İntellektual-Elektron Kitabxananın təqdimatında



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə25/58
tarix06.05.2017
ölçüsü3,32 Mb.
1   ...   21   22   23   24   25   26   27   28   ...   58

www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

247 


sonuncu ideyanı müdafiə etdikləri üçün hüseyn cavidləri, əhməd 

cavadları,  bəkir  çobanzadələri,  mikayıl  müşfiqləri  və 

başaqalarını  isə  repressiya  edənlər  də  SSRİ  rəhbərləri  və 

ideoloqları özləri olmuşdu. Ancaq 1950-ci illərdə Stalinin ölümü 

və  Bağırovun  hakimiyyətdən  uzaqlaşıdırılması  ilə  repressiya 

qurbanlarını  əfv  edən  sovet  rəhbərləri  və  ideoloqları  bunun 

günahkarı kimi, bu və ya digər formada Azərbaycan rəhbərlərini 

və  ziyalı  təbəqəsini  ittiham  edirdilər.  Artıq  qeyd  olunurdu  ki, 

vaxtilə  proletar  mədəniyyətindən  çıxış  edən  Ə.Nazim,  M.Rəfili 

və  başqaları  Füzuli,  Vaqif,  M.F.Axundzadə,  H.Cavid  və 

başqalarını  milli-burjua,  aristokrat  şair-mütəfəkkirləri  kimi 

qələmə verməklə marksizmə xələl gətirmişlər [38, 210]. 

Fikrimizcə,  SSRİ  rəhbərlərinin  və  ideoloqlarının  bu  cür 

riyakar,  ikiüzlü  əməlləri,  hətta  marksizm-leninizmə  bağlı  olan 

bəzi ziyalılarımızda belə əks reaksiya doğurmuşdur. Belə ki, bu 

vaxta  qədər  Sovet  ideoloqlarının  təşviqi  ilə  Azərbaycan 

mədəniyyətinə,  ədəbiyyatına,  dilinə  və  tarixinə  müəyyən  qədər 

müstəmləkəçilik-mərkəzçilik  ideologiyasından  yanaşanlar,  artıq 

milli  ideyaya  üz  tuturdular.  Bununla  da,  1950-1960-cı  illərdə 

milli dil, milli mədəniyyət, milli tarix və milli ədəbiyyat uğrunda 

çalışan  ziyalılar,  o  cümlədən  filosoflar,  tarixçilər,  dilçilər, 

ədəbiyyatçılar, 

yazıçlar 

və 


başqa 

aydınlar 

arasında 

(Ə.M.Dəmirçizadə,  M.İbrahimov,  Z.Bünyadov,  X.Məmmədov, 

S.Əliyarov, B.Vahabzadə, R.Rza, M.Hüseyn, X.R.Ulutürk və b.)  

Azərbaycan milli ideyasının tərəfdarları xeyli dərəcədə çoxaldı.  

Bizcə, bu dövrdə rus bolşevizminin bütün sahələrdə (dil, 

ədəbiyyat,  tarix,  mədəniyyət  və  s.)  Sovet  Azərbaycanında  

yürütdüyü  müstəmləkəçilik-mərkəzçilik  siyasətini  dərindən 

anlayan  və  ona  qarşı  çıxanlardan  biri  yazıçı-mütəfəkkir  Mirzə 



İbrahimov  olmuşdur.  O  hesab  edirdi  ki,  artıq  son  20-25  ildə 

www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

248 



248 

Sovet  Azərbaycanı  ədəbiyyatına,  mədəniyyətinə,  tarixinə  eyni 

zamanda,  həmin  dövrün  repressiya  qurbanlarına  (M.Müşfiq, 

H.Cavid, Ü.Rəcəb,  K.Ələkbərli  və b.)   qarşı  yönəlmiş siyasətə, 

ideologiyaya  son  qoyulmalıdır.  Onun  fikrincə,  Azərbaycan 

mədəniyyətinə,  ədəbiyyatına  və  onun  mütəfəkkirlərinə 

münasibətdəki ziddiyyətlər xüsusilə, H.Hüseynovun məsələsi ilə 

bağlı  olaraq  A.Bakıxanovun  gah  demokratik  və  mütərrəqi,  gah 

da  monarxist  və  fanatik  yazıçı  adlandırılması  doğru  deyildir. 

M.İbrahimov  açıq  şəkildə  deyirdi  ki,  bu  cür  ziddiyyətlərə  görə 

yalnız  alimlər  və  ziyalılar  deyil,  partiya  rəhbərliyi  də 

günahkardır:  «Biz  bütün  günahları  elmi  idarələrin  və  işçilərin 

üzərinə qoymamalıyıq, biz özümüz, Mərkəzi Komitənin bürosu 

ideoloji işi istiqamətləndirmək üçün heç də hər zaman aydın və 

operativ  işləmirik.  Bəzən  biz  tərəddüd  edirik  və  hətta  indi 

hamıya  aydın  olan  məsələlərin  həlində  gecikmələr  müşahidə 

olunur» [103, 68]. 

Fikrimizcə,  bu  dövrdə  Azərbaycan  milli  ideyasını 

ədəbiyyatda  yaşadan  öncüllərdən  biri  də  Bəxtiyar  Vahabzadə 

olmuşdur. O, «Gülüstan» poemasında Azərbaycanın iki yerə par-

çalanmasının  səbəblərini  göstərir  və  demək  istəyirdi  ki,  əslində 

indi hər iki Azərbaycan işğal altındadır. Çünki o vaxt da, indi də 

Azərbaycanı iki yerə bölən farslar və ruslar olmuşlar: «Bir xalqı 

yarıya  böldü  qılınc  tək.  Öz  sivri  ucuyla  bu  lələk  qələm,  Dəldi 

sinəsini  Azərbaycanın…  Kəsdilər  səsini  Azərbaycanın»  [219, 

76].  Bəs,  Azərbaycanın  taleyi  ilə  bağlı  hökm  verənlər  kimlər 

idilər?  Cavab  aydındır:  ruslar  və  farslar.  Şair  yazır  ki,  bunu 

Azərbaycan  xalqı  bilməli  və  öz  sözünü  yenidən  deməlidir: 

«Tərəflər  kim  idi?  Hər  ikisi  yad.  Yadlarmı  edəcək  bu  xalqa 

imdad?! Qoy qalxsın ayağa ruhu Tomrisin.   Babəkin 

qılıncı 

parlasın  yenə.  Onlar  bu  şərtlərə  sözünü  desin»  [219,  77]. 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

249 


Vahabzadə  məsələni  açıq  şəkildə  qoyaraq  sual  edirdi  ki,  bu 

yadları  Vətənə  kim  çağırmışdır?  Əgər  onlar  çağırılmamış 

«qonaq»lardırsa  Azərbaycanın  taleyini  də  həll  edə  bilməzlər. 

Azərbaycanın  taleyini  yalnız  onun  öz  oğulları,  Oğuz  xaqanın 

nəsili  həll  etməlidir.  O  Oğuz  xaqanın  nəsli  ki,  indi  onu  əsarət 

altında  saxlayanlardan  biri  fars,  onu  «xər»,  digəri,  rus  isə 

«baran» adlandırır [219, 79]. Bizə elə gəlir  ki, artıq bu poema-

sında  Vahabzadə  sovet  köləliyinə  qarşı  ciddi  etirazını 

bildirmişdi.  

Həmin  dövrdə  gənc  şairlərimizdən  Xəlil  Rza  da  milli 

dilin  xalqın  həyatında  oynadığı  mühüm  rolu  dəyərləndirmiş  və 

onun ruslar tərəfindən ikinci dil halına gəlməsinə qarşı çıxmışdır. 

Milli şairimiz yazırdı ki, vaxtilə ərəblər, farslar və başqa millətlər 

bu  dilin  varlığına  göz  yumsalar  da,  «lakin  yenə  o  yaşadı».  Bu 

mənada,  o,  dolayısıyla  ruslara  çatdırırdı  ki,  bu  dil  onların 

qarşısında  da  əyilməyəcəkdir:  «Mənim  dilim  məğrur  baxmış 

üzərindən  gəlib  keçmiş,  Ürəyini  dəlib  keçmiş  oxların  qanlı 

ucuna. Baş əyməmiş ərəblərin qol zoruna, dil zoruna, qılıncına, 

qırmancına!  Baş  əyməmiş!  Baş  əyməyir!  Əyməyəcək»  [195

c



167]. 

Bu  dövrdə  Rəsul  Rza  isə  bəzi  şeir  və  poemalarında 

müəyyən qədər Sovet rejiminə və onun yalançı beynəlmiləlçilik 

ideyasına qarşı çıxmışdı. O, xüsusilə, Mikayıl Müşfiqə və digər 

repressiya  qurbanlarına  həsr  etdiyi  «Qızılgül  olmayaydı» 

poemasında Sovetlər Birliyinin mahiyyətini göstərmək istəmişdi. 

Eyni zamanda hiss olunur ki, Rəsul Rza vaxtilə M.Müşfiqi məhv 

edən bolşevizmin indi onu da hədələdiyini yaxşı anlayır: «Vaxt 

oldu  ki,  araya  girdi  qor-qoduqlar.  Sənəti  yumruqla,  ilhamı 

zirzəmilə  qorxutdular.  Bir  də  gördün,  əldə  möhürlü  mandat, 

gəldi  ədəbiyyat  darğaları…  Neçə  mərd  oğulların  adı  silindi 


www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

250 



250 

dirilər sadalağından. Yetmiş günah asdılar hər ayağından. Olsun 

ki, indi də bu sözlərə rəng vermək istəyən tapılar. Kəsib mətləbin 

qabağını,  dalını  –  qara  qələmə  verərlər  nəcib  insan  arzusunu, 

yaxşı  insan  xəyalını…»  [195,  229].  Bizcə,  R.Rza  ehtiyatla 

«ədəbiyyat  darğaları»  adı  altında  milli  mədəniyyətə,  milli 

ədəbiyyata və milli dilə qarşı çıxan Mərkəzi və onun yerlərdəki 

«beynəlmiləlçi»  nümayəndələrini  nəzərdə  tutmuşdu:  «Biz 

«darğalar»  deyəndə,  dili  vətən,  xalq  deməkdən  qabar  çalan, 

güclüyə yarınmağa çalışıb, gücsüzü şahmar kimi çalan, özündən 

yuxarıya (Mərkəzə – F.Ə.) qat-qat alçalan, vicdanı da qəlbi kimi 

piy  bağlamış,  vəliyi-nemətinin  hər  sözünə  əl  çalan  yaramazları 

deyirik» [195, 231].  

R.Rza  qeyd  edirdi  ki,  M.Müşfiqin,  Ə.Cavadın,  Seyid 

Hüseynin, H.Cavidin və başqalarının günahsız olmasına ən bariz 

sübut  xalq  qarşısında  mühakimə  olunmamaları  idi.  Xalq 

gözündən  iraqda  ədalət  və  haqqın  olmasına  şübhə  edən  Rza 

«xalqı  ədalətsiz  bir  hökmü  pozmağa  çağırmadığı»  [195,  243] 

üçün,  özünü  günahkar  saysa  da,  ancaq  onu  da  qeyd  edirdi  ki, 

hakimiyyət  M.C.Bağırov  və  onun  ətrafındakı  Xorenlərin, 

Topuridzelərin,  Makaryanların  və  başqaların  əlində  olduğu  bir 

dövrdə bu addımı atmaq mümkün deyildi [195, 244]. Bu mənada 

R.Rza  qeyd  edir  ki,  nəinki  həmin  dövrdə  M.Müşfiqə  və 

başqalarına bir  yardım edə bilmiş, üstəlik, Müşfiqin kitablarını, 

məktublarını gizlətməyə məcbur olmuşdu: «Bilirəm, qəhrəman-

lar  var  indi,  irişə-irişə,  qulp  qoyurlar  hər  işə.  Tərcümeyi-

hallarından  «artıq»  yerləri  kəsib  indi,  çalışırlar  yada  salan 

olmasın ki, bir zaman hər nemət onlara nəsib idi» [195, 245]. 

R.Rza etiraf edirdi ki, kommunizm ideyasına tapınsa da, onun 

üçün, xüsusilə 1930-1940-cı illərdə baş verənlər «mürəkkəb», 

«vahiməli» və «təzadlı» olmuşdu [195, 248]. Doğrudur, onun 


www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

251 


fikrinə  görə,  artıq  şaxtalı  zamanlar  arxada  qalmış  və  havalar 

isinmişdi  [195,  262].  Ancaq  bizə  elə  gəlir  ki,  «şaxtaların 

sınması» və  «havanın isinməsi»  yarımçıq idi və bunu, R.Rza 

da yaxşı dərk edirdi. 

 Göründüyü  kimi,  sovet  dövründə  mədəniyyət  və 

ədəbiyyat  ilə  bağlı  bir-birinə  zidd  olan  iki  baxış:  millilik  və 

beynləmiləçilik-mərkəzçilik  mövcud  olmuşdu  ki,  bu  özünü 

əlifba, dil, din,  ədəbiyyat,  tarix və s. məsələlərə  münasibətdə 

daima  büruzə  vermişdi.  Bizcə,  bu  məsələlər  bir-birilə  sıx 

şəkildə  bağlı  olduğu  üçün  hər  iki  tərəf  hər  hansı  məsələni 

müdafiə  edərkən  digərlərinə  də  müraciət  etmişlər.  Məsələn, 

ərəb  əlifbasından  imtina  edib  latın  əlifbasına  keçidi  mühüm 

sayan  bəzi  bolşevik  mütəfəkkirlər  bunu,  yalnız  maarifçilik, 

əhalinin  savadlanması  ilə məhdudlaşdırmır, onu  dini və milli 

ədəbbiyyata  da  qarşı  qoyurdular.  Yaxud  da,  yeni  proletar 

ədəbiyyatı  iddiası  ilə  çıxış  edənlər  yalnız  milli  ədəbiyyatı 

deyil, az qala bütün mədəni və tarixi irsi inkar edirdilər.  

 

2.3.



 

Milli dil və əlifba məsələsinin ideoloji yönləri 

 

Sovet  dövründə milli  mədəniyyət və milli  ədəbiyyatla 



bağlı  əsas  problemlərdən  biri  də  milli  əlifba  və  milli  dil 

məsələsi olmuşdur. Sovet ideoloqları tərəfindən bu problemin 

gündəmə  gətirilməsi  təsadüfi  olmamış,  əksinə,  onlar  Sovet 

Azərbaycanında yeni əlifbanın tətbiqini ortaya atmaq və milli 

diiln adını dəyişdirməkdə siyasi məqsədlər güdmüşlər. Bu cür 

siyasi  gedişlər  isə  rus  şovinizm  siyasətində  nə  birinci,  nə  də 

sonuncu idi. Bu cür mənfur siyasi gedişlərdən biri 1917-ci ildə 

Leninin  imzası  ilə  bolşevik  hökumətinin  adından,  guya  bütün 

Rusiya  ərazisində  yaşayan  xalqların  milli  müqəddəratlarını 


www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

252 



252 

özlərinin təyin edə biləcəyi bəyannaməsi şəklində baş vermişdi. 

O  zaman  çox  keçmədən  əsil  niyyətlərini,  imperiya 

məqsədələrini  ortaya  qoyaraq  Azərbaycanı  və  başqa  türk 

ölkələrini  işğal  edən,  bununla  da  türk-tatar  xalqlarının  siyasi 

müstəqilliyinə son qoyan Lenin və onun silahdaşlarının bu dəfə 

hədəflərində  milli  şüurun  assimilyasiya  edilməsi  dururudu. 

Sovet  ideoloqlarına  əlifbanın  dəyişdirilməsi,  milli  dil 

məsələsinin  gündəmə  gətirilməsi  bütövlükdə,  milliliyin 

beynəlmiləlçilik  adı  altında  assimilyasiya edilməsi  üçün lazım 

idi.  

Sovet  Rusiyasının  yeni  əlifba  siyasəti  Azərbaycan 



türklərini  türk  dünyasından  ayırmaq  üçün  əvvəlcədən  düşünül-

müşdü  [47,  9].    Azərbaycan  Cümhuriyyətinin  siyasi  müstəqil-

liyinə  son  qoyan  Sovet  Rusiyası,  latın  əlifbasını  Sovet 

Azərbaycanında  tətbiq  etməklə,  onun  milli  mədəniyyətini  də 

zərbə  altında  qoyurdu.  Bu  baxımdan  sovet  ideoloqları  üçün  bu 

müstəmləkəçiliyə  hədəfələnmiş  «yenilik»  idi.  Başqa  sözlə, 

tələm-tələsik  yeni  əlifbaya-latın  əlifbasına  keçmək  Azərbaycan 

türk  xalqının  keçmişi  ilə  gələcəyi  arasında  körpünün  tez 

yandırılmasına, eyni zamanda dünənə qədər onunla eyni əlifbanı 

paylaşan  islam  və  türk  xalqları,  xüsusilə  Anadolu  türkləri  ilə 

mənəvi və siyasi bağların qırılmasına hesablanmışdı.  

Sovet  ədəbiyyatında  qeyd  olunur  ki,  yeni  əlifbanın 

birinci  mərhələsində  (1920-1929)  bununla  bağlı  iki  cərəyan:  1) 

latınçılar  və  2)  islahatçılar  (ərəb  əlifbası  tərəfdarları)  mövcud 

olmuşdur [26, 10]. Əslində əlifba məsələsi ilə bağlı «latınçılar» 

və «islahatçılar» məsələsi, məsələnin əsil mahiyyətini gizlətmək 

üçün  uydurulmuşdur.  Burada,  əsas  məsələ  ideoloji  savaş  idi. 

Çünki  bu  məsələnin  dərininə  vardıqda  görürük  ki,  burada 

problem  yalnız  köhnə  və  yeni  əlifba  məsələsi  olmamışdır.  Bu 


www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

253 


baxımdan  məsələni  tam  dərk  etmək  üçün,  ilk  növbədə 

«latınçılar»  və  «islahatçılar»ın  əlifba  məsələsi  ilə  bağlı  irəli 

sürdüyü  mülahizələrə,  ən  əsası  onların  hansı  siyasi-ideoloji 

dünyagörüşə  və  nəzəri-fəlsəfi  ideyalara  əsaslanmalarına  diqqət 

yetirmək kifayətdir.  

Qeyd  edək  ki,  milli-demokrtalar  hələ  Azərbaycan 

Cümhuriyyəti  dövründə  ərəb  əlifbasından  latın  əlibfasına 

keçməyi təklif edirdilər. Bu məqsədlə Azərbaycan parlamentində 

bir  komissiya  təşkil  olunmuş  və  bu  komissiya  latınlaşmış  türk 

əlifbasının layihəsini parlamentə belə təqdim etmişlər [254, 70]. 

Ancaq  bir  tərəfdən  «islam  birliyi»  ideyası  ilə  çıxış  edən 

«ittihadçı»ların,  digər  tərəfdən  isə  bolşevizmin  günü-gündən 

Azərbaycan  Cümhuriyyətinə  qarşı  yönəlmiş  təzyiqlərinin  və  s. 

nəticəsində  latın  əlifbasına  keçid  məsələsi  həmin  dövrdə  öz 

həllini  tapmamışdı.  Eyni  zamanda,  Azərbaycan  Cümhuriyyəti 

latın  əlifbasına  keçidlə  bağlı  Türkiyə  Cümhuriyyəti  ilə  ortaq 

addım atmaq niyyəti də güdmüşdü. Həmin vaxt isə istər Türkiyə, 

istərsə  də  Azərbaycan  Cümhuriyyəti  üzərinə  xaricdən  olan 

basqılar bu məsələnin öz həllini tapmasına əngəl olmuşdu. 

Sovet dövründə ərəb əlifbasında dəyişkliklər edilməsinin 

tərəfdarı  kimi  çıxış  edən  «islahatçılar»  əslində  həmin  milli 

qüvvələr  idi.  Vaxtilə  ərəb  əlifbasından  imtina  edilib  latın 

əlifbasına  keçmək  istəyən  Azərbaycan  milli  qüvvələrinin  Sovet 

işğalı dövründə bunu, istəməməsi təsadüfi deyildi. Əslində milli-

demokratik  qüvvələri  narahat  edən  latın  qrafikasına  keçmək 

deyil,  latın  əlifbasına  keçmək  adı  altında  ifratçılığa  varılması, 

millətlər  arasında  ayrı-seçkilik  edilməsi,  gələcəkdə  kiril 

əlifbasına keçmək üçün bir vasitəyə çevrilməsi idi. Çünki SSRİ 

xüsusilə,  əsarət  altına  aldığı  türk  və  müsəlman  millətlərini 

özünəməxsus  «beynəlmiləl  siyasət»lə  assimilyasiya  etmək 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

254 



254 

niyyəti güdmüşdü. Bu baxımdan SSRİ-nin Azərbaycanın və Orta 

Asiyanın  türk  dövlətlərinin  ərəb  əlifbasından  latın  qrafikasına 

keçməsinə bilavasitə şərait yaratmasında məqsədləri yalnız türk 

millətlərini maarifləndirmək, elm və biliklərini inkişaf etdirmək 

ola  bilməzdi.  Əgər  SSRİ,  yəni  Mərkəz  belə  səmimi  niyyət 

güdürdüsə,  nə  üçün  yeni  əlifba  məsələsinə  əsasən,  türk-

müsəlman  xalqları  cəlb  edilmişdi?!  Yoxsa,  Rusiya  üçün 

ermənilər,  gürcülər  və  başqa  millətlər  ikinci  dərəcəli  idilər? 

Deməli,  bu  məsələdə  Rusiyanın  başlıca  məqsədi  Azərbaycan 

türklərini  və  başqa  müsəlman-türk  xalqlarını  SSRİ-nin 

əsarətindən  kənarda  qalan  müsəlman  ölkələrindən,  xüsusilə 

Türkiyə türklərindən ayırmaq olmuşdur [238, 192].  

SSRİ  ideoloqları  bu  planını  birdən-birə  həyata  keçirə 

bilməzdi  və  bu  mərhələli  şəkildə  nəzərdə  tutulmuşdu.  Həmin 

dövrdə  milli  qüvvələr  də  məhz  sovet  Rusiyasının  bu  ikiüzlü 

siyasətini  ifşa  etmişdilər  ki,  onların  bu  baxışları  da  bolşeviklər 

tərəfindən  latın  qrafikasının  əleyhinə  olan  mülahizələr  kimi 

dəyərləndirilmişdi [76, 249]. Əslində onların bu etirazı, əlifbanın 

latınlaşdırılmasından  daha  çox  kirilləşdirməyə-ruslaşdırmaya 

qarşı idi. M.Ə.Rəsulzadə də sonralar yazırdı ki, o zaman (1921-

1922-ci  illər)  bolşeviklərin  bu  niyyətindən  xəbərdar  idilər: 

«Bolşeviklərin  ərəb  hərflərini  latın  hərfləri  ilə  əvəz  etdirmək 

xüsusunda  gizli  və  əsil  fikirlərini  bildiyimizdən  (ki,  bu  fikir 

sonradan  həyata  keçirilmiş,  ərəb  hərfləri  öncə  latın  hərflərinə, 

sonra  da  rus  hərflərinə  təbddül  edilmişdir)  bir  məqalədə    türk 

elləri  arasındakı  mədəni  əlaqələri  tamamilə  kəsdirməmək  üçün 

yazılanı  daha  asan  oxutdura  bilmək  məqsədini  təmin  edən 

inqilabçılara  haqq  verirdim»  [182,  85].  Yəni  Rəsulzadə  də 

bolşeviklərin  əməllərindən  xəbəri  olduğu  üçün  latın  əlifbasına 

keçilməsini  deyil,  ərəb  əlifbasında  islahatların  aparılmasını 


www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

255 


müdafiə  etmişdir.  M.B.Məmmədzadə  də  milli  qüvvələrin 

əvvəlcə  ərəb  əlifbasından  latına  keçilməsinə  etiraz  etmələrinə 

səbəb  olaraq,  bolşeviklərin  məkrli  niyyətlərini  və  bunun  Azər-

baycan  ilə  türk  dünyası  arasında  əlaqələrə  zərbə  olmasını 

göstərmişdi [153, 56]. 

Bu  baxımdan  ərəb  əlifbasında  islahatların  aparılmasını 

məqsədəuyğun  hesab  edən  «islahatçılar»,  latın  qrafikasına 

keçilməsi ilə Azərbaycan xalqının islam mədəniyyətindən uzaq 

düşməsi,  din  və  milli  birliyin  aradan  qalxması  məsələsini  daha 

çox  qabartmışlar.  Bizə  elə  gəlir  ki,  bu  cür  mülahizələrin 

səslənməsi də təsadüfi olmamışdır. Bütün hallarda, yeni əlifbaya 

keçidlə bağlı imperiyanın maraqları olduğu kimi, bunun əleyhinə 

çıxan  «islahatçılar»ın  da  öz  mövqeyi  olmuşdur.  «İslahatçılar» 

ədəbi  dilin  yazısında  ərəb  əlifbasını  saxlamaqla  yalnız  islah 

edilməsini,  yəni  bəzi  dəyişikliklərin  aparılmasını  məqsədə-

uyğun  hesab  edirdilər.  Onlar  deyirdilər  ki,  yeni  əlifba  qəbul 

edilərsə, bununla da əski ədəbiyyat məhv olacaq, İslam birliyi 

pozulacaq və türk dilini öyrənmək çətin olacaq [26, 13]. Milli 

qüvvələrin  əlifba  məsələsində  fikir  dəyişdirməsinin  əsil 

mahiyyətinə varmayan bolşeviklər, bunu tamamilə başqa yerə 

yozurdular.  Məsələn,  mətin  bolşevik  S.M.Əfəndiyev  hesab 

edirdi  ki,  millətçilər  qısqanclıqdan  bu  məsələyə  müsbət 

yanaşmırlar. Belə ki, əvvəllər ərəb əlifbasından latın əlifbasına 

keçmək  istəyən  millətçilər,  indi  bunu  həyata  keçirənin 

bolşeviklər olduğu üçün yeni əlifba məsələsini tənqid edirlər [76, 

177].  Əfəndiyevin  fikrincə,  millətçilərdən  fərqli  olaraq, 

islamçılar-ruhanilər  isə  ərəb  əlifbasından  daha  çox  onun  təsiri 

məqsədilə möhkəm yapışırlar [76, 70].  

Fikrimizcə,  ərəb  əlifbasının  əleyhinə  çıxış  edən 

«latınçılar»  özlərini  də  bu  məsələyə  münasibətdə  iki  qrupa 


www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

256 



256 

ayırmaq  olar:  1)  mədəni  «latınçılar»  -  yeni  əlifbaya  keçməni 

daha  çox  mədəni  inqilab  kimi  qiymətləndirənlər  və  məsələyə 

səmimi şəkildə  yanaşanlar; 2) siyasi  «latınçılar» - yeni əlifbaya 

keçməni  tamamilə  siyasiləşdirərək,  bunu,  marksizm-leninzmin 

qələbəsi kimi qələmə verənlər. Mədəni «latınçılar» (F.Ağazadə, 

B.Çobanzadə, M.Şahtaxtlı və b.) yeni əlifbaya keçidi yalnız elm 

və  təlim  baxımından  dəyərləndirir,  ərəb  əlifbasında  islahatlar 

aparılmasının  mümkünsüzlüyünü  irəli  sürərək  latın  əlifbasının 

qəbul  edilməsini  zəruri  hesab  edirdilər  [204,  231;  26,  12]. 

Mədəni  latınçılardan  fərqli  olaraq,  siyasi  «latınçılar» 

(R.Axundov, S.Ağamalıoğlu, S.M.Əfəndiyev və b.) bu məsələni 

ideolojiləşdirir və ona siyasi çalar əlavə edirdilər. Bu baxımdan 

Azərbaycan, Türkmənistan, Özbəkistan və b. türk dövlətlərində 

ərəb əlifbasından latın qrafikasına keçid məsələsində Moskvanın 

məkrli  niyyətini  bəzi  yerli  bolşeviklər  görə  bilməmiş,  əksinə, 

bunu  bolşevizmin  nailiyyəti  kimi  təbliğ  etmişlər  [20,  156-157; 

166, 31].  

Ancaq  türk-tatar  xalqlarının  ərəb  əlifbasından  latın 

qrafikasına keçməsi məsələsində SSRİ-nin siyasi manevra etdiyi, 

əsil məqsədinin türk xalqlarına kiril əlifbasının qəbul etdirilməsi 

olması  çox  keçmədən  bəlli  olmuşdu.  Belə  ki,  sovet  ideoloqları 

milli  mədəniyyət  məsələsində  də  «milli  müqəddərat» 

məsələsində  olduğu  kimi,  türk-tatar  və  müsəlman  xalqlarının 

ərəb  əlifbasından  birbarşa  rus-kiril  əlifbasına  keçilməsinin 

təhlükəli  olduğunu  nəzərə  alaraq,  bunu  mərhələli  şəkildə 

reallaşdırmaq  niyyəti  güdmüşdür.  Əgər  SSRİ  1920-ci  illərdə 

yeni  əlifbanı  rus  qrafikasına  keçidlə  həll  etsəydi,  şübhəsiz 

«xilaskar»  donu  geyinmiş  rus  bolşeviklərinin  bu  addımı  istər 

işğal  etdiyi  ölkələrdə,  istərsə  də  dünyada  birmənalı 

qarşılanmaycaqdı. Bu baxımdan ilk mərhələdə, latın əlifbasından 

1   ...   21   22   23   24   25   26   27   28   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə