İntellektual-Elektron Kitabxananın təqdimatında



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə38/58
tarix06.05.2017
ölçüsü3,32 Mb.
1   ...   34   35   36   37   38   39   40   41   ...   58

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

377 


Ancaq  bu  bütün  dövrlərdə,  o  cümlədən  20-ci  yüzillikdə  və 

hazırda da ən ciddi problemlərdən biri olaraq qalmaqdadır. 

Bu  baxımdan  qloballaşmanın  geniş  yayıldığı  indiki 

dövrdə  «sollar»  və  «sağlar»  arasında  mərkəzi  mövqe  tutmaq 

çox  çətindir.  Özəlliklə,  modernləşmə,  postmodernləşmə, 

vətəndaş  cəmiyyəti  ideyaları  ilə  şiəlik,  vahabilik,  millətçilik, 

ələvilik  ideyaları  arasında  uzlaşdırma  tapmaq  heç  də  asan 

məsələ  deyildir.  Bu  mənada,  «milli  demokratiya»dan,  «milli 

sosializm»dən  hər  hansı  formada  nisbi  də  olsa,  bəhs  etmək 

mümkündürsə, ilk baxışda «milli vətəndaş cəmiyyəti», «milli 

modernləşmə»  bir  o  qədər  də  məntiqə  və  təfəkkürə  uyğun 

gəlmir.  Ancaq  kiminsə,  bunu  da  iddia  etməsi  istisna  deyil. 

Hətta,  hər  hansı  cəmiyyətdə  hakim  qüvvənin  «milli  vətəndaş 

cəmiyyəti»  modeli  həyata  keçirmək  istəyinə  düşməsi  də 

mümkündür. Özəlliklə, həmin cəmiyyətdə hakim siyasi qüvvə 

bunda  maraqlı  olarsa,  «milli  vətəndaş  cəmiyyəti»  də 

«reallaşa» bilər.  

Yeri  gəlmişkən,  «Vətəndaş  cəmiyyəti»ndən  bəhs 

olunarkən  tez-tez  belə  bir  fikrin  səsləndirilməsi  ki,  hər  hansı 

toplumda  ABŞ-a  məxsus  vətəndaş  cəmiyyəti  tətbiq  olunarsa, 

bu zaman yerli adət-ənənələr, milli özünəməxsusluqlar nəzərə 

alınmalıdır,  dediyimiz  «milli  vətəndaş  cəmiyyəti»  modelinə 

doğru getməyin bir nişanəsidir. Onda ortaya belə bir sual çıxır 

ki,  «sovet  vətəndaşı  cəmiyyəti»  təfəkküründən  tam  xilas  ola 

bilməyən,  üstəlik  milli  şüuru  natamam  olan  bir  toplumda 

«milli  vətəndaş  cəmiyyət»i  modelini  tələm-tələsik  həyata 

keçirmək nə dərəcədə doğrudur?  

Fikrimizcə,  bu  sualın  aydın  cavabını  bilmək  üçün 

hökmən  vaxtilə  başqa  bir  formada  Azərbaycanda  həyata 

keçirilən  oxşar  iki  nümunəyə:    1)  sosializm-kommunizm 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

378 



378 

ideyasına; 2) demokratiya ideyasına diqqət yetirmək lazımdır. 

Maraqlıdır ki, bu iki beynəlmiləl ideyanın biri  - kommunizm 

məfkurəsi Azərbaycanda zorakılıqla, digəri – demokratiya isə 

könülülük əsasında həyata keçirilmişdir. Bizə elə gəlir ki, bu 

iki  nümunənin  Azərbaycanda  hansı  şəkildə  həyata 

keçirilməsini təhlil etməklə «milli vətəndaş cəmiyyəti» modeli 

ilə bağlı müəyyən bir qənaətə gələ bilərik. 



Kommunizm  və  milli  şüur.  Öncə,  kommunizmin 

Azərbaycanda və digər keçmiş SSRİ ərazilərində nə cür tətbiq 

olunması  məsələsinə  diqqət  yetirək.  Rus  bolşevikləri  1917-ci 

ildə  Rusiyada  hakimiyyəti  ələ  aldıqdan  sonra  əvvəlcə  bütün 

millətlərə  azadlıq  vəd  etdiyi,  hətta  bunu  yazılı  şəkildə  bəyan 

etdiyi  halda,  çox  keçmədi  ki,  kommunizm  məfkurəsindən 

işğalçılıq  siyasəti  kimi  istifadə  etməyə  başladılar.  Ancaq 

bunun  yalnız  birtərəfli,  yəni  beynəlmiləl  formada  həyata 

keçirilməsinin  mümkünsüzlüyünü  anlayan  rus  bolşevikləri 

kommunizmə  «milli  forma»  da  verməyə  başladılar.  Başqa 

sözlə,  onlar  Marks  və  Engelsin  kommunizm  məfkurəsini  rus 

milli  maraqlarına  uyğun  şəkildə  digər  millətlərin  şüurlarına 

yeritmək üçün sosializm  ideyasına  «milli»  don  geyindirməyə 

çalışdılar. Rus bolşevikləri kommunizm məfkurəsinin «milli» 

mahiyyətini  belə  izah  edirdilər:  formaca  milli,  məzmunca 

sosialist.  Kommunizm  ideyasına  «milli»  don  geyindirməkdə 

onların  məqsədi  qeyri-rus  millətlərinin  şüurunu  dolaşdırmaq 

və kölə halına gətirmək idi. Başqa sözlə, rus bolşevikəri qeyri-

rus  millətlərini,  özəlliklə  türk  xalqlarını  zor-xoş  inandırmaq 

istəyirdilər  ki,  yalnız  ruslar  arasında  deyil,  guya  Azərbaycan 

türkləri,  Türküstan  türkləri,  ukraynalılar  və  başqa  xalqların 

həyatında da sosializm inqilabı baş vermişdir. Sadəcə, Rusiya-

da  sosializm  inqilabı  bir,  Azərbaycanda  digər,  Ukraynada  isə 


www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

379 


ondan  bir  qədər  fərqli  formada  baş  vermişdir.  Guya, 

sosializmin digər ölkələrdə (Ukrayna, Azərbaycan, Gürcüstan 

və b.) Rusiyadan bir qədər fərqli şəkildə baş verməsinə səbəb 

isə, həmin millətlərin kommunizmə nə dərəcədə hazır olması 

səviyyəsi,  ictimai-iqtisadi  formasiya  quruluşu,  kütlənin  şüur 

səviyyəsi,  bir  sözlə  milli  özünəməxsusluqla  bağlı  olmuşdur. 

Ancaq bütün hallarda, guya bu ölkələrdə də sosializm inqilabı 

baş  vermiş,  fəhlə  və  kəndlillər  milli  burjuaziyanı  devirərək 

hakimiyyəti ələ almışlar.  

Bu zaman rus bolşeviklərinə əsas lazım olan o idi  ki, 

öz əlləri ilə yıxdıqları milli dövlətlərdə (Ukrayna, Azərbaycan, 

Gürcüstan  və  b.)  sözdə  «sosialist  dövlətləri»nin  yaradıldığını 

əsaslandırsınlar. Bundan sonra həmin «sosialist dövlətlərə» bir 

«milli» 


sözünü 

əlavə 


etmək 

işğalçılıq 

siyasətini 

pərdələməkdən  başqa  bir  şey  deyildi.  Bu  zaman  ədəbiyyatda 

formaca milli, məzmunca kommunist-sosialist mütəfəkkirlərin 

(Nizami, Nəsimi, Axundzadə və b.) axtarışına çıxılması həmin 

siyasətin  tərkib  hissəsi  idi.  Bütün  hallarda    yerlərdəki  «milli 

sosializm»  inqilabı  ruslaşdırmaq,  rus  imperiyasını  bərpa 

etmək ideologiyasından başqa bir şey deyildi. 

Bəlkə  də,  marksizm  banilərinin  kommunizm  ideyası 

rus  bolşeviklərinin  əlində  imperiya  alətinə  çevrilməsəydi, 

keçmiş  SSRİ    xalqlarında  ona  münasibət  bu  dərəcədə  mənfi 

olmazdı.  Başqa  sözlə,  marksistlərin  kommunizmini  rus 

bolşevikləri  zoraklıqla  sırıdığı  üçün    keçmiş  SSRİ-nin 

tərkibində  olmuş xalqlarda,  o  cümlədən  Azərbaycan  xalqının 

yeni  nəslində  (köh-nə  nəslin  əksəriyyəti  bu  məsələyə  fərqli 

yanaşır)  ona  qarşı  qıcıq  var.  Əslində  bu  qıcıq  daha  çox  «rus 

kommunizmi»  ilə  bağlıdır,  nəinki  marksizm  banilərinin 

kommunizm məfkurəsi ilə. Hər halda, marksizmin banilərinin 


www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

380 



380 

irəli  sürdüyü  təlimdə  son  zamanlar  çox  vurğulanan  vətəndaş 

cəmiyyətinin  eleməntləri  var  idi.  Onlar  dövləti  üstqurum, 

vətəndaş  cəmiyyətini  maddi  bazis  kimi  görür,  dövlətsiz 

kommunist  cəmiyyətinin  yarana  biləcəyinə  inanırdılar.  Bir 

sözlə,  zaman  gələcək,  hüquq  və  dövlət  aradan  qalxacaq, 

hakimiyyətsiz vətəndaş cəmiyyəti yaranacaq [50, 7]. 

Bu mənada, keçmiş SSRİ dövründə Ukraynada, Azər-

baycanda,  Gürcüstanda  və  başqa  müstəmləkə  ölkələrdə 

«milli»  xüsusiyyətli  sosializm  adı  altında,  sözün  həqiqi 

mənasında marksizmin dövlətsiz kommunist  cəmiyyəti deyil, 

rus  bolşeviklərinin  «rus  kommunizmi»  qurulurdu.  Demək 

istədiyimiz  odur  ki,  bu  beynəlmiləl  ideya  rus  bolşeviklərinin 

imperiya  maraqları  səbəbindən  olduğu  kimi  tətbiq 

olunmamışdır.  Hər  halda,  marksizmin  banilərinin  irəli 

sürdükləri kommunizm (dövlətsiz vətəndaş cəmiyyəti) ideyası 

«rus  kommunizmi»ndən  mahiyyət  etibarilə  çox  fərqli 

olmuşdur.  Deməli,  keçmiş  SSRİ  xalqlarının  şüurlarına 

marksizm  banilərinin  kommunizm  ideyası  deyil,  Leninin  və 

Stalinin «rus kommunizmi» ideyası yeridilmiş, üstəlik ona bir 

«milli» xüsusiyyətlər də əlavə edilmişdir. Bununla da, keçmiş 

SSRİ  xalqlarının  şüurlarında  kommunizmə  münasibətdə  yeni 

bir  ictimai  şüur  formalaşdırılmışdır.  Elə  bir  şüur  ki,  orada 

vətəndaş  nə  özünü  kommunist,  nə  də  milli  mənada  dərk  edə 

bilirdi.  Bununla  da,  keçmiş  SSRİ  xalqları  «sovet  vətəndaşı 

cəmiyyəti»  və  «kommunizm»  adı  altında  daha  çox 

ruslaşdırılırdı.  Bu  da,  qeyri-rus  millətlərin  şüurunda 

natamamlıq kompleksi, köləlik düşüncəsi yaradırdı.  

Bu,  artıq  idarəedənlər  (rus  bolşevikləri)  üçün  asan 

idarəolunan  cəmiyyətlər  (ukraynalı,  azərbaycanlı,  gürcü, 

qazax  və  b.)  demək  idi.  Burada  əsas  məqam  odur  ki, 


www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

381 


idarəedənlər  (rus  bolşevikləri)  özlərindən  əvvəlki  imperiya 

sələflərinin 

yolunu 

(çar 


Rusiyası 

dövründəki 

rus 

mütləqiyyətçiləri)  davam  etdirməklə  yanaşı,  özlərindən 



sonrakı xələflərini də düşünürdülər. Belə ki, bir gün SSRİ-nin 

dağılmasının  mümkünlüyünü  nəzərə  alaraq,  gələcəkdə 

imperiya  təfəkkürünü  davam  etdirənlər  üçün  (məsələn,  indi 

buna  «rus  avrasiyaçılığı»  nümunə  ola  bilər),  sovet  dövründə 

idarəolunan  millətlər  halına  gətirilmiş  cəmiyyətləri  daim 

təzyiq altında saxlamağın planlarını da cızmışlar. Fikrimizcə, 

keçmiş 

SSRİ-nin 



tərkibindəki 

xalqların 

marksizmin 

banilərinin  kommunizmini  deyil,  rus  imperiya  təfəkkürünün 

daşıyıcıları olan bolşeviklərin «rus kommunizmi»nin psixoloji 

təzyiqi  altında  olduğu  bir  dövrdə  «rus  avrasiyaçılığı»nın 

postsovet  məkanında  yayılması  çox  ağıllı  düşünülmüş  bir 

ideyadır.  Çünki  Rusiyada  yaxşı  anlayırlar  ki,  keçmiş  SSRİ 

xalqları  hər  il  sovet  ideologiyasından  uzaqlaşır  və  bu 

uzaqlaşma yeni nəsil və yeni təfəkkür deməkdir. Yeni nəsilin 

sovet  nəslini  get-gedə  inkar  etməsi  isə,  rus  imperiyası 

təfəkkürünə daban-dabana ziddir.   

Ona görə də, yeni rus ideoloqları keçmiş SSRİ xalqları 

arasında  imperiya  təfəkkürünə  cavab  verən  sovet  nəsli  tarix 

səhnəsindən  getmədən  «rus  avrasiyaçılığı»nı  həyata 

keçirməyə  çalışırlar.  Onlar  yaxşı  anlayırlar  ki,  ötən  20  ilin 

üzərinə  bir  10,  yaxud  20  il  gələrsə,  keçmiş  SSRİ  xalqlarını 

yeni  nəsli  rus  imperiya  təfəkkürünü  yaxına  belə 

buraxmayacaqlar.  Bu  baxımdan  rus  ideoloqları  üçün 

avrasiyaçılıq  imperiya  təfəkkürünü  davam  etdirməyin  bir 

vasitəsidir.  «Avrasiyaçılıq»  kimi  imperialist  ideyaya  qarşı 

milli  şüur  formalaşdırıb  milli  ideya  ilə  çıxış  etmək  isə  ona 

alternativlikdir. Fikrimizcə, bu prosesin imperialistlərin, yoxsa 


www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

382 



382 

millilik  tərəfdarlarının  qalib  çıxmasında  ictimai  şüurun  hansı 

istiqamətdə  –  imperiya  təfəkkürünə,  yoxsa  milli  şüura  doğru 

inkişaf etməsindən çox şey asılı olacaqdır.  



Çağdaş  dövrdə  demokratiya  və  milli  şüur. 

Kommunizm  (sosializm)  ideyasından  fərqli  olaraq  demo-

kratiyaya  münasibətdə  keçmiş  SSRİ  xalqlarının,  o  cümlədən 

Azərbaycan  xalqının  yeni  nəsli  ilə  sovet  nəsli  arasında  çox 

ziddiyyətlər  var.  Yeni  nəsil  demokratiyaya  çox  meyil  etdiyi 

halda,  sovet  nəslinin  böyük  əksəriyyəti  onu  qəbul  etmir, 

yaxud da etmək istəmir. Şübhəsiz, bunlar ilk növbədə ictimai 

şüurla,  ictimai  psixologiya  ilə  bağlıdır.  Başqa  sözlə,  ictimai 

şüurun  səviyyəsindən  asılı  olaraq  demokratiyaya  münasibət 

birmənalı  deyildir.  Məsələn,  sovet  nəslinin  əksəriyyətinin 

demokratiyaya antisimpatiyası əvəzində «rus kommunizm»inə 

müsbət  münasibətinin  əsasında  sovet  dövrü  və  şəraiti,  sovet 

ideologiyası dayanır. Bu, başqa cür də ola bilməz. 

Xüsusilə,  sovet  nəslinin  böyük  bir  qisminin 

kommunizm  dedikdə,  marksizm  banilərinin  kommunizminə 

deyil,  «rus  kommunizmi»nə  tapınmaları  ideyaya  bağlılıqdan 

daha  çox,  dövrün  reallıqları  və  gerçəklikləri  ilə  bağlıdır.  Bu, 

artıq  ideyaya  olan  könüllü  sevginin  təzahürü  ola  bilməz. 

Burada  zorakılıq  və  həmin  zorakılığın  «sevgiyə»  çevrilməsi 

prosesi açıq şəkildə özünü büruzə verir.  Bunun da nəticəsidir 

ki,  sovet  nəslinin  xeyli  qismi  faktiki  olaraq  «rus  kommun-

izmi»ni unuda bilmir, unuda bilmədiyi üçün də demokratiyaya 

kapitalizmin  ünsürü  kimi  yanaşır.  Onların  fikrincə, 

demokratiya  anarxiya,  özbaşınalıq  deməkdir.  Bütün  bunlar 

sovet nəslinin əksəriyyəti üçün yalnız mənfi amillərdir. 

Ancaq  yeni  nəslin,  yəni  sovet  mühiti  ilə  ya  çox  az 

bağlı  olanlar,  ya  da  ümumiyyətlə  bağlı  olmayanların 


www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

383 


demokratiyaya,  o  cümlədən  milli  demokratiyaya  münasibəti 

xeyli dərəcədə fərqlidir. Bunun da başlıca səbəbi var:  

1)

 

«rus kommunizmi» ideologiyasından,  sovet mühitindən 



xeyli  fərqli  bir  şəraitdə  yetişmələri  və  demokratiyaya 

keçid,  yaxud  demokratiya  quruculuğu  dövründə 

yaşamaları; 

2)

 



Azərbaycanda 

demokratiya 

ənənələri, 

xüsusilə 

Azərbaycan 

Cümhuriyyəti 

dövründəki 

milli 


demokratiya ideyaları ilə tanışlıq. 

Birincisi,  fikrimizcə,  «rus  kommunizmi»  (sovet) 

ideologiyası mühitində  yetişməyən, onu  görməyən,  ya da çox 

az  görən  faktiki  olaraq  təsir  dairəsi  az  olan  yeni  nəslin  «rus 

kommunizmi»  və  demokratiyaya  münasibəti  sovet  nəslinin 

nümayəndəsindən  xeyli dərəcə də fərqlidir. Ən azı yeni dövr 

nəslinin düşüncəsində pis və yaxşı fərq etməz, «rus kommun-

izmi»  xülyası  və  sovet  beynəlmiləlçiliyi  ideologiyası  yoxdur. 

Digər  tərəfdən  hər  bir  gənc  pis  və  yaxşı  yaşadığı  dövrün, 

mühitin,  təhsilin  və  mədəniyyətin  yetişdirməsidir.  Doğrudur, 

yeni nəslin arasında da elələri var ki, sözün həqiqi mənasında 

demokratiya,  milli  demokratiya  anlayışlarını  dərk  etmirlər. 

Ancaq  belə  gənclərin  «rus  kommunizmi»  haqqında  da 

təsəvvürləri  demək  olar  ki,  yox  dərəcəsindədir.  Bu  mənada, 

həmin  gənclərin  də  təsəvvürlərinin  demokratiya,  milli 

demokratiya lehinə yönəlməsi ümidi çoxdur. 

İkincisi, yeni nəsilin sovet nəslindən fərqli olaraq orta 

məktəbdən başlayaraq ümumi şəkildə də olsa, demokratiya və 

milli  demokratiya  anlayışlarını  mənimsəmək  şansları  var. 

Özləlliklə, «Azərbaycan tarixi» fənnində demokratiya və milli 

demokratiyanın  Azərbaycanda  təşəkkülü  və  inkişafını 

görürlər. 

 

Eyni 


zamanda, 

yeni 


nəslin 

imperiya 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

384 



384 

müstəmləkəçilik  mühitində  və  təhsilində  deyil,  müstəqil 

Azərbaycan  mühitində  və  təhsilində  bu  anlayışları 

mənimsəməsi  də  vacib    amillərdəndir.  Məsələn,  Azərbaycan 

Cümhuriyyəti  dövründəki  millətçi  demokratlarla  tanışlıq, 

onların  ideyalarının  öyrənilməsi  yeni  nəslin  şüurunun 

formalaşmasında  xeyli  dərəcədə  müsbət  təsir  göstərir.  Yeni 

nəsil  anlayır  ki  (hamısı  olmasa  da),    yaxın  tarixdə  demo-

kratiyaya  və  «rus  kommunizmi»nə  münasibətdə  onların  ata-

babaları  hansı  yolu  tutmuşlar!  Deməli,  sovet  nəslindən  fərqli 

olaraq  yeni  nəslin  bu  ideyaları  müqayisə  etmək  şansları  da 

var. 


Gördüyümüz  kimi,  XX  əsrdə  beynəlmiləl  ideya  olan 

iki  ideya  xəttinə  münasibətdə  sovet  və  yeni  nəsil  arasında  nə 

qədər ziddiyyətlər mövcuddur. Bu cür ziddiyyətlərin mövcud-

luğu, üstəlik modernəlşmə, postmodernləşmə  və vətəndaş cə-

miyyəti ideyalarının da yayıldığı bir dövrdə milli şüurun asan 

şəkildə  formalaşması prosesinin həyata keçirilməsi mümkün 

deyildir.  Ən azı ona görə ki, Azərbaycan xalqı «rus kommun-

izmi»ndən  tamamilə qurtulub milli demokratiyaya  uyğunlaş-

madığı bir dövrdə, yeni ideyaların da təsirinə məruz qalır. Bu 

isə,  istər-istəməz  milli  şüurun  formalaşması  prosesinə  əngəl 

olur. 

Milli  şüurun  formalaşması  prosesinin  ləngiməsi 



fonunda,  buna  alternativ  olaraq  Azərbaycan  cəmiyyətində 

kənar  ideyalar  və  ona  uyğun  qeyri-milli  şüur  formaları 

toplumun  ayrı-ayrı  təbəqələrinə bu  və  ya  digər  dərəcədə  təsir 

göstərir.  Çünki  milli  şüuru  istənilən  səviyyədə  olmayan 

insanlar  istər-istəməz  alterantiv  ideyaların  ya  təsirinə  məruz 

qalır,  ya  da  özləri  kənar  ideyalara  meyil  göstərirlər.  Bu, 

xüsusilə gənc bir dövlət üçün çox təhlükəlidir. 


www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

385 


Fikrimizcə,  bütün  bunların  fonunda,  yəni  Azərbaycan 

xalqının ictimai şüurunda ona yaxın olan milli-dini ideyalarla 

(türkçülük,  islamçılıq)  və  beynəlmiləl  ideyalar  (kommunizm, 

demokratiya,  liberalizm  vəb.)  arasında  mübarizə  getdiyi  bir 

dövrdə  toplumun  vətəndaş  cəmiyyətinə  nə  dərəcədə  hazır 

olub-olmaması  məsələsi  çox  mübahisəlidir.  Bunu  sözlə  belə 

ifadə  etmək  olar  ki,  Azərbaycan  xalqı  vətəndaş  cəmiyyətinə 

hazırdır,  hətta  bəzilərinə  görə,  artıq  vətəndaş  cəmiyyəti 

dövründə yaşayırıq! Əlbəttə, vaxtından əvvəl bu cür hökmələr 

çıxarmaq  doğru  deyildir.  Yuxarıda  da  qeyd  etdiyimiz  kimi, 

vaxtilə  kommunizm  haqqında  da  eyni  hökmlər  çıxarılmışdı. 

Ancaq sonra məlum oldu ki, nəinki biz kommunizm dövründə 

yaşamışıq,  əksinə  həmin  dövr  hərbi  diktatura  rejimindən 

başqa bir şey olmamışdır. 

Doğrudur,  biz  razılaşırıq  ki,  vətəndaş  cəmiyyəti  və 

kommunizm fərqli ideyalardır. Ona görə də, bunların arasında 

bərabərlik  işarəsi  qoymaq  yanlışdır.  Ancaq  məsələyə  daha 

obyektiv və elmi yöndən yanaşsaq görərik ki, istənilən müsbət 

ideya  belə  vaxtında  və  müəyyən  təkamül  əsasında  tətbiq 

olunmursa, o, cəmiyyətə zərər verir. Bu mənada, kommunizm 

özünün  mənfi  cəhətlərinə  baxmayaraq,  müəyyən  təkamüldən 

sonra  həyata  keçirilsəydi,  eyni  zamanda  Rus  imperiya 

maraqlarınının alətinə çevrilməsəydi, vəziyyət müəyyən qədər 

də olsa, fərqli ola bilərdi. Bir sözlə, istənilən halda formallıq 

və  qanunların  kağız  üzərində  qalması  nə  kommunizm,  nə 

demokratiya, nə də vətəndaş cəmiyyətinin mahiyyəti ilə bağlı 

deyildir.  Özəlliklə,  uydurma  kommunizm  dövrünü  yaşamış 

xalqların,  yenidən  uydurma  vətəndaş  cəmiyyəti,  yaxud  da 

uydurma demokratiya dövrünü yaşamasının nə mənası var?  


www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

386 



386 

Demək  istədiyimiz  əsas  məsələ  odur  ki,  cəmiyyətin 

şüurunu əvvəlcə demokratiyaya, vətəndaş cəmiyyətinə köklə-

mək,  onun  əsil  mahiyyətini  çatdırmaq  daha  sonra  ona  keçid 

etmək  lazımdır.  Bu  isə,  bütün  hallarda  milli  şüuru  normal 

səviyyədə olan cəmiyyətlər üçün xarakterik ola bilər. Bizə elə 

gəlir ki, Azərbaycan cəmiyyəti hər iki halda – həm demokratik 

təfəkkürə hazırlıq, həm də  milli şüurun üst səviyyydə olması 

baxımından hələlik, buna hazır deyildir. 

Əlbəttə, bunun əksini iddia edənlər  də ola bilər,  hətta 

bellələri vardır da. Ancaq bu fikirdə olanların xeyli qisminin 

bunda  nə  dərəcədə  obyektiv  olması  və  elmliyə  əsaslanması 

özü də birmənalı deyildir.  

Bu  baxımdan  formal  olaraq  vətəndaş  cəmiyyətinin 

müddəalarını  konstitusiyaya  salmaq  hətta,  real  həyatın  bəzi 

sahələrində tətbiq etmək olar. Ancaq ictimai şüur baxımından 

bunun dərki, onun mahiyyətinin reallıqla inikası çox fərqlidir. 

Biz  bir  şeyi  bir  formada  görə,  hətta  səmimi  şəkildə  həyata 

keçirmək niyyətində də ola bilərik. Ancaq kütlənin əksəriyyəti 

onu dərk etmirsə, dərk etmədiyi müddəaları kor-koranə qəbul 

edirsə,  bu  vətəndaş  cəmiyyətinə  keçid  deyil,  öz-özünü 

aldatmaqdır.  Əgər  iddia  olunursa  ki,  vətəndaş  cəmiyyətində 

insanlar  qanunlara  görə  deyil,  insanlıqlarına  görə  hərəkət 

edirlər,  bu  zaman  kütlənin  şüurunun  səviyyəsi  qanunların 

üstündə  olmalıdır.  Halbuki  keçmiş  SSRİ  xalqlarının 

əksəriyyətində  qanunlarının  mövcudluğu  şəraitində  belə 

insanların əksəriyyəti reallıqları fərqli şəkildə dəyərləndirirlər.  

Xüsusilə,  Azərbaycan  cəmiyyətində  demokratiya  və 

vətəndaş cəmiyyəti haqqında, sözün həqiqi mənasında, tam və 

geniş  təsəvvür  yoxdur.  Bu  məsələ  ilə  bağlı  daha  çox 

nəzəriyyələr və informativ bilgilər üstünlük təşkil edir. Bütün 

1   ...   34   35   36   37   38   39   40   41   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə