İntellektual-Elektron Kitabxananın təqdimatında



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə48/58
tarix06.05.2017
ölçüsü3,32 Mb.
1   ...   44   45   46   47   48   49   50   51   ...   58

www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

477 


Cümhuriyyətin  nəinki  mənəvi-ruhi,  hətta  siyasi-hüquqi 

baxımdan davamçısı olmağımızın da heç bir mənası olmaz. Ən 

azı  ona  görə  ki,  20-ci  əsrin  əvvəllərində  Azərbaycan  milli 

ideyasının  təcəssümü  olan  üçrəngli-üçmənalı  (türkləşmək, 

müasirləşmək  və  islamlaşmaq),  eyni  zamanda  vahidliyi  və 

bütövlüyü  (milli  ruhlu  azərbaycançılığı)  ifadə  edən  bayrağı 

ucaldan  Azərbaycan  Cümhuriyyəti  olmuşdursa  da,  onu  həmin 

əsrin sonlarında yenidən dövlət bayrağı kimi qəbul edən də biz 

azərbaycanlılarıq.  Hər  halda,  bugünkü  Azərbaycanın  dövlət 

bayrağı  ötən  əsrin  əvvəllərində  təməli  qoyulmuş  Azərbaycan 

milli ideyasının – azərbaycançılığın bariz təcəssümüdür. Deməli, 

çağdaş dövrün tələblərinə uyğun gəldiyi iddia edilən azərbaycan-

çılığın və müasirləşməyin təməli də məhz 20-ci əsrin əvəllərində 

həmin  ideyaların  əsasında  qoyulmuşdur.  Bu  mənada, 

müasirləşməyi  azərbaycançlıqla  yanaşı,  ayrıca  bir  ideologiya 

kimi təqdim etməyin özü də mübahisəlidir. 

Fikrimizcə  «üçlüy»ü,  xüsusilə  də  türkçülüyü  və  onun 

bariz təcəssümü olan Azərbaycan milli ideyasını («üçlük»+azər-

baycançılığı)  yalnız  tarixin,  ya  da  identikliyin  hissələri  kimi 

qəbul  etmək  doğru  deyildir.  Yəni  burada  əsas  məsələ 

Azərbaycan  xalqının  (yurdaşlıq  və  dövlətçilik  anlamında) 

özünəməxsus  inkişaf  yolunun  ənəgəllənməsi  deyil,  bəlkə  də 

əksinə azərbaycançılığı «üçlük», o cümlədən türkçülük əsasında 

daha inandırcı və etibarlı etməkdir. O ki qaldı milli ideologiyanın 

tərikib  hisəssi  olan  hər  hansı  bir  ideyaya  (türkçülük, 

azərbaycançılıq,  modernləşmə  və  s.)  münasibətdə  bəzi  kənara 

çıxmalara, ifrata varmalara - bu həmişə olmuşdur, indi də var və 

gələcəkdə də olacaqdır. 

Ümumiyyətlə, İ.Məmmədzadənin türkçülük və azərbay-

cançılıqla  bağlı  fikirlərindən  belə  nəticə  çıxarmaq  olar  ki,  o, 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

478 



478 

sonuncunun  müstəqil  şəkildə,  yəni  türkçülüklə  heç  bir 

eyniləşdirmə  aparılmadan,  əksinə  ona  alternativ  bir  ideya  kimi 

formalaşmasında  və  inkişafında  maraqlıdır.  Çünki  İ.Məmməd-

zadə  də  hesab  edir  ki,  əgər  Azərbaycanda  türkçülük  ideyası 

varsa,  bu  müəyyən  mənada  Türkiyə  ilə  etnik  və  ya  milli 

qohumluqdan qaynaqlanır. Halbuki bu qohumluq fərqləri istisna 

etməməlidir.  Bu  mənada,  Heydər  Əliyevin  Türkiyə  türkləri  və 

azərbaycanlıllar  arasında  əlaqələrdən  danışarkən  irəli  sürdüyü 

«biz bir millət, iki dövlətik» tezisini o, belə izah edir:  «Bəziləri 

üçün  bu  tezis  yalnız  bizim  bir  millət  olduğumuza  dəlalət  edir, 

lakin  ideologiyamız  və  elmimiz  üçün  çox  əhəmiyyətli  olan  bu 

tezisin  bizim  iki  dövlətimizin  olduğu  barədəki  ikinci  tərəfinin 

əhəmiyyəti  bundan  heç  də  az  deyildir.  Yəni  bu  tezis  bir  çox 

alimlərin  təsəvvür  etdiyindən  daha  dərindir.  Azərbaycanda 

dövlət xalqın, millətin, yəni vətəndaşların taleyi üçün çox böyük 

məsuliyyət  daşıyır.  Bizim  vətəndaş  cəmiyyətimiz  hələ  yalnız 

təşəkkül  prosesindədir,  buna  görə  də  Dövlətin  ölkənin  idarə 

edilməsi, iqtisadi problemlərin həlli ilə yanaşı, həm ictimai, həm 

də mədəni missiyası, məsul vəzifələri vardır. Türkiyə dövlətinin 

də  öz  vətəndaşları  qarşısında  məsul  vəzifəsi,  missiyası  və  s. 

vardır» [155, 17].  

Bir sözlə, İ.Məmmədzadənin H.Əliyevin «biz bir millət, 

iki  dövlətik»  tezisi    ilə  bağlı  fikirlərindən  belə  nəticə  çıxarmaq 

olar ki, birincisi burada əsas vurğu «bir millət» anlayışına deyil, 

«iki  dövlət»  məhfumuna  yönəlməlidir.  İkincisi isə,  «bir millət» 

anlayışının  özü  də  xalqlar  arasındakı  oxşar  və  fərqli  cəhətləri 

aşkar  etmək  üçün  kifayət  etmir.  Bununla  da,  İ.Məmmədzadə 

belə  nəticəyə  gəlir  ki,  əslində  türkçülük  azərbaycançılığa  və 

müasirləşməyə alternativ ideologiyadır, bu mənada ideoloqların 

onları  birləşdirməyə  çalışaraq  fərqləri  nəzərə  almamaları  doğru 


www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

479 


deyildir:  «İdeoloqlarımızın elmi əsərlərinin heç birində Türkiyə 

və  Azərbaycan  millətləri  arasında  fərqlərə  dair  tədqiqata  rast 

gəlmək mümkün deyil. Bir sözlə, türkçülük ideoloqları mədəni, 

sosial  və  siyasi  fərqləri  görməməyə  çalışırlar.  Vaxtilə  bu 

xəstəlikdən  sovet  doqmatik  marksizmi  də  əziyyət  çəkmiş, 

inqilaba bəraət qazandırmaq, həmçinin  bazar münasibətlərindən 

imtina  etmək  istəmişdir.  Amma  gördüyümüz  kimi,  bunun 

nəticəsi bizim üçün acınacaqlı olmuşdur» [155, 33-34].  

Bizə elə gəlir ki, H.Əliyevin «biz bir millət, iki dövlətik» 

tezisində əsas vurğunun «bir millət», ya da «iki dövlət»in üzərinə 

düşməsindən  asılı  olmayaraq,  burada  vacib  olanı  müəyyən 

mənada eyni etnik mənşəyi, dili, mədəniyyəti, ədəbiyyatı, tarixi 

paylaşmaqla yanaşı, siyasi, iqtisadi, mədəni, hərbi və s. mənalar-

da  da  bir-birinə  dəstək  olmalarıdır.  Şübhəsiz,  bütün  bunlar 

Türkiyə  və  Azərbaycan  müstəqil  dövlətlər  kimi  başqa 

ölkələrlə əlaqələr qurması,  ya da dostluq  yaratmalarına əngəl 

ola bilməz. Türkiyə və Azərbaycan türkləri arasında fərqlərin 

olması,  o  cümlədən  türkçülük  və  azərbaycançılığın 

alternativliyi  məsələsinə  gəlincə,  fikrimizcə,  bu  məsələdə  də 

obyektivliyə 

əməl 

edilməli, 



yəni, 

yalnız 


mövcud 

gerçəkliklərdən deyil, eyni zamanda ortaq milli tarixi, mədəni, 

bir sözlə milli dəyərlərdən də çıxış edilməlidir. 

Bu baxımdan türkçülük və azərbaycançılığın bir-birinə 

alternativ  olması  prizmasından  çıxış  edən  gənc  tədqiqatçı, 

fəlsəfə  üzrə  fəlsəfə  doktoru  Əliyar  Orucovun  «Azərbaycan 

xalqı milli özünüdərk yollarında: XIX əsrin sonu  – XX əsrin 

əvvəlləri»  monoqrafiyasında bu məsələ ilə bağlı irəli sürdüyü 

bəzi  fikirlərlə  də  razılaşmırıq.  Çünki  Ə.Orucov  bu  əsərində 

iddia  edir  ki,  o,  milli  ideologiyaya  münasibətdə 

F.Ələkbərovdan  (yəni  bu  kitabın  müəllifindən)  fərqli  olaraq, 


www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

480 



480 

türkçülüyə deyil, azərbaycançılığa əsaslanmışdır:  «Tədqiqatçı 

alim  Faiq  Ələkbərovun  «Milli  ideologiya  probleminə  tarixi-

fəlsəfi  baxış»  (I hissə) adlı monoqrafiyası  mövzuya  yaxınlığı 

ilə  seçilir.  Amma  buna  baxmayaraq  həmin  monoqrafiya 

əsasən milli  ideologiya  məsələlərinin tədqiqinə  həsr olunmuş 

və 

həmin 


məsələlərə 

türkçülük 

nöqteyi-nəzərindən 

yanaşılmışdır.  F.Ələkbərovun  monoqrafiyasından  fərqli 

olaraq,  oxuculara  təqdim  etdiyimiz  monoqrafiya  da  isə  sırf 

milli  özünüdərk    məsələlərindən  bəhs  olunmuş  və  burada 

türkçülük  deyil,  məhz  azərbaycançılıq  ideologiyası  önə 

çəkilmiş  və  həmin  dövrdə  milli  özünüdərk  prosesi  tədqiq 

olunaraq,  müasir  dövrlə  azərbaycançılıq  baxımından 

əlaqələndirilmişdir»  [174,  10].  Birincisi,  bu  müəllif 

göstərməmişdir  ki,  F.Ələkbərov  konkret  hansı  mənada  milli 

ideologiya  məsələlərinin  həllində  azərbaycançılığa  deyil, 

məhz  türkçülüyə  əsaslanmışdır.  İkincisi  isə,  Ə.Orucovun 

burada  irəli  sürdüyü  fikrindən  belə  nəticə  çıxsa  da  ki,  milli 

ideologiya 

məsələsində 

türkçülüyə 

deyil, 


yalnız 

azərbaycançılığa  əsaslanmaq  lazımdır,  ancaq  onun  həmin 

kitabının 

digər 


yerlərində 

türkçülüyün 

Azərbaycan 

Cümhuriyyətinin  yaranmasında  və  milli  ideyanın  yaşadıl-

masındakı  mühüm  rolu  dəfələrlə  qeyd  edilmişdir.  Ə.Orucov 

yazır:  «İslamçılıq  və  türkçülüyün  Azərbaycanda  geniş  vüsət 

alması,  son  nəticədə  milli  azadlıq  mübarizəsinin,  milli 

oyanışın,  milli  mənlik  şüurunun  və  milli  özünüdərketmənin 

inkişafına, yüksəlişinə səbəb olmuşdu» [174, 232]. 

Qeyd  edək  ki,  türkçülük  və  azərbaycançılığın 

alternativ,  yoxsa  eynilik  təşkil  etməsi,  yaxud  da  hazırda 

onlardan  hansının  zəruri  olması  məsələsində  bu  ideyaların 

ortaq 

nöqtələrindən  çıxış  edən  Azərbaycan  alimləri 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

481 


Ə.Tağıyev, 

Ə.Abbasov, 

Y.Türkel, 

N.Şəmsizadə 

və 

başqalarıdır.  Bu  müəlliflər  ümumilikdə  türkçülük  və 



azərbaycançılığın  sinergizmindən  çıxış  etsələr  də,  bəzi 

məsələlərdə  ziddiyyətli  mövqe  tuturlar.  Burada  həmin 

ziddiyyətləri göstərməklə  yanaşı,  onlarla razılaşdığımız və  ya 

razılaşmadığımız məqamlara da toxunmuşuq. 

Məsələn,  türkçülük  və  azərbaycançılığın  sinergizmin-

dən  çıxış edən Azərbaycan filosofu, professor Əlikram Tağı-



yevin  fikrincə,  türkçülük  və  islamçılıq  əsasında  yaranan  və 

M.Ə.Rəsulzadə tərəfindən milli ideyaya çevrilən  azərbaycan-

çılıq  həm  etnik-türk ideyası  [210, 36],  «həm  də bir çox milli 

etnik  ideyaların  toplusudur,  çünki  vətəndaşlıq  ideyasıdır, 

Azərbaycanda yaşayan müxtəlif aborigen xalqların (türk, talış, 

ləzgi,  tat,  avar  və  b.)  vahid  dövlətinin  ideyasıdır»  [217,  20]. 

Bu  məsələdə  Azərbaycan  filosofu  ilə  əsas  razılaşmadığımız  

məqam  odur  ki,  azərbaycançılıq  ilk  növbədə,  türkçülüyün 

ifadəsidir.  Ə.Tağıyev  daha  sonra  yazır:  «Vaxtilə  o 

(azərbaycançılıq  –  F.Ə.)  türkçülüyün  bir  qolu  kimi  çıxış 

edirdisə,  burada  indi  o,  artıq  türkçülüyü  də  özündə  təcəssüm 

etdirir.  Yəni  azərbaycançılıq  bir  tək  etnik  ideya  olmaqdan 

kənara  çıxaraq  arıtq  dövlət  ideya  sahəsini  də  özündə 

birləşdirir.  Hazırda  azərbaycançılıq  bir  ideya  kimi 

formalaşmaqdadır  və  o,  respublikanın  bütün  yerli  aborigen 

etnoslarının  iradəsini  ifadə  edir»  [217,  22].  Fikrimizcə, 

Azərbaycan  milli  ideyasının  türkçülüyün  bir  qolu  kimi  çıxış 

etməsi  aydın  olsa  da,  ancaq  türkçülüyün  sonralar  hansı 

mənada  azərbaycançılığın  tərkib  hissəsinə  çevrilməsi  məlum 

deyildir.  Yəni  necə  olmuşdu  ki,  türkçülüyün  doğurduğu 

azərbaycançılıq  sonralar  türkçülüyü  bir  ideya  xətti  kimi 

üstələmiş,  hətta  onu  öz  içərisində  «əridə»  bilmişdir?! 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

482 



482 

Fikrimizcə, elmi və obyektiv əsaslandırmalar, faktlar olmadan 

məsələnin bu cür qoyuluşu doğru ola bilməz.  

Bu  məsələ  ilə  bağlı  Ə.Tağıyev  başqa  bir  əsərində  isə 

yazır  ki,  azərbaycançılığın  milli  ideya  kimi  seçilməsi  heç  də 

onun türkçülüyə qarşı qoyulması demək deyildir: «Türkçülük 

ümumi,  bir  qədər  də  romantik  səciyyə  daşıyan  halda, 

azərbaycançılıq  daha  real  və  praktiki  görünür,  yerli  xalqlar, 

xüsusən də azsaylı xalqlar üçün daha məqbul və cəlbedicidir» 

[213,  182].  Maraqlıdır,  bəzi  müəlliflər,  o  cümlədən 

Ə.Daşdəmirov,  Ə.Tağıyev  və  başqları  hansı  prinsipdən  çıxış 

edərək  hesab  edirlər  ki,  azərbaycançılığın  milli  ideyaya 

çevrilməsi  türkçülüyə  qarşı  olmaq,  yaxud  da  onun 

azərbaycançılığın  daxilində  «əridilmə»si  kimi  qiymətləndiril-

məməlidir?  Axı  belə  bir  qarşı-qarşıya  qoyulma  fikri  haradan 

gəlmiş  və  bunun  kökündə  hansı  faktorlar  dayanır?!  Digər 

tərəfdən, o türkçülük  ümumi,  bir qədər də romantik ola bilər 

ki,  konkretlikdən  və  gerçəklikdən  uzaqdır.  Ancaq  bunu 

Azərbaycandakı  türkçülüyə,  yəni  Azərbaycan  türkçülüyünə 

aid  etmək  doğru  deyildir.  Ən  azı  ona  görə  ki,  bugünkü 

Azərbaycan  Respbulikasının  sələfi  olan  Azərbaycan 

Cümhuriyyəti  məhz  Azərbaycan  türkçülüyü-azərbaycançılıq 

əsasında  yaranmışdır.  Azərbaycançılıq  isə  ilk  növbədə, 

türkçülüyün 

siyasi-coğrafi 

Azərbaycanda 

müstəqil 

təcəssümüdür.  Ancaq  milli  ideologiya  problemi  ilə  bağlı 

Ə.Tağıyevin  o  fikri  ilə  razılaşırıq  ki,  türkçülük  etnik, 

azərbaycançlıq isə siyasi-coğrafi millətçilikdir [213, 182].  

Bu  mənada,  hazırda  əgər  Azərbaycanda  türkçülük 

varsa  belə,  o  əsla  və  əsla  Azərbaycanda  yaşayan  talışlara, 

ləzgilərə,  kürdlərə,  udinlərə,  tatlara  və  başqa  azsaylı  etnik 

qruplara  qarşı  yönəlməmişdir.  Əksinə,  Azərbaycan  türkləri 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

483 


həmin  azsaylı  etnik  qruplarla  əsrlər  boyu  barış  və  xoşgörü 

əsasında bir  yerdə  yaşayaraq ortaq vətəni, mədəniyyəti, adət-

ənənələri paylaşmışlar. Bu gün də belədir, əbədiyyən də belə 

olacaqdır.  Çünki  M.Ə.Rəsulzadənin  təbrincə  desək,  etnik 

türkçülüyün özü də mütərəqqi türkçülük olub, bütün etnoslarla 

bərabər yaşamağın mümkünlüyünü ifadə edir [186

a

, 172]. 


Məhz  bu  faktorlardan  çıxış  edərək  fəlsəfə  elmləri 

doktoru  Rafail  Əhmədli  də  türkçülüyü  pozitiv-mütərəqqi 

milliyyətçiliklə 

eyniləşdirərək 

hesab 

edir 


ki, 

hər 


milliyyətçiliyin  öz  adı  olduğu  kimi  türk  milliyyətçiliyinin  də 

adı  türkçülükdür.  Onun  fikrincə,  bu  mənada,  türkçülük  türk 

millətinin milli mənafeyini özündə əks etdirən dünyagörüşdür: 

«Türkçülük  türk  millətini,  onun  vətənini,  dövlətini  sevmək, 

türk  millətinin  birlik  və  bərabərliyini  qorumaq,  millətini 

yüksəltmək uğrunda əzmlə mübarizə aparmaq deməkdir» [78, 

239]. Onun fikrincə, beləliklə türkçülük  ideologiyası  türklərə 

20-ci  əsrdə  yaşamaq  haqqı  qazandıran  milli  dövlətlər  bəxş 

etmişdir ki [78, 240], onlardan biri də Azərbaycan ideyasıdır: 

«Milli-fəlsəfi  və  ictimai-siyasi  fikir  milli  özünüdərk,  milli 

oyanışın bilavasitə nəzəri, tarixi-məntiqi ifadəsi deməkdir. Bu 

dövrün  ən  böyük  mənəvi  uğuru  Azərbaycan  ideyasının 

təşəkkül  tapması  və  şüurlara  aşılanması  idi.  Azərbaycan 

ideyası özündə vətənin tərəqqisi, bütövlüyü, azadlığı uğrunda 

mübarizə əzmini,  istək və arzuları,  bu  yolda milli  həmrəylik, 

milli birlik məramını ehtiva etmişdir» [78, 95].  

Bu  baxımdan  azsaylı  etnik  qruplar  məsələsini  önə 

çəkərək  azərbaycançılıq  və  türkçülük  arasında  sədd  çəkmək, 

uçurum  yaratmaq  nəinki  doğru  deyil,  hətta  deyərdim  ki, 

təhlükəlidir.  Ona  görə  də  Ə.Tağıyevin  bu  məsələlərlə  bağlı 

sual qoyması ki, vaxtilə türkçülükdən ayrı götürülmüş və Qərb 


www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

484 



484 

dövlətləri  tərəfindən  dəstəklənən  osmançılıq  ideologiyasının 

Türkiyədə  özünü  doğrultmaması  kimi,  azərbaycançılığı  da 

Azərbaycanda belə bir tarixi tale və perspektiv gözləyə bilər, 

hər  halda  bunu,  düşünməyə  dəyər.  Ə.Tağıyev  yazır: 

«Osmançılığı  Qərb  ölkələri  müdafiə  etdikləri  kimi 

azərbaycançılığı  da  bir  sıra  qonşu  dövlətlər  dəstəkləyirlər. 

Onlara  görə  bu,  Azərbaycanı  Türkiyədən  uzaqlaşdırmaq 

vasitəsinə də çevrilə bilər» [213, 184]. Deməli, bütün hallarda 

azərbaycançılıq türkçülük və islamçılıq ideyaları ilə bir yerdə 

mövcud  ola,  ancaq  zamanın  tələbləri  və  məqsədləri 

baxımından  müəyyən  mənada  önə  də  çəkilə  bilər.  Bütün 

hallarda  isə,  bu  zaman  azərbaycançılıq  türkçülüyə  və 

islamçılığa qarşı qoyulmamalı, əksinə ortaq nöqtələrdən çıxış 

edilməlidir. 

Eyni  zamanda,  Ə.Tağıyevin  bir  neçə  həmmüəlliflə 

(Azər  Mustafayev  və  Məmməd  Balayev)  birgə  irəli  sürdüyü 

aşağıdakı fikirlərlə isə tamamilə razılaşmaq mümkün deyildir. 

Müəlliflər  yazırlar:  «Azərbaycan  xalqı  çox  mürəkkəb  və 

keşməkeşli  bir  tarixə  malik  olmuş,  onun  formalaşıb  bir 

millət  halına  gəlib  çatmasında  istər  türk,  istərsə  də  qeyri-

türk etnik elementlərin rolu olmuşdur. Ona görə də bu fakt 

milli ideya sahəsində xeyli polemikalara səbəb olmuşdur» 

[211,  11].  Bizə  elə  gəlir  ki,  milli  ideya  sahəsindəki 

problem «çox mürəkkəb» və «keşməkeşli tarix» məsələləri 

ilə  deyil,  Azərbaycan  Cümhuriyyətinin  şah  damarı  olan 

türklərin  milli  şüur,  milli  özünüdərketmə  səviyyəsi  ilə 

bağlıdır.  Belə  ki,  Azərbaycanı  müəyyən  dövrlərdə  əsarət 

altında  saxlayanlar  (çar  Rusiyası,  Sovet  Rusiyası,  İran-

Pəhləvi  rejimi,  İran  fars-molla  rejimi  və  b.)  ilk  növbədə, 

burada  yaşayan  türklərə  qarşı  assimilyasiya  siyasəti 


www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

485 


yürüdüblər  və  yürüdürlər.  Bunun  nəticəsində,  əsarət 

dövrlərində  ən  çox  milli  şüuru  (milli  mənliyi)  zədələnən 

Azərbaycan  türkləri  olmuşdur  ki  (hazırda  bu  siyasəti 

İranın  fars-molla  rejimi  Güney  Azərbaycan  türklərinə 

qarşı həyata keçirirlər), onlar azadlıq əldə etdikdən sonra, 

milli  ideyanın  formalaşması  məsələsində  problem 

yaşayırlar. Bunun səbəbi də bəllidir, çünki həmişə hansısa 

bir  etnos  milli  azadlıq hərəkatında aparıcı rol oynamışdır. 

Tarixi  bir  reallıqdır  ki,  İran-Pəhləvi  və  çar  Rusuyasında 

əksər  inqilabların  aparıcı  qüvvəsi  türklər  olmuşdur.  Bu 

baxımdan,  vaxtilə  çar  Rusiyası,  Sovet  Rusiyası  və  İran 

pəhləvi  rejimi  daha  çox  türklərə  qarşı  assimilyasiya 

siyasəti yürütmüşlər, onların varisləri də bu siyasəti davam 

etdirirlər.  

Türkçülük  və  azərbaycançılığın  alternativlik,  yoxsa 

eynilik 


təşkil 

etməsi 


məsələlərində 

bu 


ideyaların 

sinergizmindən  çıxış  edən  Azərbaycan  filosofu,  professor 



Əbülhəsən Abbasovun da fikrincə, milli ideologiya problemi 

araşdırılarkən  milli  mənəvi  dəyərlər  və  çağdaş  dövrün 

tələbləri arasında uzlaşma olmalı, ancaq milli maraqlar burada 

üstün  mövqe  tutmalıdır:  «Milli  dövlətçilik  ideologiyası 

bütövlükdə  cəmiyyətin  həyat  və  fəaliyyətini,  ictimai 

münasibətləri zəruri olan istiqamətdə və məzmunda təşkil etmək, 

milli  maraqların  həyata  keçirilməsini  gerçəkləşdirmək  üçün 

praktiki  vəzifələrin  həll  edilməsinə  yönəldilmiş  biliklərin 

sintezidir.  Yalnız  ümummilli  mənafeyə,  milli  birlik  və  ictimai 

tarazlıq  tələblərinə  cavab  verdikdə  milli  ideologiya  öz 

missiyasını  daşımağa  qadir  olur.  Məhz  bu  mahiyyətdə  və 

statusda milli ideologiya hakim ideologiya səviyyəsinə yüksəlir, 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

486 



486 

bir sosial qrupun və yaxud da ayrıca bir siyasi partiyanın deyil, 

bütöv xalqın maraqlarını ifadə və müdafiə edir» [2, 29]. 

Onun  fikrincə,  azərbaycançılıq  ideyası  milli  ideologiya 

ilə  eyniləşdirilməməli,  yaxud da onun  nümunəsi kimi nəzərdən 

keçirilməməlidir.  Belə  ki,  azərbaycançılıq  milli  ideologiyanın 

tərkib  hissəsindən  yalnız  biridir.  Bu  mənada,  azərbaycançılığın 

daxil  olduğu  milli  ideologiyanın  tərkib  hissələrinə  aşağıdakı 

prinsiplər aiddir: 1. Suverenlik; 2. Demokratiya; 3. Respublika-

çılıq;  4.  Ədalət;  5.  Millilik  (millətləşmə);  6.  Azərbaycançılıq; 

7.Müxtəliflik  vasitəsilə  birliyə  (vahidliyə)  cəhd  etmə;  8. 

Tolerantlıq;  9.Sinergizm;  10.  Zəruri  məhdudiyyət  (qadağa)  [2

a



95].  Ə.Abbasov  qeyd  edir  ki,  azərbaycançılıq  yüksək  milli 



nizam-intizamın,  dövləti  şüurun,  birgəyaşayış  və  birgəfəaliyyət 

mədəniyyətinin  həm  səbəbi,  həm  də  nəticəsidir:  «O 

(azərbaycançılıq-F.Ə.),  fikrimizcə,  hər  bir  azərbaycanlının 

şüurunda,  həyat  tərzində,  əmək  fəaliyyətində  aparıcı  mövqe 

tutmalı və daim təbliğ olunmalıdır. Ona yalnız bu günün ideya-

siyasi baxışlar sisetmini  modernləşdirən prinsip kimi  yanaşmaq 

düzgün  olmazdı.  Azərbaycançılığın əhəmiyyətli  rolu perspektiv 

təfəkkürün və həyat tərzinin formalaşdırılmasındadır. Və burada 

özünəməxsusluqla  beynəlmiləlçiliyin  üzvi  vəhdətinin  nəzərə 

alınması  ümdə  əhəmiyyət  daşıyır.  Belə  ki,  azərbaycançılıq  heç 

də  bəsit  mənada  özünə  qapalılıq  deyil.  O,  cəmiyyət  üzvlərini, 

sosial  qrupları,  etnik  icmaları  bir  millət  kimi  konsoldasiyaya 

gətirməklə  yanaşı,  onların  dünyaya  açıqlığını  da  təmin  etməli, 

faydalı  ünsiyyət  və əlaqəni qidalandırmalıdır.  Hesab  edirəm  ki, 

millətin  ümumi  maraqlarının  formalaşmasında,  bu  maraqlardan 

irəli  gələn məqsədlərin  müəyyənləşməsində,  ümumi maraqların 

formalaşması  və  reallaşması  prosesinə  subyektiv  mövqedən 

1   ...   44   45   46   47   48   49   50   51   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə