İntellektual-Elektron Kitabxananın təqdimatında


dilin hüquqi, yəni dövlət dili kimi rəsmi statusuna



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə28/58
tarix06.05.2017
ölçüsü3,32 Mb.
1   ...   24   25   26   27   28   29   30   31   ...   58

dilin hüquqi, yəni dövlət dili kimi rəsmi statusuna gəlincə, 

burada  da  qaranlıq  və  mürəkkəb  məsələlər  kifayət  qədərdir. 

Milli  dili  ruslaşdırmaq  və  kosmopolit  hala  gətirmək  üçün, 

Sovet rəhbərliyinə lazım idi ki, yalnız türk dilinin mahiyyətini 

deyil,  onun  adını  da  dəyişdirsin  və  yeni  hüquqi  bir  status 

yaratsınlar. Bu məqsədlə 1936-cı ildə SSRİ Konstitusiyasında 

baş  verən  dəyişikliklər  nəticəsində  Azərbaycanda  da  yeni 

konstitusiyanın  qəbul  olunması  məcburi  hala  çevrildi.  Yeni 

konstitusiya  layihəsində  isə  Azərbaycan  SSR-nin  dövlət  dili 

ilə  bağlı  heç  bir  maddə  öz  əksini  tapmamışdır.  Sadəcə, 

layihədə  göstərilirdi  ki,  Sovet  Azərbaycanının  qanunları, 

fərmanları  və  qərarları  Azərbaycan,  rus  və  erməni  dillərində 

elan olunur [41, 10]. Fikrimizcə, konstitusiya layihəsinə Sovet 


www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

277 


Azərbaycanının  dövlət  dili  ilə  bağlı  ayrıca  maddənin 

salınmamasına  əsas  səbəb  SSRİ  rəhbərliyinin  Azərbaycan 

türklərinin etnik mənşəyinə və dilinə qarşı dəyişən münasibəti 

mühüm rol oynamışdı. SSRİ ideoloqları Sovet Azərbaycanını 

artıq  bir  türk  dövləti  kimi  görmək  istəmir,  bu  mənada  onun 

əhalisinin və dilinin türk adlandırılmasına qarşı çıxırdı. Bunu 

nəticəsi  olaraq,  Azərbaycanda  yeni  konstitusiya  layihəsini 

hazırlayanlar  cəsarət  edib  milli  dillin  statusu,  eləcə  də  milli 

bayraqla bağlı heç bir maddə salmamışdılar.  

Ancaq  Azərbaycan  SSR  qanunları,  Azərbaycan  SSR 

Ali  Soveti  Rəyasət  Heyəti  fərmanları  və  Azərbaycan  SSR 

hökuməti qərarlarının xronoloji külliyyatının 1961-ci ildə nəşr 

olunan 

2-ci 


cildində  1937-ci  ilin  martında  14-də 

ÜmumAzərbaycan  Fövqalədə  9-cu  Sovetlər  qurultayının 

qərarı  ilə  qəbul  edilmiş  yeni  konstitusiyada  Sovet 

Azərbaycanının dövlət dilinin Azərbaycan dili olması ilə bağlı 

151-ci  maddə  də  öz  əksini  tapmışdır:  «Azərbaycan  SSR-nin 

dövlət  dili  Azərbaycan  dilidir.  Azərbaycan  SSR  ərazisində 

yaşayıb  azlıq  təşkil  edən  millətlərə,  həm  öz  mədəniyyət 

idarələrində,  həm  də  dövlət  idarələrində  ana  dilini  inkişaf 

etdirmək  və  işlətmək  hüququ  təmin  edilir»  [40,  42]. 

Maraqlıdır  ki,  akademik  Ziya  Bünyadovun  «Qırmızı  terror» 

kitabında  1948-ci  ildə  həbs  olunan  antisovet,  millətçi 

«İldırım»  təşkilatının  üzvlərindən  İsmixan  Rəhimova  aid 

istintaq ifadəsində, onun tərəfindən dövlət dilinin Azərbaycan 

dili  olması  ilə  bağlı  mülahizə  səslənmişdir:  «Baxmayaraq  ki, 

bizim 

indiki 


Azərbaycan 

Sovet 


Respublikasının 

Konstitusiyasında  azəri  dilinin  dövlət  dili  olduğu  qeyd 

olunmuşdur,  əsl  həqiqətdə  bütün  idarələrdə  rəsmi  dil  rus 

dilidir» [54, 310].  



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

278 



278 

İlk baxışda, belə nəticə çıxarmaq olar ki, 1937-ci ildə 

qəbul  edilmiş  konstitusiyaya  az  sonra  dövlət  dili  kimi 

«Azərbaycan dili» maddəsi əlavə olunmuşdur. Ancaq bu bir o 

qədər də inandırıcı deyil. Çünki 1947-ci ildə və 1954-cü ildə 

müəyyən  dəyişikliklər  və  əlavələrlə  nəşr  olunan  Azərbaycan 

SSR  Konstitusiyasında  Azərbaycan  dilinin  dövlət  dili  olması 

ilə  bağlı  heç  bir  maddə  öz  əksini  tapmamışdır  [41

a

,  41


b

]. 


Şübhəsiz,  belə  bir  mühüm  dəyişiklik  baş  versəydi,  hökmən 

konstitusiyada  öz  əksini  tapardı.  Görünür,  1961-ci  ildə  nəşr 

olunan kitabda 1937-ci  il  Konstitusiyasına  «Azərbaycan dili» 

maddəsinin  salınmasına  səbəb  1956-cı  ildə  Azərbaycan  SSR 

konstitusiyasında baş verən dəyişikliklər və əlavələr olmuşdur 

[41


c

, 29]. «Azərbaycan tarixi»nin 7-ci cildində yazılır: «1956-

cı ildə Azərbaycan SSR Ali Soveti 1937-ci ildə qəbul edilmiş 

Konstitusiyaya  respublikada  dövlət  dilinin  Azərbaycan  dili 

olması barədə maddə əlavə etdi» [46, 140]. Cəmil Həsənli də 

yazır ki, yalnız Stalinin ölümündən (1953) və M.C.Bağırovun 

Sovet  Azərbaycanının  rəhbərliyindən  uzaqlaşdırılmasından 

(1954)  sonra  Azərbaycan  rəhbərləri  və  ziyalıları  tərəfindən 

«Azərbaycan dili»nin dövlət dili kimi hüquqi statusu məsələsi 

gündəmə  gətirilmiş,  bu  vaxta  qədər  isə  SSRİ-nin  tərkibinə 

daxil olan respublikalardan yalnız Ermənistan və Gürcüstanın 

konstitusiyalarında  dövlət  dili  ilə  bağlı  xüsusi  maddə 

olmuşdur [103, 143]. Onun qeydinə görə, həmin dövrdə milli 

dilə  qarşı  yönəlmiş  assimilyasiyaya  etiraz  olaraq  AKP  MK-

nin  birinci  katibi  İ.Mustafayev  və  Ali  Sovetin  sədri  M.İbra-

himovun  təşəbbüsü  ilə  Azərbaycan  dilinin  rəsmi  dövlət  dili 

statusunun  təmin  olunması  ilə  bağlı  mətbuatda  açıq  müzakirə 

keçirilmişdi.  Bu  müzakirələrdən  sonra  Azərbaycan  SSR 

Konstitusiyasına Azərbaycanın dövlət dilinin «Azərbaycan dili» 


www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

279 


olması  ilə  bağlı  151-ci  maddə  əlavə  olunmuşdu  [103,  146]. 

C.Həsənli  daha  sonra  yazır:  «Dövlət  dili  haqqında  qanunun 

qəbul  edilməsindən  sonra  respublikada  güclənən  milli  ideya 

mədəni  irsə  və  mədəniyyət  xadimlərinə  münasibətdə  milli 

təssübkeşlik meyillərini doğurdu» [103, 165].  

Qeyd  edək  ki,  milli  dilin  hüququ  statusu  ilə  bağlı, 

məsələnin  bu  cür  fərqli  izahı  təsadüfi  deyildir.  Belə  ki,  həmin 

dövrdə  bu  məsələ  ilə  uğraşan  İ.Mustafayev,  M.İbrahimov, 

R.Rza,  R.Yüzbaşov və başqaları da bildirirdilər ki,  1937-ci ildə 

qəbul olunan Azərbaycan SSR Konstitusiyasında dövlət dili ilə 

bağlı  ayrıca  bir  maddə  salınmamışdır  və  bu,  Azərbaycan  xalqı 

arasında  narazlığa  gətirib  çıxarmışdır.  Bu  baxımdan  1950-ci 

illərdə  Ali  Sovetin  sədri,  xalq  yazıçısı  Mirzə  İbrahimov  AKP 

MK-ya göndərdiyi məktubunda «Azərbaycan dili»nin dövlət dili 

olmasını  əsaslandırmaq  üçün  yazırdı:  «Sovet  dövründə  əldə 

etdiyimiz böyük qələbələrdən biri Azərbaycan dilinin dövlət dili 

səviyyəsinə qalxmasıdır. İstər kənd, rayon, şəhər partiya və sovet 

təşkilatlarında, istərsə respublika təşkilatlarında Azərbaycan dili 

dövlət  dili  kimi  işlənir.  Söz  yox  ki,  getdikcə  bu  vəziyyət 

genişlənəcək  və  möhkəmlənəcəkdir.  Bu  vəziyyət  respublikanın 

Konstitusiyasında (Qanun əsasında) əks olunmalıdır» [103, 143].  

1956-cı  ildə  Ali  Sovetin  3-cü  sessiyası  «Azərbaycan 

dili»nin  dövlət  dili  olması  haqqında  qanun  qəbul  etdikdən  az 

sonra M.İbrahimovun «Kommunist» qəzetində «Azərbaycan dili 

dövlət  idarələrində»  məqaləsi  dərc  olundu  ki,  burada 

C.Həsənlinin  də  qeyd  etdiyi  kimi,  çar  Rusiyasının  simasında 

Sovet  Rusiyasının  müstəmləkəçilik  siyasəti,  xüsusilə  milli 

məsələyə  baxışda  «böyük  millət»  və  «kiçik  millət»  anlayışları 

tənqid  olunmuşdu.  M.İbrahimov  yazırdı:  «Hakim  millətin, 

«böyük» millətin məzlum millətə, «kiçik» millətə göstərdiyi hər 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

280 



280 

hansı təzyiq yalnız nifrət və nifaq duyğuları oyadır, əzilən milləti 

tarixi  intiqam  saatını  gözlətməyə  məcbur  edir…  Çarizm  qeyri-

rus  xalqları  ən  kobud  və  vəhşi  jandarm  üsulu  ilə  əzir, 

həyasızcasına 

«ruslaşdırmaq» 

siyasəti 

apaprırdı, 

milli 

mədəniyyətlərə  və  milli  dillərə  qarşı  təcavüzkar  hərəkət  edirdi, 



hətta milli qırğınlar törətməkdən belə çəkinmirdi. Başqa xalqları 

əzib məhv etmək və imperiyannı daxilində «əritmək» məqsədilə 

çarizm  ucqarlara  zorla  rusları  köçürürdü.  Çarizm  bu  vəhşi 

siyasəti  ilə  böyük  rus  xalqını  bədnam  edir,  təbii  olaraq 

imperiyanın  əzilən  xalqlarını  ürəyində  ona  qarşı  etimadsızlıq 

oyadırdı» [103, 147].  

M.İbrahimov  onu  da  haqlı  olaraq  qeyd  edirdi  ki, 

Azərbaycanda  sovet  hakimiyyətinin  ilk  on  ilində  Azərbaycan 

türk dilinin işlənməsinə xüsusi diqqət yetirilsə də, ondan sonrakı 

dövrlərdə  təhriflərə  yol  verilmiş  və  bu  dilə  qarşı  münasibət 

tamamilə dəyişilmişdir. Bunun da nəticəsində bir millətin öz ana 

dilində  təhsil  alması,  danışması,  dövlət  məmurlarına  yazılı  və 

şifahi  şəkildə  müraciət  etməsi  və  s.  sahələrdə  problemlər 

meydana çıxmışdır. Halbuki «hər bir xalqın öz idarələrində ana 

dilində  idarə  etmək  arzusundan  təbii  bir  şey  ola  bilməz»  [103, 

147].  


Maraqlıdır  ki,  «Azərbaycan  dili»nin  konstitusion 

hüquqları  bərpa  edildikdən  sonra  da  (1956),  Sovet  Rusiyası 

rəhbərliyi  milli  dilə  qarşı  təzyiqləri  bundan  sonra  da  bu  və  ya 

digər  şəkildə  davam  etdirmişdir.  Lakin  SSRİ  rəhbərliynin  və 

onun  əlaltılarının  ciddi  təziyqlərinə  baxmayaraq,  1978-ci  ildə 

qəbul  edilən  3-cü  Sovet  Azərbaycanı  Konstitusiyasında  da, 

«H.Əliyevin  siyasi  iradəsi  nəticəsində  Azərbaycan  dili 

respublikada dövlət dili statusunu saxlamışdı» [46, 176].  



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

281 


Qeyd  edək  ki,  Sovet  Azərbaycanının  rəhbərləri 

Azərbaycan dilinin dövlət dili kimi hüququ statusunu qorumağa 

çalışdıqları  bir  dövrdə,  bir  sıra  Azərbaycan  türk  aydınları  – 

B.Vahabzadə, 

R.Rza, 

Z.Bünyadov, 



Ə.M.Dəmirçizadə, 

T.Hacıyev,  Q.Qeybullayev  və  başqaları  bu  məsələdə  onlara 

dəstək verməklə yanaşı, hətta Azərbaycan xalqının türk mənşəli, 

onun dilinin də türk dili olması ideyasını müdafiə etmişlər. Bunu, 



B.Vahabzadənin  1950-ci  illərdə  yazdığı  «Latın  dili»  poeması, 

«Ana dili» şeiri və başqa əsərləri də, məhz milli dilin qorunması 

yolunda atılmış çox mühüm bir addım idi [218, 8]. 

Bütün  hallarda,  etiraf  etməliyik  ki,  SSRİ  imperiyası 

Azərbaycan, Türkmənistan, Qazaxıstan və başqa türk ölklərində 

digər  ideoloji  sahələrdə  olduğu  kimi,  «milli  dil  və  yeni  əlifba» 

siyasətini  də,  əsasən  öz  mənafeyinə  uyğun  şəkildə  həll  etməyi 

bacarmışdır.  Bununla  da,  20  il  ərzində  bir  neçə  qrafikadan 

istifadə edən, sonda rus əlifbasına və ruslaşdırılmış «Azərbaycan 

dili»nə  keçməyə  məcbur  olan  Azərbaycan  türk  millətinin 

şüurunda  istər-istəməz  müəyyən  dəyişikliklər  yaranmış, 

keçmişlə  varislik  xeyli  dərəcədə  itirilmişdir.  Sözün  açığı,  bu 

günümüzdən  baxdıqda  da  xeyli  ölçüdə  sovet  ideoloqlarının  və 

onların Bakıdakı təmsilçilərinin qısa deyil, uzun bir zaman üçün, 

müəyyən  dərəcədə  istəklərinə  nail  olması  göz  qabağındadır. 

Başqa  sözlə,  həmin  dövrdə  SSRİ  rəhbərliyinin  və  onun 

ideoloqlarının millətimizin dilinin, əlifbasının, ümumilikdə milli 

mənəvi  dəyərlərinin  başına  açdıqları  faciəli  oyunlar, 

müstəqilliyimizin  bərpası  ilə  qismən  aradan  qalxsa  da,  ancaq 

imperiyanın izləri həyatımızda bu gün də qalmaqdadır.  



 

2.1.

 

Sovet dövrü Azərbaycan fəlsəfəsində islamçılıq və 

türkçülüyə münasibət 

www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

282 



282 

 

Sovet  dövründə  Rus-Xristian-Qərb-Avropa  mədəniy-

yəti və ideologiyasının əsas hədəflərindən biri və birincisi İslam 

dini  olmuşdur.  Bolşefaşistlər  Azərbaycanı  işğal  etdikləri  ilk 

günlərdən  etibarən  İslam  dininə  qarşı  açıq  və  gizli  şəkildə 

müharibə  elan  etdilər.  Bizə  elə  gəlir  ki,  1920-1940-cu  illərdə 

həyata keçirilən «mədəni inqilab»ın məqsədi də ilk növbədə, dini 

dəyərləri məhv etmək, əvəzində insanların şüurlarına kommunist 

ideologiyasına 

uyğun 


olaraq 

«beynəlmiləlçiliy»i-ateizmi 

yeritmək  idi.  Bu  baxımdan  1920-1940-cı  illərdə  K.Marks, 

F.Engels,  V.İ.Leninin  əsərləri  ilə  yanaşı,  S.Ağamalıoğlu, 

M.Quliyev,  M.S.Ordubadi  və  başqalarının  İslam  dininə  qarşı 

çevrilmiş  marksist-leninçi  kitabçaları  çap  edilmişdi.  Bütün 

bunlardan başqa «1924-cü ildə Bakıda təşkil olunan, öz ətrafında 

qabaqcıl  fəhlələri,  sonralar  isə  kənd  fəallarını  da  toplayan 

Allahsızlar  Cəmiyyəti  din  əleyhinə  aparılan  təbliğat  sahəsində 

böyük  iş  görürdü»  [42,  454].    «Allahsızlar  cəmiyyəti»nin  işini 

sürətləndirmək  üçün,  AK(b)P  1929-cu  ilin  aprelində  keçirilən 

plenumu  dinə  qarşı  mübarizə,  çadranın  və  papağın  atılması  ilə 

bağlı  məsələni  də  müzakirəyə  çıxarmışdı.  Bir  qədər  sonra 

«Allahsızlar cəmiyyəti» dinə qarşı mübarizəni gücləndirmək adı 

altında  «Mübariz  Allahsızlar  İttiifaqı»na  çevrildi.  İslama  qarşı 

bolşevizmin tutduğu radikal siyasət onunla nəticələndi ki, 1930-

cu  illərin  sonlarında  Azərbaycanda  cəmi  20  məscid  formal 

fəaliyyət göstərirdi [45, 356-357]. 

Tədqiqatçı Müstəqil Ağayev hesab edir ki, həmin dövrdə 

bəziləri  könüllü  şəkildə  olsa  da,  bir  çoxları  iradələrinə  zidd 

olaraq,  özlərini  sığortalamaq  üçün  ateistlər,  allahsızlar 

təşkilatlarına  qoşulmuşlar:  «Dinin  mahiyyətini  başa  düşüb-

düşməməsindən  asılı  olmayaraq,  böyük  bir  qrup  filosof  ateizm 


www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

283 


cəbhəsinə  keçdi  və  bütün  səy  və  bacarıqlarını  bu  sahəyə  həsr 

etdi»  [15,  98].  M.Ağayevin  fikrincə,  bunun  nəticəsində 

Azərbaycanda  dinsizlərin,  ateistlərin  sayı  çoxaldı,  dindarların 

sayı  isə  yox  səviyyəsinə  qədər  aşağı  düşdü.  Bizcə  də,  həmin 

dövrdə  könüllü  olaraq  İslamı  tənqid  hədəfi  seçənlərlə  yanaşı, 

məcburiyyətdən  bunu  edənlər  də  olmuşdur.  Fikrimicə, 

ümumilikdə  SSRİ  dövründə  Azərbaycanda  dinə  ikili  baxış:  1)  

mötədilçilər (N.Nərimanov, S.M.Əfəndiyev və b.); 2) radikallar 

(S.Ağamalıoğlu,  R.Axundov,  Ə.Qarayev  və  b.)  olmuşdur. 

Doğrudur,  onların  hər  ikisi  İslam  dininin  məhvini  qarşılarına 

məqsəd  kimi  qoymuşdular.  Sadəcə,  burada  fərq  o  idi  ki, 

birincilər  təkamüllə  və  zor  işətmədən,  ikincilər  isə  dəhral  və 

zorakılıqla İslam dinini məhv etmək məqsədi güdürdülər.  

Sovet  dövründə  din  probleminin  təkamüllə  və  zor 

işlətmədən    həll  edilməsinin  tərəfdarlarından  N.Nərimanov 

hesab  edirdi  ki,  kütləni  savadlandırmadan  bu  problemi  həll 

etmək mümkün deyildir. Onun fikrincə, yalnız dindar kütlənin 

inkişaf səviyyəsini yüksəltmək yolu ilə dinə aid mərasimlərə, 

o cümlədən məhərrəmliyə münasibət dəyişə bilər. Bu mənada, 

İmam  Hüseynin  (ə)  qətlini  «Məhəmmədin  qanunlarını  pozan, 

hamını və hər şeyi qızılla ələ amaq istəyən Yezidə qarşı mərdi-

mərdanə  çıxış  etmiş  adamın  həyatında  bütöv  bir  faciə»  [168, 

447] kimi qiymətləndirən Nərimanov yazırdı ki, S.Ağamalıoğlu, 

R.Axundov  kimlərinin  İmam  Hüseyni  (ə)  qorxaq  kimi 

xarakterizə  etmələri  doğru  deyildir:  «Qorxaq  odur  ki, 

vəzifəsindən ötrü alçaqcasına yalan danışır, lakin imam Hüseyn 

tabe olsun  və öz vicdanını satsın  deyə  Yezid bütöv bir vilayəti 

idarə etməyi ona təklif edirdi. O bunu etmədi: həlak oldu» [168, 

447].  


www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

284 



284 

Bu  fikirlərinə  görə,  onu  İslam  dininin  müdafiəçisi  kimi 

qələmə  verənlərə  cavab  olaraq  Nərimanov  qeyd  edirdi  ki,  ilk 

dəfə «Bahadır və Sona» romanında 20 il bundan əvvəl kilsənin 

dövlətdən ayrılması barədə  yazmış, millətlərin məhv edilməsini 

və erməni Sonanın türk Bahadırla bir canda qovuşmasını təbliğ 

etmişdir  [168,  429].  Bununla  da,  Nərimanov  demək  istəmişdir 

ki,  «dinə  qarşı  materialist  kimi  çıxış  etmək  bir  şeydir,  bu 

mərasimləri icra etməyi qadağan etmək məqsədilə silahlı qüvvə 

tətbiq etmək başqa şey» [168, 448]. Bu baxımdan fəlsəfə elmləri 

doktoru Arzu Hacıyeva doğru qeyd edir ki, N.Nərimanovun dinə 

baxışı bir çox materialist filosoflardan fərqli olmuşdur: «Nərman 

Nərimanov  bir  çox  başqa  materialist  filosoflar  kimi  dini 

qətiyyətlə inkar və rədd etmir, ona tarixin müəyyən mərhələsində 

yaranaraq insanların həyatında müsbət rol oynamış və hələ də öz 

təsir qüvvəsini saxlamış baxışlar sistemi kimi baxır» [94, 160].  

Deməli,  N.Nərimanov  din  məsələsinə  materialist  kimi 

yanaşsa  da,  bu  problemin  zorla  və  dərhal  deyil,  dinc  yolla  və 

təkamüllə  həll  olunmasının  tərəfdarı  olmuşdu.  Ancaq 

ümumilikdə  Nərimanov  dinin,  o  cümlədən  İslam  dininin 

müəyyən  bir  mərhələdə  aradan  qalxacağaına  inanırdı.  Onun  bu 

mövqeyini  müdafiə  edən  S.M.Əfəndiyev  də  yazırdı  ki, 

Azərbaycanda  dinə  qarşı  mübarizə  işləri  çox  zaman  mədəni-

maarif  yolu  ilə  deyil,  inzibati  yollar  ilə  aparılmışdır:  «Din 

əleyhinə  mübarizə  işlərini  düşünülmüş  və  sağlam  yollar  ilə 

aparmaq  əvəzinə,  bu  iş  məscidləri  almaqdan  ibarət  olmuşdur» 

[76, 167]. O hesab edirdi ki, mədəni gerilik dini fanatizmə qarşı 

mübarizədə  bir  əngəldir.  Ona  görə  də,  dinə  qarşı  mübarizəni 

dünyəvi  elmləri  öyrənmək,  mədəni  səviyyəni  yüksəltmək  yolu 

ilə aparmaq lazımdır [76, 71]. Ancaq Nərimanovla müqayisədə 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

285 


S.M.Əfəndiyev  İslam  dini  ilə  mübarizədə  radikalizmə  də  meyil 

göstərmişdir. 

Ancaq  həmin  dövrdə  bir  çox  yerli  bolşeviklər 

(S.Ağamalıoğlu,  R.Axundov  və  b.)  İslam  dininə  münasibətdə 



radikal  mövqeyi  ilə  seçilmişlər.  Hətta,  onlar  Quranla, 

Məhəmməd  peyğəmbərin  (s)  dünyagörüşü  ilə  birbaşa  tanış 

olmadan,  eləcə  də  bu  dinə  aid  ayin  və  mərasimlərin  əsil 

mahiyyətini  öyrənmədən  kor-koranə  şəkildə  İslam  dininə  qarşı 

çıxmışlar.  Bu  yolu  tutanlar  başa  düşmür,  yaxud  da  düşmək 

istəmirdilər ki, bu və ya digər ayin və mərasimlə bağlı yaranmış 

mövhumatın,  xurafatın  İslam  dininə  və  onun  Peyğəmbərinə  (s) 

heç  bir  aidiyyəti  yoxdur.  Məhz  İslamın  əsil  mahiyyətini  dərk 

etmədikləri,  eləcə  də  marksist-leninçi  təlimə  sadiq  olduqlarını 

sübut  etmək  üçün  1923-cü  ildə  «Materialistlər  klubu»nda  bir 

araya  gələn  S.Ağamalıoğlu,  R.Axundov,  S.M.Əfəndiyev, 

Ə.Qarayev və bu kimi bolşeviklər namaz qılmaq, həccə getmək 

və  İslamın  digər  ayinlərini  zəhmətkeş  xalqın  fiziki  və  mənəvi 

inkişafına yabançı olduğunu iddia edirdilər. Onlar xalq arasında 

elmi  kommunizmi,  elmi  ateizmi  təbliğ  edərək  yalnız  dini 

mövhumata  və  xurafata  deyil,  bütövlükdə  İslam  dininə  qarşı 

çıxırdılar  [256,  8].  Məsələn,  Səmədağa  Ağamalıoğlu  hesab 

edirdi  ki,  bütün  dinlər,  o  cümlədən  İslam  ruhanilərin  iddia 

etdikləri kimi, nə insan təbiətinə xas olan fitri xüsusiyyət, nə də 

Allahın insanlara bəxş etdiyi bir hadisədir. Dünyanın ikiliyi, yəni 

bu  dünya  və  o  dünya  (axirət)  ideyasını  rədd  edən 

Ağamalıoğlunun fikrincə, din üstə ölənlərin cənnətə getmələrinə 

heç bir ümid yoxdur və cənnətin özü də yoxdur [166, 48]. Onun 

fikrincə, ictimai-tarixi hadisə olan İslam dini Allahın göndərdiyi 

din  kimi  deyil,  ərəb  əyanlarının  və  tacirlər  təbəqəsinin  sinfi 

ideologiyası  kimi  yaranmışdır  [166,  46].  Başqa  bir  yerli 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

286 



286 

marksist-leninçi  Ruhulla Axundov da hesab edirdi ki, ideoloji 

sahədə  zəif  cəhətlərdən  biri  din  əleyhinə  təbliğatın  yaxşı 

aparılmaması və İslamın tam ifşa olunmamasıdır. Ona görə, bu 

cəhətdən din əleyhinə  Azərbaycanda fəlsəfə  sahəsində isə  daha 

çox  iş  görülə  bilər:    «Məgər  bizim  üçün  eyib  deyilmi  ki,  bu 

vaxtadək biz islam dinini ifşa etmək üçün heç bir iş görməmişik 

və  ümumiyyətlə dünya  ədəbiyyatında bu məsələyə dair  heç  bir 

şey  görünmür»  [20,  181].  R.Axundova  görə,  Azərbaycan 

ədəbiyyatında İslam dini barəsində yalnız bir neçə başdansovdu 

yazı vardır ki, bununla kifayətlənmək olmaz: «Odur ki, bizim ən 

birinci vəzifəmiz nəzəri cəbhədə amansız mübarizə aparmaqdan 

ibarətdir.  Bu  vəzifə  xüsusilə  Azərbaycan  kommunistlərinin 

üzərinə  düşür.  Onlar  İslam  dinini  lap  tarixi  rüşeymindən,  lap 

təməlindən  ifşa  etməlidirlər,  misli  görünməmiş  bir  şəkildə  ifşa 

etməlidirlər» [20, 181].  

1920-1940-cu illərdə fəlsəfədə idealizm, o cümlədən din 

məsələsinə 

marksizm 

fəlsəfəsi, 

dialektik 

materializm 

mövqeyindən  yanaşan  ziyalılar  C.Nağıyev,  M.Hüseynov, 

Ə.Kazımov,  M.Quliyev,  Q.Musabəyov  və  başqaları  da 

S.Ağamalıoğlu, R.Axundov kimi, idealizmin tərkib hissəsi kimi 

gördükləri İslam dinini tənqid etmişlər [256, 14]. 

Bu  dövrdə  sırf  marksizm-leninzm  fəlsəfəsi  ilə  məşğul 

olan  partiya  və  dövlət  xadimləri  ilə  yanaşı,  bir  sıra  tanınmış 

Azərbaycan mütəfəkkirləri də İslama münasibətdə radikallığı ilə 

fərqlənmişlər.  Məsələn,  hələ,  çar  Rusiyası  dövründə  İslama 

münasibətdə  müəyyən  qədər  ifratçılığı  ilə  seçilən  Cəlil  Məm-



Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə