İntellektual-Elektron Kitabxananın təqdimatında



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə37/58
tarix06.05.2017
ölçüsü3,32 Mb.
1   ...   33   34   35   36   37   38   39   40   ...   58

www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

367 


dönməyəcəklər.  İlk  növbədə  də,  bu  repressiyalar  türklük  və 

azərbaycanlılıqdan dönməyənlərə qarşı həyata keçirilmişdir. 

Bu  zaman  yalnız  fiziki  repressiya  həyata  keçirilmə-

mişdir.  Əslində  fiziki  repressiya  SSRİ  rəhbərləri  və 

ideoloqları  üçün  məsələnin  yalnız  bir  tərəfi  idi.  Onların  əsas 

məqsədi  Azərbaycan  insanının  türklük,  islamlıq  və 

azərbaycanlılıq  ideyalarına  əsaslanan  milli  şüurunu  məhv 

etmək,  onun  yerində  tamamilə  yeni  bir  nəsil  yetişdirmək  və 

yeni  bir  ictimai  şüur  formalaşdırmaq  idi.  Elə  bir  nəsil  ki, 

türklüyə,  islamlığa  və  azərbaycanlılığa  tamam  başqa  gözlə, 

başqa  şüurla  baxsın.  Bir  sözlə,  bu  xalq  milli  kimliyinə  və 

dininə  nifrətlə,  Azərbaycana  isə  «gəlmə»  millət  ruhunda 

böyüdülsün.  Bunun  üçün  də,  əvvəlcə  türkçülük  və 

azərbaycançılığın  əsas  daşıyıcıları  olan  milli  ziyalılar 

repressiya olundular. 

Ancaq  həmin  dövrdə  SSRİ  rəhbərliyi  üçün  yalnız 

türkçülüyün  əsas  daşıyıcıları  deyil,  marksizmə  münasibətdə 

onlarla  bir  sırada  yer  tutan,  ancaq  milli  kimlik  və  milli  dil 

məsələsində  türklükdən  çıxış  edənlər  də  təhlükəli  idilər.  Bu 

baxımdan SSRİ rejimi ikinci növbədə də olsa, onları da təftiş 

etdi. Bunun ilk qurbanlarından biri N.Nərimanov, daha sonra 

R.Axundov, Ə.Qarayev və başqaları oldular. 

Deməli,  sovet  ideoloqları  üçün  N.Nərimanovun, 

R.Axundovun  və  başqalarının  siyasi  ideologiya  baxımından 

kommunist  və  ateist  olması  yetərli  deyildi.  Rus  bolşeviklər-

inin  fikrincə,  onlar  milli  kimlik  baxımından  da  özlərini 

kommunist,  yaxud  da  sovet  beynələmiləlçisi  hesab  etməli 

idilər. Başqa sözlə, rus bolşevikləri üçün türk kimliyi və türk 

dili  belə  SSRİ  imperiyasının  gələcəyi  üçün  təhlükə  hesab 

olunurdu. Bu isə, birbaşa milli şüur məsələsi ilə bağlı idi. Rus 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

368 



368 

bolşeviklərinin  fikrincə,  azərbaycanlı  bir  kommunist  milli 

kimliyinin türk, dilinin türk dili olduğunu iddia edirsə, deməli, 

o sovet ideologiyası baxımından zərərlidir.  

Bu  mənada,  Sovetlər  Birliyi  öz  varlığı  üçün  həmişə 

ciddi təhlükə olaraq türkləri, xüsusilə də Azərbaycan türklərini 

görmüşlər.  Ən  azı  onlar  çar  Rusiyası  dövründə  Azərbaycan 

türklərinin  şüur  baxımdan  hansı  səviyyədə  olduqlarını 

öyrənmiş  və  bundan  nəticə  çıxarmışdılar.  Onlar  yaxşı 

bilirdilər  ki,  çar  Rusiyasının  devrilməsində  digər    amillərlə 

yanaşı,  Rusiya  daxilindəki  türk  milli  azadlıq  hərəkatları  əsas 

rol  oynamışdır.  Deməli,  SSRİ-nin  çöküşündə  əsas  rollardan 

birini  də  türklər  oynayacaqdır.  Bunu,  hələ  o  dövrdə 

proqnozlaşdıran sovet ideolqları qabaqlayıcı tədbirlər görməyi 

zəruri  hesab  etmişlər.  Belə  ki,  rus  bolşevikləri  hətta,  SSRİ 

çökərsə  belə  türklərin  uzun  müddət  özlərinə  gələ 

bilməməsinin,  milli  dövlət  olaraq  yaşamaqda  çətinlik 

çəkməsinin planlarını cızmışlar.  

Ona  görə  də,  bu  gündən  baxanda  həmin  dövrdə  baş 

verənləri daha aydın  şəkildə dərk etməliyik.  Ən  azı  ona görə 

ki,  günümüzdə  qarşılaşdığımız  problemlərin  kökü  məhz 

həmin  dövrdə,  xüsusilə  1930-cu  illərdə  qoyulmuşdu.  Çünki 

həmin  dövrdə  yalnız  türklük  və  azərbaycanlılıq  şüurunun 

daşıyıcılarına  deyil,  birbaşa  milli  şüurun  özünə  qəsd 

edilmişdir.  Bütün  bunlardan  sonra  milli  şüur  «sovet 

beynəlmiləlçiliyi» şüuru ilə əvəz olunmuşdur.   

Əlbəttə,  ümumilikdə  beynəlmiləlçilik  ilk  baxışda 

mənfi bir anlayış deyildir. Ancaq baxır ona hansı millət nə cür 

yanaşır.  Əgər  SSRİ  dövründə  Azərbaycan  vətəndaşı  da, 

Qazaxıstan  vətəndaşı  da,  Rusiya  vətəndaşı  da  eyni  hüquqları 

malik  olsyadı,  eyni  hüquqlarla  yaşasaydılar,  o  vaxtda  bu 


www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

369 


beynəlmiləlçilik  yaxşı  ideya  hesab  olunardı.  Ancaq  bundan 

sui-istifadə edib biri o birsini əzirdisə, bu saxta beynəlmiləlç-

ilik idi.   

Hər  bir  insan,  vətəndaş  ilk  növbədə,  yaşadığı,  doğul-

duğu  Vətənin,  tapındığı  Dinin,  və  təmsil  olunduğu  Millətin 

nümayəndəsidir.  Yalnız  bunları  dərk  edəndən  sonra  bəşəri 

ideyalardan  çıxış  edilə  bilər.  Necə  ola  bilər  ki,  kimsə  doğul-

duğu  andan  kosmopolit  olub  qeyri-müəyyən  bir  dildə 

danışsın.    Bu,  normal  olaraq  mümkün  deyil.  Bəşəri 

ideyalardan H.Cavid də, Ə.Cavad da başqası da yaza bilər və 

yazıblar  da.  Yer  kürəsi  burada  yaşayan  bütün  insanların 

vətənidir.  Ancaq  birinci  insanın  doğulduğu  ərazi  onun 

vətənidir. İlk növbədə, hər bir insan üstündə yaşadığı Vətənin, 

təmsil olunduğu Millətin və Dinin dəyərini bilməlidir. Bundan 

sonra bəşəri ideyalarla çıxış etməsi normaldır.  

Bu  baxımdan  SSRİ  ideoloqları  sözün  həqiqi 

mənasında  beynəlmiləlçilikdən  çıxış  etməmişlər.  Onlar  üçün 

kommunizm,  beynəlmiləlçilik,  xalqlar  dostluğu  ideyaları  ilk 

növbədə  vətən,  millət,  din  anlayışlarını  insanların  şüurundan 

çıxartmaq üçün bir ideoloji silah olmuşdur. Uzun müddət bir 

nəslin  şüuruna  hər  gün,  hər  saat,  hər  dəqiqə  eyni 

informasiyalar yeridilərsə, eyni sözlər təkrarlanarsa bu gec-tez 

öz  təsirini  göstərəcəkdir.  SSRİ  ideoloqları  Azərbaycan  işğal 

olunduqdan  sonra  addım-addım  məhz  milli  şüuru  aradan 

qaldırmağa və onu «sovet şüur»u ilə  əvəz etməyə çalışmışlar. 

Maraqlıdır  ki,  beynəlmiləlçi  əsaslı  «sovet  şüuru» 

formalışdırılarkən  yenidən  repressiya  olunmuşlara  müraciət 

edilmiş, hətta onlara bəraət verilmiş, günahsız olmaları barədə 

məhkəmə  qərarları  çıxarılmışdı.  Ona  görə  yox  ki,  SSRİ 

rəhbərləri  fiziki  cəhətdən  repressiya  edib,  mənəvi-ruhi 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

370 



370 

cəhətdən  yoxsul  buraxmaq  istədikləri  Azərbaycan  türklərinə 

ürəkləri  yanırdı.  Əsla.  Sadəcə,  bu  bəraətlər  beynəlmiləlçi 

əsaslı «sovet şüur»unu Azərbaycan cəmiyyətində təbliğ etmək 

üçün lazım idi. Bu zaman repressiya olunmuş milli ziyalılara 

da  ancaq  «sovet  beynəlmiləlçiliyi»  ideyası  əsasında  müraciət 

olunurdu. 

Bununla  da  sovet  ideoloqları    ikibaşlı  oyun 

oynayırdılar.    Vaxtilə  repressiya  etdikləri  milli  ziyalılara 

«bəraət»  verməklə  əslində  Azərbaycan  xalqının  deyil,  öz 

imperiya  maraqlarını  güdürdülər.  Başqa  sözlə,  SSRİ 

ideoloqları  Azərbaycan  xalqında  qeyri-milli  şüur  formalaş-

dırmaq üçün repressiya olunmuş milli ziyalılardan sui-istifadə 

edirdilər.  Bu  prosesi  sovet  ideoloqları  elə  bir  şəkildə  həyata 

keçirirdilər  ki,  Azərbaycan  insanının  keçmişə  baxışında 

ziddiyyətlər  yaransın.  Yəni  keçmişini  doğru-dürüst  görə 

bilməsin, dərk etmək iqtidarında olmasın.  

Çünki  SSRİ  ideoloqları  da  yaxşı  anlayırdılar  ki, 

istənilən  cəmiyyəti,  milləti  yaşadan  onun  sözün  həqiqi 

mənasında  milli  aydın-ziyalı  adına  layiq  olanlardır.  Əgər 

cəmiyyəti,  milləti  yaşadan  milli  aydınlar  yoxdursa,  onda 

həmin millət milli ruhdan yoxsul qalacaqdır. Əvəzində isə ona 

hansısa 

qeyri-müəyyən 

«Sovet 

ruhu», 


«Sovet 

beynəmiləlçiliyi»  ideyaları  ilə  silahlanmış  «kosmopolit 

ziyalılar»  sırımaq  mümkün  olacadır.  Başqa  sözlə,  Sovetlər 

Birliyinin  «ziyalı»sı,  ancaq  onların  istədiyi  şəkildə  «ziyalı» 

ola biləcək. SSRİ dövrünün  yetişdirdiyi  «ziyalı»nın  türklüyə, 

islamlığa baxışı da yalnız və yalnız «sovet beynəlmiləlçiliyi» 

və «xalqlar dostluğu» ideyasından kənara çıxmayacaqdır. 

Beləliklə,  son  50  ildə  Azərbaycanda  milli  aydının 

yerini  «Sovet ruhlu»,  «beynəlmiləlçi ruhlu» ziyalılar tutmağa 


www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

371 


başladı.  Çünki  fiziki  repressiyalar  nəticəsində  1920-1930-cu 

illərdəki «pantürkçü», «panislamçı» adı ilə damğalanmış milli 

aydınlardan əsər-əlamət qalmamışdı. Onların əvəzində əsasən 

türklüyə, islamlığa az qala tamamilə yad  gözü ilə baxan yeni 

bir  ziyalı  təbəqəsi  və  həmin  təbəqənin  də  təmsil  olunduğu 

Sovet  Azərbaycanı  nəsli  yetişmişdi.  Bununla  da,  Sovet 

Azərbaycanın ziyalısı və nəsli ilə 1930-cu illərə qədərki milli 

ziyalılar  və  nəsil  arasında  bağ  əsasən  qırılmış,  aralarında  bir 

uçurum  yaradılmışdı.  Bu  uçurum  zaman-zaman  daha  da 

dərinləşdirilmiş, bunun da nəticəsi olaraq Azərbaycan xalqının 

türklüyə,  islamlığa,  milli  azərbaycanlılığa  əsaslanan  milli 

şüuru ciddi şəkildə zədələnmişdir.  

Bu baxımdan SSRİ dövründə əvvəlcə milli aydınların 

nüfuzuna ağır zərbə vuruldu. Onların əksəriyyəti istər mənəvi, 

istərsə  də  fiziki  cəhətdən  məhv  edildi.  Çünki  əvvəlcə  sovet 

ideoloqlarının  qarşısında  əsas  məqsəd  milli  aydını  məhv 

etmək  idi.  Bununla  da  cəmiyyətdə  sözün  həqiqi  mənasında, 

milli  aydın  olmaq  çox  qorxulu  idi.  Sovet  ideoloqları  yalnız 

1950-ci  illərdən  başlayaraq  ziyalının  nüfuzunu  bərpa  etməyə 

başladılar.  Ancaq  bu  nüfuzun  bərpası  millilik  deyil,  sovet 

beynəlmiləlçiliyi  üzərində  quruldu.  Yəni  burada  diqqət 

çəkmək istədiymiz əsas məqam odur ki, SSRİ dövründə milli 

aydın  nüfuzunun  məhvindən  sonra  Azərbaycan  cəmiyyətində 

sovet ruhlu ziyalı formalaşdırılmağa başlandı. 



Çağdaş  dövrdə  milli  şüur  və  beynəlmiləl  şüur. 

Fikrimizcə, indiki dövrdə yaşananlar, 20-ci əsrin əvvəllərində 

baş  verən  proseslərin  yeni  bir  formada  təkrarıdır.  Burada 

söhbət tarixin təkrarından deyil, müxtəlif tarixlərdə baş verən 

hadisələrin oxşar cəhətlərindən gedir.  


www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

372 



372 

Belə  ki,  rus  imperiyası  təfəkkürünün  daşıyıcıları  o 

vaxtda  da,  indinin  özündə  də  Azərbaycanda  türklük  və  milli 

azərbaycanlılıq  şüurunun  formalaşmasına  bacardıqları  qədər 

əngəl olmuşlar. Bu işdə isə, onlarla həmişə eyni mövqe tutan 

fars  şovinistləri  olmuşlar.  Hazırda  isə  eyni  mövqeni  davam 

etdirən  İrandakı  fars-molla  rejimidir.  Hər  iki  antiazərbaycan, 

antitürk  qüvvələr  daima  Azərbaycanda  milli  şüurun  forma-

laşmasına  qarşı  çıxmışlar.  Onlar  bunu  həyata  keçirmək  üçün 

vaxtilə ermənilərdən, indi isə ermənilərlə yanaşı, digər qeyri-

türk etnoslardan da istifadə etməyə çalışırlar.  

Milli  ideoloqlar  bu  problemləri  önləmək  üçün  vaxtilə 

bir  Türk  dövlətinə  «Azərbaycan»  adını  verdilər  ki,  türk  də, 

talış  da,  ləzgi  də,  udin  də,  tat  da  və  başqa  etnoslar  da  onu 

özlərinə  vahid  Vətən  və  Dövlət  bilsinlər!  Ancaq  ermənilər 

rusların  əli  ilə  bu  birliyə  xəyanət  etdilər,  Vətənimizin  bir 

hissəsini Rusiyanın və rus əsgərinin birbaşa hərbi yardımı ilə 

işğal  etdilər.  Deməli,  ilk  növbədə  ermənilər  azərbaycanlılıq 

şüuruna  qarşı  çıxmışlar.  Ermənilərin  bu  xəyanətlərinin 

arxasında  rus  imperiyası  təfəkkürünün  daşıyıcıları  dayandığı 

üçün  hər  şey  bəllidir.  O  vaxtda  da,  bu  günün  özündə  də  rus 

şovinist ideoloqlar üçün milli dövlətlər və milli dövlətdə milli 

şüurlar  qəbul  edilməzdir.  Çünki  hər  millətin  müstəqil  milli 

şüura  malik  olması  imperiya  təfəkkürü  ilə  üst-üstə  düşmür. 

Bunun  qarşısını  almaq  üçün  rus  imperialistləri  və  fars 

şovinistləri milli dövlətlərdə «parçala və hökm sür!» faktorun-

dan həmişə geniş şəkildə istifadə etmişlər. 

Milli dövlətlərdə bölücülüyü həyata keçirmək üçün bu 

antiazərbaycan,  antitürk  dairələr  bir  tərəfdən  «beynəlmiləl» 

ideyalardan (avrasiyaçılıq, «şiə islamçılığı» və s.), digər tərəf-

dən  isə  qeyri-türk  etnoslardan  istifadə  etməyə  çalışmışlar. 


www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

373 


Birinci  halda,  onlar  həmişə  Azərbaycan  xalqının  gələcəyinin 

ya  Rusiya,  ya  da  İranla  bağlı  olmasını  təbliğ  etmişlər. 

Xüsusilə,  hazırda  rus  ideoloqları  «avrasiyaçılıq»  adı  altında 

keçmiş  SSRİ  xalqlarını,  o  cümlədən  Azərbaycan  türklərini 

yeni bir oyuna gətirməyə cəhd edirlər. İki əsrdə Azərbaycanı 

iki  dəfə,  özü  də  hərbi  güclə  işğal  edən  Rusiya  üçüncü  dəfə, 

hərbi  gücdən  istifadə  etmədən  imperiya  maraqlarını  həyata 

keçirməyə  çalışır.  Bu  zaman  rus  ideoloqları  sovet  dövrünün 

nostalgiyası  ilə  yaşayan  sovet  nəslindən  maksimum 

faydalanmağı,  onların  vasitəsilə  gənclərə  təsir  göstərməyi  də 

unutmurlar. 

İran rejiminin ideoloqları «şiə islamçılığı» adı altında, 

bir tərəfdən bu məsələdə rus ideoloqlara dəstək verir, digər tə-

rəfdən öz maraqlarını da güdürlər. Bu gün rus və fars ideoloq-

larının  «Gülüstan»  (1813)  və  «Türkmənçay»  (1828) 

müqavilələri ilə bağlı konyuktura ilə məşğul olması Azərbay-

canda milli şüurun formalaşmasının qarşısını almaq, Azərbay-

can  xalqının  şüurunda  aydınlaşmaların  aparılmasına  əngəl 

olmaqdır.  

 

4.1.2.Milli şüur və vətəndaş cəmiyyəti, 



modernləşmə 

 

Hazırda Azərbaycan xalqının milli şüuruna ciddi təsir 

göstərən  faktorlar  arasında  qloballaşma  prosesi  xüsusi  yer 

tutur.  Bir  çoxları  hesab  edirlər  ki,  qloballaşmanın  əsas 

ideyaları  modernləşmə,  postmodernləşmə,  demokratiya, 

liberalizm və vətəndaş cəmiyyətidir. Fikrimizcə, bütün bunlar 

Azərbaycan 

vətəndaşının 

təfəkküründə 

yaxşı 


halda 

beynəlmiləl, pis halda isə kosmopolit şüur formalaşdıra bilər. 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

374 



374 

Bu  ideyaların  tətbiqi  zamanı  irqindən,  dinindən  asılı 

olmayaraq bütün insanların hüquq və azadlıqları önə çəkildiyi 

üçün  millilik  arxa  plana  keçirilir.  Xüsusilə,  son  zamanlar 

vətəndaş 

cəmiyyəti, 

çoxmədəniyyətlilik, 

informasiya 

cəmiyyəti,  tolerantlıq  anlayışlarının  qloballaşma  prosesinin 

tərkib hissəsi kimi təbliği çox düşündürücüdür. Bizə elə gəlir 

ki, qloballaşma prosesi anlamında aldadıcı və zahirən müsbət 

görünən  (məsələn,  fərdin  azadlığı  millətin  və  dövlətin 

azadlığında üstündür) ideyaların içində şüurlarımıza yeridilən, 

ancaq  milli  və  dini  mənəviyyatımıza  uyğun  olmayan 

məsələlərdə son dərəcə diqqətli olmalıyıq. Bu mənada, qlobal-

laşma  prosessi  ilə  bağlı  Səlahəddin  Xəlilovun  fikirləri  çox 

anlamlıdır:  «İndi  qloballaşma  adı  altında  baş  verən  proseslər  

əslində  bir  qütblü  dünyanın  mütləqləşdirilməsi  və  milli 

dövlətlərin  vahid  bayraq  altında  sıraya  düzülməsi,  bir  dilin 

başqa  dilləri,  bir  siyasi  iradənin  başqa  siyasi  iradələri,  bir 

iqtisadi  marağın  başqa  maraqları  sıxışdırıb  çıxarması  ilə 

müşaiyət olunur» [113

a

, 22]. 


Azərbaycanda qloballaşmanın geniş yayıldığı, modern 

və  vətəndaş  cəmiyyətinin  qurulmasına  çağırışlar  edildiyi  bir 

dövrdə,  islamçılıq  və  türkçülüyün  də  nə  qədər  vacibliyi 

məsələsinin  xüsusi  maraq  doğurması  təbiidir.  Ümumiyyətlə, 

qloballaşma prosesində «üçlüyə» (türkləşmək, islamlaşmaq və 

müasirləşmək)  münasibətdə  iki  əsas  baxış  var:  1)  Qərbyönlü 

vətəndaş  cəmiyyəti,  modernləşmə  «üçlüy»ə  nisbətən  daha 

vacibdir;  2)  Qərbyönlü  vətəndaş  cəmiyyəti  quruculuğu, 

modernləşmə  nə  qədər  zəruri  olursa-olsun,  «üçlük»  onun 

kölgəsində qalmamalıdır. 

Deməli,  bu  gün  də  milli  şüurun  formalaşmasında  ən 

azı iki tərəfli mübarizə gedir. Bu mübarizədən hansının qalib 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

375 


çıxması  ilə  milli  şüurun  formalaşması  prosesi  yeni  bir  çalar 

daşıya  bilər.  Daha  doğrusu,  əgər  vətəndaş  cəmiyyətinin, 

modernləşmənin  «üçlük»dən  daha  vacib  olması  qənaətinə 

gəlinərsə,  yaxud  da  gəlinirsə  bu  zaman  milli  şüurun  öz 

mahiyyətindən  xeyli  dərəcədə  kənara  çıxması  baş  verə  bilər. 

Çünki vətəndaş cəmiyyəti üzərində formalaşan şüur daha çox 

beynəlmiləl,  müəyyən  mənada  kosmopolit  şüurdur.  Digər 

tərəfdən,  vətəndaş  cəmiyyətinin  özünə  olan  münasibət  və 

onun tətbiqi forması birmənalı deyildir. Belə ki, sözün həqiqi 

mənasında  vətəndaş  cəmiyyəti  modeli  uyğulanarsa,  müəyyən 

mənada  o,  milli  şüurla  uzlaşdırıla  bilər.  Ancaq  bu  formal 

şəkildə baş verərsə məsələ tamamilə başqa rəng alar. 

Burada  incə  məqam  odur  ki,  beynəlmiləl  ideyalara 

(liberalizm,  demokratiya,  vətəndaş  cəmiyyəti  və  s.)  hər  bir 

millət  öz  adət-ənənələri  və    mədəniyyəti  mövqeyindən 

yanaşır.  Bu  zaman  millətin  milli  şüurunun  inkişaf 

səviyyəsindən  asılı  olaraq  beynəlmiləl  ideyalar  və  milli 

ideyaların  birgə  mövcudluğu  da  mümkündür.  Bu  mənada, 

milli  demokratiya,  milli  liberalizm,  milli  sosial-demokratiya 

anlayışları da siyasi-ideoloji ədəbiyyatda özünə yer tapmışdır. 

Deməli, beynəlmiləl  ideya hesab edilən hər hansı ideyaya, o 

cümlədən vətəndaş cəmiyyətinə «milli» don geyindirmək (rus 

bolşevizmi,  alman  milli  sosializmi-faşizm,  amerikan 

demokratiyası,  ingilis  liberalizmi,  isveç  sosializmi  və  s.) 

mümkündür.  

Ancaq  onu  da  unutmaq  lazım  deyil  ki,  beynəlmiləl 

ideyaları milliləşdirmək heç vaxt birmənalı qarşılanmamışdır. 

Xüsusilə, «sollar» və «sağlar» beynəlmiləl ideyaların milliləş-

dirilməsinin  əleyhinə  olmuşlar.  Belə  ki,  «sollara»  görə 

demokratiya, 

liberalizm 

və 


bu 

kimi 


ideyaların 

www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

376 



376 

milliləşdirilməsi onların bəşəri mahiyyətinə xələl gətirir. Yəni 

onların  əsil  mahiyyətindən  uzaqlaşmasına  səbəb  olur. 

Şübhəsiz,  bu  məsələdə  «sollar»  müəyyən  qədər  haqlıdırlar. 

Çünki bu zaman hər hansı bir ölkədə mövcud olan hakimiyyət 

mövcud  olan  problemləri  həll  etmək  əvəzinə,  dünyanı  və  öz 

cəmiyyətini  «milli demokratiya» pərdəsi altında aldatmağa da 

çalışa bilər. Bir qədər də dərinə getdikdə hakim qüvvə bəyan 

edə  bilər  ki,  hər  bir  xalqın  demokratiyası  onun  adət-

ənənələrinə  və  mədəniyyətinə  uyğundur.  Bu  mənada,  başqa 

ölkələr bizim daxili işimizə qarışa bilməz və s. 

Yeri gəlmişkən, «sağlar» da «sollar» kimi beynəlmiləl 

ideyaları  birmənalı  şəkildə  qəbul  etmirlər.  «Sağlar»a  görə, 

beynəlmiləl  ideyalarda  öz  əksini  tapan  müddəaları  kənarda 

deyil, ya millətin öz adət-ənənələrində,  ya da dini dəyərlərdə 

axtarmaq  lazımdır.  Xüsusilə,  dini  ideydan  çıxış  edənlərin 

fikrincə,  xristianlıq  və  islamlıq  özü  beynəlmiləl  ideyalardır. 

Məsələn,  müsəlman  din  xadimlərinə  görə  demokratiya, 

liberalizm,  vətəndaş  cəmiyyətinə  aid  müddəaların  bir  çoxu 

Quranda  vardır.  Ona  görə  də  Qərbin  məhsulu  olan  bu  cür 

ideyaların müsəlman ölkələrində tətbiqinə  ehtiyac yoxdur.  

Fikrimizcə,  yalnız  milli-demokratik  məfkurədən  çıxış 

edən  qüvvələrin  beynəlmiləl  və  milli  ideyalara  münasibəti 

daha obyektiv olmuşdur. Belə ki, milli-demokratik məfkurəni 

təmsil  edən  qüvvələr  milli  varlıqlarını  ifadə  etmək  və 

yaşatmaq  üçün  «sol»-radikal  beynəlmiləl  və  «sağ»-

mühafizəkar  ideyalar  arasında  ortaq  nöqtələr  tapmağa 

çalışmışlar. Xüsusilə də, dini kimliklərindən asılı olaraq ayrı-

ayrı  millətlər    (fransız,  ərəb,  türk,  alman,  yapon  və  b.) 

çalışmışlar  ki,  bu  məsələlərdə  mərkəzi  mövqe  tutsunlar. 


1   ...   33   34   35   36   37   38   39   40   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə