İntellektual-Elektron Kitabxananın təqdimatında



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə30/58
tarix06.05.2017
ölçüsü3,32 Mb.
1   ...   26   27   28   29   30   31   32   33   ...   58

www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

297 


məfkurəsinə və davasına həsr etmişdir: “Davamız, Azərbaycan 

davasıdır, bu tarixi və  milli bir davadır!” [186

b

, 21[. 


Rəsulzadənin  «Azərbaycan  Cümhuriyyəti»nə  ön  söz 

yazan  Əli  bəy  Hüseynzadənin  fikrincə  də,  bu  kitab 

Azərbaycanı,  Azərbaycan  türklərinin  məfkurəsini  tanıtmaq 

baxımdan  qiymətli  bir  əsərdir:  «Çünki  mövzusu,  siyasi  və 

iqtisadi vəziyyəti ilə beynəlxalq bir əhəmiyyət daşıyan Bakının, 

Azərbaycanın  və  dolayısıyla  bütün  türklüyün  müqəddəs  və 

müəzzəz istiqlalı, istiqbalı məsələlərinə təmas edir. Bir xalqın, 

bir millətin asudə və müsəmmər bir həyata, rifah və səadətə nail 

ola bilməsi ictimai sinfin beynində necə iqtisadi bir həmrəyliyin 

olmasını tələb edirsə, eləcə də aləmin, bütün bəşəriyyətin sülh 

və  asayiş  nemətlərindən  faydalana  bilməsi  beynəlmiləl 

münasibətdə  ədalət  və  insaf  məfhumlarının  hakim  və  cari 

olmasilə  mümkündür.  Beynəlmiləl  insaf  və  ədalətdən  doğan 

ümumdünya sülhü isə  Azərbaycanın  eyni şəkildə hürriyyət  və 

istiqlalını  vacib  edir»  [183,  7-8].  Milli  istiqlaliyyəti  əlindən 

alınmış  bir  dövlətin  təbii  haqq  və  hüquqlarının  pozulduğu 

halda,  dünya  dövlətlərinin  buna  göz  yummasına  isə  təəssüf 

edən  Ə.Hüseynzadə  yazırdı  ki,  bu  istiqlalın  mücahidləri, 

rəhbərləri qüvvətli və səbrli olmalıdırlar [183, 7-8]. 

Burada  bir  məsələyə  də  toxunmağı  zəruri  hesab  edirik 

ki,  M.Ə.Rəsulzadə,  M.B.Məmmədzadə  və  başqa  milli 

ideoloqlardan  fərqli  olaraq  Ə.Hüseynzadə,  Ə.Ağaoğlu  kimi 

tanınmış  milli  aydınlarımız  1920-1940-cı  illərdə  Türkiyədə 

yaşadıqları  dövrdə  Azərbaycan  Milli  İdeyasına  çox  az  yer 

ayırmışlar. Doğrudur, Əhməd bəy Ağaoğlu Ə.Hüseynzadədən 

fərqli  olaraq  Malta  sürgünündən  sonra  hətta,  artıq  zorla 

sovetləşmiş  Azərbaycana  dönərək  milli  məfkurə  uğrunda 

mübarizəni  davam  etdirmək  niyyətinə  düşmüşdür.  Sovet 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

298 



298 

Azərbaycanının başçısı N.Nərimanova göndərdiyi ilk məktubu-

nda  Ağaoğlu  yazırdı  ki,  Vətənə  qayıtmaq  və  marksist-leninçi-

lərlə  bir  yerdə  sosializm  uğrunda  mübarizə  aparmaq  istəyir: 

«…yeganə  qurtuluş  hal-hazırda  Rusiyada  hökmfərma  olan 

ideal  sayəsində  mümkündür.  Mən  bu  hərəkat  rəhbərlərinə, 

bəşəriyyətin  xilaskarlarına  istirahət,  məhəbbət  və  səadət  üçün 

imanı  ilə  doğru  yol  göstərən  peyğəmbərlərə  baxan  kimi 

baxıram» [106, 78].  

Ə.Ağaoğlunun  yaşının  və  şüurunun  kamil  çağında 

marksizm-leninizm nəzəriyyəsinə bu cür yanaşması göstərir ki, 

ondan  öncə  M.Ə.Rəsulzadənin,  N.Nərimanovun  bu  cərəyana 

inanması  təsadüfi  olmamışdır.  Doğrudur,  Rəsulzadə  sonralar 

marksizm-leninzmin  iç  mahiyyətini  dərk  edərək,  vaxtında  bu 

ideologiyadan  üz  döndərsə  də,  N.Nərimanov  yalnız  ömrünün 

son  illərində  bu  cərəyanın  əsil  mahiyyətini  dərk  etməyə 

başlamış,  ancaq  bütövlükdə  ondan  üz  döndərməmişdir.  Bu 

baxımdan  Ə.Ağaoğlunun  Malta  sürgünündən  sonra,  müəyyən 

hisslərə  qapılaraq  marksizm-leninizmə  ideal  kimi  baxması 

təəccüblü  deyil.  Məhz  bu  hislərin  təsiri  altında  Ağaoğlu  daha 

sonra  məktubunda  yazırdı  ki,  bolşevizm  Şərq  üçün  də  yeganə 

qurtuluş yoludur: «Ələlxüsus, İslam Şərqi onu qəbul edəcəkdir 

və  bütün  Asiyanı,  Afrikanı  öz  arxasınca  dartaraq  bütün  Qərbi 

də  onun  qarşısında  səcdə  etməyə  məcbur  edəcək,  zəhmətkeş 

sinfi  əsarətə  alan  imperalistlərdən  onu  xilas  edəcəkdir.  Bu 

barədə Bakı fövqəladə tarixi bir rol oynaya bilər» [106, 79].  

N.Nərimanovun  onun  bu  istəyinə  müsbət  cavab 

verməsinə  baxmayaraq,  az  sonra  Ə.Ağaoğlu  bu  fikrindən 

daşınmışdır. O, N.Nərimanova yazdığı ikinci məktubunda Az-

ərbaycana  qayıtmamasına  üç  səbəb  1)  bolşeviklərlə  həmfikir 

olmamasını; 2) türklər üçün qurtuluş imkanının təkcə Osmanlı 


www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

299 


türklüyündə  qalmasını;  3)  onu  əsarətdən  qurtaran  Ankaraya 

(Atatürkə)  namus  borcunun  olmasını  göstərmişdir  [5,  22].  Bu 

səbəblər  arasında  türklüyə  xidməti  özünün  ali  vəzifəsi  hesab 

edən Ə.Ağaoğlunun fikrincə, türklük bölünməyi qəbul etməyən 

tamdır.  Ancaq  fikrimizcə,  burada  əsas  rolu  heç  də  türklüyə, 

türkçülüyə  xidmət  istəyi  oynamamışdır.  Çünki  türkçülüyə 

xidmət, özünün də dediyi hissələrə ayrılmayan bir tamdır; istər 

Azərbaycanda,  istər  Türkiyədə,  istərsə  də  Türküstanda  olsun. 

Deməli, Ağaoğlunun çox qısa bir zamanda fikrindən daşınma-

sında  başqa  amillər:  1)  bolşevizmin  əsas  mahiyyəti  haqqında 

bilgilərinin  artması;  2)  vətənində  baş  verənlər  fonunda  onu 

hansı aqibətlərin gözləməsi mühüm rol oynamışdır.  

Fikrimizcə, Ağaoğlunun «rus kommunizmi»nə əvvəlcə 

rəğbət  bəsləməsi,  daha  sonra  ondan  üz  döndərməsinin  kökü 

Malta  sürgünündə  (1919-1920)  olarkən  yazdığı  «Üç 

mədəniyyət» əsərinə gedib çıxır. Hələ, azadlığa çıxmamışdan 

öncə,  Ağaoğlu  Rus-Avropa-Qərb  mədəniyyətinin  təsiri 

altiında  olmuşdur.  Bu  əsərdən  də  görmək  olur  ki,  bir  çox 

hallarda Ağaoğlu iki əsas xətt 1) Rus-Qərb-Avropa-; 2) Türk-

İslam-Şərq  arasında  tərddüd  etmişdir.  Bəzən  o  Türk-İslam 

dünyasının  cəhalətdən  və  gerilikdən  qurtuluş  yolu  kimi 

birinciyə,  bəzən  də  də  ikinciyə  üstünlük  vermişdir.  Məsələn, 

onun  Nərimanova  yazdığı  məktub  göstərir  ki,  Malta 

sürgünündə  olarkən  birinciyə  üstünlük  vermişdir.  Çünki 

Ağaoğlu  həmin  əsərində  yazırdı  ki,  son  əsrlərdə  Şərq,  yəni 

İslam  və  Budda-Brəhmən  mədəniyyəti  yalnız  maddi  deyil, 

mənəvi  baxımdan  da  Qərb  mədəniyyətinə  yenilərək,  onun 

şəxsiyyət  və  özəlliklərini  qəbul  və  iradəsinə  tabe  olmaq 

məcburiyyətində  qalmışlar.  Müsəlmanların  və  buddistlərin 

bütün  sahələrdə  avropalıları  təqlidə  başladıqlarını  irəli  sürən 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

300 



300 

Ə.Ağaoğlunun  fikrincə,  bununla  da  müsəlman  ölkələrində 

qədim 

ənənələrə 



dayanan 

mühafizəkarlarla 

Avropa 

mədəniyyəti  tərəfdarları  çarpışmağa,  ölüm-dirim  mücadiləsi 



aparmağa  başlamışlar:  «Avropa  mədəniyyətindən  qorunmaq 

istəyən bütün cəmiyyətlərin və özəlliklə İslam mədəniyyətinə 

mənsub  olanların  hər  gün  tükənib  getməkdə  olduqlarını 

görürük…  Sel  kimi  axıb  gələn  və  qarşısında  öz  türündən 

əngəllər  görməyən  Avropa  mədəniyyəti  hər  şeyi  sürükləyib 

götürür. Bu halda tək çarə yenə o mədəniyyətə isinişmək, onu 

qəbul etməkdir» [8, 30].  

Ağaoğlu  qeyd  edirdi  ki,  Avropa  mədəniyyətini  qəbul 

edənlər  arasında da  fikir  ayrılığı  vardır.  Bəziləri  mədəniyyəti 

elm  və  fənnə  bağlayaraq,  Avropa  mədəniyyətinin  süzgəcdən 

keçirilməsini və onun yalnız bu tərəfinin qəbul edilməsini irəli 

sürdükləri  halda,  başqaları  Qərb  mədəniyyətinin  tam  şəkildə 

mənimsənilməsinin  tərəfdarıdırlar.  Sonuncuların  fikri  ilə 

həmrəy  olan  Ağaoğlu  yazırdı  ki,  bir  mədəniyyət  zümrəsi 

bölünməz  bir  bütündür,  parçalanmaz,  süzgəcdən  keçirilə 

bilməz:  «Qalibiyyət  və  üstünlüyü  qazanan  onun  bütünüdür. 

Yoxsa  ayrı-ayrı  filan  və  yaxud  filan  qismi  deyildir.  Avropa 

sahəsində  elm  və  fənn  başqa  çevrələrdən  ziyadə  gəlişirsə, 

bunun  səbəbləri  o  çevrənin  bütünündə  aranmalıdır,  bugünkü 

Avropa  elm  və  fənni  doğrudan-doğruya  öz  şərtlərinin  və 

ümumi  ünsürlərinin  bir  əsəridir»  [8,  31].  Bu  baxımdan 

Ağaoğluya görə, Qərb mədəniyyətini tam qəbul etməli, yalnız 

geyimlərimizi,  evlərimizi,  müəssisələrimizi  deyil,  beynimizi, 

görüş  tərzimizi,  qəlbimizi,  zehniyyətimizi  də  ona 

uyğunlaşdırmalıyıq  və  bundan  kənarda  qurtuluş  yoxdur  [8, 

32]. 


www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

301 


Bütün  bunlarla  yanaşı  Ağaoğlu  hesab  edirdi  ki,  türk-

müsəlman xalqlarının Qərb mədəniyyətini  mənimsəməsi, heç 

də onların  milli  şəxsiyyətini  və özünəməxsusluğunu itirməsi 

demək  deyildir.  Çünki,  yalnız  əsasən  dil  və  başqa 

özünəməxsusluqları  (menitalitet)  nəzərə  almasaq,  hər  bir 

millətdə  dəyişməyən,  ölümsüz  bir  özəllik  yoxdur.  Belə  ki, 

tarix boyu hər bir millətin həyatında bir neçə dəfə din, hüquq, 

əxlaq  sahələrində  dəyişikliklər  olmuşdur  [8,  33].  Bir  sözlə, 

Ağaoğlunun fikrincə, hər bir millət özünəməxsus xüsusiyyət-

ləri saxlamaqla yanaşı, həmişə dəyişməyə, inkişafa meyillidir. 

Bu baxımdan mədəniyyət sahəsində məğlub durumda qalan və 

Qərb  mədəniyyətini  mənimsəmək  məcburiyyətində  olan 

müsəlman-türk xalqları da, bu addımı atmaqla milli şəxsiyyət-

lərini itirməyəcəklər.  

Fikrimizcə,  məhz  bu  düşüncənin  təsiri  altında  da 

Ağaoğlu əvvəlcə Sovet Azərbaycanına gəlmək istəmiş, ancaq 

son anda fikrini dəyişərək Atatürkün Türkiyəsi uğrunda çalış-

maq  qərarı  vermişdir.  Həmin  dövrdə  Atatürkün  Türkiyəsi  də 

Qərb  mədəniyyətinə  yönəlik  yol  tutmuşdu  ki,  Ağaoğlu  üçün 

bu da, əsasən məqbul idi. Çünki bütövlükdə Ağaoğlu Türkiyə-

nin  Qərb  mədəniyyətinə  meyilli  olmasına  baxmayaraq 

razılaşmadığı məqamlar da vardı. Bu da ondan irəli gəlirdi ki, 

Ağaoğlu  Qərb  mədəniyyətini  və  demokratiyasını  tam  olaraq 

Türkiyədə  tətbiqinin  tərəfdarı  idi.  Onu  «Sərbəst  insanlar 

ölkəsində» utopik, siyasi-fəlsəfi əsər yazmağa məcbur edən də 

din, əxlaq, cəmiyyət, dövlət və demokratiya sahələrində Qərb 

ölkələrinin əldə etdiyi nailiyyətlərin xeyli qisminin Türkiyədə 

gerçəkləşməməsi idi [5, 186]. Şübhəsiz, Ağaoğlu Qərb mədə-

niyyətini  və  demokratiyasını  həddən  artıq  ideallaşdırmaqla 

yanlışlığa yol verirdi. Bu baxımdan Atatürk onun Qərb mədə-



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

302 



302 

niyyətinə  meyilliyin  qəbul  etsə  də,  ifratçı  liberalist  baxışları 

ilə  bəzi  hallarda  razılaşmırdı.  Halbuki  Atatürkün  özü  də 

kifayət  qədər  inqilabi  dəyişiklikləri  ilə  tarixə  düşmüşdür.  Bu 

mənada, 

Ə.Ağaoğlu 

Türkiyədə 

yaşadığı 

dövrdə 

M.Ə.Rəsulzadənin  təbrincə  desək,  türk  milliyyətçiliyinin, 



kamalizmin  (atatürkçülüyün)  və  Türkiyədəki  liberalizmin 

öndərlərindən biri olmuşdur [245, 177]. 

Əlbəttə,  bütün  bunlar  Azərbaycan  türklərinin  Ə.Hü-

seynzadəyə, Ə.Ağaoğluna olan sevgilərini zərrə qədər azalma-

sına  əsas  vermir.  Ancaq  o  da  bir  həqiqətdir  ki,  Azərbaycan 

Milli  İdeyasının  əsas  daşıyıcısı  M.Ə.Rəsulzadə,  M.B.Məm-

mədzadə kimi milli ideoloqlar olmuşdur. 

Bu mənada, M.Ə.Rəsulzadənin  «Əsrimizin Siyavuşu» 

əsəri  milli-ideoloji  bir  konsepsiyadır.  Fars  şairi  Firdovsinin 

«Şahnamə»  əsərini  bir  daha  oxuyan  və    paralel    müqayisə 

apararaq  Firdovsinin  qəhrəmanlarından  biri  olan  Siyavuşun 

həyatını  Azərbaycan  Cümhuriyyətinə  oxşadan  Rəsulzadənin 

gəldiyi  nəticəyə  görə,  İranla  Turan  arasında  qalan  Siyavuşla, 

Rusiya  və  İran  arasında  bölüşdürülə  bilməyən  Azərbaycan 

eyni  taleyi  yaşayır.  Ancaq  Firdovsinin  Siyavuşundan  fərqli 

olaraq  Rəsulzadənin  «Azərbaycan  Cümhuriyyəti»  adlı 

idealının bir gün azadlığa qovuşacağı əsərdə nikbinliklə qeyd 

edilir.  

XX  yüzilliyin  böyük  Azərbaycan  türk  ideoloqu 

«Əsrimizin  Siyavuşu»nda  yazırdı  ki,  bir  çox  zaman  azərbay-

canlılar  öz  türklüklərini  və  türk  soyundan  gəldiklərini  bilmə-

yərək xalis iranlı kimi özlərini hiss edib, iranlı kimi düşünüb, 

iranlı  kimi  yaşayıblar.  Rəsulzadənin  fikrinə  görə,  XIX  əsrin 

əvvəllərində  Quzey  Azərbaycanın  çar  Rusiyasının  idarəsinə 

keçməsinin xeyri bu oldu ki, «azərbaycanlılar özlərini ictimai 


www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

303 


bir  vücud,  xüsusi  mədəniyyət  toxumlarını  daşıyan  bir 

cəmiyyət,  yəni  ruslardan  ayrı  bir  millət  olduqlarını  hiss 

etməyə  başladılar»  [188,  34].  Azərbaycan  xalqının  bir  millət 

kimi  formalaşmasında  əsas  rolun  türklərə  məxsus  olmasına 

qətiyyən  şübhə  etmyən  Rəsulzadənin  fikrincə,  onların 

öndərliyi  ilə  «Turanın  mərkəzində  Azərbaycan»  adlı  bir  ölkə 

yaranmışdır  ki,  «yeni  Turanın  açarı»  ondadır.  Yeni 

Azərbaycan Türk ocağı, əski Türk yurdudur [188, 35].  

Azərbaycan  milli  ideyasını  elmi  dəlillərlə  əsaslandır-

mağa çalışan M.Ə.Rəsulzadə onu da qeyd edirdi ki, azərbay-

canlılar  milliyyət  etibarilə  müxtəlif  adlar  daşıyan  böyük  türk 

ağacının bir qoludur. Bu mənada ümumi türkçülüyün bir qolu 

da Azərbaycan türkçülüyü-azərbaycançılıqdır.  

Beləliklə,  M.Ə.Rəsulzadə  bir  tərəfdən,  Azərbaycan 

milli  ideyasını  müdafiə  edir,  digər  tərəfdən,  azərbaycançılığı 

ümumi türkçülüyün, turançılığın ayrılmaz bir hissəsi olduğunu 

göstərirdi.  Hələ,  Azərbaycan  Cümhuriyyəti  qurulmamışdan 

öncə (1917-ci  il), Rusiya tərkibindəki  türk-tatar  millətlərinin, 

o  cümlədən  Azərbaycan  türklərinin  ayrı-ayrılıqda  milli-ərazi 

muxtariyyətini  tələb  etməklə  yanaşı,  Rəsulzadə  gələcək 

muxtar  türk  dövlətlərinin  nümayəndələrindən  ibarət  Milli 

Şuranın formalaşdırılmasını təklif etmişdi [51, 61]. Mühacirət 

dövründə bu ideyanı inkişaf etdirən Rəsulzadə xatırladırdı ki, 

Azərbaycan  Cümhuriyyəti  dövründə  (1918-1920)  də 

«Müsavat»  partiyasının  1919-cu  ildə  Bakıda  keçirilən  2-ci 

qurultayında  qəbul  etdiyi  proqramının  girişində  «bugünkü 

durumu ilə dağınıq olan geniş türk dünyasının bir gün gəlib də 

əlbir  və  dost  bir  türk  aləmi  oluşduracağına  inanırıq  və  bu 

imanla  getdiyimiz  əməl  yolunun  çatacağı  son  yeri  belə  bir 

bağlılığın gerçəkləşməsində görürük» deyilmişdir [189, 74].  



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

304 



304 

Bu baxımdan Rəsulzadə hesab edirdi ki, müstəqil türk 

dövlətlərinin  yaranması  turançılıq,  türkçülük  məfkurəsinə 

kölgə 


salmamış, 

bir 


sözlə 

Türk-Turan 

birliyini 

parçalamamışdır:  «Turançılıq,  türkçülük  ədəbi  məsləki 

Türkiyə  ilə  Azərbaycanı  bir-birinə  bağlayan  ən  davamlı  bir 

bağ,  mətanətli  bir  ip  idi.  Turançılıq  məfkurəsi  doğulunca 

millət beynəlmiləl islamiyyətçilik və federasiyon formullarını 

çıxarmış,  sosiologiyada  da  «Türkləşmək,  İslamlaşmaq  və 

Müasirləşmək» kimi üçayaqlı bir şüar ortaya atmışdı. İstanbul 

yurdçuları  bu  şüarları  nəzəri  şəkildə  yaymaqda  ikən, 

Azərbaycan  turançıları  bunu  siyasi  bir  fəlsəfə  kimi  qəbul 

edərək qurduqları milli siyasi partiyanın prinsipi elan etdilər» 

[188, 35-36].  

Yeni  turançılıq  ideyasına  görə,  bütün  müsəlmanları 

«İslam  birliyi»  altında  birləşdirmək  mümkün  deyilsə,  ancaq 

bütün  türklər  öz  aralarında  böyük  dünya  federasiyasına 

nümunə  olmaq  üzrə  bir  federasiya  yarada  bilərlər:  «Yeni 

Turan, mədəni birlik üzərində təsis edilib ancaq gələcək birər 

Türk  hökumətlərinin  federasyonu  şəklində  təsəvvür  oluna 

bilər. Azərbaycan da bu gələcək Turan silsiləsinin mühüm bir 

halqasıdır»  [188,  36].  Deməli,  M.Ə.Rəsulzadə  27  aprel 

işğalından  az  sonra  Azərbaycan  milli  ideyasının  yaşaması 

üçün,  mədəni  ruhlu  «Yeni  Turançılıq»  ideyasını  müdafiə 

etmişdi.  «Yeni  Turançılıq»  ideyası  isə  Rusiya  əsarətində 

yaşayan  bütün  türklərin,  o  cümlədən  Azərbaycan  türklərinin 

əsas hədəflərindən biri olmalı, Z.Gökalpın təbrincə, Rusiyanın 

dağılıb viran, Türkiyənin böyüyüb Turan olmasına yönəlməli 

idi [188, 37]. Ziya Gökalpın və M.Ə.Rəsulzadənin bu fikirləri, 

yəni  Turanın  Türk  hökumətlərinin  federasiyası  şəklində 

gerçəkləşə  bilməsi,  o  dövr  üçün  bir  qədər  romantik  xarakter 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

305 


daşısa  da,  hazırda  digər  müstəqil  türk  dövlətləri  (Qazaxıstan, 

Qırğızıstan,  Özbəkistan  və  b.)  ilə  birlikdə  belə  bir 

federasiyanın  yarana  biləcəyi  baxımından  inandırıcı  olan 

tərəfləri də az deyildir.  

Şübhəsiz, indi olduğu kimi, həmin dönəmdə də türkçü-

turançı  mütəfəkkirlərin  bu  mülahizələri  rus,  erməni  və  başqa 

millətlərin ideoloqları tərəfindən birmənalı qarşılana bilməzdi. 

Bu baxımdan 1920-1930-cu illərdə bəzi əcənəbi müəlliflər, o 

cümlədən Hondkaryan, A.Kerenski, Zarevand, Mandelştam və 

başqaları  panturanizm,  panturkizm  təhlükəsindən  bəhs  edən 

əsərlər  («Türkiyənin  qulluğunda»,  «Rus  milləti  üzərində 

diktatura»,  «Türkiyə.  Panturanizm»)  yazırdılar.  Onların 

fikrincə,  SSRİ-ni  dağıtmaq  istəyən  panturançılar  Turan 

imperiyası  yaratmaq  niyyəti  güdürdülər.  Tədqiqatçı  Rafail 

Əhmədli  bu  məsələ  ilə  bağlı  doğru  qeyd  edir  ki,  «əzilməyə 

məhkum edilmiş türk xalqlarını əsarətdən xilas etmək məqsədi 

ilə  ortaya  çıxan  türkçülük  ideologiyası  türk  düşmənləri 

tərəifndən  «pantürkizm»  və  «panturanizm»  kimi  qələmə 

verilmiş,  türklərin  yenidən  tarix  səhnəsində  söz  sahibi 

olmasının qarşısı alınmağa çalışılmışdı» [77, 195]. 

M.Ə.Rəsulzadə 

isə 


həmin 

dövrdə 


bir 

sıra 


məqalələrində,  o  cümlədən  «pantürkizm»,  «panturanizm»lə 

bağlı  ən  məşhur  əsəri  «Panturanizm.  Qafqaz  problemi»ndə 

(1930)  antitürkçülərə  cavab  olaraq  yazırdı  ki,  bu  məsələdən 

bəhs edənlər türkçülüyün, turançılığın tarixini, o cümlədən bu 

ideyaların  müəlliflərinin  fikirlərini  təhrif  edirlər.  Belə  ki, 

«pantürkizm», 

«panturanizm» 

panslavyanizm 

kimi 

ideologiyalardan  fərqli  olaraq  xalqın  içindən  yaranan  bir 



məfkurə  olmuşdur.  O  yazırdı:  «Pantürkizm  məsələsinə 

gəlincə,  fürsətdən  istifadə  edən  yanıltmaçıların  aldatmaq 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

306 



306 

istədikləri  zümrəyə  birdəfəlik  anladaq  ki,  slavyan 

millətlərində olduğu kimi, türk irqinə mənsub millətlərdə dəxi

bir birlik məfkurəsi doğmuş və bu doğuş müəyyən bir zaman 

romantik  bir  dövr  yaşayaraq,  o  vaxta  qədər,  İslam  dini 

düşünüş  alışqanlığında  olan  siyasi  türk-tatar  fikri  üzərində 

daha  əsri  və  tərəqqi  sevərcəsinə  bir  təsir  yapmışdır.  Fəqət 

panslavyanizmdən  daha  az  real  şərait  və  imkana  malik  olan 

panturanizm  panslavyanizmin  çatdığı  nəticəyə  nisbətən  daha 

az  bir  zamanda  gəlmiş  və  bu  gün  ən  qatı  panturanistlər  belə 

sadə  bir  kültür  birliyini  mümkün  mərtəbə  mühafizəyə  qeyrət 

etməklə kifayətlənmişlər» [181, 50-51].  

Bununla  da,  Rəsulzadə  demək  istəmişdir  ki,  birincisi 

turançılıq  millətin  özünün  yaratdığı  ideyadır,  ikincisi  isə  bu 

ideya ilk dövrlərdə romantik xarakter daşısa da, artıq öz yerini 

gerçəkçi, müasir məsələlərə tərk etmişdir. Çağdaş dövrdə yeni 

türkçülük  və  yaxud  da  yeni  turançılıq  ideologiyası  ondan 

ibarətdir  ki,  vahid  türk  milləti  deyil,  vahid  türk  irqi  vardır. 

Türk  irqinə  aid  hər  bir  millətin  də  ayrı-ayrı  müstəqil  türk 

dövlətləri  yaratması  məntiqə  uyğundur.  Bu  baxımdan 

«panrusizm»  vahid  «slavyan»  dövlətinin  yaranmasına 

çalışdığı  halda,  yeni  turançılıq  ideologiyası  ayrı-ayrı  türk 

dövlətlərinin  yaranmasını  müdafiə  edir.  Bunu  nəzərə  alaraq 

Rəsulzadə  yazır:  «Varlığı  ilə  Sovet  İttifaqında  türk  ellərinin 

ulusal, doğal axınlarını yaxşı yöndə etkiləyən çağdaş, gerçəkçi 

«türkizm», sözsüz «panrusizmin» yağısıdır» [179, 27]. 

Bu  mənada  1930-cu  illərin  əvvəllərində  M.Ə.Rəsul-

zadə hətta, vaxtilə irəli sürdüyü Türk hökumətlərinin federativ 

Turan  birliyi  ideyasının  özünə  belə  ehtiyatla  yanaşmışdır. 

Onun  fikrincə,  XX  əsrin  əvvəllərindəki  siyasi  türkçülərdən 

fərqli olaraq, çağdaş türkçülər vahid Turan dövləti ideyası ilə 

1   ...   26   27   28   29   30   31   32   33   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə