İntellektual-Elektron Kitabxananın təqdimatında



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə32/58
tarix06.05.2017
ölçüsü3,32 Mb.
1   ...   28   29   30   31   32   33   34   35   ...   58

www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

317 


seçmiş  və  onu  davam  etdirməkdədir.  Onun  fikrincə, 

Türkiyənin  bu  xətti  isə  Qafqaz  Birliyini  nəinki  inkar  edir, 

əksinə 

onun 


yaranmasının 

tərəfdarıdır: 

«Türkiyə 

Cümhuriyyətinin  müqəddəratını  idarə  edənlər  hər  fırsatta 

bugünkü milli hüdudlar xaricində heçbir əməl daşımadıqlarını 

israr  və  önəmlə  elan  etməkdədirlər.  Patriotizm  mənasında 

anlaşılan  türk  milliyyətçiliyi  ilə,  Qafqazya  Konfederasiyon 

fikri arasında qətiyyən bir təzad yoxdur» [245, 177]. O, böyük 

uzaqgörənliklə onu da əlavə edirdi ki, çürük əsaslara söykənən 

SSRİ  dağıldıqdan  sonra  qurutlacaq  Qafqazın  alacağı  siyasi 

idarə  şəkli  haqqında  indidən  qərara  gəlmənin  həyati  önəmi 

vardı: «Gələcək Qafqaz rejimi haqqında indidən dəqiq bir fikir 

və qənaət birliyi təmin etməlidir. Bu təmin edilmədən Qafqaz 

millətlərinin  ən  az  qüvvət  və  fədəkarlıq  sərfiylə  ən  çox 

hürriyyət    və  istiqlal  imkanlarına  qovuşmaq  imkansızdır… 

Buna  məhəl  buraxmayacaq  biricik  tədbir  isə,  Qafqaz 

Konfederasiyası  ideyasının  bütün  əlaqədarlarca  indidən 

ciddiyyət və önəmlə ələ alınmasıdır!» [245, 179].  

Göründüyü  kimi,  Rəsulzadə  Azərbaycan  milli 

ideyasını  müdafiə  etməklə  yanaşı,  yeni  turançılıq-yeni 

türkçülk  və  qafqazçılıq  ideyalarının  onunla  hansı  yönlərdən 

uzlaşdırıla  biləcəyi  ilə  bağlı  siyasi-ideoloji  təkliflərlə  çıxış 

etmişdir. 

Bununla 


da, 

Rəsulzadə 

bir 

tərəfdən, 



azərbaycançılığın  türkçülüklə,  eyni  zamanda  müəyyən  qədər 

islamçılıqla bağlılığını daima qoryub salxamış, digər tərəfdən, 

bu ideyanın demokratiyaya zidd olmadığını ifadə etmək üçün 

Azərbaycanın  Qafqaz  Birliyi  ideyasının  əsas  tərəfdarı 

olduğunu göstərmişdir. 

Qeyd  edək  ki,  hazırda  istər  Azərbaycanda,  istərsə 

ondan  kənarda  bəzi  politoloqlar,  tədqiqatçı  alimlər,  ictimai-


www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

318 



318 

siyasi  xadimlər  və  başqaları  qafqazçılıq  ideyası  ilə  bağlı 

müxtəlif  mülahizələr  irəli  sürürlər.  Bəziləri  hesab  edirlər  ki, 

qafqazçılıq  ideyası  və  identikliyi  artıq  əsrlərin  sücgəcindən 

gəlib  keçən  və  müəyyən  bir  psixoloji  fenomen  kimi 

formalaşan  tarixi  hadisədir  [281,  4].  Məsələn,  akademik 

Əfrand  Daşdəmirov  yazır  ki,  artıq  neçə  əsrlərdən  bəri 

Qafqazda  yaşayan  ayrı-ayrı  etnoslar  (türk,  kvartel,  slavyan, 

dağıstan  və  b.)  eyni  tarixi  hadisələri  yaşamaları,  ortaq 

mədəniyyəti  paylaşmaları,  eyni  zamanda  zaman-zaman  bir-

birlərinə  yaxınlaşaraq  qohumlaşmaları  baxımından  Qafqaz 

mədəniyyəti,  Qafqaz  tarixi,  Qafqaz  adət-ənənələri,  Qafqaz 

mentaliteti    adı  altında  birləşiblər  [264,  16].  Bütün  onların 

göstəricisidir ki, vaxtilə M.Ə.Rəsulzadənin qafqazçılıq ideyası 

ilə  bağlı  irəli  sürdüyü  müddəalar  bu  gün  də  öz  aktuallığını 

qoruyub saxlamaqdadır. 

 

1.3.

 

Milli azərbaycançılıq və milli təsanüd  

Mühacirət dövründə milli aydınlarımızın ən çox diqqət 

yetirdiyi  məsələlərdən  biri  də  Sovet  Rusiyasının  işğalçılıq 

siyasətinin, o cümlədən bolşevizm «demokratiyası»nın tənqidi 

və buna qarşı qoyduğu Azərbaycançılıq və milli təsanüdçülük 

(həmrəylik)  ideyası  olmuşdur.  Onların  fikrincə,  sovetlərin 

qondarma  beynəlmiləlçiliyi  və  «kommunizm»  təbliğatı  artıq 

qeyri-rus millətləri arasında özünə yer tapmır. Buna səbəb isə 

bolşeviklərin sözləri ilə əməllərinin üst-üstə düşməməsidir.  

Onlar sosializmin yaranması və inkişafı tarixinə nəzər 

salaraq  göstərirdilər  ki,  elmi  əsasları  alman  filosofları 

K.Marks  və  F.Engels  tərəfindən  qoyulan  kommunizm  rus 

bolşeviklərincə  tamam  başqa  hala  gətirilmişdir.  Bu  mənada, 

SSRİ  dönəmindəki  kommunizm  nəinki  xalqlara  azadlıq 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

319 


gətirmiş,  əksinə  onların  bütün  hüquq  və  azadlıqlarını 

tamamilə  əllərindən  almışdır.  Bu  mənada,  SSRİ  rejiminin 

zülmündən  ən  çox  əziyyət  çəkənlər  isə  qeyri-rus  millətlər,  o 

cümlədən Türk-müsəlman xalqları olmuşdur. Ona görə də, rus 

kommunizminin  əsil  mahiyyətinin  dünya  ictimayyətinin 

diqqətinə çatdırılması vacibdir.  

Milli  ideoloq  M.Ə.Rəsulzadə  yazırdı  ki,  bolşeviklərin 

lideri  Lenin  1917-ci  il  oktyabr  inqilabına  qədər  və  inqilabın 

ilk  dövrlərində  özü  də,  hər  bir  millətin  ayrı  yaşamaq 

hüququnun  olduğunu  irəli  sürmüşdü.  Ancaq  bolşeviklər 

Leninin  bu  formulunu  «mərama  müvafiq  olarsa»  qeydi  ilə 

qəbul  etmişlər.  Bolşeviklərin  milliyyət  məsələsində  fəaliyyət 

proqramı  kimi  qəbul  etdiyi  bu  tezisə  görə,  guya  sovet 

federalizmi isə müvvəqətidir, ittifaqı təşkil edən üzvlərin hansı 

istərsə ittifaqı tərk etmək haqqına malikdir: «Ancaq bu xəyali 

bir  istiqlal  idi.  «Sovetlər  ittifaqı»  təşkilati-əsasiyyəsi  -  ölkə 

ruslar tərəfindən birmənalı şəkildə idarə olunur. MİK  «ittifaq 

şurası»  və  «millətlər  şurası»  rusların  əlindədir.  O  birisi 

cümhuriyyətlərin  heç  bir  səlahiyyəti  yoxdur.  Sovet 

federasiyonunu  təşkil  edən  cümhuriyyətlərin  yalnız  adı 

cümhuriyyətdir»  [187,  61].  Bütövlükdə,  bolşeviklərin  Şərq 

siyasətini  Rəsulzadə,  belə  dəyərləndirirdi:  «Rus  «Lafonten»i 

məşhur  Krılovun  «istifadə  edə  bilmədiyimizi  hədiyyə  edirik»- 

deyə  bir  misrası  vardır.  Bolşeviklərin  Şərq  məmləkətləri 

haqqındakı comərdlikləri də bu yöndəndir. Əlləri çatmadıqlarını 

hədiyyə  edirlər…  Bu,  parlaq  manevr  idi.  Manevrə  idi-deyirik, 

çünki  manevrə  olmayıb  da  Sovet  hökumətinin  Şərqdəki 

qonşuları ilə dostluğu həqiqi və hər cürə istismar iştihasından ari 

həqiqətpərvaranə  bir  əsasə  istinad  etmiş  olsaydı  o  zaman  biz 

aradakı siyasi razılıq və uyğunluğa baxmayaraq, Şərq millətləri 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

320 



320 

ilə Sovet arasında sənələrcə davam edən və hələ də bir cürə həll 

edilməyən  iqtsadi  ixtilaflarla  ticarət  mübarizələrinə  şahid 

olmazdıq» [187, 74-75].  

M.Ə.Rəsulzadə kommunizmə və faşizmə qarşı qoyduğu 

milli təsanüd ideyasını 1930-1940-cı illərdə irəli sürsə də, onun 

kökü  Azərbaycan  Cümhuriyyəti  dövrünə  gedib  çıxır.  Hələ, 

«Əsrimizin Siyavuşu» əsərində Rəsulzadə milli-dini  dəyərlərlə 

liberalizmin  ortaq  nöqtələrinin  tapılmasının  zəruriliyindən 

bəhs  etmişdir.  Bununla  da  həmin  kitabında  milli  təsanüd 

ideyasına  ötəri  şəkildə  toxunan  mühacirət  dövründə  bu 

məsələyə  əsaslı  şəkildə  yanaşmışdır.  O,  «Milli  mücadilədə 

sosial  şüarlar»  məqaləsində  yazırdı  ki,  indi  başlıca  problem 

«milli  dava  və  sosial  məsələ»yə  aydınlıq  gətirməkdir:  «Bir 

kərə  «millət»in  özü  ictimai,  yəni  sosial  bir  anlamdır.  Milli 

dava dəxi, əhatəli və ötkün bir baxışla, sosial bir davadır. Bir 

millət nə zaman müstəqil olur və bu istiqlalı nə üçün istəyir? 

Bu  suallara  cavab  aradığımız  zaman  milli  istiqlal  davası  ilə 

sosial  məsələlər  arasında  ayrılıq  deyil,  dərin  bir  bağlılıq 

olduğunu  görürük.  Bir  millətin  dışarıya  qarşı  həqiqi  istiqlalı, 

içəridəki  milli  hakimiyyətinin  həqiqiliyi  ilə  mütənasibdir. 

Dövlətlər  arasındakı  «milli  istiqlal»  anlamının  bir  dövlət 

içindəki  qarşılığı,  «milli  hakimiyyət»  sözündəki  mənadır» 

[181, 58-59]. 

Onun  fikrincə,  hürriyyət,  milliyyət  və  istiqlal  kimi 

mücərrəd siyasi şüarlar,  münəvvər kütləyə xitab edən  və  onları 

inqilablaşdıran  anlamlardır.  Çünki  geniş  xalq  təbəqələrini 

ayaqlandırmaq  üçün,  sadə  şüarlar  kafi  deyildir.  Onlar  hərəkətə 

keçmək  üçün,  daha  maddi  və  daha  aydın  şüarlar  istər.  Bu 

mənada,  bolşeviklərdən  fərqli  olaraq  İtaliyada  Mussolin, 

Almaniyada  isə  Hitler  sosial  şüarlardan  milli  mənfəətlər  üçün 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

321 


istifadə  edir.  Bolşeviklər  sosial  şüarlarını  beynəlmiləl  proletar 

sinfi uğrunda mübarizə adı ilə təqdim etdikləri halda, Mussolin 

və  Hitler  isə,  bütün  bunları  milli  şüarlar  kimi  qələmə  verirlər. 

M.Ə.Rəsulzadənin  fikrincə,  bolşevizm  olmasaydı  İtaliya  və 

Almaniyada  faşizm  bu  dərəcədə  uğur  qazanmazdı.  Yəni  rus 

bolşevizmi  təhlükəsi  İtaliya  və  Almaniyada  millətçiliyn  radikal 

şəkildə ortaya çıxmasına səbəb olmuşdur [181, 60-61].  

«Milli  dava  və  sosial  məsələ»  problemindən  çıxış  yolu 

kimi  milli  təsanüdü  qəbul  edən  Rəsulzadə  yazırdı  ki, 

Cümhuriyyət  dövründə  bu  məsələlər  arasında    uzlaşmanın 

yaranmamasının  bir  sıra  səbəbləri  olmuşdur:  «O  zaman  bir 

tərəfdən  liberalizm,  digər  tərəfdən  də  internasyonal  sosializm 

cərəyanlarının  zamana  hakim  təsirlərinə  rəğmən,  milliyyətçi 

qalmağı bacaran «Müsavat» üçün indiki ümumi ruhdan mülhəm 

olaraq, daha milli bir siyasət də daha təsanüdçü sosial bir sistem 

təsbit  etmək  qeyri  mümkün  idi!…»  [181,  66].  Bu  baxımdan 

1930-cu illərdə «Müsavat»ın proqramına sosial məsələlərlə bağlı 

bir sıra dəyişikliklərin edildiyini önə çəkən Rəsulzadə yazırdı ki, 

bu  milli  həmrəylik  anlayışıdır.  Onun  fikrincə,  yalnız  milli 

təsanüd  demokratik  dövlətin  əsas  ideologiyası  ola  bilər.  Bu 

zaman nə liberalizmə, nə də bolşevizmə ehtiyac qalacaq. Burada 

əsas məsələ milli çərçivə daxilində sosial məsələləri həll etmək 

cəhdidir.  Şübhəsiz  ki,  bu  zaman  kommunizmin  doğurduğu 

bolşevizm  və  s.  kimi  bəlaları  özündən  uzaq  tutmaqla  yanaşı, 

milli təsanüdçülük kapitalizmin də mənfi tərəflərini rədd edirdi: 

«Milli  istiqlal  mücadiləsinin  müvəffəqiyyəti  və  onun  bir  kütlə 

hərəkatı  olaraq,  şumulluluğu  üçün  milliyyətçilərə  sosial 

məsələlərlə məşğul olmaq zərurət və bu məsələləri milli davanın 

faydası  namına  həll  etmək  isə  borcdur!  Sadə  istiqlal  şüarı 

məmləkətin geniş xalq kütlələrini toplayaraq mücadiləyə çəkmək 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

322 



322 

üçün kafi deyildir. Uğrunda mücadilə edilən «istiqlalın» daşıdığı 

sosial mənanı da açmalıdır ki, milli hərəkat düşmənlərinə kütləyi 

şaşırtmaq üçün demaqogiyasına imkan qalmasın!…» [181, 66].  

O hesab edirdi ki, sosial məsələni milli məsələnin bir his-

səsinə çevirməklə bolşevikləri sıradan çıxarmaq mümkündür. Bu 

baxımdan onun əsas məqsədi sosial məsələnin millətçiliyə zidd 

olmadığını sübut etmək idi: «Düşmənimiz bolşevizm üçün mil-

liyyət,  keçici  bir  taktika  məsələsi  isə,  bizim  üçün  sosial  islahat 

heç də öylə deyildir. Bu, öz başına təsanüdlü və məsud bir varlıq 

təsəvvür etdiyimiz ahəngdar milli cəmiyyətin həm davamı, həm 

də istiqlalının təmini üçün zəruri və daimi bir qayədir!…» [244, 

51].  

M.Ə.Rəsulzadənin milli təsanüd ideyası, milli məsələ ilə 



sosial  məsələnin  kəsişdiyi  bir  nöqtə  idi.  O,  bu  ideyanı  irəli 

sürməklə sübut etmək istəyirdi ki, sosial məsələləri milli məsələ-

lərə  qarşı  qoymağın  heç  bir  mənası  yoxdur.  Rəsulzadə  sosial 

məsələlərin  milli  məsələlərə  zidd  olmadığını,  əksinə,  onunla 

bağlı  olduğuna  inanırdı.  Beləliklə,  milli  ideoloq  əsas  fikirlərini 

milli  məsələ  ilə  sosial  məsələnin  təsanüdünə,  yəni  onların 

həmrəyliyinə  yönəltmişdir.  Mühacirət  dövründə  Rəsulzadənin 

milli  ideyaya,  o  cümlədən  milli  həmrəylik  fəlsəfəsinə  sonsuz 

dərəcədə  inaması  bir  daha  göstərir  ki,  o  bir  milli  ideoloq  kimi 

Azərbaycan  Cümhuriyyətinin  memarıdır.  Elə  bir  memar  ki, 

Rəsulzadənin ideyaları əldə əsas tutarlarsa, bu dövlət əbədiyyən 

yaşamaq gücünə malikdir.  

M.B.Məmmədzadənin  fikrincə  də,  27  aprel  faciəsinin 

kommunistlərin hər yerdə çığırdıqları və bağırdıqları kimi, Azər-

baycan kəndli və işçisinin inqilabı deyil, sadə Rusiya ordusunun 

vəhşicə istilası olması hər kəsə aydın və açıqdır [154, 155]. Bunu 

nəzərə  alaraq,  o  qeyd  edirdi  ki,  Azərbaycan  türk  xalqının 


www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

323 


məsumanə  axan  qanından  yaranan  milli  intibah  rus  ağalığının 

son  qəbir  daşı  olacaqdır:  «Ey  türk  xalqı!  Səni  azad  edəcək  və 

xoşbəxt yaşadacaq mübarizəyə bütün qüvvənlə hazırlaş, səni bu 

mübarizə  xilas  edəcəkdir!  Azərbaycanın  istiqlalını  bir  dəfə 

qurdun, iknici dəfə də qurmaq bacarığına maliksən. Düşmənini 

tanı,  milli  intibahını  yüksəlt,  haqq  səninlədir»  [154,  156].  Bu 

fikirlərinin davamı olaraq Məmmədzadə  yazırdı:  «Bir millət  ya 

yetişmişdir,  öz  haqqına  müdrikdir,  müştərək  milli  bir  şüura 

malikdir  və  yaxud  əksinə  olaraq  ölgündür,  ictimai  bir  üzviyyət 

halına gəlməmişdir» [241]. 

M.Ə.Rəsulzadənin  «rus  kommunizmi»nə  qarşı  irəli 

sürdüyü  milli  həmrəylik  (solidarizm)  ideyasını  müdafiə  edən 

Məmmədzadə  yazırdı  ki,  «Müsavat»ın  «Yeni  proqram 

əsasları»na görə, müstəqil türk dövlətində nə ifrat liberalizmə, nə 

də kommunizmə yer olmayacaqdı: «Bu qənaətlə o, fərdi azadlıq 

və şəxsi mülkiyyət əsasını siyasət və iqtisad prinsipi olaraq qəbul 

etməklə bərabər, əsrimizin gündən-günə qüvvətlənən bir sintezi 

halında  olan  həmrəylik  (solidarizm)  sistemi  gərəyincə  dövlətlə 

cəmiyyətin  haqlarını  tanıyır  və  onların  çarpışan  zümrə 

mənfəətləri  üzərində  nizamlayıcı  rolunu  oynamağa  mükəlləf 

müəssisələr  olduğunu  qədul  edir.  Bu  surətlə  müsavatçılıq  milli 

birlik və həmrəyliyi əsas olaraq qəbul edir, hər cür sinif və zümrə 

hakimiyyətini  rədd  edir»  [154,  211].  Bu  proqrama  görə,  türk 

mədəniyyətinin  inkişafı  və  təkamülü,  Azərbaycan  türkünün 

səadəti  və  rifahı  belə  bir  milli  həmərylik  sistemi  daxilində 

mümkündür.  Artıq  burada  fərdi  azadlıq  və  fərdi  mülkiyyət  ilə 

yanaşı, ümüminin mənfəəti də vardır. Məmmədzadə yazır: «Bu 

tezisdə cəmiyyət də (bütün) var, fərd də (tək). Fərdi hürriyyət və 

mülkiyyət,  ümumun,  bütünün,  dövlətin  –  millətin  ali 

mənafelərinə  zərər  vurmamalıdır.  Ona  görə  millət-dövlət  fərdi 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

324 



324 

hürriyyət  və  mülkiyyətləri  kontrol  etmək  haqqına  malikdir» 

[154, 212].  

«Rus kommunizmi» ideologiyasına qarşı çıxan türkoloq 



Əhməd  Cəfəroğlu  (1899-1975)  «Dil  guşəsi»  məqaləsində 

yazırdı  ki,  çar  Rusiyası  dövründən  başlayan  dildə  və  dində 

ruslaşdırma siyasəti sovet dövründə də davam etməkdədir: «Türk 

qardaşlarmızdan başqa dünyanın heç bir yerində heç bir millət və 

qövm  öz  doğma  dili  ilə  aldadılaraq  milli  ruhundan  və 

əqidəsindən  uzaqlaşdırılmamışdır.  Sərhədləri  az  qala  Ağrı 

dağının ətəklərinə qədər uzanan, dünənə qədər torpaqlarında hürr 

və azad yaşayan Azərbaycanda rus istilasının təsiri altında, kim 

bilir, nə qədər sıravi türk və hətta türk ziyalısı ana dilində düzgün 

yazmağı-oxumağı 

bacarır?!» 

[63, 


296]. 

Fikrimizcə, 

Ə.Cəfəroğlunun  o  zaman  yazdıqlarının  bu  gün  nə  dərəcədə 

aktual  olmasının  geniş  şərhə  ehtiyacı  yoxdur.  Çox  təəssüflər 

olsun  ki,  ruslaşdırma  siyasəti  nəticəsində  bugünkü  Azərbaycan 

insanlarının,  xüsusilə  onun  ziyalısının  xeyli  bir  qismi  yalnız 

rusca  yazmağı-oxumağı  bacarır.  Bu  isə  əlbəttə,  milli  şüurun 

formalaşmasının  qarşısını  alan  zərərli  amillərdəndir.  Məhz 

çarizm və sovet dövründə bu günü nəzərə alan antiazərbaycan və 

antitürk ideolaqları ruslaşdırma siyasətinin əsasını qoymuşdular.  

Cəfəroğlu  haqlı  olaraq  yazırdı  ki,  çarizm  və  sovetlər 

dönəmində Rusiya türklərinin, o cümlədən azəri türklərin dilini 

tədqiqat  obyektinə  çevirmələri  heç  də  səmimi  xaratker 

daşımamışdır.  Belə  ki,  ruslar  bir  əsrə  yaxın  əsarət  altında 

saxladığı millətin ləhcəsində nəinki bəsit bir qrammatika kitabı, 

heç adi bir lüğət  də hazrlamamışlar. O yazır: «Bu hər şeydən 

əvvəl  dili  bir,  qanı  və  tarixi  bir  iki  qardaş  türkü,  yəni 

Azərbaycan  və  Türkiyəni  bir-birindən  ayırmaq  siyasətinin 

nəticəsidir.  Yoxsa,  hətta  ədəbi  dilə  malik  olmayan  hər  hansı 


www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

325 


bir türk qövmünün ləhcəsinə aid ortaya yüzlərlə əsər qoyan rus 

şərqşünaslarının  daha  inkişaf  etmiş  ədəbiyyata  və  dilə  malik 

azərilərin  üzərindən  belə  səssiz-səmirsiz  keçmələri  başqa  cür 

izah edilə bilməz» [63, 297]. 

Çarizm  və  sovet  ideoloqları  yaxşı  başa  düşürdülər  ki, 

türklər  milli  kimliklərini,  dilini,  mədəniyyətini,  ədəbiyyatını, 

tarixini  daha  dərindən  yaxşı  anladıqca,  onların  müstəmləkəçilik 

ideyaları türklər arasında geniş yayılmayacaqdır. Bu isə əlbəttə, 

rus  şovinistlərinə  sərf  etmirdi.  Bu  baxımdan  rus  millətçilərinin 

türklərin öz dillərini tədqiq etmələrinə, yeni ədəbiyyat yaratma-

larına qısqanclıqla yanaşması təbii idi. Bir sözlə, rus millətçiləri 

türklərə  məktəblərdə,  universitetlərdə  təhsil  almağa  şərait 

yaradır,  ancaq  bu  zaman  ruslaşdırma  siyasətini,  yəni  türklərin 

türk  kimi  deyil,  rus  kimi  (zahirən  isə  sovet  milləti  kimi) 

düşünməyə vadar etməyi unutmurdular. Cəfəroğlu yazır:  «Türk 

ziyalısına universitet kürsüsünü yalnız milli varlığından ayrılmaq 

və  xristinalığı  qəbul  etmək  şərti  ilə  vermək,  türk  müəllimlərini 

orta  məktəbdə  tarix  dərslərini  keçmək  hüququndan  məhrum 

etmək,  Rusiyadakı  türklərin  Türkiyə  mətbuatını    izləmələrinin 

qarşısını almaq kimi şərtlər irəli sürən bu «mədəniyyət» əslində 

hər vasitə ilə türkləri geri çəkməyə xidmət göstrirdi. Çox güman 

ki,  elə  bu  səbəbdən  də  rus  inqilabçısı  Çadeyev  Rusiyanın 

keçmişini qaranlıq, dünənini məhcul, gələcəyini isə bərbad hesab 

etmişdi» [63, 299]. 

 Şübhəsiz  ki,  çar  və  sovet  Rusiyasında  türklərə  qarşı 

yeridilən ruslaşdırma siyasəti təsirsiz ötüşməmişdir. Sözdə milli 

dil və milli mədəniyyətdən bəhs açan bolşeviklər gerçəklikdə isə 

türk vəhdətinin və milli birliyinin parçalanması uğrunda çalışır-

dılar.  Rusiya  əsarətindəki  türk  qövmlərinin  az  qala  hər  birinin 


www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

326 



326 

dilini  «müstəqil  dil»  və  «cümhuriyyət»  elan  edən  bolşeviklərin 

əsas məqsədi vahid türk dilinin və millətini parçalamaq idi.  

Bu  baxımdan  Azərbaycan  işğal  olunduqdan  sonra 

Türkiyə və Azərbaycan türkləri arasındakı dil və millət birliyini 

aradan qaldırmaq üçün ilk növbədə Azərbaycanda latın yazısını 

həyata  keçirməyə  başladı.  Guya,    bununla  türklərə  xidmət 

etdiklərini iddia edən bolşeviklərin əslində məqsədləri vahid türk 

toplumlarını  bir-birindən  ayrımaq  idi.  Bu  baxımdan  Azərbayan 

türk  dövlətinin  əsaslarını  sarsıtmaq  üçün  ilk  zərbə  dil  birliyinə 

vuruldu. Cəfəroğlu yazır: «Bolşeviklər bir tərəfdən iki qardaş və 

həmsərhəd  ölkə  arasındakı  dil  vəhdətini  pozmağa  çalışarkən,  o 

biri  tərəfdən  də  Rusiyada  yaşayan  türkləri  bir-birlərindən  və 

tarixlərindən  ayırmaq  üçün  dərhal  latın  əlifbasının  tətbiqinə 

girişdilər»  [63,  301].  Onun  fikrincə,  nəticədə  bolşeviklər  istək-

lərinə  çatdılar:  iki  qardaş  türk  xalqı  bir-birlərinin  yazılarını  və 

kitablarını  oxumayacaq  duruma  gətirildi.  Türklər  dil  və  siyasi 

birlik baxımından müxtəlif cərəyanlara ayrıldılar.  

Ancaq  bolşeviklər  bu  yolla  türk  dil  və  türk  birliyinin 

süqutuna çalışarkən Türkiyənin də latın yazısına keçməsi vəziy-

yəti  dəyişdi.  Bununla  da  yenidən  türk  birliyi  ideyası  gücləndi. 

Bolşeviklər  güman  edirdilər  ki,  Türkiyə  bir  çox  səbəblərə  görə 

(İslam dini və s.) heç bir zaman ərəb əlifbasından imtina etməyə-

cək.  Bununla  da  Rusiya  türkləri  Türkiyə  türklərindən  bütün 

sahələrdə (mədəniyyət, dil, əlifba və s.) bir-birlərindən fərqli yol 

tutmuş  olacaqlar.  Ən  əsası  əsarət  altındakı  Rusiya  türkləri  heç 

vaxt Türkiyə türklərindən mənəvi qida ala bilməyəcəklər. Ancaq 

Türkiyənin latın əlifbasına keçməsi ilə bolşeviklər əvvəlcə Türki-

yədə  və  sovet  Rusiyasında  nəşr  olunan  qəzet  və  kitabların  bir-

birlərinə çatdırılması ilə bağlı qərar qəbul etsə də, bunun sonralar 

faydasız olduğunu anlayaraq rus-kiril əlifbasına keçməklə bağlı 

1   ...   28   29   30   31   32   33   34   35   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə