İntellektual-Elektron Kitabxananın təqdimatında



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə33/58
tarix06.05.2017
ölçüsü3,32 Mb.
1   ...   29   30   31   32   33   34   35   36   ...   58

www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

327 


qərar qəbul etdi. Beləliklə, Azərbaycan və Türkiyə türkləri ara-

sında dil sahəsindəki birliyə ciddi zərbə vurulmuş oldu. 

Bütün bunlara baxmayaraq Azərbaycan milli ideyasının  

Azərbaycan  türklərinin  şüurunda  yaşamasına  inanan  Cəfəroğlu 

yazırdı  ki,  haqq  və  istiqlal  eşqi,  istiqbal  və  milliyyət  davası 

könüllərdə  yer  tapdığı  bir  zamanda  nə  qırmızı  xəncər,  nə  də 

boğazdan yuxarı şənliklər kimsəni qorxutmur. Onun fikrincə, hər 

bir türk Azərbaycan türklərinin izzəti-nəfsinə endirilən vicdansız 

zərbəni  bir  daha  göz  önünə  gətirməklə,  Azərbaycan  milli 

məfkurəsinin  nə  qədər  uca  amal  olduğuna  inanır.  O  yazırdı  ki, 

dil,  mədəniyyət,  milli  mənlik  və  əxlaq  etibari  ilə  türklüyə  tam 

yad  olan  qüvvənin  illərdən  bəri  vurduğu  zərbələr  yalnız  bir 

məqsədə  və  bir  hədəfə  yönəldilmişdir:  «Azərbaycanı  türksüz 

qoymaq,  istiqlal  və  milliyyət  ruhunu  kökündən  qoparıb  atmaq! 

Bu isə bir daha onu göstərir ki, Azəri türkləri istiqlala layiq, hürr 

yaşamağa hazır, yetişmiş bir millətdir. On üç ildən bəri rusların 

istismarına  və  təzyiqlərinə  qarşı  aparılan  inadlı  çarpışmalar, 

axıdılan  qanlar,  daxildə  və  xaricdə  ucaldılan  mübarizə  sədaları 

məhz  bu  yetkin  millətin  istiqlaldan  dönməyəcək  əzmə  və  milli 

varlığa malik olmasının göstəricisidir» [63, 351-352]. 

O qeyd edir ki, Türkiyəyə yardım göstərmək, milli istiq-

lalın tam şəkildə təmin olunmasına kömək etmək adı ilə maska-

lanan  bolşeviklər  Azərbaycanın  istiqlalına  son  qoyaraq,  keçmiş 

çar Rusiyasının sərhədlərini bərpa etmək niyyəti güdmüşdü. Bu 

məqsədlə  milli  ordu  buraxıldı,  milli  müəssisələr  ləğv  olundu, 

türk  məmurlarının  yerinə  erməni  və  ruslar  gətirildi.  Milli 

Cümhuriyyətin  istiqlal  ruhu  şər  qüvvə  kimi  Azərbaycandan 

çıxarıldı, milli ruhun daşıyıcıları olan ziyalıları istisnasız şəkildə 

məhv  edildi.  «Türk  Azərbaycanı»nda  bundan  sonra  türklərin 

qonaq,  rusların  isə  həqiqi  «ev  sahibi»  olduğunu  qeyd  edən 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

328 



328 

Cəfəroğlu yazırdı ki, artıq ruslara yad və yabançı görünən milli 

türk  istiqlalı  yerinə  rus  qoxulu  müjik  ruhu  Azərbaycanı  işğal 

etmişdi: «Azərbaycan başdan-başa qırmızı bayraqlarla bəzədildi, 

əhali isə qorxu və təhdidlə susdurularaq lallığa məhkum olundu. 

Oktyabr dili  «zəfər dili»  elan  edildi. Hər  şey  dəyişdirildi. Milli 

istiqlal ruhu ilə yaşayan millət Azərbaycan uğrunda mübarizədən 

kənarlaşdırıldı»  [63,  353].  Beləliklə,  «türksüz  Azərbaycan» 

yaradılması  üçün  əhali  yurd-yuvasından  çıxarıldı.  Cəfəroğlu 

yazır:  «İstəklərindən  uzaq  düşmək  istəməyənlər  qürbət  ellərə 

yayıldılar. Millətinin, milliyyətinin adı üzərindən götürüldü. Sən 

mənliksiz,  sahibsiz,  Türksüz  buraxıldın»  [63,  355].  Onun 

fikrincə,  lakin  Türk  yenilər,  amma  ölməz:  «Onun  varlığı 

başlanğıcsız və sonsuzdur. Bu böyük varlıq hər zaman müqəddəs 

olmuş və müqəddəs qalacaqdır. Türkün yurdu türk tarixində bir 

çox 27 nisanlar  yaşamış,  lakin heç vaxt idealını qeyb  etməmiş, 

istiqlaliyyətini unutmamışdır» [63, 355].   

Yeri  gəlmişkən,  hələ  də  sıralarmızda  Azərbaycanın 

şimalının  çar  Rusiyası  tərəfindən  işğalına  haqq  qazandıranlarla 

yanaşı,  eyni  aqibətə  uğramış  Azərbaycan  Cümhuriyyətinin 

faciəvi  taleyinə  müsbət  don  geyindirmək  istəyənlər  də  tapılır. 

Bəzi 


«ziyalılarmız» 

iddia 


edirlər 

ki, 


Azərbaycan 

Cümhuriyyətinin sovet  Rusiyası tərəfindən işğalı mənfi hal olsa 

da, Sovetlər Birliyi dövründə Sovet Azərbaycanı hansısa uğurlar 

əldə  etmişdir.  Bu  fikirlə  müəyyən  mənada  razılaşmaqla  yanaşı, 

hesab  edirik  ki,  Azərbaycan  türk  milləti  hansı  adla 

adlanmasından (çarizm, bolşevizm) aslı olmayaraq heç vaxt rus 

müstəmləkəsi  ilə  razılaşmamış,  onun  adət-ənənələrini, 

mədəniyyətini,  dilini  və  milli  kimliyini  assimilyasiya  etməyə 

çalışan, var-dövlətini mənimsəyən müstəmləkəçilərə qarşı bütün 

sahələrdə daima mübarizə aparmışdır. Bu mübarizə çarizmin və 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

329 


bolşevizmin ən çox tüğyan etdiyi zamanlarda belə özünü büruzə 

vermişdir.  

Bu  baxımdan  hazırda  çarizmin  və  bolşevizmin  bizə 

«miras» qoyub getdiyi bir çox «adət-ənənələr» var ki, xalqımız 

sözün həqiqi mənasında ondan qurtula bilmiş deyildir. Bu ən 

çox  özünü  dilimizdə,  mədəniyyətimizdə,  ədəbiyyatımızda  bir 

sözlə, həyatımızın bütün vacib sahələrində özünü büruzə verir. 

Çox  təəssüflər  olsun  ki,  bir  çox  ziyalılarımız  obyektiv  və 

subyektiv  səbəblərə  görə  milli  ideyanı-Azərbaycan  türkçü-

lüyünü  anlmaqda  zorluq  çəkir,  çarizm  və  bolşevizmin  əsil 

üzünü  görmək  əvəzinə  orada  yalnız  müsbət  meyarlar 

axtarırlar.  Əlbəttə,  biz  keçmişə  aid  bütün  məsələlərə 

destruktiv  yanaşmanın  da  əleyhinəyik.  Ancaq  bütün  hallarda 

çarizm  və  bolşevizm  dövründə  Azərbaycan  türkləri  arasında 

yaranmış «Rusiya və rus düşmənçiliyi»ni təsadüfi də saymaq 

mümkün  deyildir.  Azərbaycan  türkləri  onun  istiqlaliyyətini 

(Azərbaycan 

Türk 


Xanlıqlarını 

və 


Azərbaycan 

Cümhuriyyətini)  əlindən  alan  və  bütün  sahələrdə  ona  qarşı 

düşmən  münasibət  bəsləyən  Rusiyanın  müstəmləkəçilik 

siyasətinə başqa cür yanaşa da bilməz. Bu baxımdan Cəfəroğlu 

doğru qeyd edir ki, hələ XIX əsrdə «Rusiya və rus düşmənçiliyi 

beləcə  şüurlu  şəkildə  azəri  şairləri  arasında  geniş  yayılmışdı» 

[63, 212]. 

Gördüyümüz kimi, Azərbaycan türk milləti arasında çar-

izm və bolşevizm dövrlərində yaranan «Rusiya və rus düşmən-

çiliyi»nin  əsasında,  müstəmləkəçilik  və  ruslaşdırma  siyasəti 

dayanmışdı. Rus şovinistləri yerli türkləri nə qədər assimilyasiya 

etməyə  cəhd  göstərir,  bu  mənada  onun  etnik  kimliyini,  dilini, 

mədəniyyətini  saxtalaşdırır,  vətənindən  sürgün  edir,  İran 

Azərbaycanı və Türkiyədəki dindaşları və soydaşları ilə əlaqəni 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

330 



330 

kəsməyə çalışırdısa və s. bütün bunlar təbii olaraq etiraza səbəb 

olmuşdu. Bu məsələ ilə bağlı Ə.Cəfəroğlunun gəldiyi qənaət də 

doğrudur:  «Rus  hakim  dairələrinin  qarşılarına  qoyduqları  əsas 

məsələ  yerli  əhalini  çox  da  qorxutmadan  Qafqaz  türkləri 

arasındakı  istiqlal  fikrinin  kökünü  birdəfəlik  kəsmək,  digər  iki 

qonşu  islam  ölkəsinin  –  İranın  və  Türkiyənin  Azərbaycan 

üzərindəki siyasi və dini imkanlarını birdəfəlik aradan qaldırmaq 

idi.  Rus  idarəçilərinin  fikrincə,  bu  məqsədə  çatmaq  üçün  ən 

müvafiq  yol  yerli  Qafqaz  millətlərini  ruslaşdırmaq,  onların 

arasında  mümkün  qədər  tez  müddətdə  özünə  sədaqətli  zümrə 

yaratmaq idi» [63, 230]. Ancaq Azərbaycan türkləri milli və dini 

dəyərlərini Rus-Qərb-Avropa müstəmləkəçiliyinə  qarşı qoymağı 

bacarmış, Türk-İslam birliyindən heç vaxt geri çəkilməmişlər. 

Azərbaycan Cümhuriyyətinin müstəqilliyi əlindən aldığı 

üçün  Sovet  Rusiyasına  bəslədiyi    kini  gizlətməyən  Almas 



İldırım  yazırdı  ki,  milli  istiqlalsız  ona  nə  «Yeni  dünya»-Sovet 

beynəlmiləlçliliyi, nə də «rus kommunizmi»  lazım deyildir. O, 

«Mənim  türküm»  şeirində  sovet  beynəlmiləlçiliyinə  olan 

nifrətinin  və  vətənə  olan  sevigisinin  ifadəsi  olaraq  yazırdı: 

«Qafqasın  eşqi  bütün  zər  dolu  dünyaya  dəyər,  Desələr  yurdu 

unut,  al  «Yeni  dünya»yı  əgər,  Söylərəm,  eşqimi  ver,  haqqımı 

ver,  yurdumu  ver,  Dinləsin  qoy  bütün  aləm  bu  boğulmaz 

səsimi!» [116, 89]. 

Sovet  beynəlmiləlçliliyi-«rus  kommunizmi»nə  qarşı 

türkçülüyü-islamçılığı qoyan A.İldırım Azərbaycan Milli İdeya-

sının  bir  zaman  müqəddəs  inqilabla  gerçəkləşəcəyinə  inanırdı. 

Bu  inamla  da  A.İldırım  «Müqəddəs  ixtilal»  şeirində  yazırdı:  

«Doğan  günəşlə  qopsun  bir  axın  vəlvələsi,  Görünsün  qan 

köpüklu  qasırğanın  yeləsi,  Bitsin  əsir  türklüyün,  bitsin  artıq 

çilləsi,  Nə  zəncirli  bir  Qafqas,  nə  qan  qusan  bir  Ural,  İxtilal 


www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

331 


istəyirəm,  müqəddəs  bir  ixtilal»  [116,  133].  XX  əsrdə  hürr  bir 

aləmdə, bir millətin azadlığının əlindən alınması kimi faciəli bir 

vəziyyət  ola  bilməz.  Bu  baxımdan  «hürr  bir  aləmdə  insan 

hürriyyətinə  məlun  bir  qüvvət  kimi  zəncir  vurana  lənət»  deyən 

şair qeyd edirdi ki, Tanrı ona keçmişdən bir anını versəydi, bir 

məşəl yaxaraq azad bir cəmiyyət qurardı: «Qazardım könüllərdə 

yalnız  tək  bir  ideal:  «İnsanlara  hürriyyət,  millətlərə  istiqlal!». 

Hardasan,  ey  xilaskar  Bozqurdum,  çıx  yoluma,  Hardasan,  ey 

Teymurun  qüdrəti,  gəl  qoluma,  Şimşəklər  kimi  bir  an  mən 

çaxmaq istiyorum» [116, 136]. 

Azərbaycan milli ideoloqu M.Ə.Rəsulzadənin «İnsanlara 

hürriyyət, millətələr istiqlal!» devizini bir ideal kimi qəbul edən 

A.İldırım  və  yüzlərlə  milli  istiqlal  şəhidlərimiz  Azərbaycanın 

istiqlalı  yolunda  təkcə  özünü  deyil,  ailəsini  və  övladlarını  da 

qurban vermişlər. Halbuki 1920-1930-cu illərdə bəzi şair-mütə-

fəkkirlərimiz  kimi,  A.İldırım  da  Stalinə,  Leninə  və  başqalarına 

məhdiyyələr  yazaraq  vətənində  rahatca  yaşaya  bilərdi.  Ancaq 

A.İldırım üçün Vətən-Azərbaycan, Millət-Türk, İstiqlal-Azadlıq 

sevdası  hər  şeydən  –  ailədən  də,  övladlardan  da,  rahat 

yaşamaqdan  da  öndə  dayanırdı.  Çünki  Almas  İldırımın  həyat 

devizi belə idi: öncə vətən, öncə millət, öncə istiqlal.  

«Rus  kommunizmi»ni  «Azərbaycan  mühitinə  və 

ümumiyyətlə  türk  və  islam  dünyasına  tamamilə  yabançı  və 

zərərli  bir  doktrina»  adlandıran  Əbdülvahab  Məmmədzadə 



(Yurdsevər)  isə  yazırdı  ki,  Azərbaycanın  istiqlalını  qəsb  edən 

SSRİ  rejiminin  ömrü  uzun  olmayacaqdır.  O,  buna  əsas  kimi 

sovet  istismarçılığını  və  bolşeviklərin  saxta  beynəlmiləlçiliyini 

göstərmişdir: «Sovetlər beynəlmiləlçilikdən bəhs etdikləri halda, 

tamamilə  Rus  hakimiyyət  təmayüllərinə  istinad  edirlər.  Bu 

təmayüllər  xüsusilə  Stalin  dövründə  bütün  çılpaqlığı  ilə  ortaya 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

332 



332 

çıxdı. Bu gün Sovet imperatorluğunun hüdud bölgələrində vaqe 

olan  məhkum  ölkələr,  türklər  də  daxil  olmaqla  qeyri-rus 

ünsürlərlə məskunlaşmışlar. Bunlardan heç birinin rusluqla milli 

və tarixi bağlılıqları yoxdur» [247

a

, 46]. 



O yazırdı ki, SSRİ rəhbərliyi çarlıq müstəmləkə impera-

torluğundan  formalaşan bütün bu qeyri-rus ölkələri parça-parça 

edərək,  çeşidli  adlar  altında  müxtəlif  bölgələrə  qarışdırıdqan 

sonra, həm siyasi, iqtisadi və hərbi istismara tabe etməkdə, həm 

də  milli  varlıqların  tədricən  məhvə  məruz  qoyaraq  tamamilə 

ruslaşdırmaqdadır.  Beləliklə,  sözdə  müstəmləkəçiliyə  müxalif 

olan  Sovet  hökuməti  çarlıq  müstəmləkələrini  haqlı  göstərmək 

üçün  bəzi  doktrinalar  uydurmuşdur:  ««Beynəlmiləlçi»  Sovet 

məntiqinə  görə,  rus  xalqı  və  məhkum  millətlər  Birinci  Pyotr, 

Suvorov,  Kutuzov,  və  Aleksandr  Nevski  kimi  rus  tarixi 

simalarını  milli  qəhrəman  olaraq  anmalı  və  təqdir  etməlidirlər. 

Bunun  əksinə  olaraq,  Şimali  Qafqazlılar  Şeyx  Şamillərini, 

azərbaycanlılar  Cavad  xanlarını,  türküstanlılar  Əmir  Teymur-

larını  və  digər  milli  qəhrəmanlarını  dilə  belə  gətirə  bilməzlər. 

Buna  qarşı  hərəkət  edənlər  partiyadan,  işdən  atılmaqda  və  ağır 

cəzalarla üzləşməkdədirlər» [247

a

, 46]. 


Yurdsevər daha sonra  yazırdı ki, SSRİ  rejiminin əsarəti 

altında olan ölkələrdə milli tarix və ədəbiyyata dair bütün əsərlər 

kitabxanalardan  yığışdırıldığı  kimi,  bu  cür  əsərlər  evlərdə  ələ 

keçirildiyi  vaxtda  bir  günah  dəlili  olaraq  ev  sahibi  əleyhinə 

qoyulmuşdur:  «Sovet  rejimi  din  və  vicdan  azadlığı  tanımadığı 

üçün  came  və  məscidlərin  yüzdə  doxsanını  dağıtmış,  dini 

etiqadların açıq bildirən partiyalı və partiyasızları şiddətlə təqib 

etmişdir.  Bütün  bunların  fövqündə  sovet  idarəsi  məhkum 

ölkələrin ətrafında qalın bir dəmir pərdə çəkərək azad dünya ilə 

və öz yaxın irqdaşları ilə hər cür milli, dini, ədəbi, mədəni, siyasi 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

333 


və  iqtisadi  bağlarını  kəsmişdir»  [247

a

,  47].  Ümumiyyətlə, 



Yurdsevər  yaradıcılığında  bir  tərəfdən  Sovetlər  Birliyi 

imperiyasının iç üzünü açıb göstərməyə çalışmış, digər tərəfdən 

isə Azərbaycan Milli İdeyasını geniş şəkildə təbliğ etmişdir.  

Mühacir  aydınımız  Əhməd  Qaraca  (1929-2005)    da 

«Azərbaycan»  aylıq  dərgisində  nəşr  olunan  «Kommunist-Rus 

imperializminin yeni taktikaları» (1976) məqaləsində yazırdı ki. 

Türk Cümhuriyyəti Azərbaycan Rus imperializminin silah gücü 

ilə istilaya məruz qalmışdı  [238

a

,  172].  Qaraca  hesab  edirdi  ki, 



çar    Rusiyası  kimi  kommunist  Rusiya  da  müstəmləkə  halına 

saldığı  ölkələrdən  bir  çevik  qalxan  meydana  gətirmişdir.  Onun 

fikrincə, çar Rusiyası müstəmləkə imperatorluğunu qura bilmək 

üçün  dünən  xristanlığı-slvayanlığı  necə  silah  etmişdisə,  Sovet 

Rusiyasının  rəbhərləri  də  kommunizmi  eyni  şəkildə  yıxıcı, 

bölücü  bir  silah  olaraq  millətlərin  başına  bəla  etmişdir: 

«Kommunistlər  Rusiyada  ağları  məğlub  edərək,  iqtidarı  ələ 

keçirdikdən  sonra  çarlıq  müstəmləkəsi  olmaqdan  qurtulmuş 

millətləri  təkrar  işğalı  altına  almağı  planlaşdırmış,  xaricdən 

gələcək  qüvvələrə  qarşı  bu  ölkələrdən    qalxan  kimi  istifadə 

etmək istəmişdir. Bu etibarla kommunist rus imperalistlərinin 

Türküstan,  Ukrayna,  İdil-Ural,  Krım  –  Şimali  Qafqaz, 

Azərbaycan, Gürcüstan və Ermənistan kimi ölkələri silah gücü 

ilə ələ keçirdiyi zaman, eynilə bu gün olduğu kimi, o gün də 

kapitalist  Batı-Qərb ilə  birlikdə hürr dünya dilsiz, kar və kor 

davranış  içində  qalmışdır»  [238

a

,  173].  Onun  fikrincə, 



kommunist  rus  imperalistləri  çar  Rusiyası  boyunduruğundan 

qurtulan ölkələri yenidən işğal etdikdən sonra, ikinci bir hasarı 

daha  qurtaraq  özünü  həm  təhlükəsizlik  içində  saxlamış,  həm 

də dəmir pərdə ilə əhatə etdiyi bu ölkələrdə yeni müstəmləkə 

yerləri  tapmışdır.  Belə  ki,  rus  bolşevikləri  1-ci  Pyotrun 


www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

334 



334 

vəsiyyətini  yerinə  yetirmək  üçün  yeni  müstəmləkə  torpaqları 

əldə  etməyə  çalışmışdır:  «Vaxtilə  Məhəmməd  Əmin 

Rəsulzadələrin,  Mustafa  Çokayların,  Ayaz  İshaklərin,  Çələbi 

Cahan  və  Cəfər  Seyil  Əhməd  Krımlıların,  Məhəmməd  Əmin 

Buğraların və digər əsir Türk elləri fikir və elm  adamlarının 

xəbərdarlıqlarına  qulaq  asan  hürr  dünya  ölkələri,  indi  də 

Soljentsınların,  Saxarovların  Qızıl  Rus  imperializminin  bu 

dırmanmasının Batı-Qərb mədəniyyətinin yıxılışı olacağı əmr-

lərini görməməzliyə vura bilməzlər» [238

a

, 173]. 


Bu dövrdə Azərbaycan Milli Mərkəzinin və Azərbaycan 

Kültür Dərnəyinin fəal üzvlərindən olan  Məhəmməd Gəngərli 



(1914-2006)  bir  çox  məqalələrində  SSRİ  rejiminin  mahiyyətini 

açmağa  çalışmışdır.  O,  «Xaincəsinə  boğulan  bir  səs» 

məqaləsində  yazırdı  ki,  Azərbaycan  türkləri  tarix  boyunca  hürr 

və müstəqil yaşamağa alışmış bir millətdir. Onun milli varlığının 

ana  prinsipi  isə  hər  zaman  azlıq  təşkil  edən  etnoslara  deyil, 

bilavasitə onların haqq və hüququnu çeynəməyə yönələn yırtıcı 

ruhlu müstəmləkəçilərə qarşı yönəlmişdir. Gəngərli hesab edirdi 

ki,  1920-ci  ilin  27  aprelində  Azərbaycan  türklərinin  Hürriyyət, 

İstiqlal və Milli hakimiyyət səsi xaincəsinə boğulmuşdu: «Azəri 

türklərinin  bütün  təbii  zənginliklərinə,  şəxsi  mülklərinə  milli 

sərvətlərinə, kültür, sənət, tarix və ədəbiyyatına yabançı bir elin 

qonduğu, tarixi milli abidələrin, mədrəsələrin, camelərin və dini 

ziyarətgahların  yıxıldığı,  türkcə  tədrisatın  ruscaya  çevrildiyi, 

Türk böyükləri, şairləri yerinə rusların öyrədildiyi, Azəri münəv-

vərlərinin  çeşidli  bəhanələrlə  topdan  Sibir  əsir  düşərgələrinə 

sürüldüyü və kəndlilərin dövlət hesabına səhərdən axşama qədər 

qədər  çalışmaya  məcbur  edildiyi  milli,  dini  ənənələrin,  örf  və 

gələnəklərin ruslaşdırıldığı bir gün» [229, 157]. 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

335 


Mühacir  aydınımıza  görə,  nə  öz  torpağımız,  nə  də  bu 

torpağın yetişdirmiş olduğu Milli Azərbaycan gəncliyi Azərbay-

can  Milli  İstiqlalı  uğrunda  mübarizə  aparmış  mücahidləri  bir 

anda  özlərindən  ayrı  görməyəcəkdir.  Gəngərliyə  görə,  bu 

mənada  gənc  nəslin  üzərinə  düşən  tək,  fəqət  çox  məsuliyyətli 

ideal Milli bir vəzifə vardır. Bu, Milli vəzifə isə ondan ibarətdir 

ki, hər bir gənc  Azərbaycan Milli İstiqlal ideyasına bütün varlığı 

ilə sarılmalıdır: «Davanı mənimsəmək, ondan uzaqda qalmamaq, 

təklif  və  dəvət  gözləməmək,  ona  ciddiyyət  və  səmimiyyətlə 

bağlanmaq,  heç  bir  maddi  mənfəət  gözləmədən  mücadiləyə 

qatılmaq, onun ana prinsiplərinə  sadiq qalmaq – qeydsiz-şərtsiz 

Milli  İstiqlal  hədəfini  güdmək,  bu  ülvi,  milli  qayəni    ziyanlı 

mahiyyətdə  olan  pozğun  fəaliyyətlərə  qarşı  əli  silahlı  növbə 

gözləyən bir əsgər kimi durmaq deməkdir» [229, 159]. Ziyalımız 

onu  da  qeyd  edirdi  ki,  Azərbaycanın  rus-bolşevik  istilasına 

cəbrən girdiyi gündən bəri həyatın ən təhlükəli və acı günlərini 

əzablarla  yaşamış,  hələ  də  yaşamaqda  olan  Azərbaycan  Türk 

gəncliyi  bu  qorxunc  hadisələrdən  ibrət  alaraq  Milli  hədəflərini, 

bütün  enerjilərini  doğru  istiqamdə  inkişaf  etdirməlidirlər.    Belə 

ki,  bütün  Azərbaycan  türkləri  «İstiqlal,  Hürriyyət  və  Milli 

Hegemonluq» 

şuarı 


altında 

birləşərək  mənəviyyatının 

sapsağlam,  Milli  Davada  səbatlı  olduğunu  bir  kərə  dünya 

ictimaiyyətinə çatdırmalıdır. 

Başqa bir aydınımız Çingiz Göygöl də yazılarında «Rus 

kommunizmi»nin  əsil  mahiyyətini  ifşa  etməyə  və  Azərbaycan 

Milli  İdeyasını  yaşatmağa  çalışmışdır.  Onun  fikrincə,  rus 

bolşevizminə mübarizədə müsəlmanlar, o cümlədən türklər daha 

çox  gözə  çarpırlar:  «Bu  əhval  və  şərait  altında  kosmopolit  və 

internasional bir platforma içərisində  qeyri rusların  mənlik və 

varlıqlarının, ənənə və adətlərinin Rus Kommunist qaynar qaza-


www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

336 



336 

nında əriməsi üçün böyük qeyrət sərf edildiyi də inkar edilməz 

bir həqiqətdir. Türk və Müsəlman xalqlar üzərində bu təzyiq və 

qeyrət  son  həddini  bulmaqdadır»  [239

a

,  177-178].  Göygöl 



yazırdı  ki,  sovet  ideoloqları  Azərbaycan  türklərinin  tarixini, 

mədəniyyətini,  soykökünü  və  dilini  saxtalaşdırmaq  üçün  bütün 

vasitələrə  əl  atırlar:  «Azərbaycanlıların  Türk  olmayıb  Alban 

əslindən  olduğu  saxta  tezisini  isbat  etmək  üçün  Sovet 

tarixçilərincə  coşqun  fəaliyyət  göstərilməkdədir.  Türk  dili  və 

fonetikasına heç bir şəkildə uymayan Rus hərflərinin qəbulu ilə 

kifayətlənməyən  kommunistlər  bütün  elmi  olan  kəlmələrin  də 

ruscada  olanların  eyni  olması  məcburiyyətini  qoymuşlar.  Bu 

məmləkətlərdə olan ərəbcə, farsca, türkcə dəyişikliklərin ruscada 

olanların  dəyişdirilməsi  məcburən  təmin  edilməkdədir.  Bütün 

bunlara  riayətsizlik  kommunist  əleyhdarlığı  və  siyasi  günah 

sayılmaqdadır.  Bütün  bu  tədbirlərdə  tək  qayə,  Rus  Kommunist 

diktaturası  altında  yaşayanların  Kosmopolit  Rus  Kommunist 

qaynar qazan içərisində  mənlik və varlıqlarını itirərək, fərdlərin 

bir Rus köləsi halına gəlmələrini saxlamaqdır» [239

a

, 178].  



Ziyalımıza  görə,  Rus  kosmopolitizmi  uğrunda  atılan 

ciddi  tədbirlər  əhəmiyyətsiz  sayılmayacaq  dərəcədə  təsirlərini 

göstərməkdədir.    Bu  baxımdan  Rus  kosmopolitizminə  qarşı 

mübarizə aparmaq əsas məsələlərdən birinə çevrilmişdir. Göygöl 

yazırdı  ki,  Sovet  diktaturasının  müstəmləkəsinə  çevrilmiş 

millətlərin  üzərində  həssaslıqla  durmalı  olduğu  əsas  məsələ  də 

Rus kosmopolitizminin təsirinin nəticəsiz qalmasını saxlamaqdır. 

Ona görə də kommunistlərin iqtisadi, ictimai, kültürəl və başqa 

sahələrdə  basqı,  məhvetmə  siyasətləriən  qarşı  istilada  olanlar 

ciddi  və  daimi  şəkildə  müqavimət  göstərməlidirlər.  Göygöl 

yazırdı:  «Əlbəttə  bu  amili  əsaslandıran  ruhun  Milli  Ruh 

olduğuna  kimsə  tərəddüd  etməz.  Bolşevik  kommunistlərin 


1   ...   29   30   31   32   33   34   35   36   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə