İntellektual-Elektron Kitabxananın təqdimatında



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə53/58
tarix06.05.2017
ölçüsü3,32 Mb.
1   ...   50   51   52   53   54   55   56   57   58

www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

527 


etnotarixi mötəbərliyə, etnomədəni, etnosiyasi özünümüəyyənliyə 

azərbaycançılıq  mövqeyindən  yanaşmanın  xeyrinə  həll 

edilmişdir» [72, 160]. 

Maraqlıdır ki, akademik milli dilin adı məsələsində türk dili 

və  Azərbaycan  dili  variantından  çıxış  edən  hər  iki  tərəfin  eyni 

dərəcədə haqlı olduğunu söyləsə də, Konstitusiyada «Azərbaycan 

dili»nin  öz  əksini  tapmasını  «real  həyatın  gedişi»  ilə  bağlayır. 

Halbuki  bir  millətin  dilinin  mahiyyətinin  yüzdə-yüz  türk  olduğu 

halda,  adının  «Azərbaycan  dili»  kimi  müəyyənləşdirilməsi  «real 

həyatın gedişi» ilə həll oluna bilməzdi. Ümumiyyətlə,  milli dilin 

adı  məsələsi  ilə  bağlı  akademik  «real  həyatın  gedişi»  dedikdə 

konkret  nəyi  nəzərdə  tutmuşdur,  məlum  deyildir.  Ancaq 

Ə.Daşdəmirovun  daha  sonra  qeyd  etməsi  ki,  milli  dilin  adı 

məsələsi azərbaycançılıq konsepsiyasının xeyrinə həll edilmişdir, 

bu zaman müəyyən suallar ortaya çıxır. Yəni Ə.Daşdəmirovun bu 

yanaşmasından  belə  nəticə  çıxarmalıyıq  ki,  türk  dilinin 

Azərbaycan dili ilə əvəz olunması azərbaycançılıq konsepsiyasını 

əsaslandırmaq  üçün  baş  vermişdir.  Bu,  doğrudan  da,  məhz  belə 

olmuşdursa,  deməli  Azərbaycan  türklərinin  türk  dili  ilə 

azərbaycançılıq  bir-birinə  zidddir.  Əgər  türk  dili  və 

azərbaycançılıq  ziddiyyət  təşkil  edirsə,  Azərbaycan  türklərinin 

türk  kimliyi  ilə  azərbaycançılıq  da  belə  olmalıdır.  Ancaq  bütün 

bunlar  doğrudanmı  belədir?  Şübhəsiz  ki,  yox.  Əgər  türk  dili  və 

türk  kimliyi  azərbaycançılığa  zidd  olsaydı,  Azərbaycan  türk 

ideoloqları nə  «Azərbaycan» adına müraciət edər, nə də bir türk 

dövlətinə Azərbaycan Cümhuriyyəti adını verməzdilər.  

Milli dilin adının türk dili deyil, «Azərbaycan dili» olmasını 

əsaslandırmaq üçün AMEA-nın müxbir üzvü Nizami Cəfərov isə 

üç tezis irəli sürür: 1) iki müstəqil türk mənşəli dilin hər ikisinin 

eyni  bir  adla  adlandırılması  özünü  doğrultmur;  2)  qeyri-türk 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

528 



528 

mənşəli etnoslar «Azərbaycan dili»nin «türk dili» adlanmasından 

narahatdır;  3)  «Azərbaycan  dili»  adı  artıq  neçə  on  illərdir  ki, 

uğurla  işlənir  [65,  244].  Eyni  zamanda,  o  qeyd  edir  ki, 

«Azərbaycan  dili»  «Azərbaycan  xalqı»,  «Azərbaycan  milləti», 

«Azərbaycan  dövləti»  anlayışları  ilə  səsləşir.  Əgər  «Azərbaycan 

dili» əvəzinə «türk dili», yaxud da «Azərbaycan türkcəsi» desək, 

onda «türk milləti», «türk ədəbiyyatı», «türk dövləti» məfhumları 

kimi yeni analogiya təklif edilmiş olur [64, 326].  

Fikrimizcə, N.Cəfərovun birinci tezisi ümumiyyətlə, heç bir 

mənada məntiqə uyğun deyil. Ən azı ona görə ki, iki, üç, beş və s. 

deyil,  hər  bir  türksoylu  millətin  türk  dilinə  sahib  çıxması  onun 

təbii haqqıdır. Qeyri-türk mənşəli etnosların türk dilindən narahat 

olmasına gəlincə, belə anlaşılır ki, əhalinin 100-də 90 faizini təşkil 

edən  biz  Azərbaycan  türkləri  millətimiz  və  dilimizin  «türk» 

adından azsaylı etnoslara (talışlar, ləzgilər, avarlar, kürdlər və b.) 

görə imtina  etməliyik,  ancaq bu mənada  həmin  etnik  qruplar nə 

dillərindən,  nə  də  etnik  adlarından  imtina  etməyə  bilərlər  və 

etmirlər də. Sonuncu məsələyə gəlincə isə, «Azərbaycan dili»nin 

bir neçə on illik tarixi olduğu halda, türk dilinin tarixi nəinki on 

illiklərlə,  heç  minilliklərlə  müqayisə  edilə  bilməz.  Bu  baxımdan 

türk  dilini  istər  vətəndaşlıq  hüququ  qazanması,  istərsə  də  dünya 

miqyasında  tanınması  mənasında  Azərbaycan  dili  ilə  müqayisə 

etmək  belə  doğru  deyil.  Özəlliklə,  N.Cəfərovun  türk  dilinin  öz 

haqlı  və  təbii  mövqeyini  bərpa  edəcəyi  təqdirdə  «türk  dövləti», 

«türk  ədəbiyyatı»,  «türk  tarixi»  və  bu  kimi  anlayışların  da 

işlədiləcəyini,  ancaq  bunun  doğru  olmaması  ilə  bağlı 

mülahizələrinin heç bir elmi əsası yoxdur. Çünki hər millətin tarixi 

onun yaşadığı coğrafi ərazinin adından öncə milli kimliyi, dili və 

adət-ənənələri ilə bağlıdır. Məsələn, ABŞ-ın rəsmi dili ingiliscədir, 

ancaq  əhalisi  amerikan  adlanr.  Ona  görə  də  fikrimizcə, 


www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

529 


N.Cəfərovun  burada  «Azərbaycan  dili»nin  varlığını  isbat  etmək 

üçün irəli sürdüyü müddəaların heç bir əsası və inandırıcı görünən 

tərəfi yoxdur. 

«Azərbaycançılıq»  və  «türkçülüy»ün  sintezindən  çıxış 

edənlərin  əksəriyyəti  (B.Vahabzadə,  Anar,  H.Həsənov, 

T.Hacıyev, K.V.Nərimanoğlu, K.Abdulla, C.Həsənli və b.) hesab 

edirlər  ki,  Azərbaycan  dili  türk  dili,  «Azərbaycan  türk  dili», 

«Azəri türk dili», «Azərbaycan türkcəsi» kimi də adlandırla bilər. 

Məsələn, tarixçi alim Həsən Həsənov (Əzizoğlu) yazır ki, dilimiz 

türk  dili  adlansaydı  daha  yaxşı  olardı  [99,  39].  Azərbaycan 

filosofu  Rafail Əhmədli  də təxminən  enyi mövqedən  çıxış edir: 

«Dil  davası,  millət  olaraq  varlıq,  müstəqillik  davasıdır.  Mənsub 

olduğumuz  türk  dili  vətənimizin  birlik  və  bütünlüyünü,  milli 

tariximizin  davamlılığını  yaşadır»  [78,  238].  Onlardan  fərqli 

olaraq Azərbaycan alimi Kamal Abdulla bu məsələ ilə bağlı bir 

neçə variant irəli sürür və fikrimizcə, o qədər də məqbul olmayan 

belə bir nəticəyə gəlir: «Dilimiz, əlbəttə ki, türk dilidir… Amma 

bəlkə onu Azərbaycan dili adlandırsaq, daha düzgün olar?! Elədir 

ki,  var, dilimiz həm  də  Azərbaycan dilidir.  Azərbaycan türk dili 

necə? Şübhəsiz, o da doğrudur. Dilimiz Azərbaycan türk dilidir… 

Eyni dilin üç adı? Təəccüblənməyə tələsməyək. Niyə də yox?! Bu 

adların  heç  biri  digərini  inkar  etmir»  [1,  65-66].  Fikrimizcə,  bir 

millətin  həyatı  üçün  müstəsna  əhəmiyyətə  malik  olan  dil 

məsələsinə, yəni milli dilin adının hansı şəkildə müəyyənləşməsi 

ilə bağlı problemə bu cür yanaşma qətiyyən doğru deyildir. Bəlkə 

də,  coğrafi  ərazi,  yaxud  da  dövlət  adının  hansı  adla 

adlandırılmasıyla bağlı bir neçə variant olsaydı, bunu haradasa da 

təbii  qəbul  etmək  olardı.  Buna  örnək  olaraq,  indiki  dövlətimizin 

vaxtilə hansı adla adlandırmasıyla bağlı bir neçə variantın (Xəzər, 

Azərbaycan,  Cənubi  Qafqaz  Türk  və  b.)  irəli  sürülməsini  də 


www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

530 



530 

xatırlatmaq yerinə düşərdi. Ancaq milli dilin adı ilə bağlı bir neçə 

variantın  (Azərbaycan  dili,  türk  dili,  Azərbaycan  türk  dili)  irəli 

sürülməsi, üstəlik onların hər birinin eyni mənanı ifadə etməsi ilə 

bağlı  K.Abdulanın  yuxarıda  irəli  sürdüyü  fikirlərlə  əsasən, 

razılşamırıq.  

Biz burada Kamal Abdulanın o fikri ilə müəyyən dərəcədə 

razılaşırıq  ki,  Azərbaycan  dövlətinin  dilinin  türk  dili  ilə  yanaşı, 

Azərbaycan türk dili kimi də ifadə olunması mümkündür. Bizə elə 

gəlir  ki,  bu  isə  bir  dilin  iki  adı  olmasından  daha  çox,  eyni  dili 

paylaşan  bir  millətin  yalnız  ləhcə  və  qrammatika  fərqlərini 

göstərmək  üçün  lazımdır.  Hər  halda  ən  azı  elmi  ictimaiyyətə 

məlumdur  ki,  bir  çox  obyektiv  səbəblərə  görə  Azərbaycan  və 

Türkiyə  türklərinin  minilliklər  boyu  paylaşdıqları  türk  dili, 

sonralar    müəyyən  dərəcədə  müxtəlif  istiqamətlərdə  inkişaf 

etmişdir. Bu isə daha çox ədəbi dilin formalaşmasında öz təsirini 

göstərmişdir. Halbuki, ədəbi dilin fərqli istiqamətdə inkişaf etdiyi 

dövrdə  belə  Türkiyə  ilə  Azərbaycan  ictimaiyyətinin  əksər 

təbəqləri arasında dil ayrılığı olmamışdır, bu gün də belə bir hal 

yoxdur.  

Bu  mənada,  biz  də  Türkiyə  türk  dili  (Türkiyə  türkcəsi), 

Azərbaycan türk dili (Azərbaycan türkcəsi) kimi ifadələri müdafiə 

edən Bəxtiyar Vahabzadə, Xəlil Rza Ulutürk, Sabir Rüstəmxanlı, 

Nəriman  Həsənzadə,  Kamil  Vəli  Nərimanoğlu  və  başqalarının 

fikirlərini doğru hesab edirik [195

c

, 217-218; 194



b

, 178; 103

a

, 93-


94]. Özəlliklə xalq şairi Bəxtiyar Vahabzadə milli dil məsələsi ilə 

bağlı mövqeyi konkret və dəyişməz idi: «Dilimizin adı azəri türk-

cəsi,  millətimizin  adı  isə  azəri  türküdür»  [219

a

,  167].  Bu  fikrin 



əleyhinə  çıxanlara,  azərbaycanlıların  farsdillilərdən  və  qafqaz-

dillilərdən törəmə olmasını iddia edən İ.Əliyev, F.Məmmədova və 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

531 


başqalarına      cavab  olaraq  o,  «Mən  türkəm»  (1995)  şeirində 

yazırdı: 

 Əslimi, nəslimi tanıyıram mən, 

Qarışıq deyiləm, özümdən hürkəm. 

Sən kimsən, sən nəsən, özün bilərsən

Mən ilk qaynağımdan türk oğlu türkəm!  

 

Subutdur, dəlildir, ağlın qibləsi, 



Dəyişə bilərsən adımı ancaq. 

Canım çıxanadək qəlbimin səsi, 

«Türkəm» - gerçəyini pıçıldayacaq [218, 144]. 

B.Vahabzadə doğru qeyd edirdi ki, türk kimliyinin və türk 

dilinin  əleyhinə olanlar özünü türk oğlu türk bilən Nəsimi, Füzuli, 

Həsən  bəy  Zərdabi,  Əli  bəy  Hüseynzadə,  Hüseyn  Cavid  və 

başqalarından ağıllı olduğunu zənn etsələr də, yanılırlar. Çünki bu 

cür konsepsiyadan çıxış etsək onda öz milli varlığını bilən və öz 

türklüyü  ilə  öyünən  həmin  nəhəng  korifeylərdən  əl  çəkməliyik. 

Vahabzadə yazır: «Demək, biz türk deyiliksə bu cahanşümul türk 

oğullarını milli ədəbiyyatımıza və fikir tariximizə daxil etməyə də 

haqqımız  yoxdur»  [219

a

,  104].  «Azərbaycan  türküyəm», 



«Türkəm, neçə millətlərə öz qanımı vermişəm» [195

c

, 259] deyən 



Xəlil  Rza  da  yazırdı  ki,  Türk  ahəngi,  Türk  dili  onun  üçün 

müqəddəsdir:  “Aman  Tanrı,  düşmənlər  nasıl  qorxur  Türkcədən! 

Məgər Türkcəm seçilir pardaxlanan qönçədən” [195

c

, 182]. 



Xalq  yazıçısı  Anar  milli  dilin  adı  ilə  bağlı  yazır  ki, 

dilimizin Azərbaycan türkcəsi, yaxud Azəri türkcəsi adlanmasının 

tərəfdarıdır:  ««Azərbaycan  türk  dili»,  «Azəri  türk  dili»  söz 

birləşmələrini də məqbul sayıram.  Bu söz birləşmələrində «türk» 

kəlməsi  dilimizin  əsrlərdən  gələn  ənənəvi  adıyla  bağlıdırsa, 

«Azərbaycan», yaxud «Azəri» kəlmələri dilimizi Türkiyə türkcə-



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

532 



532 

sindən fərqləndirmək üçündür» [23, 28]. Ancaq onun daha sonra 

Azərbaycan və Türkiyə türklərinin dillərini bir-birindən müəyyən 

qədər  fərqlənən  ləhcələr  kimi  deyil,  müstəqil  dillər  kimi  qəbul 

edilməlidir  [23,  27]  mülahizəsi  ilə  razılaşmırıq.  Çünki  bizə  elə 

gəlir  ki,  digər  türksoylu  xalqlarla  da  müqayisədə,  bir-birinə  son 

dərəcə  yaxınlıq  baxımından  Türkiyə  və  Azərbaycan  türklərinin 

(buraya  Güney  Azərbaycan  türkləri,  Türkmənistan  türkləri, 

Kərkük  türkləri,  Borçalı  türkləri,  Dərbənd  türkləri,  Şimali  Kipr 

türkləri və başqaları da aiddir) dilinin bir adı var: Türk dili. Bu da, 

şübhəsiz  onların  Türk  millətinin  Oğuz  nəsilindən  olması  ilə 

bağlıdır.  Ancaq  ümumilikdə  qazax,  özbək,  qırğız,  tatar,  başqırd, 

yakut, qaraqalpaq, krım və başqa türksoylu etnosların dillərinin də 

kökü türk mənşəlidir. 

Bu  baxımdan,  müəyyən  zamanlarda  aryı-aryı  türksoylu 

etnosların  türk  dili  əvəzinə  bəzən  tayfa  və  yaxud  hakim  sülalə 

adlarından  (uyğur,  özbək,  qazax,  osmanlı,  tatar,  başqırd  və  b.) 

istifadə  etmələri  də  təbiidir,  indi  də  bu  amildən  yararlanan  türk 

dövlətləri  (Qazaxıstan,  Özbəkistan  və  b.)  vardır.  Maraqlıdır  ki, 

hazırda rəsmi dili Türk dili olan Türkiyə  Cümhuriyyətinin sələfi 

Osmanlı dövlətinin dili osmanlı dili olduğu halda, indi dövlət dil 

Azərbaycan  dili  olan  Azərbaycan  Respublikasının  sələfləri 

Azərbaycan  Cümuhriyyəti  və  Azərbaycan  Səfəvi  İmperiyasının 

dövlət  dili  Türk  dili  olmuşdur.  Özəlliklə,  Türk  cümhuriyyətləri 

arasında ilk dəfə, Azərbaycan Cümhuriyyətinin dövlət dilinin türk 

dili olması, Azərbaycan türklərinin türk dilinə verdiyi önəminin və 

milliyyət  hissinin  üst  səviyyədə  olmasının  göstəricisidir.  Ancaq 

burada məsələni birinci və ya da ikinci olaraq hansı türk dövlətinin 

dilini türk adlandırılması şəklində qoymaq da doğru deyildir. Bu 

baxımdan  tədqiqatçı  Aydın  Abbasovun  təbrincə  desək, 

Azərbaycanın  dövlət  dilinin  türk  dili  adlandırılmasının 


www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

533 


müstəqilliyə  təhlükə  kimi  dəyərləndirilməsi  mənasızdır.  Çünki 

İngiltərənin  dövlət  dilinin  ingilis  dili  olduğu  halda,  ABŞ-ın  da 

həmin  dili  rəsmi  şəkildə  qəbul  etməsi  nə  qədər  təbiidirsə, 

Azərbaycan və Türkiyə dövlətlərinin də eyni dili paylaşmaları bir 

o  qədər  təbiidir  [2

c

,  208].  Başqa  sözlə,  ABŞ-da  milli  ideologiya 



kimi amerikançılıq-amerikanizm geniş yayılıb onun siyasi-ideoloji 

həyatında  aparıcı  yer  tutması  ilə  yanaşı,  bu  ölkədə  milliliyi-

etnikliyi  ifadə  edən  «ingilis»  anlayışı  (ingilis  dili,  ingilis 

mədəniyyəti  və  s.)  da  özünəməxsus  yer  tutur.  Burada,  xüsusilə 

ingilis dili amrerikanların və ingilislərin ümumi mentallıqdan çıxış 

etmələrinin əsasını təşkil edir. 

Bunu,  müəyyən  mənada  Azərbaycan  və  Türkiyə  dövlət-

lərinə  də  aid  etmək  olar.  Yəni  Azərbaycan  və  Türkiyə  müstəqil 

dövlətlər olsalar da, ortaq tərəfləri (soykök, dil, mədəniyyət, din və 

s.)  vardır.  Bu,  hər  iki  dövlətin  başçıları  tərəfindən  də  dəfələrlə 

bəyan edilmişdir. Bu birlik mesajları isə ümumi tarix, mədəniyyət, 

soykök, dil və sair məsələlər üzərində qurulmuqdur. Yəni burada 

ümumi  mentallığı  formalaşdıran  mühüm  amillər  vardır  ki,  onun 

əsasında da dil dayanır. Ancaq linqvistikanın fəlsəfi problemləri, 

etnodil  prosesləri  üzrə  araşdırmaçı,  fəlsəfə  elmləri  doktoru  Afaq 

Rüstəmova hesab edir ki, dil birliyi ümumi mentallığın formalaş-

masında mühüm amil olsa da, «lakin o da məlumdur ki, ingilislər 

və  amerikanlar  eyni  dildə  danışsalar  da,  müxtəlif  mentallığa 

malikdirlər. Əksinə, eyni ərazidə yaşayan, lakin müxtəlif dillərdən 

istifadə edən xalqları birləşdirən tarixi tale və vahid dövlət ümumi 

mentallığın formalaşmasına və inkişaf etməsinə çox münbit zəmin 

yarada bilər. Buna bariz nümunə Azərbaycanda yaşayan 100-dən 

artıq  millət,  milli  azlıq  və  azsaylı  xalqdır.  Bu  xalqlar  müxtəlif 

genoloji  mənşəyə  malik,  fərqli  funksional  və  struktur  inkişaf 

səviyyəsində olan 20-yə qədər dillərdən istifadə edirlər. Bununla 


www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

534 



534 

belə,  burada  yaşayan  xalqlar  bu  və  ya  digər  cəhətdən  müxtəlif 

xüsusiyyətlər  daşısalar  da,  bütövlükdə,  ümumi  mentallığa 

malikdirlər. Sözsüz ki, burada xalqlar arasında ümumi mentallğın 

formalaşmasında  digər  amillərlə  yanaşı  (ümumi  tarixi  tale,  adət, 

ənənələr, inanclar, davranış setrotipləri və s.) Azərbaycan dilinin 

müstəsna rolu vardır» [194

a

, 56]. 



Bizə elə gəlir ki, ingilislər və amerikanlar əsasən, müxtəlif 

deyil,  ümumi  mentallığa  malikdirlər.  Çünki  amerikanların  əsas 

nüvəsini  ingilislər  və  ingilis  mədəniyyəti  təşkil  edir.  Ümumi 

mentallığın  formlaşmasında  isə  tarixi  tale  və  vahid  dövlətdən 

öncə, müəyyən bir ərazidə (məsələn, ABŞ-da) çoxluq təşkil edən 

millətin (ingilislərin) öz dilini və mədəniyyətini milli azlıqlara və 

etnik  qruplara  qəbul  etdirə  bilməsidir.  Xüsusilə,  müəyyən  bir 

ərazidə  hər  hansı  dilin  aparıcı  yer  tutması  ümumi  mentallığın 

formalaşması  və  həmin  mentallıqda  dili  danışılan  millətin  üstün 

mövqeyə malik olması şübhəsizdir. Hər halda, A.Rüstəmova özü 

də  sonra  qeyd  edir  ki,  Azərbaycan  da  ümumi  mentallığın 

formalaşmasında  digər  amillərlə  müqayisədə  Azərbaycan  dilinin 

(Azərbaycan türkcəsinin – F.Ə.) müstəsna rolu vardır. Bu mənada, 

ümumi  mentallığın  formalaşması  baxımından  dil  Azərbaycanda 

hansı statusu oynamışdırsa, ABŞ-da da eyni rola malik olmuşdur. 

Yəni dilin ümumi mentallığın formalaşmasında birində müstəsna 

(Azərbaycan),  digərində  (ABŞ)  sıradan  bir  amil  kimi  rol 

oynadığını iddia etmək doğru olmazdı. Ən əsası odur ki, müəllif 

özü də sonda ümumi mentallığın formalaşmasında dilin tarixi tale 

və  vahid  dövlətdən  mühüm  yerə  malik  olması  qənaətinə  gəlir. 

Deməli, dil hər bir millətin varlığının nüvəsidir; bu nüvə olmadan 

tarixi  taleyə  və  əraziyə  əsaslanaraq  dövlət  yaratmaq  mümkün 

deyildir.  


www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

535 


Bu  baxımdan  ABŞ-da  və  Azərbaycanda  uyğun  olaraq 

İngilis  dili  və  Türk  dili  müasir-milli  dövlətin  yaranmasında  ilk 

prinsipi  təşkil  etmişdir.  Sadəcə,  ABŞ-da  əraziyə  verilmiş  ad 

dövlətin rəsmi adına çevrildiyi  halda, ölkənin dili burada çoxluq 

təşkil edən və yeni dövlətin yaranmasında aparıcı yerə malik olan 

ingilislərin  ana  dilinin  adına  uyğun  şəkildə  ingilis  dili  kimi  öz 

təsbitini taprmışdır. ABŞ-ın rəsmi dilinin ingilis dili olmasına nə o 

zaman  (1774-cü  ildə  ABŞ  dövləti  yaradılan  zaman),  nə  də 

sonralar  ciddi  şəkildə  etiraz  edən  etnik  qruplar  və  yaxud  milli 

azlıqlar  olmamışdır.  Ancaq  Azərbaycanda  hər  şey  başlanğıcda 

(1918-ci ildə Azərbaycan Cümhuriyyəti yaradılan zaman) ABŞ-da 

olduğu  kimi  gerçəkləşib,  yəni  ərazi  adı  (Azərbaycan)  dövlətin 

adına verilib, ölkənin rəsmi dili Türk dili olaraq qəbul edilsə də, 

sonralar fərqli tarixi talelər fərqli nəticələrə gətirib çıxarmışdır. 

Bütün bu reallıqları dərk edə-edə, indi bəzi tədqiqatçıların, 

arışdırmaçıların  Türk  dilinə  qarşı  «Azərbaycan  dili»ni 

əsaslandırmağa  çalışmaları  başa  düşüləndirsə,  ancaq  onların 

bunun  sübutu  üçün  gətirdikləri  «elmi  dəlillər»in  heç  bir  əsası 

yoxdur.  Xüsusilə,  Türk  dilinin  əleyhdarlarının  iddia  etmələri  ki, 

«iki  xalqın  bir  dili  ola  bilməz»  müddəasının  yuxarıda  da 

gördüyümüz  kimi  heç  bir  əsası  yoxdur.  Bu  mənada,  tanınmış 

ictimai  xadim  Qasım  Qasımzadə  doğru  yazırdı  ki,  tarixən  də, 

hazırda da eyni dili paylaşan, ancaq müstəqil dövləti olan bir çox 

xalqlar (ispanlar, ərəblər, ingilislər və b.) vardır. Eyni zamanda, o,  

Güney  Azərbaycan  türklərinin  də  milli  kimliklərini  və  milli 

dillərini  türk  olaraq  gördüyünü,  bu  mənada  Quzey  Azərbaycan 

xalqının  onlardan  fərqli  yol  tutmasının  mənasızlığını  və 

mümkünsüzlüyünü ifadə etmişdir. Onun fikrincə, millətin və dilin 

adı cəbrən dəyişdiridiyindən tarixi əsaslarla onun yenidən bərpası, 

bir  daha  dürüstlüklə  müəyyənləşdirilib  konstitusiya  mövqeyində 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

536 



536 

sənədləşdirilməsinin  milli  taleyimiz  üçün  zəruriliyi  mübahisə 

obyekti belə olmamalıdır  [132

a

].  



Eyni müddəalarla çıxış edən Kamil Vəli Nərimanoğlu da 

hesab  edir  ki,  Stalinin  «yeni  dil»  siyasətinə  qədər  (1936) 

Azərbaycan  mütəfəkkirləri  özlərinə  türk  deyiblərsə,  yaxud  da 

farslar, ermənilər  və başqaları  bizləri  türk  adlandırıbsa,  «ana  dili 

dərslikləri «Türk dili» adı ilə çıxıbsa, burada nəyi isə sübut etmək, 

xüsusilə, coğrafi adı olan Azərbaycan kəlməsini dilin, xalqın adı 

kimi  iddia  etmək  hər  cür  elmi,  tarixi,  məntiqi  əsasdan 

məhrumdur»  [172,  48].  Nərimanoğlunun  fikrincə,  Türk  dili 

anlayışını  isə  nə  M.Ə.Rəsulzadə  və  onun  silahdaşları,  nə  də 

N.Nərimanov  və  başqaları  özlərindən  icad  etməmişdilər:  «Bu 

xalqın adı belə idi: Türk. Bu xalqın əsrlər boyu yayılmış dilinin adı 

belə idi: Türk dili»  [172, 49]. 

Ancaq 1995-ci ildə qəbul edilmiş Konstitusiyada təkrarən 

«Azərbaycan dili»nə qayıtmağımızın nəticəsidir ki, son dövrlərdə 

Azərbaycan  türklərinin  etnik  tərkibinin  və  milli  dilinin  türksüz-

ləşdirilməsi  artıq  nəinki  ayrı-ayrı  yerli  alimlərin  kitablarında, 

monoqrafiyalarında, hətta rəsmi dövlət nəşrlərində də öz ifadəsini 

tapır.  Məsələn,  2011-ci  ildə  Azərbaycan  Respublikasının  Dövlət 

Statistika  Komitəsi  tərəfindən  iki  dildə  (Azərbaycan  türk  dili  və 

ingilis  dilində)  nəşr  olunan  «Müstəqil  Azərbaycan  –  20  il» 

kitabında  Azərbaycan  Respublikasının  əhalisinin  milli  tərkibi 

(2009-cu  ilin  rəqəmlərinə  görə)  aşağıdakı  kimi  verilmişdi: 

azərbaycanlılar 91, 6 %, ləzgilər 2,0 %, ermənilər 1,3 %, ruslar 1,3 

%, talışlar 1,3 %, avarlar 0,6 %, türklər 0,4 %... (160, 98). Deməli, 

dövlətin  bu  rəsmi  nəşrindən belə məlum  olur ki,  azərbaycanlılar 

və  türklər  başqa-başqa  millətlərdir.  Hətta,  türklərin  sayı  nəinki 

azərbaycanlılardan, o cümlədən ləzgilər, ermənilər, ruslar, talışlar 

və başqalarından da qat-qat azdır.  


1   ...   50   51   52   53   54   55   56   57   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə