İntellektual-Elektron Kitabxananın təqdimatında



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə29/58
tarix06.05.2017
ölçüsü3,32 Mb.
1   ...   25   26   27   28   29   30   31   32   ...   58

mədquluzadə  etiraf  edirdi  ki,  «Molla  Nəsrəddin»  ilk  gündən 

qarşısına  əsas  məqsəd  kimi  yalnız  dini  mövhumatın,  dini 

xurafatın  deyil,  bütövlükdə  «din,  məzhəb,  şəriət,  etiqad,  iman, 

cənnət, cəhənnəm, müctəhid, molla, keşiş, xaxam, mürid, habelə 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

287 


bütün  bu  qism  sözlər  gərək  insanlar  arasından  götürülüb 

lüğətlərdən, kitablardan, yazılardan tamamilə silinib tullansınlar! 

Məscidlər,  kəlisalar,  sinaqoqlar,  təkyələr,  ibadətgahlar,  pirlər, 

ziyarətgahlar, məhfillər, əza yerləri tamamilə sökülüb, dağıdılıb 

maarif  və  mədəniyyət  evlərinə  döndərilsinlər»  [148,  288].  Bu 

dövrdə  C.Məmmədquluzadənin  M.F.Axundzadəyə  həsr  etdiyi 

məqaləsi də göstərir ki, o bütövlükdə dinləri, o cümlədən İslamı 

və  Allahı  inkar  etmişdi:  «…Bizim  məqsədimiz  budur  ki,  biz 

allahın dərgahından qovulanlar, bari Mirzə Fətəlinin  allahsızlığı 

ilə təsəlli tapaq və bəlkə də, hələ buna iftixar edək» [148, 281]. 

C.Məmmədquluzadənin bütün bu fikirlərini materializmə  yozan 

Azərbaycan  filosofu  İ.Rüstəmov  yazır:  «Heç  şübhəsiz  ki,  Cəlil 

Məmmədquluzadənin  ateist  irsi  Azərbaycan  ictimai-fəlsəfi 

fikrinin  inkişafında,  intibahında  çox  mühüm  rol  oynamışdır» 

[191, 404].  

Əlbəttə,  İ.Rüstəmovun  müsbət  mənada  ifadə  etdiyi 

Məmmədquluzadə  irsi  əslində  toplumun  şüurunda  mənfi  rol 

oynamışdır.  Məsələn,  o,  «Molla  Nəsrəddin»  jurnalının  SSRİ 

dövründəki saylarının (1925, 7 fevral, №6) birinin üz qabağında 

Marksın «Kapital» əsəri ilə abidəsini, onun yanında Molla Bağırı 

vermişdir. Marksın abidəsinin altında: Bütün ölkələrin yoxsulları 

birləşiniz!    Molla  Bağır  Məclisinin  altında:  Bütün  Şərqin 

dindarları 

birləşiniz! 

Daha 

sonra 


Məmmədquluzadə 

M.B.Məclisinin  dilindən  yazırdı:  Ay  axmaq  Şərq  camaatı!  Nə 

tökülmüşsünüz bu kişinin dalınca. Onun  yazdığı bir Kapitaldır. 

Amma  mən  M.B.Məclisi  yüzlərlə  kitab  yazmışam  [160

a

,  63]. 


Şübhəsiz, Məmmədquluzadənin bu müqayisəsi kökündən yanlış 

idi.  Çünki  İslam  dinin  əsas  kitabı  Quran  idi,  hansısa 

M.B.Məclisinin «kitabları» yox.  


www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

288 



288 

Xüsusilə,  SSRİ  dövründə  «Molla  Nəsrəddin»  jurnalında 

din  xadimlərini  haqlı  və  ya  haqsız  son  dərəcədə  alçaldırdılar. 

Hətta, din xadimlərini, o cümlədən mollaları dünyada təhqiredici 

heyvan  hesab  olunan  ulağa  bənzədirdilər.  «Molla  Nəsrəddin» 

jurnalının  saylarının  birinin  (1926,  mart,  №13)  üz  qabığında 

molla ulağın qarnından çıxaraq: köpək uşaqları səs salıb ağzıoruc 

məni özündən çıxarırsınız [160

a

, 663]. Hətta, «din mövhumat və 



xurafatdan  ibarətdir»  deyən  «mollanəsrəddin»çilər  bir  qədər  də 

qabağa  gedərək  peyğəmbərimizin  (s)  dilindən  yazırdılar:  «Mən 

bu  islamı  vücudə  vaxt  orucunu  İran  əsatirindən,  namazını 

Xristianlıqdan,  Şarib  vurmağı  babillərdən,  zülf  qoymağı 

qibtilərdən,  kitabını  İncildən,  Tövratdan,  Buddadan,  Zənd-

Avestadan  aldım,  təəddüdi-zəvacatı  (çoxarvardlılığı)  da  özüm 

əlavə  elədim  [160

a

,  171].  Ümumiyyətlə,  SSRİ  dövründə  nəşr 



olunan  «Molla  Nəsrəddin»  jurnalında  Allahın  və  onun 

peyğəmbərlərinin təhqir olunması  adi   hal  olmuşdu  [160

a

,  219, 


236-237, 352, 751, 767].  

Hətta,  arada-sırada  «Molla  Nəsrəddin»  jurnalının  baş 

redaktoru  mühacirətdə  olan  milli  ruhlu  azərbaycançılara 

sataşmaqdan  da  geri  qalmırdı.  Belə  ki,  «Molla  Nəsrəddin» 

jurnalının  saylarının  birində  müsavatçılara  sataşan  C.Məmməd-

quluzadə  yazırdı:  «Bu  da  bir  cür  məhərrəmi.  Berlində  yaşayan 

bəzi  Müsavat  qaçıqınları,  Şura  Azərbaycanının  6-cı 

ildönümündə,  Berlin  restoranlarından  birini  Müsavat  bayraqları 

ilə bəzəyib, gecə yarısınacan matəm saxlamışlardır». Jurnalın üz 

qabığındakı  şəklində  «Müsavat»  qaçqınları  üçboyalı  bayraqla 

bəzədilmiş  restoranda  «kef  edirlər».  Məmmədquluzadə  onların 

dilindən  yazırdı:  «Necə  qan  ağlamasın  daş  bu  gün,  Qalmışıq 

xaricdə biz kibi ovbaş, bu gün» [160

a

, 767]. 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

289 


Sovet  ideoloqlarının  İslama  qarşı  mübarizədə  əslində 

məqsədi  Azərbaycan  türklərini  elm-mərifət  sahibi  etmək  deyil, 

milli-dini  dəyərlərindən  və  kökündən  uzaqlaşdırmaq  idi.  Ancaq 

Mərkəzin  əsil  niyyətini  anlamayan  bəzi  mütəfəkkirlərimiz 

mütərrəqi elmə yiyələnmək adı altında yalnız dini mövhumata və 

din  xurafata  deyil,  bütövlükdə  İslam  dininə  qarşı  hücuma 

keçirdilər. 

Məsələn, 

M.S.Ordubadi 

şeirlərinin 

birində 

Azərbaycan  insanının  zorla  dinsizləşdirilməsini  bu  cür  başa 

düşürdü:  «Artdıqca  elmü  ürfan,  dindən  çıxır  müsəlman»  [173, 

61]. Ordubadi bir az da qabağa gedərək yazırdı ki, dinsizlik özü 

bir din, milliyyətsizlik isə bir sinfi məsələdir [173, 19]. O dövrdə 

K.Sanılı  da  cəmiyyətin  geriliynə  səbəb  kimi  İslam  dinini 

göstərmişdir [198, 52]. 

Beləliklə, SSRİ dövründə fəlsəfə dinə qarşı qoyulmuşdu. 

Guya,  din idealizm,  fəlsəfə isə materializm deməkdir.  Fəlsəfəni 

dinsizlik  kimi  təbliğ  edən  sovet  ideoloqları  iddia  edirdilər  ki, 

fəlsəfə və din, elm və din bir araya sığışa bilməz. Bizə elə gəlir 

ki,  bununla  da  sovet  dövründə  mənfi  bir  tendensiyanın,  yəni 

fəlsəfə ilə məşğul olanların yalnız ateist, allahsız olmasının təməl 

daşları qoyulmuşdu. 

Qeyd  edək  ki,  2-ci  Dünya  müharibəsi  dövründə  və 

sonralar  dinə  münasibət  nisbətən  yumşalmışdı.  Hətta  1944-cü 

ildə  Cənubi  Qafqaz  Müsəlmanlarının  Ruhani  İdarəsi 

yaradılmışdır.  Ancaq  bütövlükdə,  XX  əsrin  ikinci  yarısında  da 

sovet  ideoloqları  dinə,  xüsusilə  İslama  münasibətdə  daima 

tənqidi mövqe tutmuşlar. 

Fikrimizcə,  2-ci  Dünya  müharibəsindən  sonrakı  dövrdə 

islamçılığın və türkçülüyün tənqidinə çox yer ayıran Azərbaycan 

filosoflarından  Firudin  Köçərli,  Mehbalı  Qasımov,  Midhət 

Ağamirov, Qədim Mustafayev və başqaları olmuşdur. Məsələn, 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

290 



290 

bu  dövrdə  akademik  F.Q.Köçərli  bir  çox  çağdaşları  kimi,  heç 

bir ciddi arqument gətirmədən iddia edirdi ki, din bir-birini əvəz 

edən  bütün  istismarçı  quruluşların  «ədalətli»,  «əbədi», 

«sarsılmaz»  və  s.  olduğunu  elan  etmiş,  hakim  siniflərin  əlində 

zülm  silahı  olmuşdur  [123,  24].  Ümumiyyətlə,  Köçərli  dinə,  o 

cümlədən  İslama  münasibətdə  belə  bir  nəticəyə  gəlir  ki,  din 

zəhmətkeşləri  hər  cür  zülmə  dözməyə,  istismarçılara  qarşı 

mübarizə  aparmamağa  çağırırdı  [123,  40].  Eyni  zamanda, 

akademik  yalnız  İslamı və din xadimlərini deyil, milli ideyanın 

daşıyıcları  olan  milli  mütəfəkkirləri  də  tənqid  edir  və  sübut 

etməyə  çalışırdı  ki,  20-ci  əsrin  əvvəllərində  Azərbaycanda  əsas 

ideya  marksizm-leninizm  olmuşdur  [122,  13].  Bu  baxımdan  o, 

mühacirətdə Azərbaycan milli ideyasını təbliğ edən M.Ə.Rəsul-

zadə, Ə.Cəfəroğlu və başqalarına cavab olaraq yazırdı ki, hazırda 

da  Sovet  Azərbaycanında  türkçülük  və  islamçılıq  deyil,  əsas 

ideya xətti marksizm-leninizmdir: «Aydındır ki, M.Ə.Rəsulzadə, 

Ə.Cəfəroğlu  kimi  burjua  ieoloqlarından  Azərbaycan  ictimai 

fikrinin  obyektiv  şərhini  gözləmək  son  dərəcə  sadəlövhlük 

olardı.  Onların  konsepsiyası  tarixi  faktların  təhrifinə  əsaslanan 

millətçilik demaqoqiyasından başqa bir şey deyildir» [122, 30]. 

Xüsusilə, Köçərli Rəsulzadənin hazırkı şərtlər içərsində islamın 

kommunizmə  əngəllər  törətməsini  müsbət  dəyərləndirməsinə 

qarşı  çıxırdı.  Onun  fikrincə,  bütün  bunlara  baxmayaraq, 

Azərbaycan  xalqı  yarım  əsrdən  artıqdır  ki,  SSRİ  xalqları 

ailəsində kommunizm quruculuğu yolu ilə inamla irəliləyir [122, 

32].  Çünki  Azərbaycan  xalqı  öz  nicatını  islamçılıqda  və 

türkçülükdə  deyil,  marksizm-leninizmdə  tapmışdı.  Guya, 

«panislamizm»  və  «pantürkizm»  mülkədarların,  ruhanilərin  və 

başqa  mütrəce  qüvvələrin  cərəyanları  olduğu  halda,  marksizm-



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

291 


leninizm  Azərbaycan  xalqını  mütərəqqi  qüvvələrinin  təlimi 

olmuşdu [122, 90].  

Ümumiyyətlə,  XX  əsrin  ikinci  yarısında  Rus-Avropa 

ideologiyasından  çıxış  edən  Q.Mustafayev,  M.Qasımov, 

Z.Göyüşov, Ə.K.Zəkuyev və başqaları Azərbaycan filosoflarına 

(Bəhmənyar, M.F.Axundzadə, M.Ş.Vazeh, M.Kazım bəy və b.) 

və  fəlsəfəsinə  həsr  etdikləri  əsərlərində  bacardıqları  qədər 

islamçılıq  və  türkçülüyü  tənqid  etmişlərdir.  Məsələn,  Mehbalı 

Qasımov M.F.Axundzadənin ateist irsindən ilham alaraq yazırdı 

ki, «xurafatdan o vaxt yaxa qurtarmaq olar ki, mənfur islam dini 

yox  edilmiş  olsun»  [130,  6].  Onun  nəzərində  islamçılıq  qədər 

türkçülük  də  SSRİ-yə  qarşı  yönəldiyi  üçün  zərərli  və 

qəbuledilməz idi [130, 42]. Qədim Mustafayev də  hesab  edirdi 

ki,  keçmişin  ən  davamlı  və  zərərli  qalıqları  islamlaşmaq  və 

türkləşmək 

olmuşdur: 

«XX 

əsrin 


ikinci 

onilliyində 

Azərbaycanda  liberal  burjuaziya  islamla  millətçiliyin  (özü  də 

irqi-etnik  millətçiliyin)  qarşılıqlı  əlaqəsini  möhkəmləndirməyə 

çalışmış və buna görə də millilik naminə nə olmuşsa, hamısını, o 

cümlədən  milli  adət-ənənələri  tamamilə  islamlaşdırmaq  və 

türkləşdirməyə cəhd etmiş, eyni zamanda müsəlman xalqlarının, 

o cümlədən türk dilli xalqların dini-mürtəce adət-ənənələrini də 

«milliləşdirməyə»  çalışmışdır»  [159,  9].  Onların  bu  yolunu 

davam etdirən Ziyəddin Göyüşov da məlum ideologiyadan çıxış 

edərək  yazırdı  ki,  İslam  şəriəti  və  onun  qayda-qanunları 

cəmiyyətin əxlaqına zidd olmuşdur [90, 16]. Z.Göyüşov xüsusilə 

«Sovet Azərbaycanında fəlsəfi fikir» (1979) kitabında dövründə 

dinə,  o  cümlədən  konkret  İslama  qarşı  mübarizədə  cəmiyyət 

daxilində  elmi  kommunizm,  elmi  ateizm  təbliğatının 

aparılmasının aktuallığından bəhs etmişdir [256, 198]. Bu dövrdə 

Ə.Həsənov, F.Ramazanov, M.Məmmədov və başqaları da İslam 


www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

292 



292 

və  Türklük  əleyhinə  aparılan  kompaniyaya  dəstək  vermişlər 

[101, 4; 176, 4-5; 200, 15;  151, 26].  

Gördüyümüz  kimi,  sovet  dövründə  əksər  alimlərin 

İslama  və  Türklüyə  münasibəti  daha  çox  qeyri-obyektiv 

mahiyyət daşımışdır. Şübhəsiz, bu müəyyən qədər onların öz 

dünyagörüşünün nəticəsi idisə, burada həmin dövrün ideoloji 

mühiti  də  mühüm  rol  oynamışdır.  Belə  ki,  həmin 

mütəfəkkirlər xurafat və mövhumatı, ikiüzlü ruhaniləri tənqid 

etməkdə nə qədər haqlı olsalar da, ancaq bütun bunları İslam 

və  onun  əsas  kitabı  olan  Quranla  bağlamaqla  səhvə  yol 

vermişlərdir.  Məsələn,  onlar  bu  dövrdə  yeri  gəldi-gəlmədi 

İslam  dini  ilə  bağlı  mərasim  və  bayramları,  o  cümlədən 

orucluğu  və  qurban  bayramını  tənqid  hədəfi  kimi  seçirdidər. 

Bu zaman onlar həmin mərasim və bayramlardan sui-istifadə 

edən ruhanilərlə yanaşı, heç bir əsası olmadan xalqın ürəkdən 

bağlandığı  orucluq  və qurban bayramlarının da  keçirilməsinə 

qarşı çıxırdılar. Doğrudur, sovet dövründə yaşamış bu alimlər 

bunu  edərkən  həm  də  sovet  ideologiyasının  uydurduğu  elmi 

kommunizmin dinə münasibətindən çıxış etmişlərdir.  

Deməli,  XX  əsrin  ikinci  yarısında  da,  dini  və  milli 

ideologiyaya  qarşı  sovet  ideoloqları  ciddi  şəkildə  mübarizə 

aparmışlar.  Sadəcə,  bu  dövrdə  milli-dini  dəyərləri  tənqid 

edənlər  özlərinə  istinadgah  kimi,  ya  XIX  əsr  mütəfəkkirləri 

M.F.Axundzadəni,  M.Ş.Vazehi,  ya  da  XX  əsrin  əvvəllərində 

marksizm-leninizm  əqidəsindən  çıxış  edən  N.Nərimanov, 

S.M.Əfəndiyev,  S.Ağamalıoğlu,  R.Axundov,  C.Məmməd-

quluzadə  və  başqalarını  götürmüşlər.  Digər  tərəfdən  hiss 

olunur  ki,  dini  və  millilik  ideyasını  tənqid  edənlərin  əsas 

hədəfi din və millətdən daha çox, islamçılıq və türkçülükdür. 

Bu  isə  o  anlama  gəlir  ki,  dinə  və  milliliyə  qarşı  çıxış  ilk 


www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

293 


növbədə islamçılıq və türkçülüyün məhvinə yönəlmişdi. Sovet 

ideoloqları  hər  cür  dini  və  milli  ideyanı  beynəlmiləlçiliyə  və 

rus kommunizminə zidd hesab edirdilər. 

Xüsusilə, 1970-1980-ci illərdə milli oyanış hərəkatının 

yeni bir mərhələyə daxil olduğunu görən sovet ideoloqları bu 

prosesdə  Azərbaycan  türklərinin  Türkiyə  türklərindən  dəstək 

almasından  ehtiyat  edirdilər.  Onların  ən  çox  qorxduğu  eyni 

mədəniyyəti,  dini  və  milli  kimliyi  paylaşan  hər  iki  türk 

millətinin  bir-birinə  yaxınlaşması  idi.  Bu  baxımdan 

Azərbaycan xalqını Türkiyə türklərindən ayıran müəlliflərdən 

Q.Qasımzadə  hesab  edirdi  ki,  hər  bir  fərdin,  insanın  mənəvi 

aləmi  dövlətin,  cəmiyyətin  inikasıdır:  «Deməli,  iki  millətin 

eyni  sinfinə  məxsus  bəzi  psixoloji  əlamətlərin  ümumiliyini 

əsas götürüb bunları fərqləndirən əsas cəhətləri, həmçinin eyni 

millətin  zidd  sinifləri  nümayəndələrini  birləşdirən  mənəvi 

xüsusiyyətləri  inkar  etmək  həqiqətdən  uzaqlaşmaqdır»  [132, 

21]. Beləliklə, Qasımzadə də bir tərəfdən, Azərbaycan xalqını 

Türkiyə türklərindən ayrı bir müstəqil millət kimi qələmə verir 

və  onun  özünəməxsus  etnik  mənsubiyyətinin,  milli 

özünəməxsusuluğunun,  milli  şüurunun  olmasını  iddia  edir 

[132,  27],  digər  tərəfdən  isə,  bu  milli  keyfiyyətlərin  – 

milliliyin  sovet  beynəlmiləlçiliyinə  zidd  olmadığını,  onu 

tamamladığını bildirir [132, 28].  

Sovet 


beynəlmiləlçiliyinin 

millilik 

üzərində 

qələbəsinə,  yəni  SSRİ-nin  tərkibinə  zorla  daxil  edilmiş  ayrı-

ayrı  respublikaların  xalqlarının  milli  mədəniyyətlərinin  məhv 

olunması  təhlükəsinə  gəlincə,  Qasımzadə  hesab  edirdi  ki,  bu 

burjua  ideoloqlarının  ortaya  atdığı  yanlış  bir  nəzəriyyədir. 

Onun  fikrincə,  rus  mədəniyyətinin  milli  mədəniyyətləri,  o 

cümlədən  milli  dilləri  məhv  etməsi  ilə  bağlı  səsələnən 


www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

294 



294 

müddəaların  heç  bir  əsası  yoxdur:  «Hər  bir  millətin 

mədəniyyətinə  onun  tarixi  inkişafının  xüsusiyyətlərini,  milli 

özünüdərkini,  məişətini,  xarakterini,  coğrafi  mühitini  ifadə 

edən  məxsusi  milli  əlamət  və  ənənələr  daxildir.  V.İ.Lenin 

qeyd  etdiyi  kimi,  ümumən  heç  bir  «beynəlmiləl  mədəniyyət 

milliyyətsiz  deyildir».  Bunları  nəzərə  almadan  milli 

mədəniyyətin  istiqamətini,  onun  beynəlmiləl  keyfiyyətlərini 

düzgün  müəyyənləşdirmək  olmaz»  [132,  33-34].  Bunu  gözə 

alaraq  sovet  ideoloqları  Azərbaycan  xalqı  arasında  təbliğat 

aparırdılar  ki,  tarixən  ayrı-ayrı  ictimai-siyasi  və  ərazi 

şəraitində  yaşayan  kütlələri  bir  millətdən  saymaq  olmaz.  Bu 

baxımdan  guya,  Türkiyə  türkləri  ilə  onun  sərhədindən 

kənardakı türklər (azərbaycanlılar, türkmənlər və b.) arasında 

nə milli siyasi, nə də dini-mədəni bağ qalmışdır. Belə ki, yüz 

illərdən  bəri  bambaşqa  tarixi  inkişaf  nəticəsində  Türkiyədən 

kənarda  qalan  türklər,  Türkiyə  türklüyündən  qoparaq  başqa 

ölkələrin,  başqa  quruluşların  fərdləri  olmuşlar.  Ona  görə  də, 

Türkiyədən  kənardakı  Azərbaycan,  Orta  Asiya  və  başqa 

türklərlə əlaqə yaratmaq lazım gəlmir.  

Şübhəsiz, bu cür Rus-Avropa-Qərb yönlü ideologiyaya 

qarşı  mübarizə  aparmaq  dünən  olduğu  kimi  bu  gün  də 

çətindir.  Çünki  bu  antitürk,  antislam  ideologiya  İslam-Türk 

dünyasında geniş  yayılmış, bir çox ziyalıların şüuruna hakim 

kəsilmişdir.  Hazırda  Rus-Avropa-Qərb  yönlü  ideologiya 

postsovet  məkanındakı  Azərbaycan,  Türküstan,  Tatarıstan 

türklərinə  bir,  Türkiyə  türklərinə  başqa,  Uyğur  və  İran 

türklərinə isə digər şəkildə təsir göstərməkdə davam edir. Bu 

mənada,  türk  aydınlarının  başlıca  məqsədi  bu  antitürk, 

antislam  ideologiyadan  qurtulmaq  və  milli-demokratik  əsaslı 

məfkurəyə üz tutmaq olmalıdır. 


www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

295 


 

 

 



 

 

Davamız, Azərbaycan davasıdır,  



bu tarixi və  milli bir davadır! 

Məhəmməd Əmin Rəsulzadə 

 

Ey türk xalqı! Səni azad edəcək və  



xoşbəxt yaşadacaq mübarizəyə bütün qüvvənlə  

hazırlaş, səni bu mübarizə xilas edəcəkdir! 



Mirzə Bala Məmmədzadə 

 

III FƏSİL 

 

Mühacirət dövründə (1920-1991-ci illər) milli-demokratik 

ideyalar: milli azərbaycançılıq, yeni turançılıq, 

qafqazçılıq, milli təsanüd 

 

1.1.



 

Milli azərbaycançılıq və yeni turançılıq  

 

Azərbaycanın  mühacirət  irsinin  məfkurəsində    əsas 

mübarizə  xətti  bütün  sahələrdə  (mədəni,  fəlsəfi,  siyasi  və  s.) 

Azərbaycan  Milli  İdeyasını  yaşatmaq  və  onu  son  məqsədə  – 

Milli İstiqlala çatdırmaq istəyi olmuşdur. Bu mənada, mühacir 

aydınlarımızın  (M.Ə.Rəsulzadə,  M.B.Məmmədzadə,  H.Bay-

kara, Ə.Cəfəroğlu, Ə.Yurdsevər, S.Təkinər və b.) yaradıcılıq-

larında  yer  verdikləri  mədəni,  fəlsəfi,  dini,  tarixi  və  iqtisadi 

məsələlər Azərbaycan Milli İdeyası  ilə uzlaşdırılmışdır. Yəni 

onlar  müxtəlif  sahələrin  tədqiqatçıları  olsalar  da,  bütövlükdə 

həmin  yaradıcılıq  sahələrini  Azərbaycanın  Milli  İdeyası  ilə 


www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

296 



296 

əlaqələndirməyə  çalışmışlar.  Xüsusilə,  Azərbaycanın  Milli 

İstiqlalının  zorla  əlindən  alınıb,  onun  yerini  Sovet  Rusiyası 

müstəmləkəçiliyi  ilə  əvəz  olunmasını  heç  cürə  qəbul  edə 

bilməyən mühacir aydınlarımız müxtəlif aspektlərdən bu tarixi 

hadisənin mahiyyətini dünya ictimaiyyətinin diqqətinə çatdır-

mışlar.  Onlar  bir  tərəfdən  Azərbaycan  türklərinin  qədim 

mədəniyyətə,  tarixə,  ədəbiyyata  malik  bir  millət  kimi  azad 

yaşamağa  haqqı  olduğunu  isbat  etməyə  çalışmış,    digər 

tərəfdən SSRİ kommunizminin saxta mahiyyətini ifşa etməyə 

çalışmışlar.  

Eyni  zamanda  mühacir  aydınlarımız  Azərbaycan  Milli 

İstiqlalını  tarixi  nümunələrlə  yanaşı,  Milli  İdeologiyanın 

meydana çıxması və formalaşması açısından da idealizə etməyə 

çalışmışlar. 

Beləliklə, 

Türk-İslam-Şərq 

mədəniyyətinə 

əsaslanan  Azərbaycan  Milli  İdeyası  və  onunla  bağlı  olan  yeni 

turançılıq,  qafqazçılıq,  «rus  kommunizmi»nin  tənqidi  və  milli 

təsanüd  mühacirət  mütəfəkkirlərinin  irsində  başlıca  yer 

tutmuşdur.  



Azərbaycan Milli İdeyası və yeni turançılıq. M.Ə.Rə-

sulzadənin 

Azərbaycan 

Milli 


İdeyasının 

şüurlarda 

yaşadılmasına  və  yeni  turançılıqla  uzlaşdırılmasına  həsr 

olunmuş  «Azərbaycan  Cümhuriyyəti»  və  «Əsrimizin 

Siyavuşu»  Azərbaycan  Cümhuriyyətinin  milli  ideologiyasının 

mahiyyətini əks etdirən, çox dəyərli tarixi-fəlsəfi əsərlərdir. O, 

«Azərbaycan  Cümhuriyyəti»  əsərində  Azərbaycan  Milli 

İdeyasının  fəlsəfi-tarixi  mahiyyətini  açıqlamış,  milli  istiqlalın 

bir gün yenidən qazanılacağına inamını ifadə etmişdir. Ən əsası 

bu  əsərdə  «Azərbaycan  məfkurəsi»nin  yaranmasının, 

formalaşmasının  və  inkişafının  mahiyyəti  açıqlanmışdır  [183]. 

Ümumiyyətlə,  Rəsulzadə  bütün  həyatını  Azərbaycan 


1   ...   25   26   27   28   29   30   31   32   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə