İntellektual-Elektron Kitabxananın təqdimatında



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə43/58
tarix06.05.2017
ölçüsü3,32 Mb.
1   ...   39   40   41   42   43   44   45   46   ...   58

xatirələri»  əsərində  bu  hadisəni  belə  anladır:  «Qızıl  Ordunun 

aktiv  yardımı  ilə  məmləkət  sovetləşdirilirdi.  Yəni  sözdə  Sovet 

Azərbaycanı  Cümhuriyyəti  ünvanı  mühafizə  edilirdisə,  işdə 

demokratik  milli  bütün    müəssisələr  ortadan  qaldırılır,  liderlər 

təqib  olunur,  qızıl  istila  terroru  hər  tərəfi  qovururdu.  Fövqalədə 

ixtilal  məhkəməsi  mənasına  gələn  «Çrezvıçayka»  cəza  makinəsi 

(maşını)  durmadan  çalışır,  gözdə  bulunan  bütün  münəvvərlər 

(aydınlar)  biri-biri  arxasından  yaxalanaraq  zindanlara  atılır,  bir 

qismi  də  əlli-ayaqlı  ortadan  qeyb  olurdular.  Qızıl  qasırğa 

devirmədik milli bir müəssisə, kəsmədik bir şəxsiyyət buraxmadı. 

Bu  şərtlər  daxilində  bir  müddət  saxlandıqdan  sonra  əski 

mücadilə arkadaşlarımdan mərhum  Kazımzadə Abbasqulu  bəylə 

bərabər Bakını tərk etmiş, əski Şirvan vilayətinin mərkəzi Şamaxı 

civarında Qafqaziya sıra dağları ətəyində Lahıc deyilən bir yerdə 

gizlənmişdik. Bulunduğumuz yer bir sui-təsadüf nəticəsində kəşf 

edilmiş,  yaxalanaraq  Bakıya  geri  gətirilmiş  və  o  zaman  Çeka 

deyilən  siyasi  polis  müəssisəsinin  fövqalədə  işlər  şöbəsi  olan 

«Osobı otdel»ə təslim edilmişdik» [182, 26-27]. 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

428 



428 

Fikrimizcə, Rəsulzadənin bir çox Azərbaycan Cümhuriyyəti 

liderlərindən  (Nəsib  bəy  Yusifbəyli  və  b.)  və  başqa  tanınmış 

ziyalılardan (Firudin bəy Köçərli və b.) fərqli olaraq rus bolşevik-

lərinin  əlinə  keçəndən  sonra  dərhal  öldürülməməsində  bir  neçə 

amil  mühüm  rol  oynamışdır.  Bu  amillər  arasında  ən  önəmlisi 

Rəsulzadənin  Azərbaycan  xalqı  arasında  yüksək  nüfuz  sahibi 

olması idi. Hər halda, Sovet Rusiyasının Azərbaycandakı ağaları 

(S.M.Kirov,  S.Orconikidze,  Pankratov  və  b.)  yaxşı  başa 

düşürdülər  ki,  Rəsulzadə  ilə  bağlı  radikal  addımın  atılması  xalq 

arasında  onlara  qarşı  ciddi  narazlıq  yaradacaqdır.  Bu  baxımdan, 

məhz Azərbaycan xalqının etibarını itirməmək və siyasi böhrana 

yol  verməmək  üçün  Rəsulzadəyə  toxunulmamışdır.  Hətta, 

Rəsulzadə  yaxalanaraq  Bakıya  gətirildikdən  sonra  onunla  bağlı 

hər  şeyin  qaydasında  olduğunu  xalqa  çatdırmaq  üçün, 

«Kommunist»  qəzetində  Azərbaycan  Sovet  hökumətinin  sədri 

Nəriman  Nərimanovun imzasıyla  ilk səhifədə  rəsmi məlumat  da 

dərc  olunmuşdur:  «Məhəmməd  Əmin  Rəsulzadənin  vilayətlərdə 

hər  cür  təhlükədən  qorumaq  məqsədilə  Sovet  hökuməti  onun 

paytaxta gətirilməsinə qərar vermişdir. Burada isə həyatı əmniyyət 

altındadır,  əhalinin  bu  xüsusda  əmin  olmasını  və  həyəcana 

düşməməsini tövsiyə edirik» [182, 29].  

Eyni  zamanda,  vaxtilə  İranda  yaxın  dostluq  münasibətləri 

yaranmış  tanınmış  inqilabçılardan  Heydər  Əmioğlunun 

Rəsulzadəni  açıq şəkildə  müdafiə  etməsi  də,  bu  məsələdə  az rol 

oynamamışdır.  Belə  ki,  H.Əmioğlu  Rəsulzadənin  həbsi  ilə  bağlı 

başda  Sovet  Azərbaycanın  rəhbəri  Nəriman  Nərimanov  olmaqla 

bir  sıra  nüfuzlu  şəxslərə  baş  vuraraq,  «Məhəmməd  Əminin 

başından  bir  tük  belə  əskik  olmamalıdır!»  -  demişdir  [182,  30]. 

Ona  görə  də,  istər  Moskvanın  Azərbaycandakı  nümayəndələri, 

istərsə də Sovet Azərbaycanının rəhbərləri Rəsulzadə məsələsində 


www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

429 


ehtiyatlı  davranmağı  və  Mərkəzdən  gələn  əmr  əsasında  hərəkət 

etməyə üstünlük vermişlər.  

Həmin  dövrdə  Rəsulzadənin  toxunulmazlığında  önəmli 

amillərdən  biri  də  Stalinlə  bağlı  olmuşdur.  Tanınmış  tarixçi 

Mövsüm Əliyev bu haqda yazır ki, 1920-ci il aprel hadisələrindən 

sonra  Rəsulzadə  Lahıcda  həbsə  alındı:  «Onun  tutulması  xəbəri 

həmin  ilin  noyabrın  əvvəllərində  Vladiqafqaz  şəhərində  olan 

İ.V.Stalinə  çatdırıldı.  Stalin  heç  kəsə  xəbər  vermədən  Bakıya 

gələrək, XI Ordunun xüsusi şöbəsinin rəisi V.Pankratova RSFSR-

in  Millətlər  Komissarlığı  adından  göstəriş  verdi  və  özü  şəxsən 

həbsxanaya gedib M.Ə.Rəsulzadəni azad etdi. Bununla, İ.V.Stalin 

1905-ci  ildə  onu  ölümdən  qurtaran  keçmiş  inqilabçı  dostu 

M.Ə.Rəsulzadənin  qarşısında  öz  tarixi  vicdan  borcunu  yerinə 

yetirdi» [188, 12]. Bu məlumatdan da bəlli olur ki, Rəsulzadənin 

toxunulmazlığında əsas rolu Azərbaycan xalqı oynamışdır. Çünki 

Stalin Rəsulzadənin həbsi xəbərini bir müddət sonra öyrənmiş və 

həmin məsələyə müdaxilə etmişdir.  

Yeri  gəlmişkən,  kimlərsə  Stalinin  Rəsulzadəni  xilasından 

ağızdolusu  danışıdıqları  halda,  nədənsə  eynisini  Stalinə  etmiş 

Rəsulzadənin  bu  əməlini  ya  «unudurlar»,  ya  da  ötəri  şəkildə 

toxunurlar.  Halbuki  Rəsulzadənin  həyatının  o  zamanlar  xilası 

mümkün  olduğu  halda,  Stalin  üçün  belə  bir  şans  ümumiyyətlə 

qalmamışdır. Əlbəttə, əgər Rəsulzadə olmasaydı… 

Sadəcə, 


Rəsulzadənin 

toxunulmazlığının 

sonrakı 

mərhələsində  Stalin  də  mühüm  rol  oynamışdır.  Bunu, 

Rəsulzadə xatirələrində  də açıq  şəkildə ifadə etmişdir. Çünki 

Stalin 


Bakıda 

həbsxanada 

görüşərkən 

Rəsulzadəyə 

bildirmişdir  ki,  yerli  kommunistlər  onun  haqqında  iki 

rəydədirlər:  Rəsulzadə  ya  öldürülməli,  ya  da  ömürlük  həbs 

edilməlidir.  Ona  görə  də  Stalin  Rəsulzadəyə  isə  təklif  edirdi 


www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

430 



430 

ki, onunla Moskvaya getsin, çünki burada qalarsa bəhanə edib 

onu yenə də öldürə bilərlər. 

Bütün bunları yazmaqda məqsədimiz odur ki, Rəsulzadə 

Vətəni  qoyub  heç  hara  qaçmamışdır.  O,  bolşeviklərin  əlinə 

keçməməsi üçün şəxsi iradəsi ilə öncə Lahıca getmiş və orada 

bir  müddət  gizli  şəkildə  yaşamış,  ancaq  burada  yaxalanaraq 

Bakıya  gətirilmişdir.  Daha  sonra  Stalinin  açıq  şəkildə  ifadə 

etdiyi kimi Rəsulzadə ya Azərbaycanda qalıb ölməli, ya da bir 

ümid  işartısı  olaraq  Moskvaya  getməyə  razı  olub  hansısa  bir 

yolla bolşeviklərdən qurtularaq milli mücadiləni davam etdirməli 

idi. Ona görə də Rəsulzadə ikinci yolu seçdi və bununla da xalqı 

qarşısında böyük fədakarlıq etdi.  

Çünki  Rəsulzadə  ikinci  yolu  seçməklə  öz  həyatını  deyil, 

Azərbaycanı  və  onun  milli  varlığını  yaşatmış  oldu.  Ancaq 

əvəzində o, bütün ailəsini Vətən və Millət uğrunda qurban verdi. 

Oğlu  Rəsul  güllələndi,  yerdə  qalan  ailə  üzvüləri  və  əksər 

qohumları 

Qazaxıstana 

sürgün 


edildi. 

Sürgündə 

M.Ə.Rəsulzadənin analığı, həyat yoldaşı vəfat etdi.  Bir qızı Lətifə 

soyuqdan  donub  öldüyü  halda,  digər  qızı  Xalidə  isə  Bakıya 

qayıtdıqdan  sonra  itkin  düşdü.  Halbuki  Rəsulzadə  Stalinin 

Moskvada  ona  etdiyi  təkliflərlə  razılaşsaydı  ailəsinin  və  özünün 

başına  bu  qədər  faciələr  gəlməz,  «Vətəni  qoyub  qaçıb»  və  sair 

bunu kimi ittihamlara da məruz qalmazdı. 

Bütün  bunlarla  yanaşı,  onu  da  xatırladaq  ki,  1920-ci  il  27 

aprel işğalından sonra rus bolşeviklərin əlinə keçməməkdən ötrü 

Azərbaycan  Cümhuriyyətinin  liderlərindən  Fətəli  xan  Xoyski, 

Nəsib bəy Yusifbəyli, Həsən bəy Ağayev və başqaları da Vətəni 

tərk  etməyə  məcbur  olmuşlar.  Onlardan  Nəsib  bəy,  Fətəli  Xan 

Xoyski, Həsən bəy Ağayev Gürcüstanda-Tiflisdə şəhid edilmişlər. 

Yəni bu insanlardan heç biri könüllü şəkildə və öz xoşbəxtlikləri 


www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

431 


üçün  Vətəni  tərk  etməmiş,  yaxud  da  gizli  şəkildə  yaşamağa 

çalışmamışlar.  Sadəcə,  Millət  və  Vətən  uğrunda  istər 

Azərbaycanın  daixilində,  istərsə  də  onun  xaricində  mücadilə  və 

mübarizə etmiş, bu yolda şəhid olmuşlar. 

Hətta,  27  aprel  işğalından  sonra  Azərbaycanda  bir  neçə  il 

gizli şəkildə bolşevikərə qarşı mübarizə aparanlar da (Mirzə Bala 

Məmmədzadə, Hüseyn Baykara və başqaları) çıxılmaz vəziyyətdə 

qaldıqda  Vətəni  tərk  etməyə  məcbur  olmuşlar…  Eyni  zamanda, 

27 aprel işğalından öncə müxtəlif səbəblərə görə xarici ölkələrdə 

olan  bir  çox  tannımış  şəxsiyyətlərimiz  (Əlimərdan  Topçubaşov, 

Əli  bəy  Hüseynzadə,  Əhməd  bəy  Ağaoğlu  və  b.)  var  ki,  məhz 

Azərbaycanın  zorla  sovetləşməsindən  dolayı  bir  daha  Vətənə 

qayıtmamışlar.  

Maraqlıdır ki, hazırda dövlət səviyyəsində əsərləri ən az çap 

olunan  da  yuxarıda  adını  çəkdiymiz  aydınlarımızdır.  Məsələn, 

dövlət səviyyəsində Ağaoğlu, Hüseynzadə, Yıldırım, Gültəkin və 

başqalarının  cəmi  bir  cildlik  «Seçilmiş  əsərləri»  işıq  üzü 

görmüşdür. Halbuki Hüseynzadənin, xüsusilə Ağaoğlunun bütün 

külliyyatının  nəşrinə  böyük  ehtiyac  vardır.  Ən  çox  diqqət  çəkən 

isə odur ki, Rəsulzadənin dövlət səviyyəsində heç bir cildlik olsun 

belə  «Seçilmiş  əsərələri»  də  işıq  üzü  görməmişdir.  Hazırda 

Rəsulzadənin  4  cildlik  «Əsərləri»  nəşr  olunmuşdur  ki,  onu  da 

şəxsi təqaüdü hesabına çap etdirən tanınmış ziyalımız Şirməmməd 

Hüseynovdur.  

Ancaq bütün bunların əvəzində SSRİ dövründə əsərləri çap 

olunmuş  Azərbaycan  mütəfəkkirlərinin  bütün  əsərləri  dövlət 

səviyyəsində latın qrafikası ilə yenidən nəşr olunmuşudur. Əlbəttə, 

biz  onun  əleyhinə  deyilik  ki,  niyə  M.Rahim,  C.Cabbarlı, 

S.Rüstəm,  R.Rza,  S.Vurğun,  C.Məmmədquluzadə,  S.Rəhman, 

H.Cavid  və başqalarının əsərlərinin tam külliyyatı yenidən – latın 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

432 



432 

qrafikası  ilə  Azərbaycan  oxucusuna  çatdırılır.  Sadəcə,  bütün 

bunlarla  yanaşı  SSRİ  dövründə  əsərlərinə  tamamilə  yasaq 

qoyulmuş  Rəsulzadələrin,  Ağaoğluların,  Hüseynzadələrin  və 

başqalarının  da  bütün  külliyyatının  dövlət  səviyyəsində  nəşrini  

görmək  istəyirik.  Fikrimizcə,  onların  əsərləri  Azərbaycan 

cəmiyyətində  geniş  yaylması  həm  də  ona  görə  lazımdır  ki,  istər 

elmi 


ictimaiyyət, 

istərsə 


də 

kütlə 


arasında 

həmin 


mütəfəkkirlərimizin irəli sürdükləri milli ideyalar haqqında dolğun 

bilik formalaşsın. 

Bütün  bunların  niyə  məhz  bu  formada  baş  verməsini 

əsaslandırmaq  üçün  Nizami  Cəfərov  mətubatda  bəyan  edir  ki, 

ötən  əsrdə  Azərbaycanı  S.Vurğun  daha  yaxşı  təbliğ  etmişdir, 

nəinki mühacirətdə yaşayan aydınlarımız. Bu mənada, mühacirət 

ədəbiyyatı S.Vurğun səviyyəsində deyil. Belə ki, M.Ə.Rəsulzadə-

nin, C.Hacıbəylinin və başqalarının ədəbiyyata dair böyük əsərləri 

olsa da, ədbiyyat üçün paralaq hadisə deyildir [65

a

]. Birincisi, bu 



cür müqayisə aparmağın və milli aydınlarımızı üz-üzə qoymağın 

özü  yanlışdır.  İkincisi,  mühacirətdəki  milli  aydınlarımızın  irsinin 

bu  günə  qədər  Azərbaycan  cəmiyyətinə  tam  çatdırılmadığı  bir 

dövrdə, onlara bu cür  yuxarıdan aşağı münasibət doğru deyildir. 

Unutmaq  olmaz  ki,  Rəsulzadələr,  Ceyhun  Hacıbəylilər,  Almas 

Yıldırımlar,  Əmin  Abid  Gültəkinlər  kimi  onlarla  milli 

aydınlarımız  yalnız  ruhən  deyil,  həm  də  cismən  Azərbaycanın 

azadlığı  uğrunda  mübarizə  aparmış,  bu  yoldda  şəhid  olmuşlar. 

Onların  irsi  SSRİ  dövründə  Azərbaycan  cəmiyyətindən 

gizlədildiyi  halda,  bu  gün  isə  natamam  şəkildə  topluma  çatdırıl-

maqdadır.  Məsələn,  təkcə  Rəsulzadənin  «Azərbaycan  şairi 

Nizami» əsəri çağdaş Azərbaycan ədəbiyyatının şah əsəridir.  

Bütün bunlardan xəbərsiz kimi durub demək ki, S.Vurğuna, 

C.Cabbarlıya  Azərbaycan  cəmiyyətinin  daha  çox  ehtiyacı  var, 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

433 


nəinki  mühacirətdəki  milli  aydınlarımızın,  bu  gerçəkliyin  ifadəsi 

deyildir.  Daha  doğrusu,  bu  cür  mülahizələr  sovet  dövrünün 

yetişdirmələri  olan  ziyalıların  özünü  qorumasıdır.  Fikrimizcə, 

burada  S.Vurğunu,  C.Cabbarlını  önə  çəkmək  də  nisbi  bir 

məsələdir. Bu bir növ S.Vurğunun, C.Cabbarlının kölgəsi altında 

özünümüdafiə, yəni sovet dövrünün ziyalısı olmağın üstün bir şey 

kimi cəmiyyətin şüuruna yeritməkdir. Bütün bu özünümüdafiədə 

S.Vurğundan, C.Cabbarlıdan və başqa SSRİ dövründə yaşamamış 

ziyalılardan  sui-istifadə  etmək  heç  bir  halda  məntiqə  uyğun 

deyildir. 

Bunu, N.Cəfərovun bir tərəfdən sovet dövrünün ideyalarına 

uyğunlaşan  ziyalılara  (S.Vurğun  və  b.)  haqq  qazandırdığı  halda, 

M.Ə.Rəsulzadəni  təftiş  etməyə  davam  etməsi  də  göstərir. 

Rəsulzadənin  millətin  tarixi  ilə  bağlı  ciddi  səhvlərinin  olduğunu 

yazan  N.Cəfərovun  fikrincə,  bunlardan  biri  də,  milli  ideoloqun 

«Əsrimizin  Siyavuşu»  əsərində  açıq  mətnlə  dediyi  «Azərbaycan 

xalqı  bir  fars  ata  ilə  bir  türk  ananın  oğludur»  fikridir:  «Yəni 

Siyavuşun  atası  fars,  anası  isə  türk  idi.  Bu  baxış  olduqca  qeyri-

ciddi və və yanlış bir baxışdır. Mən xatırlatmaq istəmirəm, amma 

tədqiqatçılar  yaxşı  bilirlər  ki,  Rəsulzadənin  həyatında  çox  ciddi 

problemlər, düzgün qərar çıxarmamaq məqamları və ziddiyyətləri 

olub.  Burada  söhbət  ondan  gedir  ki,  kimisə  ideallaşdırarkən 

diqqətlə baxmaq lazımdır. Çünki bunun arxasınca onun ideyaları 

gəlir.  Kimisə  ideallaşdırırsansa,  onun  ideyalarına  sözsüz  və 

şübhəsiz əməl etməlisən, bu isə mümkün deyil» [65

b

]. 



Bizcə, Rəsulzadənin «Əsrimizin Siyavuşu» əsərindəki ideya 

xətti  yenə  də  təhrif  olunmuşdur.  Çünki  milli  ideoloq  heç  də 

N.Cəfərovun dediyi kimi, bütövlükdə Azərbaycan xalqını fars ata 

ilə  türk  ananın  oğlundan  törəmə  olduğunu  iddia  etməmişdir. 

Ümumiyyətlə,  məsələnin  bu  cür  qoyuluşu  əsil  mahiyyəti  ya 


www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

434 



434 

doğrudan  da  görməmək,  ya  da  da  görüb  görməməzlikdən 

gəlməkdir.  

Birincisi,  Rəsulzadə  bu  əsərində  azərbaycanlıların  fars  ata 

və  türk  anadan  olması  mülahizəsindən  çox  türk,  fars  və  ərəb 

mədəniyyətinin islamlıq mədəniyyətini yaratdığını, bundan da bir 

sıra  müsəlman  millətlər  kimi  Azərbaycan  xalqının  da 

təsirləndiyini  bildirmişdir.  Yəni  burada  Rəsulzadə  ortaq 

mədəniyyət ideyasını irəli sürmüşdür. Bu mənada, onun fikrincə 

çağdaş  dövrdə  milləti  müəyyənləşdirən  amil  qan  və  irq  (etnos) 

təsirindən  çox  ortaq  biliklə  -  mədəniyyətlərlə,  ideologiyalarla 

bağlıdır:  «Dili, dini, əxlaqı, adəti, tarixi və ənənəsi bir olan  xalq 

milli  bir  mədəniyyət  yaradır:  dinləri,  dilləri  və  yaxud  tarixi 

müqəddəratları,  hətta  bəzən  coğrafi  mövqeləri  bir  olan 

millətlər  müştərək  bir  mədəniyyət  yaradırlar.    Bəzən  iki  ayrı 

soydan olan mədəniyyətlərin iştirakı o qədər sıxı olur ki, xətti-

zatında  iki  mədəniyyətdən    bir  mədəniyyət,  iki  millətdən  bir 

millət nümunəsi meydana gəlir» [188, 31]. Fikrimizcə, burada 

«iki millətdən bir millət nümunəsi meydana gəlir» ifadəsi qan 

deyil,  daha  çox  mədəniyyət  və  ideologiya  mənasında  başa 

düşülməlidir.  Çünki  milli  ideoloq  əvvəlcədən  bəyan  edir  ki, 

artıq çağdaş dövrdə milləti qan və irq deyil, ortaq milli şüur, 

yəni  mədəniyyət  və  ideologiya  (türk-islam  mədəniyyəti) 

müəyyənləşdirir. 

Deməli, 

Azərbaycan 

xalqının 

mədəniyyətinin  əsasını  türk  və  fars  mədəniyyəti,  müəyyən 

qədər də ərəb mədəniyyəti təşkil edir.  

 Rəsulzadə  bununla  da  Azərbaycan  xalqının  həyatında 

fars atanın deyil, fars mədəniyyətinin, müəyyən qədər də ərəb 

mədəniyyətinin  mühüm  təsir  göstərdiyini  yazmışdır.  Çünki 

onun  fikrincə,  xristianlıq  mədəniyyəti  Avropa  mədəniyyəti 

adlandırılıdığı kimi, bu xalqların mədəniyyyəti də  İslam və Şərq 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

435 


mədəniyyəti  kimi  tanınmışdır.  Deməli,  Azərbaycan  mədəniyyəti 

də  islamlıq  və  şərq  mədəniyyətinin    tərkib  hissəsidir.  Bu  çox 

doğru bir təsbit idi. Belə ki, eyni sözləri fars və ərəb mədəniyyəti 

haqqında  da  demək  olar.  Yəni  hər  bir  millətin  mədəniyyəti  nə 

qədər  özünəməxsus  olursa  olsun,  o  müəyyən  mənada  digər 

mədəniyyətlərin də təcəssümüdür. Bu isə ümumilikdə, İslam-Şərq 

mədəniyyəti kimi də ifadə oluna bilər.  

Bütün bunlar o deməkdir ki, Rəsulzadə N.Cəfərovun iddia 

etdiyi kimi Azərbaycan xalqını fars atanın türk ananın oğlu deyil, 

Azərbaycan mədəniyyətini fars, türk və ərəb mədəniyyətinin ortaq 

mədəniyyəti  –  islam  mədəniyyəti  kimi  görmüşdür.  Başqa  sözlə, 

milli ideoloq burada  Azərbaycan xalqının etnik  kimliyindən  çox 

mədəniyyətinə  diqqəti  yönəltmiş,  bu  mədəniyyətə  türk 

mədəniyyəti  ilə  yanaşı,  fars  və  ərəb  mədəniyyətinin  əsaslı 

təsirindən  bəhs  etmişdir.  Rəsulzadənin  bu  zaman  ərəb 

mədəniyyəti  ilə  nisbətdə  fars  mədəniyyətinə  daha  çox  diqqət 

yetirməsi  isə  əsassız  olmamışdır.  Çünki  ərəb  mədəniyyəti  ilə 

müqayisədə  fars  və  türk  mədəniyyəinin  qarşlışqlı  əlaqələrinin 

tarixi, bu zaman müəyyən mübadilələrin olması daha qədim dövrə 

gedib çıxır.  

Bu  o  deməkdir  ki,  Rəsulzadə  bu  əsərində  Azərbaycan 

xalqının  həyatında  fars  qanından  deyil,  fars  mədəniyyətinin 

təsirindən bəhs etmişdir. Digər tərəfdən əsrlər boyunca farslar və 

türklər  birbirləri  ilə  qaynayıb  qarışımışdır  ki,    Rəsulzadənin 

müəyyən mənada buna da toxunması normal bir haldır. Hər halda, 

bu gündə danılmaz faktdır ki, «Azərbaycan xalqı» dedikdə, yalnız 

türklər  nəzərdə  tutulmur.  Bunu  bir  qədər  aşağıda  daha  geniş 

şəkildə toxunacağmız üçün, burada yalnız onu qeyd edə bilərik ki, 

Azərbaycan xalqı anlayışının tərkibinə türksoylu etnoslarla yanaşı, 

farsdilli  (tat,  talış,  kürd  və  b.)  və  qafqazdilli  (ləzgi,  avar  və  b.) 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

436 



436 

etnoslar,  o  cümlədən  milli  azlıqlar  (rus,  gürcü,  ərəb  və  b.)  da 

aiddirlər. Şübhəsiz, bunların arasında türksoylu etnoslardan sonra 

farsdilli  etnoslar  müəyyən  çəkiyə  malik  olduğu  üçün  Rəsulzadə 

bunu bir qədər qabarıq şəkildə vermişdir.  

Bu  mənada,  İran  və  Turan  mədəniyyətinin  ortaq  məhsulu 

kimi  Siyavuşun  timsalında  Firdovsinin  bunu  qələmə  alması, 

Rəsulzadənin isə bunu ideoloji yöndə şərh etməsində qeyri-adi heç 

nə  yoxdur.  Çünki  istər  Firdovsinin,  istərsə  də  Rəsulzadənin 

Siyavuşu  rəmzi  xarakter  daşıyır.  Xüsusilə,  Rəsulzadə  Siyavuşu 

fars  ata  türk  ananın  oğlu  olmasından  çox  Azərbaycan 

cəmiyyətinin,  Azərbaycan  xalqının  tərkibinin  rəngarəngliyinə  və 

mövcud  mübahisələrə  diqqəti  yönəltmək  istəmişdir:  «İndiki 

Azərbaycandan  ibarət  olan  bura  əhalisinin  türkmü,  yoxsa  farsmı 

olması çox zaman münaqişəli olub insanlarına, xalq ədəbiyyatına, 

aşıq  dastanları ilə  çoban türklərinə,  ənənə və  adətlərinə  baxanlar 

türk,  rəsmi  yazılarına  baxanlar  da  fars  demişlər.  Kimisi  bunlar 

türkləşmiş  farslar,  kimisi  farslaşmış  türk  deyə  nəbul  etmişdir» 

[188, 32]. Rəsulzadənin bu sözlərindən belə nəticə çıxarmaq olar 

ki,      Azərbaycan  əsasən,  türklərin  yaşadığı  bir  yurd  olmaqla 

yanaşı,  farslaşmanın  təsirinə  məruz  qalmışdır.  Bu  isə, 

N.Cəfərovun  iddia  etdiyi  kimi,  qeyri-ciddi  və  yanlış  baxış 

olmaqdan çox həmin dövrün mənzərəsinin obyektiv təhilidir. Bu 

təhilin    əsas  mahiyyəti  ondan  ibarətdir  ki,  Azərbaycan  Turanın 

mərkəzi və açarı olsa da, zaman-zaman İran-Fars mədəniyyətinin 

və elminin təsirinə məruz qalmışdır. Bunun da nəticəsində canı və 

qanı  türk  olan  Azərbaycan  xalqı,  xüsusilə  Güney  Azərbaycan 

türkləri  İran-Fars  elminin  və  mədəniyyətinin  təsirilə  (şiəliyin 

bunda  mühüm  rolunu  da  qeyd  etməklə)  şüur  baxımdan  xeyli 

dərəcədə farslaşmışdır.  


1   ...   39   40   41   42   43   44   45   46   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə