İntellektual-Elektron Kitabxananın təqdimatında



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə36/58
tarix06.05.2017
ölçüsü3,32 Mb.
1   ...   32   33   34   35   36   37   38   39   ...   58

www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

357 


məsələsində  manevr  edə  bilmirdilər.  Beləliklə,  Türkçülük  və 

onun  Azərbaycandakı  bir  qolu  olan  Azərbaycan  türkçülüyü 

milli şüurun formalaşmasında təkanverici amil oldu.  

Yeri  gəlmişkən,  burada  Türkçülüklə  onun  bir  qolu 

olan Azərbaycan türkçülüyünü müəyyən qədər fərqləndirmək 

lazımdır.  Əgər  Türkçülük  bütün  Türk  dünyasınının  oyanışını 

və  birliyini  hədəfləyirdisə,  Azərbaycan  türkçülüyü  daha  çox 

bu coğrafiyada yaşayan türklər başda olmaqla, bütün azərbay-

canlıların  çar  Rusiyasının  əsarətindən  qurtulmasını  və  milli 

varlığını  dünyaya  sübut  etməsini  qarşıya  əsas  məqsəd  kimi 

qoymuşdur.  Başqa  sözlə,  türkçülüyün  yerli  forması  olan 

Azərbaycan  milli  ideyası  imkan  verirdi  ki,  «tarixi-coğrafi 

Azərbaycan»  ərazisində  yaşayan  bütün  türk  və  qeyri-türk 

etnoslar  vahid  millət  şəklində  meydana  çıxsınlar.  Əslində  bu 

ideya  ən  azı  bir  əsr  öncə  reallaşmalıydı.  Ancaq  milli  şüur 

istənilən  səviyyədə  olmadığı  üçün  Şimali  Azərbaycan  Türk 

Xanlıqları  birləşmə  bilməmiş  və  çar  Rusiyasının  işğalına 

məruz  qalmışdılar.  Yalnız  bu  işğaldan  sonra  Şimali 

Azərbaycan  türkləri  bir  millət  olaraq  toparlanmağa  və  milli 

şüuru formalaşdırmağa başlamışlar. 

Mirzə  Bala  Məmmədzadə  Azərbaycan  türklərinin 

milliyyətdən  millətə  keçməsini  cəmiyyətin  ayrı-ayrı  üzvləri 

arasında  milli  iradənin,  milli  düşüncənin,  milli  müqavimətin 

bir  sözlə,  milli  şüurun  yaranması  ilə  izah  edirdi.  Onun 

fikrincə,  artıq  XX  əsrin  əvvəllərində  mütərəqqi  Azərbaycan 

türk  mütəfəkkirləri  özlərini  Xanlıqlar  dövründə  saraylara 

toplaşaraq  xanların  zövqünə  uyğun  olaraq  özünü  aparan  şair 

və mütəfəkkirlər deyildirlər: «Bu, kollektiv bir hərəkat idi. Bu 

kollektiv hərəkatdan həqiqətən kollektiv bir vicdan, kollektiv 

bir  şüur  və  iradə  doğacaqdı.  Bu  şüur  və  iradə  büllurlaşdıqca 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

358 



358 

mahiyyəti  və  hədəfi  artıq  büllurlaşmış  olan  milli  hərəkat  öz 

zahiri  simasına  ad  taparaq  islami  etiketdən  çıxır,  milli  türk 

simasını  alırdı.  Çünki  kollektiv  vicdan  islami  mahiyyətini 

çoxdan  tərk  etmiş,  ictimai  münasibətlərdə  dinin  bağlayıcılıq 

yerini  dil  almış  olurdu»  [154,  23].  Beləliklə,  M.B.Məmməd-

zadənin təbrincə desək, xanlıqlar dövründəki parçalanmış türk 

şüuru  artıq  aradan  qalxmağa  başlamış,  tayfa-xanlıqlar 

şüurunun  yerini  kollektiv  şüur  –    milli  şüur  (türklük) 

tutmuşdur.  Rəsulzadə  də  yazırdı  ki,  artıq  Azərbaycan 

insanının  şüurunda  bir  neçə  yerə  bölünmüş  xanlıqlar  deyil, 

Azərbaycan milli ideyası şüuru formalaşmışdır. Halbuki yüz il 

əvvəl  Azərbaycan  Türk  Xanlıqları  hakimiyyətlərini  çar 

Rusiyasına  qeyb  etdikləri  zamanı  belə,  Azərbaycan  xalqı 

bugünkü Azərbaycan birliyinə malik deyildilər. Bu baxımdan 

Azərbaycan  Türk  Xanlıqları  çar  Rusiyasının  işğalına  məruz 

qaldıqdan  sonra,  milli  birliyi-Azərbaycan  birliyini  bəlkə  də, 

heç  romantik  şəkildə  belə  xəyal  etməyən  bir  millət  indi  onu 

əldə  etmişdirsə,  deməli,  gerçək  Azərbaycan  birliyi  şüuru 

olduğu halda Azərbaycanın istiqlalı qaçılmazdır [188, 54].  

Şübhəsiz,  20-ci  əsrin  əvvəllərində  milli  şüurun 

formalaşması prosesinə dünyada və çar Rusiyasında baş verən 

tarixi  olaylar  da  öz  təsirini  göstərdi.  Bir  tərəfdən  tayfa-

xanlıqlar şüurundan uzaqlaşma, digər tərəfdən ümmətçilikdən 

millətçiliyə keçid türklük əsasında  milli şüurun yaranması ilə 

nəticələndi. Bu isə, öz əksini «türk kimliyi», «türk dili», «türk 

mədəniyyəti»,  «türk  tarixi»,  «türk  ədəbiyyatı»  anlayışlarında 

tapdı.  Xüsusilə,  «Açıq  söz»  qəzetinin  şüarı  olan  türkləşmək, 

müasirləşmək  və  islamlaşmaq  milli  şüurun  formalaşmasında 

həlledici rol oynadı. 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

359 


XX  əsrin  əvvəllərində  Milli  şüur  və  beynəlmiləl 

ideyalar.  Ümumiyyətlə,  bu  gün  olduğu  kimi,  ötən  əsrin 

əvvəllərində  də  milli  şüurun  formalaşması  prosesində  əsas 

mübarizə  islamlaşmaq,  türkləşmək  və  müasirləşməklə 

(«üçlük»lə)  yanaşı,  beynəlmiləl  ideya  hesab  edilə  biləcək 

sosial-demokratizm, 

liberal-demokratizm 

və 

başqaları 



arasında  da  getmişdir.  Xüsusilə,  XX  əsrin  əvvəllərində 

dünyanın  bir  nömrəli  qloballaşma  hadisəsi  kimi  sosial-

demokratizmi (marksizmi) hesab etmək olar.  

O  dövrdə  bəziləri  hesab  edirdilər  ki,  zəmanənin  əsas 

ideyası islamlaşmaq və türkləşmək deyil, sosial-demokratizm-

dir-bütün  fəhlə  və  kəndli  sinfinin  birləşməsi  və  dünyada 

sosializm  cəmiyyəti  qurmaqdır.  Bu  mənada,  Azərbaycan 

türklərinin  də  xilas  yolunu  islam,  türklük  deyil,  sosial-

demokartizmlə bağlayanlar da vardı. Etiraf etmək lazımdır ki, 

həmin  dövrdə  sosial-demokratizm  qlobal  hadisə  kimi,  bir 

müddət  islamçılıq  və  türkçülük    şüuru  ilə  başa-baş  mübarizə 

apara  bilmişdir.  Hətta,  Azərbaycanın  bəzi  aydınları  ilk 

dövrlərdə sosial-demokratizmi milliyyət və islamiyyətdən belə 

üstün tutmuşlar.  

Deməli, hazırda olduğu kimi, XX əsrin əvvəllərində də 

milli  şüurun  hansı  ideyalar  əsasında  formalaşa  biləcəyi  ilə 

bağlı  təzadlı  mülahizələr  və  mövqelər  olmuşdur.  Bir  çox 

aydınlarımız  sosial-demokrtizmin  təsiri  altında  islamçılığın 

ona  zidd  olmamasını  əsaslandırmağa  çalışmışlar.  Marksizm 

kimi  islamiyyətin  də  beynəlmiləl  mahiyyətə  malik  olması 

vurğulanmışdır.  Beləliklə,  islamçılıqla  beynəlmiləl  ideya 

hesab olunan sosial-demokratizm arasında oxşarlıqlar tapmaq 

bir  növ  əsas  ideoloji  məşğuliyyətlərdən  biri  olmuşdur 

(M.Ə.Rəsulzadə,  Ə.Hüseynzadə,  Ə.Ağaoğlu  və  b.).  Çünki 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

360 



360 

islamçılıq  və  beynəlmiləlçilikdən  fərqli  olaraq,  türkçülük  və 

sosial-demokratizm  arasında  bərabərlik  işarəsi  qoymaq  çox 

çətin  idi.  Ona  görə  də,  ilk  dövrlərdə  milliyyət  anlayışı  daha 

çox tənqid edilmiş, bu mənada milli şüurun milliyyət əsasında 

formalaşmasının əleyhdarları heç də az olmamışdır. Məsələn, 

Ə.Hüseynzadə,  M.Ə.Rəsulzadə  və  başqaları  ilk  dövrlərdə 

yazırdılar  ki,  milliyyəti  önə  çəkənlər  uyğun  olaraq 

islamiyyətin 

və 


sosial-demokratiyanın 

düşmənidirlər. 

Rəsulzadənin  fikirlərindən  belə  çıxırdı  ki,  beynəlmiləlçilik 

nuru  olan  sosial-demokratiya  «milliyyət»çiliyin  düşmənidir 

[185, 108; 123]. Hətta, Rəsulzadə İsmayıl bəy  Qaspıralını və 

onun  «Tərcüman»  qəzetini  milliyyət  məsələsini  daha  çox 

qabardaraq  sosial-demokratiyanı  tənqid  etdiklərinə  görə 

onlarla 


da 

razılaşmadığını 

bildirmişdir 

[185, 


95]. 

Ə.Hüseynzadə  də  həmin  dövrdə  «Füyuzat»  jurnalında  nəşr 

olunan  «Milliyyət  və  insaniyyət»  məqaləsində,  milliyyət  və 

ona  yaxın  cərəyanların  deyil,  islamiyyət  və  sosial-demo-

kratiyanın vacibliyindən bəhs etmişdir [109, 113-114].  

Doğrudur,  onlar    islamiyyət  və  sosial-demokratizmin 

bəşəriyyət  üçün  daha  vacib  olmasından  bəhs  edərkən  heç  də 

milli  kimliklərinin-türklüklərinin  üstündən  xətt  çəkməmişlər. 

Əksinə,  bu  milli  ideoloqlar  türk  kimliklərini  az  qala  hər  bir 

yazılarında  vurğulayaraq  türk  mədəniyyətini  və  türk  tarixini 

təbliğ  etmişlər.  Ancaq  ümumilikdə,  Rəsulzadə  bir  müddət 

milliyyət  anlayışını  sosial-demokratlar  kimi  izah  etmiş, 

Hüseynzadə  və  Ağaoğlu  isə  onu  islamiyyətin  içində 

əritmişdir.  

Deməli,  XX  əsrin  əvvəllərində  milli  aydınlarımızın 

aparıcı hissəsi qloballaşma hadisəsi kimi dəyərləndirə biləcə-

yimiz  marksizmə  qarşı  bu  formada  mübarizə  aparmışlar.  Bu, 


www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

361 


müəyyən bir keçid dövründə onlar üçün ən məqbul variant idi. 

Bu  baxımdan  yalnız  milliyyət  məsələsindən  çıxış  etməklə, 

beynəlmiləliyyət və islamiyyəti tamamilə bir kənara qoymaqla 

milli  şüuru  formalaşdırmaq  istənilən  effekti  verə  bilməzdi. 

Məhz  əksər  aydınlarımızın  sosial-demokratizmə  münasibətdə 

doğru  mövqe  tutmaları,  son  nəticədə  türkülüyün  və 

islamçılığın  bir  ideya  kimi  marksizm  üzərində  qalib  gəlməsi 

ilə  nəticələnmişdi.  Bununla  da  milli  şüurun  əsas  bazisi 

türkçülük və islamçılıq olmuşdur. 

Göründüyü  kimi,  bu  dövrdə  müxtəlif  ideyaların 

fonunda  milli  şüurun  formalaşması  heç  də  asan  olmamışdır. 

Bir  tərəfdən  marksistlər  və  sosialistlər,  digər  tərəfdən  

mühafizəkarlar  və  ittihadçılar  milli  şüurun  formalaşması 

prosesinə əngəl olmağa çalışmışlar. Çünki bu qüvvələr hesab 

edirdilər  ki,  milli  şüura  sahib  olmaq  uyğun  şəkildə  dünyada 

sosializmin  və  islamiyyətin  qələbəsinə  nail  olmağa  əngəldir. 

Bu  mənada,  milli  şüuru  sosialist  və  islami  beynəlmiləlçiliyə 

zidd  sayanlar  hesab  edirdilər  ki,  Azərbaycan  milli  ideyası 

utopiyadan  başqa  bir  şey  deyildir.  Üstəlik,  onların  fikrincə, 

Azərbaycan  milli  ideyası  «İslam  birliyi»nə,  yaxud  da 

sosializm  hərəkatına  zərbə  idi.  Parlamentin  ilk  iclaslarının 

birində  Rəsulzadə  məhz  bu  cür  müddəaları  nəzərə  alaraq  

demişdir  ki,  vaxtilə  Azərbaycan  milli  ideyası  irəli  sürüləndə 

mühafizəkar  islamçılar  bunu  «İslam  birliyi»ni  parçlamaq, 

sosial-demokratlar  isə  dünyada  sosializmin  qalib  gəlməsi 

ideyasına  xəyanət  kimi  görmüşlər.  Ancaq  Cümhuriyyət 

yarandıqdan  sonra  istər  mühafizəkar  islamçılar,  istərsə  də 

sosialistlər  Azərbaycan  milli  ideyasını  iki  əllə  müdafiə 

etmişlər [34, 50].  


www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

362 



362 

Rəsulzadənin bu tarixi çıxışı göstərir ki, həmin dövrdə 

milli şüur artıq qalib bir vəziyyətə gəlmişdir. Ancaq onun bu 

qalibiyyəti  istər  sosial-demokrat  cildinə  girmiş  rus 

bolşeviklərini  və  onların  Azərbaycandakı  əlaltılarını,  istərsə 

də  «Rusiya  müsəlmanlarının  birliyi»  xülyası  ilə  yaşayan,  bu 

mənada 

Rusiya  imperiyasının  dağılmasını  istəməyən 



ittihadçıları  müəyyən  mənada  narahat  edirdi.  Xüsusilə,  rus 

bolşevikləri  Azərbaycanda  milli  şüurun  qələbəsini  həzm  edə 

bilmirdilər. Çünki milli şüur ilk növbədə türklüyə, daha sonra 

islami və demokratik dəyərlərə əsaslanırdı. Beləliklə, bunların 

vəhdəti olaraq Azərbaycan milli ideyası,  yəni azərbaycanlılıq 

şüuru da yaranmış olurdu. 

Azərbaycanlılıq  şüuru  dil  birliyi,  qan  birliyi  (genetik 

amil)  və  mədəniyyət  birliyinə  əsaslanan  türkçülüklə  yanaşı, 

İslam,  Vətən  və  Dövlət  şüurunu  da  özündə  əks  etdirirdi. 

Yuxarıda da qeyd etdiyimiz kimi, türkçülük milli şüurun əsas 

xətlərindən  biri  və  birincisidir.  Ancaq  müxtəlif  etnosların 

yaşadığı  bir  ölkədə  yalnız  nəsil-qan  birliyindən  çıxış  etmək  

heç  də  asan  deyildir.  Bu  o  deməkdir  ki,  dil,  mədəniyyət  və 

qan-nəsil (etnos) birliyi daha çox milli dövlət yaranana qədər 

aparıcı mövqe daşıya bilər.  

Azərbaycan  Cümhuriyyəti  dövründə  milli  şüur. 

Dövlət  yarandıqdan  sonra  etniklik  (dil,  mədəniyyət  və  etnos 

birliyi)  kifayət  etmir.  Başqa  sözlə,  bir  dövlətdə,  xüsusilə 

çoxetnoslu bir dövlətdə yalnız etniklikdən çıxış etmək və milli 

ideya kimi qəbul etmək problemlidir. Doğrudur, bu zaman da 

müstəqil dövlətdə aparıcı  etnosun dili və mədəniyyəti birmə-

nalı şəkildə qəbul edilir. Ancaq müstəqil dövlətdə etniklik öz 

yerini  qoruyub  saxlamaqla  yanaşı,  digər  azsaylı  etnik  qrup-



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

363 


ların da dil və mədəniyyətləri nəzərə alınmalıdır. Bunun üçün 

isə dini dəyərlər və dövlətçilik vacib amillərdəndir.  

Azərbaycan  Cümhuriyyəti  dövründə  türkçülüyün 

aparıcılığı qəbul edilməklə yanaşı, dini dəyərlərin qorunması, 

demokratiyanın  təmin  edilməsi  və  dövlətçiliyin  möhkəmlən-

dirilməsi  üçün  azərbaycanlılıq  şüuru  və  onun  nəticəsi  olaraq 

Azərbaycan  milli  ideyası  (azərbaycançılıq)  irəli  sürüldü. 

Hətta,  azərbaycançılığı  ictimai  şüurda  formalaşdırmaq  üçün 

Türk  milləti,  Türk  dili,  Türk  teatrı,  Türk  mədəniyyəti  ilə 

yanaşı,  Azərbaycan  Türk  milləti,  Azərbaycan  türk  dili, 

Azərbaycan  türk  teatrı  və  s.  anlayışlardan  da    istifadə 

olunurdu.  Bununla  da  Azərbaycan  Cümhuriyyətinin  yalnız 

türklərin  deyil,  burada  yaşayan  türk  və  qeyri-türk  etnosların 

dövləti  və  vətəni  olması    şüuru  formalaşmağa  başladı.  

Şübhəsiz,  bütün  bunlar  bir  tərəfdən  Azərbaycan  türklərinin 

min  illər  boyu  sahib  olduqları  dövlətçilik  ənənələrinin,  digər 

tərəfdən çağdaş dövrün tələblərinin təzahürü idi.  

Azərbaycan  Cümhuriyyətinin  ideoloqları  milli  şüurun 

formalaşması zamanı uzaqgörənliklə gördükləri işlərin nəticə-

sində  Azərbaycan  xalqının  şüurunda  dərin  iz  sala  bildilər. 

Cümhuriyyətin  iki  ilə  yaxın  mövcudluğu  dövründə  bütün 

Azərbaycan  vətəndaşlarının  şüurunda  bir  vətən,  dövlət  və 

milli  varlıq  şüuru  yarandı.  Azərbaycan  türkləri  qurduqları 

dövlətdə,  eləcə  də  milli  hökumətin    idarəçiliyində  azsaylı 

etnoslara və milli azlıqlara nə dərəcədə dəyər verirdisə, onlar 

da Azərbaycan Cümhuriyyətini bir türk dövləti olaraq səmimi 

şəkildə qəbul etməklə yanaşı, onu özlərinə bir vətən və dövlət 

kimi  də  görürdülər.  Deməli,  onlar  Azərbaycan  Cümhuriy-

yətinin  yaranmasında  türkçülüyün  əhəmiyyətini  başa 

düşürdülər.  Eyni  zamanda,  Azərbaycan  türklərinin  bundan 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

364 



364 

sui-istifadə  etmədiyini  və  bu  gənc  dövlətdə  türk,  qeyri-türk 

bütün vətəndaşların eyni hüqüq və azadlıqlara malik olduğunu 

da  yaxşı  dərk  edirdilər.  M.Ə.Rəsulzadə  parlamentdəki 

çıxışlarında,  eləcə  də  Cümhuriyyətə  həsr  etdiyi  bir  çox 

əsərlərində  bu  məsələni  dəfələrlə  vurğulamışdır.  Milli 

ideoloqumuz haqlı olaraq yazırdı ki, bu Cümhuriyyət türk və 

qeyri-türk  bütün  Azərbaycan  vətəndaşlarının  Vətəni  və 

Dövlətidir, burada hamı eyni hüquqlara malikdir [188, 40]. 

Milli  şüur  məsələsində  Türk  və  Azərbaycan  anlayış-

larının  ayrıca  bir  yeri  var.  Türklük  və  azərbaycanlılıq  bir 

tamdır. Çünki əsrlər boyu biri (türklük) o birini (azərbaycan-

lılığı)  tamamlamış,  bununla  da  bütövlük  şüurunu-milli 

şüurunu daima mühafizə etmişlər. Ona görə də, Cümhuriyyət 

dövründə  də  azərbaycanlılığın  bir  tərəfdən  türk  etnoslarını, 

digər  tərəfdən  türk  olmayan  etnosları  özündə  birləşdirməsi 

təbii  bir  proses  olmuşdur.  Çünki  azərbaycanlılıq  türklük, 

türklük  isə  azərbaycanlılıq  demək  idi.  Bu  baxımdan 

azərbaycanlılıq  qədər  türklük  də  bütün  azərbaycanlılar  üçün 

birləşdirici  simvollardan  biri  idi.  Türklük  demək  talışa, 

ləzgiyə,  kürdə,  udinə  və  başqa  etnoslara  qardaşlıq,  birlik, 

bərabərlik, bir sözlə azərbaycanlılıq demək idi.  

Bununla  da  Azərbaycanda  milli  mənsubiyyətindən, 

dinindən,  siyasi  dünyagörüşündən  asılı  olmayaraq  vətəndaş 

həmrəyliyli yaranmışdı. Çünki milli ideoloqlarımızın irəli sür-

düyü  Azərbaycan  milli  ideyası-azərbaycanlılıq  şüuru  heç 

zaman türklük şüurundan ayrı təsəvvür edilməmişdir. Əksinə,  

türklük olmadan, azərbaycanlılığın heç bir məna və mahiyyətə 

malik  olmayacağını  türklər  də,  azsaylı  etnoslar  da  yaxşı 

anlayırdılar. Ona görə də Azərbaycan Sovet Rusiyasının işğal-

ına  məruz  qaldığı  dövrdə  və  sonralar  Azərbaycan  türkləri  ilə 


www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

365 


yanaşı  talışlar,  kürdlər,  ləzgilər  və  başqa  azsaylı  etnoslar 

müstəqil Azərbaycan dövlətini qorumaq üçün birgə mübarizə 

aparmışlar.  Bu,  ilk  növbədə  milli  şüurun-azərbaycanlılılq 

şüurunun  təzahürünün  nəticəsi  idi.  Şübəhsiz,  gənc  bir  Cüm-

huriyyətin  milli  və  dini  məsələlərdə  heç  bir  ayrı-seçkilik 

qoymaması,  dövlət  quruculuğunda  milli  mənsubiyyətdən  çox 

bilikli  və  idarəçilik  qabiliyyəti  olan  istənilən  etnosun 

nümayəndəsinə  yer  verməsi  də  milli  şüurun  formalaşması 

istiqamətində çox əhəmiyyətli olmuşdur. 

Sovet  dövründə  milli  şüur  və  beynəlmiləl  şüur. 

Sovet  Rusiyası  Cümhuriyyəti  işğal  etdikdən  sonra 

Azərbaycanda formalaşan milli şüuru məhv etmək üçün pilləli 

siyasi-ideoloji 

işlər  həyata  keçirdi.    Burada  sovet 

ideoloqlarının  əsas  məqsədi  türklük  şüurunu  azərbaycanlılıq 

şüurundan ayırmaq və aradan qaldırmaq idi. Bunun üçün isə, 

rus  bolşeviklərinin  fikrincə,  ilk  növbədə  türklük  şüurunun 

birbaşa daşıyıcıları olan milli aydınlarımız ya məhv edilməli, 

ya  da  onların  siyasətlərinə  uyğunlaşdırılmalı  idi.  İkinci 

növbədə 

isə  Azərbaycan  Cümhuriyyətinin  süqutunda 

yaxından  iştirak  edən,  ancaq  özlərini  türk  kimliyi  içində 

görənlərin  məhv  edilməsi  idi.  Bu  proses  1920-ci  il  aprel 

işğalından başlamış və 1930-cu illərin sonlarına qədər davam 

etmişdi. 

Bu  baxımdan  işğalın  ilk  günündən  etibarən  birinci 

növbədə, milli şüurun formalaşmasında əsas rol oynayan milli 

aydınlarımız  nəzarət  altına  alındı.  Sovet  rejimi  bir  tərəfdən 

milli aydınlar arasında onlara  yaxın olanları müəyyənləşdirir,  

digər tərəfdən heç vaxt onlarla yollarının birləşməsi mümkün 

olmayanları  fiziki  və  mənəvi  cəhətdən  sındırmağa  çalışırdı. 

Bu mənada, ilk mərhələ türklük şüurunun birbaşa daşıyıcıları 


www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

366 



366 

üçün  çox  ağrılı  oldu.  Onlar  Azərbaycanda  türklük  şüurunu 

qorumaq və yaşatmaq üçün yalnız canlarından olmadılar, eyni 

zamanda  bütün  qohum-əqrabalarının  da  özləri  ilə  bərabər  ya 

ölümünə, ya da sürgününə səbəb oldular. Bu bir milli kimlik 

və  milli  varlıq  davası  idi.  Əgər  o  zaman  türklük  şüurunun 

daşıyıcıları  Vətəndə  və  Vətəndən  kənarda  bu  davanı 

aparmasaydılar, bəlkə də bugünkü Azərbaycan olmayacaqdı.  

Özəlliklə, SSRİ hərbi-diktatura rejiminin  mövcudluğu 

dövründə  Vətəndən  xaricə  mühacirətə  getməyə  imkanları 

olduğu halda belə, bunu etməyib  bütün mümkün vasitələrə əl 

ataraq  türklük,  eyni  zamanda  Azərbaycan  milli  ideyası 

(azərbaycanlılıq)  şüurunu  yaşadanlar  bugünkü  Azərbaycanın 

milli  varlığının  müqəddəs  örnəkləridir.  Məhz  onların 

mücadiləsi,  son  nəfəslərinə  qədər  türklük  və  azərbaycanlılıq 

üçün  apardıqları  mübarizə  nəticəsində,  SSRİ  rejimi 

Azərbaycanda  milli  şüurun  tamamilə  məhv  olunmasına  nail 

ola bilmədi. 

Ancaq  onu  da  etiraf  etməliyik  ki,  antitürk,  antiazər-

baycan  SSRİ  ideoloqları  milli  şüurun  türklük  və 

azərbaycanlılıq  istiqamətində  formalaşması  yolunda  ciddi 

zədələrə yol aça bildilər. Özəlliklə, türklük və azərbaycanlılıq 

şüurunun 

əsas 


daşıyıcılarının 

(H.Cavid, 

Ə.Cavad, 

B.Çobanzadə  və  b.)  repressiya  və  mənəvi  terrora  məruz 

qalması  milli  şüur  açısından  çox  ağrılı  olmuşdur.  Qeyd  edək 

ki,  məhz  milli  şüurun  əsas  daşıyıcılarını  məhv  etmək  üçün 

SSRİ  rejimi  ilk  dövrlərdə  müəyyən  mənada  onlara  milli 

varlıqlarını  və  dini  kimliklərini  ifadə  etmək  üçün  bilərəkdən 

«şərait» yaratmışdır. Bununla da, SSRİ rəhbərliyi müəyyən bir 

zaman  kəsiyində  müəyyənləşdirməyə  çalışmışdır  ki,  milli 

aydınlardan kimlər öz yolundan dönəcək, kimlər isə heç vaxt 

1   ...   32   33   34   35   36   37   38   39   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə