İntellektual-Elektron Kitabxananın təqdimatında



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə39/58
tarix06.05.2017
ölçüsü3,32 Mb.
1   ...   35   36   37   38   39   40   41   42   ...   58

www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

387 


bunlar, hələ vətəndaş cəmiyyəti demək deyildir. Bu baxımdan 

demokratiya,  vətəndaş  cəmiyyəti  nəzəriyyələriylə,  onlara  aid 

müddəalarla  bir  toplumun  gerçək  həyatı,  milli  özünəməxsus-

luqları  arasında  dərhal  bərabərlik  işarəsi  qoymaq  yanlışdır. 

Çünki  milli  şüuru  normal  səviyyədə  formalaşmayan  bir 

cəmiyyətdə kənar ideyalarla  bağlı mövcud olan təsəvvürlərin 

özü  də  yarımçıq  olur.  Bu  yarımçıqlıqlar  insanların  ictimai 

şüurunda  natamamlıq  kompleksi  yaradır.  Hər  halda, 

Azərbaycan  cəmiyyətinin  ictimai  şüurunda  yarımçıq  demo-

kratiya,  yarımçıq  kommunizm  (sostal-demokratiya),  yarımçıq 

liberalizm,  yarımçıq  vətəndaş  cəmiyyəti,  yarımçıq  islamçılıq, 

yarımçıq  türkçülük,  yarmıçıq  azərbaycançılıq  hakimdir.  Yəni 

bizdə  bütün  bunların  hamısından  var,  ancaq  yarımçıq 

formada. 

Bütün  bu  yarımçıqlıqlar  isə  Azərbaycan 

cəmiyyətində  milli  şüurun  formalaşmasına  imkan  vermir. 

Yaxın iki əsr ərzində milli yaddaşı dolaşdırılan bir cəmiyyətin 

bunu  həll  etmədən  hər  hansı  bir  yeni  ictimai-iqtisadi 

formasiyaya, 

cümlədən 



vətəndaş 

cəmiyyətinə 

transformasiya  olması  mümkün  deyildir.  Öncə  milli  yaddaş 

şüuru  bərpa  olunmalı,  daha  sonra  hansısa  yeni  bir  modelin 

tətbiqinə cəhd göstərilməlidir. Əgər milli yaddaş şüuru bərpa 

olunmadan  cəmiyyətə  yeni  bir  model  təklif  olunarsa, 

cəmiyyətin müxtəlif təbəqələri ona fərqli təpkilər verəcəklər.  

Bu mənada, hazırda demokratiya, vətəndaş cəmiyyəti, 

hüquqi  dövlət  quruculuğu    adı  altında  həyata  keçirlən 

islahatlar 

toplumun 

ayrı-ayrı 

təbəqələri 

birmənalı 

qarşılamırlar.  Doğrudur,  ümumilikdə  bu  islahatların  əleyhinə 

heç kim çıxmır və bunların əleyhinə çıxmağın özü də mənasız 

bir addım olardı. Ancaq bu zahirən belədir. Çünki bir tərəfdən 

milli  şüur  yaddaşı  bərpa  olunmayan,  digər  tərəfdən  vətəndaş 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

388 



388 

cəmiyyəti  modelini  tam  anlamayan  bir  cəmiyyətdə  istər-

istəməz  əks  reaksiyalar  yaranacaqdır.  Ola  bilsin  ki,  bu  əks 

reaksiyalar ilk dövrlərdə ciddi şəkildə özünü büruzə verməsin. 

Lakin  zaman  keçdikcə  vəziyyət  dəyişə  bilər.  Bu  hal,  bütün 

cəmiyyətlər  üçün  keçərlidir.  Yəni  heç  bir  cəmiyyət  bundan 

sığortalanmamışdır.  

Bu  əks  reaksiyaların  mahiyyəti  də  eyni  deyildir.  Yəni 

əks  reaksiyalar  cəmiyyətin  inkişafı  baxımından  müsbət  də, 

mənfi də ola bilər. Baxır kimlər, hansı dairələr, hansı mənada 

əks reaksiyalar verirlər.  Əlbəttə, cəmiyyətin sağlam düşünən 

beyininin  əks  reaksiyaları  ortada  olan  səhvləri  aradan 

qaldırmaq,  yəni  toplumda  öncə  milli  yaddaş  şüurunu  bərpa 

etmək,  milli-demokratik  ruhu  yüksəltmək  və  bunun  sonunda 

vətəndaş  cəmiyyəti  ilə  uzlaşdırma  tapmaqla  bağlıdır.  Yəni 

milli  mənəvi  dəyərləri  qorumaqla  yanaşı,  zəmanənin  çağdaş 

tələblərini də nəzərə almaq lazımdır. 

Ancaq  milli  şüurun  daşıyıcılarından  fərqli  olaraq  dini 

şüurun və beynəlmiləl şüurun radikal tərəfdarları demokratiya, 

vətəndaş  cəmiyyəti  ideyalarına  tamamilə  fərqli  yöndən 

yanaşırlar.  Birincilər  demokratiya,  vətəndaş  cəmiyyəti 

ideyalarını  yaxına  buraxmadıqları  halda,  ikincilər  isə  həmin 

ideyaları həddən artıq ideallaşdırırlar. Bununla da, hər iki tərəf 

cəmiyyət  daxilində  özlərinə  tərəfdar  qazanmağa  çalışır.  Bu, 

çox düşündürücü məsələdir. Bu mənada, milli şüur, vətəndaş 

cəmiyyəti  və  modernləşmə  arasındakı  oxşarlıq  və 

ziddiyyətlərlə    yanaşı,  dini  şüur  və  vətəndaş  cəmiyyəti, 

modernləşmə  arasındakı  ziddiyyət  və  oxşarlıqları  da 

araşdırmaq  lazımdır.  Çünki  hər  bir  cəmiyyət  yalnız  etnik 

kimliyin  deyil,  eyni  zamanda  dini  kimliyin  də  daşıyıcısıdır. 

Ola bilsin ki, hər hansı beynəlmiləl ideya milli xüsusiyyətlərlə 


www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

389 


uyğunlaşsın,  ancaq  dini  kimliklə  yox.  Əlbəttə,  bu  əksinə  də 

ola bilər. 



Çağdaş  dövrdə  «üçlük»  və  vətəndaş  cəmiyyəti.  Bu 

baxımdan  hazırda  «üçlüyü»ün  kölgədə  qalması  deyil,  əksinə 

önə  çəkilməsi  qəbuledilən  variant  olardı.  Fikrimizcə,  20-ci 

əsrin  əvvəllərində  qloballaşma  nümunəsi  olan  sosial-

demokratizmlə  «üçlük»  arasında  gedən  mübarizədə  sonuncu-

nun  qalib  çıxması  bunun  bariz  nümunəsidir.  Doğrudur,  «üç-

lüy»ün «rus marksizmi» üzərində qələbəsi çox çəkmədi, bir az 

sonra rus və rusyönlü sosial-demokratlar Azərbaycanda hökm-

ran  oldular.  Onlar  da  beynəlmiləlçilik  adı  altında  «rus  kom-

munizmi»ni  təbliğ  edirdilər.  Ancaq  «üçlük»dən  fərqli  olaraq 

rus sosial-demokrtalarının qalibiyyəti zorakılığa və saxta bey-

nəlmiləlçiliyə  əsaslandığı  üçün  onun  perspektivi  yox  idi. 

Məhz  marksizmin  rus  variantı  olan  bolşevizmin  zorakılığa 

arxalanmasının nəticəsi  idi  ki,  sonda məhv oldu. Bununla da, 

20-ci əsrin sonlarında yenidən milli ideyalara üz tutuldu. Milli 

ideyalar  olmadan  bir  millətin  var  ola  bilməyəcəyi  qənəatinə 

gəlindi.  

Sadəcə,  burada  yeni  problemlər  ortaya  çıxdı.  Bu  da 

ondan  ibarət  idi  ki,  millətin  milli  şüuru  formalaşmadan 

populist  və  məntiqdənkənar  şüarlarla  nəyisə  əldə  etmək 

çətindir. Müstəqilliyimizin bərpasının ilk dövrlərində populist 

və  məntiqdənkənar  şüuarlardan  uzağa  gedə,  yəni  milli  şüuru 

formalaşdıracaq  «üçlüy»ü  doğru  şəkildə  cəmiyyətə  çatdıra 

bilmədiyimiz  üçün,  yenidən  milli  ideyaların,  yoxsa 

beynəlmiləl  ideyaların  vacibliyi  məsələsi  gündəmə  gəldi.  Bu 

günə  qədər  də  həmin  mübahisələr  və  diskusiyalar  davam 

etməkdədir. 


www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

390 



390 

Bu gün beynəlmiləlçilik özünü Azərbaycanda Qərbin, 

yaxud  da  Avropanın  demokratik  ideyaları  şəklində  büruzə 

verir.  Eyni  zamanda  bizə  qonşu  dövlətlər  də,  bu  və  ya  digər 

dərəcədə beynəlmiləlçiliyin müxtəlif variantlarını əldə bayraq 

edərək millətin şüuruna müəyyən mənada təsir göstərirlər.  

Günümüzdə bəzi tədqiqatçılar, ideoloqlar hesab edirlər 

ki, «üçlük»dən çıxış etmək hazırkı şəraitdə mümkün deyildir. 

Bunu,  ötən  əsrin  əvvəllərində  eynilə  sosial-demokratlar  və 

ittihadçılar deyirdilər. Bu gün isə özlərini demokratlar, liberal-

lar,  bir  sözlə  vətəndaş  cəmiyyəti,  modernləşmə  tərəfdarları 

kimi  təqdim  edənlər  həmin  müddəanı  önə  çəkirlər.  Bu  cür 

düşünənlərin fikrincə, 20-ci əsrin əvvəllərində islamlaşmaq və 

türkləşmək lazım və zəruri idi, indi isə artıq onlara bir o qədər 

ehtiyac yoxdur. Maraqlıdır ki, həmin dövrdə bu fikri müdafiə 

edənlər ən çox marksistlər olmuşlar. Onlar  hesab edirdilər ki, 

sosializm  quruculuğunda  millət  və  dinə  yer  yoxdur.  İndi  də 

bəzi  ideoloqlara  görə,  vətəndaş  cəmiyyəti  quruculuğunda 

millətə  və  dinə  əhəmiyyətli  pay  düşmür.  Çünki  vətəndaş 

cəmiyyətində  dini,  milli,  hətta  sinfi  ideologiyalar  deyil, 

sağlam  düşüncə,  şüurlu  azadlıq  və  məsuliyyət  əsasdır.  Bir 

sözlə, vətəndaş cəmiyyətində ən ali dəyər milli kimlik (millət), 

dini  kimlik  (müsəlman,  xristian),  siyasi  kimlik  (sağçı,  solçu, 

mərkəzçi)  deyil  insandır  [50,  42].  Bu  mənada,  vətəndaş 

cəmiyyəti  modeli  əslində  liberalistlərin,  marksistlərin 

ideyalarının yeni bir formasından başqa bir şey deyildir. 

Bizcə,  hər  hansı  toplumda  fərdin  azadlığı  millət  və 

dövlətin azadlığından üstün tutularsa, həmin cəmiyyətin milli 

və  siyasi  varlığı  gec-tez  təhlükə  altına  düşmüş  olacaqdır. 

Çünki fərd özünü daha çox azad hiss etdikcə, mənsub olduğu 

millət  və  dövlətə  bağlılığı  azalacaqdır.  Bu  mənada,  insanın 


www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

391 


azadlığının millət və dövlətin azadlığı ilə müqayisə edilməsi, 

onların  qarşı-qarşıya  qoyulması  doğru  deyildir.  Fərd  həmişə 

özünü  millətin  və  dövlətin  bir  üzvü  hesab  etməli,  müəyyən 

mənada  öz  maraqlarından  millət  və  dövlət  üçün  güzəştə 

getməyə hazır olmalıdır. Yəni bütün hallarda millət və dövlət 

naminə  güzəştə  gedən  bir  tərəf  varsa,  o  da  fərd  olmalıdır. 

Yalnız  bu  halda  həmin  millət  və  dövlət  milli  və  siyasi 

varlığını  qoruyub  yaşada  bilər.  Çünki  millətin  varlığı  fərdin 

varlığından  daha  dəyərlidir.  Fərd  özünü  millət  və  dövlət 

naminə  qurban  verməyə  hazır  olmalıdır.  Yalnız  bu  şüura 

malik cəmiyyətlərdə millət və dövlət həmişə var olur. Ancaq 

hansı  cəmiyyətdə  ayrı-ayrı  fərdlər  öz  maraqlarını  millət  və 

dövlət maraqlarından üstün tutub bunu sınırsız insan azadlığı 

ilə izah edirlərsə onların gələcək varlıqları şübhə altındadır.  

Bu  baxımdan  vətəndaş  cəmiyyətinin  mövcud  olduğu 

bir  çox  Avropa  ölkələrində,  ABŞ-da  milli  və  dini  dəyərlərin 

yenidən  dirçəldilməsinə  cəhd  başa  düşüləndir.  Çünki  onlar 

anlayırlar ki, insan nə qədər dəyərli olursa olsun fərd nə qədər 

azadlıqlara  sahib  olursa  olsun  milli  və  dini  dəyərlərdən 

uzaqlaşdıqca özgələşir. Özü də bu özgələşmə, yəni fərdin milli 

mənsubiyyətdən  və  dini  dəyərlərdən  uzaqlaşması,  onun 

beynəlmiləl-kosmopolit (dünya vətəndaşı) bir şəkilə girməsin-

dən  çox  ən  adi  insani  keyfiyyətlərdən  mərhum  olunması  ilə 

nəticələnir.  Vaxtilə  eyni  hadisələr  uydurma  kommunizm 

dövründə  yaşandı.  Ruslar  kommunizm  məfkurəsi  adı  altında 

qeyri-rusları,  xüsusilə  türk-müsəlman  xalqları  milli  və  dini 

kimliklərdən  uzaqlaşdırmağa  çalışdılar  və  müəyyən  qədər  də 

bunu bacardılar. Bunula da, türk-müsəlman xalqları daha çox 

özgələşməyə  məruz  qaldılar.  Buna  əks  reaksiyanın  nəticəsi 

kimi  Çingiz  Aytmatov  «Gün  var  əsrə  bərabər»,  Oljes 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

392 



392 

Süleymonov  «Az-ya»,  Bəxtiyar  Vahabzadə  «Latın  dili», 

«Gülüstan» əsərlərini yazdılar.   

İndi də vətəndaş cəmiyyəti adı altında insan amili milli 

və dini dəyərlərdən üstün tutulur. Bir sözlə, fərd millət və dinə 

qarşı qoyulur. Guya, fərdin azadlığının əsasında yalnız hüquq 

və  azadlıqları  dayanır.  Bu  zaman  millət  və  dinə  münasibət 

SSRİ  dövründə  olduğu  kimi,  arxa  plana  keçilir.  Burada  əsas 

üstünlük  şəxsiyyətin  hüquq  və  azadlılarına  verilir,  dövlətin 

xaricində  insanların  ictimai  münasibətlərinin  qurulmasının 

önəmliliyindən bəhs olunur və s. Yuxarıda da qeyd etdiyimiz 

kimi,  bu  cür  vətəndaş  cəmiyyəti  modeli  bir  tərəfdən  insan 

hüquq  və  azadlıqlarının  təmin  olunması  baxımından  müsbət 

görünsə də,  ancaq ümumilikdə ailə dəyərlərinin aradan qalx-

masına, bununla da dövlətin əsasını təşkil edən sosial institut-

ların  dağılmasına  səbəb  olur.  Bu  isə,  əslində  gələcəkdə 

dövlətin özünün varlığı üçün təhlükə mənbəyidir. Belə olduğu 

təqdirdə,  milli  və  dini  dəyərlərdən  uzaq  olan  insanın-fərdin 

dünya vətəndaşına çevrilməsi öz mənasını itirir. Çünki fərd öz 

mahiyyətini  itirir  və  qeyri-müəyyən  vəziyyətə  düşür,  başqa 

sözlə özgələşir.   

 Ona görə də, fərdin öz milli kimliyinin və dini dəyər-

lərinin üstündə insani keyiyyətə malik olması inandırıcı deyil-

dir. Bu özünü heç vaxt doğrultmamışdır.  Bu mənada, hazırda 

fərdin azadlığının önəmliliyi adı altında vətəndaş cəmiyyətinin 

zərurətindən  çıxış  edənlər  müəyyən  mənada,  XX  əsrin 

əvvəllərində «üçlük» ideyasını tənqid edənlərlə – marksistlərlə 

eyni  mövqe  nümayiş  etdirirlər.  Bu  mənada,  indiki  dövrün 

«marksistləri» və «liberalistləri» XX əsrin əvvəllərində bu cür 

mövqe tutanlardan çox da fərqlənmirlər. Bütövlükdə, hazırda 

«üçlüyü» cəmiyyətin əsas ideyaları kimi vacib saymayanlarla, 


www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

393 


XX  əsrin marksistlərini və liberalistlərini  bir amal  birləşdirir: 

çağdaş  ruhlu  islamlıq  və  türklüyün  kölgədə  saxlanılması, 

yaxud  da  ümumiyyətlə  aradan  qaldırılması.  Bunun  əksini 

düşünənlər isə, müasir ruhlu türkçülük və islamçılığı müdafiə 

edənlərdir.  

Yeri  gəlmişkən,  ötən  əsrin  əvvəllərində  «üçlüy»ü 

müdafiə edənlər beynəlmiləl-qlobal ideyaların milli ideyaların 

üzərində  təsirini  azaltmaq  üçün  islamçılıq  və  türkçülükdəki 

müasirlik ruhunu önə çəkirdilər. Bu mənada, onlar islamçılıq 

və türkçülüyə müasirliyi də əlavə etmişdilər. Bu müasirlik ilk 

baxışda, Qərb mədəniyyəti ilə əlaqələndirilsə də, əsas məqsəd 

türkçülük  və  islamçılığın  çağdaş  ruhunu  qabartmaq  idi.  Bu 

baxımdan  «üçlük»dən  çıxış  edən  aydınlarımızın  «Avropa 

qiyafəli»,  «Qərb  mədəniyyətindənəm»  ifadələri  müasir  ruhlu 

türkçülük və islamçılıq mülahizəsi ilə səsləşdirilir, bununla da 

bir  növ  qloballaşma  ideyalarını  zərərsizləşdirmək  məqsədi 

güdürdü. Çünki 20-ci əsrin əvvəllərində hazırda olduğu kimi, 

qərbləşmək,  liberalizm,  sosial-demokratizm  ideyaları  geniş 

yayılmışdı. 

Bu 

beynləmiləl 



ideyaların 

bir 


növ 

«zərərsizləşdirilməsi» üçün milli  ideoloqlarımız islamçılıq  və 

türkçülüyün  cağdaşlıq  ruhunu  qabartmağa  çalışmışlar. 

Fikrimizcə,  onlar  bunu,  yəni  milli  ideyalarla  beynləmiləl 

ideyaları  birincinin  üstünlüyü  şəklində  uzlaşdırmaq  yolunda 

çox  uğurlu  işlər  həyata  keçirmişlər.  Məhz  bu  cür  xəttin 

tutulmasının  nəticəsi    olaraq  türk-islam  dünyasında  ilk  milli 

demokratik 

dövlət 

olan 


Azərbaycan 

Cümhuriyyəti 

yaranmışdır.  

Hətta, həmin dövrdə vətəndaş analayışı da yaranmağa 

başlamışdır.  “Vətəndaş”  dedikdə,  Azərbaycan  Cümhuriyyəti 

ərazisində yaşayan və özünü bu ölkənin bir üzvü sayan bütün 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

394 



394 

insanlar nəzərdə tutulurdu. Bu bir növ Avropa ölkələrində də 

istifadə olunan “Vətəndaş” məfhumuna yaxın idi. Bu mənada 

qərbsayağı, ancaq milli özünəməxsusluğu da qorumaqla “Və-

təndaş 

cəmiyyəti”nin 



ilk 

nümunələri 

Azərbaycan 

Cümhuriyyəti dövründə yaranmışdır. 

Yenicə  formalaşmağa,  şüurlarda  öz  yerinin  tapmağa 

çalışan  “Vətəndaş”  anlayışına  SSRİ  dövründə  “milli  burjua” 

damğası  vuruldu.  Onun  yerini  “yoldaş”  anlayışı  tutdu. 

“Yoldaş”  dedikdə  isə,  əsasən  fəhlə  sinfi  nəzərdə  tutulurdu. 

Kəndlilər  isə  fəhlələrin  səviyyəsinə  çatmağa  səy  göstərən  bir 

təbəqə kimi qiymətələndirilirdi. Əsas məsələ o idi ki, “Vətən-

daş” anlayışı yarımçıq qaldı. 

Bütün  bunları  yazmaqda  məqsədimiz  odur  ki,  XX 

əsrin  əvvəllərində  olduğu  kimi,  hazırda  da  beynəlmiləl 

ideyalara, qloballaşma proseslərinə milli ideoloqların tutduğu 

xəttdən  yanaşmaq,  ancaq  zamanın  tələblərinə  uyğun  şəkildə 

hərəkət  etmək  lazımdır.  Başqa  sözlə,  beynəlmiləl,  qlobal 

ideyaların  qarşısında  təslim  olmağı  qloballaşma  prosesinin, 

vətəndaş  cəmiyyətinin  zəruriliyi  kimi  başa  düşülməsi  çox 

yanlışdır. Çünki milli ideyalar olmadan istənilən beynəlmiləl, 

yaxud da qlobal ideyaların heç bir əhəmiyyəti yoxdur. Üstəlik, 

beynəlmiləl  ideyaların  aparıcılığı  və  milli  ideyaların  kölgədə  

qalması  istənilən  millət  üçün  çox  təhlükəlidir.  Burada  bir 

amili  hökmən  nəzərə  almaq  lazımdır  ki,  beynəlmiləl 

ideyalardan adətən, bir millət digər millətlərin üzərində hakim 

olmaq  məqsədi  ilə  istifadə  etmişlər.  Məsələn,  İranda  şiəlik, 

Osmanlıda  osmanlılıq,   Rusiyada  bolşevizm  və  s.  buna  bariz 

nümunədir.  Ona  görə  də  beynəlmiləlçilik,  qloballaşma  kimi 

proseslərin təsirinə daha çox dövlətçilik ənənələri zəif, üstəlik 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

395 


müstəqillik təcrübəsi az olan, milli şüuru tam formalaşmayan 

millətlər qalırlar. 

Şimali  Azərbaycan  türkləri  kifayət  qədər  dövlətçilik 

ənənələrinə  (Xəzər  İmperiyası,  Sacilər,  Qaraqoyunlular, 

Şirvanşahlar,  Səfəvilər  və  b.)  malik  olsalar  da,  son  iki  əsrin 

böyük  bir  dövrünü  çar  Rusiyası  imperiyasının  tərkibində 

yaşamalarından  dolayı  müstəqillik  təcrübəsi  azalmışdır.  Eyni 

zamanda  gənc  bir  dövlətin  əhalisi  arasında  milli  şüurun 

formalaşması prosesi başa çatmadığına görə, qlobal ideyaların 

təsirinə  daha  çox  məruz  qalan  ölkə  halına  gəlmişdir.  Bu 

baxımdan  milli  ideyaların,  yoxsa  beynəlmiləl  ideyalarıın 

hansının  vacibliyi  məsələsində  Azərbaycan  xalqının  seçim 

etmək  məsələsində  ictimai  şüur  problemi  vardır.  Xüsusilə, 

sovet-müstəmləkə  nəsli  ilə  yeni-müstəqil  nəsil  arasında 

varislik probleminin bu günə qədər həll olunmaması məsələni 

daha da mürəkkəbləşdirir. Sovet nəslinin əksəriyyəti daha çox 

«saxta  beynəlmiləlçiliyə»  uyğunlaşdığı  üçün  milli  ideyalara 

münasibətdə  «rus  kommunizmi»  «xəstəliyi»ndən  qurtula 

bilmir.  Əvəzində  sovet  nəsilinin  övladları  olan  yeni  nəsilin 

əksəriyyəti  milli  ideyaları  tam  dərk  edə  bilməydiyi  üçün 

beynəlmiləl 

ideyalara 

münasibətdə 

«modernləşmək» 

xəstəliyinə tutulur. Belə bir şəraitdə, sovet nəsli ilə yeni nəsil 

arasında  uzlaşdırma  tapmaq  heç  də  asan  məsələ  deyildir.  Bu 

mənada,  milli  şüurun  formalaşması  prosesi  də  mürəkkəbliyi 

ilə  diqqəti  cəlb  edir.  Ona  görə  də  bəzi  sahələrdə  ciddi 

addımlar  atılmadan  milli  şüurun  yox  yerdən  formalaşmasını 

gözləmək doğru olmazdı. 



Milli  şüur:  təhsil  və  ziyalı.  Fikrimizcə,  hazırda  milli 

şüurun formalaşmasına nail olmaq üçün iki məsələyə: 1) təhsil 

bazası;  2)  müəllim-ziyalı  kontingentinə  xüsusi  diqqət 


www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

396 



396 

yetirmək  lazımdır.  Bizcə,  milli  şürun  formalaşması  üçün  ilk 

addımlar  məhz  bu  sahələrdə  atılmalıdır.  Özü  də  bu 

təxirəsalınmaz şəkildə həyata keçirilməlidir. 



Təhsil  bazisi:  tarixi  şüur  və  mədəniyyət  şüuru. 

Bizcə,  milli  şüurun  formalaşması  prosesinin  ləng  getməsində 

SSRİ  dövrünün  təhsil  və  tərbiyəsi  özünü  çox  büruzə  verir. 

Belə  ki,  SSRİ  dövrünün  ziyalılarının  milli  ideya  və  milli 

ideologiya 

problemlərinə 

münasibəti 

milli 


şüurun 

formalaşmasını  ləngidən  faktorlardan  biridir.  Bu  isə,  sovet 

nəslinin  əksəriyyətinin  istəsələr  belə,  qurtula  bilmədiyi 

«xəstəlik»dir.  

Bu mənada, bugünkü nəslin xeyli bir hissəsinin şüuru 

əsasən  SSRİ  dövründə  formalaşmış  sovet  ruhlu  şüurun  yeni 

bir  formasıdır.  Belə  demək  mümkündürsə,  burada  daha  çox 

müəyyən forma və məzmun dəyişmişdir. Ancaq mahiyyət eti-

barilə əslində heç nə dəyişməmişdir. Məsələn, sovet təhsil və 

tərbiyəsi  almış  yaşlı  nəsil  arasında,  əsasən  türklüyünü, 

müsəlmanlığı  dərk  edənlərlə  yeni  nəslin  türklüyə, 

müsəlmanlığa  baxışı  eyni  deyildir.  Halbuki  türklük  və 

islamlıq mahiyyətcə bəllidir. Ancaq istər türklüyü və islamlığı 

qəbul edən, istərsə də qəbul etməyən bu sovet dövründə yaşa-

mış  nəsil  və  onların  düşünən  beyinləri  milli  ideyalara  öz 

baxışlarından yanaşır və bunda da haqlı olmalarına əsla şübhə 

etmirlər. 

Bu,  heç  də  sadə  bir  məsələ  deyildir.  Əslində  qısa 

zaman  kəsiyində  milli  şüur  məsələsində  ciddi  dəyişikliklərin 

baş  verməsini  gözləmək  sadəlövhlük  olardı.  Ancaq  o  da 

sadəlövhlükdür  ki,  SSRİ  dövründə  sovet  beynəlmiləlçiliyi 

ruhunda  yetişmiş  ziyalılardan  yeni  nəslə  milli  ruh  öyrətməyi, 

təbliğ  etməyi  gözləyək.  Əlbəttə,  burada  istisnalar  ola  bilər. 

1   ...   35   36   37   38   39   40   41   42   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə