İntellektual-Elektron Kitabxananın təqdimatında



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə5/58
tarix06.05.2017
ölçüsü3,32 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   58

www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

47 


Maraqlıdır ki, hazırda da əksər ədəbiyyatda «panislam-

izm»  kimi  qələmə  verilən  islamçılığın  ideya  istiqamətləri 

doğru  şərh  olunmur  və  vahid  cərəyan  kimi  qələm  verilir. 

Çağdaş tədqiqatçılardan Sevda Süleymanova, Altay Göyüşov, 

Arzu  Hacıyeva  hesab  edirlər  ki,  «İslam  birliyi»ndən  çıxış 

edənlər  panislamistlər,  ittihadçılar,  «İttihadi-İslam»çılar 

olublar [201

a

, 49; 89, 16; 94, 16-17]. Bu baxımdan islamçılıq 



ideyasına  münasibətdə  bəzi  müəlliflərlə  (N.Mikayılov, 

S.Süleymanova,  A.Göyüşov  və  b.)  razılaşmadığımız  əsas 

məsələ  ondan  ibarətdir  ki,  hər  iki  tərəf  obyektiv  elmi 

araşdırmalar  aparmaq  əvəzinə,  subyektiv  mövqedən  çıxış 

edərək  bəziləri  şişirdilmiş,  həqiqətəuyğun  olmayan  tənqidə, 

digərləri  isə  bu  mənada  tərifə  yol  vermişlər.  Bununla  da, 

islamçılığın  mütərəqqi  mahiyyəti  «panislamizm»  adı  altında 

əsasən qeyri-müəyyən qalmışdır.  

Fikrimizcə,  «panislamistlər»  kimi  ümumi  bir  ad 

altında  verilən  milli  və  mütərəqqi  ziyalıları,  əsasən  keçmişi 

ideallaşdıran, hər cür yeniliyə qarşı olan mühafizəkarlardan, o 

cümlədən onların siyasi qanadı olan «ittihadçılar»dan hökmən 

fərqləndirmək  lazımdır.  Bu  baxımdan  M.Ə.Rəsulzadənin 

vaxtilə  islamçılıq  daxilindəki  həmin  ikiləşməni  görməsi  və 

qeyd  etməsi  çox  zəruridir:  «İslam  bilginlərinin  çoxu 

müsəlman  dünyasını  son  çöküşdən  bir  yandan  dinin  köklü 

doqmalarına  qayıtmaqla,  o  biri  yandan  da  müsəlmanların 

siyasi  birləşməsilə  qorumağı  düşünürdülər.  Ancaq  islamçılıq 

ideologiyasının 

bu 


dini-siyasi 

ikiüzlülüyü 

sonralar 

panislamizmdə  iki  axının  ayrılmasının  başlanğıcı  oldu.  Bir 

axın,  xarici  güclərlə savaşan,  ancaq o  gücləri  andıran hər bir 

yeniləşməyə də qarşı çıxıb, hər hansı avropaçılığa savaş deyən 

ortodoksal  –  tutucu  axındır.  Yenidənqurucu,  ikinci  axın  isə 


www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

48 



48 

Avropa  saldırısı  ilə  siyasi  savaşmaqla  ideologiya  alanında 

çağın  liberalizmini  şəriətə  uyğun  uyğulamaq  istəyirdi»  [179, 

44].  Bunu,  Ə.Ağaoğlu  və  Ə.Hüseynzadənin  XX  əsrin  ilk 

illərində  siyasi-ideoloji  ideyalarla  bağlı  apardığı  bölgü  də 

sübut  edir.  Onlar  da  Türk-İslam  dünyasının  nicatı  uğrunda 

mübarizə aparanları siyasi-ideoloji baxışlarına görə üç qrupa: 

1) mühafizəkarlara; 2) ifrat tərəqqipərvərlərə; və 3) həmin iki 

xətt  arasında  orta  mövqe  tutan  mötədil  tərəqqipərvərlərə, 

yaxud da «panislamist»lərə bölmüşlər [5, 332; 109, 34].  



Mühafizəkar  islamçılar  və  «ittihadçılıq».  1900-

1920-ci  illərdə  «İslam  birliyi»ni  önə  çəkərək  milli 

mənsubiyyəti  dini  kimliyin  içində  əridən  mühafizəkar 

islamçılar  (Əbuturab  Axundoğlu,  Əbdüssalam  Axundzadə, 

Yusif  Ziya  Talıbzadə  və  b.)  hesab  edirdilər  ki,  xalqın 

keçmişdən  uzaqlaşması,  köhnə  ehkamların  zəifləməsi,  ifrat 

sərbəstlik  müsəlmanlara  üz  verən  bütün  bəlaların  yeganə 

mənbəyidir.  Onlar  müsəlmanların  nicatını  yalnız  ilkin  İslam 

və  şəriət  qanunlarına  əməl  etməkdə  görürdülər.  Onların 

fikrincə, müsəlmanların birliyə nail olmasının yalnız iki başlıca 

şərti var ki, onlardan biri Peyğəmbərin (s) Əhli-beytini tanımaq, 

digəri Quranın mahiyyətini dərk etməkdir [19, 7; 87, 37].  

Məsələn, Əbuturab Axundoğlu yazırdı ki, bütün müsəl-

man  millətlərinin  niyyəti  və  amalı  «ittihad»  olsa  da,  həqiqətdə 

bunun əksinə onların arasında ixtilafın olduğunu görürük.  Mö-

minlər  arasında  ixtilaf  və  nifaqa  səbəb  isə,  bu  dinə  zahirən 

tapınanlardır. Məhəmməd peyğəmbərin (s) günbəgün tərəqqi və 

inkişaf  edən  «diyyanəti-İslamı»nı  görən  münafiqlər  «bu  xəyalə 

düşdülər ki, kəlməyi-həqqi nüfuz və cərəyanından mane olsunlar 

və  diyanəti-islamiyyənin  möhkəm  əsasına  xələl  yetirib  xərab 

etsinlər» [18, 17]. Ümumilikdə, Ə.Axundoğlu «İslam birliyi»nə 


www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

49 


nail  olmaq  üçün  birincisi,  müsəlman  xalqları  arasında  məzhəb 

ayrılığına son qoyulmasını və bütün müsəlmanların sidq ürəkdən 

Qurana  və  Məhəmməd  peyğəmbərin  (s)  əhli-beytinə 

tapınmasını, tovhidi əsas kimi götürmüşdür [18, 32]. İkincisi, o, 

Avropa  mədəniyyətinin  müsəlman  mədəniyyətinə  təsirinin 

qarşısının  alınmasını  vacib  hesab  etmişdir  [17].  Fikrimizcə, 

burada  xüsusilə,  Axundoğlunun  İslam  mədəniyyəti  xaricində, 

bütün  mədəniyyətlərə,  o  cümlədən  Avropa  elminə  qarşı  olması 

düzgün hesab oluna bilməz. Hər halda, İslam mədəniyyəti kimi, 

Avropa  xalqlarının,  o  cümlədən  başqa  dinə  sitayiş  edən 

millətlərin  də  bəşər  mədəniyyətinə  və  insaniyyətə  xidmətləri 

olmuşdur. İslam xalqları arasındakı məzhəb və digər ayrılıqların, 

fərqlərin  onların  ən  azı  mənəvi  birliyinə  əngəl  olması 

məsələsində  isə Axundoğluyla razılaşmamaq mümkün deyildir. 

Ancaq  bu  məsələdə  o,  özü  də  İslam  dininin  müəyyən  bir 

hissəsinin  müdafiəçisi  kimi  çıxış  etmişdir  ki,  bu  da,  birmənalı 

qəbul edilə bilməz. 

XX  əsrin  əvvəllərində  «İslam  birliyi»  ideyasının  siyasi 

qanadı isə «İittihad» partiyası olmuşdur. «İttihadçı»lar (S.M.Qə-

nizadə,  Q.Qarabəyli  və  b.)  «İslam  birliyi»  ilə  yanaşı,  müəyyən 

dərəcədə türkçülüyə rəğbət göstərsələr də, bu, milli kimliklərinin 

türk  olması  hissindən  uzağa  getməmişdir.  Ümumilikdə,  onlar 

Azərbaycan  türklərinin  xilasını  «İslam  birliyi»ndə  axtarmış,  bu 

mənada gah Osmanlı müsəlmanları, gah da Rusiya müsəlmanları 

ilə  birləşməyin  tərəfdarı  olmuş  [136,  83-84],  qərbçiliyə  qarşı 

mübarizə  aparmışlar.  Məsələn,  «ittihadçı»ların  lideri  Qarabəy 



Qarabəyli milli-demokratları ilk növbədə Avropa demokratiya-

sını  və  mədəniyyətini  təbliğ  etdiklərinə  görə  daim  tənqid 

etmişdir.  Belə  ki,  demokratiyanın  mərkəzi  sayılan  Avropa 

həmişə İslam dininə qarşı olmuş və müsəlman dövlətlərini məhv 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

50 



50 

etmək  niyyəti  güdmüşdür.  Ona  görə  də,  Avropanın  gözqamaş-

dıran  demokratiyası  aldadıcıdır  [106,  58].  Eyni  zamanda  etnik 

türkçülüyü  də  «İslam  birliyi»ni  parçalamaq  kimi  başa  düşən 

Qarabəyli  Azərbaycan  Milli  hökumətinin  yalnız  son  kabinetdə 

təmsil  olunmalarını  isə  indiyə  qədər  öz  dost  və  düşmənlərini 

yaxşı  tanımamaları  ilə  izah  etmişdi  [35,  651].  Ancaq 

«ittihadçı»ların  Milli  hökumətin  sonuncu  kabinetində  təmsil 

olunmaları  ona  xeyirdən  çox  zərər  vermişdir.  Belə  ki,  Rusiya 

müsəlmanlarının  birliyini  Azərbaycanın  müstəqilliyindən  üstün 

tutan  «ittihadçı»lar  bolşevikləri  Avropa  kapitalizminə  və 

imperializmə qarşı mübarizə apardıqları üçün müdafiə etmələrilə 

ciddi yanlışlığa yol vermiş oldular [44, 552].  

Bu  baxımdan  sonralar  M.Ə.Rəsulzadə  və  M.B.Məm-

mədzadə  yazırdılar  ki,  «İttihad»  partiyası  öz  varlığını  Rusiya 

münasibətləri içində təsəvvür etmiş, düşüncəsi əsasən  «İttihadi-

İslam»  sisteminə  bağlı  olmuşdur.  Ən  əsası  «İttihad»  milliyyət, 

istiqlal  və  demokratiya  anlayışlarına  əks  olaraq,  müsəlmanların 

parçalanmaması  üçün  Rusiyanın  bütövlüyünü  müdafiə  etmişdir 

[189, 75; 154, 144]. Bizcə, bütün bunlar bizə deməyə əsas verir 

ki,  «İttihad»ın  siyasi-ideoloji  fəaliyyəti  Azərbaycan  milli 

ideyasının  formalaşması  prosesində  əsasən,  mənfi  rol  oynamış-

dır. Belə ki, «ittihadçı»lar türkçülük, azərbaycançılıq ideyasını və 

onun bariz nümunəsi olan Azərbaycan Cümhuriyyətini müdafiə 

etmək  əvəzinə,  gah  «ilhaqçı»lara  (Türkiyə  ilə  birləşmək 

tərəfdarlarına),  gah  da  bolşeviklərə  (Rusiya  ilə  birləşmək 

istəyənlərə) qoşularaq Milli hökumətin süqutunda müəyyən pay 

sahibi olmuşlar.  



Mütərəqqi  islamçılar  və  «İslam  millətçiliy»i  nəzəriy-

yəsi.  Bəs,  XX  əsrin  əvvəllərində  Ə.Ağaoğlu,  Ə.Hüseynzadə  və 

başqa milli aydınlarımızı mühafizəkarlardan və «ittihadçı»lardan 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

51 


fərqləndirən  nə  idi?  Xüsusilə,  «Panislamizm»  kəlməsini  ortaya 

atanlar şərqlilər deyil, qərblilərdir – deyən, Əli bəy Hüseynzadə 

hansı yolu seçmişdi? Ə.Hüseynzadə özü bu suala təxminən belə 

cavab vermişdir ki, Rusiya müsəlmanlarının və türklərinin guya, 

«panislamizm» ideyası ətrafında ittifaq və itttihad edərək Rusiya 

və  Avropa  üçün  böyük  təhlükə  olduğu  haqqında  yazdıqları 

böhtandan  başqa  bir  şey  deyildir.  Hüseynzadəyə  görə,  İslam 

dünyası  o  qədər  müttəhid,  müttəfiqdir  ki,  «panislamizm»  kimi 

bir əcnəbi kəlməsi icad edib yenidən ittihad və ittifaq etməyə əsla 

ehtiyacları  yoxdur.  Əslində müsəlmanların düşmənlərini  qorxu-

dan  «İslam  birliyi»  deyil,  onların  qəflət  yuxusundan  oyanıb 

tərəqqiyə  və  maarifə  üz  tutmalarıdır  [109,  73-74].  Deməli, 

Ə.Hüseynzadəyə görə, əsas məqsəd müsəlmanların tərəqqisi və 

maariflənməsi  idi.  Bu  yolda  isə,  yalnız  şəriət  qanunlarından 

deyil, eyni zamanda Qərbin mütərəqqi dəyərlərindən də istifadə 

etmək  lazımdır.  Halbuki  mühafizəkarlar  və  «ittihadçı»lar  bunu, 

yalnız İslam dini əsasında görürdülər.  

Ona  görə  də  Ə.Hüseynzadə  yazırdı  ki,  mühafizəkarlar 

hər  növ  təzə  və  yeni  şeylərdən  və  işlərdən  həzər  edib  insanları 

davamlı şəkildə bir nöqtədə saxlamaq xəyalındadırlar [109, 34]. 

Bu baxımdan, avropalılar gözlərini gələcəyə doğru dikdiyi halda, 

İslam-Türk  dünyası  hələ  də  keçmişdən  ayrıla  bilmir.  Halbuki 

keçmişi  görmək,  bilmək,  yalnız    istiqbalı,  tərəqqini  təyin  üçün 

lazımdır.  Hüseynzadənin  fikrincə,  bu  keçmişpərəstliyin  mötədil 

şəkli  köhnəpərvərlik,  ifrat  forması  geriyəpərəstlikdir;  bunların 

üzündən  müsəlmanlar  4-5  yüz  il  ərzində  dünyada  baş  verən, 

cərəyan  edən  yeniliklərdən,  inqilablardan,  dünyəvi  elmlərdən 

xəbərsiz, nəsibsiz qalıblar [111, 141]. Bu baxımdan yenipərəstlik 

və  köhnəpərəstlik  məsələsini  «Həyat»  qəzetində  müzakirə 

obyektinə  çevirən  Ə.Hüseynzadə,  yalnız  dini  elmlərin 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

52 



52 

öyrənilməsi  ilə  bağlı  Ə.Axundoğlunun  fikirlərinə  qatılmayaraq 

tərəqqi  etməyin,  bu  mənada  dünyəvi  elmlərinin  öyrənilməsini 

zərurətindən bəhs etmişdir [109, 124]. Beləliklə, Ə.Hüseynzadə 

bir  tərəfdən  müasirləşməyə  həmişə  hazır  islamlıq  və  türklük 

ideyasını  irəli  sürür,  digər  tərəfdən  onun    «panislamizm»  və 

«pantürkizm»  kimi  qələmə  verilməsinə  qarşı  çıxırdı.  Başqa 

sözlə,  Ə.Hüseynzadənin  yaradıcılığında  mütərəqqi  ruhlu 

islamçılıq  və  ya  türkçülük  deyil,  bəzi  Avropa  mütəfəkkirləri 

tərəfindən  ortaya  atılan  və  mürtəce  mahiyyət  daşıyan 

«panislamizm» və «pantürkizm» tənqid olunmuşdu [78, 207].  

Xüsusilə,  Ə.Hüseynzadə  ilk  dövrlərdə  islamiyyəti 

müsəlman-türk  xalqlarının  nicatı  kimi  görmüş,  bir  növ  onu 

«İslam birliyi»nə zərər verə biləcək ayrıca götürülmüş istənilən 

millətçiliyə, kapitalizmə və marksizm-leninizmə (rus bolşevizm-

inə)  qarşı  qoymuşdu.  Onun  fikrincə,  inqilabların  baş  verməsi 

üçün  zəruri  şərait  olmalı,  bütün  inqilablar  təkamül  yolu  ilə  baş 

verməli  və  hər  bir  xalqın  milli  ruhuna,  dininə,  mədəniyyətinə 

uyğun olmalıdır. Bunu nəzərə alaraq  Ə.Hüseynzadə yazırdı ki, 

marksist-leinçilər  birdən-birə  sıçramaq,  özlərini  qorxulu 

girdablara,  uçurumlara  atmaq  istəyirlər:  «İkincilər  (marksist-

leninçilər  –  F.Ə.)  isə  zənn  edirlər  ki,  İslamda  mədəniyyətə, 

tərəqqi  və  təkamülə  xidmət  edəcək  bir  şey  yoxdur.  Avropa 

cəhətindən  əsən  bütün  yellər,  hətta  zəhərli  yellər  belə 

şəfabəxşdir.  Bunlar  bütün  bu  maddiyunluğun  (materializmin), 

dəhriyunluğun  (ateizmin),  iştirakiyunluğun  (sosializmin) 

mahiyyətlərinə  özləri  belə  agah  olmadan  bu  təriqəti-

fəlsəfiyyələrin nəşrə çalışıyorlar» [109, 34].  

Deməli,  Ə.Hüseynzadə  bolşeviklərin  radikal  qırmızı-

inqilab ideyalarını rədd edir, marksizm-leninizmi zərərli bir təlim 

adlandırır  və  ona  qarşı  müasir  ruhlu  milli-dini  birliyi  –  «yaşıl 


www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

53 


inqilab»  ideyasını  irəli  sürürdü.  O,  «yaşıl  inqilab»  dedikdə, 

müsəlman  xalqlarının,  o  cümlədən  türklərin  oyanmasını, 

inkişafını  və  birliyini  nəzərdə  tuturdu:  «Yaşıl  deyiriz,  çünki  öz 

müsəlmanlarımızdır.  Zümrüd-yaşıl  işıqlı  islamiyyə  qəndillərini 

yandırmaq  qeyrətində  bulunanlarımızdırlar»  [109,  185]. 

Hüseynzadəyə  görə,  məhz  müsəlmanların  İslam  qanunlarına 

əməl  etməmələrinin  nəticəsidir  ki,  Şərqin  müsəlman 

məmləkətləri  dərin  bir  ətalət,  zülmət  və  cəhalət  içindədir:  «O 

ətalətin,  o  zülmətin  müdhiş  və  mühib  girdabları,  təlatümləri 

vardır.  Cismaniyyat  və  maddiyyata  möhtac  olmayan  girdab  və 

təlatümləri vardır» [28, 109]. Onun fikrincə, islamiyyət daxilində 

nifaqa  və  təfriqəyə  səbəb  müsəlman  məmləkətlərindəki 

monarxiya, Şərq bürokratiyası, sünni-şiə qarşıdurması və bundan 

istifadə  edən  Avropa  dövlətləri,  oradan  əsən  zəhərli  yellərdir 

[109, 270].  

Ancaq  artıq  sünni  və  şiə  məsələsinin  müsəlmanlar  ara-

sında  əhəmiyyətinin  qalmadığını  deyən  Hüseynzadə  yazırdı  ki, 

İslam dini xristianlığa bənzəmədiyi üçün bu dinə tapınan xalqları 

vahid kütlə kimi birləşdirməyə qabildir [109, 270]. Bu mənada, 

yalnız  İslam  və  Qurana  əsaslanan  ideya  müsəlman  xalqlarını 

tərəqqiyə  apara  bilər,  bunlardan  kənarda  hər  hansı  bir  təlim,  o 

cümlədən  millətçilik-nasiyonalizm  müsəlman  millətləri  üçün 

çıxış  yolu  ola  bilməz.  Beləliklə,  mütərəqqi  islamçılıq  xəttini 

seçməsinin nəticəsi idi ki, Ə.Hüseynzadə bir tərəfdən «panislam-

izm» və «pantürkizm» devizini əldə bayraq edərək guya, xristian 

dünyasını  (Rusiya  və  Avropanı)  təhlükə  gözlədiyini  iddia  edən 

rus, erməni milətçilərinə, digər tərəfdən milli-dini ideyaların sinfi 

mübarizənin, beynəlmiləl inqilabın əleyhinə olduğunu irəli sürən 

marksist-leninçilərə qarşı mübarizə aparmışdır. 


www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

54 



54 

20-ci  əsrin  əvvələrində,  xüsusilə  1900-1910-cu  illərdə 

Azərbaycan  türkləri  arasında  mütərəqqi  islamçılığın,  «İslam 

millətçiliyi»nin  tanınmış  ideoloqu  Əhməd  bəy  Ağaoğlu  da 

Ə.Hüseynzadə  kimi,  mühafizəkar  islamçıları  həddən  artıq 

yeniləşməyə  qarşı  çıxmaqda  ittiham  etmişdir.  Çünki  onlar  belə 

fikirləşməyə  başlamışdılar  ki,  müsəlmanların  bütün  fəlakətləri 

onların  köhnə  adət-ənənələrdən  üz  çevirmələri  ilə  bağlıdır. 

Ağaoğlu  yazırdı:  «Əxlaq  pozğunluğu,  özbaşınalıq,  keçmişə 

sayğısızlıq  və  sərbəst  düşüncə  də  məhz  bunun  sayəsində  mey-

dana  çıxmışdır.  Buradan  da  onlar  (mühafizəkarlar  –  F.Ə.)  belə 

nəticəyə  gəlirlər  ki,  xilas  yolu  nə  Avropada,  nə  də  həyatın 

məntiqinin  axtarılmasındadır.  Sadəcə,  şəfaverici  keçmişə 

qayıtmaq lazımdır. Bu keçmiş öz ecazkar qüvvəsi ilə müsəlman 

aləmini  xilas  edəcəkdir»  [5,  333].  Bu  baxımdan,  o,  müsəlman-

ların mövhumat, cəhalət içində qalaraq yeniləşməkdən tamamilə 

imtina etmələrinin də doğru olmadığı qənaətində idi.  

Ancaq  Ə.Ağaoğlu  Ə.Hüseynzadədən  fərqli  olaraq, 

əcnəbilər  tərəfindən  ortaya  atılmasına  baxmayaraq,  bir  müddət 

«panislamizm»i  («pan»  yunanca  hamısı,  bütövlük  mənasını 

verir)  İslam-Türk-Şərq  dünyasının  oyanışı  və  inkişafı  uğrunda 

mübarizə  aparan  qüvvələrə  verilmiş  müsbət  bir  məfhum  kimi 

qəbul etmişdi: «Ağıllı ünsürlər hər iki ifrat cərəyanı birləşdirəcək 

və  hər  iki  tərəfi  razı  sala  biləcək  elə  bir  yol-ideya  yaratmaq 

istəyirlər  ki,  ifrat  mütərəqqiçilərin  xəyal  etdikləri  kimi,  nə 

mücərrəd-zəminsiz, nə də köhnəpərəstlik kimi zəmanənin ruhu-

na və dövrün tələbinə zidd olsun… Bu panislamizmdir» [250; 5, 

332]. Onun fikrincə, “panislamizm” isə özünün daxili məzmunu-

na  görə  geriyə  dönməkdir.  Köhnəliyə  qayıtmaq  yox,  daha 

inamla,  daha  qüvvətlə  irəliyə  getmək  üçün  geriyə  dönməkdir 

[251]. Ancaq bütün hallarda Ə.Ağaoğlu «panislamizm» dedikdə, 


www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

55 


bütün «İttihadi-İslam» tərəfdarlarını deyil, yalnız onun mötədil-

orta mövqedən çıxış edən «ağıllı ünsürlər»ini nəzərdə tutmuşdu. 

Bunu sonralar Ə.Ağaoğlunun «panislamizm» anlayışına dəyişən 

münasibəti də göstərir. O, sonralar bu anlayış ətrafında Avropa, 

o cümlədən Rusiya millətçilərinin yaratdığı mənfi obrazı aradan 

qaldırmaq  üçün  qeyd  edirdi  ki,  «müsəlmanlar  qardaşdırlar» 

prinsipini irəli sürən İslam dini müsəlmanlar arasında qardaşlığa, 

ittifaqa  və  ittihada  əsaslanır:  «Fəqət  bu  ittihad  və  ittifaqımız 

avropalıların  ixtirası  və  onları  təqlid  yolu  ilə  Rusiya  erməni-

lərinin  də  istilah  etdikləri  «panislamizm»  deyildir.  Yəni  bizim 

«ittihadımız»  slavyan  milləti  arasında  mövcud  olan 

«panslavizm»  fikri  kimi  ümumislamları  da  bir  dövlətə  ilhaq 

etmək və yaxud bir nöqtəyə ictima edərək, aləmi-xristianiyyəyə 

qarşı qiyam etmək fikri deyildir» [7]. Hətta, Ağaoğlu qeyd edirdi 

ki, müsəlmanlar arasında belə bir əsaslı fikir və ictimai mərkəz 

olardısa  da,  bu  məsləkə  xidmət  etməklə  iftixar  edərdi.  Bu 

baxımdan,  o,  müsəlmanların  bir  xəyaldan  ibarət  bulunan 

«panislamizm»  fikrini  bir  kənara  qoyub,  heç  olmazsa  İslam 

dininin qanunlarına əməl etməyə çağırırdı.  

M.B.Məmmədzadə,  M.Ə.Rəsulzadə,  və  H.Baykaranın 

mülahizələrinə  görə,  Azərbaycan  türkləri  arasında  ilk  dəfə 

Ə.Ağaoğlu islamçılığa daha çox üstünlük vermiş, geniş və dərin, 

nəzəri  şəkildə  «İslam  millətçiliyi»ni  təbliğ  etmişdir.  Onların 

fikrincə,  1900-1910-cu  illərdə  Ağaoğlu  bir  müsəlman  ziyalısı 

kimi  əsasən,  İslamda  islahatlar  aparmaqla  müsəlman 

millətlərinin  tənəzzüldən  qurtarıb  tərəqqisinə  və  yüksəlişinə 

çalışmışdır  [52,  112;  154,  40-41].  Bu  isə  o  anlama  gəlir  ki, 

M.Ə.Rəsulzadənin  təbrincə  desək,  həmin  dövrdə  «milliyyət-

pərvərliyin ən adlı-sanlı mürşidləri, başda Ağaoğlu Əhməd bəy 

olmaqla, islamçılıqla türkçülüyü çox da ayırmır, türklük namına 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

56 



56 

deyil,  müsəlmanlıq  namına  mübarizə  aparırdılar.  Milli 

hərəkatımızın  adı  «panislamizm»  idi.  Bu  yalnız  rusların  xətası 

deyildi.  Özümüz  də  islamiyyəti  milliyyət  məfhumu  yerində 

işlədirdik» [184].  

Fikrimizcə,  bütün  hallarda  «panislamizm»in  siyasiləş-

məsi,  yəni  «İslam  millətçiliyi»  nəzəriyyəsinin  yaranması  milli 

məsələnin  gündəmə  gəlməsi  üçün  təkanverici  rol  oynamış, 

həmin  ideyanın  əsasında  siyasi  türkçülük  (türk  birliyi)  və  daha 

sonra  etnik-milli  türkçülük  (Azərbaycan  türkçülüyü)  təşəkkül 

tapmışdır.  Şübhəsiz,  islamçılıqdan  türkçülüyə,  türkçülükdən 

Azərbaycan  türkçülüyünə-azərbaycançılığa  gedən  yol  təkamül 

nəticəsində baş vermişdir. Bu baxımdan, Ağaoğlu həmin dövrdə 

«İslam millətçiliyi» uğrunda mübarizə aparsa da, türkçülüyə də 

meyil  etmiş  və  bununla  da,  Azərbaycan  milli  ideyasının  - 

azərbaycançılığın  meydana  gəlməsinə  zəmin  hazırlayanlardan 

biri olmuşdur. Ə.Ağaoğlunun elmi-rasional islamçılıqdan kənara 

çıxıb siyasi islamçılığa – «İslam millətçiliyi»nə meyil etməsində 

ən başlıca amillər Qafqazda ruslaşdırma, farslaşdırma siyasəti, o 

cümlədən  1905-1906-cı  illərdə  çar  Rusyasının  təhriki  ilə  planlı 

şəkildə  baş  verən  erməni-türk  münaqişəsi  olmuşdur.  Bütün 

bunlar  bir  daha  göstərir  ki,  Ağaoğlu  islamçılığın  elmi-nəzəri 

əsaslarının  yaranmasından  sonra  bu  hərəkatın  siyasiləşməsinin 

tərəfdarı  olsa  da,  dövründə  baş  verən  hadisələr  onun  özünü  də 

Türkiyədəki  «Gənc  türklər»  kimi,  daha  tez  siyasi  islamçılığa  – 

«İslam millətçiliyi»nə üz tutmağa sövq etmişdir.  

Bütövlükdə,  Ağaoğlu  1900-1910-cu  illərdə  siyasi-

ideoloji  ruhlu  «İslam  millətçiliyi»  nəzəriyyəsi  ilə  bağlı  iki 

məsələyə diqqət yetirilməsini zəruri sayırdı: 1) İslam dünyasının 

fəlakətlərinin  səbəbləri  obeyktiv  təhlil  edilməli  və  islam 

millətlərinin qurtuluş yolu ruhanilərin təbliğ etdiyi İslamda deyil, 

1   2   3   4   5   6   7   8   9   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə