İntellektual-Elektron Kitabxananın təqdimatında



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə46/58
tarix06.05.2017
ölçüsü3,32 Mb.
1   ...   42   43   44   45   46   47   48   49   ...   58

www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

457 


tarixində  dəfələrlə  öz  milli  azadlığına  nail  olmuş,  milli  dövlətini 

yaratmış,  lakin  sonralar  müxtəlif  səbəblər  üzündən  bunlardan 

məhrum  olmuşdur.  XX  əsrin  əvvəllərində  Azərbaycanda  milli 

azadlıq  hərəkatı  gücləndi.  Azərbaycanın  demokratik  qüvvələri, 

mütəfəkkir  şəxsləri,  siyasi  xadimləri  yurdumuzun  müstəqilliyi 

uğrunda,  xalqımızın  azadlığı  uğrunda  mübarizəyə  qoşuldular. 

Birinci Dünya müharibəsinin bitməsi ilə əlaqədar olaraq dünyada 

baş  vermiş  dəyişikliklər,  sosialist  inqilabı  nəticəsində  Rusiya 

imperiyasının dağılması, Azərbaycanda müstəqil dövlət yaratmaq 

üçün şərait meydana gətirdi. Azərbaycanda geniş vüsət almış milli 

azadlıq  hərəkatı  bu  dövrün  səciyyəvi  cəhətlərindən  hesab 

edilməlidir.  Məhz  belə  bir  şəraitdə  Azərbaycanın  demokratik 

qüvvələri, siyasi xadimləri 1918-ci il mayın 28-də ilk Azərbaycan 

Demokratik Respublikasının yarandığını elan etdilər. Həmin gün 

Azərbaycan xalqının tarixinə böyük və əlamətdar bir hadisə kimi 

daxil  olmuşdur.  Biz  bu  günü  Respublika  günü,  Milli  İstiqlal 

bayramı kimi qeyd edirik» [82, 385].  

1998-ci  ildə  Azərbaycan  Cümhuriyyətinin  80  illiyinin 

keçirilməsi  ilə  bağlı  verdiyi  sərəncamda  da  H.Əliyev  azərbay-

cançılığın  milli  ideyaya  çevrilməsinin  əsasının  Cümhuriyyət 

dövründə  qoyulduğunu  ifadə  etmişdi:  «Şərqdə  ilk  demokratik 

dövlət  quruluşunu  yaratmış  Azərbaycan  Xalq  Cümhuriyyəti 

istiqlaliyyətimizi  elan  edərək  xalqımızın  müstəqillik  əzmini 

nümayiş  etdirmişdir.  Azərbaycan  Xalq  Cümhuriyyəti  ölkənin 

daxilində  və  xaricində  yaranmış  kəskin  və  mürəkkəb  ictimai-

siyasi  şəraitdə  fəaliyyət  göstərmişdir.  Bu  dövlətin  qısa  bir 

müddətdə həyata keçirdiyi tədbirlər xalqımızın tarixində böyük iz 

buraxmışdır.  Milliyyətindən,  siyasi  və  dini  mənsubiyyətindən, 

cinsindən  asılı  olmayaraq  bütün  vətəndaşlara  bərabər  hüquqlar 

verilməsi,  dövlət  sərhədlərinin  müəyyən  olunması,  Azərbaycan 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

458 



458 

dövlətçiliyi  atributlarının  qəbul  edilməsi,  ana  dilinin  dövlət  dili 

elan  olunması  Azərbaycanın  gələcək  müstəqilliyi  üçün  möhkəm 

zəmin  yaratmışdır.  Demokratik  dövlət  quruculuğu  sahələrində 

atılmış  addımlar  Azərbaycan  Xalq  Cümhuriyyətinin  23  aylıq 

fəaliyyətini  əks  etdirən  əsas  istiqamətlərdir»  [137,  3].  H.Əliyev 

başqa  çıxışlarında  da  dəfələrlə  bəyan  etmişdir  ki,  bugünkü 

Azərbaycan  Respublikasının  əsas  təməl  prinsipləri,  dövlətçilik 

atributları,  onun  hüdudları    Azərbaycan  Cümhuriyyəti  dövründə 

müəyyən  olunmuşdur:  «Azərbaycanın  gerbi  və  digər  atributları, 

Azərbaycan dövlətinin bu gün bu salonda səslənən əzəmətli himni 

də məhz o vaxt, o şəraitdə yaranmışdır. Dövlətçilik sahəsində bir 

çox işlər görülmüş, Azərbaycan dilinin – ana dilinin tətbiq olun-

ması,  mədəniyyətimizin  bir  çox  sahələrində,  təhsil  sahəsində 

tədbirlər  görülməsi,  iqtisadiyyat  sahəsində  müəyyən  addımlar 

atılması ilk  Azərbaycan  Demokratik Respublikasının fəaliyyətini 

əks etdirən faktlardır» [86, 6]. 

Deməli,  H.Əliyev  azərbaycançılıq  ideyasının  qaynağı 

kimi,  ilk  növbədə  məhz  Azərbaycan  Cümhuriyyətini  və  onun 

qurucularını  göstərmişdir.  H.Əliyev  qeyd  edirdi  ki,  Azərbaycan 

Cümhuriyyəti  milli  azadlıq,  müstəqillik  toxumlarını  bütün 

Azərbaycana səpmiş, bu toxumlar uzun müddətdən sonra cücərər-

ək  boy  atmış  və  nəhayət,  1991-ci  ildə  Azərbaycan  yenidən  öz 

dövlət  müstəqilliyini  əldə  etmişdi:  «Ona  görə  də  Azərbaycan 

Demokratik  Respublikasının  fəaliyyəti  ölkəmizin,  xalqımızın 

tarixində  parlaq  bir  səhifədir  və  biz  bu  günü  bayram  kimi  qeyd 

edirik.  Biz o  günlərə,  aylara,  o  dövrə böyük hörmət  və  ehtiramı 

bəsləyirik.  Bu  gün,  Respublika  günü  bayramında  Azərbaycanda 

ilk  demokratik  respublikanın  yaradılmasında  fəaliyyət  göstərən-

lərin hamısını, xüsusən Azərbaycan Demokratik Respublikasının 

başçıları  Məmmədəmin  Rəsulzadəni,  Fətəli  xan  Xoyskini, 


www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

459 


Əlimərdan  bəy  Topçubaşovu,  Nəsib  bəy  Yusifbəyovu  və 

başqalarını böyük hörmət və ehtiramla, minnətdarlıqla yad edirik. 

Onların  fəaliyyəti,  gördüyü  işlər  xalqımızın  xatirəsində  əbədi 

yaşayacaqdır» [84, 383]. 

Bütün bunlar göstərir ki, H.Əliyev azərbaycançılıq ideya-

sını  çağdaş  dövrdə  yenidən  dirçəltmiş  və  onun  nəzəri-tarixi 

köklərini  milli  mənəvi  dəyərlərimiz,  XX  əsr  Azərbaycan 

mütəfəkkirlərinin  irsi,  xüsusilə  Azərbaycan  Cümhuriyyətinin 

qurucularının zehni və praktiki əməlləri ilə uzlaşdırmışdır. Başqa 

sözlə,  H.Əliyev  Azərbaycan  xalqının  və  onun  mütəfəkkirlərinin 

irsində bu və ya digər formada öz əksini tapmış Azərbaycan milli 

ideyasına  həmin  dövrdə  mövcud  olan  problemlərin  həlli 

baxımından  yeni  çalarlar  əlavə  edərək,  onu  azərbaycançılıq 

adlandırmışdır.  Bu  mənada,  dövlət  başçısı  İlham  Əliyevin 

H.Əliyevi “Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi”  

[217


a

 , 6] dəyərləndirməsi çox doğru təsbitdir. 

Deməli,  H.Əliyev  ona  qədər  mövcud  olan  və  daha  çox 

Azərbaycanın qəsb olunmuş milli istiqlalının bərpasını hədəfləyən 

Azərbaycan  milli  ideyasını,  «Azərbaycan  fikri»ni,  «Azərbay-

canizm»  ideyasını  Azərbaycanın  bütövlüyünü  və  dövlətçiliyini 

qorumaq  şüarı  ilə  azərbaycançılıq  kimi  formulə  etmişdi. 

Fikrimizcə, bu baxımdan 1920-1991-ci illərdə Azərbaycanın milli 

istiqlalını  hədəfləyən  azərbaycançılıqla,  çağdaş  dövrdə  Azərbay-

canın  bütövlüyünü  və  milli  birliyini  qorumaq  üçün  irəli  sürülən 

azərbaycançılıq taktiki baxımdan müəyyən qədər fərqli məna kəsb 

etsə  də,  bütövlükdə  hər  iki  halda  ümumi  məqsəd,  ümumi  ideya 

Azərbaycanın milli və müstəqil varlığıdır. 

 

4.2.2.



 

Türkçülük və azərbaycançılıq:  

alternativlik və eynilik kimi 

www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

460 



460 

 

Hazırda Azərbaycan milli ideologiyası ilə bağlı müba-

hisəli  məsələlərdən  biri  də  türkçülük,  islamçılıq  və  müasirlik 

«üçlüy»ü,  xüsusilə  türkçülük  ilə  azərbaycançılığın  nə 

dərəcədə  uzlaşdırılması  və  ya  da  uzlaşdırılmamasıdır.  Başqa 

sözlə, hazırda nədən «üçlüy»ün deyil, azərbaycançılığın milli 

ideologiya  olması  və  belə  olduğu  təqdirdə,  azərbaycançılığın 

həmin  ideyalara  münasibəti  ilə  bağlı  birmənalı  olmayan 

fikirlər  vardır.  Ümumiyyətlə,  hazırda  milli  ideologiya  kimi 

irəli  sürlüən  azərbaycançılığın  «üçlüy»ə,  xüsusilə  türkçülüyə 

münasibəti  məsələsində  Azərbaycan  alimləri  arasında 

müəyyən 


fikir 

ayrılıqları 

vardır. 

Bu 


baxımdan 

azərbaycançılığı  milli  ideologiya  kimi  qəbul  etməklə  yanaşı, 

konkret  bu  məsələyə  münasibətdə  Azərbaycan  ideoloqlarını 

iki  qrupa:  1)  azərbaycançılığın  şəriksiz  liderliyini  irəli  sürüb 

türkçülüyü tarixə qovuşmuş, hətta ona bir növ alternativ kimi 

qələmə  verənlərə    (Ə.Daşdəmirov,  R.Mehdiyev,  S.Xəlilov, 

İ.Məmmədzadə  və  b.);  2)  azərbaycançılıq  və  türkçülük 

ideyalarının  sinergizmindən  çıxış  edənlərə  (Ə.Tağıyev, 

N.Şəmsizadə, H.Həsənov, Y.Türkel, R.Əhmədli, D.İsmayılov 

və b.) ayırmaq olar.  

Azərbaycançılıq və türkçülüyün bəzən bir-birinə zidd, 

bəzən də birləşdirici ideyalar kimi tədqim olunmasının kökü-

nü artıq 20 ildən çox müstəqil olmağımıza baxmayaraq, sözün 

həqiqi  mənasında  azad  şəkildə  düşünə  bilməməyimizdə 

axtarmalıyıq.  Bu  isə  o  deməkdir  ki,  siyasi-hüquqi  və  maddi-

cismani  cəhətdən  azadlıq  əldə  etsək  də,  hələlik  mənəvi-ruhi 

baxımdan  müstəqilliyi,  milliliyi  sözün  həqiqi  mənasında 

qavraya bilməmişik. Məhz bunun nəticəsidir ki, siyasi-hüquqi 

baxımdan  bizlər  özümüzü,  cəmi  iki  il  (1918-1920)  ömür 


www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

461 


sürmüş  Azərbaycan  Cümhuriyyətinin  xələfi  elan  edib,  70  il 

yaşamış  Azərbaycan  Sovet  Sosialist  Respublikasından 

(Azərbaycan  SSR)  imtina  etməyimizə  baxmayaraq,  bəzi 

hallarda kifayət qədər ziddiyyətli hallarla qarşılaşırıq.  

Ümumiyyətlə,  əgər  bu  gün  söhbət  «türkçülük»  və 

«azərbaycançılıq»  arasındakı  fərqlərdən  və  oxşalıqlardan 

gedirsə,  onda  məntiqi  olaraq  Azərbaycan  Respublikası 

Azərbaycan  Cümhuriyyətinin,  yoxsa  Azərbaycan  SSR-nin 

varisi  olması  məsələsi  də  gündəmə  gəlməlidir.  Çünki  bu 

varislik  bir  çox  məsələlərdə,  o  cümlədən  türkçülüklə  bağlı 

mənəvi-ideoloji  sahədə  sözdə  qəbul  edilsə  də,  əməldə  bunun 

tamamilə  əksi  ortaya  qoyulur.  Belə  ki,  özünü  Azərbaycan 

Cümhuriyyətinin  xələfi  elan  edən  bir  respublika  bəzi  hallarda 

Cümhuriyyətin  başlıca  ideoloji  prinsiplərinə  (türk  dili,  türk 

milləti  və  s.)  deyil,  daha  çox  SSRİ  ideoloqlarının  Azərbaycan 

SSR  üçün  müəyyənləşdirdiyi  ideyalara  (Azərbaycan  milləti, 

Azərbaycan dili və s.) sahib çıxmışdır. Çox təəssüflər olsun ki, 

yalnız  millət  və  dilin  adı  ilə  bağlı  deyil,  ərazi  məsələsində  də 

Azərbaycan Respublikası eyni yolu tutmuşdur. Ən düşündürücü 

hal odur ki, bu günə qədər nədən Azərbaycan Cümhuriyyətinin 

ərazisinin  deyil,  məhz  Azərbaycan  SSR  ərazisinə  varis 

çıxmağımzla bağlı doğru-dürüst fikirlərə, açıqlamalara rast gələ 

bilmirik.  Bu  baxımdan  millət  və  dilin  adı  problemi  ilə  yanaşı, 

ərazi  məsələsində  də  varislik  problemi  gündəmə  gətirilməlidir 

[81

a

, 436-437]. 



Azərbaycançılığın əsas ideoloqlarından akademik Ramiz 

Mehdiyevin  Azərbaycan  milli  ideologiyası  ilə  bağlı  mülahizə-

lərindən belə çıxır ki, bu günün milli ideologiyası, əsasən tarixə 

qovuşmuş,  ümumi  və  mücərrəd  mahiyyət  daşıyan  türkçülük 

(türk birliyi, türk həmrəyliyi və s.) deyil, «ölkədə yaşayan bütün 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

462 



462 

etnik qrupları və millətləri ümumdövlət mənafeləri və dəyərləri 

əsasında  birləşdirmək  ideyasının  verballaşdırılması  kimi  1992-

1993-cü  illərdə  xüsusilə  geniş  yayılan  şovinist  və  separatçılıq 

əhval-ruhiyyəsinə qarşı mübarizə ideyası kimi meydana gəlmiş» 

[140,  458]  azərbaycançılıqdır.  O  yazır:  «Yeni    demokratik 

dövlətin  əsas  prinsiplərinin,  vətəndaş  cəmiyyəti  ünsürlərinin, 

yeni  iqtisadi  sistemə,  tarazlı  xarici  siyasətə  istiqamətlənmiş 

dünyəvi,  hüquqi  dövlətin  prioritetlərinin  təşəkkülünün,  yeni 

demokratik  təsisatların  qurulması,  yeni  siyasi  birliklərin 

yaradılması,  siyasi  plüralizmin  inkişafı  və  milli  ideologiyanın 

əsas  ünsürlərinin  tədricən  formalaşması  prosesinin  ağlasığmaz 

dərəcədə mürəkkəb şəraitdə getməsinə baxmayaraq, Azərbaycan 

dövlətçiliyinin  milli  identifikasiyasının  başlıca  ehkamları  məhz 

həmin dövrdə formalaşmışdır» [139, 22-33]. 

Akdemik  hesab  edir  ki,  «azərbaycançılıq»  anlayışınn 

sosial-etnik tərkibi Azərbaycan ərazisində yaşayan bütün xalqları 

əhatə  etdiyi  halda,  «azərbaycanlılılq»  məfhumu  isə  bir  milləti 

ifadə  edir  [143,  191].  Fikrimizcə,  bu  məsələnin  də  bir  qədər 

dəqiqləşdirilməsinə  ehtiyac  var.  Belə  ki,  «azərbaycanlılıq» 

«türkiyəlilik»,  «gürcüstanlılıq»,  «rusiyalılılq»,  «iranlılıq»  və 

başqaları  kimi  əslində  konkret  bir  etnik  milləti,  məsələn  yalnız 

türkləri  nəzərdə  tuta  bilməz.  Əslində  «azərbaycanlılıq»  başda 

türklər  olmaqla,  Azərbaycanda  yaşayan  bütün  etnosları  siyasi 

millət  anlamında  ifadə  etmişdir.  Ancaq  o  başqa  məsələdir  ki, 

Azərbaycan  əhalisinin  böyük  əksəriyyəti  türklərdən  ibarət 

olduğu üçün, «azərbaycanlılıq» anlayışı ilk növbədə onlara şamil 

edilir.  Eyni  zamanda,  türklər  azlıq  təşkil  edən  etnik  qruplardan 

fərqli  olaraq,  «müsəlman»  məfhumu  kimi  «azərbaycanlı»  və 

«azərbaycanlılıq»  anlayışlarını  daha  çox  mənimsəmiş, 

«azərbaycanlı»  olmaqda  da  elə  bir  zorluq  çəkməmişlər.  Bunu, 


www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

463 


bugünkü  vəziyyət  də  bir  daha  ortaya  qoyur.  Belə  ki,  hazırda 

Azərbaycan  türkləri  siyasi  mənsubiyyət  olan    «azərbaycanlı» 

anlayışını etnik mənada da qəbul edirlər. 

Ümumiyyətlə,  R.Mehdiyev  bir  tərəfdən  ötən  əsrin 

əvvəllərində  yaranmış  azərbaycançılığı  türkçülüyün  konkret 

təzahürü  kimi  qiymətləndirməklə  yanaşı  [143,  196],  digər 

tərəfdən çağdaş Azərbaycan dövlətçiliyinin ideologiyasının əsas 

ünsürləri  kimi  türkçülük  və  islamçılığın  olması  fikri  ilə 

razılaşmır  [143,  198].  Onun  fikrincə,  artıq  türkçülük  öz 

missiyasını  yerinə  yetirərək,  öz  yerini  Azərbaycan  milli 

ideyasına,  yaxud  da  azərbaycançılığa  verdiyi  üçün  ondan  bir 

varis  kimi,  ən  yaxşı  halda  isə  hazırda  bütün  türkdilli  xalqların 

mədəni  və  iqtisadi  əməkdaşlığı,  bir-birinə  yaxınlaşması 

mənasında  danışmaq  olar  [143,  200].  Beləliklə,  R.Mehdiyevə 

görə,  türkçülük  əsasında  azərbaycançılıq-Azərbaycan  milli 

ideyası  yaranmışdı  ki,  Azərbaycan  Cümhuriyyətinin  süquta 

uğraması  ilə  SSRİ  dövründə  müstəqillik  ideyaları  boğulmuşdu. 

Ancaq  müstəqilliyimizin  bərpası  ilə  Azərbaycan  milli  ideyası 

yenidən  dirçəlib  ki,  «bu  gün  Azərbaycan  Konstitusiyası 

Azərbaycan milli ideyasının rəsmi ifadəsidir» [142, 20].  

Deməli,  akademik  azərbaycançılıq  ideologiyasının 

yaranmasında türkçülüyün müstəsna rolunu inkar etməsə də, bu 

gün türkçülük ideyasının Azərbaycan Respublikası üçün  yararlı 

olmadığı,  əksinə  bir  sıra  problemlər  yarada  bilməsi 

qənaətindədir. Xüsusilə, türkçülüyün etnik azlıqlar tərəfindən də 

qəbul edilməzliyini önə çəkən R.Mehdiyevin fikrincə, dövlətçilik 

ideologiyası  baxımından  da  ən  doğru  seçim  azərbaycançılıqdır. 

Bu mənada Heydər Əliyevin azərbaycançılıq və dövlətçiliyi milli 

ideologiyanın iki ən əsas tərəfi kimi göstərməsini bir medalın iki 

üzü  kimi  qiymətləndirən  [141,  413]  akademikə  görə, 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

464 



464 

«azərbaycançılıq ideologiyasında vahid polietnik  millətin Azər-

baycan  dövlətçiliyinin  yaradılmasına  dair  maraqlarının 

ümumiliyi,  demokratiyanın,  sərbəst  iqtisadiyyatın,  sosial  həyat 

şəraitinin  inkişafı  uğrunda  mübarizəsinin  məqsədləri  öz  əksini 

tapmışdır. 

İdeologiya 

kimi 


azərbaycançılıq 

müstəqil 

Azərbaycanın fəlsəfi-sosial doktrinasının sosio-mədəni və etnik-

geosiyasi cəhətlərini özündə birləşdirmişdir» [140, 460]. 

Əlbəttə,  akademikin  bu  gün  nədən  türkçülüyün  deyil, 

onun  təzahür  forması  olan  azərbaycançılığın  Azərbaycan  milli 

ideologiyası  ilə  bağlı  fikirlərində  xeyli  həqiqət  vardır.  Ancaq 

bununla  yanaşı  hesab  edirik  ki,  azərbaycançılıqla  bağlı  etniklər 

məsələsinin  həddən  artıq  qabardılması,  bunun  əvəzində  bu 

dövlətin  qurucusu  olan  Azərbaycan  türklərinin  mövqeyinin 

azaldılması düzgün deyildir. Yəni Azərbaycan milli ideologiyası 

ilə bağlı turklər və etniklər arasında bərabərlik qoyanda da, bunu 

birtərəfli  deyil,  hərtərəfli  şəkildə  etmək  lazımdır.  Bu  mənada, 

«Türk» anlayışının (türk milləti, türk dili və s.) Əsas Qanunda öz 

əksini tapmaması bir tərəfə qalsın, hətta Azərbaycan türklərinin 

milli  kimliyini  və  dilini  bəzən  bu  mənada  ifadə  etmələrinin 

birmənalı  qarşılanmaması  tamamilə  yanlışdır.  Artıq  bu  bir 

millətin  təbii  haqqı  olduğu  milli  kimliyinin  və  milli  dilinin 

üstündən  xətt  çəkilməsidir.  Başqa  sözlə,  müstəqil  bir  dövlətin 

yaranmasında  müstəsna  rol  onyayan  və  ona  müstəqil  bir  ideya 

bəxş edən türkçülüyü indi həmin dövlətçiliyə zidd kimi görmək 

doğru deyildir. Bu mənada, Azərbaycan nə qədər çoxetnoslu bir 

dövlət olursa-olsun, onun əsas sütununu ən azı 2 min ilə yaxındır 

ki, Azərbaycan türkləri təşkil etmişdir və bu gün də belədir. Ona 

görə də, azərbaycançılıqla bağlı hər bir məsələdə Azərbaycanın 

çoxetnoslu  olması  faktının  şişirdilməsi,  xüsusilə  azsaylı 

etniklərin  maraqlarının  nəzərə  alınmasının  ifratlaşdırılması  və 


www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

465 


bunun  fonunda  türkçülüyün  tamamilə  arxa  plana  çəkilməsi, 

yaxud  da  şovinizm  adı  verilərək  dövlətçiliyə  təhlükə  kimi 

qiymətləndirilməsi kökündən yanlışdır. 

Çox  təəssüflər  olsun  ki,  bəzi  Azərbaycan  alimləri 

(Ə.Daşdəmirov,  Z.Quluzadə  və  b.)  bunu,  yəni  türkçülüyün 

Azərbaycan  dövlətçiliyinin  tarixində  mühüm  rol  oynamasını 

qəbul  etmələrinə  baxmayaraq,  fikrimizcə,  yenə  də  subyektiv 

yanaşamlardan  çıxış  edirlər.  Məsələn,  Azərbaycan  filosofu, 

əməkdar  elm  xadimi  Zümrüd  Quluzadənin  fikrincə, 

«Azərbaycan  ideologiyası»nın  yaranmasında  qafqazdilli, 

türkdilli və farsdilli etnoslardan təşəkkül tapan Azərbaycan xalqı 

mühüm  rol  oynamışdır  [282,  55-56].  Hətta,  Azərbaycan 

tarixçiləri  Fəridə  Məmmədova  və  İqrar  Əliyev  Azərbaycan 

xalqının formalaşmasında əsas rolun türklərə deyil, uyğun olaraq 

qafqazdilli  və  irandilli  etnoslara  məxsus  olduğunu  iddia  edirlər  

[283, 719].  

Fikrimizcə,  Azərbaycanın  çoxetnoslu  dövlət  (irandilli, 

qafqazdilli, 

türkdilli)  olması  ilə  bağlıı  məsələdə  də 

dəqiqləşdirmələr  aparmağa  ciddi  ehtiyac  var.  Əvvəlla, 

«çoxetnoslu» anlayışı dedikdə nə nəzərdə tutulur, buna aydınlıq 

gətirmək  lazımdır.  Doğrudur,  Azərbaycanda  türklərlə  yanaşı, 

türk  olmayan  etnik  qruplar  da  var,  artıq  neçə  əsrlərdir  birgə 

yaşayırlar.  Biz  etnik  mənşəyi  tarix  elmində  mübahisə  obyekti 

olan  ancaq  bizim  tərəfimizdən  də  türk  hesab  olunan  xalqları 

(mannalılıar, albanlar və b.) nəzərə almadan belə deyə bilərik ki, 

ən  azı  2500  ilə  yaxındır  türklər  Azərbaycanda  say  çoxluğu  və 

dövlət yaratmaq məsələsində həmişə əsas millət olmuşlar. Bunu, 

Dədə  Qorqud  boylarından  tutmuş  bir  çox  yerli  və  xarici 

mənbələr  də  təsdiq  edirlər.  Məsələn,  7-ci  əsr  ərəb  mənbəsində 

Azərbaycanın  bir  türk  olması  və  qədimdən  burda  türklərin 


www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

466 



466 

yaşaması  açıq şəkildə ifadə olunmuşdur. Həmin  mülahizəni bir 

neçə əsr sonrakı fars mənbəsi də eynilə təsdiq edir. Biz burada 

xüsusilə  ərəb  və  fars  mənbələrini  misal  gətiririk  ki,  onlar 

türklərdən sonra bu bölgə ilə daha çox təmasda olublar.  

Deməli,  ən  azı  mübahisə  doğurmayan  2500  illik  bir 

dövrdə  türklər  Azərbaycanın  əsas  yaşayanları  olublar.  Bunun 

məhz  belə  olmasını  eramızdan  əvvəl  yaranamış  Skif  çarlığı, 

Aran  çarlığı,  Xəzər  çarlığı,  bizim  eramızda  yaranmış  Sacilər, 

yenidən  Xəzər  imperiyası,  Sacilər,  Şirvanşahlar,  Azərbaycan 

Atabəyləri, 

Qaraqoyunlular, 

Ağqoyunlular, 

Səfəvilər, 

Azərbaycan  türk  xanlıqları,  Qacarlar    və  başqlarının  varlığı  da 

açıq şəkildə təsdiq edir. 

Bu  o  deməkdir  ki,  «Azərbaycan  çoxetnoslu  ölkədir» 

anlayışı  bu  ərazidə  sayca  çoxluq  təşkil  edən  türklərin  azsaylı 

etnik  qurplarla  birgə  yaşaması  mənasında  başa  düşülməlidir. 

Yəni  «Azərbaycan  çoxetnoslu  ölkədir»  anlayışı  bütün 

etnosların  Azərbaycanda  bərabər  olması  anlamını  əks 

etdirmir.  Ümumiyyətlə,  «çoxetnoslu»  anlayışının  özünə  sayı 

bir  neçə  mindən  çox  olmayan  udinləri,  buduqları,  cekləri  də 

sayca onlardan çox olan talışları, kürdləri, ləzgiləri, tatları da 

aid  etmək  olar.  Ancaq  ümumilikdə  ölkə  əhalisinin  90  faizə 

yaxınını təşkil edən türkləri say etibarilə nə udinlər, nə ceklər, 

nə talışlar, nə ləzgilər, nə də ki tatlarla müqayisə etmək doğru 

olmazdı.  

Deməli, 

«Azərbaycan 

çoxetnoslu 

ölkədir» 

anlayışındakı  çoxetnosluluq  sayca  bərabərliyi  deyil,  sadəcə 

burada  çoxluq  təşkil  edən  türklərlə  yanaşı,  azsaylı  etnik 

qrupların  olmasını  özündə  əks  etdirir.  Çox  maraqlıdır  ki, 

bəzən  «Azərbaycan  çoxetnoslu  ölkədir»  anlayışı  ilə  yanaşı, 

«Azərbaycan çoxmillətli ölkədir» sözündən də istfiadə olunur. 

1   ...   42   43   44   45   46   47   48   49   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə