İntellektual-Elektron Kitabxananın təqdimatında



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə35/58
tarix06.05.2017
ölçüsü3,32 Mb.
1   ...   31   32   33   34   35   36   37   38   ...   58

www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

347 


hakim  ideologiyanın  təzyiqi  altında  yaşayan  bir  milləti 

yenidən  hansısa  bir  ideologiyaya  cəlb  etmək  doğru  deyildir 

[2

a

,  183].  Burada  əsas  məsələ  hər  bir  vətəndaşın  hüquq  və 



azadlıqlarının 

təmin 


olunması, 

sosial 


rifahının 

yaxşılaşdırılması və sairdir. Əlbəttə, ilk baxışda bu dəlillər heç 

də əsassız görünmür.  

Ancaq  bizə  elə  gəlir  ki,  bu  faktorlardan  çıxış  edərək 

ideologiyadan,  xüsusilə  milli  ideologiyadan  imtina  etmək  ən 

azı  həmin  cəmiyyətin  xarici  geosiyasi  dairələrin  ideologiya-

larının təsiri altına düşməsi  üçün münbit  şərait  yaradır.  Buna 

nümunə kimi, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra 

milli  şüurun  formalaşması  yolunda  kənar  ideologiyaların 

oynadığı  mənfi  rolu  göstərə  bilərik.  Belə  ki,  bu  illər  ərzində 

Azərbaycan  insanının  şüurundakı  ziddiyyətlərdən  istifadə 

edərək  onu  daha  da  dərinləşdirən,  öz  maraqlarına 

uyğunlaşdırmağa  çalışan  antimilli,  antiazərbaycan  qüvvələr 

olmuşdur.  Konkret  olaraq  Azərbaycan  müstəqilliyini  bərpa 

edəndən  sonra  Rusiyanın  imperalizm  ənənələrini  davam 

etdirən dairələrin «Gömrük İttifaqı-yeni imperializmi», Qərb-

Avropa  qlobalistlərinin  vətəndaş  cəmiyyəti-kosmopolitizmi, 

paniranizm 

ideoloqlarının 

«müsəlman 

birliyi»-«şiə 

islamçılığı»  və  başqa  antimilli  ideyalar  bu  günədək 

azərbaycanlıların  milli  şüurunun  formalaşmasına  mənfi  təsir 

göstərmişdir. Belə ki, Azərbaycan türk insanının şüuruna təsir 

etmək  üçün  Rusiyanın  «Gömrük  İttifaqı-yeni  imperializm» 

tərəfdarları 70 illik SSRİ nostalgiyasını, İran ideoloqları ortaq 

islam-şiə dəyərləri və «tarixi birlik» ənənələrini, Qərb-Avropa 

qlobalistləri  isə  demokratiya  və  vətəndaş  cəmiyyəti 

prinsiplərini önə sürürlər.  


www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

348 



348 

Bu  onun  göstəricisidir  ki,  Azərbaycan  toplumunun 

ideologiyasızlaşdırma  (ideologiyadan  azad  etmə)  xəttini 

müdafiə  edib-etməməsindən  asılı  olmayaraq,  onun  şüuruna 

kənardan  hansısa  ideyalar,  daha  doğrusu  antimilli  ideyalar 

yeridilməyə davam edilir. Bu baxımdan, Azərbaycan xalqının 

özünü  müdafiə  etməsi  və  milli  varlığını  qoruyub  yaşatması 

üçün ideologiyalaşma faktorundan istifadə etməsi qaçılmazdır. 

Çünki  nə  qloballaşmanın  vacibliyini  irəli  sürən  Qərb-Avropa 

ölkələri,  nə  «şiə  islamçılığı»ndan  çıxış  edən  İran,  nə  də 

«Gömrük  İttifaqı»-Avrasiyaçılıq  havası  ilə  yaşayan  Rusiya 

ümumilikdə  öz  cəmiyyətləri  daxilində  heç  də  ideologiyalaş-

madan imtina etmirlər. Onların «demokratiya-vətəndaş cəmiy-

yəti»  (Qərb),  «Gömrük  İttifaqı»-avrasiyaçılıq  (Rusiya), 

«müsəlman-şiə  həmrəyliyi»  (İran)  adları  altında  gizlənmiş 

«beynəlmiləlçiliyi» əslində başqa dövlətlərin cəmiyyətlərinin, 

o  cümlədən  Azərbaycan  xalqının  milli  mənlik  şüurunun 

assimilyasiyasına yönəlmişdir.  

Digər tərəfdən, hər hansı bir cəmiyyətin ideologiyasız-

laşdırılması  onun  milli-mənəvi  dəyərlərinin,  o  cümlədən 

dilinin,  tarixinin,  ədəbiyyatının,  mədəniyyətinin  itirilməsinə, 

assimilyasiya  olunmasına  gətirib  çıxarır.  Belə  ki,  mütərəqqi 

ideologiyanın  hökm  sürmədiyi  cəmiyyətdə  millilik  tamamilə 

aradan  qalxır  və  onun  yerini  kosmopolitizm  («dünya  vətən-

daşlığı»  ideyası  naminə  siyasətdə  milli  əsaslardan  imtina 

edilməsi) tutur. Bu zaman kosmopolit-«beynəlmiləlçi» cəmiy-

yətin  tarixi,  ədəbiyyatı,  mədəniyyəti  də  bir  növ  ayrı-ayrı 

xalqların, dinlərin, mədəniyyətlərin mexaniki cəmindən başqa 

bir şey olmur. Fikrimizcə, son 22-23 il ərzində bundan əziyyət 

çəkən  cəmiyyətlərdən  biri  də  Azərbaycan  xalqıdır.  Halbuki 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

349 


Azərbaycan  cəmiyyəti  hələlik,  yeni  milli  ideologiya 

formalaşdıra bilməsə də, ondan imtina da etməmişdir. 

Müstəqilliyin  ilk  dövrlərindən  etibarən  Azərbaycanda 

ideologiyalaşmanın  zəruri  olduğunu  iddia  edənlər  isə  ideolo-

giya  məsələsində  milli  ideologiyadan  çıxış  edənlərdir. 

Azərbaycanda milli ideologiya deyərkən, əsasən türkçülük və 

azərbaycançılıqdan  bəhs  olunur.  Ancaq  Azərbaycanın  milli 

ideologiyası  kimi  islamçılığı,  modernləşməyi  və  başqalarını 

göstərənlər də vardır. Biz də burada Azərbaycan milli ideyası 

kimi  daha  çox  türkçülük  və  azərbaycançılıq  ideyaları  və  bu 

ideyaların mahiyyətini təşkil edən milli şüur məsələsi üzərində 

dayanacağıq.  Çünki  istər  ötən  əsrin  əvvəllərində,  istərsə 

hazırda  milli  ideya  kimi  türkçülüklə  azərbaycançılığa 

əsaslananlar  İslamı  və  modernləşməyi  onun  tərkib  hissəsi 

hesab edirlər. 

70  illik  müstəmləkəçilikdən  sonra  yenidən  meydana 

çıxan  türkçülük  və  azərbaycançılıq  kimi  milli  ideyalar,  hətta 

onlarla  bir  sırada  tutulan  islamçılıq  və  müasirlik  özünü 

doğrultmaq  üçün  ilk  növbədə,  azərbaycanlıları  öz  ətrafında 

birləşdirmək  iqtidarına  malik  olduğunu  sübut  etməli  idi.  İlk 

dövrlərdə həmin ideyaların tərəfdarlarında güclü inam var idi 

ki,  məhz  onların  yolu  doğru  yoldur.  Bu  baxımdan 

Azərbaycanın hansı əlifbadan istifadə etməsi kimi önəmli bir 

məsələdə,  islamçıların  ərəb  əlifbasını,  türkçülərin  latın 

qrafikasını  müdafiə  etmələri,  «sovet  beynəlmiləlçiliyi»nin 

təsirindən  qurtula  bilməyənlərin  isə  kiril  əlifbasının 

saxlanılması ilə bağlı müddəaları başa düşülən idi [235

a

, 34]. 



Ancaq  türkçülər,  islamçılar  və  «yeni  kommunistlər»  yalnız 

onlara məxsus ideyanın digərindən üstünlüyünü irəli sürərkən 

bir vacib məqamı unudurdular ki, SSRİ dövründə Azərbaycan 


www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

350 



350 

türklərinin  şüuruna  yeridilən  «sovet  beynəlmiləlçiliyi»ndən 

sonra,  yeni  ideologiyanı  əsaslandırmaq  heç  də  asan  məsələ 

deyildir. Xüsusilə o mənada ki, bir ictimai quruluş dəyişsə də, 

həmin  quruluşda  yaşamış  insanların  şüuruna  hakim  kəsilmiş 

ideologiya  dərhal  dəyişmir.  Bunun  üçün  müəyyən  bir  zaman 

kəsiyinə və həmin zaman içində sözün həqiqi mənasında, irəli 

sürülən hər hansı ideyanın digərlərindən üstünlüyünü əsaslan-

dırılmasına ehtiyac var idi. 

Fikrimizcə,  hakim  olan  ideyaları  dünənə  qədər 

şüurundan  çıxara  bilməyən,  yenisini  isə  hələ  formalaşdırma-

yan, üstəlik bir-birinə tamamilə zidd ideyaların təsirinə məruz 

qalan  insanların  əksəriyyəti  üçün  müəyyən  dövrdə  bir,  sonra 

isə  digər  ideya  cəlbedici  görünə  bilər.  Bu  mənada,  hər  hansı 

ideyanın cəmiyyətin əksəriyyətinin şüurunda möhkəmlənməsi 

bir neçə ilin, hətta on illərin ərzində belə mümkün ola bilməz. 

Bu mənada tarix elmləri doktoru Fərid Ələkbərlinin o fikiri ilə 

razıyıq ki, bir ölkədə vahid millətin yaranması üçün müəyyən 

bir  dövr  lazımdır  [286].  Əks  təqdirdə  tez  bir  zamanda 

ideologiya  və  ya  milli  ideologiya  yalnız  müəyyən  güc  və 

təsiretmə  vasitələrilə  «yaradıla»,  yaxud  da  onun  «üstünlüyü» 

önə  çıxa  bilər.  Ancaq  bu  ideya  insanların  şüurunda  əsaslı  və 

inandırıcı şəkildə deyil, zor və müxtəlif təsiretmə vasitələri ilə 

özünə  yer  tapmışdırsa,  sonralar  cəmiyyət  asanlıqla  ondan  üz 

də  döndərə  bilər.  Biz  bunu,  artıq  «sovet  beynəlmiləlçiliyi» 

ideologiyasının  timsalında  görmüşük.  Ona  görə  də,  hər  hansı 

milli  ideya  irəli  sürülərkən  bir  millətin  müəyyən  dövr  üçün 

deyil, əbədi olaraq varlığının mühafizəsi nəzərə alınmalıdır.  

Bu cür nəzər nöqtəsindən, ötən 22-23 il ərzində Azər-

baycan 


türkləri, 

azərbaycanlılar 

milli 

ideyanın 



müəyyənləşməsi  baxımından  ziddiyyətli  bir  prosesin  içində 

www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

351 


olmuşlar.  Belə  ki,  ilk  dövrlərdə  daha  çox  türkçülük  və 

müəyyən qədər də islamçılığın təsiri altında olan Azərbaycan 

xalqı 

sonralar 



azərbaycançılığa, 

hətta 


ideologiyasızlaşdırmağın 

bir 


növü 

olan 


«vətəndaş 

cəmiyyəti»nə  meyil  etməyə  başlamışlar.  Hazırda  isə,  demək 

olar ki, bu ideyaların hər biri az və ya çox dərəcədə azərbay-

canlıların şüurunda müəyyən yer tutmuşdur. Ancaq bunun özü 

də zənnimizcə, nisbi xarakter daşıyır. Buna səbəb də, yuxarıda 

da qeyd etdiyimiz kimi, əksər azərbaycanlıların şüur baxımın-

dan  sovet  ideologiyasından  tamamilə  uzaqlaşmaması  və 

əvəzində yeni ideyaların özünə yer tapa bilməməsidir. Bu mə-

nada, müstəqillik dönəmində az sayda azərbaycanlılar  hansısa 

ideyaya tapınıblar və ondan üz döndərmək fikirləri də yoxdur.  

Çağdaş  dövrdə  milli  ideologiya  problemi  ilə  bağlı 

şüurlarımızda  tərəddüd  etməyimizin  başlıca  səbəblərindən 

biri,  Azərbaycan  xalqının  ayrı-ayrı  təbəqlərində,  o  cümlədən 

düşünən  beynində  kifayət  qədər  ziddiyyətlərin  olmasıdır.  Bu 

ziddiyyətlərin kökləri nədir? Bizcə, milli ideolgiya məsələsinə 

Sovetlər Birliyi dövründə yaşamış nəsil ilə, yeni nəslin fərqli 

baxışları var. Biz istəsək də, istəməsək də bu bir reallıqdır ki, 

bugünkü Azərbaycan insanlarının xeyli qismi SSRİ dövründə 

yaşayıb və  «sovet beynəlmiləlçiliyi» təhsili alıblar. Şübhəsiz, 

onların  əksəriyyətinin  milli  ideya,  milli  ideologiya 

anlayışlarına  özünəməxsus  münasibətləri  vardır.  Bu  müna-

sibətdən  dolayı  onları  ittiham  etmək,  əsasən  doğru  deyildir. 

Yeni  nəslin  isə  pis-yaxşı,  milli  ideologiya  probleminə 

onlardan fərqli baxışı var. Bu o demək deyil ki, hökmən yeni 

nəsil  və  sovet  nəsli  hansısa  məsələlərdə  hökmən  ya 

razılaşmalı,  ya  da  inkar  yolu  tutmalıdır.  Fikrimizcə,  burada 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

352 



352 

əsas  olan  ilk  növbədə,  ortaq  nöqtələrin  tapılması  və 

uzlaşdırmaların olmasıdır. 

Hər  halda,  son  illərdə  milli  ideologiyaya  marağın 

artması  göstərir  ki,  artıq  azərbaycanlılar  mövcud  olan 

ideyaları daha çox şüurlu şəkildə saf-çürük edərək  əsaslı bir 

ideyaya  tapınmaq,  bununla  da  milli  birliyi  gücləndirmək 

əzmindədirlər.  Ancaq  bunun  üçün  ilk  növbədə,  Azərbaycan 

xalqında milli şüur formalaşmalıdır. Milli şüur formalaşmadan 

milli  ideologiya  sahəsində  ciddi  uğurlar  əldə  etmək  çətindir. 

Bu  mənada,  çağdaş  dövrdə  Azərbaycanda  milli  şüur 

məsələsindən  bəhs  etmədən  milli  ideologiya  haqqında 

mühakimlər  yürütmək  doğru  olmazdı.  Başqa  sözlə,  «sovet 

beynəlmiləlçiliyi»  təfəkküründən  milli  təfəkkürə  keçid  edib 

milli  şüur  formalaşdırmaqla  milli  ideologiya  məsələsində  nə 

isə əldə etmək olar.  

 

4.1.1.

 

Milli şüur məsələsi: tarix və çağdaşlıq 

 

Milli  şüur  milli  mənəvi  dəyərləri  özündə  əks  etdirən 



bir  anlayışdır.  Şüur  anlayışı  nə  qədər  ümumidirsə,  milli  şüur 

istilahında həm ümumilik, həm də xüsusilik vardır. Milli şüur 

bir  növ  fərdi  şüurla  ümumi  şüur  arasında  əlaqələndirici 

keyfiyyətə  malikdir.  Çünki  milli  şüurda  bir  fərdin  təmsil 

olunduğu  konkret  etnik,  dini,  mədəni  xüsusiyyətlərlə  yanaşı, 

ümumi  mahiyyətli  bəşəri  dəyərlər  də  öz    əksini  tapa  bilər. 

Yəni  hər  birimiz  bir  tərəfdən  konkret  bir  millətin,  dinin, 

mədəniyyətin  nümayəndəsi  olduğumuz  halda,  digər  tərəfdən 

bəşəriyyətə aid əlamətləri də daşıyırıq.  

Ümumiyyətlə,  milli  şüurun  tərkibinə  daxildir:  milli 

mentalitet,  milli  özünüdərk,  milli  adət-ənənələr,  vətənpərvər-


www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

353 


lik,  bəşəri  dəyərlər  və  s.  Ancaq  milli  şüurdan  bəhs  edərkən, 

onun  dini  və  beynəlmiləl  şüurla  oxşar  tərəfləri  ilə  yanaşı, 

fərqli  cəhətləri  də  göstərilməlidir.  Məsələn,  milli  şüurla  dini 

şüur  arasında  oxşar  cəhətlər  arasında  əxlaqi-mənəvi,  human-

izm,  xoşgörü,  qonaqpərvərlik,  ümumiyyətlə  mənəviyyat 

məsələləri  mühüm  yer  tutur.  Eyni  zamanda,  milli  və  dini 

şüurun  oxşar  cəhətləri  arasında  ən  vacib  faktor  milli  birlik 

məsələsidir.  Yəni  hər  iki  şüurun  uğurla  dərk  edilməsi 

nəticəsində bir millət, cəmiyyət daxilində milli birlik daha da 

gücləndirilə bilər. Ancaq bu zaman hökmən milli birliklə dini 

birliyi  fərqləndirmək,  daha  doğrusu,  dini  birliyin  milli  birlik 

kimi təqdim edilməsinə imkan verilməməlidir.  

Bütün  bunlardan  sonra  belə  bir  nəticəyə  gəlmək  olar 

ki,  milli  şüur-milli  ruh  yalnız  nəsil,  qan  birliyi  əsasında 

formalaşa  bilməz.  Bu  prizmadan  çıxış  etsək  görərik  ki,  milli 

ideologiyanı  da  yalnız  qan-nəsil  birliyi  ilə  formalaşdırmaq 

çətindir. Ona görə də, etnik və irqi birliklə yanaşı, tarixi, dini, 

mədəni, coğrafi, iştisadi amillər milli şüurun formalaşmasında 

çox  mühum  rol  oynayır.  Bu  mənada,  türklüyümüzlə  yanaşı, 

islamlılığı,  çağdaşlığı,  dövlətçiliyi  və  azərbaycanlılığı  ifadə 

edən yeni bir milli şüura ehtiyacımız var. Burada Türklük dil, 

mədəniyyət və etnosla, Azərbaycanlılıq vətən və dövlətçiliklə, 

İslam  dini  inanc  və  etiqadla,  Çağdaşlıq  yeniləşmə  və 

zəmanənin  tələbləri  ilə  bağlıdır.  Bunu,  Rəsulzadə  vaxtilə 

«Əsrimizin  Siyavuşu»  əsərində  çox  məntiqli  şəkildə  ifadə 

etmişdir.  Onun  ifkrincə,  bugünkü  anlayışla  millət  qan  və  irq 

deyil,  mədəniyyət  və  ideologiyaları  özündə  əks  etdirən  milli 

şüurla bağlıdır [188, 31]. 

Ona  görə  də  milli  şüur,  o  cümlədən  milli  ideya 

dedikdə, onu  yalnız etnik mənada başa düşüb,  yalnız türklük 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

354 



354 

kimi  yozmaq  doğru  deyildir.  Türklük  milli  şüurun  bir 

hissəsidir. Həm də aparıcı hissəsi və nüvəsidir. Buna səbəb də 

odur ki, milli şüurun formalaşması hər şeydən öncə dil, mədə-

niyyət  və  qan-nəsil  birliyi  (etnos)  ilə  bağlıdır.  Hər  bir  insan 

danışdığı dilin milli varlığıdır. Elə bir varlıq ki, özünü onunla 

ifadə edir. Bu baxımdan türk (Azərbaycan) dilində danışan və 

təhsil  alan  hər  bir  Azərbaycan  vətəndaşı  (türk  və  türk  olma-

yanlar)  özünü  həm  türk  (çoxsaylı  Azərbaycan  türkləri),  həm 

də azərbaycanlı (çoxsaylı türklər, azsaylı etnik qruplar və milli 

azlıqlar)  kimi  qəbul  edir.  Bu  bütövlük  nəticəsində  yaranan 

azərbaycanlılıq milli şüurun özünüdərk nümunəsidir. Deməli, 

milli şüur formalaşdırılarkən dil amili birinci yeri tutur.  

Burada  genetik  amilin,  yəni  eyni  qanı  daşıyan 

nəsillərin  etnos  birliyinin-milliyyətin  də  xüsusi  rolunu  qeyd 

etmək  lazımdır.  Genetik  amil  (qan  birliyi)  milli  özünüdərkin 

daxili  bir  prosesidir.  Bu  proses  insanın  şüuraltı  (təhtəlşüur)  

hissəsinin oyanışına, öz etnikliyini tanımasına səbəb olur.  

Mədəniyyət  isə  milli  adət-ənənələrlə  bağlıdır.  Burada 

milli mentalitet də çox mühüm rol oynayır. Məsələn, türklərin 

mədəniyyətində  xoşgörü  (tolerantlıq),  humanizm  və  sair 

amillər mühüm yer tutur.  



Çar  Rusiyası  dövründə  milli  şüur.  Ümumiyyətlə, 

Şimali  Azərbaycanda  milli  şüurun  yaranmasına  ehtiyac  çar 

Rusiyasının  işğalından  sonra  meydana  çıxmışdı.  Belə  ki,  çar 

Rusiyasının işğalçılıq siyasəti nəticəsində işğal olunan Quzey 

Azərbaycan xalqı yenidən özünü ifadə etmək məcburiyyətində 

qalmışdı.  Bu  mənada,  XIX  əsrin  ortalarından  başlayaraq  çar 

Rusiyasının işğalı altında olan Şimali Azərbaycan ərazisindəki 

türklər  ilk  növbədə  qan-nəsil  (etnos),  dil  və  mədəniyyət 

birliyindən  çıxış  edərək  milli  varlıqlarını  ifadə  etməyə 


www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

355 


çalışmışlar.  Azərbaycan  türk  ziyalıları  tayfa  və  xanlıq 

şüurundan əl  çəkərək çağdaş dövrün tələblərinə  uyğun millət 

olmanın  əhəmiyyətini  anlamışlar.  Artıq  A.A.Bakıxanov, 

M.F.Axundzadə,  H.B.Zərdabi,  S.Ə.Şirvani  kimi  Azərbaycan 

mütəfəkkirləri  hər  hansı  milli  və  dini  məsələyə  bir  tayfa, 

yaxud  bir  bölgənin  miqyasında  deyil,  Qafqaz-Azərbaycan 

türklərinin  səviyyəsində  yanaşmağa  çalışmışlar.  Doğrudur, 

onların  Azərbaycan  xalqının  yenidən  millətləşmə  prosesinə 

baxışları  bir  qədər  fərqli  olmuşdur.  Bu  baxımdan  onlardan 

bəziləri    bu  çar  Rusiyasının  apardığı  siyasət  nəticəsində  bir 

sıra  hallarda,  milli  kimliyini  və  milli  dilini  «tatar», 

«müsəlman»,  hətta  «fars-persian»  kimi  qələmə  vermişlər. 

Bütün  hallarda  onların  ilk  addımları  nəticəsində  milli  şüurun 

çağdaş dövrün tələblərinə uğyun şəkildə formalaşması prosesi 

başlamışdır. 

Şübhəsiz,  milli  şüurun  yenidən  bərpası  prosesində 

Azərbaycan  türkləri  əsas  rol  oynamışlar.  Çünki  bu  bölgədə 

istər  say,  istərsə  də  tarixi  gerçəklik  baxımından  yalnız 

Azərbaycan türkləri buna hazır idilər. Bu baxımdan XIX əsrin 

sonu  –  XX  əsrin  əvvəllərində  baş  qaldıran  milli  oyanış 

prosesində  aktiv  iştirak  edən  Azərbaycan  türkləri  və  onun 

aydınlarının  (A.A.Bakıxanov,  H.B.Zərdabi  və  b.)  əsas 

xətlərindən biri türklük olmuşdur. XX əsrin əvvəllərində milli 

şüurun  formalaşdırılması  yolunda  ciddi  addımlar  atan  milli 

ideoloqlar  da  (Ə.Hüseynzadə,  Ə.Ağaoğlu,  Ə.Topçubaşı, 

M.Ə.Rəsulzadə və b.) sonunda anlamışlar ki, milli varlıqlarını 

ifadə  etmək  üçün  ən  güclü  silahlardan  biri  etniklikdir-

türkçülükdür.  

Onlar  bu  qənaətə  dini  şüurun  istənilən  effekti 

verməməsindən  sonra  gəlmişlər.  Bu  mənada,  ilk  dövrlərdə 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

356 



356 

milli  şüurun  aparıcı  qüvvəsi  dini  şüur-islamçılıq  idisə,  daha 

sonra onu türkçülük əvəz etmişdi. Bu dövrdə xüsusilə, Əhməd 

Ağaoğlu  məhz  dini  birliyi  milli  birlik  kimi  («islam 

millətçiliyi»)  qələmə  vermişdir.  Belə  ki,  Ağaoğlu  Quranın 

mahiyyətindən  xəbərsiz  olduğumuzu,  əgər  biləriksə  buna 

doğru müəyyən addımların atılıcağına inamını ifadə etmişdir. 

Onun  fikrincə,  Qurandan  uzaqlaşmağımızın  nəticəsidir  ki, 

müsəlmanlar  arasında  milli  birlik  yoxdur.  Bu  baxımdan 

Qurana  üz  tutaraq  milli  birlik  məsələsini  -«müsəlmanlar 

qardaşdırlar»  prinsipini  dərk  etməli  və  bu  ideyanı  cəmiyyət 

daxilində  yaymaq  lazımdır  [251].  Ancaq  onun  bu  ideyası 

özünü  doğrultmadı.  Buna  səbəb  də  dini  şüura  aid  bəzi  

məsələlərin lüzumsuz yerə milli şüura da aid edilməsi idi.  

Bu  mənada,  İslamçılıqdan  Türkçülüyə  keçid  milli 

şüurun  formalaşması  yolunda  mühüm  bir  addım idi.  Belə  ki, 

çar  Rusiyası  ideoloqlarının  sayəsində    milli  kimliyi  və  milli 

dili  saxtalaşdırılan  Azərbaycan  türklərinin  milli  şüurunun 

oyanmasında milli özünəməxsusluqlar (türk kimliyi, türk dili, 

türk  tarixi,  türk  mədəniyyəti,  türk  qəzeti,  türk  teatrı)  din 

faktorundan  daha  vacib  idi.  Çar  Rusiyasının  ideoloqları,  fars 

şovinistləri  və  onların  havadarlarının  sayəsində  «müsəlman», 

«tatar»,  «persian»,  «fars»  və  s.  adlarla  milli  kimliyi  və  milli 

dili  saxtalaşdırılan  Azərbaycan  türklərinin  milli  şüuru 

türkçülük  əsasında  formalaşdırmaqdan  başqa  seçənəyi 

qalmamışdır. Bu o demək deyil ki, milli ideoloqlar İslamçılıq 

və  Çağdaşlıq  şüurunu  bir  kənara  qoydular.  Əslində  bu 

mümkün  də  deyildi.  Sadəcə,  Türklük  milli  şüurun 

formalaşmasında  İslamçılıq  və  Müasirlikdən  önəmli,  aparıcı 

olduğunu  sübut  etdi.  Çünki  İslamçılıq  və  Müasirləşmək 

ideyalarından  fərqli  olaraq  antitürk  ideoloqlar  Türklük 

1   ...   31   32   33   34   35   36   37   38   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə