İntellektual-Elektron Kitabxananın təqdimatında



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə23/58
tarix06.05.2017
ölçüsü3,32 Mb.
1   ...   19   20   21   22   23   24   25   26   ...   58

www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

227 


incəsənətdə  də  milli  mədəniyyətin  formalaşmasına  şərait 

yaratdılar [46, 140]. İ.Mustafayev və M.İbrahimovdan sonra isə, 

AKP  rəhbərlərindən  olmuş  Vəli  Axundov  və  Şıxəli  Qurbanov 

dövlətin  milliləşdirilməsinə  doğru  müəyyən  işlər  gördülər. 

Məsələn,  AKP  MK  katibi  Ş.Qurbanov  1960-cı  illərdə  Novruz-

Bahar  bayramının  dövlət  səviyyəsində  qeyd  edilməsinə  nail 

olmuşdu [46, 146]. Bunun nəticəsi olaraq 1960-cı illərdə «milli-

azadlıq uğrunda mübariz nəsil yetişməkdə idi. 1962-ci ildə Milli 

Azərbaycan  Qərargahı  yarandı  ki,  əsas  rəhbərləri  Oqtay  Rəfili 

(sədr)  və  Xudu  Məmmədov  (müavin)  idilər.  «Başlıca  məqsəd 

rəhbər  vəzifələrdə  azərbaycanlıların  olmasına,  respublika 

büdcəsinə ayırmaların Moskvada deyil, Bakıda həll olunmasına 

çalışmaq,  milli  oyanışa  xidmət  etmək  idi»  [46,  146].  1964-cü 

ildə  Azərbaycanın  Rusiyanın  tərkibinə  «daxil  olması»nın  150 

illiyii 

«bayram» 

edilərkən 

Azərbaycan 

tarixçilərindən 

Z.Bünyadov, M.Ə.İsmayılov və S.Əliyarov buna qarşı  çıxdılar. 

Onların fikrincə, 19-cu əsrin əvvəllərində Azərbaycan Rusiyaya 

birləşməmişdir,  onu  çar  Rusiyası  hərbi  qüvvə  ilə  işğal  etmişdir 

[46, 147]. 

Bu baxımdan akademik Əfrand Daşdəmirov doğru yazır 

ki, II Dünya müharibəsindən sonrakı dövr, fəal inkişaf edən milli 

özünüdərk  tarix  dövrü  bərpa  edilməlidir.  Onun  fikrincə, 

Azərbaycan  dilinin,  ənənələrinin  və  adətlərinin,  millətin 

respublikanın 

nüfuzu 

ilə 


eyniləşdirən 

hadisələrin 

etnosəfərbəredici rolunun güclənməsi ilə bağlı mənlik şüurunun 

inkişaf  mərhələləri  həmin  məcrada  xüsusilə  əlamətdar  görünür: 

«Məsələn,  50-ci  illərin  ikinci  yarısı  Azərbaycan  tarixinə  milli 

vətənpərvərlik  əhval-ruhiyyəsinin,  milli  tarixə  marğın  fəal 

artması, onun 30-cu illərin təqibləri ilə bağlı faciəli səhifələrinin 

yenidən dərki, açıqlanması dövrü kimi daxil olmuşdur. Bu, açıq-



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

228 



228 

aşkar  azərbaycançılıq  ideyasının  –  hər  şeydən  əvvəl  milli  dil 

ideyasının,  onun  respublikamızın  Konstitusiyasında  dövlət  dili 

kimi təsbiti, milli-mədəni dəyərlərin üstünlüyü ideyası dövrü idi. 

60-cı illərdə milli hissiyatımızın Novruz bayramını bərpa etmək 

hərəkatı  ilə  müşaiyət  olunan  yüksəlişi  hələ  də  hamımızın 

yaddaşındadır.  70-ci  illərdə  milli  ideyamız  «əxlaqi  təmizlik», 

respublikanın  iqtisadi  yüksəlişi  amalı  ilə,  onun  siyasi-mədəni 

nüfuzunu artırmaq qayəsi ilə qidalanırdı» [72, 131]. 

Qeyd  edək  ki, 1960-cı illərin  əvvəllərində  «Azərbaycan 

Dövlət  Universitetinin  azadfikirli  tələbələrindən  bir  qrupu 

Əbülfəz  Əliyevin  (Elçibəyin  –  F.Ə.)  rəhbərliyi  ilə  gizli  siyasi 

mübarizəyə  başlamışdılar. Onlar  gizli özək  təşkil  edərək,  üçlük 

qruplar yaradır və tələbə gəncləri azadlıq uğrunda mübariz ruhda 

tərbiyələndirməyə  çalışırdılar»  [46,  146].  Əbulfəz  Elçibəy 

xatirələrində  yazırdı  ki,  universitetin  2-3-cü  kurslarında 

oxuyarkən tarixi-siyasi məsələlər onu daha çox özünə çəkmişdi: 

«Bir  neçə  tələbə  yoldaşımla  siyasi-milli  yöndə  qızğın 

mübahisələrə başladıq. Bizdə belə fikir yarandı ki, millətimiz qul 

halındadır,  ölkəmiz  isə  müstəmləkədir»  [73,  8].  Elçibəy  qeyd 

edirdi  ki,  tələbə  və  müəllim  olarkən  onun  əsas  düşməni  Sovet 

İmperiyası  olmuşdu.  O,  imperiyanın  əsil  simasını  açmaq  üçün, 

1970-ci 

illərdə  müəllim  kimi  işlədiyi  Bakı  Dövlət 

Universitetində  dərnəklər  yaratmışdı.  Onun  fikrinə  görə, 

dərnəklərin  məqsədi  Azərbaycan  tarixini,  Azərbaycandakı 

inqilabi  hərəkatları  olduğu  kimi  tələbələrə  çatdırmaq,  eyni 

zamanda,  Azərbaycanın  müstəmləkə  olduğunu  və  sosializm 

quruluşunun  bir  gün  dağılacağını  onlara  başa  salmaq  imiş  [73, 

35-36].  

Ə.Elçibəy  və  onun  digər  məsləkdaşları  (Malik 

Qarayev,  Vasim  Məmmədəliyev,  Elxan  Əzizov  və  b.)  1965-



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

229 


1975-ci  illərdə  milli  bir  proqram  təşkil  edərək  «Müstəqil 

Azərbaycan»  ideyası  uğrunda  mübarizə  aparmışlar.  Elçibəy 

yazır: «1965-ci ildən 1975-ci ilədək aşağı-yuxarı 200-dən çox 

həmfikir  elsevəri  proqram  ətrafında,  daha  doğrusu,  bu 

proqramda  qoyulan  məslək  yolunda  toplaya  bilmişdik.  1970-

1975-ci  illərdə,  necə  deyərlər,    «yuxarılara»  əl  atdıq.  Malik 

bəy Ziya Bünyadovla, Alim bəy Tofiq Köçərli ilə, mən Xudu 

Məmmədov  və  Bəxtiyar  Vahabzadə  ilə,  mən  və  Rafiq  bəy 

Süleyman  Əliyarovla,  Abbas  bəy  Həsən  Abdullayevlə  çox 

ehtiyatla əlaqə saxlamalı, onlara yanaşmalı, təşkilat haqda heç 

bir  söz  demədən  bu  yurdsevər,  elsevər  insanlarla  onların 

hörmətini  uca  tutmaqla,  bir  növ,  böyük-kiçik  münasibətində 

yaxın olmalıyıdıq» [74, 213]. Elçibəy xatirələrində yazırdı ki, 

həmin dövrdə milli məsələ ilə bağlı baxışlarını «Azərbaycanın 

birləşdirilməsi  üzərində  düşüncələr»  adlı  yazısında  ifadə 

etmişdir:  «Burada  qarşımda  iki  yön  qoymuşdum:  birincisi, 

bacardıqca  ərəb,  fars,  rus  və  Batı  dillərindən  gələn,  dilimizin 

axarlığına,  gözəlliyinə  yara  vuran,  onu  ağırlaşdıran  sözlərdən, 

söz  birləşmələrindən  aralı  durmaq;  ikincisi,  dilimizin  gücünü 

ayrı-ayrı  sözlərdən  çox,  sözlərin  düzümündə,  ayrı-ayrı  sözlərin 

düşüncə düzümündə çevik yer dəyişməsi ilə deyişində olduğunu 

ya yaddaş, ya da göz önündə tutaraq yazmaq» [74, 216]. Deməli, 

Elçibəy  və  onun  məsləkdaşları  bu  dövrdə  Azərbaycan 

türkcəsinin  təmizliyi  uğrunda  da  mübarizə  aparmışlar.  Bütün 

bunların nəticəsi olaraq SSRİ dövründə Ə.Elçibəy həbs edilmiş 

və iki ilə yaxın məhbus həyatı yaşamışdır [74, 218]. 

Ə.Elçibəy onu da qeyd edirdi ki, Azərbaycanın müstəqil-

liyini tələb edən bir ziyalı kimi, bir müddət həmin dövrdə Sovet 

Azərbaycanına rəhbərlik edən Heydər Əliyevin əleyhinə çıxışlar 

etsə  də,  sonralar  onun  güclü  idrak  sahibi,  güclü  şəxsiyyət  kimi 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

230 



230 

tanıyaraq, eləcə də bəzi çıxışlarını və siyasi manevrlər bacarığını 

görərək  bir  müddət  də  onu  müdafiə  etmişdi  [73,  37].  Elçibəy 

yazır:  «Azərbaycanda  iki  şeyi  görəndən  sonra  Əliyevə 

münasibətim  dəyişməyə  başladı.  Birincisi,  ilk  dəfə  olaraq  bir 

neçə dilçi alimə bir yerdə dövlət mükafatı verdirdi. O mükafatın 

verilməsi bu demək idi ki, Azərbaycan dilçilərinin nüfuzu qalxır 

və  onlar  toxunulmaz  olurlar.  Axı  millətin  təfəkkürünü  inkişaf 

etdirməyə dilçilər başlayırlar. Bu baxımdan mükafatın çox xeyri 

oldu.  Mükafat  verilən  kimi  dilimizin  işlədilməsi  genişlənməyə 

başladı… Bu,  Heydər Əliyevin xidməti idi» [73, 42]. 

Onun  fikrincə,  1970-ci  illərdə  H.Əliyevin  Azərbaycan 

xalqına ikinci xidməti akademik Ziya Bünyadovun «Azərbaycan 

Atabəylər dövləti» əsərinə dövlət mükafatı verdirməsi olub: «Bu 

da o deməkdi ki, vaxtilə Ziya Bünyadova «millətçi», «şovinist» 

deyə  hər  cür  damğalar  vururdular  və  indi  o,  alimi  bütün 

hücumlardan  qorudu,  yəni  siz  ermənilər  ki,  həmişə  Ziyaya 

«millətçi»  deyirdiniz,  indi  alın  –  o,  dövlət  mükafatı  laureatıdır. 

Vaxtilə  Heydər  Əliyev  Ziya  Bünyadovu  tənqid  etmişdi. 

Ermənilər  bundan  istifadə  edib  yazırıdlar  ki,  hətta  Azərbaycan 

KP MK-nın birinci katibi belə onu tənqid edib və Ziyanı beləcə 

vururdular. Bu mükafatdan sonra isə ermənilər təzədən yazdılar 

ki,  Heydər  Əliyev  millətçidir  –  o,  millətçi  Ziya  Bünyadova 

dövlət  mükafatı  verdirib»  [73,  42[.  Elçibəyin  fikrinə  görə,  bu 

onun göstəricisi idi ki, «hamı öz vətənini, millətini istəyir, ancaq 

sadəcə olaraq bunun müdafiə formalarını bilmir. Hərə bir cür, öz 

bacardığı kimi müdafiə edir. Bu,  bir xətt idi» [73, 42]. Elçibəy 

yazırdı  ki,  H.Əliyev  əvvəllər  tənqid  etdiyi  adamların  hamısını 

sonradan  həm  müdafiə  etmək,  həm  də  Sosialist  Əməyi 

Qəhrəmanı adı verməklə, «Azərbaycanda yəni bir millətçilik, bir 

düşmənçilik var» sözünü götürdü, ab-havanı yumşaltdı [73, 43]. 


www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

231 


Ə.Elçibəyin bu fikirlərindən belə nəticə çıxarmaq olar ki, 

1969-cu  ildə  Heydər  Əliyevin  AKP  MK-nın  birinci  katibi 

vəzifəsinə təyin olunması ilə 1970-ci illərdə Azərbaycanda milli 

məsələyə münasibət dövlət  səviyyəsində  də  yeni bir mərhələyə 

qədəm  qoymuşdu.  7  cildlik  «Azərbaycan  tarixi»ndə  bu  barədə 

yazılır:  «Heydər  Əliyev  böyük  uzaqgörənliklə  bütün  dövlət 

hakimiyyəti  orqanlarının  işini  xalqın  iqtisadi,  sosial-mədəni 

tərəqqisi və milli oyanış siyasətinin reallaşmasına yönəltdi» [46, 

175].  Bu  mənbədə  daha  sonra  qeyd  olunur  ki,  H.Əliyev 

Azərbaycanın  suveren  hüquqlarının  pozulmasına  qarşı  yönələn 

bütün cəhdlərin qarşısını vaxtında və qətiyyətlə almışdı: «Heydər 

Əliyevin  rəhbərliyi  altında  fəaliyyət  göstərən  respublika 

Konstitusiya Komissiyasının hazırladığı yeni «Azərbaycan SSR 

Konstitusiyası»  1978-ci  il  aprelin  21-də  qəbul  edildi.  Bu 

Konstitusiya mövcud olan dar imkanlar daxilində xalqın mənəvi 

sərvətlərinin,  xüsusən  dilinin  qorunub  saxlanılması  və  inkişaf 

etdirilməsi üçün hüquqi əsasları genişləndirdi. Ölkə rəhbərliyinin 

etirazına  baxmayaraq  H.Əliyevin  siyasi  iradəsi  nəticəsində 

Azərbaycan dili respublikada dövlət dili statusunu saxladı» [46, 

176]. 


«Azərbaycan tarixi»ndə o da qeyd olunur ki, H.Əliyevin 

hakimiyyəti dövründə milli mənəvi sərvətlərin tədqiqi və təbliği, 

tarixi  araşdırmaları  geniş  vüsət  almışdı.  Xüsusilə,  Azərbaycan 

tarixinə və Azərbaycan dilinə aid qiymətli araşdırmalara yüksək 

dövlət  mükafatları  verilməsi  ziyalıları  bu  sahədə  öz 

fəaliyyətlərini 

genişləndirməyə 

ruhlandırmışdı: 

«Heydər 

Əliyevin 

məqsədyönlü 

siyasi 


fəaliyyəti 

nəticəsində 

Azərbaycanda  milli  özünüdərk  prosesi  xeyli  güclənmişdi. 

Yaradıcı  ziyalılar  üçün  sərbəst  düşüncə  və  iş  şəraiti 

yaradılmışdı»  [46,  178].  Daha  sonra  bu  kitabda  yazılır: 


www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

232 



232 

«Beləliklə, 70-ci illərdə və 80-ci illərin birinci yarısında Heydər 

Əliyevin  çoxcəhətli  partiya  və  dövlət  idarəçiliyi  səviyyəsində 

Azərbaycanın  ictimai-siyasi  həyatı  olduqca  zənginləşdi. 

İnsanların  partiya  və  dövlət  orqanlarının,  ictimai  təşkilatların 

işində  fəallığı  artdı.  Partiya  və  dövlətin,  yerli  sovetlərin, 

həmkarlar  ittifaqlarının,  komsomolun,  ziyalıların,  yaradıcılıq 

təşkilatlarının  əsas  diqqəti  respublikanın  iqtisadi,  sosial-mədəni 

tərəqqisi,  xalqın  milli  oyanışına  istiqamətləndirilmiş  siyasətin 

reallaşdırılmasına  yönəldildi  və  səmərəli  nəticələr  verdi»  [46, 

180]. 

Doğrudan da,  çox keçmədi ki,  Azərbaycanda islama və 



türklüyə qayıdışın yeni mərhələsinə qədəm qoyuldu. Artıq 1980-

ci  illərdə  «islam  və  millətçilik  prinsiplərinə  əsaslanan» 

Azərbaycan millətçiliyindən bəhs olunurdu. Hətta, bir çox əcnəbi 

tədqiqatçılar (A.Benniqsen, E.Vimbuş və b.) yazırdılar ki, Sovet 

Şərqi  xalqları,  o  cümlədən  Azərbaycanda  milli  məsələyə  dair 

elmi kommunizm nəzəriyyəsi öz əhəmiyyətini itirmş, marksizm 

bir  dünyagörüş  kimi  aradan  qalxmış  və  o,  yalnız  «idarəetmə 

formasının  vasitəsi»  kimi  yaşamaqdadır  [194,  56].  Həmin 

dövrün  filosofları  (M.Ə.Rüstəmov,  Ə.M.Tağıyev  və  b.) 

Azərbaycanda  islam  və  millətçiliyə  əsaslanan  «Azərbaycan 

millətçiliyi»nin  olmasını  inkar  etsələr  də,  əslində  dolyasıyıla 

milli məsələ ilə bağlı problemin olmasını təsdiq etmiş olurdular 

[194, 56]. Göründüyü kimi, ikinci Dünya müharibəsindən sonra 

milli məsələ yenidən gündəmə gəlmiş və SSRİ dağılana qədər 

öz aktuallığını qoruyub saxlamışdır. Şübhəsiz, milli məsələnin 

Azərbaycan  rəhbərliyi  səviyyəsinə  qədər  yüksəlməsi  onun 

müsbət həllində mühüm rol oynamışdı.  

 


www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

233 


2.2.

 

Milli  mədəniyyətlə  «proletar  mədəniyyəti» 

arasında mübarizə 

 

Sovet  dövründə  milli  məsələ  ilə  yanaşı,  əsas 

problemlərdən  biri  də  beynəlmiləlçilik,  proletar  mədəniyyəti 

adı altında milli mədəniyyətin və milli ədəbiyyatın, yaxud da 

bütövlükdə milli mənəvi dəyərlərin saxtalaşdırılması idi. Sovet 

ideoloqları  kommunizm,  sinifsiz  cəmiyyət  qurmaq  adı  altında 

Azərbaycan türk millətinin keçmişinə aid bütün mədəni irsini, o 

cümlədən mədəniyyətini və ədəbiyyatını təftiş etməyə başladılar. 

Bu  zaman  keçmişdə  yalnız  İslam  dininə  və  milli-mərkəzi 

hakimiyyətə  qarşı  çıxmış  qəhrəmanlar  (Babək,  Koroğlu  və  b.), 

həmçinin  ateizmə  və  qərbçiliyə  meyilli  mütəfəkkirlər 

(M.F.Axundzadə və b.) əsasən, istisna olunurdular. Ancaq həmin 

«istisnalar»  belə  bəzən  beynəlmiləlçi-proletar  mədəniyyətə 

qurban verilirdi. 

Beləliklə, 27 aprel  işğalından sonra  Azərbaycanda  milli 

mədəniyyətin  əvəzinə,  guya  onu  əvəz  edən  «proletar 

mədəniyyət» - «proletkultçuluq» yaradılırdı. Hətta iş o yerə gəlib 

çatmışdı  ki,  bir  müddət  N.Gəncəvi  və  M.Ə.Sabirə  belə  heykəl 

qoyulması  «fəhlə  işinə»  xəyanət  hesab  olunmuşdu.  Çox 

keçməmiş  Novruz-Yeni  gün  bayramı  yasaq  edilərək  tar, 

kamança  və  dastanlarımız  isə  keçmişin  qalığı  kimi  tənqid 

olunmuşdu.  1920-1930-cu  illərdə  milli-mənəvi  dəyərlərə  qarşı 

tədbirlər «mədəni yürüş», «rədd olsun tar!», «rədd olsun kaman-

ça!»  kimi  şüarlar  altında  keçirilmiş,  Azərbaycanda  mədəni 

yürüşün  yeni  formaları  –  «mədəni  estefeta»,  «mədəni  hücum»  

meydana çıxmışdı [42, 435].  



Sosialist  (proletar)  mədəniyyəti  və  onun  ikili 

mahiyyəti.  1920-1930-cu  illərdə  R.Axundov,  S.M.Əfəndiyev, 

www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

234 



234 

Ə.Nazim, M.Rəfili və başqaları 27 aprel işğalına qədər müstəqil 

Azərbaycan  ədəbiyyatının  olmaması  iddiasını  ortaya  ataraq 

bildirirdilər  ki,  yalnız  sovetləşmədən  sonra  bunlar  meydana 

çıxmışdı.  Başqa  sözlə,  «proletar  mədəniyyəti»  tərəfdarları 

Azərbaycan  türk  mədəniyyətini  inkar  edərək  beynəlmiləlçi 

proletar  mədəniyyətini  təbliğ  etmişlər.  Onların  fikrincə 

(S.M.Əfəndiyev  və  b.),  mədəniyyət  dedikdə  formaca  milli, 

məzmunca  sosialist,  ya  da  proletar  mədəniyyəti  nəzərdə 

tutulmalıdır [76, 325]. Məsələn, Ruhulla Axundov hesab edirdi 

ki,  sinifsiz  cəmiyyətdə  milli  mədəniyyət  lazımdır,  amma 

azərbaycanlı, erməni və gürcü kommunistlərinin milli idealı kimi 

yox:  «Bizə  öz  mahiyyəti  etibarilə  beynəlmiləl,  öz  mahiyyəti 

etibarilə  proletar,  öz  məzmunu  etibarilə  sosialist  mədəniyyəti 

lazımdır» [20, 17].  

İlk  marksist  tənqidçilərdən  Əli  Nazim  də  hər  cür 

milliliyə,  milli  mədəniyyətə  qarşı  çıxaraq  «vahid  türk 

ədəbiyyatı» nəzəriyyəsinin elmi cəhətdən əsassız olduğunu yazır, 

bu  işlə  uğraşan  B.Çobanzadəni,  İ.Hikməti,  F.Ağazadəni  və 

başqalarını  tənqid  edirdi.  Onun  fikrincə,  ümumiyyətlə  oktyabr 

inqilabına  qədər  Azərbaycanda  milli  mədəniyyət  olmamış, 

Füzuli  və  Nəvai  türk  saray  aristokrat  şairləri  olmuş,  hətta 

M.F.Axundzadənin  maarifçiliyi  belə  burjuaziyanın  mənafeyinə 

xidmət etmişdi [164, 53, 57]. O, sovet beynəlmiləlçiliyinin, rus 

kosmopolitizminin  təsiri  altında  yazırdı:  «Çünki  biz  milli 

mədəniyyət etibarilə çox fəqirik və bizdə mədəni inqilab dövrü 

milli mədəniyyətin yeni yaradılması dövrüdür. Bizdə mədəniyyət 

yoxdur»  [163;  164,  28-31].  Onun  iddiasına  görə,  Azərbaycan 

proletar mədəniyyətini isə Cavad-Cavid zümrəsi, ya da «molla-

nəsrəddinçilər» deyil, «Gənc qızıl qələmlər» ətrafında toplanan-

lar yaratmaq iqtidarındadırlar [164, 64]. Rus kosmopolitizminin 


www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

235 


təsiri  altında  Mikayıl  Rəfili  də  Ə.Nazim  kimi  hesab  edirdi  ki, 

vahid türk-tatar ədəbiyyatı ideyasının əsası yoxdur [38, 208]. Bu 

baxımdan  milli  ədəbi  ənənələri  öyrənməyi  rədd  edən  Rəfili 

yazırdı:  «Biz  üzümüzü  füzulilərə,  nəsimilərə,  vaqiflərə,  mirzə 

fətəlilərə, hüseyn cavidlərə doğru deyil, verxarnlara, uitmenlərə, 

jülromenlərə,  mayakovskilərə  və  bütün  dünya  klassiklərinə 

doğru çevirməliyik» [178].  

Bu dövrdə Azərbaycan poeziyasında sovet beynəlmiləl-

çiliyinin  ən  tanınmış  nümayəndəsi  kimi  Səməd  Vurğun  da 

«sosialist mündərəcəli, milli formalı ədəbiyyatın» tərəfdarı kimi 

çıxış  edirdi  [225,  20-63].  Şeirdə  Əhməd  Cavad  nə  qədər  milli 

idisə,  S.Vurğun  bir  o  qədər  sosialist,  proletar  mədəniyyəti 

tərəfdarı  idi.  Belə  ki,  Cavad  millətin  haqq  bağıran  səsi  kimi 

üçrəngli bayraqdan, aypara və səkkizgüşəli ulduzdan bəhs etdiyi 

halda, S.Vurğun özünü dünya məzlumlarının haqq bağıran səsi 

adlandırırdı  [224,  97].  Ə.Cavadın  milli  ruhlu  «Göygöl»  şeirinə 

cavab  olaraq  S.Vurğun  yazırdı  ki,  bir  daha  üçrəngli  bayraq 

ucalmayacaq,  çünki  «nifrəti  var  əski  ulduza,  hilala»  [224,  3]. 

Milli vətəndən daha çox qeyri-müəyyən SSRİ vətənini tərənnüm 

edən  şairə  görə,  artıq  Rəsulzadələrin  milli  ideyası  deyil  [224, 

139],  Leninin  beynəlmiləlçiliyi  qələbə  çalmışdır  [224,  178]. 

S.Vurğunun  fikrincə,  oktyabr  və  aprel  inqilablarından  sonra 

ədəbiyyata  gələn  beynəlmiləlçilik-internasionalizm  ideyası  isə 

yeni bir şeydir: «Bu, hər dürlü millətçiliyə, vətənçiliyə zidd olan 

proletar  ideolojisinin  bir  ifadəsidir.  Türk  ədəbiyyatı  tarixində 

internasionalizm  yeni  və  tarixi  bir  hadisədir  ki,  şura  ədəbiyyatı 

ordusu bu ideyanın əksinə çalışan pantürkizm, panislamizm kimi 

burjua 


ideyaları 

ilə 


ciddi 

mübarizələr 

aparmışdır. 

İnternasionalizm  ideyası  artıq  konkret  bədii  obrazlar  vasitəsilə 

ədəbiyyatımızda  yaranmaqdadır»  [225,  28].  Beynəlmiləlçiliyin 


www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

236 



236 

proqresivliyini  isə  o,  milli  mahiyyəti  məhv  edərək  beynəlxalq 

ədəbiyyat sahəsinə keçilməsinə imkan yaratmaqda görürdü [225, 

29].  Süleyman  Rüstəm  də  S.Vurğun  kimi,  «proletar  mədəniy-

yəti»nin təbliğində  canfəşanlıq  göstərmişdi.  Bu baxımdan onun 

həmin  dövrdə  işıq  üzü  görən  «Ələmdən  nəşəyə»  kitabı  diqqəti 

çəkirdi.  Ancaq  digər  «proletar  mədəniyyət»inin  tərəfdarı 

Ə.Nazim  hesab  edirdi  ki,  S.Rüstəm  şeirlərində  proletar  sinfini 

deyil, Z.Gökalp kimi xalqçılığı tərənnüm etmişdir [154

a

, 54]. Hər 



halda,  həmin  dövrdə  S.Rüstəm  tarı,  Mustafa  Quliyev  isə 

«çahargah»ı  İrana  aid  edərək  «mədəni  hücum»u  həyata 

keçirirdilər.  

Bizim  bütün  bunları  yazmaqda  məqsədimiz  nə  Səməd 

Vurğunun,  nə  S.Rüstəmin,  nə  də  başqa  bir  Azərbaycan 

ziyalısının,  ya  da  şairinin  nüfuzuna  xələl  gətirmək,  yaxud  da 

kölgə salmaq deyildir. Sadəcə, sovet ideologiyasının Azərbaycan 

xalqının  milli  mənlik  şüurunda  hansı  dərin  izlər  açdığını,  eyni 

zamanda  həmin  izlərdən  günümüz  də  hansı  nəticələr 

çıxarmağımızdır. 

Yəni 

sovet 


ideologiyasının 

sovet 


beynəlmiləlçiliyi  adı  altında  milli  mədəniyyətimizə  vurulan 

zərbələri  dərk  etmək  əvəzinə,  bunu  sadəcə  taleyin  hökmü  kimi 

qəbul etməyimiz doğru olmazdı. 

Biz də yaxşı anlayırıq ki, Ə.Nazim, S.Vurğun, S.Rüstəm 

və onlar kimi sovet beynəlmiləlçiliyini, «proletar mədəniyyətini» 

tərənnüm  edənlər  bunun  bəşəri  dəyərlərə  söykənən 

beynəlmiləlçiliklə  heç  bir  əlaqəsinin  olmadığını  yaxşı  dərk 

etmişlər.  Çünki  SSRİ  imperiyası  qurulmamışdan  çox-çox 

əvvəllər  bir  sıra  mütəfəkkirlər,  şairlər  və  alimlər  (N.Gəncəvi, 

Şekspir,  İbn  Xaldun,  Höte  və  b.)  beynəlmiləlçilik  ideyalarını, 

bəşərilik  duyğularını  tərənnüm  ediblər.  Ancaq  bunu  anlaya-

anlaya M.Rəfili, S.Vurğun, Ə.Nazim və onun kimi düşünənlərin 


1   ...   19   20   21   22   23   24   25   26   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə