İntellektual-Elektron Kitabxananın təqdimatında



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə26/58
tarix06.05.2017
ölçüsü3,32 Mb.
1   ...   22   23   24   25   26   27   28   29   ...   58

www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

257 


istifadə  edən  bir  çox  Avropa  dövlətlərini  də  razı  sala  bilən  bir 

addım atılmışdı. Lakin imperiya ideoloqları yaxşı anlayırdılar ki, 

ərəb  əlifbasından  imtina  etməklə  SSRİ-nin  tərkibindəki  türk 

dövlətləri  müsəlman  dünyasından,  islam  mədəniyyətindən 

müəyyən  dərəcədə  uzaqlaşsa  da,  başqa  tərəfdən  eyni  əlifbanı 

qəbul  edən  Türkiyə  ilə  isə  bir  o  qədər  yaxınlaşmış  olmuşdur. 

Bunun  gələcəkdə  SSRİ  üçün  böyük  bir  təhlükə  mənbəyi 

olduğunu  görən,  eyni zamanda, başdan imperiya  əsarəti  altında 

olan türk-tatar və müsəlman xalqlarının istər Türkiyə, istərsə də 

Avropa dövlətləri ilə əlaqəsində qətiyyən maraqlı olmayan sovet 

ideoloqları  1920-ci  illərin  sonu,  1930-cu  illərin  əvvəllərindən 

etibarən  Azərbaycanın  və  b.  türk  dövlətlərinin  və  xalqlarının, 

gələcəkdə  rus  əlifbasına  keçə  bilməsi  ideyasını  yaymağa 

başlamışlar. 

Maraqlıdır ki, latın əlifbasını türk əlifbası adlandırıraq bir 

müddət onu müdafiə edənlər, rus əlifbasının zorla tətbiqi meylini 

hiss  etdikdən  sonra,  bəzi  beynəlmiləlçi  bolşeviklər  həm  türk 

anlayışından, həm də müdafiə etdikləri türk əlifbasından imtina 

etdilər.  Bu  baxımdan  S.Ağamalıoğlu  Azərbaycanın  SSRİ  və 

bütün Şərqdə ilk dəfə olaraq rəsmən latın qrafikasına keçməsini 

böyük qələbə saydığı halda [166, 36], həmin hadisənin üstündən 

bir  il  ötməmiş  türk  əlifbası  adlandırdığı  latın  qrafikasından  rus 

əlifbasına keçməyin zəruriliyindən bəhs etmişdir: «Azərbaycan-

lıların  yeni  latın  əlifbasına  keçmək  yolu,  gələcəkdə  onların  rus 

əlifbası qrafikası üzrə düzəldilmiş yeni əlifbaya keçmək işini bir 

qədər  asanlaşdıracaqdır»  [166,  37].  Artıq  türk  əlifbası 

beynəlmiləçiliyin  içində  əriyərək  yox  olur,  onun  yerini  rus 

əlifbası  tuturdu.  Beləliklə,  yarım  əsr  ərzində  bir  millətin  üç 

əlifbadan  istifadə  etmək  məcburiyyətində  qalması  faciəsini 

görmək,  bunu  oybektiv  qiymətləndirmək  və  etiraz  etmək 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

258 



258 

əvəzinə,  bəzi  Azərbaycan  ziyalılarının  bu  cür  mövqe  tutması, 

ancaq təəssüf doğrur.  

Sovet  ədəbiyyatında  1940-cı  ilin  yanvarın  1-dən,  latın 

qrafikasından  rus  əlifbasına  keçilməsi  [40,  113]  belə 

əsaslandırılırdı  ki,  bu  qrafika  ümumiliyi  rus  dilindən  söz  və 

terminləri  düzgün  yazmağa  kömək  edəcək:  «Bundan  başqa, 

qrafika  ümumiliyi  nəşriyyat-mətbəə  işlərini  də  asanlaşdırar, 

əlavə  xərc  və  işləri  azaldardı»    [26,  14].  Burada  rus  əlifbasına 

keçməyin  zəruriliyi  ilə  bağlı  gətirilən  «arqumentlərə»  təəccüb 

etməyə  bilmirsən.  Daha  sonra  bu  müəlliflər  yazırlar:  «Əgər 

birinci dövrdə bir-birinə zidd cərəyanlar əmələ gəlmişdisə, ikinci 

dövrdə belə bir vəziyyət olmamış, hamı rus qrafikasına keçmək 

təşəbbüsünü  bəyənmişdir.  Lakin  müzakirələrdə  əsas  iki  fikir 

nəzərə  çarpır.  Bir  çoxları  dilimizin  fonetik  tərkib  və 

xüsusiyyətinə uyğun olaraq bəzi dəyişikliklə rus əlifbasını qəbul 

etməyi, bəziləri isə rus əlifbasında heç bir dəyişiklik aparmadan, 

onu olduğu qaydada qəbul etməyi təklif edirdilər» [26, 15].  

Fikrimizcə,  rus  əlifbasının  olduğu  kimi  qəbul 

edlilməsinin tərəfdarı olanlar yaxşı anlayırdılar ki, Mərkəz məhz 

bu  qərarın  üzərində  dayanacaq  və  gözlənildiyi  kimi  də  oldu. 

Sovet  ideoloqları  Azərbaycan-türk  dilinin  başına  bu  cür  oyun 

açmaqda  nə  etdiklərini  yaxşı  anlayırdılar.  Bununla  da, 

Azərbaycan-türk insanı rus kimi düşünməyə, rus kimi yazmağa 

və  rus  kimi  kommunizm  xəyalı  ilə  yaşamağa  məhkum  və 

məcbur  edilirdi.  Başqa  sözlə,  «yeni  əlifba»  oyunu  ilə  sovet 

imperiyası  türk  millətini  öz  mədəniyyətindən,  mənəviyyatından 

və ən əsası dilinin saflığından uzaqlaşdırırdı. 

Bizə  elə  gəlir  ki,  Azərbaycanda  latın  qrafikasından  rus 

əlifbasına  keçilməsi  ilə  bağlı  ciddi  etirazların  olmaması  iki 

başlıca amillə bağlı idi:  1) milli ziyalıların böyük əksəriyyətinin, 


www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

259 


kütləvi şəkildə 1937-1938-ci illərdə repressiya  olunması; 2) rus 

əlifbasına  etiraz  edə  biləcək  istənilən  ziyalının  həmin  aqibətə 

düçar  olacağı.  Bu  baxımdan  bəzi  ziyalılar  yalnız  bəzi 

dəyişikliklərlə  rus  əlifbasına  keçilməsinin  doğru  olacağını  deyə 

bilir, bundan artığına cəsarət edə bilmirdilər. 

Doğrudur,  rus  əlifbasının  Azərbaycanda  olduğu  kimi 

tətbiqinə 1958-ci ildə son qoyulmuş və bəzi islahatlar aparılaraq 

rus 


qrafikalı 

Azərbaycan 

əlifbası 

müəyyən 


qədər 

təkmilləşdirilmişdir.  Ancaq  bütün  hallarda,  «Leninin  dili»  olan 

rus  dili  və  rus  əlifbası  Azərbaycan  xalqının  həyatında  bir  çox 

sahələrdə mənfi bir iz buraxmışdır ki, onun izləri bu günə qədər 

də hiss olunmaqdadır. Bunlardan biri də rus əlifbasına keçməyə 

məcbur  edilməklə  Azərbaycan  türklərinin  Türkiyə  türkləri 

arasında  ən  önəmli  bağ  olan  –  eyni  əlifba  bağı  da  qırılmış 

olmuşdu.  Türkiyə  alimi  Məşkurə  Yılmazın  yazdığı  kimi, 

«böyləcə  Türkiyədən fərqli bir  əlifba kullanmalı olan  azərilərin 

(Azərbaycan  türklərinin  –  F.Ə.),  Anadolu  türklüyü  ilə  yazılı 

əlaqə qurmaları və ortaq milli kültür gəliştirmələri əngəllənmək 

istənmişdir. Ayrıca ruslar, kiril əlifbasını rus kültür aracı olaraq 

görmüş  və  Sovet  rejimi  ortaq  kültürünün  bu  əlifba  ilə 

yapılacağını düşünmüşlərdir» [248, 243]. 



Sovet  dövründə  Azərbaycanda  milli  dil  məsələsi. 

Sovetlər Birliyi dövründə yeni əlifba kimi, «milli dil» məsələsinə 

münasibət  də  ideoloji  savaşlar  şəklində  özünü  büruzə  vermiş 

və  Sovetlər  Birliyi  dağılana  qədər  və  sonralar  da  öz 

aktuallığını  qoruyub  saxlamışdır.  Buna  əsas  səbəb  odur  ki, 

hazırda  bir  çoxları  üçün  «Türk  dili»nin  yerinə  «Azərbaycan 

dili»nin  necə  meydana  çıxması  və  onun  mahiyyəti  haqqında 

kifayət qədər bilgi  yoxdur. Buna səbəb də «Azərbaycan dili» 

anlayışının  hansı  şəraitdə  meydana  çıxması  ilə  bağlı  elmi 


www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

260 



260 

ədəbiyyatda,  o  cumlədən  mətbuatda  əsasən,  birtərəfli 

məlumatların və yaxud informasiyaların öz əksini tapmasıdır. 

Xüsusilə,  yeniyetmələrin  və  gənclərin  əksəriyyəti  üçün 

«Azərbyacan  dili»nin  necə  meydana  çıxması,  eyni  zamanda 

Azərbaycan  xalqının  dilinin  1937-ci  ildən  etibarən  nədən  bu 

cür  adlandırılması  haqqında  konkret  təsəvvür  yoxdur.  Bu 

baxımdan  fikrimizcə,  milli  dil  məsələsi  ilə  bağlı  iki  önəmli 

faktora aydınlıq gətirilməsinə ehtiyac vardır: 

1.  «Azərbaycan  dili»  meydana  çıxana  qədər  türk  dili 

ətrafında baş verən siyasi-ideoloji hadisələrə (1920-1936); 

2.  «Azərbaycan  dili»nin  əsaslandırılması  və  onun 

hüquqi, yəni dövlət statusunun müəyyənləşməsinə (1937-1991). 

Birinci  amillə  bağlı,  öncə  qeyd  edək  ki,  Azərbaycan 

Cümhuriyyəti  dövründə  (1918-1920)  milli  dil  məsələsi,  əsasən 

çözülmüşdü.  Belə  ki,  Cümhuriyyət  ideoloqları  çar  Rusiyasının 

«tatar»,  İranın  fars  mənşəli  «azəri»  kimi  qələm  verdikləri  bir 

dilin əsilində türk dili olduğunu irəli sürməklə kifayətlənməmiş, 

eyni zamanda türk dilini Azərbaycan Cümhuriyyətinin rəsmi dili 

elan  etmişdilər.  Bununla  da,  XX  əsrdə  türksoylu  millətlər 

arasında Azərbaycan türkləri, birinci olaraq dövlət dilini türk dili 

adlandırmış və ona rəsmi bir status vermişlər.  

Bu  baxımdan  ilk  mərhələdə  sovet  ideoloqları 

Azərbaycan  türklərinin  dilinə  və  milli  kimliyinə  əsasən 

toxunmamışlar.  Bu  baxımdan  Azərbaycan  SSR  MİK  və  XKS-

nin  1923  31  iyul  dekretində  qeyd  olunurdu  ki,  əksər 

komissarlıqlar kəndli kütlələri ilə daha çox əlaqədə olan aparatlar 

olduqları  üçün  milliləşdirilsinlər,  yəni  türk  dili  tətbiq  edilsin. 

Qalan xalq komissarlıqlarına və idarəetmə orqanlarına bir vəzifə 

olaraq  tapşırılsın  ki,  özlərinin  qəzalarla  əlaqələrini  və 

yazışmalarını türk dilində aparsınlar [39, 32]. Eyni zamanda türk 


www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

261 


dili  məcburi  olaraq  bütün  məktəblərdə,  ali  məktəblərdə, 

kurslarda bir fənn kimi tətbiq edilməlidir [39, 33].  

Sovet  müəlliflərinin  yazmasına  görə,  1920-1936-cı 

illərdə  milli  dilin  təmizlənməsi  və  formalaşması  ilə  bağlı  uç 

fikir cərəyanı: 1) türk dilinin qədim və yeni türk sözləri əsasında 

təmizlənməsi  (bizcə,  ortaq  türkcədən  çıxış  edən  türkçülük  – 

millilik  tərəfdarları);  2)  türk  dilini  rus  və  rus  dili  vasitəsilə 

Avropa  dillərindən  alınmış  sözlərlə  zənginləşdirmək  istəyənlər 

(bizcə,  beynəlmiləlçilik  –  rus  bolşevizminə  xidmət  edənlər);  3) 

ərəb  və  fars  mənşəli  sözlərin  saxlanılaraq,  yeni  terminlərin  də 

onların əsasında formalaşdırılmasını istəyənlər (bizcə, islamçılıq 

– dini birliyə meyil edənlər) olmuşdur [26, 130-131].  

Bizim fikrimizcə isə, həmin mərhələdə (1920-1936) milli 

dilin  təmizlənməsi  və  formalaşması  uğrunda  əsas  mübarizə  ilk 

iki  cərəyan:  türkçülük-millilik  və  sovet  beynəlmiləlçiliyi  (ilk 

dövrlərdə  beynəlmiləçilər  xalqlaşmaq  yolu  tutsalar  da,  sonralar 

Mərkəzin  təsiri  altında  onların  əksəriyyəti  beynəlmiləçiliyə  üz 

tutdular) arasında getmişdir.  

Bu dövrdə dildə türkçülük-millilik tərəfdarları milli dil 

məsələsində  qədim  türkcə  ilə  xalq  dilinin  uzlaşmasına  önəm 

vermişlər  (B.Çobanzadə,  F.Ağazadə,  H.Zeynallı,  C.Cabbarlı, 

V.Xuluflu  və  b.).  Onlar  1922-ci  ildə  Azərbaycan  Mərəkəzi 

İcraiyyə  Komitəsi  (MİK)  yanında  təşkil  olunan  istilah 

komissiyasının  hazırladığı  cəbr,  hesab,  həndəsə,  coğrafiya  və 

təbiiyyat lüğətlərində ədəbi dildə mövcud olan terminlərin uyğun 

olaraq  dəyişilməsini təklif edirdilər [26, 44]. Milli dilin mühüm 

tərkib  hissəsi  olan  terminologiya  ilə  bağlı  Azərbaycan  türk 

aydınlarının  əksəriyyətinin  mövqeyi  belə  idi  ki,  ərəb  və  fars 

mənşəli,  eləcə  də  beynəlxalq  terminləri  dilimizdən  çıxararaq 

yerində qədim türkcədə olan sözləri, yaxud da türk dilinə uğyun 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

262 



262 

yeni sözləri işlətmək lazımdır. 1926-cı ildə Bakıda keçirilən 1-ci 

Ümumittifaq türkoloji qurultayda, eləcə də həmin dövrdə Bakıda 

nəşr olunan bir sıra qəzet və jurnallarda da bu ideya ciddi şəkildə 

dəstək qazanmışdır. 

Həmin  dövrdə  milli  ədəbi  dilin  qədim  türkcə  və  yeni 

sözlər əsasında formalaşmasının tərəfdarları bu fikirlərini sübuta 

yetirmək üçün bir sıra əsərlər və məqalələr yazmışlar. Onlar bu 

əsərlərində  türk  dilinin  (Azərbaycan)  qədim  türkcənin  bir  bir 

parçası olduğunu iddia edirdilər. Məsələn, bu xətti müdafiə edən 

dilçi  alimlərdən  Bəkir  Çobanzadəyə  görə,  türk  dili  türk-tatar 

dilinin bir parçası, bir budağıdır. Türk-tatar dilinin abidələri isə 

Orxon-Yenisey  abidələri  (7-8-ci  əsrlər),  «Kutadqu  bilik», 

«Divani-lüğatit-türk»  və  başqaları  olmuşdu  [68,  66-67].  Onun 

fikrincə,  türk  dilinin  azəri    ləhcəsi  isə  XI  əsrdə  oğuz-qıpçaq 

ləhcəsindən  əmələ  gəlmişdir.  Beləliklə,  Çobanzadə  belə  nəticə 

çıxarır  ki,  türk  dilinin  «azəri  ləhcəsi  oğuz-qıpçaq  qrupunun  bir 

budağıdır və türkməncədən az, anadolucadan ziyadə şimali və ya 

şərq  şivə  qruplarının  təsiri  altında  bulunmuşdur»  [68,  83].  O 

yazırdı ki, hazırda milli dilin formalaşması ilə bağlı üç cərəyan 

var: 1) Xalqın dilində yazmağa üstünlük verənlər («mollanəsrəd-

dinçi»lər  və  b.);  2)  İstanbul  ədəbi  şivəsinə  üstünlük  verənlər 

(H.Cavid  və  b.); 3)  Orta  mövqe tutanlar    – xalqın  canlı danışıq 

dili  və  klassik  ədəbi  dilin  bütövlüyündən  çıxış  edənlər. 

B.Çobanzadənin  fikrincə,  ilk  iki  cərəyanın  irəli  sürdüyü 

prinsiplər  əsasında  Azərbaycanda  ədəbi  dil  yarana  bilməz. 

Çünki, birincisini ədəbi sistemə salmaq mümkün olmadığı kimi, 

ikincisi isə Azərbaycan türk dilinin xüsusiyyətlərini kifayət qədər 

əks  etdirmir.  Bu  baxımdan  xalqın  canlı  danışıq  dili  və  klassik 

ədəbi  dilin  bütövlüyündən  çıxış  edənlərin  ədəbi  dili  istiqbala 

malikdir [68, 76-77]. 


www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

263 


Bu  dövrdə  dilçi  alimlərdən  Fərhad  Ağazadə  də 

B.Çobanzadə  kimi,  hesab  edirdi  ki,  dilimizdə  minlərcə  əcnəbi 

kəlmələr  var  ki,  türkləşdirmək  olmur.  Ona  görə  də  türkləşə 

bilməyən kəlmələrin qədim türkcəsi var ki, onları canlandırmaq 

və dilimizə gətirmək lazımdır. Qədim türkcədə qarşılıqı olmayan 

sözləri  isə  başqa  türk  dillərindən  (cığatay,  altay  və  b.)  almaq 

lazımdır.  O  yazırdı:  «Hərgah  bugünkü  türkcənin  dörddə  üçü 

ərəbcədən  alınmışdırsa,  bunun  bir  çox  səbəbləri  vardır  ki, 

başlıcası 

minlərcə 

türk 

sözlərinin 



ərəb 

hərflərinə 

uyğunlaşdırılması  olmuşdur:  hər  kəlmənin  imlasında  az-çox 

çətinlik  duyan  yazıçılar  o  kəlməni  atıb  əvəzində  ərəbcəsini 

meydana  fırlatmışlar.  Min  ildən  çoxdur  ki,  türkcənin  başına 

böylə  oyunlar  gəlmişdir;  minlərcə  kəlmələrimiz  atılmış  və 

unudulmuşdur,  dilimiz  də  bundan  dolayı  kasıblaşmışdır»  [16, 

10].  O  qeyd  edirdi  ki,  vaxtilə  başqa  dillərin  təsiri  altında 

yarımcan  qalmış  türk  dili  indi  dirilmək  istəyir,  köhnə 

zənginliyinə  qayıtmaq  fikrindədir:  «Buna  dəlil  türk  ellərindəki 

dil  hərəkətləridir:  bir  yerdə  dili  türkləşdirirlər,  o  biri  yerdə 

saflaşdırırlar,  hətta  Azərbaycanda  istilahları  da  türkləşdirmək 

fikrinə  gəlmişlər.  Bəs,  türkcəmiz  çoxdan  itirdiyi  yatağına 

qayıtmaq istəyir [16, 11].  

Həmin  dövrün  tədqiqatçılarından  Hənəfi  Zeynallı 

yazırdı  ki,  dilçilərin  əksəriyyəti  Azərbaycanı  cənub  türkləri 

qrupundan  sayırlar.  Ancaq  bu  mülahizə  yanlışdı  və  zaman 

gələcək,  bəlkə  də  araşdırmalar  nəticəsində  «Azərbaycan 

ləhcəsini  bütün  türk  ləhcələrinin  ortası  sayacaqlar»  [232,  114]. 

«Azərbaycanda el ədəbiyyatı» məqaləsində (1926) isə o yazırdı 

ki,  Azərbaycanın  işğalçıların  əsarəti  altında  olduğu  «zamanında 

xalq yaradıcılığının bir qismi olan el ədəbiyyatı, el söz və ahəngi, 

el  vəzni,  el  düşünüşünün  büsbütün  xatirələrdən  silinməsinə 


www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

264 



264 

çalışılmışdır.  El  sözünü  işlətmək  istəyənlər  bu  elin  yağıları 

nüfuzuna  tabe  olaraq  sapqın  mülhazilərə  uymuşdular.  Hətta  o 

dərəcəyə  varmışdılar  ki,  həqarətlə  «türk  demişkən»  demədikcə 

öz ana dilindəki bir sözü işlətməyə cəsarət edə bilməzmiş» [232, 

120].  Bu  baxımdan  H.Zeynallı  qeyd  edirdi  ki,  milli  dilin 

təmizlənməsi  türkün  öz  dilinə  və  onun  qayda-qanunlarına 

əsaslanmalıdır.  

Milli ədəbi dilin qədim türkcə əsasında formalaşdırılması 

baxımından  1930-cu  ildə  Azərbaycan  Dövlət  Elmi  Tədqiqat 

İnstitutu tərəfindən cəmi iki buraxılışı  nəşr olunan «Azərbaycan 

türk  xalq  şivələri  lüğəti»  diqqətəlayiqdir.  Bu  nəşrin  müəllifləri 

(B.Çobanzadə, 

V.Xuluflu, 

Ə.Haqverdiyev,  N.İ.Aşmarin, 

A.R.Zifeldt və b.) də yazırdılar ki, «Azərbaycan türk dili osmanlı 

dilindən  çox  əvvəl  təşəkkül  etmişdir;  çünki  daha  XI  əsrdə 

Mahmud  Kaşğari  tərəfindən  göstərilən  «Oğuz  –  Qıpçaq» 

ləhcəsinin  xüsusiyyətləri  bu  gün  də  azəri  türk  dilinin 

xüsusiyyətlərinin mühüm bir qismini təşkil edir» [47, 8]. Ancaq 

bütün  hallarda  osmanlı  türk  dili  ilə  Azərbaycan  türk  dilinin 

kökünün  bir  olduğunu  yazan  müəlliflər  qeyd  edirlər  ki,  ancaq 

15-16-cı  əsrlərdə  osmanlı  ədəbi  dili  azəri  türk  dilindən 

ayrılmışdı  [47,  8].  Sonralar  Azərbaycan  türk  dilinə  İran-fars, 

Slavyan-rus,  şimali  türk-tatar  dillərinin  də  müəyyən  təsiri 

olmuşdur.  Onların  fikrincə,  hazırda  Azərbaycan  türk  ədəbi 

dilinin  yaranmasına  zərurət  bir  tərəfdən  ərəb-fars  sözlərindən 

qurtulmaq,  digər  tərəfdən  elm  və  sənayə  ilə  ayaqlaşmaqdan 

ötrüdür.  Bunun  üçün  isə,  onlar  klassik  azəri  türkcəsinin  və 

onun əsasında ədəbi dilin formalaşmasını təklif edirdilər [47, 

10].  Görünür,  bu  kitabın  Azərbaycan  türk  dilinin  inkişafında 

mühüm rol oynayacağını görən sovet ideoloqları cəmi iki («A» 

və «B») buraxılışdan sonra, onun nəşrini dayandırmışlar. 


www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

265 


Milli  aydınlar  tərəfindən  irəli  sürələn  Azərbaycan  türk 

ədəbi  dilinin  ərəb,  fars,  rus,  eləcə  də  digər  əcnəbi  terminlərdən 

təmizlənməsi və qədim türkcə əsasında formalaşması ideyasının 

ictimaiyyət  arasında,  o  cümlədən  mətbuatda  bu  qədər  dəstək 

görməsi  SSRİ  rəhbərliyini  və  sovet  ideoloqlarını  ciddi  şəkildə 

rahatsız  etmişdir.  Eyni  zamanda,  sovet  ədəbiyyatında  puristlər 

adlandırılan [26, 131] milli fikrin tərəfdarları rus mənşəli sözləri 

də  dəyişməyi  təklif  edirdilər  ki,  bu,  sovet  imperiyası  üçün 

dözülməz idi. Həmin dövrdə, eləcə də sonralar sovet ideoloqları 

və onların Azərbaycandakı təmsilçiləri bu təklifləri pantürkizm, 

millətçilik  kimi  qiymətləndirir  və  tənqid  edirdilər.  Sovet 

ədəbiyyatında bununla bağlı yazılırdı: «Purizm kimi tanınmış bu 

cərəyan  tərəfdarları  həmin  yolla,  yeni  ictimai-siyasi  vəziyyətlə 

əlaqədar  dilimizə daxil olan  rus  dili və  rus  dili vasitəsilə  başqa 

dillərə  məxsus  sözlərin  də  qarşısını  almağa  çalışırdılar. 

Puristlərin  məsləhət  gördükləri  sözlər  dili  təmizləmir,  onun 

aydınlaşmasına, kütləviləşməsinə xidmət etmir, əksinə, dili daha 

da  qəlizləşdirir,  tez  qavrama  və  savadlanmanı  çətinləşdirirdi. 

Məhz  buna  görə  də,  purizm  cərəyanı  həm  20-ci,  30-cu  illərdə, 

həm  də  sonrakı  dövrlərdə  tənqid  oybektinə  çevrilmişdir»  [26, 

76].  

Ancaq  milli  dil  məsələsində  «sovet  beynəlmiləlçiliyi» 



tərəfdarları  (S.M.Əfəndiyev,  C.Məmmədquluzadə,  H.K.Sanılı 

və  b.)  birincisi,  türk  dili  dedikdə  xalqın  canlı  danışıq  dilini 

nəzərdə  tutur,  ikincisi  rus  və  avropamənşəli  sözlərə  də  meyil 

göstərirdilər.  Ümumiyyətlə,  türkcənin  milliləşdirməsinə-qədim 

türkcəyə müraciət edilməsinin əleyhinə olanlar əsasən, milli dil 

məsələsində  «mollanəsrəddinçilər»in  mövqeyini  müdafiə 

edirdilər.  Buna  səbəb,  «mollanəsrəddinçi»lərin  27  aprel 

işğalından  öncə  də  dil  məsələsində  ortaq  türk  dilinin  deyil, 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

266 



266 

Azərbaycan  türklərinin  danışıq  dilinin  inkişafına  çalışmaları  və 

bu zaman rus və Avropa mənşəli sözlərə meyil etmələri idi. Bu 

baxımdan  sovet  beynəlmiləlçiliyi  tərəfdarları  üçün  Azərbaycan 

türk  ədəbi  dilinin  formalaşmasında  ən  yaxşı  variant 

«mollanəsrəddinçilər»in yolu idi. 

Halbuki,  artıq  1920-1930-cu  illərdə  «mollanəsrəd-

dinçilər»in  əsas  siması  olan  C.Məmmədquluzadə  özü  belə, 

Azərbaycan  türk  ədəbi  dilinin  xalqın  açıq  ana  dili  əsasında 

formalaşmasını  məqsədə  uyğun  saymamışdır.:  «Əlbəttə,  bu  dil 

ki,  biz  onunla  «Molla  Nəsrəddin»i  yazırdıq,  o  dili  biz  ümumi 

türklər üçün ədəbi dil hesab etmək fikrində deyilik və bu da bizə 

heç lazım deyil. Bizim məqsədimiz hal-hazırda öz fikrimizi asan 

bir dillə Azərbaycan türklərinə və bəlkə də sair türklərə yetirmək 

idi.  Və  zənn  edirəm  ki,  yetirirdik  də…  Bizim  də  şüarımız  dil 

yaratmaq deyil idi, ancaq dərdi-dilimizi hal-hazırda camaat başa 

düşən  dildə  ona  yetirmək  idi»  [148,  74-75].  Ancaq  o,  bununla 

yanaşı  ədəbi  dil  kimi  «Molla  Nəsrəddin»  xəttinin  tutulmasına 

rəğbətini  də  gizlətmirdi.  Məmmədquluzadə  «Molla  Nəsrəddin» 

jurnalının  SSRİ  dövründəki  saylarının  birində  «Təmizləmək» 

məqaləsində  Bakıda  keçiriləcək  Türkoloji  qurultayla  bağlı  dil 

məsələsinə  toxunaraq  yazırdı:  «İndi  türkoloji  qurultayı  da  bir 

belə sil-süpurə, yır-yığışdıra başlayacaqdır. Amma bu qurultayın 

təmizləyəcəyi  ev  deyil,  dildir  və  özü  də  Türk  dilidir.  Bəziləri 

dildə nə zibil ola biləcəyini soruşa bilərlər. Dərd elə burasındadır 

ki, heç bir evdə bizim dilimizdə olan qədər zibil yoxdur. Əlifba 

zibili, əruz vəzni zibili, ərəb dili zibili, fars dili zibili, din zibili və 

başqaları.  Türk  dilini  bütün  bu  zibillərdən  təmizləmək  lazım 

gəlir» [160

a

, 632]. 



Bu  baxımdan  sovet  beynəlmiləlçiliyi  tərəfdarları  və 

onların  havadarları  üçün  Azərbaycan  türk  ədəbi  dilinin 


1   ...   22   23   24   25   26   27   28   29   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə