İntellektual-Elektron Kitabxananın təqdimatında



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə40/58
tarix06.05.2017
ölçüsü3,32 Mb.
1   ...   36   37   38   39   40   41   42   43   ...   58

www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

397 


Ancaq  bu  istisnalar  yeni  nəslin  milli  şüurunun  formalaş-

masında ciddi rol oynaya bilməz.  

Ümumiyyətlə, təhsil milli  şüurun formalaşmasında ən 

vacib vasitələrdən biri, bəlkə də birinicisdir. Çünki təhsil milli 

şüurun  formalaşmasında  bazis  rolunda  çıxış  edir.  Əgər  bir 

millətin təhsil bazisi yetərli deyilsə, yaxud da təhsil bazisində 

kifayət qədər bir-birinə zidd bilgilər varsa, o zaman üstqurum 

olan  milli  şüurun  formalaşması  prosesində  problemlər 

olacaqdır.  Başqa  sözlə,  təhsili  problemli  olan  bir  cəmiyyətin 

milli  şüur  səviyyəsinin  normal  səviyyədə  olması  mümkün 

deyildir.  Deməli,  milli  şüurun  formalaşması  poesində  təhsil 

bazisinə  xüsusilə  diqqət    yetirilməlidir.  Fikrimizcə,  milli 

şüurun  formalaşması  baxımından  isə  təhsil  bazisində  ilk 

növbədə, aşağıdakılar nəzərə alınmalıdır: 

1)

 

Tarixi şüur; 



2)

 

 Mədəniyyət şüuru. 



Bu mənada, hazırda milli şüurun formalaşmasında çox 

vacib  olan  milli  mədəniyyət  və  milli  tarix  şüurunun 

öyrənilməsinə  böyük  ehtiyac  var.  Hər  bir  millətin  varlığı  və 

gələcəyi  onun  tarixi  (dövlətçilik  ənənələri,  qəhrəmanların 

obrazı,  hökmdarların  şəxsiyyəti  və  s.  )  və  mədəniyyət  (adət-

ənənələr,  törələr,  alimlərin-şairlərin  elmi  və  ədəbi  əsərləri  və 

s.) şüurunun səviyyəsi ilə bağlıdır.  

Milli mədəniyyət dedikdə, bir millətə məxsus olan adət-

ənənələr,  milli  özünəməxsusluqlar,  milli  mentalitet  və  əxlaqi 

dəyərlərin  ümumiliyi  başa  düşülür.  Milli  mədəniyyətə  daxil 

olan bu faktorlar milli şüurun formalaşmasına bu və ya digər 

dərəcədə  təsir  göstərir.  Mədəniyyət  ilk  növbədə,  adət-

ənənələrlə, törələrlə bağlıdır. Hər hansı ulus-millət törələrdən, 

adət-ənənələrdən  uzaqlaşdıqca  özgələşir.  Bu  özgələşmə 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

398 



398 

dərinləşdikcə  törələr  və  adət-ənənələr  get-gedə  tamamilə 

unudulur. Milli şüurun əsasın təşkil edən törələr unudulduqda 

qan-nəsil  birliyinin  də  mahiyyəti  itir.  Bir  növ  keçmişini  görə 

bilməyən,  yalnız  bu  günü  ilə  yaşayan  və  sabahını  başqaları 

müəyyənləşdirən  amorf  bir  topluma  çevrilir.  Burada  keçmiş 

dedikdə,  milli  yaddaşı  –  tarix  şüurunu  və  törələri  (adət-

ənənələri)  bir  yerdə  nəzərdə  tuturuq.  Özgələşən,  yaxud  da 

milli  yaddaşından uzaqlaşdırılan millət  üçün bunların heç bir 

mənası  yoxdur.  Onun  şüurunda  yalnız  bu  gün  var.  Bu  günlə 

yaşamaq  yalnız  törələrə,  adət-ənənələrə  laqeydlik  deyil,  həm 

də  gələcəyi  görə  bilməməkdir.  Bir  növ,  «praqmatist»  olmaq 

düşüncəsi altında başqalarının ovu olmaqdır.  

Halbuki 


ingilis-amerikan 

praqmatizmi 

mahiyyət 

etibarilə  bu  günlə  yaşamaqdan  çox,  bu  günün  problemlərini 

zəmanənin  tələblərinə  uyğun  şəkildə  həll  etməkdir.  Ancaq 

bunu «həyata bağlılıq» kimi dərk edən cəmiyyətlərin şüurunda 

günün problemlərini zəmanənin tələblərinə uyğun şəkildə həll 

etmək  deyil,  özünü  taleyin  axarına  buraxmaqdır.  Bu  taleyin 

axarı  «Allaha  təvəkkül»  mənasında  öz  «təsbitini» 

gücləndirməklə,  «palaza  bürün  elnən  sürün»  kimi  mahiyyət 

alır.  Artıq  insan  ətrafında  baş  verən  proseslərə  müstəqil 

düşüncədən daha çox, başqaları necə mən də elə «prinsipi» ilə 

yanaşır.  Belə  bir  vəziyyətdə  olan  insan  və  həmin  insanların 

ümumiliyi olan cəmiyyət özünü dərk etməkdə çətinlik çəkir.  

Özəlliklə,  tarixi  və  mədəniyyət  şüuru  baxımından  milli 

yaddaşı  dolaşdırılmış  bir  cəmiyyətdə  insanların  xeyli  qismi 

özünə  özünün  deyil,  başqalarının,  yad  millətlərin  gözü  ilə 

baxırlar.  Bütün  bunlar  toplumda  natamamlıq,  yarımçıqlıq 

kompleksi yaradır. Hətta, bəzən özgələşmə prosesi o dərəcəyə 

gəlib  çatır  ki,  başqa  millətlərin  aydınlarının  onun  tarixi, 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

399 


mədəniyyəti, adət-ənənələri ilə bağlı verdiyi  bilgilərə möhtac 

qalır. Şübhəsiz, başqa millətlərin aydınlarının bilgiləri də çox 

vaxt  təhrif  olunmuş  şəkildə  çatdırılır.  Bu  təhrif  olunmuş 

bilgilərlə  milli  özünüdərk  daha  da  mürəkkəbləşir.  Biz  bunu, 

19-cu  əsrin  ortalarında  çar  Rusiyasının  Şimali  Azərbaycan 

türkləri 

üzərində 

apardığı 

müstəmləkəçilik 

siyasəti 

nümunəsində 

görmüşük. 

Çar 

Rusiyasının 



apardığı 

assimilyasiya  siyasəti  nəticəsində  milli  yaddaşı  dolaşdırılan 

millətin  qabaqcıl  aydınlarından  bəziləri    (M.F.Axundzadə  və 

b.)  türk  kimliklərindən  imtina  edərək  fars  kimliyinə,  İslam 

dinindən Xristianlığa (Mirzə Kazım bəy və b.) üz tutmuşlar.  

Ümumiyyətlə,  bütün  türksoylu  millətlər,  o  cümlədən 

Azərbaycan  türkləri  19-cu  yüzildə  milli  yaddaşın  bərpasına 

çalışarkən yad millətlərin tarixi, mədəni, fəlsəfi və s. bilgiləri-

nin təsiri altında olmuşlar (bunun mənfi cəhətləri müsbətindən 

daha çox olmuşdur). Buna səbəb də, artıq həmin dövrdə türk 

tarixi,  mədəni,  fəlsəfi  və  s.  abidələrin  əsasən,  yad  millətlərin 

əllərində  olması  idi.  Ötən  yüzilliklərdə  Osmanlı,  Səfəvi  kimi 

türk  sülalələrinin  başçılarının  diqqətsizliyi,  biganəliyi  nəticə-

sində  türklüyə  aid  abidələr  yad  millətlərin,  xüsusilə  rusların, 

almanların,  fransızların,  ingilislərin  əllərinə  keçmişdi.  Onlar 

bu  abidələri  bir  çox  hallarda  satın  almışlar!!!  Beləliklə,  bir 

tərəfdən  Osmanlı  və  Səfəvi  arxivlərindən  bir  çox  sənədlər, 

digər  tərəfdən  əhalidə  olan  qiymətli  abidələr  müxtəlif 

vasitələrlə əcnəbilərin əlinə keçmişdi. Bununla da, bir tərəfdən 

abidələrimizə  sahib  çıxa  bilmədik,  digər  tərəfdən  dünyaya 

bəyan  etməyə  başladıq  ki,  türklərin  başı  at  belində  zəfərlər 

eldə etməyə qarışdığı üçün tarix yazmağa vaxtı olmamışdır!!! 

Fikrimizcə,  burada  daha  çox  məntiqə  uyğun  gələn  türklərin 


www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

400 



400 

tarix  yazmağa  vaxtları  olmaması  deyil,  yazdıqları  və 

yaratdıqları mədəni və tarixi abidələri qoruya bilməməsidir. 

Bu  mənada,  türklərə  ulu  əcdadlarının  yazdıqları  və 

yaratdıqları  abidələrin  başqalarının  vasitəsilə  çatdırılmasının 

«kəşf» və «yenilik» mahiyyyəti daşıması təsadüfi olmamışdır. 

Bunu,  «tarixi  zəfərlərə  başımız  qarışdığı  üçün  yazmağa 

vaxtımız  olmadı»  deyərək,  özünə  təsəlli  verən  türklər  yalnız 

sonralar  anlayacaqdır  (ancaq  hələ  də,  anlamayanlar  var)  ki, 

yad millətlərin türk mədəniyyəti və tarixi  ilə bağlı  «kəşf»ləri 

onların xeyrindən çox zərərinə işləmişdir. İlk dövrlərdə bunu, 

anlamayan türklər Avropa alimlərinin (Radlov, Vamberi, Marr 

və b.) türk mədəniyyəti və türk tarixi ilə bağlı araşdırmalarını 

maraqla qarşılamış, indinin özündə də bir çox müəlliflərin də 

yazdığı kimi, özlərini yenidən «kəşf» etmişlər.  

Maraqlıdır  ki,  19-cu  yüzildən  etibarən  türklər  özlərini 

Avropa  alimlərinin  sayəsində  «kəşf»  edir,  bununla  da  üzünü 

milli yaddaşın bərpasından çox müasirləşmək adı altında Qərb 

mədəniyyətinə  tuturdu.  Fikrimizcə,  bu  çox  ziddiyyətli  haldır. 

Əgər  türklər  doğrudan  da  Avropa  alimlərinin  sayəsində 

özlərini  yenidən  kəşf  etdilərsə,  bəs  nədən  Avropa  alimlər 

sayəsində  «kəşf»  edilmiş  mədəniyyətlərinə  sahib  çıxmaq 

əvəzinə  daha  çox  avropalaşmaqla  uğraşdılar  və  hazırda  da 

uğraşmaqda davam edirlər. Bizcə,  burada başlıca məsələ türk 

mədəniyyəti və tarixi abidələrini kəşf edən Aropa alimlərinin 

və  ideoloqlarının  bu  ad  altında  türklərə  təsir  göstərə 

bilməsidir.  Belə  ki,  Avropa  ideoloqları  və  alimləri  türk 

mədəniyyətini  və  tarixi  abidələrini  avropasayağı  şəkildə 

türklərə  çatdırmaqla,  türk  milli  şüurunda  geçmişin 

bərpasından  çox,  qərbləşmək  şüurunu  təlqin  etməyə 

çalışmışlar.  


www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

401 


Onlar  yaxşı  anlayırdılar  ki,  son  əsrlərdə  turklər 

mədəniyyət və adət-ənənələrə münasibətdə geriləyiblər. Özəl-

liklə,  türklər  vaxtilə  mədəniyyət  gətirdikləri  millətlərin 

(farsların, ərəblərin və b.) təsir altına düşmüşlər. Belə ki, 19-

cu  əsrə  qədər  Anadolu  türkləri  osmanlılıq,  Qacarlar  iranlılıq 

anlayışı  altında  yarı  ərəbləşmiş,  yarı  farslaşmış,  Qafqaz  və 

Orta  Asiya  türkləri  isə  tatarlıq  adı  altında  yarı  ruslaşdırılmış 

bir  hala  gətirilmişdir.  Başqa  sözlə,  son  bir  neçə  əsrdə  türk 

imperiyalar və türk dövlətləri sürətlə milli mənəvi dəyərlərdən 

ayrı  salınmış,  onun  yerini  isə  fars,  ərəb,  çin,  rus,  ingilis 

mədəniyyəti tutmağa başlamışdır. 

Belə  bir  məqamda,  yəni  türk  milli  şüuru  Türk-Turan 

mədəniyyətindən 

(adət-ənənələrindən, 

əxlaqından, 

törələrindən)  uzaq  düşdüyü,  yaxud  da  düşürüldüyü    vaxtda 

Avropa  alimlərinin  Türk  mədəniyyəti  və  adət-ənənələri  ilə 

bağlı  kəşfləri  bir  nicat  yolu  kimi  başa  düşülürdü.  Qərb 

alimlərinin  Turan  tarixi  və  mədəniyyəti  araşdırmaları 

Osmanlı,  Qafqaz,  Azərbaycan,  Krım,  Orta  Asiya  türkləri 

üçün,  onun  hansı  formada  çatdırılmasından  asılı  olmayaraq 

yeni  bir  şeylər  idi.    Şübhəsiz,  Türklərin  Avropa  alimlərinin 

«kəşf»lərinə  möhtac  halında  qalması  səbəbsiz  deyildi.  Türk 

millətinin aydınları başa düşürdülər ki, artıq xalq bir neçə yüz 

il bundan qabaq öz mədəniyyətini və adət-ənənələrini bilən və 

ona əməl edən bir xalq olmaqdan uzaqlaşmışdır. Ona görə də, 

başlıca olaraq tarixə və mədəni dəyərlərə əsaslanan milli şüur 

birliyini yenidən bərpa etmək lazım gəlirdi.  

Bu  baxımdan  Avropa  alimlərinin  Türk  mədəniyyəti  və 

tarixi sahəsindəki «kəşf»ləri Türk xalqları, özəllikldə Osmanlı 

və çar Rusiyası türkləri arasında daha çox öz təsirini göstərdi. 

Osmanlı  türkləri  çökməkdə  olan  imperiyanı  qurtarmaq  üçün 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

402 



402 

Türk  mədəniyyəti  və  Türk  tarixi  şüurunu  bərpasına  

çalışdıqları halda, Rusiyanın əsarəti altında yaşayan türksoylu 

xalqlar  milli  azadlıq  hərəkatları  baxımından  buna  ehtiyacları 

vardı.  Çünki  milli  şüurun-türklük  şüurunun  Osmanlı  və 

Rusiyada  aşağılanması  təhlükəli  bir  duruma  gətirib 

çıxarmışdır.  Üstəlik,  eyni  durum  Çində,  İranda  və  başqa 

türklər  yaşayan  ölkələrdə  də  hökm  sürürdü.  Bu  mənada 

XVIII-XIX  yüzilliklər  türklük  şüurunun  tənəzzül  dövrü  kimi 

də dəyərləndirilə bilər.  

XVIII-XIX  yüz illiklərdə Türk törəsinə əsaslanan  Türk 

əxlaqı-Türk  mədəniyyəti  yalnız  Avropa  ölkələrində  deyil, 

Osmanlı,  çar  Rusiyası  imperiyalarında  da  mənfi  bir  anlayış 

kimi  təqdim  olunurdu.  Özəlliklə,  türklərin  böyük  imperiyası 

olan Osmanlıda Türk əxlaqının  aşağlayıcı  bir duruma gətiril-

məsi  təsadüfi  deyildi.  Belə  ki,  Osmanlının  qeyri-türk  əhalisi 

Türk mədəniyyətinə, Türk əxlaqına, Türk törələrinə yuxarıdan 

aşağı  baxır,  vəhşi  adətlər  kimi  qələmə  verir,  hətta  türklərin 

arasında irəli getmək fikrində olanları özləri kimi düşünməyə 

vadar  edirdilər.  Bununla  da,  «yeni  türklər»,  yaxud  da  «gənc 

türklər»  bir  çox  məsələlərə  mütərəqqi  ruhlu  türklük  və 

islamlıqdan  daha  çox  Qərb  ideyaları  ilə  baxmağa  başladılar. 

Yeni  türklər  nicat  yolunu  daha  çox  Qərbdə  axtarmağa 

başladılar. Bütün bunlar, ilk növbədə türklüyü yenidən «kəşf» 

edən avropalıların “əməyi”nin və əməllərinin nəticəsi idi. 

Rusiya türklərinin əxlaq və tarix şüur baxımından milli 

şüur  səviyyəsi  Osmanlı  türklərindən  çox  da  fərqlənmirdi. 

Çünki  çar  Rusiyasında  da  türklük  Osmanlı  da  olduğu  kimi, 

gerilik,  vəhişilik  kimi  təqdim  olunur,  çıxış  yolunu  yalnız 

Rusiya  və  Avropa  (ümumilikdə  Xristian  mədəniyyəti) 

mədəniyyəti ilə bağlı olunması  vurğulanrıdı. Çar Rusiyasının 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

403 


bu  cür  siyasəti  nəticəsində  türksoylu  xalqlar,  o  cümlədən 

Azərbaycan  türk  aydınları  arasında  da  Türk  əxlaqına  mənfi 

münasibətlər bəsləyənlər ortaya çıxdı.  

Təsadüfi  deyil  ki,  M.F.Axundzadənin  qəhrəmanları 

mədəniyyət öyrənmək üçün Fransaya-Parisə getmək istəyirdi. 

Axundzadə  bir  tərəfdən  komediyalarında  milli  və  dini  adət-

ənənələri tənqid edir, digər tərəfdən nicat yolunu Rus-Avropa-

Qərb  mədəniyyətini  mənimsəməkdə  görürdü.  Bu  mənada, 

istər çar Rusiyasının, istərsə Sovet  Rusiyasının Axundzadəyə 

olan  «sevgisi»nin  kökündə  Türk  və  İslam  mədəniyyətini 

inkar, Rus-Avropa-Qərb mədəniyyətini iqrar etməsi dayanırdı. 

Bu cür nümunələri Osmanlı və çar Rusiyası dövründə yaşamış 

başqa  türk  aydınlarının  (M.A.Şahtaxtlı,  C.Məmmədquluzadə 

və  b.)  şəxsində  də  görmək  olar.  Deməli,  18-19-cu 

yüzilliklərdə  Türk  mədəniyyətinin  tənəzüllündən  sui-istifadə 

edən  qüvvələr  onun  yerinə  türklərin  yaşadıqları  bölgələrdən 

asılı  olaraq,  fars-ərəb  mədəniyyətini  və  Rus-Avropa-Qərb 

mədəniyyətini  təbliğ  etmişlər.  Eyni  zamanda,  bir  sıra  türk 

aydınlarını da müasirləşmək adı altında öz sıralarına cəlb edə 

bilmişlər. 

Türk  mədəniyyətinə  münasibətdə  olduğu  kimi,  Türk 

tarixinə də Osmanlı və çar Rusiyasında mənfi bir fon yaradıl-

mışdı. Türk tarixinin şanlı qəhrəmanları yalnız Avropa tarixçi-

lərinin əsərlərində deyil, müsəlman ölkələrinin bir sıra tarixçi-

ləri  və alimlərinin əsərlərində də vəhşi  və barbar kimi  qələm 

verilirdi. Özəlliklə, türkləri «monqol-tatar» adı altında təqdim 

edilməsi  və  Cingiz  xanın  dünyanın  ən  qəddar  hökmdarı  elan 

olunması  bir  sıra  Avropa  alimlərinin  təbliğatının  nəticəsi  idi. 

Türk  hökmdarları  arasında  Çingiz  xanla  yanaşı  Atilla,  Əmir 

Teymur, Sultan Süleyman Qanuni və başqaları da eyni şəkildə 


www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

404 



404 

dünya ictimaiyyətinə mənfi hökmdarlar kimi təqdim olunurdu. 

Bu təsirin nəticəsində Osmanlı və Rusiyadakı bəzi türk aydın-

ları  da  Əli  bəy  Hüseynzadənin,  Hüseyn  Cavidin  təbrincə 

desək,  türk  tarixinin  qəhrəmanlarını  vəhşi  və  barbar 

adlandırırdılar. 

Gödüyümüz  kimi,  əksər  Avropa  alimləri  və  ideoloqları 

məqsədli  şəkildə  Türk  mədəniyyətini  və  Türk  tarixini  sax-

talaşdırmış,  bununla  da  milli  şüurun-türklük  şüurunun  zə-

dələnməsinə səbəb olmuşlar. Özəlliklə, bəzi türk aydınlarının 

Rus-Avropa-Qərb  ideoloqlarının  təsiri  nəticəsində  Türk  mə-

dəniyyətinə  və  Türk  tarixinə  yanlış  yanaşmaları  milli  şüurun 

doğru  istiqamətdə  formalaşmasına  əngəl  olmuşdur.  Bu  günə 

qədər  də  həmin  yanlış  yanaşmaların  ağrıları  Türk 

toplumlarında hiss olunur. 

Ancaq  etiraf  etməliyik  ki,  Osmanlı  türklərindən  fərqli 

olaraq  Rusiya  türkləri  milli  özünüdərkdə,  yəni  Rus-Avropa-

Qərb  mədəniyyətindən  çox  Türk  mədəniyyətinə  və  Türk 

tarixinə  dönüşdə  bir  pillədə  olsa,  öndə  olublar.  Bunun  əsas 

səbəbi bir tərəfdən Rusiya türklərinin daha çox assimilyasiya 

məruz  qalmaları,  digər  tərəfdən    Rus-Avropa-Qərb 

mədəniyyəti ilə  yaxından tanış olmaları  idi. Əslində hər ikisi 

bir-birnə  bağlıdır.  Belə  ki,  Rus-Avropa-Qərb  mədəniyyəti 

təsiri ilə assimilyasiya məruz qalanlar, bir növ məcbur olaraq 

onunla dərindən tanış olurdular.  Bu dərindən tanışlıq  bir sıra 

türk  aydınlarında  nicat  yolunun  Rus-Avropa  mədəniyyətində 

olması  şübhəsi  yaradırdı.  Məsələn,  M.F.Axundzadə, 

M.A.Şahtaxtlı  Rus-Avropa-Qərb  mədəniyyətinə  «aşiq»  olub 

ərəb  əlifbasında  dəyşikliklər  edilməsi,  yaxud  da  latın 

əlifbasına  keçilməsini  təklif  etdiyi  halda,  A.A.Bakıxanov, 

H.Zərdabi,  Ə.Hüseynzadə  buna  bir  o  qədər  meyil 


www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

405 


göstərməmişdir.  Fikrimizcə,  sonuncuların  Rus-Avropa-Qərb 

mədəniyyətinə  Axundzadədən,  Şahtaxtlıdan  fərqli  olaraq  isti 

münasibət  bəsləməməsi  üçün  ciddi  amillər  olmuşdu. 

Doğrudur,  onlar  da  bütövlükdə  Rus-Avropa  mədəniyyətini 

inkar etmirdilər, ancaq M.F.Axundzadə, C.Məmmədquluzadə, 

M.A.Şahtaxtlı  kimi  onu  ideal  şəklində  də  görmürdülər. 

Əksinə,  Zərdabi  «Əkinçi»  qəzetində  yazırdı  ki,  müsəlmanlar 

islamlıq və türklük şüuru altında birləşməlidirlər. Eyni ideyanı 

Ə.Hüseynzadə,  Ə.Ağaoğlu,  M.Ə.Rəsulzadə  də  müdafiə 

etmişdir. 

Fikrimizcə, 

Zərdabinin, 

Hüseynzadənin, 

Rəsulzadənin,  Ağaoğlunun  Rus-Avropa-Qərb  mədəniy-

yətindən  çox  Türk-İslam  mədəniyyətinə  meyil  göstərməsinin 

nəticəsi  idi  ki,  erməni  və  rus  ideoloqları  onları  tənqid 

edirdildər.  

Bu  mənada,  Rus-Avropa-Qərb  mədəniyyətinə  meyilli 

Axundzadənin  ən  yaxın  dostlarından  birinin  erməni  Melkum 

xan  olması  təsadüfi  deyildi.  Əlbəttə,  bizim  burada 

Axundzadəni  ermənipərəstlikdə  ittiham  etmək  fikrimiz 

yoxdur.    Ancaq  etiraf  etməliyik  ki,  həmin  dövrdə  Zərdabi 

ermənilər  və  ruslar  üçün  daha  təhlükəli  idi,  nəinki  çar 

Rusiyanın  hərtərəfli  etibarını  qazanmış  Axundzadə!!! 

Unutmaq olmaz ki, «Əkinçi»nin bağlanmasında və Zərdabinin 

Bakıdan sürgün olunmasında da erməni və rus ideoloqlarının 

birbaşa  əli  olmuşdur.  Çar  Rusiyasının  «Əiknçi»  qəzetinin 

bağlatmasının  və  Zərdabini  Bakıdan  sürgün  etməsinin  əsas 

səbəbi 

onun 


M.F.Axundzadə, 

C.Məmmədquluzadə, 

M.Şahtaxtlı  və  başqa  Rus-Avropa-Qərb  mədəniyyətinə  ideal 

kimi  baxanlardan  fərqli  olaraq  daha  çox  Türk-İslam 

mədəniyyətinə  bağlılığı  idi.  Əgər  Zərdabini  bu  milli  işinə 

davam  etdirməyə  çar  məmurları  imkan  versəydi  Rusiya 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

406 



406 

türkləri, o cümlədən Azərbaycan türkləri arasında milli şüurun 

bərpası daha tez baş verəcək, milli azadlıq hərəkatı bir neçə on 

il öncə baş qaldıracaqdı. 

Fikrimizcə, məhz bu səbəbdəndir ki, ermənilər ilk milli 

partiyalarını «Daşnaksutyunu» XIX əsrin sonlarında yaratdıq-

ları halda, Azərbaycan türkləri ən azı on il onlardan geri qaldı-

lar. Bunun sadə bir açıqlaması var: ermənilərə siyasi mənada 

millətləşmə  yolunda  çar  Rusiyası  əngəl  olmadığı,  əksinə  hər 

cür  yardım  etdiyi  halda,  Azərbaycan  türkləri  arasında  ruslaş-

dırma-avropalaşdırma  siyasətini  yürütmüş,  hər  cür  milli 

əməlin qarşısını zoraklıqla almışdır. Bu bir gerçəklikdir. 

O  da  bir  gerçəklikdir  ki,  çar  Rusiyası  müəyyən  qədər 

məcbur  olub  müstəmləkə  millətlərin  azadlıqlarını  tanımağa 

başladığı  dövrdə  Zərdabinin  sələflərindən  –  Ə.Hüseynzadə, 

Ə.Ağaoğlu  və  başqalarından  çox,  Axundzadənin  yolunu 

davam etdirənlərə – şahtaxtlılara,  məmmədquluzadələrə şərait 

yaratmışlar.  Yalnız  1905-ci  il  çar  manifestindən  sonra  Türk-

İslam  mədəniyyətinə  əsaslananlar  müəyyən  dərəcədə  özlərini 

göstərərək  milli  qəzetlər  və  milli  təşkilatlar  yaratmağa  nail 

olmuşlar.  Ancaq  çar  Rusiyasının  zoraklığını  artdığı 

dönəmlərdə  Türk-İslam  mədəniyyətinin  daşıyıcıları  ilə  Rus-

Avropa  mədəniyyətinə  meyil  edənlərə  yenə  də  fərqli 

münasibətlərin  göstərildiyi  tarixə  məlumdur.  Ancaq  onu  da 

hökmən 

qeyd 


etməliyik 

ki, 


vaxtilə 

Rus-Avropa 

mədəniyyətinə,  bu  mənada  oradan  gələn  marksizm  kimi 

cərəyanlara  meyil  edən,  Qərb  mədəniyyəti  ilə  Türk-İsam 

mədəniyyəti  arasında  oxşarlıqlar  tapmaq  isəyən  bir  sıra  türk 

aydınlarımızdan bəziləri (M.Ə.Rəsulzadə, A.Kazımzadə və b.) 

məsələnin  əsil    mahiyyətini  dərk  etdikdən  sonra  birmənalı 

şəkildə milli demokratik cəbhəyə üz tutmuşlar. 


1   ...   36   37   38   39   40   41   42   43   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə