İntellektual-Elektron Kitabxananın təqdimatında



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə55/58
tarix06.05.2017
ölçüsü3,32 Mb.
1   ...   50   51   52   53   54   55   56   57   58

www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

546 



546 

müstəmləkəçiliyinin  yaratdığı  Azərbaycan  sovet  ideyası  – 

kosmopolit azərbaycançılıq olmuşdur.  

Bu gün ən çox təəssüf doğuran odur ki, bəzi hallarda SSRİ 

dövründə və ondan əvvəllər yaranmış milli və antimilli ideyaların 

mahiyyəti  və  məzmunu  araşdırılmadan,  onlar  arasındakı  fərqlər 

göstərilmədən hansısa hökmlər çıxarılır, xüsusilə sovet dövründə 

təməli  qoyulmuş  saxta  beynəlmiləlçi  və  kosmopolit  ruhlu 

azərbaycançılıq  bəzi  hallarda  milli  ruhlu  azərbaycançılıqla 

eyniləşdirilir. Başqa sözlə, bəzən bilərəkdən və ya bilməyərəkdən 

kosmopolit azərbaycançılıq Azərbaycan milli ideyası kimi qələmə 

verilir, üstəlik «üçlüy»ə, o cümlədən türkçülüyə qarşı qoyulur. Bu 

zaman  SSRİ  dövrünün  məhsulu  olan  kosmopolit  azərbaycan-

çılığın  türkçülüyə  qarşı  qoyulması  isə  məntiqi  cəhətdən  əsaslı 

görünür. Çünki bu halda sovet dövründə olduğu kimi, Azərbaycan 

ədəbiyyatı,  Azərbaycan  mədəniyyəti,  Azərbaycan  tarixi  və 

Azərbaycan  dili  türk  mədəniyyəti,  türk  dili,  türk  tarixi  və  türk 

ədəbiyyatından  tamamilə  fərqli  şəkildə  qələmə  verilir.  Halbuki 

Azərbaycan  dilinin,  ədəbiyyatının,  mədəniyyətinin  və  tarixinin 

nüvəsini məhz türklük təşkil etmişdir və edir də.  

Ancaq  Azərbaycanda  indinin  özündə  də  bəziləri  hesab 

edirlər ki, türk mədəniyyəti, türk dili, türk ədəbiyyatı və s. yalnız 

Türkiyə  türklərinə  məxsusdur.  Bu  mənada,    artıq  Azərbaycan 

xalqının öz mədəniyyətini, ədəbiyyatını, dilini, milli kimliyini türk 

adlandırması  doğru  deyildir.  Şübhəsiz,  bütün  bunlar  həqiqəti 

özündə  əks  etdirmir.  Çünki  Azərbaycan  Respublikası  müstəqil 

dövlət  olmaqla  yanaşı,  həmişə  türklüyün  nüvəsi  olmuş  və 

olmaqda  da  davam  edir.  Bunu,  son  dövrlərdə  Azərbaycanın 

Türkiyə  və  Orta  Asiyanın  türksoylu  dövlətləri  ilə  yaxından 

əməkdaşlıq etməsi, bir sıra ortaq təşkilatların (Türkdilli dövlətlərin 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

547 


sammiti,  Türksoy,  Türk  Parlament  Assambleyası,  TAKM  və  s.) 

yaranmasında aparıcı rol oynaması da göstərir. 

Bu  baxımdan,  bizcə,  hazırda  Azərbaycan  üçün  önəmli 

məsələlərdən biri də məhz Türk dövlətləri arasında birliyin inkişaf 

etdirilməsidir.    Ancaq  dəqiqləşdirmək  lazımdır  ki,  Türk  birliyi 

dedikdə konkret nəyi nəzərdə tuturuq. Çünki bu, bir qədər geniş 

anlamdır. Burada söhbət konkret milli kimliyini, milli dilini, milli 

dövlətini türk olaraq qəbul edən toplumlardan gedə bilər. Ancaq 

bu  məsələlərdə  də  bir  qədər  obyektiv  və  subyektiv  səbəblərdən 

dolayı  problemlər  var.  Məsələn,  «Türk  birliyi»nin  içərisində 

nəzərdə  tutulan  ölkələrin  (Türkiyə,  Azərbaycan,  Türkmənistan, 

Özbəkistan  və  b.)  bir  yerə  toplanması  Türkdilli  dövlətlərin 

sammiti adlandığı halda, orada bir araya gələnlərin əksəriyyəti rus 

dilində danışırlar. Əlbəttə, problem yalnız sammitin adı, yaxud da 

oraya toplaşanların hansı dildə danışmaları ilə bağlı deyildir. Əsas 

problem bu türk dövlətlərinin hakimiyyətlərindən daha çox ayrı-

ayrı  müstəqil  ölkələrdə  yaşayan,  ancaq  əsasən  eyni  soyu,  dili, 

mədəniyyəti və tarixi paylaşan türk xalqlarının bir-birlərini hansı 

şəkildə dərk etmələri, qəbul etmələri ilə bağlıdır. Məsələn, SSRİ 

dövründə bu imperiyanın tərkibində yaşamağa məcbur olan Orta 

Asiya,  Krım,  Tatarıstan,  Qafqaz,  Sibir  və  başqa  türk  toplumları 

arasında iqtisadi, mədəni və s. əlaqələr heç də pis deyildi. Sadəcə, 

həmin  dövrdə  türk  toplumlarının  əsas  əlaqə  vasitəsi  rus 

mədəniyyəti, rus dili, rus ədəbiyyatı idi. Qırğız, özbək, qazax, türk 

(Azərbaycan), türkmən, tatar və başqaları məhz məcbur olaraq rus 

dili  və  mədəniyyəti  vasitəsilə  bir-biri  ilə  əlaqə  saxlayırdılar. 

Şübhəsiz, bütün bunlar nə qədər müstəmləkəçiliyə xidmət etsə də, 

müəyyən qədər onlar bir-biri ilə təmas yarada bilirdilər. Ancaq bu 

ölkələr müstəqil olduqdan sonra həmin səviyyədə  eyni təmasları 

yarada  bilməmişlər.  Yalnız  son  zamanlarda  bu  istiqamətdə 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

548 



548 

müəyyən  addımlar  atılmışdır  ki,  bəzi  türk  ölkələri  heç  də  ortaq 

türk  mədəniyyəti,  ortaq  türk  dili  və  s.  əsasında  əlaqələrin 

yaradılmasında  maraqlı  görünmür.  Bu,  nə  deməkdir?  Bu  onun 

göstəricisidir  ki,  SSRİ  dövründə  Mərkəz,  yəni  Moskva  türk 

toplumlarını  kölə  halına  gətirmək  üçün  türk  dilini,  türk 

mədəniyyətini, türk ədəbiyyatını və s. assimilyasiya etmiş və onun 

əvəzinə  həmin  xalqların  şüuruna  rus  dili,  rus  mədəniyyəti  və  s. 

yürütmüşdür  (Halbuki,  rus  mədəniyyətinin,  rus  ədəbiyyatının  və 

sairənin əsas yaradıcılarından biri də elə türklərin özüdür). Bu gün 

isə  biz  könüllü  şəkildə  türk  mədəniyyətinə,  türk  dilinə,  türk 

ədəbiyatına, türk fəlsəfəsinə sahib çıxmaq istəmirik.  

Bütün  bunları  nəzərə  alaraq  hesab  edirik  ki,  Azərbaycan 

türk dövlətlərinin birliyinin yaranmasında öz aktiv iştirakını əməli 

şəkildə  də  ortaya  qoymalıdır.  Bunun  üçün  ilk  növbədə, 

Azərbaycan türklərinin milli dili olan türk dili hər hansı formada 

Azərbaycanın  Əsas Qanunda öz  əksini tapmalıdır.  Bunu,  vaxtilə 

Azərbaycan Cümhuriyyətinin liderləri dövlət məktəblərində ortaq 

türk  tarixi,  türk  ədəbiyyatı,  türk  mədəniyyəti,  türk  dili  tədris 

etməklə  Türk  Federasiyasının  tərəfdarı  olduqlarını  bariz  şəkildə 

nümayiş  etdirmişlər.  Bizə elə  gəlir ki, bu baxımdan  Azərbaycan 

Cümhuriyyəti  (1918-1920)  dövründə  irəli  sürülmüş  Türk 

Federasiyasının yaradılması ideyası yenidən gündəmə gətirilməli, 

ilk  növbədə  bu  addımı  Türkiyə  və  Azərbaycan  türk  dövlətləri 

atmalıdırlar.  

Burada  daha  bir  incə  məsələ,  Türkiyə  və  Azərbaycan 

türklərinin eyni millət olması (identiklik) və eyni dili paylaşması 

ilə  bağlıdır.  Fikrimizcə,  eyni    millət  adını  daşımaq  və  eyni  dili 

paylaşmaqla, heç də bir ölkə digər ölkənin varlığını gölgə altında 

qoymur.  Əslində  Türkiyə  Cümhuriyyəti  daxilində  yaşayanlar 

Türkiyə  vətəndaşları  olduğu  kimi,  Azərbaycan  Cumhuriyyəti 


www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

549 


sərhədləri çərçivəsində yaşayanlar da Azərbaycan vətəndaşlarıdır. 

Ancaq bütün  bunlarla  yanaşı,  hər iki  müstəqil ölkənin vətəndaş-

larının  böyük  əksəriyyətinin  türk  kimliyini,  türk  dilini,  türk 

ədəbiyyatını,  türk  fəlsəfəsini  və  sairəni  paylaşması  çox  təbii  bir 

haldır.  

Bizcə, modernləşmənin vacibliyi, dövlətçiliyin qorunması, 

bütün  etnik  azlıqların  maraqlarının  nəzərə  alınması  adı  altında 

türkçülüyün  az qala radikal millətçilik, tarixə qovuşmuş və milli 

ruhlu  azərbaycançılıqdan  tamamilə  fərqli  bir  ideya  kimi  qələmə 

verilməsi doğru deyildir. Hər bir milləti yaşadan və onun varlığını 

təsdiq edən milli ideyadır. Milli ideyanın son nöqtəsi isə milli və 

müstəqil dövlətin yaranmasıdır. Əgər biz Azərbaycan türkçülüyü 

ideyasını  –  azərbaycançılığı  doğru  şəkildə  mənimsəsək,  dünya 

xalqları  arasında  milli  varlığımızı  sona  qədər  sürdürmək  çətin 

olmaz.  Ancaq bu  cür mənəvi-ideoloji məsələlər  üzərində  çalışan 

tədqiqatçı  kimi hesab  edirik ki, milli kimliyini,  milli dilini, milli 

mədəniyyətini, milli tarixini (tarix fəlsəfəsini), milli ədəbiyyatını, 

bir sözlə milli mənlik şüurunu vaxtında dərk etməyən bir millət, 

bir toplum üçün  dünya  millətləri  arasında  özünü  ifadə  etmək də 

çətin olar. Çünki hər bir millətin tarix fəlsəfəsi o millətin keçmiş 

təcrübələri olmaqla yanaşı, eyni zamanda milli prinsiplərinin, milli 

şüurunun da arxividir [246, 135]. 

Hər  bir  Azərbaycan  vətəndaşının  milli  mənəvi  dəyərləri, 

yəni vahid vətəni, vahid dövləti qorumaq baxımından milli ruhlu 

azərbaycançılıq  ideyasının  vacibliyini  dərk  etməsi  ilə  yanaşı, 

Azərbaycanda sayca çoxluq təşkil edən türklərlə, azlıq təşkil edən 

etnik  qrupların  (talış,  ləzgi,  tat,  avar  və  b.)    kimliyinə  və  dilinə 

sahib çıxmaları da təbii qarşılanmalıdır. Əks təqdirdə bir dövlətdə 

sayca  əksəriyyəti  təşkil  edən  Azərbaycan  türklərinin,  eləcə  də 

etnik azlıqların keçmişi ilə gələcəyi arasında bağ qırılar, bununla 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

550 



550 

da  vahid  millətin  üzvləri  vəhdətlikdən  parəkəndəliyə  üz  tutarlar. 

Xüsusilə  də,  Azərbaycan  Respublikasının  yaranmasında  mühüm 

rol oynayan və onun nüvəsini təşkil edən Azərbaycan türklərinin 

azərbaycanlı siyasi kimliyi ilə yanaşı, türk kimliyini və türk dilini 

qəbul  etmələrini  də  təbii  qəbul  etmək  lazımdır.  Çünki  hər  hansı 

millətin  varlığı  o  zaman  əbədiyyən  mümkün  olar  ki, 

L.N.Qumilyovun təbrincə desək, millətin və  yaxud etnik birliyin 

hər  hansı  fəal  qurucusu  özünü  əcdadlarının  tutduğu  xəttin 

davamçısı  kimi  görür  və  ona-milli  ideyaya  nə  isə  əlavə  etmək 

istəyir. Bir növ üzərində keçmişlə varisliyin itməməsi və gələcək 

nəsilə  ötürülməsi  üçün,  hansısa  milli  bir  missiyanın  olmasına 

inanır [263, 93].  

Azərbaycan  türkləri  ilk  növbədə,  onun  aydınları  belə  bir 

missiyanın  məsuliyyətini  dərk  edirlər.  Məhz  bu  milli  missiyanı 

dərk  etməyin  nəticəsi  kimi  də,  onlar  dövlətçilik,  vətənçilik, 

xalqçılıq  mənalarında  milli  ruhlu  azərbaycançılıq  ideyasının 

vacibliyini  irəli  sürməklə  yanaşı,  Azərbaycan  türklərinin  etnik 

kimliyini  və  milli  dilini  də  qoruyub  yaşatmağa  çalışırlar.  Çünki 

bunlar olmadan Azərbaycan milli ideyasından – azərbaycançılıq-

dan bəhs etmək mümkün deyildir. Ən azı ona görə ki, milli ruhlu 

azərbaycançılıq  ilk  növbədə,  Azərbaycan  türklərinin  müstəqil 

etnik kimliyi və milli dili uğrunda mübarizə nəticəsində yaranmış, 

bunun  nəticəsi  olaraq  1918-ci  ildə  Azərbaycan  Cümhuriyyəti 

qurulmuşdur. Azərbaycan Cümhuriyyəti isə, digər etnik azlıqların 

rolunu  azaltmadan,  ancaq  Azərbaycan  türklərinin  də  aparıcı 

rolunu  inkar  etmədən  keçmişdən  süzülüb  gələn  milli  mənəvi 

dəyərlərin çağdaş dövrün tələblərinə uyğunlaşdırılmış milli ideya-

sının  nəticəsi  idi.  Sadəcə,  əvvəlki  dönəmlərdə  də  olduğu  kimi 

(Ağqoyunlular,  Qaraqoyunlular,  Səfəvilər,  Qacarlar  və  b.), 

Azərbaycan türkləri yeni qurduqları dövləti yalnız bir türk dövləti 


www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

551 


kimi  görməmiş,  ona  görə  də  yeni  dövlətə  «Azərbaycan»  adı 

verməklə bütün  azərbaycanlılar üçün  ortaq  nöqtədən çıxış  etdik-

lərini rəsmən ortaya qoymuşlar. Ancaq bununla yanaşı, Azərbay-

can  milli  ideoloqları  təbii  haqları  olaraq  Azərbaycan  Cümhuriy-

yətinin dövlət dilini türk dili elan etmiş və bayraqlarında türklüyü 

ifadə  etmişlər  ki,  istər  Cümhuriyyət  dövründə,  istərsə  də  bir 

müddət  Sovet  Azərbaycanı  dövründə  (1937-ci  ilədək)  etnik 

azlıqlar tərəfindən bu heç bir narazlıq ilə qarşılanmamışdır.  

Ancaq  yuxarıda  da  qeyd  etdiyimiz  kimi,  sonrakı 

dönəmlərdə  artıq  sovet  ideoloqları  vahid  Azərbaycan 

dövlətçiliyinin  təməlini  sarsıtmaq,  milli  mənlik  şüurunu 

zədələmək üçün bir tərəfdən Azərbaycan türkçülüyü ideyasına  – 

milli  azərbaycançılığa  qarşı  hücuma  başlamış,  digər  tərəfdən 

türklər  başda  olmaqla  azərbaycanlı  siyasi  kimliyi  altında 

bütövləşən,  vahidləşən  siyasi  bir  milləti  on  üç  etnik  «millət»ə  – 

erməni, fars, rus, kürd, talış, ləzgi və başqalarına bölmüşlər [154

a



121-122].  Şübhəsiz,  sovet  ideoloqarı  onu  bu  gün  üçün,  yəni 



Azərbaycanın bir gün müstəqil yaşaya biləcəyinə və həmin müstə-

qillik  dövründə  mərkəzdənqaçma  meyillərinə  hesablamışlar. 

Bunun  ən  bariz  nümunəsi  hazırda  mövcud  olan  Dağlıq 

Qarabağdakı  erməni  separitzmidir.  Ancaq  müstəqil  Azərbaycan 

Respublikasının  həyatında  bu  yeganə  hal  olmamış,  başqa  etnik 

azlıqlar  arasında  da  müəyyən  dövrlərdə  (1992-1993-cü  illərdə) 

mərkəzdənqaçma halları baş vermişdir.  

Ona  görə  də,  milli  şüurumuzda  baş  verən  dəyişiklərdən 

doğru nəticə çıxarmalı, keçmişlə bu gün arasında varislikdən, ya 

da  milli  şüurun  bərpasından  bəhs  edərkən  elmi  obyektivliyi 

gözləməli və süni, kosmopolit düşüncələrdən uzaq olmalıyıq. Bu 

baxımdan  bugünkü azərbaycançılıq ideyası sovet dövründə zorla 

şüurumuza  yeridilmiş  kosmopolit  azərbaycançılığa  deyil, 


www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

552 



552 

türkçülükdən təşəkkül tapmış milli ruhlu azərbaycançılığa əsaslan-

malıdır. Əgər kimlərsə azərbaycançılığın türkçülüyə əsaslanmasını 

Azərbaycanın  çoxetnoslu  dövlət  olması,  bu  mənada  etnik 

azlıqların maraqlarının  nəzərə  alınması baxımından təhlükə kimi 

görürlərsə,  bizcə,  yanılırlar.  Ona  görə  ki,  Azərbaycan 

Respublikasında yaşayan etnik azlıqlar kimi, bu dövlətin nüvəsini 

təşkil  edən  Azərbaycan  türklərinin  maraqlarının  nəzərə  alınması 

da eyni dərəcədə önəmlidir. 

 

 


www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

553 


NƏTİCƏ 

 

Milli  ideologiya  problemi  hər  millətin  həyatında 

ümumi yanaşmalarla yanaşı, özünəməxsusluqları da inkar edə 

bilməz.  Çünki  hər  bir  millətin  adət-ənənələri,  mədəniyyəti 

kimi, mövcud həyat tərzi də fərqli xüsusiyyətlərə malikdir. Bu 

mənada,  daha  çox  Şərq  mədəniyyətinə,  o  cümlədən  İslam-

Türk  dünyasına  aid  olan,  ancaq  bununla  yanaşı,  Qərbin-

Avropanın  mütərəqqi  dəyərlərinə  də  biganə  qalmayan 

Azərbaycan  xalqının  milli  ideologiyaya  münasibətində  də 

özünəməxsuluq qaçılmazdır. Çünki Azərbaycan xalqı Şərq və 

Qərb mədəniyyətinin qovşağında yaşamaları ilə yanaşı, özü də 

bu  mədəniyyətlərdən  yalnız  qidalanmamış,  eyni  zamanda 

onların  yaranmasında  və  inkişafında  müəyyən  pay  sahibi 

olmuşdur.  

Azərbaycan  milli  ideyasının  formalaşmasında  da  bu 

faktorlar mühüm rol oynamışdır. Hələ, XIX əsrin Azərbaycan 

mütəfəkkirləri  (A.A.Bakıxanov,  M.F.Axundzadə,  H.Zərdabi) 

yaxşı anlayırdılar ki, Azərbaycan xalqının gələcəyi yalnız bir-

tərəfli,  yəni  tamamilə  İslam-Türk-Şərq  mədəniyyəti  ilə  bağlı 

ola  bilməz,  müəyyən  mənada  Qərbin-Avropanın  mütərəqqi 

dəyərlərinə də yiyələnmək lazımdır. Bu məqsədlə onlar  Azər-

baycan  xalqının  maariflənməsi  və  sivil  cəmiyyətə  çevrilməsi 

yolunda, bu və ya digər dərəcədə Qərb mədəniyyətinə də mür-

aciət etmiş, İslam-Türk dünyasının bu hissəsində islahatlar ap-

armağa  cəhdlər  göstərmişlər.  Əgər  Bakıxanov  bu  məsələdə 

daha mühafizəkar mövqədən çıxış edərək Qərb mədəniyyətin-

dən bəhs edərkən İslamın müasirliyini və üstünlüyünü önə çə-

kirdirsə, Axundzadə ondan fərqli olaraq İslam dinində radikal 

islahatlar aparılmasını və Qərb-Avropa mədəniyyətinin burada 


www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

554 



554 

tətbiqini  təklif etmişdir. Ancaq H.Zərdabi isə onlardan fərqli 

olaraq həm hər iki mədəniyyətdən yararlanmağın faydalı olun-

masını irəli sürmüş, həm də ümumilikdən xüsusiliyə doğru ad-

dım ataraq konkret Qafqaz-Azərbaycan müsəlmanlarının-türk-

lərinin milli oyanışı üçün əməli işlər görməyə çalışmış, Azər-

baycan milli ideyasının yaranması prosesini sürətləndirmişdir. 

Fikrimizcə,  19-cu  əsr  mütəfəkkirlərmizin  Azərbaycan 

milli  idyeasının  yaranması  yolunda  atdıqları  ilk  addımlar 

səmərəsiz  qalmamış,  onların  davamçıları  (Ə.Ağaoğlu, 

Ə.Hüseynzadə,  Ə.Topçubaşov,  M.Ə.Rəsulzadə,  N.Yusifbəli 

və  b.)  azərbaycançılığın  milli  ideyaya  çevrilməsi  yolunda 

mühüm  addımlar  atmışlar.  Şübhəsiz,  onlar  bu  işə  başlarkən 

sələflərinin  Azərbaycan  milli  ideyası  yolunda  atıdığı  ilk 

addımlardan  ciddi  «dərs»  almış,  bu  milli  dərs  əsasında  milli 

və  müstəqil  Azərbaycan  yaratmağa  çalışmışlar.  Bizcə, 

Azərbaycan  milli  ideyasının  müəyyənləşməsi  zamanı  milli 

ideoloqlar sələflərinin hər birinin ideyalarından yararlanmağa 

çalışaraq, onların milli dünyagörüşləri əsasında islamlaşmağı, 

türkləşməyi  və  yeniləşməyi-avropalaşmağı  bir  xətt  olaraq 

qəbul etmişlər. 

Bu  mənada  Ə.Ağaoğlunun  İslam-Türk  birliyinə 

əsaslanan  «İslam  millətçiliyi»,  Ə.Hüseynzadənin  türkləşmək, 

islamlaşmaq  və  avropalaşmaq  «üçlüy»ü,  M.Ə.Rəsulzadənin 

və  N.Yusifbəylinin  bu  «üçlük»  əsasında  Azərbaycan 

türkçülüyü  ideyasını  –  azərbaycançılığı  irəli  sürməsi  bir 

təkamülün  nəticəsi  idi.  Bu  təkamülün  kökü  nə  qədər 

qədimlərə  gedib  çıxsa  da,  çağdaş  mərhələdə  onun  yeni 

cizgiləri 19-cu əsrdə meydana çıxmış, 20-ci əsrin əvvəllərində 

isə Azərbaycan milli ideyasının və onun bariz nümunəsi olan 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

555 


Azərbaycan Cümhuriyyətinin (Respublikasının) yaranması ilə 

nəticələnmişdir.  

Bütün  Şərqdə, o cümlədən  İslam-Türk dünyasında ilk 

demokratik  dövlət  olan  Azərbaycan  Respublikasının  əsaslan-

dığı ideologiya milli-demokratik bir ideologiya idi. Çünki bu 

respublikada  milli  və  demokratik  dəyərlər  bərabərlik  təşkil 

edir,  ölkə  sözün  həqiqi  mənasında  demək  olar  ki,  bütün 

vətəndaşların  maraqlarına  uyğun    olaraq  idarə  olunmuşdur. 

Hətta,  həmin  dövrdə  Azərbaycan  Milli  hökumətinə  müxalif 

olan,  Azərbaycan  parlamentində  təmsil  olunan  bütün  siyasi-

ideoloji  qüvvələrin  (bolşeviklər,  menşeviklər,  ittihadçılar  və 

b.) nümayəndələri belə, bu dövlətin demokratikliyini dəfələrlə 

etiraf  etmişlər.  Çünki  Azərbaycan  Respublikası  Azərbaycan 

türklərinin milli azadlıq hərəkatı nəticəsində və onların nüvəsi 

ilə  yaranmasına  baxmayaraq,  bu  dövlətdə  yaşayan  yerli  və 

gəlmə  etnosların  heç  birinə  qarşı  ayrı-seçkilik  siyasəti 

yürüdülməmiş, əksinə müəyyən mənada onlara güzəştlər belə 

edilmişdir. 

Bu baxımdan Azərbaycan Cümhuriyyəti dövründə hər 

hansı bir millətin, yəni konkret olaraq Azərbaycan türklərinin 

mütləq üstünlüyündən söhbət gedə bilməzdi. Sadəcə, o dövrdə 

türk  və  türk  olmayan  bütün  Azərbaycan  vətəndaşları  yaxşı 

anlayırdılar  ki,  bu  dövlətin  qurulmasında  «üçlük»  və  ona 

əsaslanan  Azərbaycan  türkçülüyü  ideyası  (indiki  anlamda 

azərbaycançılıq) mühüm rol oynamışdır. Ancaq bu ideyaların 

(islamlaşmaq,  türkləşmək  və  avropalaşmaq-yeniləşmək)  hər 

birində  də  Azərbaycan  türk  millətinin  digər  etnoslardan 

üstünlüyü  deyil,  Azərbaycana  bağlılıq  və  demokratik 

dəyərlərə əməl olunması önə çəkilirdi. Beləliklə, Cümhuriyyət 

dövründə  milli-demokratik  dəyərləri  özündə  əks  etdirən 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

556 



556 

Azərbaycan  milli  ideyası–azərbaycançılıq  yalnız  Azərbaycan 

türklərinin  və  entik  azlıqların  (talış,  kürd,  ləzgi  və  b.)  deyil, 

Azərbaycandakı  milli  azlıqlar  (yəhudi,  rus,  alman,  polyak  və 

b.)  üçün  də  qəbul  edilən  bir  ideologiyaya  çevrilmişdi. 

Doğrudur,  sonrakı  dönəmlərdə  Azərbaycandakı  bəzi  milli 

azlıqlar,  o  cümlədən  ruslar  və  ermənilər  Azərbaycan 

Cümhuriyyətinin  süqutunda  müəyyən  rol  oynadılar.  Ancaq 

bütün  hallarda,  müəyyən  bir  dövrdə  milli-demokratik 

dəyərlərə  əsaslanan  azərbaycançılığın  ən  azı  vətən  və  dövlət 

ideologiyası kimi üstünlüyünün olması faktı da danılmazdır. 

Çox təəssüflər olsun ki, «üçlüy»ə əsaslanmaqla yanaşı, 

özündə  vətənçilik,  dövlətçilik  və  demokratik  dəyərləri  də 

birləşdirən Azərbaycan milli ideyası-azərbaycançılıq Azərbay-

can  Cümhuriyyəti  işğal  olunduqdan  sonra  sovetləşmə  adı 

altında  əvvəlcə  təzyiqə  və  təqibə,  daha  sonra  isə  təhrif  və 

simasızlaşdırmaqla  üz-üzə  qalmışdır.  Belə  ki,  ilk  dövrlərdə 

SSRİ  rəhbərləri  və  ideoloqları  Azərbaycan  milli  mütəfəkkir-

lərinə  təzyiq  göstərərək  onları  Türk  və  İslam  dünyasından 

ayırmağa  çalışmış,  bu  məqsədlə  də  onları  pantürkist, 

panislamist  adı  altında  repressiya  etimişlərdir.  Hətta,  bu 

məsələdə  onlarla  bir  yerdə  sosializm  uğrunda  mübarizə 

aparan,  ancaq  milli-mənəvi  dəyərlərə  sadiq  qalmağa  çalışan 

N.Nərimanov,  Ə.Xanbudaqov  kimi  şəxsiyyətlərə  qarşı  belə 

bolşeviklər amansız davranmışlar. 

Beləliklə,  milli  ruhlu  azərbaycançılığın  təməl 

prinsiplərindən  biri  olan  siyasi  millət  birliyini  çoxlu  etnik  və 

gəlmə  «millətlər»ə  parçalayan  sovet  ideoloqları  bir  tərəfdən 

Azərbaycan  üçün  yeni  problemlərin,  xüsusilə  də  separtizmin 

əsasını  qoymuş,  digər  tərəfdən  Azərbaycan  türklərinin  milli 

kimliyinə və milli dilinə qəsd etmişdir. Bunu, süni şəkildə ört-

1   ...   50   51   52   53   54   55   56   57   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə