İntellektual-Elektron Kitabxananın təqdimatında



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə31/58
tarix06.05.2017
ölçüsü3,32 Mb.
1   ...   27   28   29   30   31   32   33   34   ...   58

www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

307 


yaşamırlar.  Ona  görə  də  yeni  türkçülər  Türkiyənin-

Osmanlının  timsalında  türklərin  böyük  imperatorluğunu 

yaratmaq deyil, hər bir türk millətinin ayrıca istiqlalı uğrunda 

mücadilə  edirlər.  Bu  baxımdan  slavyan  birliyi  fikri 

Çexoslovakiya  dövlətinin  təşəkkülünə  mane  olmadığı  kimi, 

türk-turan  birliyi  fikri  də  Azərbaycanın  müstəqil  bir  türk 

dövləti  kimi  Qafqaz  Konfederasiyasına  girməsinə  əngəl  ola 

bilməz. M.Ə.Rəsulzadə yazır: «Eyni irqə yaxınlıq nəticəsində 

bir-birinə  yaxın  mədəniyyət  məhsullarına  malik  olan  türk 

ellərindəki  müştərək  qiymətləri  mühafizə  etməklə  bərabər, 

ayrı-ayrı  türk  millətlərinin  ayrıca  bir  dövlət  və  cümhuriyyət 

halında istiqlal qazanmaq yolundakı hərəkatlarını şübhə altına 

alanlar ancaq rus imperalizminin könüllüləri və yaxud kölələri 

ola  bilirlər!  Azərbaycan  istiqlalçılığının  türk  birliyi  fikrindən 

əzəmi  surətdə  mülhəm  olduğunu  inkar  etməməklə  bərabər, 

siyasətdə  realizm  tərəfdarı  olan  Azərbaycan  milliyyətçiləri 

üçün bu fikrin sadə mədəniyyət sahəsində qəbulu tətbiq olacağı 

aşkardır» [181, 52]. O, açıq şəkildə qeyd edirdi ki, panturanizm 

ideyası adı altında Azərbaycanın Türkiyə ilə birləşmək niyyəti 

yoxdur.  Çünki  mədəniyyət  birliyi  sahəsinə  çəkilən  siyasi 

panturanistlər  artıq  mövqeyini  türk  millətləri  reallığına  tərk 

etmişdir [181, 53].  

Rəsulzadə  yazırdı  ki,  artıq  yeni  türkçülüklə,  yeni 

turançılıqla  «pantürkizm»,  «panturanizm»in  eyni  anlamı 

daşımadığı  ortada  olduğu  halda,  özəlliklə,  Zarevandın 

«Türkiyə.  Panturanizm»  əsərində  irəli  sürdüyü  antitürkçü, 

antiturançı müddəaları qəbul etmək mümkün deyildir. Belə ki, 

Zarevand  və  onun  kitabına  ön  söz  yazan  Mandelştam 

bilərəkdən  türkçülüyün  tarixini  və  mahiyyətini  saxtalaşdırmış, 

ona  tamam  başqa  siyasi  rəng  verməyə  çalışmışlar.  Məsələn, 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

308 



308 

Zarevand  ən  çox  türkçülüyün  ideoloqları  Z.Gökalp, 

Y.Akçuraoğlu,  eləcə  də  Atatürkü  tənqid  hədəfi  götürmüş  və 

onları  panutrançılıqda,  pantürkizmdə  ittiham  etmişdir. 

Zarevanda  görə  guya,  «panturanizm»  ideyasını  türkçülüyün 

ideoloqları Z.Gökalp, «panturançıların Marksı» Y.Akçuraoğlu 

irəli  sürmüşdür  ki,  çağımızın  «panturanizm»ini  isə  Mustafa 

Kamal  (Atatürk)  həyata  keçirir,  çünki  kamalçıların  da  əsas 

bayrağı pantürkizm, panturanizmdir.  

Rəsulzadə  öncə  antitürkçü  ideoloqların  diqqətinə 

çatdırırdı ki, Z.Gökalp turançılıq məfkurəsindən bəhs etsə də, 

bunu  Leninin  kommunizmi  kimi  utopiya  [88,  38]  adlandır-

mışdır.  Deməli,  Gökalpın  turançılıq  məfkurəsi  daha  çox 

romantik  və  mədəni  mahiyyətli  olmuşdur.  Bu  mənada 

Gökalpın  ideyalarına  söykənən  Atatürkün  «panturanizm»i  də 

ondan  çox  fərqlənmir.  Belə  ki,  Atatürk  bu  dövrdəki  (1920-

1930-cu  illər)  çıxışlarında  panislamizm  və  panturanizm 

ideyalarının indiyə qədər heç bir uğur əldə etməməsindən bəhs 

etmişdir.  Atatürkün  fikrincə,  tək  gerçək  siyasət  milli-ulusal 

siyasətdir  ki,  bu  mənada  «dünyanın  bütün  türklərini  içinə 

alacaq  bir  dövlət  yaratmaq  amacı  da  gerçəkləşməz 

düşüncədir» [179, 40]. 

Atatürkün «panturanizm»ə bu cür mövqeyinin nəticəsi 

idi  ki,  həmin  dövrdə  bəzi  türk  ideoloqlar  (X.Müşkrim  və  b.) 

ilk  türkçülərdən  və  turançılardan  fərqli  olaraq,  milləti  ancaq 

soy, dil göstəricilərilə bəlirləməyib, ona ayrı-ayrı tarixi, sosial, 

mədəni  təsirlərinin  qarşılıqlı  məhsulu  kimi  baxırdılar.  Onlar 

təklif edirdilər ki, «türk millətçiliyi»ndən «türk ulusalçılığı»na, 

yəni «türk beynəlmiləlçiliyi»nə» keçilsin: «Bu ulusal sistemin 

yolçuları  başda  tanımış  tarixçi  Xəlil  bəy  Müşkrim  olmaqla, 

türk  anlayışının  ulus  yox,  irq  göstərdiyini  deyən 


www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

309 


«anadoluçular» adlı məktəb də yaratmışdılar. «Anadoluçular» 

tək bir türk ulusunun yox, ayrı-ayrı türk uluslarının olduğunu 

deyirlər.  Onlar  bu  düşüncələrini  gəlişdirərək  Türkiyəni 

Anadolu  adlandırmağı  da  irəli  sürdülər.  Onlara  görə, 

«anadolu»  sözü  ulusal  kimliyinə  «türk»  sözündən  daha 

uyğundur» [179, 19]. 

Bizcə, türk aydınlarının və liderlərinin turançılığa mü-

nasibətdə  ehtiyatlı  mövqe  tutmasına  əsas  səbəblərdən  biri 

həmin  dövrdə  türk  ismiylə  tanınan  millətlərin,  o  cümlədən 

Türkiyə  türklərinin  dünya  müstəvisində  istənilən  gücə  sahib 

olmamaları  idi.  Belə  ki,  türklərin  sahib  olduğu  ən  böyük 

imperiya – Osmanlı İmperiyası dağılmış, digər türk dövlətləri 

isə  Sovet  Rusiyası  tərəfindən  işğal  olunmuşdur.  Belə  bir 

vəziyyətdə  Z.Gökalpın,  M.Ə.Rəsulzadənin,  Atatürkün  və 

başqa türk böyüklərinin turançılığı daha çox mənəvi bir ülkü-

məfkurə  kimi  qəbul  etmələri  təbii  idi.  Bu,  onların 

turançılıqdan imtina etmələri  deyil, Atatürkün də qeyd etdiyi 

kimi,  zamanın  tələblərinə  və  türk  millətinin  gücünə  görə 

siyasət  yürütmək  idi.  Bu  baxımdan  çağdaş  Türkiyə  alimi 

A.Gökdəmirin  aşağıdakı  fikirlərinə  tamamilə  qatılırıq  ki, 

Z.Gökalp,  Ə.Hüseynzadə,  Ə.Ağaoğlu,  Y.Akçuraoğlu  kimi 

türk  milliyətçiliyinə,  turançılığa  öncüllük  və  xidmət  verən 

aydınların Türkiyənin sərhədlərinin xaricində qalan türk elləri 

ilə  bağlı  heç  bir  tələbdə  bulunmamaları  ağlabatan  deyildir: 

«Burada  əsəf  ediləcək  şey,  aydınların  turançı  olması  deyil, 

Türkiyənin  də,  Türk  dünyasının  da  yetəri  qədər  güclü 

olmaması və qalib gələməməsidir» [249, 245]. 

Bu  baxımdan  1920-1930-cu  illərdə  Rəsulzadənin  tu-

rançılığa  yeni  bir  açıdan  baxması,  bu  mənada  Şərqdəki  milli 

axınlardan  olan  panturanizmlə  Qərbdəki  şovinist  cərəyanları 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

310 



310 

bir-birindən  fərqləndirməsi  başa  düşüləndir.  Çünki  Rəsulza-

dənin  fikrincə,  Qərbdəki  şovinizm-nasionalizm  siyasi 

saldırıcı,  sosial  tutucu  ideologiya  olduğu  halda,  Şərqdəki 

millətçilik  isə  siyasi  qoruyucu,  sosial  yenilikçi  olaydır  [179, 

42]. Başqa sözlə, ilk dövrlərdə romantik vahid Turan birliyinə 

qapılan  türkçülər,  artıq  türk  irqindən  ayrı-ayrı  millətlərin  və 

onların  da  öz  müstəqil  dövlətlərinin  yaranmasına  inanırlar. 

Rəsulzadə yazır: «Daha romantik, siyasi panturanizm yoxdur, 

ancaq ulus istəklərini güdən türkçülük vardır… Türk ellərinin 

özünüanlaması,  irq  ideologiyasından  ulus  ideologiyasına 

keçir,  bu  da  saldırıcılığı  ideoloji-qurama  baxımından  da 

aradan qaldırır» [179, 62].  

M.B.Məmmədzadə  isə  «Milli  Azərbaycan  hərəkatı» 

(1938) əsərində  Azərbaycan türkçülüyü ideyasının yaranması 

və  təkamülü  ilə  yanaşı,  mühacirət  dövründə  türkçülük  və 

turançılığın  türk  xalqları  üçün  hansı:  siyasi,  yoxsa  mədəni 

birlik  mənası  daşıması  ilə  bağlı  mövcud  olan  fikirləri 

dəyərləndirməyə  və  bu  məsələdə  tutduğu    mövqeyi  ifadə 

etməyə  çalışmışdı.  O  yazırdı  ki,  hələ  çar  Rusiyasının 

dağılması  ərəfəsində  türkçulər  və  turançılar  vahid  türk 

dövlətinin qurulması istəyində bulunsalar da, bunun imkansız 

olduğunu  anlamışdılar:  «Rusiyanın  xarabalıqları  üzərində 

vahid  deyil,  ayrı-ayrı  türk  dövlətləri  qurulur  və  yaxud 

qurulmaq  istənir.  Dünya  türklərinin  geopolitik  vəziyyəti, 

coğrafi  vəziyyət  etibarilə  dağınıq  və  bir-birilərindən  uzaq 

olmaları,  onları  ayrı-ayrı  dövlətlər  qurmağa  sövq  etmişdi. 

Doğrudur, «Müsavat» firqəsi bu vəziyyəti nəzərə almış və bu 

milli  dövlət  prinsipini  dilə  gətirərkən  bir  gün  bu  dövlətlərin 

federasiya yaradacaqlarını təsəvvür etmişdi. Fəqət o «bir gün» 

uzaq,  bu  gün  isə  yaxın  idi.  Türk  dünyasının  geopolitik 


www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

311 


vəziyyəti, mədəniyyət və kültür xüsusunda eyni məfkurə, qayə 

və  taktikaya  sahib  müxtəlif  türk  ellərini  siyasi-dövlətçilik 

sahəsində  məhəlli  yurdçuluq-vətənçilik  yoluna  sövq  etmişdi» 

[154,  201-202].  Onun  fikrincə,  bir  bütün  halda  başlayan  türk 

milli  hərəkatının  ayrı-ayrı  yurdçuluq  və  milli  dövlətçilik 

halına  gəlməsində  siyasi,  coğrafi,  iqtisadi  və  strateji  səbəblər 

mühüm rol oynamışdı. 

Məhz  bunun  nəticəsidir  ki,  Türkiyədə  milli  hərəkata 

başlayanlar  yalnız Anadolu  türklərini düşünmüş, onların  pro-

qramında  Türkiyə  xaricindəki  türklərdən  bəhs  olunmamış, 

hətta  Türkiyə  Misaqi-Millini  gerçəkləşdirmək  üçün  Qərbi 

Avropa imperialistləri ilə döyüşdə Türküstan, Krım, İdil-Ural 

və  Azərbaycan  türklərinin  mübarizə  apardıqları  Rusiya  ilə 

müttəfiq 

olmaq 

məcburiyyətində 



qalmışdı. 

Türkiyə 


Cümhuriyyəti qurulduqdan sonra da bu proses davam etmiş və 

türk  birliyi  uğrunda  mübarizə  aparan  «Türk  ocağı»  əvvəlcə 

fəaliyyətini  Türkiyə  ilə  məhdudlaşdırmış,  daha  sonra  isə  bir 

müddət qapanmışdır: «Artıq Türkiyədə bir Türkiyə türkçülüyü 

doğmuşdu və bu halın cığırından sapmış bir xətası olmaq üzrə 

«Anadolu  millətçiliyi»  epizodu  da  müşahidə  edilmişdi. 

«Anadolu» məcmuəsi ətrafında toplanan bir qrup ziyalılardan 

ibarət  zümrənin  irəli  sürdyü  iddiaya  görə  türklük  bir  millət 

deyil, bir irqdir və bu irqə Anadolu, Azərbaycan, Türküstan və 

i.a.  kimi  millətlər  daxildir»  [154,  206].  Doğrudan  da,  bu 

dövrdə  türkçülüyün  ideoloqu  sayılan  Z.Gökalp  belə 

türkçülüyün  və  turançılığın  real  siyasi-ideoloji  hədəfi  kimi 

türkiyəçiliyi  götürmüşdü.  Onun  fikrincə,  uzaq  gələcəkdə 

oğuzçuluq  və  daha  sonra  turançılıq  mümkündür  ki,  bu  isə 

daha  çox  siyasi  deyil,  mədəni  birlik  mahiyyətli  idi  [88,  38]. 

Gökalpın  bu  fikirlərini  əsas  tutaraq  M.B.Məmmədzadə  qeyd 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

312 



312 

edirdi ki, bu mənada artıq türkçülük-türk birliyi kimi romantik 

turançılıq da əski mənasını tamamilə dəyişdirmişdi. 

O  yazırdı  ki,  türkçülük  və  turançılıq  məsələsində 

«Müsavat»ın  1936-cı  ildə  qəbul  etdiyi  «Yeni  proqram 

əsasları»na 

görə, 

ümumi 


türkçülüklə 

Azərbaycan 

türkçülüyünü  ideal  bir  surətdə  birləşdirməyə  nail  olmaqdan 

ibarətdir. Yəni müsavatçılar da türk mədəni birliyinə sadiq və 

bağlı  qalmaqla  yanaşı,  müstəqil  Azərbaycan  türkçülüyü 

ideyasını müdafiə edirlər: «Müsavatçılıq böyük türk kültürünə 

bağlı,  milli,  mədəni  və  insani  dəyərləri  mənimsəyən, 

hürriyyət,  cümhuriyyət  və  istiqlal  idealına  sadiq  Azərbaycan 

vətənsevərliyidir.  Böyük  türklüyə  mənsub  bir  məmləkət 

olması  səbəbilə  Azərbaycan  digər  türk  elləri  ilə  kültürəl 

surətdə  bağlıdır.  Bu  bağlılığın  bundan  əvvəl  olduğu  kimi, 

bundan  sonra  da  qorunmasını  müsavatçılıq  ciddiyyətlə 

müdafiə edər» [154, 209]. 

Bununla da, Azərbaycan Milli İdeyasını müdafiə edən 

Məmmədzadə  və  başqa  müsavatçılar  hesab  etmişdilər  ki, 

azərbaycançılığın  tarixi  bir  missiyası  vardır.  Həmin  missiya 

«Müsavat»ın  «Yeni  proqram  əsasları»ında  öz  əksini  belə 

tapmışdı:  «Azərbaycan  qədim  zamanlardan  bəri  tarixin  müx-

təlif  dövrlərində  özünəməxsus  siyasi  varlıq  göstərərək 

müstəqil  dövlət  halında  yaşamışdır.  Azərbaycan  xalqı  isə 

müasir  millət  olmaq  üzrə  zəngin  bir  kültür  həyatına  malik 

bulunmuş  və  bunun  məntiqi  nəticəsi  olaraq  siyasi  bir  ideal 

daşımışdır.  Bu  ideala  tərcüman  olan  milli  Azərbaycan 

«Müsavat»  xalq  firqəsi  1918-ci  ildə  milli  Azərbaycan 

Cümhuriyyəti istiqlalının elanındakı təşəbbüsü, bu təşəbbüsün 

fikirdən işə keçirilməsi  yolundakı  fəaliyyəti və  nəhayət,  qızıl 

rus  istilasına  qarşı  milli  mücadilə  işində  göstərdiyi  yol 


www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

313 


göstərənliyi  ilə  bütün  azərbaycanlıların  biricik  siyasi 

təşəkkülüdür» [154, 209].  

Mirzə Balanın fikrincə,  istiqlal və milli dövlət ən yük-

sək,  ən  qüdsi  və  ən  insani  bir  məfkurəni  milli  sərhədlər 

daxilində  gerçəkləşdirmək  üçün  bir  vasitədir:  «Zatən  siyasi 

türkçülük, milli dövlət qurmaq hərəkatı milli varlığı qorumaq 

əndişəsindən  və  mədəni  millətçiliyi  gerçəkləşdirə  bilmək 

arzusundan  doğmamışdırmı?    Müstəqil  və  azad  bir  milli 

dövlət  həyatı  türk  mədəni  birliyini  tətbiq  etməkdən  və 

gerçəkləşdirə  bilməkdən  əlavə  millətin  fərdlərini  səadətə  və 

rifaha  qovuşdurmaq,  ictimai  bir  ədalət  və  bərabərlik  qura 

bilmək  üçün  də  lazımdır»  [154,  211].  Beləliklə,  o,  belə  bir 

doğru  nəticəyə  gəlir  ki,  «Müsavat»  partiyasının  liderliyi  ilə 

Azərbaycan  xalqı  ümmətçilikdən-islamçılıqdan  türkçülüyə, 

ümumi  türkçülükdən  Azərbaycan  türkçülüyünə-Azərbaycan 

milli  dövlətçiliyinə  doğru  böyük  bir  yol  keçmişdir:  «Əgər  o 

(«Müsavat»-F.Ə.),  «islamçılıq» dövründən  «ümumi türkçülü-

yə»,  oradan  da  türk  kültür  birliyinə  əsaslanan  «Azərbaycan 

milli  dövlətçiliyinə»  keçməmiş  olsaydı,  yerini  başqa  ifrat  və 

qeyri-milli firqələrə verəcəkdi» [154, 234]. 

 

1.2.

 

Milli azərbaycançılıq və Qafqazçılıq ideyası 

 

Mühacirət dövründə ən geniq yayılmış ideyalardan biri 



də  Qafqazçılıq  olmuşdur.  Qafqazçılığın  əsas  ideoloqlarından 

biri  M.Ə.Rəsulzadə  idi.  Onun  fikrincə,  bir  müddət 

panturanizmin  inqilabçı    ideyalarından  ilhamlanaraq  milli 

varlığını  qorumaq  ideyasına  çatan  Azərbaycan  xalqı  artıq 

hazırda  müstəqil  Qafqaz  Konfederasiyası  siyasi  birliyindən 

qıraqda  qurtuluş  olmadığnı  anlamışdı  [179,  63].  Bununla  da, 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

314 



314 

Rəsulzadə özəkçi Turan birliyi ideyasına qarşı olmaqla yanaşı, 

hətta gələcəkdə gerçəkləşməsini mümkün saydığı Türk dövlət-

lərinin  Türk  Federasiyası  ideyasının  belə,  obyektiv 

səbəblərdən  həmin  dövr  üçün  məqbul  olmadığını  anlayaraq, 

ən  ideal  variant  kimi  Qafqaz  Konfederasiyasını  müdafiə 

etmişdir.  Rəsulzadə  yazırdı:  «Biz  müstəqil  Qafqasiya  Kon-

fedarasiyası fikrini zamanın ən aktual bir tezisi olaraq müdafiə 

edirik» [181, 52]. 

Bu  isə  o  demək  idi  ki,  Rəsulzadə  Azərbaycan  milli 

ideyası ilə Qafqaz Birliyi ideyası arasında uzlaşmanın olması 

ilə  bağlı  da  ciddi  siyasi-nəzəri  müəddəalar  irəli  sürmüşdür. 

Hələ, 

Azərbaycan 



Cümhuriyyəti 

dövründə 

Qafqaz 

Konfederasiyası ideyasını irəli sürən Rəsulzadə yazırdı: «Mən 



Azərbaycanı  Qafqaz  İttifaq  dövlətinin  konfederativ  tərkib 

hissəsi  kimi  təsəvvür  edirəm.  Həmin  ittifaq  dövlətinin 

tərkibinə  Azərbaycan,  Gürcüstan,  Ermənistan  və  Şimali 

Qafqaz  daxil  olmalıdır»  [51,  186].  Bu  ideyanı  1919-cu  ilin 

noybarında  «Müsavat»ın  2-ci  qurultayında  da  müdafiə  edən 

Rəsulzadənin  təşəbbüsü  ilə  toplantı  iştirakçıları  Qafqaz 

respublikalarının  Qafqaz  Konfederasiyası  azad  ittifaqında 

birləşməsi ilə bağlı qətnamə də qəbul etmişdi [51, 186].  

Bu  dövrdə  Rəsulzadə  ilə  yanaşı  Ə.Ağaoğlu  və 

Ə.M.Topçubaşov  da  Qafqaz  birliyi  ideyasını  müdafiə 

etmişlər. Topçubaşov 1918-ci ildə qələmə aldığı «Azərbaycan 

Cümhuriyyətinin  yaradılması»  əsərində  yazırdı  ki,  Güney 

Qafqazın  üç  ulusu  (türklər,  gürcülər  və  ermənilər)  İsveçrə 

Respublikasında  olduğu  kimi  konfederasiya  əsasına  dayanan 

ortaq  bir  siyasi  yaşama  iqlim,  təbiət  özü  yönəldir: 

«Konfederasiya quruluşu düşüncəsi Güney Qafqazda olduqca 

geniş yayılmışdır. Bu düşüncə bu il (1918) aprelin 9-da bütün 


www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

315 


Güney  Qafqazın  bağımsızlığının  bildirilməsi,  ölkədə  bir 

yönətim  yaratmış  Ağalığın  yaradılması  ilə  sözdən  işə  keçdi. 

Bu  baxış  indi  də  yaşamaqda  olub,  istəyənləri  arasında 

ermənilərin,  gürcülərin,  azərbaycanlıların  orta-liberalları, 

ulusalçı partiyaları ilə yanaşı Güney Qafqazın bütün ellərinin 

birləşmək 

istəyən 

sosial-demokrat 

partiyaları 

da 


bulunmaqdadır»  [214

a

,  54-55].  O  yazırdı  ki,  Azərbaycan 



mütəfəkkirləri  və  dövlət  adamları  (Ə.Ağaoğlu,  Ə.M.Topçu-

başov,  M.Ə.Rəsulzadə  və  b.)  Qafqaz  Birliyi  ideyasını  1918-

1920-ci  illərdə  irəli  sürüb  müdafiə  etdikləri  kimi,  bu  gun  də 

onun  arxasında  dayanırlar:  «1918-ci  ildə  bu  məsələ  nə  qədər 

aktual idisə, bu gün də o qədər önəmli və aktualdır. Otuz iki 

ildən  bəri  davam  edən  müştərək  fəlakət  otuz  dörd  il  əvvəl 

duyulan  bu  zərurətin  ikna  qüvvətini  şübhəsiz  daha  ziyadə 

artırmışdır.  Mühacirətdəki  konfderasiyonçuluq  hərəkatı  da 

ancaq bu iddiayı isbat edər» [245, 178]. Bu mənada, 1934-cü 

ildə  Parisdə  ortaq  bir  Pakta  imza  atan  gürcülər,  şimalı 

qafqazlılar  və  azərbaycanlılar  Qafqaz  Cümhuriyyətləri  Kon-

federasiyasını yaratmaqla doğru yol tutmuşlar [245, 168]. 

1952-ci  ildə  Münhendəki  «Qafqaz»  dərgisində  nəşr 

olunan  «Qafqaz  məsələsi»  məqaləsində  Qafqaz  Konfedera-

siyasının  gerçəkləşməsi  yollarını  daha  dərindən  incələyən 

Rəsulzadə hesab edirdi ki, belə bir birliyin yaranmasını vacib 

edən  amillər  aşağıdakılardır:    birincisi,  «Qafqazın    nə  qövm, 

nə  kültür,  nə  də  irq  baxımından  Rusiya  ilə  heç  bir  ilgisi 

yoxdur»  [245,  173].  İkincisi,  «ekonomi  baxımından  Qafqaz, 

kəndinə  yetər  müstəqil  bir  vəhdətdir»  [245,  173].  Üçüncüsü, 

«strateji  baxımından  da,  Qafqaz  bir  bütündür»  [245,  173]. 

Dördüncüsü,  «aralarındakı  milli  və  kültürəl  özəlliklərə 

baxmayaraq,  Qafqaz  millətləri  ortaq  bir  ruh  və  xarakterə 


www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

316 



316 

malikdirlər  ki,  bu  Qafqaz  deyilən  psixolojik  bir  tipin 

yaranmasını  dəstəkləyən  ictimai  bir  çox  müəssisələrdə 

görükməkdədir»  [245,  174].  Beşincisi,  ən  əsası  «çarizmin  və 

bolşevizmin    hər  şeyi  bir  səviyyəyə  gətirən  ruslaşdırma, 

müstəmləkəçilik  siyasətinə  qarşı  mücadilədə  bütün  Qafqaz 

millətləri birləşməlidilər» [245, 174]. Çünki çar Rusiyasından 

sonra Sovet Rusiyasının da Qafqaz millətlərinə qarşı yürütdyü 

işğalçı  siyasət  bir  daha  göstərdi  ki,  «geopolitik  bir  vəhdət 

təşkil  edən  Qafqaz  daxilində  yaşayan  millətlər  eyni 

müqəddərata malikdirlər» [245, 175]. Bütün bunlardan sonra 

Rəsulzadə belə bir nəticəyə gəlirdi: «Türkiyə Cümhuriyyəti və 

İran  kimi  güneydəki  müsəlman  dövlətləri  ilə  qüzeydəki 

xristian  Rusiya  arasında  bir  Eta  tampon  (hail  hökumət) 

halində  qurulacaq  Qafqaz  Konfederasyonu  isə  məsələni 

məqbul  bir  tərzdə  həll  edə  bilir.  Gürcülərlə  ermənilər  Türk-

Müsəlman  dünyasında  boğulmaq  təhlükəsindən  özlərini 

masun  görür,  azərbaycanlılarla,  Şimali  Qafqaz  müsəlmanları 

da  quzeydən  gələcək  təhlükəyə  qarşı  öz  qonşularıyla  yapmış 

olduqları ittifaq sayəsində təmin edilmiş olurlar» [245, 175].  

Rəsulzadənin  fikrincə,  belə  bir  ittifaqın  varlığının 

Qafqazdakı  türk  ünsürünə  xələl  gətirə  bilərmi  sualına  isə 

azərbaycanlı  mütəfəkkirlərin  cavabı  budur:  «Ekonomi 

baxımından  qüvvətli,  kültür  baxımından  qüdrətli  olan 

Azərbaycan  böylə  bir  kombinezonda  öz  önəmini  itirmək 

riskinə  heç  bir  zaman  məruz  deyildir.  Əksinə,  Qafqaz 

millətləri ailəsində Türk ünsürünə özünə layiq bir rol oynamaq 

müqəddərdir»  [245,  176].  Rəsulzadə  inanırdı  ki,  Qafqaz 

Birliyi 

məsələsində 

Türkiyə 

Cümhuriyyəti 

Sovet 

Rusiyasından  fərqli  olaraq  imperalist  yol  tutmamışdır.  Artıq 



böyük  Atatürkün  sayəsində,  Türkiyə  demokratik  bir  xətt 
1   ...   27   28   29   30   31   32   33   34   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə