İntellektual-Elektron Kitabxananın təqdimatında



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə42/58
tarix06.05.2017
ölçüsü3,32 Mb.
1   ...   38   39   40   41   42   43   44   45   ...   58

www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

417 


Sovet  dövründə  «rus  kommunizmi»ni  təbliğ  edirdilər, 

müstəqillik  olduqdan  sonra  ona  uyğunlaşmaq  adı  altında 

dünyagörüşləri ilə uyğun gəlməyən, öz anlamlarında  yeni bir 

şeylər  ifadə  etməyə  çalışdılar.  Fikrimizcə,  əgər  sovet 

təfəkkürünün  daşıyıcıları  olan  müəllimlərin  və  alimlərin  

əksəriyyəti  öz  sözlərində,  yazdıqlarında  səmimi  deyillərsə, 

zəmanəyə  uyğun  hərəkət  edirlərsə,  o  zaman  yeni  nəsildən 

hansı mənada böyük ümidlər gözləmək olar. 



Gördüyümüz  kimi,  SSRİ  20  ildən  çoxdur  bitsə  də, 

ancaq  sovet  ideologiyasının  şüurlarmızdakı  qalıqları  hələ 

də davam etməkdədir. Xüsusilə, çağdaş nəsil ilə 20-ci əsrin 

əvvəllərində  yaşamış  nəsil  (özəlliklə,  həmin  nəslin  düşünən, 

aparıcı  qismi  ilə)  arasında  SSRİ  dövründə  qırılmış  bağları 

yenidən bərpa etmək lazım gəldiyi bir vaxtda, bir çox hallarda 

bunun  əksini  görmək  çox  düşündürücüdür.  Artıq  sovet  nəsli 

arasında deyil, gənclər arasında da Rəsulzadə, Ağaoğlu, Top-

çubaşov, Hüseynzadə, Xoyski və başqaları haqqında «satqın», 

«xəyanətkar»,  «panislamist»,  «İranpərəst»,  «Osmanlıpərəst», 

«ingilispərəst»,  «Vətəni  qoyub  qaçanlar»  və  s.  ifadələrə  rast 

gəlmək olur. Məsələn, Rəsulzadəni və Xoyskini İrəvanı Ermə-

nistana verməkdə, Ağaoğlunu Azərbaycanı vaxtilə Türkiyəyə 

birləşməkdə,  Hüseynzadəni  Azərbaycan  dilini  deyil,  Türkiyə 

türkcəsini müdafiə etməkdə və s. ittiham edənlər vardır.  

Maraqlıdır  ki,  həmin  nəsil  arasında  da  ən  çox  ittiham 

olunan,  SSRİ  dövründə  olduğu  kimi,  yenə  də  Rəsulzadədir. 

Vaxtilə  sovet  ideoloqları  və  onların  təbliğatçıları  milli 

ideoloqu  sosial-demokrat  əqidəsinə  xəyanət  edib  Azərbaycan 

Cümhuriyyətini  qurmaqda  ittiham  edirdilər.  Səməd  Vurğun 

«26-lar»  poemasında  Rəsulzadənin  «xəyanətkar»  mövqeyini 


www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

418 



418 

türklük və islamlıqdan çıxış etməsi,  Türkiyəyə üz tutması ilə 

əsaslandırırdı:  

İndi xəbər verim oxucuma mən 

O «millət rəhbəri» Rəsulzadədən; 

Toplamış məclisdə müsəlmanları, 

Yağlı vədələrə tutmuş onları; 

Deyir: «Türkiyəni çağıraq gərək, 

Bizə kömək olsun, qılınc çəkərək, 

Parlasın ədalət, mehri-hürriyyət

Ucalsın göylərə şərəfi-millət!...». 

- Şarlatan! 

- Afərin! 

- Rəhbərə bir bax!.. 

- Vətəni yadlara bunlar satacaq!.. 

- Bir dayan! 

  

- Nə dedin? 



- O bir xaindir, 

 

 Sözünün pərdəsi millətdir, dindir» [224



a

, 155-156]. 

İndi  isə  elələri  tapılır  ki,  birbaşa  və  dolayısıyla 

Rəsulzadəni  İrəvanı  ermənilərə  verməkdə,  Vətəni  qoyub 

qaçmaqda  (yəni  Rəsulzadə  hökmən  qalıb  ölməliydi),  Stalinlə 

«dost» olmaqda, Hitler Almaniyası ilə münasibətlər qurmaqda 

və başqa məsələlərdə ittiham edirlər. Halbuki çağdaş nəsil ona 

Cümhuriyyət  bəxş  edən  nəsli  Rəsulzadə  başda  olmaqla,  bir 

qəhrəmanlıq, şərəf örnəyi kimi görməlidir. Ən azı ona görə ki, 

qısa  müddətdə həmin nəsil bir çox sahələrdə böyük uğurlara 

imza atmışlar. O uğurların  təməlində və əsasında  İslam-Türk 

dünyasında  ilk  demokratik  cümhuriyyət  olan  Azərbaycan 

Cümhuriyyətinin mövcudluğu dayanır.  


www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

419 


Azərbaycan  Cümuriyyətinin  yaranmasında  və  milli-

demokratik  yönlü  inkişaf  strategiyasında  isə  Əhməd  bəy 

Ağaoğlu,  Əli  bəy  Hüseynzadə,  Əlimərdan  bəy  Topçubaşov, 

Nəsib  bəy  Yusifbəyli,  Fətəli  Xan  Xoyski,  Abbasqulu 

Kazımzadə,  Firidun  bəy  Köçərli,  Hacı  Zeynalabdin  Tağıyev, 

Üzeyir  Hacıbəyli,  Məmməd  Həsən  Hacınski,  Xəlil  bəy 

Xasməmmədov,  Məmməd  Yusif  Cəfərov,  Məhəmməd  Əmin 

Rəsulzadə  və  başqaları  mühüm  rol  oynamışlar.  Rəsulzadənin 

təbrincə desək, bu nəsil bizə bunu miras qoymuşdur:  

«Ey gənclik!  

Sənin  öhdəndə  böyük  bir  vəzifə  var.  Səndən  əvvəlki 

nəsil yoxdan  bir bayraq, müqəddəs bir ideal rəmzi yaratdı, on 

min müşkülatla ucaldaraq dedi ki:  

Bir kərə yüksələn bayraq bir da enməz! 

Əlbəttə  ki,  sən  onun  bu  ümidini  qırmayacaq,  bu  gün 

parlament  binası  üzərindən  Azərbaycan  türklərinin  yanıq 

ürəklərinə enmiş bu bayrağı təkrar o bina üzərinə dikəcək və 

bu yolda 

-  Ya qazi və ya şəhid olacaqsan!» [188, 56].  

Rəsulzadə  yox  yerdən  bir  bayrağın  ucaldılmasını 

deyərkən,  heç  də  tariximizdə  müstəqil  dövlətlərin 

olmamasına,  yaxud  da  əsrlər  boyu  ancaq  əsarət  altında 

yaşamağımıza  işarə  etməmişdir.  Sadəcə,  milli  ideoloq  onu 

ifadə etməyə çalışmışdır ki, artıq bir əsrə yaxındır çar Rusiyası 

Azərbaycan Türk millətinin  azadlığını əlindən almış və milli 

bayraqdan  məhrum  etmişdir.  Çar  Rusiyası  bunu  edərkən  isə 

Azərbaycan  türklərinin  vahid  milli  bayrağı  olmamış  və  o, 

ayrı-ayrı  xanlıqlar  şəklində  idarə  olunmuşdur.  Bu  mənada, 

Azərbaycan  türkləri  1918-ci  ildə  artıq  parçalanmış  bir  millət 


www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

420 



420 

deyil,  vahid  millət  şəklində  meydana  çıxmış  və  vahid  milli 

bayrağını qaldırmışdır. 

Yeri  gəlmişkən,  indi  də  bir  çox  ədəbiyyatlarda  və 

hansısa  natiqlərin  çıxışlarında  Azərbaycan  xalqının  əsrlər 

boyu  əsarət  altında  yaşadığı  mülahizəsi  vurğulanır.  Öncə, 

kökündən  yanlış  olan  bu  fikrin  formalaşmasında  SSRİ 

ideoloqlarının  «əməyini»  xatırlamaqda  yarar  vardır.  Digər 

tərəfdən, Azərbaycan türkləri əsrlər boyu nəinki əsarət altında 

yaşamış,  əksinə  bir  çox  yüz  illər  başqa  xalqları  və  etnosları 

milli imperiyalarında (İskitlər,  Xəzərlər, Sacilər, Şirvanşahlar, 

Azərbaycan  Atəbəyləri,  Qaraqoyunlular,  Ağqoyunlular, 

Səfəvilər və b.) idarə etmişlər. Yəni Azərbaycan türklərinin öz 

yaratdıqları dövlət və imperiyalarda əsarət  altında  yaşamaları 

fikri qətiyyən doğru deyildir. 

XX əsrin əvvəlləri Azərbaycan türklərinin tarixində həm 

yeni  bir  dönəm,  həm  də  bir  tərəqqi  dövrüdür.  Bu  dövrdə 

yaşayan  türk  aydınları  XIX  əsrin  əvvəllərində  xanlıqlara 

(İrəvan,  Naxçıvan,  Gəncə,  Qarabağ,  Quba,  Şamaxı,  Bakı, 

Talış,  Şəki),  sultanlıqlara  parçalanmış  və  çar  Rusiyasının 

müstəmləkəsi  halına  gətirilmiş  Şimali  Azərbaycanı  XX  əsrin 

əvvəllərində  bir  vahid  dövlətin  tərkibində  –  Azərbaycan 

Cümhuriyyətində  birləşdirdilər.  Doğrudur,  bu  birləşmə  tam 

şəkildə  həyata  keçirilmədi.  Belə  ki,  müəyyən  səbəblərə  görə 

İrəvan xanlığı və onun paytaxtı ermənilərə güzəştə gedildi. 

Məlum  olduğu  kimi,  ara-sıra  Azərbaycan  mətbuatında 

və müəyyən dairələrdə (parlament səviyyəsində və s.) İrəvanın 

Ermənistana  güzəştə  gedilməsi  siyasi  səhv,  satqınlıq  və 

xəyanət kimi izah olunur. Maraqlıdır ki, İrəvanın Ermənistana 

verilməsi  məsələsində  də  ən  çox  ittiham  olunan 

M.Ə.Rəsulzadədir. Bu o Rəsulzadədir ki, nümayəndəsi olduğu 


www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

421 


nəslin  yoxdan  bayraq  yaratdığını  və  min  cür  çətinliklə 

ucaltdığını bəyan etmişdir. Onu da demişdir ki, yeni nəsil onu 

yenidən  ucaltmalı  və  qorulmalıdır.  Ancaq  Rəsulzadənin 

gənclik timsalında olan bizlər arasında elələri tapılır ki, onun 

ucaltdığı bayrağın altında yaşamağı qəbul etməklə yanaşı, onu 

bir  neçə  məsələyə  görə,  o  cümlədən  İrəvanın  ermənilərə 

güzəştə  gedilməsinə  görə  xəyanətdə  və  satqınlıqda  ittiham 

edir.  


Burada çox  incə bir məqam  var. Bu da ondan ibarətdir 

ki,  Azərbaycan  Milli  Şurası  yaranıb  M.Ə.Rəsulzadə  onun 

sədri  seçildiyi  (1918-ci  il,  27  may),  Azərbaycan 

Cümhuriyyətinin  İstiqlal Bəyannaməsi qəbul  edildiyi  (1918-

ci  il  28  may)  və  Milli  Şura  İrəvanı  ermənilərə  güzəştə 

gedildiyi  (1918-ci  il,  29  may)  tarixlərdə  Rəsulzadə  faktiki 

olaraq  Batum  şəhərində  olmuşdur.  Belə  ki,  Rəsulzadə 

Məhəmməd  Həsən  Hacınski  ilə  birlikdə  1918-ci  ilin  mayın 

11-dən iyunun 4-dək Osmanlı Türkiyəsi və Zaqafqaziya seymi 

nümaynədələri  arasında  keçirilən  Batum  konfransında  iştirak 

etmişdir [36

a

, 246]. 

Hətta,  Batum  konfransının  sonunda  (1918,  4  iyun) 

Azərbaycan və Türkiyə dövlətləri arasında ikitərəfli müqavilə 

bağlanmışdır.  Müqaviləni  Osmanlı  hökuməti  adına  ədliyyə 

naziri  və  Dövlət  Şurasının  sədri  Xəlil  paşa  Menteşe,  Qafqaz 

Cəbhəsinin  komandanı  Mehmet  Vehib  Paşa,  Azərbaycan 

Cümhuriyyətindən  Milli  Şuranın  sədri  M.Ə.Rəsulzadə  və 

xarici  işlər  naziri  M.H.Hacınski  imzalamışlar  [36



a

,  247]. 

Məqsəd  həmin  dövrdə  Azərbaycanın  bir  hissəsində  ağalıq 

edən  bolşevik-daşnak  hökumətini  –  Bakı  Xalq  Komissarları 

Sovetini  aradan  qaldırmaq  üçün  Türkiyədən  hərbi  yardım 

almaq  idi.  Bu  mənada,  Rəsulzadə  fiziki  şəkildə  nə  İstiqlal 


www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

422 



422 

Bəyannaməsinə  imza  ata  bilmiş,  nə  də  «İrəvanın  ermənilərə 

güzəştə gedilməsi» iclasında iştirak etmişdir. 

Maraqlıdır ki, birinci faktdan, yəni İstiqlal Bəyannamə-

sində imzasının olmamasından çıxış edilərək Rəsulzadənin adı 

indi  İçərişəhərdə  ucaldılan  İstiqlal  Abidəsində  öz  əksini 

tapmamışdır. 

Halbuki 


Milli 

Şura 


adından 

İstiqlal 

Bəyannaməsinə  imza  atanlar  onu  həmin  Ali  Dövlət 

qurumunun başçısı seçmişdilər. Yəni bu fakt İstiqlal Abidəsini 

ucaldanlar üçün önəmli olmamışdır.  

Ancaq  əvəzində  çox  diqqət  çəkici  başqa  bir  məqam 

vardır. Elə həmin Milli Şuranın  yenə də Rəsulzadənin iştirak 

etmədiyi  növbəti  iclasında  (1918-ci  il  29  may)  İrəvanın 

Ermənistana  güzəştə  gedilməsi  ilə  bağlı  məsələni  müzakirə 

etmişdir.  Bu  məsələnin  müzakirəyə  çıxarılmasına  isə  erməni 

milli şurasının nümayəndələri səbəb olmuşlar. Belə ki, həmin 

dövrdə  Azərbaycan Milli Şurası kimi Tiflisdə fəaliyyət göstərən 

erməni  milli  şurası  müstəqilliklərini  dünyaya  bəyan  etsə  də, 

Ermənistanın  paytaxtını  müəyyənləşdirə  bilməmişdir.  Düzdür, 

haylar  əvvəlcə  Gümrünü  (Aleksandropolu)  paytaxtı  kimi 

görürmüşlər.  Ancaq  həmin  dövrdə  Gümrü  Türkiyənin  nəzarəti 

altında  olduğu  üçün,  bu  mümkünsüz  olmuşdur.  Ona  görə  də 

ermənilər 

özlərinə 

yeni 


bir 

paytaxt 


kimi 

İrəvanı 


müəyyənləşdirmişlər.  

Bu  barədə  Azərbaycan  Xalq  Cümhuriyyətinin  Ensik-

lopediyasının  2-ci cildində  yazılır:  «Zaqafqaziya  seyminin  dağıl-

masından  sonra  (1918,  26  may)  erməni  milli  şurası  Tiflisdə 

Ermənistan (Ararat) Respublikasının yaradıldığını elan etdi. 1918-

ci  il  mayın  29-da    Tiflisdə  Azərbaycan  Milli  Şurasının  iclası 

keçirildi.  İclasın  3  nömrəli  protokoluna  görə,  Fətəli  xan  Xoyski 

şura  üzvlərinin  Azərbaycan  və  Erməni  federasiyası  ərazilərinin 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

423 


sərhədləri  məsələsinə  dair  erməni  milli  şurası  ilə  apardıqları 

danışıqların nəticələri barədə məruzə etmişdir. Xoyski məruzəsini 

Erməni  federasiyasının  yaradılması  üçün  onlara  siyasi  mərkəz 

lazım 


olduğunu, 

Aleksandropolun 

(Gümrü) 

Türkiyəyə 

keçməsindən  sonra  belə  mərkəzin  yalnız  İrəvan  ola  biləcəyi 

haqqında  məlumat  verdikdən  sonra  İrəvanın  ermənilərə  güzəştə 

gedilməsinin  zəruri  olduğunu  bildirmişdir.  Xəlil  bəy  Xasməm-

mədov,  Məmməd  Yusif  Cəfərov,  Əkbər  Ağa  Şeyxülislamov, 

Məhəmməd  Məhərrəmov  bu  məsələ  üzrə  çıxış  edərək,  İrəvanın 

ermənilərə güzəştini tarixi zərurət, labüd bədbəxtlik adlandırdılar. 

Bu  məsələ  üzrə  səsvermə  nəticəsində  28  şura  üzvündən  16-sı 

İrəvanın güzəşt edilməsinin lehinə, 1 nəfər əleyhinə səs vermiş, 3 

nəfər bitərəf qalmışdır (protokolda belə göstərilmişdir). Beləliklə, 

Azərbaycan Milli Şurası İrəvanın Ermənistana güzəştə gedilməsi 

haqqında qərar qəbul etmişdir» [36

b

, 57].  



Yeri  gəlmişkən,  bütün  bunlardan  çıxış  edilərək  «İrəvanın 

ermənilərə  güzəştə  gedilməsi»  məsələsində  Rəsulzadə  ilə  yanaşı 

Fətəli Xan Xoyski də hədəf kimi götürülür. Çünki F.X.Xoyskinin 

baş  nazir  olduğu  dövrdə,  onun  da  razılığı  və  birbaşa  iştirakı  ilə 

İrəvan  Ermənistana  güzəşt  gedilmişdir.  Bu  məsələni  də  Milli 

Şurada  Xoyski  səsləndirmişdir.  Çünki  Xoyski  bir  tərəfdən  Milli 

Şuranın  İcraiyyə  Komitəsinin  sədri,  digər  tərəfdən  Azərbaycan 

Cümhuriyyətinin  baş  naziri  idi.  Ermənilər  də  bu  təkliflərini  ilk 

növbədə, ona bildirmişdilər. Bu mənada, Xoyski bir növ məcburi 

olaraq  Milli  Şurada  belə  bir  məruzə  ilə  çıxış  etməyə  məcbur 

olmuşdu.  

Bütün  bunlarla  yanaşı,  qeyd  etmək  lazımdır  ki,  «İrəvanın 

Ermənistana  güzəştə  gedilməsi»  məsələsi  müəyyən  şərtlər 

əsasında reallaşmışdır. Bu da ondan ibarət idi ki, İrəvan xanlığının 

və  onun  paytaxtının  Ermənistana  güzəşti  müqabilində  ermənilər 


www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

424 



424 

Naxçıvan  və  Qarabağ  iddialarından  əl  çəkməli,  müharibəni 

dayandırmalı idilər. Ermənilərin bu iddialarından əl çəkməyəcəyi 

təqdirdə  Azərbaycan  Cümhuriyyəti  rəhbərliyinin  «İrəvanın 

Ermənistana  güzəştə  gedilməsi»  məsələsi  qüvvədən  düşmüş 

olacaqdı.  Hər halda,  Xoyski Milli Şuranın həmin iclasında bunu 

açıq  şəkildə  bəyan  etmişdir.  O,  Hacınskiyə  yazdığı  məktubunda 

da göstərmişdir ki, «İrəvanın Ermənistana güzəştə gedilməsi» ilə 

ermənilər  digər    iddialarından  əl  çəkəcək  və  müharibəyə  son 

qoyacaqlar  [87

b

,  33].  Görünür,  təkcə  Xoyski  deyil,  «İrəvanın 



Ermənistana güzəştə gedilməsi»nin lehinə səs verən 16 Milli Şura 

üzvü də belə hesab emişdir.  

Bizə  elə  gəlir  ki,  hazırda  «İrəvanın  Ermənistana  güzəştə 

gedilməsi»  məsələsində  Xoyski  və  digər  Milli  Şura  üzvülərinin 

adlarının hallandırılmasınını «günahkar»ı da Rəsulzadədir. Çünki 

Rəsulzadənin  «satqın»  və  «xəyanətkar»  olmasına  çalışanlar,  bu 

zaman  məcbur  olaraq  Xoyski  və  digərlərini  də  ittiham  etməyə 

məcbur olurlar. Çünki tarixi faktlar Rəsulzadənin lehinə işləyir.  

Hər  halda,  bu  bir  gerçəklikdir  ki,    Rəsulzadə  İstiqlal 

Bəyannaməsinə imza ata bilmədiyinə görə adı  İstiqlal Abidəsinə 

düşmədiyi  halda,  ancaq  İrəvanın  ermənilərə  güzəştə  gedilməsi 

məsələsində  əsas  günahkar,  bu  ittihamı  irəli  sürənlərin  dili  ilə 

desək  «satqın»,  «xəyanətkar»  rolunda  görülür.  Yəni  müxtəlif 

variantlarla,  qondarma  «dəlillərlə»  əsaslandırılmağa  çalışılır  ki, 

Rəsulzadənin  «İrəvanın  Ermənistana  güzəştə  gedilməsi»ndə 

hansısa böyük rolu, bu alınmayanda isə ən azı ümumi şəkildə payı 

olmuşdur.  

Sözün  açığı,  ilk  baxışdan  anlaşılmır  ki,  niyə  ən  çox 

Rəsulzadə hədəf alınır. Əgər bu məsələdə səhvə yol verilmişdisə, 

bu  və  ya  digər  şəkildə  Milli  Şuranın,  Azərbaycan 

Cümhuriyyətinin  ilk  Nazirlər  Kabinetinin  bütün  üzvləri 


www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

425 


məsuliyyət  daşıyırlar.  Şübhəsiz,  ilk  növbədə  də  Milli  Şuranın 

həmin iclasında (1918, 29 may) iştirak etmiş və bu qərarın lehinə 

səs  vermiş  üzvləri.  Bu  mənada,  Rəsulzadə  və  onun  kimi  həmin 

iclasda  iştirak  etməyən  Milli  Şura  üzvləri  yalnız  onlardan  sonra, 

müəyyən mənada günahkar qismində çıxış edə bilərlər.  

Halbuki  Rəsulzadə  Milli  Şuranın  sonrakı  iclaslarında 

«İrəvanın  Ermənistana  güzəştə  gedilməsi»nin  əleyhinə  çıxış 

etmişdir. Yəni Milli Şuranın həmin qərarını pisləmiş və buna 

etiraz  etmişdir.  Yeri  gəlmişkən,  eyni  addımı  Milli  Şuranın 

İrəvandan olan 3 üzvü də atmışdır. Deməli, əgər indi kimlərsə 

«satqın»  və  «xəyanətkar»  tapmaq  istəyirlərsə,  istənilən  halda 

Rəsulzadəni  əsas  günahkar  kimi  ittiham  etmək  mümkün 

deyildir.  Fikrimizcə,  bunu,  «İrəvanın  Ermənistana  güzəştə 

gedilməsi»ndə  Rəsulzadəni  əsas  günahkar  rolunda  ittiham 

edənlər  və  təbliğ  edənlər  də  yaxşı  anlayırlar.  Başqa  sözlə, 

burada məqsəd «İrəvanın Ermənistana güzəştə gedilməsi»ndə 

Rəsulzadənin  əsas  rol  oynamasını  sübut  etməkdən  daha  çox 

cəmiyyət  daxilində,  xüsusilə  gənclər  arasında  onun  haqqında 

mənfi rəy, mənfi imic yaratmaqdır.  

Çünki bir çox hallarda kütlə, o cümlədən gənclər məsələnin 

əsas mahiyyətinə deyil, ümumi mənzərəyə nəzər salırlar. Ümumi 

mənzərə  də  ondan  ibarətdir  ki,  məhz  Azərbaycan 

Cümhuriyyətinin  rəhbərləri  İrəvan  ermənilərə  güzəştə  getmişlər. 

Üstəlik  nəzərə  alsaq  ki,  Rəsulzadə  həmin  Cümhuriyyətin  lideri 

hesab  olunur,  artıq  əsas  günahkar  rolunda  onun  göstərilməsi  heç 

də  mənasız  görünmür.  Yəni  bu  müddəanı  ortaya  atanlar  demək 

istəyirlər  ki,  Azərbaycan  Cümhuriyyətinin  lideri,  dövlət  başçısı, 

qurucusu  və  ideoloqu  Rəsulzadə  olmuşdusa,  baxın  onun  dövlət 

başçısı  olduğu  dövrdə  İrəvan  ermənilərə  verilmişdir.  Müxtəlif 

yerlərdə, müxtəlif situasiyalarda müxtəlif adamların dilindən eyni 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

426 



426 

kəlmələri dəfələrlə eşidən bəzi gənclər də artıq şübhə etmirlər ki, 

İrəvanı ermənilərə məhz Rəsulzadə vermişdir.  

Burada  maraqlı  məqam  odur  ki,  özəlliklə  də  gənclərə  bu 

fikirlər harada və kimlərin vasitəsilə çatdırılır!? Yəni Rəsulzadənin 

«İrəvanın  ermənilərə  verməsi»,  «Vətəni  qoyub  qaçması», 

«Faşistlərlə danışıqlar aparması», «Stalinin ən yaxın dostu olması» 

və s. məlumatları gənclərimiz haradan və kimlərdən alırlar!? Yəni 

doğrudanmı orta və ali məktəb dərsliklərində, yaxud da ayrı-ayrı 

ədəbiyyatlarda həmin məsələlər bu şəkildə qoyulur? Bəlkə bunun 

üçün  gənclər  arasında  ayrıca,  xüsusi  kurslar  təşkil  edilib? 

Ümumiyyətlə,  niyə  gənclər  arasında  Azərbaycan  Cümhuriyyəti 

liderlərindən  daha  çox  Rəsulzadə  haqqında  mənfi  rəy 

formalaşdırılır?  Fikrimizcə,  bütün  bu  sualların  da  uyğun  cavabı 

vardır. 

Bu  baxımdan  burada  SSRİ  dövründə  mühacirət  yaşamağa 

məcbur  olmuş  bir  sıra  tanınmış  şəxsiyyətlərimizin,  özəlliklə  də 

M.Ə.Rəsulzadənin  «Vətəni  qoyub  qaçanlar»  kimi  ittiham 

olunması  məsələsinə  aydınlıq  gətirməyə  çalışmışıq.  Bu  ittihamı 

irəli  sürənlər  arasında  həm  yaşlı  nəslin,  həm  də  gənc  nəslin 

nümayəndələri  vardır.  Belə  ki,  Azərbaycan  Cümhuriyyətindən, 

onun  liderlərindən,  o  cümlədən  M.Ə.Rəzulzadədən  söz  düşəndə 

və onların gördükləri böyük milli əməllərdən bəhs olunan zaman 

bəziləri  bir  sıra  ittihamlarla  yanaşı,  «Vətəni  qoyub  qaçıblar» 

məsələsini xüsusilə qabardırlar.  

Bu cür düşünənlərin fikrincə, xüsusilə Rəsulzadə 1920-ci il 

27  aprel  işğalından  sonra  Azərbaycanı  heç  bir  şəkildə  tərk 

etməməliydi.  Bir  sözlə,  Rəsulzadə    ölümü  bahasına  olsa  belə 

Vətəndə  qalmağa  razı  olmalıydı,  nəinki  çıxıb  getməyə.  Əgər  o, 

Vətəndən sağ olaraq gedib xaricdə yaşayıbsa, deməli günahkardır. 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

427 


Hətta,  deyirlər  ki,  məsələn  filankəslər  Vətəni  tərk  edib  heç  hara 

getmədilər, ancaq Rəsulzadə və başqaları xaricə mühacirət etdilər. 

Bizə elə gəlir ki, burada bir neçə aydınlıq gətirilməsi vacib 

məsələ  var.  Onlardan  biri  Rəsulzadənin  Azərbaycandan  hansı 

şəkildə  ayrılmasıdır.  Belə  ki,  Rəsulzadə  Sovet  Rusiyasının  11-ci 

Qızıl  Ordusunın  Azərbaycanı  işğal  etməyə  başladığı  tarixlərdə, 

yəni  27  aprel  işğalından  bir  az  sonra  Bakını  gizli  şəkildə  tərk 

edərək xaricə  yox, İsmayıllıya-Lahıca üz tutmuşdur. Bir neçə ay 

Lahıcda  yaşayan  Rəsulzadə  bir  təsadüf  nəticəsində  Rusiya 

bolşeviklərinin əlinə keçərək Bakıya gətirilmişdir.  

Rəsulzadə  «Bir  türk  miliyyətçisinin  Stalinlə  ixtilal 



Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə