İntellektual-Elektron Kitabxananın təqdimatında



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə41/58
tarix06.05.2017
ölçüsü3,32 Mb.
1   ...   37   38   39   40   41   42   43   44   ...   58

www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

407 


Bütün  hallarda  Türk  mədəniyyətinin  və  Türk  tarixi 

şüurünün dirçəldilməsi yolunda çar Rusiyasında yaşayan türk 

aydınları H.Zərdabi, İ.B.Qaspıralı, Ə.Hüseynzadə, Ə.Ağaoğlu, 

Y.Akçuraoğlu, M.Ə.Rəsulzadə və başqaları mühüm rol oyna-

mışlar. Onlar Türk-İslam mədəniyyətinə və tarixinə dair həsr 

etdikləri  əsərləri  ilə  milli  şüurun  bərpasına  doğru  ciddi 

addımlar  atmışlar.  Ən  əsası  odur  ki,  Türk-İslam 

mədəniyyətinə və tarixinə əsaslanan aydınlarımız milli şüurun 

bərpasına çalışaraq türklük ruhunun aşağılanmasına qarşı fikir 

davasına başlamışlar. Bu yolda Türk tarixi şüuru baxımından 

Çingiz xanları,  Əmir Teymurları, Atillaları,  Sultan Suleyman 

Qanuniləri vəhşi, barbar, İslam-Türk mədəniyyətini gerilik və 

xurafat  kimi  qələm  verilməsinin  yanlış  olduğunu  türk 

toplumlarına  çatdırmağa  çalışmışlar.  Başqa  sözlə,  türk 

aydınları  türklük  və  islamlıq  ruhunun  aşağılanmasına  qarşı 

çıxaraq onun əzəmətini bərpası uğrunda mücadilə aparmışlar.  

Şübhəsiz, bütün bunlar milli şüurun bərpası yolunda ilk 

cəhdlər  idi.  Ancaq  vaxtında  atılan  və  görülməsi  zəruri  olan 

addımlar  idi.  Çünki  türklük  ruhunun  az  qala  məhv  edilməsi 

təhlükəsi  vardı.  Belə  bir  məqamda  türklük  ruhunun  bərpası, 

xüsusilə 

Osmanlı 


İmperiyasının 

yerində 


Türkiyə 

Cümhuriyyətinin, Rusiya imperiyasının işğal altında olun türk 

ellərində  Azərbaycan  Cümhuriyyəti,  Türküstan  cümhuriyyət-

ləri, Krım muxtariyyəti, Tatarıstan cümhuriyyəti və başqaları-

nın yaranması türklük şuruna yeni bir güc qatdı.  

Doğrudur, ruslar çox kemədi ki, çar Rusiyası ərazisində 

yaranan  türk  cümhuriyyətlərinin  hamısını  yenidən  işğal 

etdilər,  ancaq  onların  oyanmış  müstəqillik  əzmlərini 

sındıraraq  tamamilə  tarix  səhnəsindən  silə  bilmədilər.  Bu 

mənada, SSRİ-nin tərkibində Türk cümhuriyyətlərinin formal 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

408 



408 

da  olsa,  varlıqlarını  sürdürməsi  türklük  şüurunun  yaşaması 

yolunda mühüm amil idi. Hər halda, Sovetlər Birliyinin bütün 

basqılarına, 

repressiyalarına 

baxmayaraq 

imperiya 

tərkibindəki Türk cümhuriyyətlərinin, o cümlədən Azərbaycan 

Cümhuriyyətinin  milli  ruhlu  aydınları  Türk  mədəniyyəti  və 

Türk tarixi şüurunu bacardığı qədər yaşatmağa çalışdılar.  

Məsələn, H.Cavid «Səyavuş», «Topal Teymur», C.Cab-

barlı «Od gəlini», M.Rahim «Xaqani» əsərləri ilə milli mədə-

niyyəti  və  milli  tarixi  tərənnüm  etmişlər.  Doğrudur,  onlardan 

bəziləri  bu  əsərlərinə  daha  çox  «sosialist»  don  geyindirməyə 

çalışmışlar. Ancaq bütün hallarda bu, SSRİ dövründə də milli 

mədəniyyətin  və  milli  tarixin  yaşadılması,  yəni  milli  şüurun 

qorunması  demək  idi.  Eyni  mövqeni  H.Hüseynov  «XIX  əsr 

Azərbaycan  fəlsəfi  fikir  tarixindən»  əsərində  əks  etdirməyə 

çalışmışdır. Belə ki, sosialist prinsipləri əsasında Azərbaycan 

fəlsəfi  fikir  tarixinə  qələmə  alan  H.Hüseynov  tarixi 

obeyktivlikdən çıxış edərək milli mədəniyyəti və milli fəlsəfi 

şüuru  istər-istəməz  önə  çəkməli  olmuşdur.  Bu  isə,  sadiq  və 

inanılmış  kommunist  olmasına  baxmayaraq  H.Hüseynovun 

əleyhinə  yönəlmiş  və  o,  Rus-Avropa-Qərb  mədəniyyətindən 

kənara  çıxmasının  qurbanı  olmuşdu.  Çünki  bu  cür  əsərlər 

sovet 


ideoloqlarının 

fikrincə, 

«sosialist»-beynəlmiləl 

olmaqdan  çox  milli  mədəniyyət  və  milli  tarixə  aid  idilər. 

Onlar bu məsələ də müəyyən mənada haqlı idilər. 

SSRİ dövründə baş verən bu kimi  hadisələr də göstərir 

ki, sadiq kommunistlər belə, dərinə getdikdə milli mədəniyyət 

və milli tarixi şüurdan çıxış etməkdən başqa yol görməmişlər. 

Şübhəsiz, Rus-Avropa-Qərb mədəniyyətinə və ideologiyasına 

əsaslanan sovet ideoloqları üçün bu qəbul  edilməz idi. Onlar 

hesab edirdilər ki, sovet mədəniyyəti məhz Rus-Avropa-Qərb 


www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

409 


mədəniyyətidir,  ona  görə  də    rus  olmayan  millətlər,  o 

cümlədən türksoylu xalqlar bu xətlə inkişaf etməlidirlər. Sovet 

ideololoqları  açıq  şəkildə  qeyri-rus  millətlərinin,  xüsusilə 

Türk  xalqlarının  aydınlarını  məcbur  edirdilər  ki,  yalnız  Rus-

Avropa-Qərb  mədəniyyəti  əsasında  tarix,  mədəniyyət  və 

fəlsəfi əsərlər yazılsın, bu zaman Lenin, Stalinin mülahizələri 

örnək  götürülsün.  Ümumilikdə,  qeyri-rus  millətlərinin 

aydınları  bu  prinsiplər  əsasında  əsərlər  yazaraq  xalqlar 

dostluğunu,  sovet  beynəlmiləlçiliyni  tərənnüm  etsinlər  və 

ondan bir addım da olsun kənara çıxmasınlar. 

Şübhəsiz,  bütün  bu  repressiyalar,  qadağalar  təsirsiz 

ötüşmədi.  Məhz  Rus-Avropa-Qərb  mədəniyyətini  və  tarixini 

deyil,  Türk-İslam  mədəniyyətini  və  tarixini  təbliğ  etdiklərinə 

görə  də  yüzlərlə  türk  aydınları  SSRİ  hərbi  maşının  repres-

siyasına  məruz  qaldılar.  Beləliklə,  çar  Rusiyasından  yenicə 

qurtulub milli mədəniyyətlərinə və milli tarix şüurlarına sahib 

çıxmağa  başladıqları  bir  dövrdə,  türksoylu  xalqlar  bu  dəfə 

SSRİ-nin  repressiyası  və  onların  antitürk  mədəniyyəti  (sovet 

mədəniyyəti),  antitürk  tarixi  (Rus-Avropa  tarixi)  ilə  üzbəüz 

qaldılar.  Bunun  da  nəticəsində  Rusiya  əsarətində  olan 

türksoylu  xalqlar,  o  cümlədən  Azərbaycan  türkləri  arasında 

milli  şüurun  bütövləşməsi  prosesi  yarımçıq  qaldı.  Əvəzində 

SSRİ  tərkibindəki  türksoylu  xalqlar  arasında  Rus-Avropa-

Qərb mədəniyyəti və tarixi yenidən vüsət aldı.  

Fikrimizcə, bu antitürk mədəniyyəti və tarixinin həddən 

artıq vüsət ala bilməməsinə görə  yenə də milli  aydınlarımıza 

borcluyuq.  Hər  halda,  milli  aydınlar  bu  mücadiləni  verməsə-

yidilər  bu  gün  ümumiyyətlə,  milli  şüurdan  heç  bir  nişanə 

qalmaz,  bizlər  də  onların  bu  müqəddəs  işlərini  davam  etdirə 


www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

410 



410 

bilməzdik.  Ancaq  milli  aydındlarımızın  yolunu  davam 

etdirmək heç də asan deyildir. 

Çünki  hazırda  keçmiş  SSRİ-nin  tərkibində  yaşamış 

türksoylu xalqlar, o cümlədən Azərbaycan xalqı Rus-Avropa-

Qərb mədəniyyətinin və tarixi şüurunun güclü təsiri altındadır. 

Müstəqilliyin  bərpasından  sonra  (1991)  Rus-Avropa-Qərb  

mədəniyyətinin  təsirindən  qurtulmaq  yolunda  müəyyən  işlər 

görülsə də, bu yetərli olmamışdır. Məhz bunun nəticəsidir ki, 

hələ  də  Azərbaycan  xalqının  tarixinə,  mədəniyyətinə  və 

fəlsəfəsinə  münasibətdə  dəqiq  təsəvvür  yoxdur.    Bu 

məsələlərə  münasibətdə  dəqiqləşdirmələrin  aparılmaması, 

əvəzində ziddiyyətlərin çoxalması  milli şüurun formalaşması 

prosesinə ciddi şəkidə əngəl olur.  

Çox  təəssüflər  olsun  ki,  hazırda  Azərbaycan  xalqının 

tarixinə, mədəniyyətinə və fəlsəfəsinə həsr olunmuş əsərlərin, 

tədqiqat  işlərin  əksəriyyəti  milli  şüuru  formalaşdırmaqdansa, 

ona  daha  çox  əngəl  olur.  Milli  ideyalara  münasibət  yüz  il 

bundan  öncə  başqa,  indi  müəyyən  qədər  bir  qədər  fərqli  ola 

bilər. 


Biz 

də 


razılaşırıq 

ki, 


ayrı-ayrı 

ideyaların 

düşüncələrimizə  təsir  etməsində  şərait,  dövr  və  mühit  çox 

böyük  rol  oynayır.  Təbii  ki,  bu  belədir.  10-20  ildən  sonra 

cəmiyyətin  həyatında  yeni  bir  dönəmə  qədəm  qoyulsa, 

bugünkü  fikirlər  də  öz  qüvvəsini  itirə,  ən  azı  korrektələr  ola 

bilər.  

Bütün  hallarda tarixi,  fəlsəfə tarixini, ədəbiyyat  tarixini 

olduğu  kimi  yazmaq  lazımdır.  Ancaq  həmin  tarixləri 

yazanların hansı şüurun, hansı ruhun, hansı ideyanın daşıyıcısı 

olmasından  da  çox  şey  asılıdır.  Axı  həmin  tarixləri  yazanlar 

insanlardır 

və 

istər-istəməz 



onların 

özünəməxsus 

dünyagörüşləri,  ideyaları  və  baxışları  var.  Belə  olduğu 


www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

411 


təqdirdə,  tarixlərin  ruhunun  və  mahiyyətinin  cızılmasında 

insanların  tapındıqları  ideya  və  məsləklərinin  təsiri 

qaçılmazdır. 

Bununla  bağlı  belə  bir  müqayisə  aparmaq  pis  olmazdı 

ki, Azərbaycan Cümhuriyyətini Sovet Rusiyası işğal etdikdən 

sonra  (1920-ci  il,  27  aprel)  kommunizmi  təbliğ  etmək 

məcburiyyətə çevrilmişdi. Xüsusilə, əli qələm tutan və az-çox 

istedadı olan hər bir kəsdən tələb olunurdu ki, sosializmi tərif 

edən  elmi  və  bədii  əsərlər  yazsınlar.  Demək  olar  ki,  1920-

1930-cu  illərdə  hamı  «rus  kommunizmi»nin  mahiyyətinə 

uyğun  olaraq  «mədəni  quruculuq»  adı  altında  buna  məcbur 

edilirdi. S.Rüstəm, S.Vurğun, R.Rza, M.Rəfili və başqaları ilə 

yanaşı,  vaxtilə  millətçi-türkçü,  mövqeyi  ilə  tanınan  H.Cavid, 

Ə.Cavad,  C.Cabarlı,  Ü.Hacıbəyli  kimi  aydınlarımızdan  bu 

xüsusilə tələb olunurdu. Demək olar ki, milli və beynəlmiləlçi 

ruhu daşımalarından asılı olmayaraq onların hamısı sosializmi 

tərifləyən  əsərlər  də  yazmışlar.  Sadəcə,  milli  ruhlu  aydınları-

mız, özəlliklə Cavid, Cavad, İldırım sosializmə həsr etdikləri 

əsərlərində belə, bu və ya digər şəkildə milli ruhu yaşatmağa 

çalışmışlar.  Bu  onların  sözün  həqiqi  mənasında  tapındıqları 

ideya  və  məsləyin  dəyişməməsinin  ifadəsi  idi.  Adətən,  o 

kəslər əqidə və məsləklərini tez-tez dəyişirlər ki, onlar məslək 

və  əqidə  ilə  yaşayanlar  deyil,  zəmanə  və  mühitlə 

uyğunlaşanlardır.  Bu  mənada,  Cavid,  Cavad,  Cabbarlı 

(fikrimizcə,  Cabbarlının  irsini  sovet  ideologiyası  çox  təhrif 

etdiyi üçün ona daha çox «beynəlmiləl» don geyindirilmişdir), 

İldırım kimi aydınlarımız məslək və əqidə sahibi idilər. Sovet 

Rusiyası  milli  aydınlarımızın  Vətənini  işğal  etsələr  də,  «Rus 

kommunizmi» onların milli ruhunu və milli şüurunu işğal edə 

bilməmişdi.  Bu  bir  reallıq  idi.  Bu  reallığı  görən  və  milli 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

412 



412 

aydınlarımızın  ruhunu  dəyişdirə  bilməyən  sovet  ideoloqları 

son çarə olaraq repressiyaya əl atmalı olmuşlar.  

Eyni  tarixi  hadisəni,  ancaq  tamamilə  fərqli  yöndə 

Azərbaycan  müstəqilliyini  bərpa  etdkidən  sonra  yaşadıq  və 

yaşamaqda  da  davam  edirik.  Belə  ki,  SSRİ  dövründə  sovet 

ideologiyasına uyğun Sovet  Azərbaycanı  xalqının fəlsəfəsini, 

tarixini,  mədəniyyətini,  ədəbiyyatını  yazanlar  imperiyanın 

süqutu  və  ictimai  quruluşun  dəyişməsindən  sonra  isə  sözdə 

milli  tarix,  milli  fəlsəfə,  milli  ədəbiyyat,  milli  mədəniyyətlə 

bağlı monoqrafiya və kitablar yazmağa başladılar və davam da 

edirlər.  Çünki  bütün  bu  sahələrdə  aparıcı  rol  məhz  onların 

əlindədir.  Halbuki  «rus  kommunizmi»  ideologiyasının 

hökmranlığı dövründə formalaşmış, sovet beynəlmiləlçiliyinin 

təbliğatçıları və ideoloqları olmuş bu insanların əksəriyyətinin 

nə  dərəcədə  məslək  və  əqidə  dəyişdirmələri  özü  çox 

mübahisəli məsələdir. Hər halda, heç kəsə sirr deyil ki, onlar 

sovet  dövründə  «rus  kommunizmi»  ideyasına  uyğun  olaraq 

əsərlərində Marksı, Lenini, Stalini, Nərimanovu və başqalarını 

tarixi  şəxsiyyətlər  kimi  idealladırmış,  əvəzində  Rəsulzadəni, 

Yusifbəylini,  Xoyskini  və  başqalarını  «müsavatçı»  cəlladlar, 

Azərbaycan xalqına düşmən kimi qələmə vermişlər. 

Müstəqilliyin  ilk  illərindən  başlayaraq  bu  cür  alimlərin 

əksəriyyəti  birdən-birə  180  dərəcə  dəyişib,  SSRİ  dövründə 

yazdıqlarını  və  dediklərinin  əksini  iddia  etməyə  başladılar. 

Əlbəttə,  bütün  bunlar  daha  çox  eyforiya  altında  baş  verdiyi 

üçün,  çox  geçmədi  ki,  sovet  dövrünün  yetişdirməsi  olan 

alimlərin əksəriyyəti daha ehtiyatlı davranmağa çalışdılar. Bu 

ehtiyatlılıq  da  ondan  ibarətdir  ki,  bir  tərəfdən  SSRİ  dövrünü 

və  sovet  ideologiyasını  kəskin  şəkildə  tənqid  etməkən 

qaçmağa  başladılar.  Çünki  başa  düşdülər  ki,  sovet  dövrünün 


www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

413 


ideyalarının tamamilə əksinə çıxmaq dolayısıyla özlərini inkar 

etməkdir.  Bu  baxımdan  onlar  SSRİ  dövrünün  ideyalarını  elə 

bir  formada  tənqid  etməyə  çalışdılar  ki,  müəyyən  mənada 

özlərini sığortalaya bilsinlər.  

Bu  mənada,  təsadüfən  yuxarıda  göstərmədik  ki, 

Cavadlar, Cavidlər, İldırımlar Sovet Rusiyası işğalından sonra 

məcburən sosializmə həsr etdikləri əsərlərində belə milli ruhu 

yaşatmaqda  davam  etmişlər.  Eyni  hadisəni  Azərbaycanın 

müstəqilliyinin  bərpasından  sonra  milli  ədəbiyyata,  milli 

fəlsəfəyə, milli mədəniyyətə, milli tarixə həsr olunmuş elmi və 

bədii  əsərlərdə  sovet  ruhunu  əks  etdirənlər  təkrarlayırlar. 

Fikrimizcə,  hazırda  millilik  pərdəsi  adı  altında  sovet  ruhunu 

yaşadanlar da müəyyən mənada buna məcburdurlar. 

Digər  tərəfdən,  Sovet  dövründə  formalaşmış  alimlərin 

əksəriyyəti  vaxtilə  tənqid  etdikləri  milli  və  dini  dəyərlərə 

münasibətdə də ehtiyatlı hərəkət etməyə başladılar. Belə ki, bu 

məsələyə  də  daha  çox  milli  maraqlara  uyğun  deyil,  şəxsi 

mənafələrini  qorumaq  naminə  bir  növ  ikili  standartlardan 

yanaşdılar.  Hətta,  Sovet  dövrünün  bəzi  ziyalıları  SSRİ 

dövründə  yaşadığımıza  görə  keçmiş  kommunistləri  deyil, 

milli  mücadilədə  şəhid  və  qazi  olmuş  Yusifbəyliləri, 

Rəsulzadələri, Xoyskiləri, Cavadları, İldırımları və başqalarını 

suçlama kampaniyası apardılar və aparırlar da. Fikrimizcə, bir 

çox  hallarda  məqsədli  şəkildə  milli  mücadilə  aparmış 

şəxsiyyətlər  haqqında  mənfi  rəy  formalaşdırılır.  Bunun 

əvəzində  isə,  SSRİ  dövrünün  «sovet  beynəlmiləlçiliyi»  və 

onun tərənnümçüləri olan şəxsiyyətlər (istər dövlət xadimləri 

olsun,  istərsə  ziyalıları  olsun)  və  haqqında  müsbət  rəy 

formalaşdırlır.  


www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

414 



414 

Məhz  bunun  nəticəsidir  ki,  bu  gün  1930-cu  illərdə 

milli  şüurun  məcburən  «sovet  beynəlmiləlçiliyi»  ilə  əvəz 

olunmasını müsbət dəyərləndirənlər, hətta bu antimilli prosesi 

milli özünüdərk kimi dəyərləndirənlər də var. Məsələn, fəlsəfə 

elmləri doktoru Adil Əsədov yazır ki, 1930-cu illərə qədər biz 

özümüzü  heç  zaman  azərbaycanlı  adlandırmamışıq.  Bu 

dövrdən  başlayaraq  azərbaycanlı  adlandırılmağımızı  yeni 

gerçəkliyin  bir  ifadəsi  hesab  edən  A.Əsədov  bunu  milli 

özünüdərk (?!) kimi qiymətləndirir: “XX əsrin 30-cu illərinin 

siyasi  kontekstində  formalaşan  milli  özünüdərk  meyarları 

Cümhuriyyət  dövrünün  milli  özünüdərk  meyarlarından  təbbi 

ki  fərqli  idi”  [217

a

,  205].Hətta,  bu  tədqiqatçı  həmin  fərqi 



1930-cu 

illlərdəki 

“milli 

özünüdərk 



meyarları”nın 

Cümhuriyyət  dövrünün  milli  özünüdərk  meyarlarından  üstün 

olmasında  görür.  Onun  fikrincə,  bu  gün  Azərbaycan  xalqı 

üçün  vacib  olan  Cümhuriyyət  dövrünün  milli  özünüdərk 

meyarlarına  deyil,  1930-cu  illlərdəki  “milli  özünüdərk 

meyarları”na  (“azərbaycanlı”,  “Azərbaycan  dili”  və  s.)  sahib 

çıxmaq  və  yaşatmaqdır.  A.Əsədovun  öz  təbrincə  desək, 

“Azərbaycan  etnogenezinə Sovet dövlətinin verdiyi töhfələri 

qoruyub saxlamaqdır” [217

a

, 207].  



Şübhəsiz,  bütün  bunların  fonunda  AMEA  Tarix 

İnstitutunun  milli  ruhdan  və  milli  şüurdan  uzaq  7  cildlik 

«Azərbaycan  tarixi»,  AMEA  Fəlsəfə,  Sosiologiya  və  Hüquq 

İnstitutunun  ondan  çoxda  fərqlənməyən  çoxcildlik  «Azər-

baycan fəlsəfəsi tarixi» (yeri gəlmişkən, bu çoxcildliyin yalnız 

iki  cildi,  özü  də  rus  dilində  işıq  üzü  görmüşdür)  kitablarını 

ərsəyə  gətirməsi  nə  qədər  ağrılı  olsa  da,  bir  gerçəklikdir. 

Xüsusilə,  «Azərbaycan  tarixi»  və  «Azərbaycan  fəlsəfəsi 

tarixi» kitablarının əsasən milli ruhdan uzaq şəkildə yazılması 


www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

415 


çox  düşündürücüdür.  Çünki  biri  tarixi  şüur,  digəri  mədəni-

əxlaqi  şüurla  bağlıdır.  Bunlar  isə  milli  şüurun  əsas 

ünsürləridir. Ancaq həmin kitablarda milli ruhdan çox “sovet 

beyəlmiləlçiliyi”nin  iyi  gəlir.  Bunun  üçün  hər  iki  institutun 

uyğun əsərlərini diqqətlə oxumaq kifayətdir.  

Qeyd edək ki, “sovet beynəlmiləlçiliyi”ndən qurtula bil-

məyənlər  arasında  müəllimlərdə  vardı.  Bu  baxımdan  sovet 

təhsil  sistemini  və  sovet  ideologiyasından  qurtula  bilməyən 

müəllimlərin  də  müstəqillik  dövrünün  nəslini  milli  şurda 

formalaşdırması  inandırıcı  görünmür.  Maraqlıdır  ki,  sovet 

təhsil  sisteminin  yüksək  keyfiyyətindən  danışan  bu 

müəlimlərin  əksəriyyəti  indiki  təhsil  sistemindəki  boşluqları 

başqa  yerdə  axtarırlar.  Halbuki  indi  orta  və  ali  məktəblərdə 

dərs  deyən  müəllimlərin  böyük  əksəriyyəti  istəsək  də, 

istəməsək  də  sovet  dövrünün  müəllimləridir.  Belə  olduğu 

təqdirdə,  bəs  onlar  niyə  əvvəlki  təhsil  keyfiyyətini  şagirdlərə 

verə bilmirlər? Buna əngəl  olan nədir? Sovet  təhsil sistemini 

müdafiə  edən  bu  cür  müəllimlərin  fikrincə,  problem  onlarla 

deyil,  təhsil  sistemindəki  boşluqlarla  bağlıdır.  Onlar  bu 

məsələdə müəyyən qədər haqlıdırlar. Yəni doğrudan da təhsil 

sistemində  hələ  də  problemlər  qalmaqdadır.  Ancaq  bu 

məsələnin bir tərəfidir. 

Fikrimizcə,  şagirdlərə  istənilən  səviyyədə  təhsil  və 

tərbiyə verilməməsində Təhsil Nazirliyinin yarıtmaz əməlləri, 

konkret bir sistemə düşə bilməməsi ilə yanaşı, sovet dövrünün 

təfəkküründən  qurtula  bilməyən  müəllimlər  və  təhsil  işçiləri 

də  günahkardırlar.  Onlar  nə  qədər  yaxalarını  qırağa  çəksələr 

də,  etiraf  olunmalıdır  ki,  şagirdlərin  əksəriyyətində  milli 

şüurun  (vətənpərvərlik,  millətpərvərlik,  islampərvərlik  və  s.) 

istənilən  səviyyədə  formalaşmamasında  müəllimlər  və  təhsil 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

416 



416 

işçiləri də müəyyən rol oynayırlar. Onlar dünyagörüşcə “sovet 

beynəlmiləlçiliyi”nə  əsaslandıqları  üçün,  yeni  nəsildə 

müstəqillik  və  millilik  ruhunu  formalaşdırmaqda  çətinlik 

çəkirlər.  Bu  yalnız  onların  bunu  istəməmələri  ilə  bağlı 

deyildir. Çünki onların arasında bunu istəyənlərin əksəriyyəti 

belə  təfəkkür  baxımından  milli  ideyalarla,  əsasən  milli 

ideyalara üz tutan yeni nəsillə uğyunlaşa bilmirlər. 

Məsələn,  “sovet  beynəlmiləlçiliyi”  təfəkkürlü  müəllim-

lərin  İslam  dininə  münasibəti  ilə  yeni  nəsil  müəllimlərin 

baxışı  eyni  deyildir.  “Sovet  beynəlmiləlçiliyi”  təfəkküründə 

təhsil almış müəllimlərin əksəriyyəti istər-istəməz İslama yenə 

də  «rus  kommunizmi»  məfkurəsindən  yanaşırlar.  Hətta, 

onların  arasında  “rus  kommunizmi”ni  tənqid  edib,  İslamı 

müdafiə  edənlərin  də  əksəriyyəti  bunda  səmimi  deyillər.  Bu 

onların  danışıqları  ilə  əməllərinin  üst-üstə  düşməməsində  də, 

açıq şəkildə  hiss olunur. 

Başqa  misal  kimi  göstərə  bilərik  ki,  “sovet 

beynəlmiləlçiliyi” təfəkküründən xilas ola bilməyən müəllim-

lərinin  və  ziyalılarının  Azərbaycan  xalqının  tanınmış  şəxsiy-

yətləri Babəkə, Şah İsmayıl Xətaiyə, Koroğluya, Cavad xana, 

M.Ə.Rəsulzadəyə,  S.Vurğuna,  Ə.Hüseynzadəyə,  N.Nəriman-

ova münasibəti ilə yeni nəslin onlara baxışlarında xeyli dərə-

cədə fərqliliklər var. Bu o demək deyil ki, müstəqil Azərbay-

canın yeni nəsil müəllimlərinin və ziyalılarının hamısı hər şeyi 

doğru  qiymətləndirirlər.  Əlbəttə,  belə  bir  müddəa  ilə  çıxış 

etmək  yanlış  olardı.  Ancaq  yeni  nəslin  şüurunda  həmin 

şəxsiyyətlərə,  qəhrəmanlara,  ümumiyyətlə  tarixi  və  mədəni 

abidələrə  münasibətdə  çatışmazlıq  varsa,  bunun  da  əsas 

günahkarları  məhz  “sovet  beynəlmiləlçiliyi”  təfəkküründən 

xilas  ola  bilməyən  müəllimlər  və  ziyalılardır.  Çünki  onlar 

1   ...   37   38   39   40   41   42   43   44   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə