İntellektual-Elektron Kitabxananın təqdimatında


Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə44/58
tarix06.05.2017
ölçüsü3,32 Mb.
1   ...   40   41   42   43   44   45   46   47   ...   58

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

437 


Bu mənada, Rəsulzadə haqlı idi ki, bir çox zaman azərbay-

canlılar öz türklüklərini və türk soyundan gəldiklərini bilməyərək 

xalis iranlı kimi özələrini  hiss etmişlər. Ümumiyyətlə, bütün Türk 

aləmi bəzi dövrlərdə İran mədəniyyətinin və elminin təsiri altında 

olmuşlar.  Bu  mənada,  Rəsulzadənin  İran  və  Turan  savaşlarına, 

İranvə  Turan  mədəniyyətlərinin  qarşılıqlı  əlaqlərinə  diqqət 

yetirməsi  də  başa  düşüləndir.  Yəni  burada  söhbət  Azərbaycan 

xalqının həyatında fars atanın qanından deyil, İran mədəniyyətinin 

və  İran  elminin  təsirindən  gedir.  Bunu,  Rəsulzadənin  aşağıdakı 

fikirləri  də  təsdiq  edir:  «Azərbaycan  xalqında  xoşbəxt  bir  həyat 

yaşamaq  üçün  tarixə  lazım  olan  sağlam  bir  türk  qanı  və  canı 

mövcud olduğu kimi, bu zəmində pöhrələyəcək gəlişmə fidanını 

daha ziyadə verimli etmək üçün peyvənd vəzifəsini görəcək əski 

bir İran irfanı vardı ki, saçı ağarmış əsrlərin əlində çox təcrübələr 

keçmişdi»  [188,  34].  Fikrimizcə,  milli  ideoloqun  bunda  haqlı 

olmasında ən bariz nümunə M.F.Axundzadədir. Belə ki, türk qanı 

daşımasına  baxmayaraq  özünü  şüur  baxımdan  İran-Fars 

mədəniyyətinə aid etmişdir. İlk dövrlərdə Ə.Ağaoğlu da İran-Fars 

şiəliyinin təsiri altında olmuşdur.  

Fikrimizcə,  burada  önəmli  məsələ  Rəsulzadənin  türk 

millətinin  üstünlüyünü  önə  çəkməkdənsə  milli  birlikdən, 

qardaşlıqdan,  tolerantılıqdan,  bütövlükdən  çıxış  etməsidir.  Yəni 

Rəsulzadə  türklərin  Azərbaycanda  (şimalı-cənbulu)  mütləq 

çoxluğunu bildiyi halda, İran-Fars və Turan-Türk köklü Siyavuşu 

bir örnək olaraq göstərməsi və mədəniyyətlərin müştərəkliyindən 

bəhs etməsi istər o dövr üçün, istərsə də zəmanəmizdə ən doğru 

addımdır.  Bizə  elə  gəlir  ki,  Cəfərov  diqqəti  Rəsulzadənin 

uzaqgörənliyinə yönəltmək əvəzinə, bunu tamamilə başqa mənada 

yozmasının  özü  düşündürücüdür.  Maraqlıdır,  əgər  Rəsulzadə 

Azərbaycanda  yaşayan  bütün  əhalinin  hamısının  türk  olduğunu 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

438 



438 

yazsaydı,  yalnız  Türk  mədəniyyətindən  bəhs  etsəydi  onda 

cəfərovların  buna  münasibəti  müsbətmi  olacaqdı?  Fikrimizcə, 

yox.  Rəsulzadə  belə  bir  iddia  ilə  çıxış  etmiş  olsaydı,  o  vaxtda, 

indinin özündə də onu millətçilkdə suçlaycaqdılar. 

Ziyalı  və  milli  şüur.  Bu  gün  milli  şüurun 

formalaşmasında  yeni  nəsil  ziyalılarının,  yeni  nəsil  alimlərin 

çiyninə  daha  ağır  yük  düşür.  Ziyalı  kimliyi  milli  şüurun 

formalaşmasında  vacib  faktordur.  Yəni    ziyalının  özünü  hansı 

kimlikdə  –  milli,  dini  və  bəynəlmiləlçi  –  görməsi  milli  şüurun 

hansı  şəkildə  formalaşmasına  ciddi  təsir  göstərə  bilər.  Bu  üç 

anlayışın  üçünü  də  hər  bir  kəs  öz  başa  düşdüyü  kimi  yanaşa  və 

əsaslandıra bilər.  

Bütün  hallarda,  hansı  kimliyi  çox  ifadə  etməsindən  asılı 

olmayaraq ziyalı hər bir toplumda mühüm yerə malikdir.  Çünki 

ziyal  demək,  mövqe  demək,  nüfuz  demək  və  millətin  siması 

deməkdir.  Bu  mənada,  hər  bir  cəmiyyətdə  ziyalının  nüfuzunun 

hansı səviyyədə olması, həm də onun milli şüurunu göstəricisdir. 

Əgər  cəmiyyət  arasında  ziyalı  yüksək  nüfuza  malikdirsə,  milli 

şüurun formalaşması prosesində aparıcı yer tutacaqdır. Ancaq hər 

hansı  toplumda  ziyalının  nüfuzu  istənilən  səviyyədə  deyilsə,  o 

zaman milli şüurun formalaşması prosesi həm ləng gedəcək, həm 

də ciddi problemlərə yol açacaq.  

Azərbaycan toplumunda ziyalının nüfuzuna başlıca zərbə 

kütlə üzərində təsirinin çox aşağı olmasıdır. Hər hansı cəmiyyətdə 

kütlə  artıq  ziyalıya  inanmırsa,  yaxud  da  bu  inam  aşağı 

səviyyədədirsə, o toplumda ziyalı məğlub durumdadır. Bunun əksi 

o deməkdir ki, əgər kütlə ziyalıya inamır, etimad göstərmirsə, bu 

zaman  özünün  haqlı  olduğu  qənaətinə  gələr.  Bu  isə  ona  gətirib 

çıxarır ki, ziyalı kütləyə deyil, əksinə kütlə ziyalıya təsir göstərir, 

öz nüfuzu altına salır. Başqa sözlə, ziyalı kütlənin dediyi ilə oturub 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

439 


durmağa başlayır. Bu zaman ziyalı bir növ özünü də inandırmağa 

çalışır  ki,  xalq,  kütlə  nə  istəyirsə  ona  onu  da  vermək,  onunla 

hesablaşmaq lazımdır. 

Bu  çox  incə  məsələdir.  Doğrudanmı  kütlənin  hər  bir 

istəyi  ilə  dərhal  razılaşmaq,  demokratiya  əlaməti,  yaxud  da 

insan  hüquq  və  azadlıqlarına  hörmət  etmək  deməkdir?  Bizə 

elə gəlir ki, kütləyə hər istədiyini deyil, ümummilli mənafeyə 

zərərli  olmayan,  millətin  bu  gününə  və  gələcəyinə  xeyirli 

olanlarla  razılaşmaq  lazımdır.  Kütlənin  zərərli  ola  biləcək 

istəklərinə    qarşı  dayanmaq  üçün,  ilk  növbədə    ziyalının 

itirilmiş  nüfuzunu  bərpa  etmək  lazımdır.  Çünki  milli  şüurun 

formalaşmasında başlıca rol ziyalılara məxsusdur.  

Fikrimizcə,  ziyalılar  bir  növ  hakimiyyətlə  xalq 

arasında  mühüm  bir  bağdır.  Ziyalı  kütlənin  zərərli  olmayan  

istəklərini hakimiyyətə çatdıraraq qəbul etdirməklə yanaşı, zərərli 

olanları da kənarlaşdıra bilər. 

Bunun  üçün  ziyalının  kütlə  üzərində  nüfuzu  olmalıdır. 

Əgər  artıq  belə  bir  nüfuz  yoxdursa,  kütlə  ziyalısız  öz  istəklərini 

(zərərli, yaxud zərərsiz) hakimiyyətə qəbul etdirməyə çalışacaqdır. 

Bu zaman müəyyən problemlərin yaranması qaçılmazdır. 

Bu  baxımdan  hakimiyyət  çalışmalıdır  ki,  cəmiyyət 

daxilində  ziyalının  müəyyən  nüfuzu  olsun.  Burada  söhbət,  süni 

nüfuzdan deyil, təbii nüfuzdan gedir. Yəni hakimiyyətin ziyalıya 

münasibətindən  çox  şey  asılıdır.  Əgər  hakimiyyət  ziyalıya  layiq 

olduğu  dəyəri  verərsə,  kütlə  də  də  bunu  görəcək  və  nəticə 

çıxaracaqdır. 

Fikrimizcə, ümumilikdə üç cür ziyalıdan: 1) milli; 2) dini; 

3) bəşəri, bəhs etmək mümkündür. Əlbəttə, bu nisbi bir bölgüdür. 

Bu  mənada,  «milli  ziyalı»,  «dini  ziyalı»  və  «bəşəri  ziyalı» 

anlayışları  münasib  görünməyə  bilər.  Yəni  deyilə  bilər  ki,  ziyalı 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

440 



440 

ziyalıdır,  bunun  nə  millisi,  nə  bəşərisi?  Ancaq  ümumi  ziyalılıq 

keyfiyyətlərinə  malik  olmaqla  yanaşı,  ziyalının  bir  sıra  önəmli 

məsələlərə münasibətdə tutduğu mövqedən çox şey asılıdır. Başqa 

sözlə,  bəşəri  dəyərlərdən  çıxış  edən  edən  ziyalı  da  milli  və  dini 

hisslərin  olması  nə  qədər  təbiidirsə,  onlardan  hansına  daha  çox 

meyil göstərməsi çıxış nöqtəsidir. Fikrimizcə, toplumun müxtəlif 

təbəqləri  arasında  ziyalılıq  bu  meyillənmələrə  görə  müəyyən-

ləşdirilə  bilər.  Yəni  ziyalının  əsil  simasının  müəyyənləşməsində 

ictimai  şüurunun  daha  çox  dini,  milli  və  yaxud  da  bəşəriliyin 

üzərində  köklənməsindən  asılıdır.  Belə  ki,  özündə  ziyalılığa  aid 

olan ümumi keyfiyyətləri əks etdirən aydının, cəmiyyətin taleyinə 

ciddi  şəkildə  təsir  göstərə  biləcək    hər  hansı  önəmli  məsələ  ilə 

bağlı  tutduğu  mövqeyi  onun  əsil  simasını  müəyyənləşdirir. 

Xüsusilə,  son  addım  atılarkən  ziyalının  millətin,  dinin,  yoxsa 

bəşəri  dəyərlərin çıxarlarından çıxış etməsi mühüm bir nöqtədir. 

Çünki  ziyalı  istər-istəməz  bəzən  bunlardan  birini  nisbi  də  olsa, 

irəli çəkmək məcburiyyətindədir. 

Bu mənada, «milli ziyalı» anlayışındakı «milli» sözü heç 

də ziyalının elmlikdən və obyektivlikdən kənara çıxması anlamına 

gəlməməlidir. Bu da, nisbi xarakter daşıyır. Fikrimizcə, milli ziyalı 

demək, elmliyi  və obyektivliyi də  gözləməklə milli  maraqlardan 

çıxış  etməkdir.  Başqa  sözlə,  milli  ziyalının  dünyagörüşündə 

millətinin çıxarları və gələcəyi, müəyyən qədər də olsun öz əksini 

tapmalıdır. Məsələn, Nizami Gəncəvinin Azərbaycan, yoxsa İran 

şairi  olması  məsələsində  onun  uyğun  olaraq  Azərbaycan  və  ya 

İran  şairi  olmasını  iddia  edənlər  bütün  mənalarda  milli  mövqe 

tuturlar.  çünki  hər  iki  tərəf  elmlik  və  obyektivlikdən  çıxış 

etdiklərini bəyan etsələr də, onu özünküləşdirmək istəyirlər. Təbii 

ki,  bizə  görə  biz,  onlara  görə  onlar  haqlıdırlar.  Əgər 

Azərbaycandan  biri  tapılıb  deyəndə  ki,  Nizami  İran-fars  şairidir, 


www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

441 


bu zaman o nə qədər obyektiv (bunun özü də mübahisəlidir) olsa 

belə,  artıq  onun  milli  düşüncə  sahibi  olması  sual  altına  düşür. 

Tarixən  belə  ziyalılar  (Türkiyədə  Orxan  Pamuk,  Azərbaycanda 

Əkrəm Əlyisli və b.) olmuşdur ki, obyektivlikdən çıxış etmək adı 

altında  öz  xalqlarını  zərbə  altında  qoymuşlar.    Burada 

hakimiyyətlə xalq anlayışını eyniləşdirmək doğru deyildir. Çünki 

tarixən elə ziyalılar da olmuşdur ki, onlar təmsil olunduqları xalqı 

deyil,  hakimiyyəti  tənqid  etmişlər.  Bunlar  tamamilə  fərqli 

şeylərdir.  

Deməli,  «milli ziyalı» üçün milli maraqlar dini və bəşəri 

dəyərlərlə müqayisədə bir addım öndə ola ilər. Ancaq «bir addım 

öndə»  olmaq  heç  də  ziyalının  obyektivliyi  və  elmliyi  itirməsi 

anlamına gəlməməlidir. Milli ziyalı sözündə və yazısında populist 

və  quru  şüuarlardan  yan  qaçmalı,  obyektivlik  və  elmliyə 

əsaslamalıdır. Ancaq bu obyektivlik və elmliyin özü də müəyyən 

əndazədə  də  olmalıdır.  Yəni  hər  bir  şeydə  ifrat  obyektivlik  və 

elmliyin özü də mənasızdır.  

Bütün  hallarda,  istənilən  məsələyə  münasibətdə  ziyalı 

zəmanəyə uyğunlaşmaqdan daha çox, yəni gah ateist, gah millətçi, 

gah da  dinçi olmağı bir  kənara  qoyub, zəmanənin tələblərinə  də 

nəzərə  almaqla  yanaşı,  əsasən  sabit  bir  mövqe  nümayiş 

etdirməlidir.  Burada  «zəmanənin  tələblərinin  nəzərə  alınması» 

dedikdə,  dövrün  inkişaf  xüsusiyyətlərinin  təhlili  əsasında 

addımların atılmasını nəzərdə tuturuq. Bu o demək deyil ki, ziyalı-

alim  şəraitə,  dövrə,  mühitə  (yəni  mövcud  olan  rejimin  həyata 

keçirdiyi  ideologiyaya)  hökmən  uyğunlaşmalı,  ona  görə  hərəkət 

etməlidir.  Əgər  ziyalı-aydın  sovet  dövründə  ateist,  müstəqillik 

dövründə  dindar  və  millətçidirsə,  artıq  o  ziyalılıqdan  çox 

uzaqlaşmışdır.  Əlbəttə,  ziyalılar  zaman-zaman  özlərini  gəlişdirib 

müəyyən  fikir  dəyişiklərinə  gəlib  çıxa  bilər.  Ancaq  bu,  onların 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

442 



442 

dünyagörüşündə  baş  verən  dəiyşiklikdən  daha  çox,  ictimai 

varlığın dəyişməsi ilə bağlıdırsa, o zaman obyektivlik və elmlilik 

öz əhəmiyyətini itirmiş olur.  

Fikrimizcə, Azərbaycan ziyalılarınnı böyük əksəriyyətində 

belə  bir  problem  vardır.  Onların  əksəriyyətinin  şüurları  bu  günə 

qədər  sovet  təfəkküründən  kənara  çıxamamış,  yalnız  ictimai 

varlığın  dəyişməsi  baxımından  zahirən  özlərini  dəyişdirmiş  kimi 

göstərməyə  çalışırlar.  Bu  mənada,  bugünkü  Azərbaycan 

ziyalılarının əksəriyyətinin «sovet ziyalı»sından  «milli ziyalı»ya, 

hətta  bəzilərinin  «dini  ziyalı»ya  çevrilməsi  zəmanəyə  (dövrə  və 

mühitə)  uyğunlaşmaqdan  başqa  bir  şey  deyildir.  Onlar  üçün 

«zəmanəyə  uyğunlaşmaq»  ən  doğru  addım  olsa  da,  ancaq 

cəmiyyətin  maraqları  və  çıxarları  baxımından  yanlışdır.  Çünki 

ziyalı bir yandan zəmanəyə uyğunlaşıb özünə nə qədər «milli» və 

«dini»  don  geyindirməyə  çalışsa  da,  onun  şüurunun  sovet 

təffəkkürünün  yeni  bir  forması  olması,  cəmiyyətin  böyük 

əksəriyyəti  üçün  sirr  deyildir.  Hər  halda,  həmin  ziyalıların 

əksəriyyətinin  «milli»,  «dini»  çıxışlarının  və  yazlarının  zahiri 

xarakter  daşıması  əməllərində  o  dəqiqə  hiss  olunur.  Xüsusilə, 

sovet  dövründəki  kimi  özlərindən  yuxarıdakıların  köləsi  olmaq, 

özlərindən  aşağını  isə  qul  kimi  görmək  bu  cür  ziyalıların 

əksəriyyətinin təfəkkür tərzidir. Üstəlik, yalançı sovetpərəstlik və 

atetistlik  kimi,  yalançı  millətpərəstlik  və  dinpərəstlik  sadəcə, 

zəmanəyə (dövr və mühitə) uyğunlaşmaq «amalı»dır. 

Halubki  ziyalılıq  zəmanəyə  uyğunlaşmaq,  yəni    kor-

koranə məddahlıq və yaltaqlıq formasında olmamalıdır. Ziyalı hər 

hansı  fikrini  yazmaq  və  ifadə  etmək  üçün  kimsədən  göstəriş  və 

yaxud da, icazə gözləməməlidir. Başqa sözlə, alim taftalogiya ilə 

məşğul  olmamalıdır.  Əksinə  əsil  ziyalı  odur  ki,  onun  fikrinə 

hörmət göstərsinlər, onunla razılaşmağa məcbur olsunlar.  


www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

443 


Cəmiyyətin müəyyən bir hissəsində ziyalı anlayışını daha 

çox din nəzər nöqtəsindən qəbul edirlər. Yəni ziyalı dedikdə, dini 

dünyagörüşlü şəxslərə üstünlük verirlər. Bu, heç də sadə və ötəri 

bi məsələ deyildir. Bununla da, kütlə daxilində dini şüura yönələn  

bir təbəqə formalaşdırılmağa çalışılır. Şübhəsiz, həmin təbəqə də 

daha  çox  dini  ideyaları  təbliğ  edən  insanları  ziyalı  kimi  qəbul 

edirlər.  Əlbəttə,  dini  ideyalar  altında  kütləyə,  xüsusilə  gənclərə 

hansı dəyərlərin təbliğiı bir o qədər dəqiq olmadığı üçün  burada 

düşündürücü  məşamlar  kifayət  qədərdir.  Bu  zaman  «dini 

ideyalar»  adı  altında  İslam  dininə  aidiyyəti  olmayan  fikirlər  də 

gənclərə sırınır. Bu formada, «dini ideyaların» təbliği bəzi gənclər 

arasında daha erkən yaşlarında başlayır ki, bununla da «beyninin 

yuyulması»  prosesi  baş  verir.  Əlbəttə,  hansısa  təriqətlərin  təsiri 

altına  düşən  gənclər  yetkinlik  yaşına  çatdıqda  artıq,  müstəqil 

düşünməyə çətinlik çəkir və şüur baxımdan asılı vəziyyətə düşür.  

Xüsusilə,  bu  zaman  hansısa  təriqətin  «dini  şüuru»  İslam 

dini  adı  altında  milli  şüurdan  üst  mövqeyə  çıxarmağa 

çalışması,  istənilən  dövlət,  o  cümlədən  Azərbaycan  kimi 

mstəqilliyini  yenicə  barpa  etmiş  bir  dövlət  üçün  çox 

təhlükəlidir.  Çünki  dini  şüur  milli  şüurla  müqayisədə  ilk 

baxışda daha çox birləşdiricilik təsiri bağışlasa da (yəni etnik 

kimliyi «müsəlmanlar qardaşdırlar» prinsipi içində əritməklə), 

mahiyyət  etibarilə  burada  konkret  nəyin  nəzərdə  tutulması 

həddən artıq mürəkkəbdir.  

Bu  mənada,  elə  etmək  lazımdır  ki,  milli  və  dini  şüur 

arasında  qırmızı  cizgi  deyilən  xətlərə  diqqət  yetririlsin.  Yəni 

din    şüura  aid  məsələlər  həddən  artıq  ideallaqdırılaraq  milli 

şüurdan  üst  səviyyəyə  qədər    yüksəldilməsin.  Buna  nümunə 

kimi,  «müsəlmanlar  qardaşdırlar»  prinsipini  göstərə  bilərik. 

Fikrimizcə, milli, yaxud dini şüura daha çox meyil etməsindən 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

444 



444 

asılı  olmayaraq    «müsəlmanlar  qardaşdırlar»  prinsipi  müxtəlif 

cür  yozula  və  dəyərləndirilə  bilər.  Milli  şüurdan  çıxış  edənlər 

üçün  bu  anlayış  bir  dövlət  daixilində  yaşayan  müsəlmanların 

milli şüur ətrafında daha da sıx şəkildə birləşməsi anlamını verir.  

Xüsusilə,  çoxetnoslu  ölkədə  bu  daha  çox  zərurət  kəsb  edir.  Bu 

zaman  fərqli  etnik  kitmliyə  malik  olan  vətəndaşlar  ortaq  dəyər 

kimi    dini  şüura  aid  «müsəlmanlar  qardaşdırlar»  prinsipindən 

çıxış edə bilərlər. 

Ancaq  bu  prinispi  dini  ideyalara  meyilli  olaraq 

dəyərləndirənlər  ondan  daha  çox  «müsəlmanların  birləşməsi» 

kimi  nəticə  çıxarırlar.  Hətta,  ayrı-ayrı  təriqətlər  (vahabilər, 

xəlvətilər  və  b.)  bu  prinsipi    yalnız  öz  birlikləri  mənada  izah 

edirlər.  Məsələn,  bu  günə  qədər  İran  adlı  ölkədə  əsarət  altında 

yaşayan  Azərbaycan  türkləri  farsyönlü  «şiəliyi»n  əziyyətini  bu 

günə  qədər  də  çəkirlər.  Belə  ki,  İranın  fars  ideoloqları  «dini 

şüuru» şiəlik və iranlılıq adı altında təbliğ  etməklə Azərbaycan 

türklərinin  milli  şüurunun  formalaşmasını  qarşısını  bütün 

vasitələrlə alırlar. Üstəlik, İranın şövinist ideoloqları «dini şüuru» 

bu formada Quzey Azərbaycanda da təbliğ edirlər.   

 

 

 



 

4.2. Milli ideologiyanın əsas problemləri və onun həlli yolları 

 

Hazırda 



Azərbaycan 

milli 


ideologiyasının 

müəyyənləşməsi ilə bağlı əsas problem türkçülük, islamçılıq və 

müasirlik ideyalarına, eləcə də həmin ideyaların sinergizmindən 

yaranmış «Azərbaycan türkçülüyü», «Azərbaycan məfkurəsi» və 

ya «azərbaycanizm»ə (azəbaycançılığa) hansı formada müraciət 


www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

445 


olunmasıdır.  Məsələn,  əgər  bu  gün  kimlərsə  türkçülükdən, 

islamçılıqdan bəhs edirslərə, o zaman onların kökünə və inkişaf 

mərhələlərinə müraciət etmək məcburiyyətindədirlər. Bu mənada 

hazırda azərbaycançılıq ideologiyasınıdan bəhs olunursa, deməli 

onun da müəyyən bir əsası və mənbəyi vardır. Bu isə o deməkdir 

ki,  indi  türkçülüyün  nə  qədər  zəruri  olub-olmaması  mübahisə 

obyektidirsə,  müəyyən  mənada  bunu  azərbaycançılığa  da  aid 

etmək  olar.  Çünki  Azərbaycan  türkçülüyü  vaxtilə  «üçlüy»ün 

nəticəsində  meydana  çıxmış  milli  ideyadır.  Azərbaycan 

türkçülüyü  ideyasının  bariz  nümunəsi  1918-ci  il  mayın  28-də 

dünyaya  bəyan  olunmuş  müstəqil  Azərbaycan  Respublikasıdır 

ki,  hətta  Sovet  Rusiyasının  işğalı  belə  onu  tarixdən  silə 

bilməmişdir.  

Ancaq  yuxarıda  da  qeyd  etdiyimiz  kimi,  şüurlaramıza 

Azərbaycan  Cümhuriyyəti  ilə  yanaşı,  70  il  ərzində  bir  «Sovet 

Azərbaycanı»  ideyası  da  hopmuşdur.  Bu  baxımdan  bugünkü 

Azərbaycan  Respublikası  Azərbaycan  Cümhuriyyətinin  varisi 

olmaqla bərabər, o həm də «Sovet Azərbaycanı»-Azərbaycan SSR 

ilə də bağlıdır.  

Bu  o  deməkdir  ki,  hazırda  milli  ideologiya  ilə  bağlı 

məsələlərə  münasibət  bildirilərkən,  bu  reallıqlar  da  nəzərə 

alınmalıdır.  Yəni  başa  düşməliyik  ki,  bugünkü  azərbaycanlıların 

xeyli  qismi  SSRİ  dövründə  yaşadıqları  və  sovet  ideologiyasının 

təsiri altında formalaşdıqları üçün, bu gün də sıralarımızda nəinki 

türkçülüyü,  onun  etnik-milli  forması  olan  Azərbaycan 

türkçülüyünü  da  yetərincə  dərk  etməyənlər  var.  Bu  mənada, 

müstəqilliyin  bərpasından  sonrakı  22-23  illik  dövrü  milli 

ideologiya  probleminin  həlli  baxımından  bir  növ  «keçid  dövrü» 

kimi  qəbul  etmək  lazımdır.  Bu  «keçid»in  özü  də  dünyada  baş 

verən qloballaşma dövrünə təsadüf edir ki, yuxarıdakı məqamları 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

446 



446 

da  nəzərə  almaqla,  hazırda  Azərbaycan  milli  ideologiyasının 

müəyyənləşməsi  ilə  bağlı  irəli  sürülən  mülahizələrin  daha  çox 

azərbaycançılıq,  türkçülük  və  modernləşmək  ətrafında  getməsi 

başa  düşüləndir.  Ancaq  hesab  edirik  ki,  artıq  milli 

özünəməxsusluq,  yaxud da milli  mentalitetlə izah olunan  «keçid 

dövrü» məsələsinə nöqtə qoyulmalıdır. Bu baxımdan Azərbaycan 

filosofu  Həsən  Quliyev  doğru  hesab  edirdi  ki,  azərbaycanlılar 

keçmişə münasibətdə nə qədər milli mentalitetdən çıxış edirsə, bu 

yeniləşməyə  və  tərəqqiyə  münasibətdə  əngələ  çevrilməməlidir; 

artıq  keçid  dövründə  baş  verən  yeniləşmə  mentalitetlə 

uzlaşdırılmalıdır [268, 120]. 

Deməli,  burada  bir  ideyanın  digərindən  üstünlüyündən 

deyil,  uzlaşdırılmasından  getməlidir.  Çünki  ideyaları  yaşadan  və 

inkişafına  səbəb  olan  zorakı  üstünlük  deyil,  onlar  arasında 

mümkün qədər bərabərliyin  qorunub  saxlanılmasıdır. Xüsusilə o 

mənada  ki,  müəyyən  bir  dövrdə  hər  hansı  ideya  daha  cəlbedici 

görünə  bilər.  Ancaq  bu  zaman  həmin  ideyanın  cəlbediciliyinin 

şişirdilməsindən,  ifratlaşdırılmasından  yan  keçərək  digər 

ideyalarla  sintezin  yaradılması  daha  çox  vacibdir.  Bu  mənada, 

hazırda  daha  çox  cəlbedici  görünən  azərbaycançılıqla  digər 

ideyalar (türkçülük, islamçılıq, müasirlik, modernləşmək) arasında 

da  üzvi  əlaqələr  qorunub  saxlanılmalıdır.  Çünki  azərbaycançılıq 

həmin  ideyalar,  xüsusilə  türkçülük  olmadan  uzun  ömürlü  ola 

bilməz.  Ən  azı  ona  görə  ki,  milli  və  müstəqil  Azərbaycan 

ideyasını M.Ə.Rəsulzadə, N.Yusifbəyli və başqaları ilk növbədə, 

türkçülük əsasında irəli sürmüşlər. Azərbaycan milli ideyasınının 

məhz türkçülük ideyası əsasında yaranmasının bariz nümunəsi idi 

ki, bu dövlət dili və dövlət bayrağında da öz əksini tapmışdı. Yəni 

biz  bu  gün  nə  qədər  əksəriyyətlə  «sovet  dövrünün  insanı» 

olmağımızı, 

qloballaşma 

zamanında 

yaşamağımızı, 


1   ...   40   41   42   43   44   45   46   47   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə