İntellektual-Elektron Kitabxananın təqdimatında



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə45/58
tarix06.05.2017
ölçüsü3,32 Mb.
1   ...   41   42   43   44   45   46   47   48   ...   58

www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

447 


modernləşmənin  zəruriliyini  azərbaycançılığın  bir  üzündə  əks 

etdirsək  də,  onun  digər  üzündə  milliliyimizi-türklüyümüzü, 

mədəniyyətimizi, islami dəyərlərimizi də yaşatmalıyıq.  

Hazırda  milli  ideologiya  problemini  araşdıran  tədqiqat-

çıların  demək  olar  ki,  əksəriyyəti  Azərbaycan  milli  ideyası  kimi 

azərbaycançılığı  qəbul  edirlər.  Buna  səbəb,  yuxarıda  da  qeyd 

etdiyimiz  kimi,  hazırda  azərbaycançılığın  başqa  ideyalarla 

(türkçülük,  islamçılıq,  modernləşmək  və  s.)  müqayisədə  daha 

cəlbedici  görünməsidir.  Belə  ki,  azərbaycançılıq  bir  tərəfdən 

milliliyi  –  türkçülüyü,  dini-əxlaqi  dəyərləri  –  islamçılığı,  digər 

tərəfdən  modern-demokratik  dövlətçiliyi,  qlobal  dünyanın  bir 

hissəsi olmasını özündə əks etdirir. Bu mənada bəziləri daha çox 

azərbaycançılığı  türkçülüklə,  digərləri  dövlətçiliklə  eyniləşdirdiyi 

halda, onun hər ikisi ilə səsləşdiyini işarə etməklə yanaşı, modern-

demokratik  dövlət  modeli  kimi  müasir  ideologiya  kimi  görənlər 

də az deyildir.  

Ümumilikdə 

bu 


baxımdan 

azərbaycançılıq 

ideologiyasından çıxış edən tədqiqatçıların irəli sürdükləri bir çox 

mülahizələrlə  (dövlətçiliyin  müdafiəsi,  ərazi  bütövlüyünün 

qorunması,  vətəndaş  birliyi,  etnik  kimliyindən  və  dinindən  asılı 

olmayaraq  bütün  azərbaycanlıların  eyni  hüquq  və  haqlara  sahib 

olması, modern dövlətçiliyin qurulması və s.) razılaşmaqla yanaşı, 

zənnimizcə,  mübahisəli  olan  bəzi  məsələlər  də  vardır:  1. 

Azərbaycançılıq:  tarix  və  çağdaşlıq;  2)  Türkçülük  və 

azərbaycançılıq: alternativlik və eynilik kimi; 3) Milli dil məsələsi: 

Türk  dili  və  Azərbaycan  dili;  4)  Azərbaycançılıq:  millilik  və 

kosmopolitizm. 

 

4.2.1.

 

Azərbaycançılıq: tarix və çağdaşlıq 

 


www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

448 



448 

Hazırda  Azərbaycan  milli  ideologiyası  ilə  bağlı 

müəyyən  qədər  mübahisə  doğuran  məsələlərdən  biri 

azərbaycançılıq  ideologiyasının  tarixi  kökləri  ilə  bağlıdır.  Milli 

ideologiya 

problemi 

tədqiqatçılarının 

(R.Mehdiyev, 

Ə.Daşdəmirov,  S.Xəlilov,  N.Cəfərov,  Ə.Tağıyev,  S.Vəliyeva  və 

b.) demək olar ki, hamısı azərbaycançılığın tarixi-nəzəri köklərinin 

XIX  əsrin  sonu  –  XX  əsrin  əvvəlləri  ilə  bağlı  olduğunu,  onun 

yaranmasında  türkləşmək,  islamlaşmaq  və  müasirləşməyin, 

xüsusilə  də  türkçülüyün  mühüm  rol  oynamasını  qəbul  edirlər. 

Ancaq  bununla  yanaşı,  ədəbiyyatda  müasir  azərbaycançılığın 

banisinin  Azərbaycan  Respublikasının  sabiq  prezidenti  Heydər 

Əliyevin  olması  ilə  bağlı  fikirlərə  də  rast  gəlirik.  Bu  baxımdan 

azərbaycançılığın XIX əsrin sonu – XX əsrin əvvəllərində, yoxsa 

1990-cı  illərdə  yaranması  ilə  bağlı  məsələdə  bir  qədər  dəqiqləş-

dirmələrə  ehtiyac  vardır.  Fikrimizcə,  azərbaycançılığın  tarixi-

nəzəri köklərinin və mahiyyətinin olduğu kimi cəmiyyətə təqdim 

olunması,  eyni  zamanda  çağdaş  dövrdə  Heydər  Əliyevin  həmin 

ideyaya  üz  tutaraq  dövlətçilik  kimi  səciyyələndirməsi 

azərbaycanlıların bu ideologiya ətrafında şüurlu şəkildə birləşmə-

sində mühüm rol oynaya bilər. Yəni azərbaycançılığın yaranması 

və təkamülü cəmiyyətə olduğu kimi çatdırılmalıdır.  

Öncə qeyd edək ki, bugünkü Azərbaycan Respublikasının 

sələfi  olan  Azərbaycan  Cümhuriyyətinin  yaranmasında  etnik 

türkçülüyün  (Azərbaycan  türkçülüyünün)  mühüm  rol  oynadığını 

yalnız  Azərbaycan  və  Türkiyənin  alimləri  deyil,  rus,  polyak, 

gürcü,  amerikan  və  başqa  millətlərin  mütəfəkkirləri  də  dəfələrlə 

ifadə  etmişlər.  Çünki  məhz  1900-1920-ci  illərdə  İslam  və 

Azərbaycan  (Azərbaycan  islamçılığı),  Türk  və  Azərbaycan 

(Azərbaycan  türkçülüyü),  Demokratiya  və  Azərbaycan 

(Azərbaycan  milli  demokratizmi),  istiqlal  və  Azərbaycan  (Azər-



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

449 


baycan  milli  istiqlalı)  milli  özünəməxsusluqlarının  təməl  daşları 

qoyulmuşdu.  Bu  ideyaların  arasında  türkçülük  siyasi-ideoloji  bir 

ideya  kimi,  islamçılıq  və  qərbçiliklə  müqayisədə  bir  qədər  gec 

təşəkkül  tapsa  da,  Azərbaycan  xalqının  həyatında  mühüm  rol 

oynamış  və  Azərbaycan  dövlətçiliyinin  yaranmasında  həlledici 

faktor  olmuşdur.  Xüsusilə,  1910-1920-ci  illərdə  türkçülüyün 

Azərbaycanda  milli  forması  olan  azərbaycançılıq  əsasında 

müstəqil və milli Azərbaycan ideyası yaranmışdı. 

Bir sözlə, bütün hallarda, milli dövlətçiliyin əsas prinsipi 

«üçlük» düsturu, xüsusilə də türkçülük əsasında qurulmuşdur. Bu 

mənada,  hazırda  bəzi  ideoloqların  hər  cür  vasitə  ilə  XX  əsrin 

əvvəllərindəki  türkçülüyü  və  azərbaycançılığı  bir-birindən 

tamamilə fərqli ideyalar kimi  yozmalarının heç bir əsası  yoxdur. 

Bizə  elə  gəlir  ki,  o  dövrdə  türkçülük  əsasında  meydana  çıxmış 

azərbaycançılıq 

Azərbaycan 

türklüyü 

və 


Azərbaycan 

türkçülüyünün milli dövlətçilik ifadəsidir.  Bu zaman isə,  ümumi 

türkçülükdən 

fərqləndirilməsi 

baxımından 

Azərbaycan 

türklüyünün «azərbaycanlılılq» və Azərbaycan türkçülüyünün isə 

«azərbaycanizm»-«azərbaycançılıq»  (azərbaycançılıq)  kimi  ifadə 

olunması  mümkündür.  Yəni  ümumi  türkçülükdən  Azərbaycan 

türklüyü – «azərbaycanlılıq», Azərbaycan türkçülüyü – «azərbay-

cançılıq» yaranmışdır.  

Beləliklə,  XX  əsrin  əvvəllərində  türkçülüyün  doğurduğu 

Azərbaycan  türkçülüyü  ideyası  olmuş,  onun  nüvəsində  də 

Azərbaycan  türkləri  durmuşdur.  Bir  sözlə,  həmin  dövrdə 

«azərbaycançılıq» anlayışına, ən yaxşı halda türkçülüyün bir qolu 

kimi,  yəni  Azərbaycan  türkçülüyü  mənasında  müraciət 

olunmuşdur.  Azərbaycan  milli  ideoloqları  Məhəmməd  Əmin 

Rəsulzadə,  Nəsib  bəy  Yusifbəyli,  Əlimərdan  bəy  Topçubaşı, 

Mirzə  Bala  Məmmədzadə  və  başqaları  da  «milli  Azərbaycan», 


www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

450 



450 

«azərbaycançılıq», «azərbaycanizm», «Azərbaycan milli ideyası» 

dedikdə, yalnız və yalnız ümumi türkçülüyün doğurduğu və onun 

müstəqil  bir  hissəsinə  çevrilmiş  Azərbaycan  türkçülüyünü  ifadə 

etmişlər.  Ancaq  onların  dünyagörüşündə  azərbaycançılıq  yalnız 

türkçülüklə  məhdudlaşmamışdır.  Belə  ki,  milli  ideoloqlar  üçün 

azərbaycançılıq  türkçülüklə  yanaşı  istiqlalçılığı,  müsavatçılığı, 

xalqçılığı  və  dövlətçiliyi  də  özündə  əks  etdirir  [154,  12].  Bunu, 

Azərbaycan  milli  ideoloqu  M.Ə.Rəsulzadə  belə  ifadə  etmişdir: 

«Azərbaycançılıq demək, istiqlalçılıq deməkdir. Bir istiqlalçılıq ki, 

tarixin  ən  böyük  müəssəsi  (qurucusu)  olan  milliyyətin  dövlət 

olmaq  üzrə  müzəffər  yürüşü  deməkdir.  Azərbaycançılıq  demək, 

böyük Türk irqinə mənsub bir millətin istiqlalını qazanmaq üzrə 

başlanmış  şanlı  bir  mücadilədir.  Azərbaycançılıq  eyni  zamanda, 

bir  hürriyyət  və  mədəniyyət  hərəkatıdır  ki,  onun  ən  bariz  sifəti 

xalqçılıq və milli hakimiyyət əsasına bağlılıqdır» [245

a

, 68]. 


Əslində  həmin  dövrdə  «azərbaycanlı»,  yaxud  da 

«azərbaycanlılıq»  anlayışının  dərk  edilməsi  yeni  yaranmış  bir 

dövlət üçün çox zəruri idi. Çünki bu zaman türklərlə qeyri türklər 

«azərbaycanlılıq»  adı  altında  birləşir,  həmin  dövlətin  ayrılmaz 

tərkib  hissəsinə  çevrilir,  vahid  vətən  və  dövlət  anlayışını 

mənimsəyirdilər.  Deməli,  həmin  dövrdə,  hətta  bir  müddət  sonra 

belə  «azərbaycanlılıq»  daha  çox  Azərbaycan  türklüyünü,  yəni 

türklərin  milli  kimliyini  ifadə  etməklə  yanaşı,  Azərbaycanda 

yaşayan  bütün  vətəndaşlara  (türklərə  və  qeyri  türklərə)  verilmiş 

siyasi millət anlayışı (məsələn, iranlı, osmanlı, rusiyalı və s. kimi) 

olmuşdur. M.B.Məmmədzadə yazırdı: «Azərbaycançılıq ideyasını 

ortaya  atmaqla  biz  heç  də  türkçülüyü  inkar  etmirik,  ancaq 

Azərbaycan  Vətəni  ideyasını  birinci  yerə  keçirir,  Azərbaycanın 

coğrafi  sərhədləri  daxilində  millətin  yekdilliyini  və  vəhdətini 

birinci dərəcəli vəzifə kimi irəli sürürük» [243, 54]. 


www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

451 


Bütün  bunları  nəzərə  alaraq  çağdaş  dövrdə  akademik 

Y.Qarayev    yazırdı  ki,  «ən  yeni  Azərbaycan  ideologiyasının 

öndəri  olan  Rəsulzadə  ilk  Azərbaycan  Cümhuriyyətinin  də 

banilərindən  biri  olmuşdu»  [36,  3].  Belə  ki,  «azərbaycançılıq» 

ideologiyası  yalnız  Müsavatın  proqramında  təzahür  etmiş  və 

Azərbaycan  Cümhuriyyətində  əməli  gerçəkliyini  tapmışdır  [36, 

81]. Yəni onlar, bununla da siyasi-ideoloji anlamda türklərin vahid 

dövlət  (məsələn,  Turan  dövləti  kimi)  yaratmasından  deyil,  ayrı-

ayrı  müstəqil  türk  dövlətlərinin  mövcudluğu  ideyasından  çıxış 

etmişlər. Çünki o zaman da, indinin özündə də vahid Türk dövləti-

Turan ideyası istər türklərin öz daxilində, istərsə də başqa millətlər 

tərəfindən  birmənalı  qarşılanmamışdır.  Ona  görə  də  milli 

ideoloqların  əksəriyyəti  turançılığı,  türk  birliyini  mənəvi  məsələ 

kimi  qəbul  edərək,  siyasi-ideoloji  baxımdan  müstəqil  türk 

dövlətləri ideyasını dəstəkləmişlər.  

Nizaməddin  Şəmsizadə  də  «Azərbaycançılıq»  kitabında 

yazır ki, XIX  əsrin sonu  – XX  əsrin əvvəllərində formalaşan və 

Azərbaycan  Cümhuriyyətinin  yaranması  ilə  nəticələnən  milli 

ideologiya  əslində  «özündə  türkçülük,  islamçılıq  və  Qərb 

dəyərlərini  birləşdirən»  azərbaycançılıq  olmuşdu  [208,  50]. 

Azərbaycançılıq  isə  üç  təməl  üzərində  bərqərar  olur:  türkçülük, 

islamçılıq və vətənçilik. Hətta, N.Şəmsizadəyə görə, türkçülük də 

Azərbaycan xalqının milli idealı – məfkurəsidir [208, 116]. Onun 

fikrincə,  bütün  bunlar  isə  azərbaycançılığı  türkçülüyə  qarşı 

qoymur  [208,  117].  Çünki  azərbaycançılıq  islamçılıqdan, 

türkçülükdən,  hətta  şamançılıq  və  şumerçilikdən  də  qədimdir 

[208, 118]. 

Bu 


baxımdan, 

hazırda 


azərbaycançılığın 

əsas 


ideoloqlarından  akademik  Ramiz  Mehdiyevin  qeyd  etməsi  ki, 

«azərbaycançılıq» anlayışı milli siyasi diskursda yaxın vaxtlardan 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

452 



452 

işlədilir  [140,  458]  və  azərbaycançılığın  ideya  ilahmçısı, 

yaradıcısı Heydər Əliyevdir [141, 447], şübhəsiz bu onun yeni 

bir  ideya  olması  anlamına  gəlməməlidir.  Çünki  R.Mehdiyev 

H.Əliyevi  müasir  azərbaycançılığın  yaradıcısı  kimi  qəbul 

etməklə yanaşı, onun tarixi-nəzəri köklərinin XIX əsrin sonu, 

XX  əsrin  əvvəlləri  ilə  bağlı  olmasını  inkar  etmir.  Akademik 

hesab  edir  ki,  Azərbaycanda  inqilabaqədərki  (1905-1907) 

milli  təfəkkür  əvvəlcə  türkçülük  və  etnik  millətçilik 

ideologiyası kimi inkişaf etsə də, son nəticədə azərbaycançılıq 

yaranmışdır:  «Sonrakı  dövrdə  bizim  mütəfəkkirlər  milli 

identiklik ideyasını irəli sürməyə başladılar. Bu ideya azərbaycan-

çılıq ideologiyasının formalaşmasına keçidi nəzərdə tuturdu, onun 

növbəti hədəfi isə milli ideya idi. Azərbaycanda genişlənən kəskin 

siyasi mübarizə milli ideyanı öz məntiqi sonluğuna – Azərbaycan 

Xalq  Cümhuriyyətinin  yaranmasına  gətirib  çıxardı»  [142,  17]. 

Ümumiyyətlə, onun fikrincə, o vaxt bütün türk xalqlarında olduğu 

kimi,  Azərbaycanda  da  əsas  ideya  xətlərindən  olan  ənənəvi 

panturançılıq,  «türkçülük»  (vahid  türk  dövləti,  türk  birliyi  və  s.) 

Ə.Hüseynzadə,  Ə.Ağaoğlu,  M.Ə.Rəsulzadə  və  başqa  milli 

mütəfəkkirlərin  səyi  ilə  Azərbaycan  milli  ideyasının  əsas 

istiqamətinə  çevrilmişdi:  «1905-1918-ci  illərdə Azərbaycan milli 

hərəkatının  nəzəriyyəçiləri  və  xadimləri  Azərbaycan  milli 

dövlətinin  ideologiyasını  –  «azərbaycançılıq»  (türkçülük  məna-

sında)  ideyasını  işləyib  hazırladılar.  Bu    ideya  ölkədə  yaşayan 

bütün  xalqların  hüquq  bərabərliyinin  tanınmasına  əsaslanırdı. 

Onun  fəlsəfi  əsasını  «türkçülük,  islamçılıq  və  müasirlik»  şüarı 

təşkil  edirdi.  Bu  şüar  «Müsavat»  partiyasının  və  Azərbaycan 

Demokratik  Respublikasının  rəsmi  doktrinası  oldu»  [143,  196]. 

Akademikin  fikrincə,  XX  əsrin  əvvəllərində  yaranmış 

azərbaycançılıq SSRİ dövründə isə boğulmuş,  yalnız müstəqillik 


www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

453 


əldə  etdikdən  sonra  milli  ideya  kimi  yenidən  dirçəlmişdir. 

Şübhəsiz,  müasir  dövrdə  azərbaycançılığın  dirçəlməsində  və 

dövlətçilik  ideolgiyası  kimi  irəli  sürülməsində  H.Əliyev  mühüm 

rol oynamışdır. 

Bizcə,  Azərbaycan  filosofu  Səlahəddin  Xəlilov  da  məhz 

azərbaycançılığın  ötən  əsrin  əvvəllərində  yaranmasından  çıxış 

etməklə  yanaşı,  çağdaş  dövrdə  H.Əliyevin  bu  ideologiyanın 

inkişafında mühüm rol oynaması mülahizəsini müdafiə etmişdir.  

Azərbaycan alimi hesab edir ki, milli dövlətçilik və milli mənəvi 

dəyərlər arasında sıx əlaqə var ki, bu vaxta qədər heç kəs  «milli 

ideologiyanın  əsas  istiqamətlərinin  müəyyənləşdirilməsi,  bu 

sahədə yeni mükəmməl elmi konsepsiyanın yaradılması və onun 

həyata keçirilməsi sahəsində Heydər Əliyev qədər şəxsi əzmkarlıq 

göstərməmişdir»  [112,  83-84].  Hətta,  Azərbaycan  filosofunun 

iddiasına görə, «Heydər Əliyev ilk dəfə azərbaycançılıq ideyasını 

dövlətin strateji xətti kimi irəli sürəndə bu ideyanın həqiqi böyük 

mənası  çoxları  üçün  anlaşılmaz  idi»  [113,  35].  Deməli, 

S.Xəlilovun  fikrincə,  H.Əliyev  tarixən  mövcud  olan 

azərbaycançılıq  ideyasını  yeni  dövrdə  ilk  dəfə,  dövlətin  strateji 

xətti  kimi  irəli  sürmüşdür.  Bu  isə  o  deməkdir  ki,  H.Əliyev  ona 

qədər  mövcud  olan  azərbaycançılıq  ideyasını  vaxtında 

dəyərləndirərək  onu  dövlətin  milli  ideologiyası  kimi  tətbiqinin 

zəruriliyini dərk etmişdir. Bu kontekstdən çıxış edən Azərbaycan 

filosofu  İzzət  Rüstəmov  da  hesab  edir  ki,  «vətəndaş  həmrəyliyi 

fəlsəfəsi»  kimi  təqdir  olunan  «azərbaycançılıq»  konsepsiyasını 

H.Əliyev irəli sürmüşdü: «Azərbaycançılıq konsepsiyası həmçinin 

buna diqqəti yönəldir ki, vətənimiz olan Azərbaycan böyük tarixə 

malik  olan,  çox  vaxt  da  məhz  «Azərbaycan»  adı  ilə  çağırılan 

qədim  bir  ölkədir,  türk  dillərindən  biri  olan  dilimiz  də  məhz 

Azərbaycan dilidir» [192, 119]. 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

454 



454 

Fikrimizcə, məhz bu nüanslardan çıxış edərək AMEA-nın 

müxbir  üzvü  Nizami  Cəfərov  da  yazır  ki,  azərbaycançılıq 

ideologiyası «nə qədər dərin köklərə malik olsa da onun əsaslarını 

müasir Azərbaycan dövlətçiliyinin banisi, dünya azərbaycanlıları-

nın lideri Heydər Əliyev məhz milli dövlət quruculuğu prosesində 

yaratmışdır» [221, 5]. Başqa sözlə, H.Əliyev Azərbaycan xalqının, 

dünya azərbaycanlılarının milli birliyi uğrunda mübarizə aparmış, 

bunu Azərbaycan dövlətinin siyasəti səviyyəsinə qaldırmışdı [65, 

231]. Onun fikrincə, çağdaş Azərbaycan dövləti də, respublikanın 

ərazisində tarixən məskunlaşmış bütün etnoslara, bir neçə minillik 

dövrdə formalaşmış bütün Azərbaycan cəmiyyətinə – Azərbaycan 

xalqına məxsusdur [65, 226]. Bütün bunlarla yanaşı, N.Cəfərovun 

fikrinə  görə,  Azərbaycan  xalqının  milli  dövlətçilik  təfəkkürünün 

əsas mənbəyi qədim türk dövlətçilik mədəniyyətidir. 1918-ci ildə 

M.Ə.Rəsulzadə  və  başqa  mütəfəkkirlərin  ideyaları  ilə  yaranan 

Azərbaycan  Xalq  Cümhuriyyəti  də  həmin  türk  dövlətçiliyinin 

davamıdır [65, 220].  

Azərbaycan  filosofu  Əlikram  Tağıyev  də  hesab  edir  ki, 

müasir  dövrdə  azərbaycançılıq  ideyası  H.Əliyev  tərəfindən  irəli 

sürülsə də onun tarixi kökləri qədimdir: «Onun (azərbaycançılığın 

– F.Ə.) idealdan ideyaya çevrilməsi tarixi XIX əsrin sonu  – XX 

əsrin əvvəllərinə gedib çıxır. M.Ə.Rəsulzadənin siyasi sahəyə və 

eləcə  də  elmə  gətirdiyi  bu  anlayış  Azərbaycan  Demokratik 

Cümhuriyyətinin  yaranmasının  ideoloji  əsaslarını  təşkil  etmişdi» 

[217, 20]. Eyni müddəanı müdafiə edən Sona Vəliyeva da  yazır 

ki,  Azərbaycan  milli  ideyası  ideologiyaya  çevrilmə  prosesində 

tarixi  inkişaf  baxımından  islamçılıq,  türkçülük  mərhələlərini 

yaşamış, 20-ci əsrin əvvəllərindən etibarən tədricən müstəqil ideya 

cərəyanına  çevrilmiş  və  1905-1918-ci  illərdə  Azərbaycan  milli 

hərəkatının  nəzəriyyəçiləri  (M.Ə.Rəsulzadə,  N.Yusifbəyli  və 


www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

455 


Ə.Topçubaşov) «azərbaycançılıq» («türkçülük») ideyasını işləyib 

hazırlamışdılar  [221,  25-26,  38].  Onun  fikrincə,  1993-cü  ildən 

başlayaraq da azərbaycançılıq ideologiyasının müasir elmi-nəzəri 

standartlar  səviyyəsində  formalaşmasının  və  tətbiq  olunmasının 

şahidləriyik [221, 130].  

Fikrimizcə, 

bu 

müəlliflərin 



çağdaş 

dövrdə 


azərbaycançılığın  H.Əliyev  tərəfindən  dövlət  ideologiyası  kimi 

irəli sürüldüyünü qeyd etməklə yanaşı, onun tarixi-nəzəri köklərini 

əsaslandırmaq  üçün  XIX  əsrin  sonu  –  XX  əsrin  əvvəllərinə  üz 

tutmaları da təbiidir. Belə ki, doğrudan da Heydər Əliyev vaxtilə 

mövcud  olan  Azərbaycan  milli  ideyasını  –  azərbaycançılığı 

çağdaş  dövrdə  dirçəldərək,  onu  dövlətin  milli  ideologiyası  kimi 

irəli  sürmüşdür.  Ona  görə  də  hesab  edirik  ki,  azərbaycançılığın 

tarixi-nəzəri  köklərini  və  mahiyyətini  olduğu  kimi  xalqımıza 

çatdırmalıyıq.  Hər  halda,  milli-mənəvi  dəyərlərimizin  tədqiqi, 

milli ideyanın mənşəyinin araşdırılması, şəxsiyyətlərin tarixdə yeri 

və rolu ilə bağlı Heydər Əliyev demişdir ki, tarix obyektiv təhlil 

olunmalı, bugünkü və gələcək nəslə doğru bilgilər ötürülüməlidir: 

«Biz tariximizi həmişə obyektiv təhlil etməliyik və bugünkü nəslə, 

gələcək  nəsillərə  düzgün  çatdırmalıyıq.  Təəssüf  ki,  əvvəlki 

dövrlərə aid tariximizdə çox faktlar təhrif olunubdur, indi də təhrif 

edilir. Əgər o vaxt bir istiqamətdə təhrif olunurdusa, indi başqa bir 

istiqamətdə  təhrif  edilir.  Tarixçilərimizin  borcudur  ki,  bu  qüsuru 

aradan  götürsünlər.  Ancaq  biz  deməliyik  ki,  demokratik 

respublika,  onun  liderləri  Məmmədəmin  Rəsulzadə,  Fətəli  Xan 

Xoyski,  Nəsib  bəy  Yusifbəyli,  Məmmədhəsən  Hacınski  və 

başqaları  çox  böyük  işlər  görüblər.  Onlar  Azərbaycanı  müstəqil 

bir  dövlət  kimi  dünyanın  bir  qisminə  tanıtdılar,  bir  neçə  tədbir 

gördülər» [85, 153-154]. H.Əliyev fikrinin davamı olaraq deyirdi: 

«Mən  yenə  də  deyirəm:  Məmmədəmin  Rəsulzadə  və  onunla 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

456 



456 

bərabər Azərbaycan Respublikasının böyük şəxsiyyətləri XX əsrin 

əvvəlində  və  xüsusən  1918-ci  ildə,  Azərbaycan  Demokratik 

Respublikası  qurarkən  böyük  şücaət  göstərmişlər,  böyük  iş 

görmüşlər. Bu, şəksiz-şübhəsizdir» [85, 156]. 

Bu isə o deməkdir ki, yeni dövrün siyasi-ideoloji maraq-

larına  uyğun  olaraq  Azərbaycanda  və  dünyada  yaşayan  bütün 

azərbaycanlıların milli ideyası kimi azərbaycançılıq ideyasını irəli 

sürüb, bu ideyanı 1992-1993-cü illərdə Azərbaycanda baş qaldıran 

separatçılıq  hərəkatlarına  qarşı  qoymaqla  yanaşı  H.Əliyev  hesab 

edirdi  ki,  azərbaycançılıq  milli  birliyin  və  dövlətçiliyin  təməl 

daşıdır: «Dövlətçilik, milli-mənəvi dəyərlər, ümumbəşəri dəyərlər 

–  bunlar  hamısı  Azərbaycançılıq  anlayışının  tərkib  hissələridir» 

[49]. H.Əliyev milli ideologiyanın əsası kimi də azərbaycançılığı 

göstərir  və  onu  dövlətçiliklə  eyniləşdirirdi:  «Bu  milli  ideologiya 

nədən  ibarətdir?  Birinci,  dövlətçilik.  Dövlətçilik  bu  gün  və 

gələcəkdə bizim hər bir vətəndaşımızın, cəmiyyətin, dövlətin əsas 

vəzifəsidir.  Dövlətçilk  Azərbaycanın  müstəqilliyini,  ərazi 

bütövlüyünü  qoruyub  saxlamaqdır.  Azərbaycanın  müstəqilliyini 

möhkəmləndirməkdir…» [49].  

Bizə elə gəlir ki, H.Əliyev azərbaycançılıq ideyasını irəli 

sürərkən  bütün  bunlarla  yanaşı,  XIX-XX  əsrlər  Azərbaycan 

mütəfəkkirlərinin bu ideya ilə bağlı gördüyü nəzəri-praktiki işlərə 

əsaslanmışdır. O, azərbaycançılığın əsas təməlinin isə Azərbaycan 

Cümhuriyyəti  dövründə  qoyulmasını  bu  və  ya  başqa  formada 

dəfələrlə  bəyan  etmişdir.  Bu  baxımdan  H.Əliyevin  milli  mənəvi 

dəyərlərimiz,  Azərbaycan  Cümhuriyyəti  və  onun  liderləri,  o 

cümlədən  M.Ə.Rəsulzadə  ilə  bağlı  fikirləri  azərbaycançılığın 

müəyyən  bir  tarixi  mərhələ  keçməsinə  bariz  nümunədir: 

«Azərbaycan  xalqı  əsrlər  boyu  azadlıq  arzusu  ilə  yaşamış,  milli 

azadlıq,  istiqlal  uğrunda  mübarizə  aparmışdır.  Xalqımız  minillik 

1   ...   41   42   43   44   45   46   47   48   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə