İntellektual-Elektron Kitabxananın təqdimatında



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə34/58
tarix06.05.2017
ölçüsü3,32 Mb.
1   ...   30   31   32   33   34   35   36   37   ...   58

www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

337 


üzərində  həssaslıqla  durduqları  məhvedilməsi  və  tənəzzülə 

uğradılması üçün ən çox məşğul olduqları yenə Milli Ruhdur. Bu 

ruh, insanlara hürriyyət, millətlərə gələcək təmin edən ən mühüm 

ünsürdür.  Bolşevik  kommunistlərcə  təqibə  uğrayan  insanlarda 

milli  ruh  və  ən  üstün  vəsf  olunandır.  Milli  ruhun    insanlar 

içərsindən  silinərək  onun  yerinə  Kosmopolit  Marksizm  və 

Leninizm öndərləri yetişdirmək istənilməkdədir ki, bu öndərlərin 

insanlar  arasında  qardaşlıqda  başqa  sinfi  ayrılıqları  və  mənfəət 

toxumları  samaq  qayəsini  güddüyünü,  indiyə  qədərki  hadisələr 

bizə açıqlamaqdadır» [239

a

, 178-179].  



Bu doğrudan da bir həqiqət idi ki, mübarizə İslam-Türk 

mədəniyyətinə  əsaslanan  Milli  Ruhla  Rus-Qərb-Avropa  

mədəniyyətinə  söykənən  Rus  Kosmopolitizmi  arasında  gedirdi. 

Rus  kosmopolitizminin  əsas  qayəsi  də  bolşevik  Kommunist 

istilası altındakı millətlərdə Milli Ruhun məhv edilməsi idi. Milli 

Ruhun  daşıyıcları  bunu  anladıqları  üçün  bütün  vasitələrlə  Rus 

kosmopolitizminə qarşı çıxırdılar. Göygöl də məhz bunu nəzərə 

alaraq  Milli  Ruhun  Rus  kosmopolitizminə  qarşı  dayanmasının 

vacibliyindən  bəhs  etmişdir:  «…bu  gün  qurtuluş  üçün  üzərində 

həssaslıqla durulması lazım gələn ünsürün mili ruh olduğu bütün 

çılpaqlığı  ilə  çözülməkdədir.  Mili  ruhun  tənəzzülü  və  ortadan 

itməsi yalnız millətlərə deyil, ümumən insanlığa köləlik, hürriy-

yətsizlik,  haqq  və  hüquqdan  məhrumiyyət  gətirir.  Bu  etibarla  

millətlərdə  mövcud  milli  ruhun  mühafizəsi  insanlığın  üzərində 

ciddiyyətlə  durması  lazım  gələn  bir  məsələdir.  Milli  ruhun 

mövcudiyyəti ilə  «Millətlərə istiqlal, insanlığa hürriyyət» təmin 

edilə  bilir.  Milli  ruhun  mühafizəsi  üçün  bütün  millətlərin 

müştərək  qüvvə  sərf  etmələri  zərurəti,  bu  gün  dünəndən  daha 

çox ehtiyac halındadır» [239

a

, 180]. 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

338 



338 

Süleyman Təkinərin də «Tarix boyunca kommunistvari 

fikir və hərəkatlar» məqaləsində yazırdı ki, kommunizm ideyası 

birdən-birə meydana çıxmamış, müəyyən bir təkamül mərhələsi 

keçmişdir. Onun fikrincə, kommunizmin yaranmasında əsas rol 

Karl Marks və Fridrix Engelsə məxsus olsa da, o, özünün daha 

yüksək  mərhələsini  Rusiyada  tapmışdır.  Ancaq  Marks  və 

Engelsin düşündüyü kommunizmlə V.Leninin və İ.V.Stalinin 

uyğuladığı  kommunizm  xeyli  dərəcədə  fərqli  olmuşdur: 

«Fərdlərini bir robot halına gətirməklə qəddar bir diktatorluq 

quran Rus kommunistləri, bu gün  Rusiyada artıq sosializmin 

gerçəkləşmiş olduğunu iddia edirlər. Əcəba, bugünkü Sovetlər 

Birliyi  deyilən fərdlər və millətlər həbsxanasında sosializmin 

gerçəkləmiş olduğunu iddia etmək mümkündürmü?» [240

a

]. 



Mühacir ziyalımıza görə, Sovetlər Birliyindəki ictimai 

ədalətsizlik  və  sosial  bərabərsizlik  dünyanın  heç  bir  mədəni 

məmləkətində 

yoxdur. 


Çünki 

Staxnovçuluq, 

Krivonosovçuluq, Vineqradovçuluq və sair buna bənzər adlar 

altında  xalqın  bütün  təbəqələri  arasında  hasilə  gətirilən 

aristokrat  təbəqələrinin  sahib  olduqları  geniş  imtiyazlara 

dünyanın  heç  bir  tərəfində  rast  gəlinmir.  Yalnız  bu  Sovet 

aristokratiyası  tərəfindən  dəstəklənən  kiçik  tiranlar  qrupu  bu 

böyük  məmləkətin  idarəsini  geniş  xalq  kütlələrinin  arzuları 

xilafına  olaraq,  yalnız  zülm  sayəsində  əllərində  tuta  bilərlər. 

Təkinər  yazırdı:  «Digər  tərəfdən  «Rus  imperializminin 

qorxunc  bir  silahı»  halına  gəlməklə  artıq  bir  ideologiya 

olmaqdan  çoxdan  çıxmış  olan  kommunizm  bu  gün  marksist 

internasionalizmindən 

artıq 


Rus 

şovinizmini 

təmsil 

etməkdədir.  Fəqət,  insan  cəmiyyətinin  təbii  əsaslarını  



yıxmaqla  təbiət  qanunlarına  qarşı  çıxan  kommunizmin 

«İnsanlara 

hürriyyət, 

millətlərə 

istiqlal» 

parolunu 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

339 


mənimsəyərək,  insanlıq  mədəniyyətini  də  yaşatmağa  əzm 

etmiş  olan  Hürr  Millətlərin  bu  dərin  iman  və  sarsılmaz 

iradələri  qarşısında  tez-gec  yıxılacağından  əsla  şübhə 

edilməməlidir» [240

a

]. 


Azərbaycan  milli  ideyasının  gerçəkləşməsi  üçün 

əlindən gələni edən, bu baxımdan yaradıcılığında Azərbaycan 

istiqlal  davası  tarixinə  və  Azərbaycan  türk  mədəniyyətinə 

mühüm  yer  ayıran  Hüseyn  Baykara  (1904-1984)  olmuşdur. 

Azərbaycanın  milli  azadlıq  hərəkatına  yaradıcılığında  xüsusi 

yer  verən  H.Baykara  yazırdı  ki,  ona  aid  «Azərbaycan 

mədəniyyəti tarixi» ilə «Azərbaycan istiqlal mübarizəsi tarixi» 

kitabları  Azərbaycanın  azadlıq  mübarizəsinin  əlifbasıdır  [52, 

7].  

Mühacir  ziyalılarımızdan  Nağı  Şeyxzamanlının 



fikrincə də, hər bir Azərbaycan türkünün ürəyi  iki  müqəddəs 

varlıq  ilə  doludur:  «Birisi  din  duyğusu,  digəri  milli  duyğu. 

Azərilər  bu  iki  müqəddəs  varlıqlarını  sevimli  milli 

bayraqlarında  da  əks  etdirmişdilər.  Azərbaycan  bayrağı 

üçrənglidir: yaşıl rəng islamiyyəti təmsil edir. Qırmızı rəng və 

ay-ulduz müasirçiliyi təmsil edir. Üçüncü rəngi olan mavi isə 

soyunu  təmsil  edir.  Hər  bir  azərinin  fikri  istiqlal  duyğusu  ilə 

doludur»  [206,  103]. Şeyxzamanlı  «Dərdləşmə»  məqaləsində 

yazırdı ki, bəzi mühacirlər Azərbaycan Milli İdeyası uğrunda 

aparılan  mübarizəni  doğru  qiymətləndirə  bilmirlər.  Belə  ki, 

indiyə  qədər  Sovet  Rusiyasına  qarşı  aparılan  Milli  Azadlıq 

Mübarizəsinin  rolunu  və  yerini  aşağı  endirirlər.  Halbuki 

Azərbaycan mühacirləri Vətəndən ayrı düşdükləri ilk günlərdən 

etibarən  daima  Azərbaycanın  azadlığı  uğrunda  mübarizə 

aparmışlar.  Doğrudur,  ilk  illərdə  Azərbaycan  mühacirləri 

arasında  parakəndəlik  olmuş  və  bir  yerdə  mübarizə  aparmaqda 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

340 



340 

çətinlik  çəkmişlər.  Ancaq  bu  çox  uzun  sürməmiş, 

M.Ə.Rəsulzadənin  Rusiyanı  gizli  yollarla  tərk  edərək  İstanbula 

gəlməsi  ilə  vəziyyət  yaxşılığa  doğru  dəyişmişdir.  Şeyxzamanlı 

yazırdı:  «Azərbaycan  istiqlal  mübarizəsinin  böyük  lideri 

Məhəmməd  Əmin  Rəsulzadənin  İstanbula  gəlişi  yurddaşlarda 

böyük  bir  sevinc  yaratmışdır.  İlk  iş  olaraq  yurddaşlar  «Milli 

Komitə»  adı  altında  birləşərək  Əmin  bəyi  rəhbər  seçdilər. 

İllərdən  bəri  özünü  hiss  etdirən  boşluq  Milli  Komitənin  nəşr 

etdiyi «Yeni Qafqasiya» məcmuəsi və bunun ardınca çıxan digər 

mətbuat  orqanları  tərəfindən  doldurulmuş  oldu»  [206

a

,  170]. 



Şeyxzamanlının  fikrincə,  Rəsulzadənin  mühacirlər  arasında 

yaratdığı  birlik  və  bərabərlik  hazırda  da  davam  etməkdədir. 

Çünki  Rəsulzadə  Azərbaycanın  bir  gün  Milli  İstiqlala 

qovuşacağı inamını həmin nəşrlərdə yazdığı məqalələrdə onlara 

aşılıya bilmişdir: «Azərbaycan Milli Mübarizəsinin böyük lideri 

mərhum  Məhəmməd  Əmin  Rəsulzadənin  qurduğu  bu  nəşr 

sistemi günümüzə qədər davam etməkdədir» [206

a

, 174]. 



Mühacir  ziyalılardan  Cəmil  Ünal  artıq  1980-ci  illərin 

sonlarına  doğru  Azərbaycan  türklərinin  Milli  İstiqlala  qovuş-

acağına tamamilə inanırdı. O, 1990-cı ildə qələmə aldığı «Yeni-

dən doğuş» məqaləsində yazırdı ki, Azərbaycan Türk millətinin 

tək dayanağı Allaha təslimiyyət və Türklük şüurudur:  «Hər kəs 

hürriyyət istəyir, istiqlal deyə hayqırır. İnsanca yaşamanın özlə-

mini çəkən milyonlarca insan marksizmin, leninizmin, kommun-

izmin  çöküşünü  hayqırmaq  istəyir.  Basqı  rejimi  altındakı 

millətlər,  öz  kimliklərinə  yenidən  qovuşmaq  istəyir.  Türkülük 

aləmi içərisində Azərbaycan olayların mərkəzi halına gəlmişdir» 

[249

a

]. 



Mühacirətdə  olan  Azərbaycan  türk  mütəfəkkirlərinin 

fəlsəfi  irsinin  əsas  cəhətlərini  ümumiləşdirərək,  belə  qənaətə 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

341 


gəlmək olar ki, onların yaradıcılıqları və dünyagörüşləri nə qədər 

çoxşaxəli  olsa  da,  bütövlükdə  Azərbaycan  mədəniyyətinə, 

fəlsəfəsinə  və  elminə  xidmət  etmişdir.  İlk  növbədə,  onların 

yaradıcılıqlarında  və  dünyagörüşlərində  Azərbaycan  Milli 

İdeyasının 

yaşadılması 

konteksində, 

Azərbaycan 

mədəniyyətinin,  fəlsəfəsinin  tədqiqi  və  təbliği  dayanmışdır. 

Əlbəttə, bu zaman onlar Sovet dövründə yaşamağa məcbur olan 

həmkarlarından  və  soydaşlarından  fərqli  olaraq  Azərbaycan 

mədəniyyətini  və  fəlsəfəsini  daha  obyekti  şəkildə  tədqiq  etmək 

şansına  malik  olmuşlar.  Yəni  Azərbaycannın  mühacir 

mütəfəkkirləri  istər  klassik,  istərsə    də  cağdaş  mədəniyyət  və 

fəlsəfəyə münasibətdə daha real prizmadan yanaşmışlar. 

Digər tərəfdən, onların Azərbaycan türk mədəniyyəti və 

fəlsəfi  ilə  bağlı  araşdırmaları  Azərbaycan  Milli  İdeyası  ilə  sıx 

bağlı olmuşdur. Yəni azərbaycanlı mühacirlər hər bir əsərlərində 

mədəniyyət  və  fəlsəfənin  problemlərini  araşdırmaqla  yanaşı, 

dövrün  onların  qarşısında  qoyduğu  çətinlikləri  də  ifadə  etməyə 

çalışmışlar.  Bu  mənada,  SSRİ  rejiminin  Azərbaycan  türk 

mədəniyyəti  və  fəlsəfəsinə  qarşı  yürtüdyü  «sovet  beynəlmiləl-

çiliyi» ideyası azərbaycanlı mütəfəkkirlər tərəfindən ciddi tənqid 

atəşinə  tutlumuşdur.  Xüsusilə,  M.Ə.Rəsulzadə,  M.B.Məmməd-

zadə, Ə.Cəfəroğlu, Ə.Yurdsevər və başqa mütəfəkkirlərimiz bu 

məsələni geniş tədqiqat obyektinə eçvirmiş, SSRİ ideoloqlarının 

saxtakarlığını ifşa etməyə çalışmışlar. 

Yeri gəlmişkən, Azərbaycan mühacirət mütəfəkkirlərinin 

mədəni  və  fəlsəfi  irsində  mühüm  məqamlardan  biri  də,  SSRİ 

dövründə Azərbaycanda aparılan saxta mədəniyyətə və fəlsəfəyə 

qarşı  çıxmalarıdır.  Onlar  əsərlərində  Azərbaycan  türklərinin 

şüurunu  dəyişdirmək  üçün  SSRİ  rejiminin  müxtəlif  üsullara  əl 

atmasını,  xüsusilə  klassik  irsimizi,  o  cümlədən  mədəniyyət  və 


www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

342 



342 

fəlsəfəmizi  saxtalaşdırılmasını  ifşa  etməyə  çalışmışlar.  Belə  ki, 

xüsusilə 1950-ci illərdən sonra SSRİ ideoloqları bütün sahələrdə 

(tarix, fəlsəfə, mədəniyyət, ədəbiyyat və s.) Azərbaycan xalqının 

milli-mənəvi dəyərlərini saxtalaşdırır və ona kosmopolit bir ruh 

verməyə  çalışırdı.  Bu  məqsədlə  SSRİ  ideoloqları  klassik 

Azərbaycan mütəfəkkirlərinin əsərlərinin mahiyyətini dəyişdirir, 

yaxud  da  onun  məzmunu  kommunizmə  uyğunlaşdırmağa 

çalışırdılar.  Bunun  nəticəsində də  yeni  Azərbaycan nəsli nəinki 

keçmiş  adət-ənənələrini,  hətta  yaxın  tarixini  belə  «sovet 

beynəlmiləlçiliyi» prinsiplərindən kənarda öyrənə bilmirdi.  

Bütün  bunları  Azərbaycandan  kənarda  izləyən  mühacir 

mütəfəkkirlərimiz  bacardıqları  qədər  bir  tərəfdən  «sovet 

beynəlmiləlçiliyi»nin  iç  üzünü  açıb  göstərməyə  çalışır,  digər  

tərəfdən  isə  Azərbaycan  mədəniyyətini  və  fəlsəfəsini  obyektiv 

şəkildə dünya ictimaiyyətnin nəzərinə çatdırmağa çalışırıdlar. Bu 

baxımdan  mühacir  mütəfəkkirlərimizin  Dədə  Qorqud,  Nizami 

Gəncəvi,  Ə.Xaqani,  İ.Nəsimi,  M.Füzuli,  M.P.Vaqif,  A.A.Bakı-

xanov, M.F.Axundzadə, H.Zərdabi və başqa klassiklərimizə həsr 

etdikləri saysız-hesabsız əsərləri onların dünyagörüşlərinin doğru 

şəkildə cəmiyyətə çatdırılmasında mühüm rol oynamışdır. 

Şübhəsiz,  bu  məsələlər  arasında  klassik  mütəfəkkir-

lərimizin İslam dininə münasibəti xüsusi  yer tutmuşdur. Çünki 

SSRİ dövründə ən çox təhrif uğrayan sahələrdən biri də İslam 

dini  və  onunla  bağlı  dini  ayin  və  mərasimlər  olmuşdur. 

Azərbaycanın  mühacir  mütəfəkkirləri  öz  əsərlərində  SSRİ 

ideoloqlarının  İslam  dininə  qarşı  apardıqları  səlib  yürüşün 

mahiyyətini açıb göstərməklə yanaşı, müsəlmanlığın Azərbay-

can  türklərinin  həyatında  oynadığı  müsbət  rolu  da  ifadə 

etmişlər.  Onlar  göstərirdilər  ki,  İslam  dini  Azərbaycan 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

343 


türklərinin formalaşmasında mühüm rol oyanmış və bu gündə 

öz yüksək mövqeyini qorumaqdadır. 

Gördüyümüz  kimi,  Azərbaycanın  mühacirətdə  olan 

mütəfəkkirləri  bütün  dövrlərdə  olduğu  kimi,  bu  dönəmdə  də 

Azərbaycan mədəniyyətinə və fəlsəfəsinə əvəzsiz töhfələr ver-

miş,  öz  dünyagörüşlərində  Azərbaycan  Milli  İdeyasını 

sonsuza  qədər  yaşatmaq  prinsipindən  bir  an  olsun  belə  geri 

çəkilməmişlər. Əksinə, mühacir mütəfəkkirlərimiz üçün Azər-

baycan mədəniyyəti və fəlsəfəsini öyrənmək və tədqiq etmək, 

«rus  kommunizmi»nin  saxta  mahiyyətini  açıb  göstərmək 

Azərbaycan  Milli  İdeyasını  yaşatmaq  və  Milli  İstiqlala  nail 

olmaq üçün ən ümdə vasitələr olmuşdur. 



Beləliklə, mühacir Azərbaycan mütəfəkkirlərinin 70 il 

ərzində,  xüsusilə  Sovet  Rusiyası  işğalının  ilk  on  illiklərində 

milli  istiqlal  savaşı  və  Azərbaycan  elminin  müxtəlif 

sahələrində  gördüyü  müstəsna  işlər  nəticəsində  Azərbaycan 

adlı dövlət formal şəkildə də olsa, SSRİ-nin tərkibində yaşaya 

bilmişdi.  Özəlliklə  1920-1940-cı  illərdə  mühacirətdə  olan 

ziyalıların  Azərbaycanın  tarixi,  mədəniyyəti,  ədəbiyyatı  ilə 

bağlı  qəzet-jurnallarda  nəşr  etdirdiyi  yüzlərlə  məqalələr,  o 

cümlədən  bir  sıra  kitablar  müstəsna  rol  oynamışdır.  Başqa 

sözlə,  mühacirətdə  Azərbaycanın  tarixinə,  ədəbiyyatına, 

mədəniyyətinə və s. dair yaranan əsərlər, aparılan siyasi işlər o 

dönəmdə  Azərbaycan  Cümhuriyyətini  siyasi  müstəqilliyə  və 

azadlığa  qovuşdura  bilməsə  də  (hər  halda  bu  işlərin  məntiqi 

nəticəsi 70 ildən sonra öz bəhrəsini verdi), ən azı Azərbaycan 

adlı  bir  dövlətin  SSRİ-nin  tərkibində,  formal  şəkildə  də  olsa 

yaşamasına  rəvac  vermişdi.  Bizə  elə  gəlir  ki,  həmin  dövrdə 

mühacir  ziyalılarımız  həm  siyasi,  həm  də  ictimai-fəlsəfi 

yaradıcılıqlarında bu qədər fəallıq göstərməsəydilər, Azərbay-



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

344 



344 

canın  SSRİ-nin  tərkibində  formal  şəkildə  varlığı  da  təhlükə 

altında qalmış olardı. 

Mühacirətdə yaranan tarixi, ədəbi, fəlsəfi əsərlər sovet 

Azərbaycanında  yaranan  həmin  istiqamətli  əsərlərə  də  xeyli 

dərəcədə təsir göstərmişdir. Hətta deyə bilərik ki, Sovet Azər-

baycanı  mütəfəkkirləri  bu  istiqamətli  işlərində,  bir  çox 

hallarda  adlarını  çəkməsə  də,  mühacir  mütəfəkkirlərimizin 

irsindən 

(M.Ə.Rəsulzadə, 

Ə.Hüseynzadə, 

Ə.Ağaoğlu, 

C.Zeynaloğlu  və  b.)  bu  və  ya  başqa  dərəcədə  yararlanmışlar. 

Çünki  Azərbaycan  tarixinə,  mədəniyyətinə,  fəlsəfəsinə  və  s. 

dair  ilk  ciddi  elmi-tədqiqat  işləri  mühacir  ziyalılar  tərəfindən 

aparılmışdır.  Məsələn,  mühacir  ziyalılar  Azərbaycan  tarixinə 

aid  kitabları  1920-ci  illərdə nəşr  etdirdiyi halda,  Sovet  Azər-

baycanında  bu  prosesə  yalnız  1940-cı  illərdə  başlanmışdır. 

Deməli,  mühacir  ziyalılar  vətənlərindən  kənarda  yaşamlarına 

baxmayaraq, 

Azərbaycan 

tarixinin, 

fəlsəfəsinin, 

mədəniyyətinin  və  ədəbiyyatının  inkişafında  çox  mühüm  rol 

oynamışlar.  Bütün  bunlar  isə  ilk  növbədə  milli  ideyanın 

yaşaması üçün çox vacib amillər idi.  

Ümumiyyətlə,  mühacirət  dövrünün  mütəfəkkirləri 

Azərbaycan milli ideyasının yaşadılmasında əvəzsiz rol oyna-

mışlar.  Azərbaycan  mühacirət  ədəbiyyatında  diqqət  çəkən 

milli  varlıq (millət,  dil, mədəniyyət  və s.) və azərbaycançılıq 

məfkurəsidir. Mühacir mütəfəkkirlərin fikrincə ana, millət və 

vətən  müqəddəs  hislərdir  və  onlar  bir-birlərinə  son  dərəcə 

bağlıdırlar.  Bunların  arasında  millətin  varlığını  daha 

önəmlidir, çünki Azərbaycanın milli istiqlalı təmin edilmədən 

ana  və  vətən  anlayışının  heç  bir  məna  kəsb  etməyəcəkdir. 

Mühacir  mütəfəkkirlər  bəyan  edirdilər  ki,  bolşevizmin 

mövcudluğu  dövründə  isə  milli  istiqlal  xəyal  olaraq 


www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

345 


qalacaqdır.  Çünki    çarizm  kimi  bolşevizmin  də mahiyyətinin 

əsasını müstəmləkəçilik təşkil edir. 

Mühacir  mütəfəkkirlərin  fikrincə,  milli  istiqlalı  yaşa-

dacaq əsas amillərdən biri də milli dildir. Bu baxımdan onlar 

bütün  mənalarda  türk  dilinin  ruslaşdırılması  siyasətinə,  eləcə 

də  kiril    əlifbasına  qarşı  çıxmışlar.  Onlar  hesab  edirdilər  ki, 

azad  və  müstəqil  Azərbaycan  qurmaq  üçün,  birinci  növbədə 

Azərbaycan  türk  dili  öz  varlığını  mühafizə  etməlidir.  Başqa 

sözlə, türk dili hər cür yad ünsürlərdən, o cümlədən sovetizm-

leninizm adı ilə dilimizə doldurulmuş rus və Avropa mənşəli 

sözlərdən  təmizlənməlidir.  Onlar  bir  tərəfdən  rus  dilinə  və 

əlifbasına, digər tərəfdən ərəb-fars dilindən istifadəyə və ərəb 

əlifbasına  qarşı  çıxırdılar.  Mühacir  mütəfəkkirlərin  fikrincə, 

ən  yaxşı  seçim  türk  dili  və  türk  (latın)  əlifbasıdır.  Deməli, 

onlar həm ruslaşdırmaya, həm də farslaşdırmaya qarşı çıxaraq 

müstəqil və milli Azərbaycan ideyasını müdafiə ediblər. 

 

 

 



 

Əslimi, nəslimi tanıyıram mən, 

Qarışıq deyiləm özümdən hürkəm. 

Sən kimsən, sən nəsən, özün bilərsən, 

Mən ilk qaynağımdan türk oğlu türkəm!  

Bəxtiyar Vahabzadə 

 

Aman Tanrı, düşmənlər nasıl qorxur Türkcədən!  



Məgər Türkcəm seçilir pardaxlanan qönçədən 

Xəlil Rza 

 

IV FƏSİL 

 

www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

346 



346 

XX yüzilliyin sonu – XXI yüzilliyin başlanğıcında 

milli ideologiyanın dirçəlişi: yeni baxışlar və problemlər 

 

4.1. XX yüzilliyin sonu - XXI yüzilliyin başlanğıcında milli 

ideologiya probleminə ikili baxış və milli şüur məsələsi 

 

70 illik Sovet  imperiyasından və onun  «sovet beynəl-

miləlçiliyi»  («rus  kommunizmi»)  ideologiyasından  imtina 

edib  dövlət  müstəqilliyini  bərpa  edən  (1991)  Azərbaycan 

xalqının yeni ideologiyasının hansı istiqamətdə formalaşacağı 

məsələsi  ilk  illərdən  aktuallıq  kəsb  etməyə  başlamışdır. 

Müstəqil dövlətə sahib  olan Azərbaycan türkləri üçün  «sovet 

beynəlmiləlçiliyi» 

ideologiyasından 

sonra 


yeni 

bir 


ideologiyaya üz tutmaq heç də asan məsələ deyildi. Görünür, 

SSRİ dövrünün «sovet beynəlmiləlçiliyi» ideologiyasının ağrı 

və  əzablarını  görməyin  nəticəsi  idi  ki,  bəzi  yerli  ziyalılar 

ümumiyyətlə,  istənilən  ideologiyanın  əleyhinə  çıxırdılar. 

Ancaq  Azərbaycan  aydınları  arasında  yeni  bir  ideologiyanın 

yaradılması tərəfdarları daha çox idilər. Bununla da, müstəqil 

Azərbaycanda  milli  ideologiya  məsələsinə  münasibətdə  ikili 

mövqedə:  1)  ideologiyanın  vacibliyini  müdafiə  edənlər;  2) 

istənilən ideologiyanın əleyhinə olanlar var. 

Bizcə,  hər  iki  tərəfin  müdafiə  etdikləri  mövqeni 

əsaslandırmaq üçün irəli sürdükləri arqumentlər ciddi şəkildə 

təhlil olunmalıdır. Məsələn, ideologiyasızlaşdırma tərəfdarları 

hesab  edirlər  ki,  istənilən  ideologiya  insanları  təzyiq  altında 

saxlayır,  onların  hüquqlarını  tapdalayır.  Onlar  buna  bariz 

nümunə  kimi  SSRİ-ni  və  həmin  imperiyanın  «sovet 

beynəlmiləlçiliyi» ideologiyasını göstərirlər. Ümumiyyətlə, bu 

fikrin  tərəfdarlarına  görə,  SSRİ  dövründə  olduğu  kimi,  70  il 

1   ...   30   31   32   33   34   35   36   37   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə