İntellektual-Elektron Kitabxananın təqdimatında



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə47/58
tarix06.05.2017
ölçüsü3,32 Mb.
1   ...   43   44   45   46   47   48   49   50   ...   58

www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

467 


Halbuki  «çoxmillətli»  anlayışı  «çoxetnoslu»  sözü  ilə 

müqayisədə  daha  ciddi  məna  kəsb  edir.  Çoxmillətli  ölkə  o 

deməkdir  ki,  Azərbaycanda  türklərlə  yanaşı,  sayca  ona 

bərabər başqa millətlər də yaşayır. Bu, doğru deyildir. Çünki 

bu  ərazidə  Azərbaycan  türkləri  ilə  yanaşı,  yalnız    azsaylı 

etnoslar  və  milli  azlıqlar  yaşayırlar.  Millət  və  etnos  arasında 

isə  kəskin  şəkildə  fərq  vardır.  Hər  bir  etnosun  millət  olması 

üçün  mühüm  şərtlər  vardır  ki,  həmin  şərtlər  daxilində  yalnız 

Azərbaycan  türkləri  buna  aiddirlər.  Ancaq  Azərbaycan 

türkləri  bu  dövlətdə  digər  azsaylı  etnik  qruplara  və  milli 

azlıqlara  heç  bir  ayrı-seçkilik    qoymadığı  üçün  onların 

hamısının  vahid  Azərbaycan  milləti  adını  daşıyır.  Bu 

baxımdan,  Azərbaycanda  çoxmillətli  anlayışının  heç 

birmənası  yoxdur.  Çünki  Azərbaycandakı  müxtəlif  etnoslar 

birləşərək  vahid  Azərbaycan  millətini  (azərbaycanlı, 

azərbaycanlılıq) formalaşdırmışdır. 

İkincisi,  «Azərbaycan  çoxmillətli  ölkədir»  dedikdə, 

burada yaşayan başqa millətlərin nümayəndələri-milli azlıqlar 

(rus,  gürcü,  ukraynalı  və  b.)  nəzərdə  tutulursa,  bu  da  doğru 

deyildir.  Çünki  Azərbaycanda  yaşayan  rus,  ukrayna,  gürcü 

millətlərinin nümayəndələri milli azlıq təşkil edirlər və onlara 

görə, Azərbaycanı çoxmillətli adlandırmaq da yanlışdır. Örnək 

olaraq  deyə  bilərik  ki,  Azərbaycan  unitar  dövlətdir,  çünki 

burada yaşayan əhalinin əksəriyyəti türklərdir. Ancaq İsevçrə 

konfederasiyadır, çünki burada almanlar və fransızlar bərabər 

şəkildə  yaşayır  və  bu  dövlətdə  hər  iki  millətin  dili, 

mədəniyyəti  eyni  şəkildə  öz  əksini  tapmışdır.  Eyni  sözləri 

federasiya  olan  Rusiya  haqında  da  demək  olar.  Əslində 

Azərbacyan  unitar  dövlət  olduğu  halda,  onu  çoxmillətli  ölkə 

kimi  qələmə  vermək  məntiqə  uyğun  gəlmir.  Bu  mənada, 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

468 



468 

Azərbaycana  münasibətdə  «çoxetnoslu»  anlayışının  ciddi 

izaha ehtiyacı olduğu halda, «çoxmillətli» terminindən istifadə 

olunmasını isə qətiyyən doğru hesab etmirik.  

Yeri gəlmişkən, bəzən «Azərbaycan xalqı» anlayşı ilə 

yanaşı,  «azsaylı  xalqlar»  anlayışından  da  tez-tez  istifadə 

olunur. Bundan belə nəticə çıxır ki, Azərbaycanda iki cür xalq 

var: 1) Azərbaycan xalqı; 2) azsaylı xalqlar.  

Fikrimizcə, xalq anlayışının tərkibinə müxtəli etnoslar 

(çoxetnosluluğu vahid şəkildə ifadə etmək üçün) daxil olduğu 

üçün, yalnız Azərbaycan xalqı anlayışından istifadə olunmalı-

dır.  Əks  təqdirdə  belə  çıxır  ki,  «Azərbaycan  xalqı»  dedikdə 

türklər  nəzərdə  tutulur,  azsaylı  xalqlar  dedikdə  isə  türk 

olmayan etnoslar. Halbuki bir ölkədə işlədilən xalq anlayışına 

bütün  etnoslar  daxildilər.  Yəni  «Azərbaycan  xalqı» 

anlayışının  tərkibinə  türklərlə  yanaşı,  türk  olmayan  azsaylı 

etnoslar (talışlar, ləzgidlər, tatlar, kürdlər və b.), eyni zamanda 

burada  yaşayan  milli  azlıqlar  (rus,  gürcü  və  b.)  aiddirlər.  Bu 

mənada,  fəlsəfə  doktoru  Rövşən  Hacıyevin  o  fikri  ilə 

razılaşırıq  ki,  Azərbaycan  xalqının  formalaşmasında 

respublikamızda  yaşayan  bütün  etnosların  az  və  ya  çox 

dərəcədə rolu olmuşdur:  “Aydındır ki, xalqımzın vahid Azər-

baycan  türkcəsində  danışması  gerçəkliyi  dövlətin  forma-

laşması  prosesində  sayca  üstünlük  təşkil  edən  yerli  türk 

etnosunun  aparıcı  rola  malik  olması  gerçəkliyindən  xəbər 

verir” [96, 156]. 

Azərbaycan  milli  ideologiyasını  «çoxentoslu»  yöndən 

şərh  edən  akademik  Əfrand  Daşdəmirov  da  hesab  edir  ki, 

azərbaycançılıq ideologiyasından və onun türkçülüyə münasi-

bətindən bəhs edərkən Azərbaycanın çoxetnoslu olması nəzərə 

alınmalıdır.  Onun  fikrincə,  Azərbaycan  ideyasının  özünə-


www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

469 


məxsusluğu  daha  çox  Azərbaycan  etnikliyinin  təbiətilə 

şərtlənir  ki,  Azərbaycan  mədəniyyətinin  də  meydana 

çıxmasında  Qafqaz,  Türk  və  İran  xalqlarının  mənəvi 

sərvətləri, eləcə də İslam mədəniyyəti mühüm rol oynamışdır 

[265,  11].  Doğrudur,  Ə.Daşdəmirov  öncə,  Azərbaycan  milli 

ideyasının  yaranmasında  Qafqaz  və  İran  xalqları  ilə 

müqayisədə  İslam  və  Türk  komponentlərinin  üstünlüyünü 

etiraf edir. O, əvvəlcə qeyd edir ki, milli tariximizin 70 ildən 

çox  davam  etmiş  SSRİ  dövründə  ən  çox  Türk  və  İslam 

komponentlərinin milli şüurdan sıxışdırılması, deformasiyaya 

uğraması 

nəticəsində 

mədəniyyətin 

etnik 


potensialı 

azalmışdır: 

«Amansız 

siyasi 


repressiyalara, 

İslam 


dünyasından,  türk  əlaqələrindən  və  dəyərlərindən  təcrid 

olunma  şəraitinə  baxmayaraq,  azərbaycanlılar  ibrətamiz 

inadkarlıq  nümayiş  etdirərək,  öz  mədəniyyətlərinin  tarixi 

potensalını  qoruyub  saxlaya  bilmiş,  sovet  cəmiyyətinin 

mürəkkəb  syiasi,  sosial-iqtisadi  şəraitinə  uyğunlaşmışlar. 

Mədəniyyətin  bu  və  ya  digər  dərəcədə  qadağalara  məruz 

qalmış  İslam  və  Türk  komponentləri  o  dövrdə  müdafiə 

reaksiyasının  başlıca  simvolları  kimi  əhəmiyyət  kəsb  edir, 

azərbaycanlılar  bunlarda  öz  milli  hisslərini  görür,  onlara 

indikativ  məna  verib  öz  identikliyini  qururdular»  [72,  127]. 

Akademikə  görə  xüsusilə  türk,  türksevərlik  motivləri  həmişə 

azərbaycanlıların milli mənlik şüuruna, milli hisslərinə yaxın, 

doğma olub. Onun fikrincə, bu baxımdan bunun təcəssümünü 

azərbaycanlıların  Türkiyədə,  onun  xalqında,  mədəniyyətində, 

dilində  axtarmaları  təsadüfi  deyildir:  «Buna  görə  də  türk 

həmrəyliyi,  türk  xalqı  ilə  dostluq,  qardaşlıq  ideyaları  münbit 

zəminə düşərək ermənilərlə qarşıdurmada, dövlətçiliyin, müs-

təqilliyin möhkəmləndirilməsi uğrunda mübarizədə  etnosəfər-



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

470 



470 

bəredici  rol  oynamışdır»  [72,  139].  O  daha  sonra  yazır: 

«Bütöv  bir  dövr  ərzində  türkçülük  ideyası  tarixi  köklərə 

qayıdışın təcəssümü olmuş, İslam fəlsəfəsi və ideologiyası isə 

azərbaycanlıların  formalaşmaqda  olan  milli  şüurunun  və 

mənlik  şüurunun,  mənəvi-əxlaqının  bünövrəsi  rolunu 

oynamışdır» [72, 154]. 

Maraqlıdır,  akademik  türk  ideyasının  Azərbaycan 

xalqının,  onun  dövlətinin  yaranmasında  mühüm  rolunu  etiraf 

etməklə  yanaşı,  ancaq  indiki  zamanda  onun  əhəmiyyətini 

olduqca azaldır. Eyni zamanda, o, SSRİ dövründə Azərbaycan 

türklərinin  milli  mənlik  şüurunun  zədələnməsini,  demək  olar 

ki,  nəzərə  almaq  istəmir  və  bu  zaman  yuxarıdakı  fikirlərinə 

zidd mülahizələr səsləndirir. Məsələn, yuxarıda türksevərliyin, 

türklüyün  Azərbaycan  xalqına  doğma  və  yaxın  olduğunu 

yazan  akademik  daha  sonra  iddia  edir  ki,  ötən  əsrin 

əvvəllərində  «türk»  etnonimi  şüura  kifayət  qədər  möhkəm 

hopmamışdır:  «Hər  halda,  30-cu  illərin  ikinci  yarısında 

inzibati  yolla,  «yuxarıdan  aşağıya»  «türk»  etnoniminin 

«azərbaycanlılar»  etnonimi ilə əvəz olunması,  məlum olduğu 

kimi, elə bir müqavimətə rast  gəlmədi.  Bundan əlavə,  «türk» 

adı  tamamilə  unudulmasa  da,  hər  halda,  tarixi  yaddaşın 

periferik  qatına  «endi».  Bu  isə,  hər  necə  olsa,  milli  mənlik 

şüurunun  həmin  ada  etinasızlığından  xəbər  verir»  [72,  141]. 

Çox  qəribədir,  «türk»  adı  türk  olan  bir  millət  üçün  hansı 

mənada  etinasız  ola  bilər?  Eyni  zamanda,  necə  oldu  ki, 

dünənə qədər «azərbaycanlı» anlayışını nadir hallarda işlədən 

bir  millət  üçün  bu  ad  qısa  bir  zamanda  kütləvləşdi  və 

doğmalaşdı?!  

Fikrimizcə,  azərbaycançılığın  bu  cür  əsaslandırıl-

masının  heç  bir  məntiqi  yoxdur.  Çünki  bəlli  olduğu  kimi, 


www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

471 


«türk» etnoniminə qarşı qəti hücum başlayarkən  (1937-1938-

ci illər) «müqavimətə rast gəlinməməsi»nə səbəb Azərbaycan 

türklərinin  milli  kimliklərinə  və  milli  dillərinə  biganə 

olmaları, yaxud da onların şüurunda bu amillərin kifayət qədər 

hopmaması ilə deyil, 1920-ci il 27 aprel işğalından ötən 16-17 

il  ərzində  milli  aydınlarının  100-də  90  faizinin  ya 

güllələnməsi,  ya da sürgünə göndərilməsi ilə bağlı olmuşdur. 

Yəni  işğaldan  sonrakı  dönəmdə  türklüyə,  milliliyə  xidmət 

edənlərə  qarşı  bu  cür  amansız  repressiyalardan  sonra, 

Azərbaycan türklərinin «yuxarıdan aşağıya» «türk» etnoniminin 

«azərbaycanlılar»  etnonimi  ilə  əvəz  olunmasının  müqavimətsiz 

baş  verməsini  söyləmək  heç  bir  oybektivliyə  əsaslana  bilməz. 

Üstəlik, akademikin türk etnonimi ətrafında baş verənləri xalqın 

milli  mənlik  şüurunun  həmin  ada  etinasızlığı  ilə  bağlaması, 

sözün  açığı  başa  düşülən  deyildir.  Əgər  Azərbaycan  xalqının 

milli mənlik şüurunda «türk» adına etinasızlıq var idisə, o zaman 

nədən  Ə.Hüseynzadə,  Ə.Ağaoğlu,  Ü.Hacıbəyli,  N.Yusifbəyli, 

M.Ə.Rəsulzadə, Ə.Topçubaşov və başqaları 19-cu əsrin sonu – 

20-ci  əsrin  əvvəllərində  türklük  davasını  aparmış,  1918-ci  ildə 

qurulan  Azərbaycan  Cümhuriyyətinin  dilini  türk  dili  elan 

etmişlər?!  Üstəlik,  unutmaq  olmaz  ki,  1920-ci  ildə  Sovet 

Rusiyası  qoşunlarının  birbaşa  hərbi  müdaxiləsi  ilə  süquta 

uğradılmış  Azərbaycan  Cümhuriyyətinin  yerində  yaradılmış 

Azərbaycan  SSR-nin  rəhbərləri  və  həmin  dövrdə  yaşamış 

ziyalıları başda N.Nərimanov olmaqla, bir müddət türk kimliyinə 

və  türk  dilinə  birmənalı  şəkildə  sahib  çıxmışlar.  Ona  görə  «bir 

müddət»  deyirik  ki,  artıq  həmin  vaxt  ərzində  milli  mənlik 

şüurunun  daşıyıcılarının  əksəriyyəti  məhv  edildi;  repressiyaya 

uğramamış çox az bir qisim ziyalılar baş verənlərlə «razılaşmalı» 

oldular.  Bu  baxımdan  Azərbaycan  türk  etnoniminin 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

472 



472 

«azərbaycanlılar»la  əvəz  olunmasının  «müqavimətsizlik»  və 

milli mənlik şüurunun etinasızlığı ilə bağlamaq nəinki ağlabatan 

deyildir, bu elmi obyektivlikdən çox uzaqdır. 

Maraqlıdır ki, akademik xalqın təbii istəyilə milli mənlik 

şüurunda  yer  tapan  «türk»  etnoniminə  münasibətdə 

etinasızlıqdan  bəhs  etdiyi  halda,  «azərbaycanlı»  etnoniminin 

«kütləvi  mənlik  şüuruna»  yeridilməsini  yanlız  inzibati-amirlik 

sisteminin  siyasi-ideoloji  amilləri  ilə  deyil,  zamanca  üst-üstə 

düşən  mədəni  inqilab,  sənayeləşmə  proseslərinin  etnososial 

nəticələrilə əlaqələndirir. Hətta, Ə.Daşdəmirovun fikrincə, nəticə 

etibarilə bu və ya digər etnonimin (türk, azərbaycanlı və b.) necə 

və  nə  məqsədlə  yayılması,  qərarlaşması  deyil,  vacib  məsələ 

xalqın  əsas  kütləsi  tərəfindən  bu  etnonimin  qəbul  edilməsi, 

yaxud  rədd  olunmasıdır:  «Bu  baxımdan,  «azərbaycanlılar» 

etnonimi,  onun  «müəllifləri»nin  siyasi  niyyətlərindən  asılı 

olmayaraq  Azərbaycan  etnosunun  şüuruna,  demoqrafik 

toplumun psixikasına möhkəm daxil olmuşdur. Və bu real etnik 

vəziyyəti  dəyişmək  cəhdləri  insanlar  üzərində,  onların 

mentallığı,  mənəvi  mənliyi  üzərində  zorakılıqdan  başqa  bir  şey 

deyildir» [72, 141].  

İnzibati-amirlik  sisteminin  siyasi-ideoloji  amilləri  ilə 

etnonimin  adında  nə  cür  dəyişikşliklərin  baş  verməsi  barədə 

geniş  müzakirə  açmadan,  qeyd  etmək  istərdik  ki,  burada 

akademiklə  razılaşmadığımız  əsas  məqam  vurğunun  etnonimin 

necə və nə məqsədlə yayılmasının deyil, etnonimin xalq kütləsi 

tərəfindən  iqrar  və  ya  inkarının  üzərinə  düşməsi  məsələsidir. 

Daşdəmirovun fikrindən belə anlaşılır ki, bir millətin  məqsədcə, 

mənaca  ona  yaxın  və  doğma  olan  türk  etnonimini  deyil, 

işğalçılıq dövründə «yuxarıdan aşağıya» ona zorla qəbul etdirilən 

istənilən etnonimi, o  cümlədən   «azərbaycanlı»  kimliyini qəbul 


www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

473 


etməsi  təbiidir.  Daşdəmirovun  məntiqi  ilə  gərək  Azərbaycan 

türkləri  19-cu  əsrdə  çar  Rusiyası  tərəfindən  onun  milli  mənlik 

şüuruna  yeridilən  «tatar»  etnonimindən  də  imtina  etməməli 

idilər.  Axı  unutmamalıyıq  ki,  bir  əsr  bundan  əvvələ  qədər 

«yuxarıdan  aşağıya»  zorla  qəbul  etdirilən  assimilyasiya 

nəticəsində  dilimiz,  millətimiz,  ədəbiyyatımız,  mədəniyyətimiz, 

məktəblərimiz  «tatar»  adlandırılırdı.  Hətta,  çarizmin  bu 

«yuxarıdan  aşağıya»  yönəlmiş  müstəmləkəçilik  siyasəti 

nəticəsində  bəzi  ziyalılarımız  da  «tatar»  etnonimindən  istifadə 

edirdilər.  Ancaq  1900-1920-ci  illərdə  Ə.Hüseynzadənin, 

Ə.Ağaoğlunun, 

M.Ə.Rəsulzadənin, 

N.Yusifbəylinin 

və 


başqalarının  müəyyənləşdirdikləri  milli  ideologiya  nəticəsində 

Azərbaycan xalqı bu dəfə «yuxarıdan aşağıya» məcburi siyasətlə 

deyil, əksinə «aşağıdan yuxarıya» təklif edilən təbii istəklə, qısa 

bir  müddətdə  türk  etnonimi  adına  qovuşmuşdu.  Halbuki  çar 

Rusiyası  və  SSRİ    ideoloqları  uyğun  olaraq  «tatar»  və 

«azərbaycanlı»  kimlikləri  formalaşdırmaq  üçün  onillərlə  vaxt 

sərf etməli olmuşlar.  

Bu  baxımdan  hesab  edirik  ki,  Ə.Daşdəmirov 

azərbaycançılıq  və  türkçülük  məsələsinə  qismən  obyektiv 

şəkildə  yanaşmış,  əsasən  subyektiv  mövqedən  çıxış  etmişdir. 

Məhz məsələyə subyektiv yanaşmanın nəticəsidir ki, akademikin 

fikrincə,  çağdaş  dövrdə  Azərbaycan  xalqı  türk  ideyasına  deyil, 

«azərbaycanlı»  etnoniminə  sahib  çıxmaqla  mühafizəkarlıq 

etmişdir:  «Türk  ideyası  bəlkə  ona  görə  Azərbaycan  mənlik 

şüurunu  inhisara  ala,  çoxməsaməli  Azərbaycan  etnikliyini 

tamamilə  özünə  hopdura  bilmədi  ki,  Azərbaycanın  etnik 

mədəniyyəti  müasir  mərhələdə  də  yetərincə  möhkəm 

mühafizəkarlıq  nümayiş  etdirdi.  Görünür,  elə  buna  görə 

etnonimlə,  dillə  manipulyasiya  baş  tutmamışdır»  [72,  142]. 


www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

474 



474 

Birincisi,  türklük  ideyası  heç  zaman  qeyri  müəyyən 

«Azərbaycan  mənlik  şüurunu»  inhisara  almağa  cəhd 

göstərməmişdir. Çünki Azərbaycanda bütün zamanlarda, əsasən 

türk  mənlik  şüuru  hökm  sürmüşdür.  Təkcə  bir  faktı  yenidən 

xatırlatmaq yerinə düşərdi ki, 7-ci əsrə aid tarixi məlumata görə, 

Xəlifə  Müaviyənin  müşaviri  Azərbaycanın  qədimdən  türklər 

ölkəsi  olmasını  söyləmişdir.  İkincisi,  Azərbaycan  türklərinin 

digər  etnik  qrupları  tamamilə  özünə  hopdura  bilməməsi  fikrinə 

gəlincə,  bu  türk  millətinin  hər  zaman  azsalyı  etnosların 

mədəniyyətinə,  dilinə  xoşgörüdən  yanaşmasının,  assimilyasiya 

düşüncəsindən  həmişə  uzaq  olmasının  bir  ifadəsidir.  Ancaq 

akademikin  bütün  bunları  obyektiv  şəkildə  dəyərləndirmək 

əvəzinə, bunu qeyri-müəyyən Azərbaycan etnik mədəniyyətinin 

türk  ideyası  üzərində  qələbəsi  kimi  qələmə  verməsi  tamamilə 

yanlışdır.  Eyni  zamanda,  Ə.Daşdəmirovun  o  fikrini  də  doğru 

saymırıq  ki,  zaman  keçdikcə  türksevərliyin  millət  fövqündə 

duran fenomen olduğu dərk edilmiş, bununla da «bir millət – iki 

dövlət»  ideyası  Azərbaycan  cəmiyyətində  geniş  müdafiə 

olunmamışdı  [72,  139].  Bizcə,  tamamilə  əksinə  Azərbaycan 

türklərinin məhz müstəqil türkçülüyü müdafiə etmələrinin, Türk 

birliyinə  isə  daha  çox  mənəvi  baxımdan  yanaşmalarının 

nəticəsidir  ki,  nəinki  «bir  millət  –  iki  dövlət»,  digər  Türk 

dövlətləri  ilə  də  ən  azı  mənəvi-mədəni  birlik  ideyasına  həmişə 

dəstək  veriblər  və  bu  gün  də  verirlər.  Əlbəttə,  bu  məsələyə 

münasibətdə bir qədər fərqli düşünənlər ola bilər. Ancaq bu heç 

də çoxluğun fikri demək deyildir.  

Hər halda, bütün bunlardan sonra Ə.Daşdəmirov belə bir 

nəticə çıxarır ki, Azərbaycanın müasir ideoloji həyatında iki xətt, 

yaxud  meyil  təzahür  edir:  «Birinci  meyil  –  azərbaycançılıq 

ideyasının  ümumtürk,  ümumislam  ideyasında  əriməsinə 


www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

475 


yönəlmişdir. İkinci meyil – türk kökləri, Qafqaz reallıqları, milli-

demokratik  meyillər,  islam  qaynaqları  da  daxil  olmaqla, 

Azərbaycanın  çoxlaylı  etnik  mədəniyyətini  birləşdirən 

azərbaycançılıq  formulunu  təsbit  edir»  [72,  160].  Yenə  də 

anlaşılan  deyildir  ki,  azərbaycançılıq  türkçülük  və  islamçılığın 

içində əridilir, yaxud da əksinə poses baş verir?! Ümumiyyətlə, 

axı konkret kimlər və hansı məqsədlə azərbaycançılığı türkçülük 

və islamçılığın içində əridirlər? Bizə elə gəlir ki, burada söhbət 

«əritməkdən» deyil, bu ideyaların bir-birilə uzlaşmasından, ortaq 

nöqtələrin  tapılmasından  getməlidir.  Ən  əsası  unutmaq  lazım 

deyildir  ki,  müstəqil  Azərbaycan  ideyası,  indiki  anlamda 

azərbaycançılıq  «üçlüy»ün  əsasında  meydana  çıxmış  və 

Azərbaycan Cümhuriyyətinin yaranması ilə nəticələnmişdir. Bu 

baxımdan, fəlsəfə elmləri doktoru Dilqəm İsmayılovun təbrincə 

desək, 

türkçülük 



azərbaycançılığı 

qoruyan 


prinsipdir: 

«Azərbaycanın gələcəyini bu prinsipi yüksək tutan xalqımız qura 

bilər.  Həm  sosial,  həm  də  coğrafi  mənada    azərbaycançılıq 

türkçülüyü  tamamlayan  prinsip  olmalıdır.  Beləliklə,  bizim 

ideologiyamız  azadlığa,  dövlətçiliyə,  ədalətə,  türkçülüyə,  azər-

baycançılığa, müasirliyə və dünyəviliyə əsaslanan bir ideologiya 

olmalıdır» [118, 106]. 

Hazırda  azərbacyançılıq  və  müasirləşmə  ideologiyasını 

türkçülük və islamçılığa alternativ kimi görən, bu mənada onlar 

arasında  oxşarlıqlarla  yanaşı,  fərqlərin  göstərilməsinin 

zəruriliyindən  bəhs  edən  müəlliflərdən  fəlsəfə  elmləri  doktoru, 

prof. İlham Məmmədzadənin fikrincə, türkçülük və islamçılığın 

tərəfdarları  keçmişlə  indini  fərqləndirmək  istəmirlər:    «Nəyinsə 

20-ci  əsrin,  hətta  90-cı  illərin  əvvəlində  sosiumun  ideoloji 

həyatının bir hissəsi olması heç də o demək deyil ki, o, heç bir 

dəyişikliyə  uğramadan  bugünkü  Azərbaycan  üçün  də  yarayır. 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

476 



476 

Şübhəsiz,  islam  və  türkçülük  variantları  bizim  ideoloji 

həyatımızın tarixinin, identikliyimizin real hissələridir və əvvəlki 

kimi  də  bizə  təsir  göstərməkdə  davam  edəcəklər.  Bununla 

yanaşı, bizdə mədəniyyət və tariximizin mühüm hissəsini təşkil 

edən  digər  dəyərlərimiz  də  mövcuddur»  [155,  14].  Hazırda 

türkçülüyün  deyil,  azərbaycançılığın  vacibliyini  sübut  etmək 

üçün, İ.Məmmədzadə daha sonra yazır: «Marksizm qanunlarına 

əsaslanaraq,  bəziləri  20-ci  əsrin  əvvəllərinə  aid  ideyalardan 

yoğrulmuş  türkçülük  ideologiyasını  yaratmağa  və  başqalarına 

qəbul etdirməyə cəhd göstərirlər. Guya bütün türk xalqlarını bir 

dövlətin himayəsi altında birləşdirmək lazımdır, qan-soy birliyi, 

mənşə  birliyi  mədəniyyətdən,  siyasi  və  geosiyasi,  iqtisadi  və 

sosial mənafelər isə vətəndaşların seçimindən vacibdir. Belə bir 

sual yarana bilər ki, belə olduğu halda, söz türkçülük ideallarının 

dirçəldilməsindən  gedəndə  biz  marksizm  qanunlarını  nədə 

görürük? Bu qanunlar özünü onda göstərir ki, dünyanın rasional 

dərk  edilməsində,  Azərbaycan  millətinə  özünün  inkişaf 

yollarının  əsaslandırılmasından  çox  uzaq  nəsə  sırınır,  nəhayət, 

azərbaycanlıların  bir  hissəsinin  azərbaycanlı  olmaq  və  dost 

xalqlarla  əlaqə  saxlamaq  və  s.  bu  kimi  sarsılmaz  arzularına 

əhəmiyyət verilmir» [155, 16].   

Biz  də  hesab  edirik  ki,  ötən  əsrdə  mövcud  olan 

ideyalardan  bəhs  edərkən  onları  indiki  cəmiyyətə  olduğu  kimi 

uyğulamaq  lazım  deyildir.  Ancaq  bu  o  da  demək  deyil  ki,  biz 

Azərbaycan dövlətçiliyinin yaranmasında müstəsna rol oynayan 

milli  ideyaları  bu  gün  yalnız  tarixin,  ya  da  milli  identikliyin 

hissələri kimi görməliyik. Əgər yeni dövrdə, doğrudan da, həmin 

ideyaları  reallaşdırmaq  mümkün  deyilsə,  ancaq  onların  əvəzinə 

irəli  sürülən  ideya  və  ya  ideologiyada  bu  və  ya  digər  formada 

varisliyi  qorumaq  da  mütləqdir.  Əks  təqdirdə  bizim 

1   ...   43   44   45   46   47   48   49   50   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə