İntellektual-Elektron Kitabxananın təqdimatında



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə24/58
tarix06.05.2017
ölçüsü3,32 Mb.
1   ...   20   21   22   23   24   25   26   27   ...   58

www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

237 


beynəlmiləlçiliyi  yeni  bir  ideya  kimi  qələmə  vermələri  sovet 

ideologiyasının,  marksizm-leninizm-stalinizmin  tələbi  idi.  Bu 

mənada hesab etmək olar ki, onlar zamanın ideoloji tələblərindən 

və şəraitindən çıxış edərək «proletar mədəniyyəti», sovet beynəl-

miləlçiliyini müdafiə etmək zorunda qalıblar. Amma fikrimizcə, 

bu o demək deyildir ki, sovet ideologiyasının beynəlmiləlçiliyini 

müdafiə edənlərlə, müdafiə etməyənlər arasında da, asanlıqla heç 

bir ciddi fərqin olmadığını iddia edək.  

Hər halda, sovet beynəlmiləlçiliyini deyil, assimilyasiya-

ya  məruz  qalan  milli-mənəvi  dəyərləri  müdafiə  edənlər  yanlız 

milli  mədəniyyəti  deyil,  həm  də  bəşəri  dəyərləri  tərənnüm 

ediblər.  Çünki  bir  milləti  ayaq  üstə  tutan,  öncə  onun 

özünəməxsusluğu, milli mentallığıdır. Milli özünəməxsusluq isə 

yalnız o halda mövcud ola bilər ki, mədəniyyətdə, ədəbiyyatda, 

fəlsəfədə, incəsənətdə yaşaya bilsin. Yəni öncə milli mədəniyyət 

olmalıdır  ki,  daha  sonra  o,  bəşəri  dəyərlərin  tərkib  hissəsinə 

çevrilsin. 

Bu 


baxımdan 

fikrimizcə, 

saxta 

sovet 


beynəlmiləlçiliyini tərənnüm etməklə  yanaşı, milli mədəniyyətə 

töhfə  verənlərin  əməyi  birdirsə,  «proletar  mədəniyyəti»nə  qarşı 

çıxaraq ona qarşı milli mədəniyyəti müdafiə edənlərin əməyi birə 

on qat artıqdır. Bunun nə üçün məhz belə olmasını anlamaq üçün 

bir neçə məqama diqqət yetirmək yetərlidir. 

Birincisi, aydınlığa qovuşmalı olan məqam odur ki, SSRİ 

rəhbərliyi və ideoloqları «proletar mədəniyyəti» adı altında nəyi 

hədəfləmişdir. Şübhəsiz, işğalın ilk illərindən başlayaraq (1920-

1930-cu  illər)  Sovet  Rusiyası  qarşısına  ilk  məqsədlərdən  biri 

kimi,  müstəmləkə  halına  gətirdiyi  millətlərin,  özəlliklə  türk-

müsəlman  xalqlarının  milli  mədəniyyətini  məhv  etmək  siyasəti 

yürütmüşdür.  Sovet  rəhbərləri  və  ideoloqları  bu  siyasətini 

«proletar  mədəniyyəti»  adı  altında  həyata  keçirməklə  isə,  əsil 


www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

238 



238 

məqsədlərini  pərdələmiş  olurudlar.  İkinci  məqam  isə  odur  ki, 

sovet 

ideoloqları 



sosialist 

mədəniyyəti, 

yəni 

sovet 


beynəlmiləlçiliyi  ideyasını  yerli  mütəfəkkirlərin  əli  ilə  həyata 

keçirmək,  bir  növ  vahid  və  milli  mədəniyyətin  ikitirəliyinə, 

üçtirəliyinə  nail  olmaq  istəyirdilər.  Əgər  xalq  özünün  yaratdığı 

mədəniyyətə, milli  mədəniyyətə inamını itirərsə, ona  yuxarıdan 

aşağı baxarsa o zaman, onun şüuruna istənilən saxta mədəniyyəti 

yeritmək də çətin olmayacaqdır. Başqa sözlə, bu halda yerli xalqı 

mənasını  və  mahiyyətini  anlamadığı  istənilən  mədəniyyəti,  o 

cümlədən  «proletar  mədəniyyətinə»,  yəni  sovet  beynəlmiləl-

çiliyinə  uyğunlaşdırmaq,  daha  doğrusu  zorla  tabe  etdirmək  də 

asanlaşacaqdır.  Sözün  açığı,  etiraf  etməliyik  ki,  SSRİ-nin 

mövcud  olduğu  70  il  ərzində  müəyyən  qədər  də  olsa,  sovet 

rəhbərliyi və ideoloqları bunu bacardılar. 

Bu baxımdan həmin dövrdə Azərbaycanda baş verənləri 

mühacirətdə izləyən M.B.Məmmədzadə doğru yazırdı ki, hər bir 

millət  mahiyyətcə  də,  formaca  da  milli  mədəniyyətdən  çıxış 

etməlidir.  Əks  təqdirdə  milli  mədəniyyətdən  uzaq  qalan  bir 

dövlətdə  Qacarlar  da,  Osmanlılar  da  olduğu  kimi,  uçurumlar 

yaranar və üsyanlar çıxar: «Əski saray zehniyyətilə «mahiyyəti» 

və  hər  şeyi  kəndilərindən  ibarət  bilən  kommunistlər  çox  dərin 

qəflət içərisində idilər. Azərbaycanın həqiqi vəziyyətini obyektiv 

baxışla görə bilmədiklərindən fikirlərində israr edirdilər. Halbuki 

şəkilcə  və mahiyyətcə Türk  olan  Azərbaycan mədəniyyəti  yeni 

şərait  içərisində  bu  mədəniyyəti  mahiyyətcə  daha  çox 

türkləşdirmiş və milliləşdirmişdir» [154

a

, 53]. 


Bizə  elə  gəlir  ki,  işğalın  ilk  illərindən  başlayaraq, 

xüsusilə  repressiyanın  tüğyan  etdiyi  bir  dövrdə  Azərbaycan 

xalqının  şüuruna  zorla  yeridilən  formaca  milli,  «mahiyyət»cə 

sosialist mədəniyyətini, nə milli, nə də sözün həqiqi mənasında 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

239 


beynləmiləl mədəniyyət adlandırmaq mümkün deyildir. Xüsusilə 

də,  bir  xalqın  mədəniyyətinin  mahiyyəti  ona  məxsus  deyilsə, 

onun  zahiri,  forması  nə  qədər  milli  olursa-olsun,  o  saxta 

olacaqdır.  Xalqın  içindən  çıxmayan,  onun  mənəviyyatına 

əsaslanmayan  saxta  mədəniyyət  hansı  məzmun  və  forma 

daşımasından  asılı  olmayaraq  həmin  millətə,  onun  varlığına  və 

gələcəyinə xidmət edə bilməz. Ona görə də, hesab edirik ki, bir 

millət  milli-mənəvi  dəyərlərdən  istər  könüllü  olaraq,  istərsə  də 

zorla uzaqlaşdırılarsa, çox keçməz ki, həmin məmləkətdə əxlaqi-

mənəvi aşınma baş verər. Hətta, o millət gələcəkdə müstəqil və 

azad  yaşamağa  haqq  qazansa  belə,  onun  ağrılarını,  acılarını 

çiyinlərində  daşıyar.  Zənnimizcə,  bu  mənada  hazırda 

Azərbaycan  xalqı  xeyli  dərəcədə  SSRİ  dövründə  onun 

mədəniyyətinə  qarşı  yönəldilmiş  assimilyasiya  siyasətinin 

ağrılarını, sancılarını çəkir.  

Sovet  dövründə  milli  mədəniyyət  və  onun  ideoloji-

fəlsəfi  əhəmiyyəti.  1920-1930-cu  illərdə  beynəlmiləlçi-proletar 

mədəniyyət  tərəfdarlarının  kosmopolit  fikirləri  isə  millilik  və 



müstəqillilik  tərəfdarları  tərəfindən  birmənalı  qarşılanmırdı. 

Azərbaycanda və onun xaricində N.Nərimanov, M.Ə.Rəsulzadə, 

H.Cavid, 

Ə.Cavad, 

M.Müşfiq, 

S.Mənsur, 

İ.Hikmət, 

Ə.Yurdsevər,  M.B.Məmmədzadə  və  başqaları  proletar 

mədəniyyət  adı  altında  milli  mədəniyyətin  və  milli  ədəbiyyatın 

məhv  edilməsinə  qarşı  çıxırdılar.  N.Nərimanov  1922-ci  ilin 

iyununda  «Bakinskiy  raboçiy»  qəzetində  dərc  olunan  bir 

məqaləsində «proletar mədəniyyət»i tərəfdarlarını  tənqid edərək 

yazırdı:  «Türk  uşaqları  təkcə  Puşkinin  deyil,  habelə  Şekspir  və 

Şillerin də şeirlərini bilməlidirlər. Ancaq hər halda yalnız ondan 

sonra, o zaman  ki, onlar hər şeydən əvvəl əsl  proletar, xalq şairi 


www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

240 



240 

Sabir, Vaqif, Zakir, Vidadinin bütün zəhmli, döyüşkən şeirlərini 

bilələr» [258].  

Hesab  edirik  ki,  həmin  dövrdə  milli  mədəniyyəti 

beynəlmiləl-proletar mədəniyyətə qarşı müdafiə edənlər arasında 

H.Cavid  və  Ə.Cavad  xüsusilə  fərqlənmişlər.  Məhz  islamçılığa, 

türkçülüyə,  o  cümlədən  Azərbaycan  türkçülüyünə  bağlılığın 

nətiəsi  idi  ki,  Sovet  Rusiyasının  Azərbaycanı  əsarət  altında 

saxladığı  dönəmdə  də  Hüseyn  Cavid  bu  ideyalardan  üz 

döndərmədi. Əksinə hər bir şeirində, dramında, poemasında onu 

yaşatmağa  çalışdı.  Buna  bariz  örnək  H.Cavidin  1920-1930-cu 

illərdə  qələmə  aldığı  «Topal  Teymur»  ilə  «Peyğəmbər» 

əsərləridir ki, o, burada bilavasitə milli və dini dəyərləri müdafiə 

etmişdir.  Xüsusilə,  Azərbaycan  türkləri  bu  dövrdə  səhnəyə 

qoyulan  «Tolpal  Teymur»da  türklüyün  ümumi  qəhrəman  tipi 

Teymurun obrazından fövqəladə dərəcədə razı qalmışdır. Çünki 

Cavid  bu  əsərdə  Teymuru  türklüyün  və  islamın  böyük  bir  türk 

oğlu kimi tərif etmişdir [61, 271]. Eyni zamanda, o, bu əsərində 

Teymurla İldırım Bəyazid arasındakı tarixi döyüşü sonuncunun 

dilindən bir tərəfin deyil, bütün türk millətinin məğlubiyyəti kimi 

qələmə almışdır [61, 302]. H.Cavid göstərmək istəmişdir ki, türk 

və  islam  birliyini  daxildən  qorusaq,  başqa  bir  millət  onun 

haqlarını  qəsb  edə  bilməz.  Bunu,  sonradan  başa  düşən 

beynəlmiləlçi  bolşeviklər  bir  tərəfdən  pyesin  göstərilməsini 

qadağan  etmiş,  digər  tərəfdən  «panturanist  tiplərini  realizə 

etməyə  cəsarət  edən»  H.Cavidin  əleyhinə  təbliğat  aparmağa 

başlamışlar.  Fikrimizcə,  Cavidin  «Siyavuş»  əsərində  də  milli 

istiqlal  ideyası  təbliğ  olunmuşdu.  Bir  növ  o,  Rəsulzadənin 

«Əsrimizin  Siyavuşu»  siyasi-fəlsəfi  əsərini  bədii  dillə  ifadə 

etmişdi.  H.Cavid  də  Rəsulzadə  kimi  bir  türk  qəhrəmanının  – 

Siyavuşun  ölümünü,  yəni  Azərbaycanın  Rusiya  tərəfindən 


www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

241 


işğalını Turan üçün zərbə hesab etmişdir [62, 251]. Bu baxımdan 

hər  iki  mütəfəkkirin  fikrincə,  Siyavuşun-Azərbaycanın 

mücadiləsi  millilik  və  müstəqillik  uğrunda  mübarizədir  [62, 

250]. 


Bu  dövrdə  beynəlmiləlçi  proletar  mədəniyyətinə  və 

ədəbiyyatına  qarşı  çıxan  Əhməd  Cavada  görə,  milləti  ifadə 

edən  ilk  növbədə,  onun  milli  varlığı,  milli  müstəqilliyidir.  O, 

beynəlmiləlçiliyə  qarşı  milliliyi,  yəni  türk  mədəniyyətinə  aid 

olan nə varsa onu qoyurdu. Fikrimizcə, bu baxımdan onun «Göy 

göl»ü  şeiri  çox  ibrətamizdir:  «Sənin  gözəlliyin  gəlməz  ki  saya, 

Qoynunda  yer  vardır  yıldıza,  aya.  Oldun  sən  onlara  mehriban 

daya, Fələk büsatını quralı, Göy göl!» [58, 229]. Ə.Cavadın bu 

sözlərində  açıq-aşkar Cümhuriyyətin nisgili var  və o,  heç bunu 

gizlətmirdi.  Cavad  üçün  millətin  müstəqilliyi  və  milli  mənəvi 

dəyərləri  hər  şey  demək  idi.  Onun  milli  ruhuna  hər  cür 

beynəlmiləlçi proletar mədəniyyəti və ədəbiyyatı yad idi. O, ona 

yad olan və millətinin müstəqil varlığını danan, beynəlmiləlçilik 

adı  altında  milli  mədəniyyətini  məhv  edən  «kommunizm» 

cəmiyyətinə uyuşa bilmirdi:  «Assınlar məni! Kəssinlər məni! 

Qoy  türmələrə  bassınlar  məni!  Neynirəm  könülü?  Neynirəm 

dili?  Səndən  yazmasam,  neynirəm  əli?!»  [58,  230].  Ə.Cavad 

Sovet  Rusiyasının  işğalçılıq  siyasətini  və  bu  siyasətin  tərkib 

hissəsi  kimi  Azərbaycan  türk  mədəniyyətinin  yerlə-yeksan 

olmasını  «Kür» əsərində olduqca dəqiq ifadə etmişdi. O, Sovet 

Rusiyasının dilindən Kürə, yəni Azərbaycana deyir: «Mən artıq 

tək  Kür  deyil,  Dənizləri  boğaram»  [58,  240].  Daha  sonra 

Ə.Cavad  Sovet  Rusiyasının  bu  iddiasına  cavab  olaraq  yazır: 

«Əyil, Kürüm, əyil, keç! Meydan sənin deyil, keç!» [58, 241]. 

1920-ci 

illərdə 


Azərbaycanda 

yaşayan 


Türkiyə 

türklərindən İsmayıl Hikmət  iki cildlik «Azərbaycan ədəbiyyatı 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

242 



242 

tarixi» (1928) kitabında millilikdən çıxış edərək yazırdı ki, türk 

xalqlarının  ədəbiyyatı  və  mədəniyyətinin  kökü,  mənşəyi  birdir: 

«Türkmənlər,  azərilər  və  osmanlıların  ədəbiyyatındakı  xüsusi 

ayrılıqlar  və  yaxud  da  kəsikliklər  ancaq  mühit  və  məzhəblə 

bağlıdır»  [33,  14].  Türk    xalqlarının  ədəbiyyatının  mənşəyini 

ümumi  «qövmi  cərəyana»,  yəni  milli  cərəyana  bağlayan 

İ.Hikmət  hesab  edirdi  ki,  bütün  türk  etnoslarının  ən  təbii,  ən 

səmimi  və  əsil  ədəbiyyatını  təşkil  edən  bu  cərəyandır.  Onun 

fikrincə,  milli  cərəyan  bütün  bir  xalqın  müştərək  vicdanından 

doğan, milli hisslərinin, həyəcanlarının və nəğmələrindən ibarət 

bir  ümumilikdir  [38,  208].  Fikrimizcə,  həmin  dövrdə  «proletar 

mədəniyyəti»  ilə  razılaşmayan  böyük  bəstəkarımız  Üzeyir 

Hacıbəylinin  kosmopolitçilərə  qarşı  mübarizəsini  təhlil  edən 

A.Hacıyeva qeyd edir ki, Ü.Hacıbəyli novator bəstəkar olmasına 

baxmayaraq,  həmişə  xalq  musiqinin,  xalq  mahnılarının 

yaşadılmasına  və  inkişafına  mühüm  yer  vermişdir.  Xüsusilə, 

1920-ci  illərdə  Hacıbəyli  bir  tərəfdən  muğamın,  o  cümlədən 

«çahargah»ın,  tarın  iranlılaşdırılmasına,  digər  tərəfdən  milli 

musiqimizin  avropalaşdırılmasına  qarşı  çıxmışdır  [95,  23]. 

Sovetlər Birliyi dövründə Səməd Mənsur da əsil millətpərəvər 

kimi,  yalançı  «proletar  mədəniyyəti»ndən  uzaq  duraraq 

türklüyünü  müdafiə  etmiş  və  onu    məhv  etmək  istəyən 

bolşeviklərə  qarşı  çıxmışdı.  Bu  baxımdan  S.Mənsurun  həmin 

dövrdə  yaşamış,  Azərbaycan  şairi  Məşədi  İmaməlizadə  Azərə 

yazdığı  bir  şeir  diqqətəlayiqdir:  «Türklüyün  varlığı  qeyrə  nə 

böyük qorxuymuş – Dost-düşmən onu məhv etməyi istər, Azər!» 

[156,  38].  Bu  fikir  günümüzdə  də  aktual  olaraq  qalmaqdadır. 

Çünki  türklük-islamlıq  dünən  də,  bu  gün  də  bolşevizm  kimi 

antimilli ideyalara qarşıdır. Əmin Abid (Gültəkin)nin təbrincə 

desək, boşevizm rəngini tökdüyü qandan almışdı: «Qafqaz onun 


www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

243 


deyil, bizdən çaldı o,  Oldu bu  gün bizə düşman bolşevik» [37, 

9]. 


Əhməd  Cavadın,  H.Cavidin,  Ə.Abidin  və  başqalarının 

mədəniyyət  və  ədəbiyyatdakı  milli  xəttinin  davamçısı  olan 



Mikayıl  Müşfiq  də  rus  kommunizminə  və  onun 

beynəlmiləlçilik-proletkultçuluq 

nəzəriyyəsinə 

uyğunlaşa 

bilməmişdi.  Ona  görə  də,  Müşfiq  milliliyin  əleyhinə  olanlarla 

şeirilə,  sənətilə  daima  mübarizə  aparmışdır.  O  dövrdə  tarı, 

kamançanı  və  sairəni  milli  mədəniyyətdən  uzaqlaşdıranlara, 

yadlaşdıranlara,  «oxuma  tar»  və  s.  deyənlərə  qarşı  M.Müşfiq 

yazırdı:  «Oxu, tar, oxu, tar!.. Səsindən ən lətif, şeirlər dinləyim. 

Oxu, tar, bir qadar!... Nəğməni su kimi alışan ruhuma çiləyim» 

[161,  121].  Doğrudur,  Müşfiq  də  dövrünün  tələblərinə  uyğun 

olaraq bəzi əsərlərində («Mədəni hücum») sosializm quruluşunu, 

proetar  mədəniyyətini  öymək  istəmişdir:  «Mən  sosialist  şura 

vətənimə,  əməkçi  xalqıma,  qəlbimin,  beynimin  qarşığından  bir 

çox bədiələr vermək üçün çırpınıram» [161

a

, 121]. Ancaq onun 



bu  yönlü  şeirlərində  səmimilikdən,  etibardan  və  s.  daha  çox 

inamsızlıq, qeyri-səmimilik hiss olunur. Bunu, Müşfiq də etiraf 

edərək  yazırdı  ki,  «mədəni  hücumda  sinfi  ziddiyyətlər  də 

meydana  çıxarılmalıydı.  Amma  o  şeirdə  bunlar  yoxdu»  [161

a



115]. Başqa sözlə, Müşfiq də Cavid, Cavad və digər milli ruhlu 



şəxsiyyətlər  kimi  proletar  mədəniyyətinə,  sosializm  quruluşuna 

uyuşa bilmirdi:  «Unutmadıq ikibaşlı qartal  çarı,  Çəkdi bizi  gah 

aşağı, gah yuxarı» [161, 104].  

Bu  dövrdə  müəyyən  qədər  beynəlmiləlçiliyə  rəğbət 

bəsləməsinə  baxmayaraq,  əsasən  mədəniyyət  və  ədəbiyyatda 

millilik  mövqeyindən  çıxış  edənlərdən  biri  də  Cəfər  Cabbarlı 

olmuşdu. Cabbarlıya görə, hər millətin özünəməxsus xüsusiyyəti 

vardır ki, bu xüsusiyyət hər bir vətəndaşın, xüsusilə mütəfəkkir-



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

244 



244 

lərin  dünyagörüşündə  öz  əksini  tapmalıdır  [57,  158].  Onun 

fikrincə, Azərbaycan türk ədəbiyyatına indiyə qədər üç təsir: 1) 

İran-fars;  2)  rus;  3)  türk  ədəbiyyatı  olmuşdur.  Bunlardan  ən 

doğması  türk  ədəbiyyatıdır  ki,  Azərbaycan  ədəbiyyatı  da  onun 

əsasında  inkişaf  etməlidir [57, 204-210]. C.Cabbarlı onu  yalnız 

formaca deyil, məzmunca da milli ədəbiyyat yaratmaqda ittiham 

edənlərə  cavab  olaraq  yazırdı:  «Klassik  ədəbiyyatın 

nümunələrini  tənqidi  nöqteyi-nəzərlə  isifadə  edərək,  ədəbi 

keçmişdən ən yaxşı və ən qiymətli cəhətləri götürərək, mən səy 

edəcəyəm ki, «formaca milli» əsər yaradım. Azərbaycan xalqının 

nəhəng  mübarizəsinin  qəhrəmanlığını  əks  etdirərək,  mən  geniş 

əməkçi kütlələrinə yaxın və tanış olan milli formalar axtarıram» 

[57,  273].  Ancaq  bütün  səylərinə  baxmayaraq,  onun  SSRİ 

dövründə  yazdığı  bir  çox  əsərlərində,  o  cümlədən  «Od 

gəlini»ndə milli istiqlal, milli mədəniyyət, milli tarix və s. daha 

çox özünü büruzə vermişdi. Bizə elə gəlir ki, o, «Od gəlini»ndə 

Ərəb  Xilafətinə  qarşı  mübarizə  aparan  Elxanın  timsalında 

Azərbaycan  Cümhuriyyətinin  istiqlalını  və  Sovet  Rusiyasına 

qarşı dirənişini ifadə etmək istəmişdir. Çünki Elxanın yalnız bir 

istəyi var – milli azadlıq [56, 294].  

O, bu əsərində ərəblərin adı ilə əslində rusların işğalçılıq 

siyasətini  və  onların  milli  mədəniyyəti  hansı  şəkildə  məhv 

etmələrini  göstərmişdir.  Cabbarlı  əsərin  qəhrəmanı  Elxanın 

dilindən  deyir:  «Mən  insanlığın  ümumi  və  əbədi  səadətini  bu 

şəxsiyyət istibdadının (Stalinə pərəstiş – F.Ə.) məzarları üzərində 

tikmək  istəyirəm,  anlayırsanmı!  Düşündüyüm  vuruşda  ilk 

düşmənim  ərəb  basqınçıları  (rus  işğalçııları  –  F.Ə.),  ikinci 

düşmənim  bəşəriyyəti  salışdıran  və  gücsüzləri  əzdirən  dinlər, 

üçüncü düşmənim isə, köləlik törədən bütün indiki ictimai mühit 

və  yaşayış  quruluşudur  ki  (bolşevizm  –F.Ə.),  onun  da  başında 


www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

245 


sən  və  sənin  kimi  insan  qəssabları  (Kirov,  Orconikidze, 

R.Axundov,  Ə.Qarayev  və  b.)  dururlar.  Başqa  yol  (milli 

istiqlaldan  kənar  –  F.Ə.)  yoxdur.  Mənim  yolum  sənə  qarşıdır» 

[56, 305]. C.Cabbarlı çox məntiqi olaraq burada, azadlıq (Elxan) 

və  köləlilik  (Aqşin)  tərəfdarı  olan  iki  qardaşı  bir-birinə  qarşı 

qoyur. Elxan milli istiqlalı hər şeydən üstün tutduğu halda, onun 

qardaşı  Aqşin  onunla  eyni  fikirdə  deyil.  Bu,  Azərbaycan 

Cümhuriyyətinə 

münasibətdə 

milli 


istiqlalçıların 

(M.Ə.Rəsulzadə,  N.Yusifbəyli  və  b.)  və  milli  bolşeviklərin 

(N.Nərimanov, Ə.Qarayev və b.) mövqeyini xatırladır. Cabbarlı 

Elxanın dilindən Aqşinə deyir: «Dünya iki cəbhəyə ayrılmışdır. 

Bir tərəfdə silahlı güclülər (bolşeviklər – F.Ə.), digər tərəfdə isə 

əliboş məzlumlar (istiqlalçılar – F.Ə.)» [56, 313]. Elxan istiqlalı 

təbliğ  etdiyi  halda,  Aqşin  isə  ona  qarşı  çıxır.  Bununla  da, 

Cabbarlı göstərmək istəyir ki, Azərbaycan Cümhuriyyətinin işğal 

olunmasında yad qüvvələrlə (rus, erməni və b.) yanaşı, bəzi qanı 

qanımızdan olan soydaşlarımız da iştirak etmişlər. 

Göründüyü kimi, 1920-1940-cı illərdə milli mədəniyyət 

və  milli  ədəbiyyat  məsələsində  millilik-müstəqillik  dən  çıxış 

edən ziyalılar doğru yol tutmuşdu. Bunu, çox keçmədi ki, sovet 

ideoloqları  da  bu  və  ya  digər  formada  etiraf  etmək 

məcburiyyətində  qaldılar.  Artıq  1950-1960-cı  illərdə  sovet 

ədəbiyyatında  yazılırdı  ki,  1920-1940-cı  illərdə  mövcud  olan 

«proletar mədəniyyəti»- «proletkult» leninizmə zidd hərəkət-xətt 

kimi [38, 51], milli mədəni irsi tamamilə inkar etmişdi. Bundan 

çıxış  edilərək  həmin  dövrün  bir  sıra  ədəbi  tənqidçiləri,  o 

cümlədən  Əli  Nazim,  Cəfər  Cəfərov,  Mikayıl  Rəfili,  Mustafa 

Quluzadə və başqaları kosmopolitizm, nihilizm, burjua estetizmi 

və  vulqar  sosoligizmində  ittiham  olunurdular  [103,  27,  41]. 

Bununla  da,  dolyasıyla  da  olsa,  vaxtilə  milli  mədəniyyətdə 


www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

246 



246 

proletkultçuluqdan  deyil,  millilik  mövqeyindən  çıxış  edən 

mütəfəkkirlərin  (H.Cavid,  Ə.Cavad,  A.İldırım  və  b.)  əslində 

düzgün yol tutduqları etiraf olunurdu.  

Ancaq  bunula  yanaşı,  milliliyi  ört-basdır  etmək  üçün, 

sovet  ideoloqları  yenə  də  məsələyə  bolşevizm  donu 

geyindirməyə  çalışırdılar.  Bu  baxımdan  sovet  ədəbiyyatında 

yazılırdı  ki,  guya,  «ədəbiyyatın  sinfiliyi  haqda  marksist-leninçi 

təlimi  bayağılaşdıranlar  vülqar  sosiologiya  və  proletar 

mədəniyyətinin  ümumxalq  və  ümümbəşəri  mahiyyətini  təhrif 

edərək  onu  yalnız  fəhlə  sinifnin  mədəniyyəti  kimi  məhdud 

çərçivəyə salmağa çalışır, sosialist mədəniyyətinin yaranmasında 

keçmiş irsin rol və əhəmiyyətini inkar edirdilər» [38, 209]. Hətta 

1950-ci  illərdə  Yazıçılar  İttifaqının  sədri  S.Rəhimov  qurumun 

plenumundakı  (1954)  çıxışında  deyirdi  ki,  Azərbaycan  sovet 

ədəbiyyatı  hər  hansı  düşmən  ideyalara  qarşı  atəş  aça-aça 

irəliləmiş,  pantürkizm,  panislamizm,  kosmopolitizm,  nihilizm, 

formalizm  və  başqa  zərərli,  yabançı  meyillərə  qarşı  amansız 

mübarizə aparmışdır [103, 23].  

Bu  onu  göstərirdi  ki,  sovet  ideoloqları  zaman-zaman 

milli şüuru məhv etmək üçün müxtəlif ideyalara əl atmış, bəzən 

həmin  ideyaların  onların  özlərinə  qarşı  yönəlməsini  görərək, 

ondan  imtina  etmişlər.  Bu  zaman  isə,  vaxtilə  milli  şüuru  məhv 

etmək üçün ortaya atdıqları  «proletkultçuluq»,  «kosmoplitizmi» 

təbliğ  edən  yerli  ziyalıları  günahkar  çıxarır,  ittiham  edirdilər. 

Burada ən çox təəssüf doğuran hal isə odur ki, sovet rəhbərləri 

və ideoloqları adətən, bu məsələlərdə milli ziyalıları bir-birlərinə 

qarşı  qoyurdular.  Halbuki  dünənə  qədər  proletar  mədəniyyəti 

şüarı ilə əli nazimlərə, süleyman rüstəmlərə, səməd vurğunlara, 

mikayıl  rəfilərə  və  başqalarına  şərait  yaradaraq  onları  millilik-

müstəqillik  tərəfdarlarına  qarşı  sürkləyənlər  də,  eyni  zamanda, 

1   ...   20   21   22   23   24   25   26   27   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə