləşdiriləcək…» [188, 95]. 

Ancaq çox keçmədi ki, xanbudaqovçuluq adını almış bu 

hərəkat  təqibə  məruz  qaldı,    Ə.Xanbudaqovun  özü  isə 

Azərbaycan  rəhbərliyindən  kənarlaşdırıldı.  Bu  barədə  sovet 

ədəbiyyatında 

yazılırdı: 

«Respublika 

kommunistləri 

Xanbudaqovun  millətçi-təmayülçü  qrupuna  qarşı  mübarizəni 

genişləndirdilər.  Bakı  partiya  konfransı  (aprel-may  1924-cü  il) 

xanbudaqovçuları  dəf  etdi.  Millətçi-təmayülçülər  AK(b)P  VI 

qurultayında (may 1924-cü il) tamamilə ifşa edildilər. Qurultay 

onların  antipartiya  çıxışını  pislədi  və  partiya  təşkilatlarını 

millətçiliyin  hər  cür  təzahürlərinə  qarşı  amansız  mübarizə 

aparmağa çağırdı» [42, 329].  

Xüsusilə  keçmiş  «müsavatçı»lardan  bəzilərinin,  o 

cümlədən  vaxtilə  «Müsavat»a  rəğbət  bəsləyənlərin  AK(b)P-yə 

daxil  olaraq  bolşeviklərə  qarşı  mübarizə  aparmaları  yerli  və 

qeyri-yerli  «sollar»ı  qane  edə  bilməzdi.  Bu  məqsədlə  Mərkəz 

AKP-ni  yenidən  «təmizləmək»  qərarına  gəldi.  «ÜİK(b)P  MK-

nın 25 iyul 1925-ci il tarixli qətnaməsi ilə AKP-ni yenidən təşkil 


www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

222 



222 

etmək,  yəni mərkəzi,  şəhər,  qəza və kənd partiya  komitələrinin 

bütün  üzvlərini  kənarlaşdırıb  onları  Moskvadan  təyin  olunmuş 

şəxslərlə əvəzləmək haqqında qərar qəbul edildi» [180, 38]. 

Sovet  rəhbərliyinin  bu  addımlarından  sonra  milli 

təmayülçülərin  Azərbaycan  rəhbərliyində  mövqeyi  bir  qədər 

zəifləsə  də,  lakin  bununla  da  milli  məsələ  özünün  tamamilə 

həllini  tapmadı.  Belə  ki,  1925-1927-ci  illərdə  AK(b)P  MK-nın 

məsul  katibi  Mahmud  Xanbudaqovun  başçılığı  ilə  kommunist 

partiyası  daxilində  yeni  bir  müxalifət  cərəyanı  meydana  çıxdı. 

Bu  cərəyan  1927-ci  ildə  «Kommunist»  qəzetində  nəşr  olunan 

platformasında məramlarını belə açıqlayırdı: Moskva, millətlərə 

komanda etməkdən və milli respublikaların bütün problemlərinə 

qarışmaqdan əl çəkməli; həmkarlar ittifaqı, kooperativlər, dövlət 

müəssisələri  mütləq  türkləşdirilməli;  milli-mədəni  quruculuq 

sahəsinin inkişafına şərait yaradılmalıdır və sairə [231, 161].  

Qeyd  edək  ki,  milli  kommunistlərin  müstəqil  Sovet 

Azərbaycanı uğrunda apardıqları mübarizə 1920-ci illərin sonu, 

1930-cu illərin əvvəllərində, yəni kollektivləşdirmə dövründə də 

davam  etmişdir.  Bu  dövrün  milli  kommunistləri  tələb  edirdilər 

ki, Azərbaycanda  milli  sənaye  yaradılmalı,  Azərbaycan  büdcəsi 

onun 


zənginliyinə  mütənasib  şəkildə  formalaşdırılmalı, 

Azərbaycan  daha  çox  müstəqil  siyasət  yürütməli,  Azərbaycana 

yalnız  türk  mühacirlər  buraxılmalı,  sənaye  işlərində  baş  ustalar 

türklər  olmalı,  türklər  rus  fəhlələr  qədər  maaş  almalı, 

Azərbaycan  neftinə  ruslar  yox,  türklər  nəzarət  etməli,  ölkə 

rəhbərləri türklərdən ibarət olmalıdır [154

a

, 71-72].  



 «Sağlar»  və  «sollar»ın  1920-1937-ci  illərdə  milli 

məsələyə  münasibətlərini  ümumiləşdirsək  görərik  ki,  bu 

problem  artıq  SSRİ  tərəfindən  birtərəfli  şəkildə  həmin  dövrdə 

əsasən «həll» edildi. Bu da, ondan ibarətdir ki, Azərbaycan sözdə 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

223 


müstəqil  sovet  respublikası  olduğu  halda,  faktiki  olaraq  SSRİ 

imperiyasının 

müstəmləkəsi 

idi. 


Doğrudur, 

Sovet 


Azərbaycanının  ilk  illərində  müstəqilliyə  oxşar  müəyyən 

addımlar  atılmışdı  (Sovet  Rusiyası  ilə  ikitərəfli  müqavilə, 

Moskvada Azərbaycanın səlahiyyətli nümayəndəsinin olması və 

s.).  Ancaq  bu  çox  çəkməmiş  və  müxtəlif  yollarla  Azərbaycan 

SSRİ  imperiyasının  tərkib  hissəsinə  çevrilmişdi.  1937-ci  ildə 

qəbul  edilən  Azərbaycan  Sovet  Konstitusiyası  isə  bu 

müstəmləkəçiliyi  bir  daha  rəsmiləşdirmişdir.  Belə  ki,  bu  dəfə 

Azərbaycan ZSFSR şəklində deyil, guya, müstəqil şəkildə SSRİ-

nin tərkibinə daxil edilmişdi. 

Yeni  konstitusiyada  da  SSRİ  rəhbərləri  ikiüzlü 

siyasətdən  çıxış  etməyə  davam  etmişlər.  Azərbaycan  SSR 

Konstitusiyasında  Azərbaycanın  müstəqil  sovet  respublikası 

kimi  xarici  dövlətlərlə  bilavasitə  əlaqəyə  girmək,  onlarla  saziş 

bağlamaq,  diplomatik  və  konsulluq  nümayəndələri  göndərmək 

və  qəbul  etmək  hüququndan,  qoşun  birləşmələrinə  sahib 

olmasından [40, 25], hətta istədiyi vaxt «SSRİ-dən azad surətdə 

çıxmaq hüququna malik»liyindən [41, 6] bəhs olunsa da, əslində 

bütün bunların gerçəklikdən tamamilə uzaq olması nəinki SSRİ 

rəhbərliyinə, o cümlədən Azərbaycan türk xalqına da məlum idi. 

Bunu, «Dövlətin quruluşu» ilə bağlı 2-ci fəsildə öz əksini tapmış 

13-cü maddə də ifadə edirdi: «İqtisadi və siyasi cəhətdən, habelə 

müdafiə  cəhətindən  qarşılıqlı  yardımı  həyata  keçirmək 

məqsədilə  Azərbaycan  SSR  könüllü  olaraq  (əsilində  məcburi 

olaraq – F.Ə.) bərabər hüquqlu Sovet Sosialist Respublikaları ilə: 

Rusiya SFSR, Ukrayna SSR və b. ilə ittifaq dövləti olan SSRİ-də 

birləşmişdir»  [41,  5].  Eyni  zamanda  yeni  konstitusiyada  açıq 

şəkildə  qeyd  olunurdu  ki,  «Azərbaycan  SSR  SSRİ 

Konstitusiyasının  14-cü  maddəsilə  müəyyən  olunmuş  hüququn 


www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

224 



224 

SSRİ-nin  ali  hakimiyyət  orqanları  və  dövlət  idarəsi  orqanları 

sifətində  SSR  İttifaqına  aid  olmasını  təmin  edir.  SSRİ-nin 

Konstitusiyasının 14-cü maddəsi hüdudu xaricində, Azərbaycan 

SSR  öz  suveren  hüququnu  tamamilə  mühafizə  edərək  dövlət 

hakimiyyətini  müstəqil  surətdə  həyata  keçirir»  [41,  5]. 

Göründüyü kimi, rus ideoloqları bir tərəfdən, Azərbaycan SSR-

nin  sözdə  müstəqilliyindən  danışsalar  da,  digər  tərəfdən,  bəyan 

edirdilər  ki,  SSRİ-nin  qanunları  Azərbaycan  SSR  ərazisində 

məcburidir,  Azərbaycan  SSR  vətəndaşı  həm  də  SSRİ 

vətəndaşıdır  [41,  6].  Bu  isə  o  demək  idi  ki,  Azərbaycan  SSR 

birmənalı  şəkildə  Sovet  Rusiyasının  müstəmləkəsidir  və  onun 

icazəsi  olmadan  heç  bir  müstəqil  addım  ata  bilməz.  Çünki 

S.M.Əfəndiyevin  qeyd  etdiyi  kimi,  yeni  konstitusiya  layihəsi 

SSRİ  Konstitusiyasının  layihəsinə  tamamilə  uyğunlaşdırılmışdı 

[76,  347].  Bu  baxımdan  Azərbaycan  SSR-nin  hansı  şəkildə 

«müstəqil» olması məlum idi. 

20-ci  əsrin  ikinci  yarısında  milli  məsələ.  Fikrimizcə, 

milli  məsələ  ilə  bağlı  millilik  və  beynəlmiləlçilik  ideyaları 

arasında mübarizə II Dünya müharibəsi illərində və müharibədən 

sonra, xüsusilə, SSRİ-nin totalitar başçısı İ.V.Stalinin ölümündən 

(1953)  və  M.C.Bağırovun  Sovet  Azərbaycanının  rəhbərliyindən 

uzaqlaşdırılmasından  sonra  da  davam  etmişdi.  Milli  məsələnin 

yenidən  gündəmə  gəlməsində  Azərbaycan  rəhbərliyində  təmsil 

olunan  bəzi  vəzifəli  şəxslər  (İ.Mustafayev,  M.İbrahimov, 

V.Axundov,  Ş.Qurbanov,  H.Əliyev  və  b.),  ziyalılar  və  aydınlar 

(G.Abdullayev,  B.Vahabzadə,  Z.Bünyadov,  Xudu  Məmmədov, 

Ə.Elçibəy və b.) arasında müstəmləkəçiliyə qarşı bu və ya digər 

formada baş qaldıran etiraz dalğası mühüm rol oynamışdı. 

Hələ,  II  Dünya  müharibəsi  dövründə  sovet  ideologiya 

maşını  əsas  diqqəti  faşizmə-hitlerizmə  yönəldərək  ucqarlardakı 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

225 


milli  məsələni  ört-basdır  etməyə  çalışmasına  baxmayaraq, 

müharibə  illərində  Azərbaycanın  azadlığa  çıxması  üçün 

«İldırım»  təşkilatı  yaranmış  və  onun  üzvləri  Gülhüseyn 

Abudllayev,  İsmixan  Rəhimov,  Hacı  Zeynalov,  Kamal  Əliyev, 

Aydın  Vahidov  və  başqaları  bu  quruma  rəhbərlik  üçün  Səməd 

Vurğuna  müraciət  etmişlər  [54,  307-308].  Bu  baş  tutmasa  da, 

milli  qüvvələrin  1950-ci  illərin  ortalarında  Bakı  və  Sumqayıt 

şəhərlərində  yaydığı  vərəqələrdə  Azərbaycanın  Rusiyanın 

ağalığından  qurtarmağın  vaxtının  gəlib  çatdığı  bildirlirdi.  O  da 

qeyd olunurdu ki, ermənilər və ruslar Azərbaycandan qovulmalı, 

Azərbaycanın milli dili (türk) və əlifbası (latın) bərpa olunmalı, 

ana  dili  rəsmi  dövlət  dili  kimi  bütün  idarələrdə  işlədilməlidir. 

Hətta  bəzi  vərəqələrdə  «Millətçi  Gənclər  Təşkilatı»,  «İldırım» 

təşkilatı adından Azərbaycanın Türkiyə ilə birləşməsi belə təklif 

olunurdu [103, 91-94]. 

1940-1950-ci  illərdə  hər  hansı  bir  Azərbaycan 

mütəfəkkirinin 

milliliyə 

azacıq 

meyilliliyi 



belə 

müstəmləkəçiliyə-mərkəzçiliyə 

qarşı 

çıxış 


kimi 

qiymətləndirilirdi.  Bu  dövrdə  milli  mədəniyyət  və  dinlə  bağlı 

irəli sürülən əsas mülahizələrdə zərdüştilik Azərbaycanda fəlsəfi 

fikrin  rüşeymi  kimi  göstərildiyi  halda,  «Kitabi-Dədə  Qorqud»a 

tarixi,  fəlsəfi  və  elmi  ədəbiyyat  kimi  lazımi  qiyməti  verilmir, 

üstəlik feodalizmin qalığı kimi tənqid olunurdu. Buna səbəb də, 

«Kitabi-Dədə  Qorqud»un  «Avesta»dan  fərqli  olaraq,  birmənalı 

şəkildə  türk  mədəni  irsinə  aid  olması  idi.  Bu  baxımdan 

ziyalıların  əksəriyyəti  milli  mədəniyyətə  və  ədəbiyyata  ya 

müraciət etmir, ya da yalnız tənqid yazmaqla məşğul olurdular. 

Az-az  mütəfəkkirlər  isə  özlərində  cəsarət  taparaq  milli 

mədəniyyət  və  milli  özünəməxsusluğu  önə  çəkirdilər.  Belə 

mütəfəkkirlərdən  biri  olan  akademik  Heydər  Hüseynovun 


www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

226 



226 

materialist  filosof  olmasına  baxmayaraq,  «Azərbaycanda  XIX 

əsr  ictimai  və  fəlsəfi  fikir  tarixindən»  (1949)  əsərində  Şeyx 

Şamil  hərəkatını  müsbət  qiymətləndirməsi,  eləcə  də  çar 

Rusiyasını  bir  qayda  olaraq,  işğalçı  kimi  qələm  verməsi  son 

nəticədə  onun  təqiblərə  və  təzyiqlərə  məruz  qalmasına  səbəb 

olmuşdur  [107,  107].  Bundan  «nəticə»  çıxardan  digər 

Azərbaycan  filosofları  (M.Qasımov,  M.Ağamirov,  F.Q.Köçərli 

və b.) və ədəbiyyatçıları (M.Rəfili, Ə.Nazim. və b.) əsərlərində 

islamçılığı  və  türkçülüyü  tənqid  etməklə  yanaşı,  «böyük 

qardaşın»  -  rusların  çar  Rusiyasının  və  sovet  Rusiyasının 

timsalında  Azərbaycanı  işğal  etməsinə  haqq  qazandırır,  bir  çox 

Azərbaycan  türk  mütəfəkkirlərinin  rus  ictimai  fikrindən  ilham 

aldığını  yazırdılar.  Məsələn,  Mehbalı  Qasımov  yazırdı  ki, 

Azərbaycanın  çar  Rusiyasına  birləşdirilməsi  (əslində  işğal 

olunması)  mütərəqqi  bir  hadisə  olmuşdur:  «Azərbaycanda 

maarifçilik ideyalarının yayılması və Bakıxanovun yetişməsi və 

s.  dəyişikliklər  Rusiyadan  gələn  qabaqcıl  ictimai  ideyaların  və 

böyük rus xalqının mədəniyyətinin təsiri ilə izah olunur. Bütün 

bunlar  Azərbaycanın  Rusiya  ilə  birləşdirilməsi  kimi  bir  tarixi 

aktın  nəticəsi  idi»  [129,  17].  Mikayıl  Rəfili  də  hesab  edirdi  ki, 

Azərbaycan  mütəfəkkirlərinin,  o  cümlədən  M.F.Axundzadənin 

demokratik və mütərəqqi fikirləri rus ziyalıları ilə bağlı olmuşdur 

[177, 164]. 

Sovet  Azərbaycanının  rəhbərliyində  milliliyə  meyil 

M.C.Bağırov  hakimiyyətdən  uzaqlaşdırılıb  onun  yerinə  İmam 

Mustafayev  təyin  edildikdən  sonra  (1954-1959)  özünü  çox 

büruzə  vermişdi.  Bu  dövrdə  İ.Mustafayev  və  Azərbaycan  SSR 

Ali  Sovetinin  rəyasət  heyətinin  sədri  Mirzə  İbrahimov 

Azərbaycan  dilinin  (Azərbaycan  türkcəsinin)  rəsmi  dövlət  dili 

statusu  hüququnu  bərpa  etməklə  yanaşı,  ədəbiyyat  və 

1   ...   18   19   20   21   22   23   24   25   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə