İntellektual-Elektron Kitabxananın təqdimatında



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə27/58
tarix06.05.2017
ölçüsü3,32 Mb.
1   ...   23   24   25   26   27   28   29   30   ...   58

www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

267 


formalaşmasında  ən  yaxşı  variant  «mollanəsrəddinçilər»in  yolu 

idi.  S.M.Əfəndiyev  də  hesab  edirdi  ki,  Azərbaycan  türk  dili 

ərəb-fars  sözləri  ilə  dolu  olan  nə  İstanbul  şivəsini  yamsılamalı, 

nə də qədim türkcə ilə uğraşmalıdır: «Belə bir adi həqiqəti yadda 

saxlamaq  vacibdir  ki,  danışdığımız  kimi  yazmaq,  yazdığımız 

kimi 


danışmaq 

lazımdır» 

[76, 

70]. 


Bu, 

sırf 


«mollanəsrəddinçilər»in  yolu  idi.  Bu  yola  yaxın  mövqe 

tutanlardan  Hacı  Kərim  Sanılı  da,  digər  bolşeviklər  kimi 

«mollanəsrəddinçilər»in  dildə  xəlqləşmək  yolunun  doğru 

olduğuna inanmışdı [198, 18].  

Maraqlıdır  ki,  yerli  «beynəlmiləçilər»  milli  dilin 

xalqlaşması  dedikdə,  xalqın  danışdığı  türkcəni  nəzərdə  tutduğu 

halda,  sovet  ideoloqları  isə  xalqlaşmaq  adı  altında  türk  dilinin 

əsas mahiyyətinin və məzmununun bəsitləşdirilməsi və sonralar 

əvəzində,  türk  dilinin  rus  və  avropa  mənşəli  sözlərlə 

doldurulmasını  qarşılarına  məqsəd  kimi  qoymuşdular.  Başqa 

sözlə, S.M.Əfəndiyevin təbrincə desək, 1930-1940-cı illərdə bir 

tərəfdən  türk  dili  «ərəbçilik  və  farsçılıq  təsirindən 

müvəffəqiyyətlə azad edilir» [76, 334], digər tərəfdən fikrimizcə, 

sürətlə  ruslaşdırılır  və  beynəlmiləlləşdirilirdi.  Bu  baxımdan 

«mollanəsrəddinçilər»in xalqa yaxın yol tutmasını əlində bayraq 

edərək,  onların  İstanbul  şivəsini  və  qədim  türkcəni  tənqid 

etməsini təqdir edənlər, ancaq «Azərbaycan dili» altında bu dilin 

ruslaşdırılması  və  avropalaşdırılması  məsələsində  eyni  mövqe 

tutmurdular.  Halbuki  millilik-türkçülük  tərəfdarları  deyil,  sovet 

beynəlmiləlçiləri  türk  dilini  xalqın  dilindən  ayırır,  onu 

beynəlmiləlləşdirir və kosmopolitləşdirirdilər.   

Çünki milli dil məsələsinin müzakirəsində  yerli  beynəl-

miləlçilər əvvəlcə dildə xalqlaşmaq-xalqın danışdığı türk dilində 

milli  dil  yaratmaq  yolu  tutsalar  da,  1930-cu  ilin  ortalarından 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

268 



268 

etibarən bu fikrin nümayəndələrindən bəziləri deyirdilər ki, türk 

dilindəki  ərəb  və  fars  mənşəli  sözləri  rus  və  Avropa  mənşəli 

sözlərlə əvəz etmək lazımdır. Çox təəssüflər olsun ki, repressiya-

nın  güclənməsi  və  əksər  milli  ziyalıların  da  qətlinə  fərman 

verilməsi  ilə  bu  xətt  üstünlük  təşkil  etməyə  başlamış, 

Azərbaycan  türk  dilinə  əsasən  rus,  qismən  də  Avropa  mənşəli 

terminlər  daxil  olmağa  başlamışdır.  Belə  ki,  «məzmunca 

sosialist, formaca milli mədəniyyət yaradılması»,  «Lenin dilinin 

öyrənilməsinin  vacibliyi»  devizləri  altında  azərbaycanlılar  milli 

mənəvi  dəyərlərindən  uzaqlaşdırılırdı.  Bununla  da  Azərbaycan 

türk  dilinin  türkləşməyə  başladığı  30-35  illik  bir  dövr  geridə 

qalır, onun yerini «böyük, xilaskar qardaşın» rus əlifbası və rus 

terminləri  tuturdu  [26,  50].  Bu  baxımdan  M.B.Məmmədzadə 

doğru  yazırdı  ki,  sovet  ideoloqları  ruslaşdırma  nəticəsində  yarı 

rusca, yarı türkcə olan «internasional» dil yaradırdılar [242, 574-

575]. 

Beləliklə,  Azərbaycanda  «milli  dil»ə  münasibət  ikinci 



mərhələyə  (1937-1991)  qədəm  qoydu  ki,  burada  əsas  məsələ 

Sovet Azərbaycanında milli dilə verilmiş yeni adın «Azərbaycan 

dili»nin əsaslandırılması və onun hüquqi, yəni dövlət statusunun 

müəyyənləşməsi idi. Başqa sözlə, sovet rəhbərləri və ideoloqları 

bu  mərhələdə  bir  tərəfdən,  «türk  dili»  anlayışını  xalqın 

yaddından çıxartmağa və müstəqil «yeni dil»-«Azərbaycan dili» 

anlayışını  formalaşdırmağa  çalışdığı  halda,  digər  tərəfdən, 

«Azərbaycan dili»ni formal bir dil halına gətirərək, faktiki olaraq 

rus  dilini  rəsmi  dil  səviyyəsinə  qaldırmağa  cəhd  göstərmişlər. 

Şübhəsiz,  hər  iki  məsələni  öz  müstəmləkə  maraqlarına  uyğun 

şəkildə  həll  etmək  üçün  Sovet  Rusiyası  Azərbaycan 

alimlərindən,  şairlərindən  və  başqalarından  da  maksimum 

faydalanmağa çalışmışdır. 


www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

269 


Bunun  nəticəsi  idi  ki,  birinci  məsələ  –  «Azərbaycan 

dili»nin  türk  dilindən  tamamilə  ayrı,  müstəqil  bir  dil  olmasını 

əsaslandırmaq  üçün  dilçi  alimlərdən  Ə.M.Dəmirçizadə 

«Azərbaycan ədəbi dil tarixi xülasələri» (1938) kitabında yazırdı 

ki, Azərbaycan ədəbi dil tarixi bu vaxta qədər tədqiq edilməmiş 

sahədir. Guya, bu vaxta qədər  «Azərbaycan dili»  tarixi əvəzinə 

Orxon-uyğur  yazıları  keçilmişdir.  Belə  ki,  türkoloqlar, 

pantürkist-idealist burjuaziya linqivistləri «Azərbaycan dili»ni 

«türk-tatar  dilləri  ailəsinin»  bir  ləhcəsi  hesab  edərək  onun 

tarixini,  müstəqil  inkişafını  ümumi  dil  ailəsi  içərisində 

əritmişlər.  Dəmirçizadə  bu  fikirlərini  irəli  sürərkən 

B.Çobanzadə, F.Ağazadə və başqa dilçi alimlərin Azərbaycan 

türk  dilinin  ümumtürk  dilinin  bir  qolu  olması  müddəalarını 

nəzərdə  tutmuşdur:  «Bunların  fikrincə  (B.Çobanzadə, 

F.Ağazadə və b.  – F.Ə.  ), XI  əsrdə  yaranmış iki ədəbi  dildən 

biri  xaqaniyyə-şərqi  türkcəsi  olmuş  ki,  sonra  cığataycanı  – 

özbək,  türkmən  və  ümumən  Orta  Asiya  «türk  ləhcəsini» 

yaratmış; digəri isə oğuzcadır ki, Anadolu, Azərbaycan, İraq, 

Əlcəzair  türklərinin  dili  olubmuş  ki,  sonradan  bu  oğuzcadan, 

guya osmanlı və Azərbaycan ləhcələri ayrılıbmış. Bu dillərin 

anası  isə  tukyu  (Orxon-Yenisey  boyları  və  şərqi  Türküstanın 

qədim «ləhcələri», uyğurca və s.) dili olubmuş. Buna görə də, bu 

vaxta  qədər  Azərbaycan  dili  tarixi  Orxon  –  uyğur  abidələri  ilə 

başlanıb, onunla da bitirilirdi» [70, 7].  

Sovet ideoloqları tərəfindən ortaya  atılmış  «Azərbaycan 

dili»ni  türk  dilindən  tamamilə  ayrı  müstəqil  bir  dil  olması 

mülahizəsini  əsaslandırmaq  üçün  Dəmirçizadə  iddia  edirdi  ki, 

dillər bir anadan olmayıb, bir kökdən ayrılmayıb. Onun fikrincə, 

dillər  bir kökdən budaqlara ayrılma,  vahidlikdən  müxtəlifləşmə 

yolu  ilə  deyil,  müxtəliflikdən  vahidliyə  doğru  inkişaf  etmişdir: 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

270 



270 

«Halbuki,  pantürkizmin  çıxış  nöqtəsi  ana  dilidir.  Onlar  «ana 

dilin»  budaqlanması  yolu  ilə  hərəkət  edirlər.  Bu  isə,  heç  bir 

doğru nəticə verə bilmir» [70, 8].  Dəmirçizadə hesab edirdi ki, 

yeni  yaranmış  dilin  osmanlı  dili  ilə  eyniliyindən  çıxış  etmək 

doğru  deyil,  çünki  «Azərbaycan  dili  əsas  spesifik  cəhətləri  ilə 

osmanlı  dilindən,  bir  müstəqil  dil  olaraq  ayrılır»  [70,  8]. 

Beləliklə, 

Dəmirçizadənin 

Marks-Engels-Lenin-Stalin 

təlimindən çıxış edərək gəldiyi qənaətə görə, «Azərbaycan dili» 

türk  dilinin  əsasında  deyil,  ərəb  və  fars  dillərinin  yerli  dilə 

qarışması nəticəsində 13-cü əsrdə yaranmışdır [70, 9]. Ancaq o 

bu  zaman  «yerli  dil»  dedikdə  hansı  dili  nəzərdə  tutmuşdur, 

məlum deyildir. 

Bütün  hallarda,  «müstəmləkəçilik»  siyasətinin  nəticəsi 

idi  ki,  1920-1940-cı  illər  Azərbaycan  mətbuatında  ortaq  türk 

dilinin  ruhuna  uyğun  işlədilmiş  bir  sıra  sözlər  (yasaq,  qolay, 

tışarı, varmaq, köy, əkmək, yabançı və s.), 1940-1960-cı illərdə  

sovet  ədəbiyyatında  türk  dilindən  alınmış  yabançı  sözlər  kimi 

qələmə verilmişdi. Hətta, iş o yerə gəlib çatmışdı ki, 1950-1953-

cü  illərdə  «Kitabi  Dədə-Qorqud»un  türk  dilində  yazıldığı,  bu 

baxımdan onun Azərbaycan dilinə və Azəbaycan xalqına heç bir 

aidiyyətinin olmadığı iddia olunurdu [103, 161]. 

Bu baxımdan sovet dövründə hökm sürən kosmopolit və 

mərkəzçilik  ideologiyasının  təsiri  altında  bəzi  tədqiqatçılar,  o 

cümlədən  dilçi  alimlər  (V.Aslanov  və  b.)  imperiya  tərəfindən 

yeni  ad  verilmiş  «Azərbaycan  dili»  ilə  türk  dilinin  fərqli 

olduğunu göstərmək üçün yazırdılar: «Nəzərdə tutmaq lazımdır 

ki, bu qəbil sözlərin, demək olar ki, hamısı uzun müddət hər iki 

dildə  (?!  –F.Ə.),  yəni  həm  doğma  ana  dilimizdə,  həm  də  türk 

dilində  qədimdən  müştərək  şəkildə  işlənmiş,  sonralar  dilimizin 

inkişafı  ilə  əlaqədar  olaraq  başqa  sözlərlə  əvəz  edilmiş,  türk 


www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

271 


dilində isə qalmışdır» [26, 109]. Bu zaman açıq-aşkar 1937-ci ilə 

qədər «türk dili» adlanan bir dilin varlığı inkar edilir və heç bir 

əsası olmayan fikirlər səsləndirilirdi. Əgər burada söhbət Türkiyə 

türkcəsi  ilə  Azərbaycan  türkcəsindən  gedirsə,  bu  dilin  qədim 

dövrdə  eyni  köklü  olması,  sonrakı  dönəmlərdə,  ləhcələr 

baxımından  müəyyən  dəyişikliklərə  məruz  qalaraq  bir  qədər 

fərqli şəkildə inkişaf etməsi təbiidir. Ancaq bunu, tamamilə bir-

birindən  fərqli  və  müstəqil  iki  dil  kimi  qələmə  vermək,  ən  azı 

elmi obyektivlikdən uzaq idi.  

Qeyd edək ki, bir müddət yalnız bəzi dilçi alimlər deyil 

(Ə.Dəmirçizadə,  V.Aslanov  və  b.)  deyil,  o  cümlədən  tanınmış 

şairlər,  yazıçılar da dünənə qədər  «türk dili»  adlandırdıqları bir 

dili  [225,  17],  1937-ci  ildən  etibarən  «Azərbaycan  dili»  kimi 

ifadə etmişlər. Həmin dövrdə onların arasında ən tanınmış sima 

hesab olunan S.Vurğun yazırdı ki, «yeni dil» «ərəbçilik, farsçılıq, 

nəhayət  pantürkist  Ə.Hüseynzadələrin  ədəbiyyatımıza  gətirmiş 

olduqları osmanlılıq xəstəliyindən azad olaraq bu gün xalis Azər-

baycan  dili  olmuşdur»  [225,  63].  Ancaq  bunun  əvəzində  «yeni 

dil»  təzə  bir  «xəstəlik»  tapmışdır  ki,  bunu  S.Vurğun  nailiyyət 

kimi qələmə verirdi: «Biz bu gün fəxr edirik ki, Azərbaycan dili 

əsasən  öz  milli  forması  ilə  inkişaf  etməklə  bərabər,  qardaş 

xalqlar,  xüsusən  böyük  rus  dili  hesabına  da  zənginləşir. 

Beləliklə, bu dil dar milli bir çərçivədə qalmayaraq, bütün ittifaq 

sahəsinə qalxır» [225, 64].  

S.Vurğunun  fikirlərindən  belə  çıxır  ki,  dünənə  qədər 

Azərbaycan  xalqının  dili  türk  dili  olduqda  məhdud  xarakter 

daşıyırmış, ancaq o adını dəyişdirib rus dili ilə «zənginləşəndən» 

sonra  Sovet  İttifaqı  sahəsində  genişlənmişdir.  Hər  halda,  bütün 

bunlar  milli  dilə  qarşı  yönəlmiş  məntiqsiz  və  müstəmləkəçilik 

ruhundan  irəli  gələn  mülahizələr  idi.  Eyni  zamanda,  bu 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

272 



272 

müstəmləkəçilik  ruhunun  nəticəsi  idi  ki,  1937-ci  ilə  qədər 

Azərbaycan  türk  dilindən  [225,  26],  türk  ədəbiyyatından  [225, 

28],  türk  şeirindən  [225,  45]  bəhs  edən  Vurğun  hətta,  sovet 

ideoloqlarının ortaya atdığı «yeni xalq» və «yeni dil» tezislərinə 

uyğun olaraq, Azərbaycan türklərinin Türkiyə türklərindən ayrı 

müstəqil bir xalq olduğunu da iddia edirdi: «Biz heç bir xalqın, 

xüsusən  osmanlı  türklərinin  quyruğunda  getməmişik,  çünki 

Azərbaycan  xalqı  özünün  tarixi  ilə  başqa  millətdir  və  öz  tarixi 

vardır,  onun  adı  Azərbaycan  xalqıdır.  Burada  məsələ  prinsip 

məsələsidir»  [225,  68].  Şühəsiz,  Azərbaycan  türk  milləti  türk 

irqinin  ayrıca  bir  qolu  kimi  təşəkkül  tapmış  və  bunun  nəticəsi 

olaraq  müstəqil  dövlətlərini  (Sacilər,  Azərbaycan  Atabəylər, 

Şirvanşahlar, 

Qaraqoyunlular, 

Azərbaycan 

Səfəvilər, 

Azərbaycan  Cümhuriyyəti  və  b.)  də  yaratmışdır.  Ancaq  bu 

Azərbaycan türklərinin Anodolu türklərindən tamamilə fərqli bir 

millət  olması  və  fərqli  dillərdə  danışması  anlamını  da  özündə 

əksir etdirmir. 

Göründüyü  kimi,  vaxtilə  çar  Rusiyası  türk  dilinin 

varlığını  inkar  edib,  onu  «tatar  dili»  olaraq  əsaslandırmağa 

çalışdığı  kimi,  Sovet  Rusiyası  da  bir  müddət  türk  dilinin 

mövcudluğuna  dözdüyü  halda,  sonra  sələfinin  yolunu  davam 

etdirərək  «Azərbaycan  dili»  versiyasını  ortaya  atmışdı.  Üstəlik, 

çarizm  A.A.Bakıxanov,  M.F.Axundzadə,  M.Kazım  bəy  və 

başqalarını  «tatar  dili»  məsələsinə  cəlb  etdiyi  kimi,  Sovet 

Rusiyası  da  «Azərbaycan  dili»  ideyasını  ortaya  ataraq  yerli 

ziyalıları (Ə.Dəmirçizadə, S.Vurğun və b.) məcbur edirdi ki, yeni 

yaradılmış  dilin  türk  dilindən  əsasən  ayrı,  müstəqil  bir  dil 

olmasını  sübut  etsinlər.  Hər  iki  halda  müstəmləkə  siyasəti  və 

bunun  nəticəsi  olaraq  milli  dilin  assimilyasiyası  prosesi  baş 

vermişdi.  Çünki  milli  dilin  adının  dəyişdirilməsi  ilə  yalnız, 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

273 


millətin  milli  kimliyinə  zərbə  vurulmamış,  həm  də  onun 

mədəniyyəti,  ədəbiyyatı  və  tarixi  də  saxtalaşdırılmışdı.  Başqa 

sözlə,  Azərbaycan  türkləri  tarixən  eyni  soykökü,  eyni 

mədəniyyəti,  eyni  ədəbiyyatı,  eyni  tarixi  paylaşdığı  Türkiyə 

türklərindən  tamamilə  fərqli  millət  olması  insanların  şüurlarına 

yeridilməyə çalışılmışdı.  

Yuxarıda da qeyd etdiyimiz kimi, SSRİ dövründə sovet 

rəhbərləri  və  ideoloqları  «Azərbaycan  dili»nin  türk  dilindən 

tamamilə  ayrı  və  fərqli  bir  dil  olmasını  əsaslandırmağa 

çalışmaqla  yanaşı,  eyni  zamanda,  bir  tərəfdən  «Azərbaycan 

dili»ni  bacardıqları  qədər  ruslaşdırır-kosmopolitləşdirir,  digər 

tərəfdən  bu  dilin  konstitusion  hüquqi  statusunu  inkar  edir  və 

onun  əvəzində  rus  dilini  qeyri-rəsmi  şəkidə  də  olsa, 

Azərbaycanda dövlət dili səviyyəsinə qaldırırdılar. Şübhəsiz hər 

iki  hal,  Azərbaycan  cəmiyyətinin  müxtəlif  təbəqələrində,  istər 

Azərbaycanın  yüksək  çinli  rəhbərləri,  istərsə  də  milli  ruhlu 

mütəfəkkirləri 

və 


gəncləri 

tərəfindən 

birmənalı 

qarşılanmamışdır. 

Xüsusilə,  1930-cu  illərin  sonu,  1940-cı  illərin 

əvvəllərində,  yəni  milli  dilin  adının  dəyişdirilməsindən  və  latın 

əlifbasından  kirilə  keçiddən  sonra  «Azərbaycan  dili»  ətrafında 

baş verən ruslaşdırma və kosmopolitləşdirmə siyasəti o qədər 

güclü  olmuşdur  ki,  bəzi  ziyalılarımız  ifrata  vararaq  rus  və 

Avropa terminlərini (alqebra, qradus, nerv, prosent, şar, muskul, 

pauza, avtor, epos, tragediya, kultura, induvud, stilistika, minus, 

vertikal,  evolyosiya,  qeoqrafiya,  qeometriya  və.)  ana  dilin 

qayda-qanunlarına 

uyğunlaşdırılmadan  tətbiq  olunması 

təklifini  irəli  sürürdülər.  Çox  təəssüf  ki,  o  vaxt  Azərbaycan 

türk ziyalılarından bəziləri (repressiyanın qurbanı olmayanlar) 

bu  prosesin  kor-koranə  təbliğatçısına  çevrilmişdir.  Bəzi 


www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

274 



274 

ziyalıların  özlərinin  də  etiraflarına  görə,  ruslaşdırma  siyasəti 

nəticəsində  artıq  1940-cı  illərin  ortalarında  Azərbaycan  türk 

dili  rus  və  Avropa  mənşəli  sözlərlə  zibillənmişdir.  1944-cü 

ildə  çap  olunan  «Azərbaycan  dilinin  təmizliyi  uğrunda» 

məqalədə  yazılır:  «Açıq  söyləmək  lazımdır  ki,  ədəbi  dilimiz 

bu  son  illərdə  xalqdan,  ədəbi  irsimizdən  uzaqlaşmağa  doğru 

meyil  edir  və  getdikcə  ahəngini  və  xüsusiyyətini  itirmək 

təhlükəsi  yaradırdı.  Son  illərdə  dilimizin  korlanması,  xalq 

dilindən  uzaqlaşması,  kobudlaşması  heç  bir  hədd,  heç  bir 

məsuliyyət  hiss  etmədən,  yerli-yersiz  əcnəbi  sözlərin  dilimizə 

daxil edilməsi yolu ilə getmişdir» [26, 52].  

Bu    cür  məqalələrin  müəllifləri  əcnəbi  sözlər  dedikdə, 

rus  və  Avropa  mənşəli  terminləri  nəzərdə  tutur,  ancaq  məlum 

səbəblərə  görə,  bunu  açıq  formada  ifadə  etməyə  çəkinirdilər. 

Yəni,  dünənə  qədər  ərəb  və  fars  terminlərinin  qədim  türkcə, 

yaxud da yeni türk sözləri ilə əvəz olunmasını irəli sürənləri – 

türkçüləri tənqid edənlər, eyni qaydada rus və Avropa mənşəli 

terminləri  dilimizə  sırıyan  beynəlmiləlçilərə-müstəmləkəçilərə 

cavab verə bilmirdilər.  

Bu  baxımdan  1940-cı  ilin  ortalarında  Azərbaycan  türk 

ziyalılarından  bəzilərinin  rus  və  Avropa  mənşəli  terminlərin 

dilmizə  gətirilməsi,  eləcə  də  yeni  terminlərin  rus  dilində 

yaradılması ilə bağlı üstüörtülü etirazları da elə bir ciddi nəticə 

verməmiş,  bu  proses  sonrakı  onilliklərdə  də  davam  etmişdir. 

Belə ki, 1930-cu illərin axırlarından başlayan dildə və əlifbada 

ruslaşdırma siyasəti 1950-1970-ci illərdə də davam etmiş, yəni 

termin  düzəltməkdə  əsas  mənbə  rus  dili  olmuşdur.    Bu 

baxımdan  sovet  ədəbiyyatında  termin  düzəltməkdə  birinci 

mənbə Azərbaycan, ikinci mənbə rus dili göstərilsə də [26, 55], 

əslində  vəziyyət  tamamilə  fərqli  olmuşdur.  Çünki  elə  həmin 


www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

275 


ədəbiyyatın  başqa  bir  yerində  açıq  şəkildə  etiraf  olunur  ki, 

1940-cı  illərə  doğru  inkişaf  etdikcə  ərəb,  fars  və  türk  dilinin 

təsirinə  qarşı  aparılan  mübarizə  nəticəsində  ədəbi  dilin  lüğət 

tərkibi  «müsbət  nəticə»yə  doğru  dəyişmişdir.  Həmin  «müsbət 

nəticə»  isə  bundan  ibarətdlir:  «Yəni  ədəbi  dilə  lüzumsuz  yerə 

gətirilmiş  ərəb,  fars,  türk  dili  söz  və  tərkiblərinin,  eləcə  də 

purizm ünsürlərinin miqdarı azalır, ədəbi dilin lüğət tərkibinin 

zənginləşmə mənbəyinin istiqaməti dəyişilərək rus dilindən və 

rus dili vasitəsilə başqa dillərdən sözgötürmə meylləri daha da 

çoxalır»  [26,  80].  Bunu  sovet  müəllifləri  təbii  hal  adlandırıb, 

rus  dilindən  alınan  sözlərin  zorakılıqla,  müəyyən  bir  təsirlə 

olmayıb,  «sosializm  prinsipləri  əsasında  yeni  həyat  quran  hər 

iki  xalqın  siyasi,  ictimai,  iqtisadi  və  mədəni  həyatı  ilə  bağlı» 

yaranan  anlayışlar  kimi  qələmə  alsalar  da,  əsilində  burada 

birinci müddəanın əsaslı rol oynaması şübhəsizdir. Yəni heç bir 

halda məntiqə uyğun gəlmir ki, bir millət dilini saflaşdırıb yad 

dillərə  aid  kəlmələrdən  təmizləyərkən,  öz  ana  dili  qaynağına-

qədim  türkcəsinə  və  ona  doğma  olan  başqa  türksoylu  millət-

lərin terminlərinə deyil, ona yad olan bir xalqın dilinə və onun 

terminlərinə müraciət edilir.  Bu baxımdan sovet müəlliflərinin 

Azərbaycan türk dilinin 1930-cu illərin ortalarından başlayaraq 

ruslaşdırılması  siyasətinə  haqq  qazandırmaqla  bağlı  irəli 

sürdüyü mülahizələr inandırıcı deyildir. 

Belə  müəlliflərdən  biri  Məmməd  Arif  Dadaşzadə 

əvvəlcə  XX  əsrin  əvvəllərində  ədəbi  dilin  formalaşması  ilə 

bağlı osmanlı şivəsini təqdir edənləri xalqa zidd  yol tutmaqda 

ittiham edib [69, 248], C.Məmmədquluzadə başda olmaqla, dili 

xəlqiləşdirmək  istəyən  «mollanəsrəddinçilər»i  [69,  250] 

müdafiə etdiyi halda, sovet dövründə türk dilini ruslaşdıranlara 

və  avropalaşdıranlara  (kosmopolitlərə)  qarşı  eyni  mövqeyi 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

276 



276 

ortaya  qoymamışdır.  Axı  kosmopolitlər  də  dildə  xəlqlikdən 

kənara çıxıb, türk  dilinə  tamamilə  yad olan  rus dilini müdafiə 

edirdilər. M.Arif yazır: «Xüsusilə rus dili ilə yaxından əlaqədar 

olan  Azərbaycan  dilinə  bir  sıra  sözlər,  ifadələr  daxil  olur  ki, 

bunların bir qismi dildə qalır, onun lüğət fondunu və tərkibini 

zənginləşdirir.  Bu  çox  təbii  və  qanunauyğun  prosesdir»  [69, 

264].  Kamal  Talıbzadə  də  M.Arifin  yolunu  davam  etdirərək 

Ə.Hüseynzadəni  Azərbaycan  türkcəsini  osmanlılaşdırmaqda 

ittiham  etdiyi  halda  [212,  301],  o  dövrdə  Azərbaycan  xalqı 

arasında  rus  dilinin  yayılmasını  isə  müsbət  hadisə  kimi 

qiymətləndirmişdir  [212,  314].  N.Xudiyev  də  ədəbi  dil 

məsələsində, 

«mollanəsrəddinçilər»in 

demokratik, 

füyuzatçıların  isə  qeyri-demokratik  dildən  istifadə  etməsini 

[114, 47] vurğulamaqla  yanaşı,  Azərbaycan türkcəsinin ruslaş-

dırılması-avropalaşdırması  məsələsində  obyektiv  mövqe 

tutmamışdır [114, 57].  

1937-ci ildən etibarən «Azərbaycan dili» adlanın milli 




Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə