İntellektual-Elektron Kitabxananın təqdimatında



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə56/58
tarix06.05.2017
ölçüsü3,32 Mb.
1   ...   50   51   52   53   54   55   56   57   58

www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

557 


basdır  etmək  üçün  isə  «Azərbaycan  dili»  və  «Azərbaycan 

milləti» (etnik mənada) ortaya atılmış, sovet alimləri isə «yeni 

millətin»  dilini  və  milli  kimliyini  əsaslandırmaq  üçün 

mübarizəyə başlamışlar.  

Türk  kimliyinin  və  türk  dilinin  qadağan  olması, 

əvəzində Azərbaycanda Azərbaycan türkləri ilə yanaşı, ən azı 

13 «millət»in meydana çıxmasından sonra, irəli sürülən «yeni 

millət» və  «yeni  dil»  ideyası  milli  mənlik  şüurunun məhvinə 

yönəlmişdir.  Belə  ki,  sovet  ideoloqları  bir  tərəfdən 

Azərbaycan  türklərinin  milli  mənlik  şüurunu  məhv  etməyə 

çalışmış,  digər  tərəfdən  sovetləşmə,  «xalqlar  dostluğu»-

«beynəlmiləlçilik» 

adı 

altında 


kosmopolit 

şüur 


formalaşdırmağa  çalışmışlardır.  Bu  «xalqlar  dostluğu»-

«beynəlmiləlçilik» 

ideologiyasına 

görə, 


Azərbaycan 

türklərinin  milli  kimlikləri  və  milli  dilləri  naməlum 

«azərbaycanlı» etnik kimliyi və «Azərbaycan dili» adı altında 

unutdurulmalı,  ancaq  bu  zaman  digər  etnik  azlıqlar  isə  bu 

prosesdən  kənarda  saxlanılmalı  idi.  Etiraf  edək  ki,  sovet 

rəhbərləri  və  ideolqları  bu  məsələdə  Azərbaycan  türklərinin 

milli  şüurunu  xeyli  dərəcədə  zədələməyə  nail  olmuşlar.  Belə 

ki,  sovet  ideologiyasının  təxribatı  olan  bu  «yeni  mllət»  və 

«yeni  dil»  ideyası  bu  günə  qədər  də  aktuallığını  qoruyub 

saxlamaqdadır.  Ən  acınacaqlısı  odur  ki,  bu  faktordan  nəinki 

Azərbaycanın  xaricində,  hətta  daxilimizdə  də  sui-istifadə 

edənlər olmuşdur və indi də var.  

Belə ki,  SSRİ dövründə  meydana çıxan  «yeni  millət» 

və  «yeni  dil»in  varlığını  Azərbaycanın  daxilində  müdafiə 

edənlər bu zaman ilk növbədə, etnik azlıqların maraqlarını önə 

çəkmişlər.  Hələ,  SSRİ  dövründə  bəzi  Azərbaycan  alimləri 

(İ.Əliyev,  F.Məmmədova  və  b.)  bu  amillərdən  çıxış  edərək 


www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

558 



558 

yazırdılar  ki,  «yeni  dil»  və  «yeni  millət»  türklərlə  deyil,  ya 

qafqazdilli etnoslarla, ya da irandilli etnoslarla bağlıdır. Hətta, 

onların  iddiasına  görə,  qədim  dövrdə  Azərbaycanda  türklər 

deyil,  qafqazdilli  albanlar, 

ya  da  irandilli  etnoslar 

ermənilərdən  öncə  bu  bölgədə  yaşamış,  onlar  son  əsrlərə 

qədər  burada  aparıcı  millət  olmuşlar.  Şübhəsiz,  bütün  bunlar 

SSRİ dövrünün rəhbərlərinin və ideoloqları  tərəfindən ortaya 

atılmış,  milli-türk  ruhlu  azərbaycançılığa  qarşı  yönəlmiş 

«xalqlar  dostluğu»-«beynəlmiləlçi»  azərbaycançılığın  yeni 

dövrdəki  təzahürləridir.  Azərbaycan  türklərinin  milli 

kimliyinin  və  milli  dilinin  qəsdinə  yönəlmiş  «xalqlar 

dostluğu»-«beynəlmiləlçilik» 

ideologiyasının 

həyata 


keçirilməsində isə bəzi yerli alimlərin maraqlı olması da başa 

düşüləndir.  Əgər  sovet  rəhbərləri  və  ideoloqlarına 

Azərbaycanın  nüvəsini  təşkil  edən  türklərin  məhvi  maraqlı 

idisə, bu yolda geniş imkan yaratdıqları bəzi yerli alimlərə də 

öz  «millət»lərini  təsdiq  etdirmək  önəmli  idi.  Bu  baxımdan, 

Sovet  Rusiyasının  «parçala  və  hökm  sür!»  siyasətinə  uyğun 

olaraq  Azərbaycan  dövlətinin  nüvəsini  təşkil  edən  türklərin 

məhv  edilməsi,  əvəzində  çoxlu  «millət»lərin  yaradılması 

prosesi dünənimizin acı bir reallığıdır.  

Bu  gün  həmin  reallıqları  dərk  edib  nəticə  çıxarmaq 

əvəzinə, bir çoxları hələ də SSRİ rəhbərlərinin və ideoloqlar-

ının vaxtilə müəyyənləşdirdikləri «xalqlar dostluğu»-«beynəl-

miləlçilik»  ideologiyasını  davam  etdirməklə  məşğuldurlar. 

Sadəcə,  SSRİ  dövründə  bütün  bunlar  «xalqlar  dostluğu»-

«beynəlmiləlçilik»  ideologiyası  adı  altında  həyata  keçirildiyi 

halda,  indi  onu  azərbaycançılıq  əvəz  etmişdir.  Bu  zaman 

azərbaycançılıq dedikdə isə, daha çox ümumi müddəalar (biz 

azərbaycanlılarıq,  Azərbaycan  vətəndaşlarıyıq,  Azərbaycan 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

559 


hamımızın  vətəni  və  dövlətidir  və  s.)  irəli  sürülərək  onun 

yaranması və inkişaf mərhələləri səthi şəkildə təqdim olunur. 

Bu  mənada,  hazırda  milli  ideologiya  ilə  bağlı  əsas 

problemlərdən  biri  milli-türk  ruhlu  azərbaycançılıqla  SSRİ 

ideoloqlarının 

ortaya 


atdıqları 

«xalqlar 

dostluğu»-

«beynəlmiləlçi»  ruhlu  azərbaycançılıq  arasında  dəqiq 

təsəvvürlərin  olmamasıdır.  Bu  fərqlər  nəzərə  alınmadan 

ümumilikdə azərbaycançılıq türkçülük ideyasına qarşı qoyulur 

ki, bununla da səhv nəticələr çıxarılır. Hətta, iddia olunur ki, 

ümumilikdə 

azərbaycançılıq 

və 


türkçülük 

bir-birinə 

eynilikdən  daha  çox  alternativlik  təşkil  edir.  Deməli,  ilk 

növbədə  bu  yanlış  təsəvvürü  aradan  qaldırmaq  lazımdır. 

Bunun  üçün  isə,  türkçülük  və  azərbaycançılığı  müqayisə 

etməzdən  öncə,  milli-türk  ruhlu  azərbaycançılıqla  «xalqlar 

dostluğu»-«beynəlmiləlçi» ruhlu azərbaycançılığı bir-birindən 

ayırmaq  lazımdır.  Yalnız  bu  halda  bəlli  olacaq  ki,  türkçülük 

hansı  azərbaycançılığa  alterantiv,  hansı  ilə  isə  eynilik  təşkil 

edir.  Fikrimizcə,  bu  məsələlərə  aydınlıq  gətirmədən 

türkçülüyü azərbaycançılığa və yaxud əksinə azərbaycançılığı 

türkçülüyə  qarşı  qoyanlar,  müəyyən  mənada  SSRİ 

ideoloqlarının  ideyalarını  yaşatmaqla  məşğuldurlar.  Ən 

maraqlısı isə odur ki, azərbaycançılıq və türkçülüyü bir-birinə 

alterantiv  kimi  görənlər  Sovet  ideoloqlarının  bu  yönlü 

mülahizələrini də tamamilə inkar etmirlər.  

 Çağdaş  dövrdə  milli-türk  ruhlu  azərbaycançılığı 

yaradan  türkçülükdən  bəzən  SSRİ-nin  Azərbaycanı  işğal 

etdiyi  1920-1930-cu  illərin  ab-havası  fonunda  bəhs  olunur. 

Həmin  dövrdə  Sovet  rəhbərliyi  və  onların  ideoloqları 

türkçülük  ideyasının  Azərbaycan  türklərinin  yaddaşından 

silmək  üçün  təxminən  20  ilə  qədər  (1920-ci  ildən  1936-cı 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

560 



560 

ilədək)  çalışdılar.  Ancaq  bu  milləti  asanlıqla  diz  çökdirə 

bilməyəcəklərini,  yəni  tək-tək  onları  öldürməklə,  yaxud  da 

müxtəlif  şirinlikdirilmiş  təkliflərlə  işin  bitmədiyini  görüb 

1930-cu  illərdə  bir  tərəfdən  kütləvi  repressiyalara  əl  atmış, 

digər  tərəfdən  separtizmin  əsaslarını  işləyib  hazırlamışlar. 

Unutmaq  lazım  deyil  ki,  sovet  rəhbərliyi  yalnız  kütləvi 

repressiyalardan  sonra  türkçülüyü  və  onun  Azərbaycanda 

bariz  təcəssümüsü  olan  milli  ruhlu  azərbaycançılığı  rəsmən 

qadağan etmiş, dünənə qədər milli kimliyi türk, milli dili türk 

dili adlanan bir millətin üstündən amanzıcasına xətt çəkmişlər. 

Yəni demək istədiyimiz odur ki, o zaman da türkçülüyü əngəl 

kimi görənlər olmuşdu. Ancaq onda türkçülüyü inkişafa əngəl 

kimi  görənlər  sovet  rəhbərliyi  və  onların  Azərbaycandakı 

əlaltıları  idilər.  Onlar  deyirdilər  ki,  Azərbaycanın  gələcəyi 

ancaq  rus  xalqı,  onun  mədəniyyəti,  dili,  ədəbiyyatı,  əlifbası, 

bir sözlə rusun nəyi varsa onunla bağlıdır. Güya, türk kimliyi, 

türk mədəniyyəti, türk dili, türk ədəbiyyatı, bir sözlə türklüyə 

aid nə varsa, hamısı gerilikdir, inkişafa  əngəldir.  

Çox  təəssüf  ki,  bu  gün  də  türkçülüyü  başqa  formada 

gerilik,  Azərbaycanın  inkişafına,  hətta,  güya,  liberalizmə, 

modernləşməyə və demokratiyaya əngəl kimi görənlər tapılır. 

Bütün  bunlar  türkçülüyün  mahiyyətini  saxtalaşdırmaqdan 

başqa  bir  şey  deyildir.  Hələ,  20-ci  əsrin  əvvəllərində 

Ə.Ağaoğlu,  Ə.Hüseynzadə,  M.Ə.Rəsulzadə  və  başqa 

mütəfəkkirlərimiz  türkçülüyün,  o  cümlədən  onun  bariz 

nümunəsi  olan  milli  ruhlu  azərbaycançılığın  liberalizmə, 

demokratiyaya zidd olmadığını, əksinə onlarla üst-üstə düşdü-

yünü elmi-nəzəri cəhətdən əsaslandırmışlar. Bu baxımdan hər 

hansı  mənada  azərbaycançılığın  yaranmasında  mühüm  rol 

oynayan  türkçülüyü  liberalizmə,  demokratiyaya,  modernləş-


www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

561 


məyə zidd sayanlar ya məsələnin əsil mahiyyətini bilmirlər, ya 

da bilərəkdən bu cür mülahizələr irəli sürürlər. 

Unutmaq  olmaz  ki,  bütün  zamanlarda  və  indinin 

özündə  də,  müəyyən  istisnaları  nəzərə  almasaq,    hər  bir 

dövlətdə  onun  aparıcı  nüvəsini  əsasən,  bir  millət  təşkil 

etmişdir. Digər etnik azlıqlar isə, həmin dövlətlərin tərkibində 

müəyyən  nüfuzlarına  görə  bu  və  ya  digər  dərəcədə  iştirak 

etmişlər  və  ya  edirlər  də.  Hətta,  əgər  bir  dövlətin  (İsveçrə, 

Kanada,  Belçika  və  b.)  yaranmasında  və  hazırkı  durumunda 

iki  ayrı-ayrı  millət  eyni  rolu  oynamışdırsa,  bu  da  həmin 

dövlətin Konstitusiyasında (milli dil və s.) öz əksini tapmışdır. 

Yəni  hər  bir  inkişaf  etmiş  dövlətdə  başa  düşürlər  ki, 

vətəndaşlıq, yurddaşlıq yəni dilindən, etnik mənsubiyyətindən 

asılı  olmyaraq  yaşadıqları  dövlətdə  bərabər  hüquq  və 

azadlıqlara  malik  olmaları  ilə  yanaşı,  bu  ölkədə  əksəriyyəti 

təşkil  edən  bir  millətin  milli  kimliyinə,  milli  dilinə  də  göz 

yumula  bilməz.  Bu  mənada,  Azərbaycan  Respblikasında 

yaşayan  Azərbaycan  türklərinin  də  hər  hansı  formada  milli 

dilinin  və  milli  kimliyinin  Konstitusiyada  öz  əksini  tapması 

istəyi  təbiidir.  Fikrimizcə,  bunu  etnik  azlıqlara  qarşı  şovinist 

siyasət,  yaxud  da  dövlətçiliyə  qarşı  təhlükə  kimi 

dəyərləndirmək doğru deyildir.  

Ona  görə  də  milli  ruhlu  azərbaycançılıqla  türkçülüyü 

bir-biri  ilə  uzlaşdırmaq  əvəzinə,  əksinə  onları  bir-birinə 

tamamilə  alternativ  kimi  qələmə  vermək  Azərbaycan 

dövlətinin  bu  günü  və  gələcəyi  üçün  çox  təhlükəlidir. 

Azərbaycan  milli  ideyası  dedikdə  kosmopolit,  ya  da  qeyri-

müəyyən bir ideya deyil, türkçülüyə, vətənçiliyə, dövlətçiliyə, 

islamçılığa, 

modernləşməyə 

əsaslanan 

milli 


ruhlu 

azərbaycançılıq  önə  çəkilməlidir.  Çünki  milli  ruhlu 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

562 



562 

azərbaycançılıq  vətənçilik,  dövlətçilik  anlayışları  kimi, 

türkçülük  və  islamçılıqdan  da  güc  alır.  Fikrimizcə,  bu  cür 

nəzər 


nöqtəsindən 

azərbaycançılıq 

etnik 

və 


dini 

mənsubiyyətindən  asılı  olmayaraq,  hər  bir  vətəndaşın  millii 

ideyası ola bilər.  

 


www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

563 


 

ƏDƏBİYYAT VƏ QAYNAQLAR  

Azərbaycan türk dili 

 

1. Abdulla Kamal. Dilçiliyə səyahət. Dilçi olmayanlar üçün dilçilik. 



Bakı, Mütərcim, 2010, 200 səh. 

2. Abbasov Əbülhəsən F. Milli ideologiyanın formalaşmasında 

Heydər Əliyev irsinin rolu// Ümummilli Lider Heydər Əlirzaoğlu 

Əliyevin irsi və milli ideolgiyanın formalaşması məsələləri. Bakı, 

«Elm və təhsil», 2010, 424 səh.  

2

a



. Abbasov Ə. F. Milli ideologiya birləşdirici məna-simvol kimi // 

Milli strategiyalar, ideolgiyalar və beynəlxalq münasibətlər: tarix, 

nəzəriyyə və müasir praktikalar. Bakı, «Elm və təhsil», 2012, 752 

səh.  


2

b

. Abbasov Ə.F. Milli maraqlar və milli ideologiya. Bakı, Təknur, 



2012, 240 s. 

2

c



. Abbasov Aydın. Milli dövlətçilik məfkurəsi və layiqlik (genezis 

və təkamül). Bakı, «Bakı universiteti», 2002, 252 səh. 

3. Ağamirov Midhət. Abdulla Şaiqin dünyagörüşü. B.: Maarif, 

1982.-244 s. 

4. Ağamalıoğlu Səmədağa. Elmdən və tarixdən. – Bakı, 1927, 24 

səh. 


5. Ağaoğlu Əhməd. Seçilmiş əsərləri. Bakı, «Şərq-Qərb», 2007, 392 

s. 


6. Ağaoğlu Ə. İslama görə və islamda qadın //«Mədəniyyət 

dünyası» - elmi-nəzəri məcmuə, 12 buraxılış,Bakı, 2006, 452 s. 

7. Ağaoğlu Ə.  İttihadi-islam və panislamizm məsələsi // «İrşad» 

qəz., 10 aprel 1906-cı il, №86 

8. Ağaoğlu Ə. Üç mədəniyyət. – Bakı: Mütərcim, 2006, 154 s. 

9. Ağaoğlu Ə. Materializmin təntənəsi və əsassızlığı. «Kaspi» qəz., 

№3, 4 yanvar 1908-ci il 

10. Ağaoğlu Ə. Millət və millətçilik. «Tərəqqi» qəz., 1909, 22 

yanvar №16, 26 yanvar №19, 29 yanvar №22, 5 fevral №28 


www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

564 



564 

11. Ağamirov M. M. Birinci rus inqilabı illərində Azərbaycan 

ictimai fikrində milli məsələyə dair. Bakı, Azərnəşr, 120 səh. 

12. Ağayev Müstəqil. Məhəmməd Əmin Rəsulzadə. Bakı, Nurlan, 

2006,144 s. 

13. Ağayev M.B. Azərbaycan ictimai fikrində milli məsələ (1917-

1920-ci illər). Bakı, Nurlan, 2007, 148 səh. 

14. Ağayev M.B. Hüseyn Cavidin dünyagörüşü. Bakı, Təknur, 

2005,188 s. 

15. Ağayev M.B. XX əsr Azərbaycan ictimai və fəlsəfi fikrində din 

problemi. Bakı, «Nurlan», 2008, 168 səh. 

16. Ağazadə Fərhad (Şərqli). Türk dilinin dirilmək və 

zənginləşdirilmək yolları (tükənəklər). Bakı, 2006. – 48 səh. 

17. Axundzadə Əbuturab. Bizə hansı elmlər lazımdır?//«Həyat» 

qəz.,1906, 17 may, №106. 

18. Axundzadə Ə. İslamın təfriqəsi səbəbləri. Bakı, Azərnəşr, 1993, 

103 səh. 

19. Axundzadə Əbdüssalam. Müqəddəs peyğəmbərlər tarixi. Bakı, 

Azərnəşr, 1993, 140 s. 

20. Axundov Ruhulla. Seçilmiş əsərləri. Bakı, Azərnəşr, 1977, 208 

s. 

21. Axundzadə Mirzə Fətəli. Əsərləri. Üç cilddə. II cild. Bakı: 



«Şərq-Qərb», 2005, 376 s. 

21

a



. Axundzadə M.F. Əsərləri. Üç cilddə. III cild. Bakı, «Şərq-

Qərb»,2005, 296 səh. 

22. Akçuraoğlu Yusif. Türkçülüyün tarixi. Bakı, Qanun, 2010, 272 

səh. 


23. Anar. Azərbaycançılıq haqqında düşüncələr. Bakı, Nurlan, 

2003, 90 s. 

24. Atsız Nihal H. Məqalələr. Bakı, «Şəms» nəşriyyatı, 2005, 200 

səh. 


25. Atatürkün Azərbaycan siyasəti (öz dili ilə). Bakı, Çaşıoğlu, 

2008,84 s. 

25

a

. Araz Məmməd. Seçilmiş əsərləri. İki cilddə. I cild.Bakı: 2004, 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

565 


«Lider», 224s. 

26. Azərbaycan ədəbi dili tarixi (sovet dövrü). 3-cü cild. Bakı, Elm, 

1982, 254 s. 

27. Azərbaycan Kommunist Partiyasının oçerkləri. İki cilddə I cild, 

Bakı: Azərnəşr, 1986, 503 s. 

28. Azərbaycan mətbuat tarixi antologiyası (2 cilddə 1 cild). Bakı, 

«Elm və təhsil», 2010. – 440 səh. 

29. Azərbaycan mətbuat tarixi antologiyası (2 cilddə II cild). Bakı, 

«Elm və təhsil», 2011. – 440 səh. 

30. Azərbaycan publisistikası antologiyası. Bakı, «Şərq-Qərb», 

2007, 688 s. 

31. Ayvazov Həsən Səbri. Nədən bu hala qaldıq?//«Füyuzat» jur., 

№12, 1907, 15 mart. 

32. Ağayev İbrahim. Müasir şəraitdə Azərbaycanda milli-etnik 

proseslər. Bakı, «MBM», 2006, 180 səh. 

33. Ağayev F.İ. İsmayıl Hikmət və Azərbaycan ədəbiyyatı. Bakı, 

2004, 132 s. 

34. Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920). Parlament 

(stenoqraifk hesabatlar). I c. Bakı, «Azərbaycan» nəşriyyatı, 1998. – 

976 səh. 

35. Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920). Parlament 

(stenoqraifk hesabatlar). II c. Bakı, «Azərbaycan» nəşriyyatı, 1998. 

– 992 səh. 

36. Azərbaycan Xalq Cümhuriyyəti (ədəbiyyat, dil, mədəniyyət 

quruculuğu). Bakı, «Elm» nəşriyyatı, 1998, 298 s. 

36

a



. Azərbaycan Xalq Cümhuriyyətinin Ensiklopediyası. 2-ci 

cilddə. I cild. Bakı, «Lider» nəşriyyatı. 2004, 440 s. 

36

b

. Azərbaycan Xalq Cümhuriyyətinin Ensiklopediyası. 2-ci 



cilddə. II cild. Bakı, «Lider» nəşr. 2005, 470 s. 

37. Abid Əmin (Gültəkin). Seçilmiş əsərləri. Bakı, «Şərq-Qərb», 

2007, 288 s. 

38. Azərbaycan sovet ədəbiyyatı tarixi. II cilddə 1-ci cild. Bakı, 

Azərnəşr, 1967.  


www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

566 



566 

39. Azərbaycan SSR qanunları, Azərbaycan SSR Ali Soveti Rəyasət 

Heyəti fərmanları və Azərbaycan SSR hökuməti qərarlarının 

xronoloji külliyyatı. 1-ci cild (1920-1935). Bakı, 1960, 260 səh. 

40. Azərbaycan SSR qanunları, Azərbaycan SSR Ali Soveti Rəyasət 

Heyəti fərmanları və Azərbaycan SSR hökuməti qərarlarının 

xronoloji külliyyatı. 2-ci cild (1936-1945). Bakı, 1961, 393 səh. 

41. Azərbaycan SSR Konstitusiyası(Əsas Qanun).B:,1937,98 s.   

41

a

. Azərbaycan SSR Konstitusiyası (Əsas Qanunu). Bakı, 1947, 34 



s.   

41

b



. Azərbaycan SSR Konstitusiyası (Əsas Qanun). Bakı, 1954, 38 

s.   


41

c

. Azərbaycan SSR Konstitusiyası (Əsas Qanun). Bakı, 1959, 31 



s.   

41

d



. Azərbaycan SSR Konstitusiyası (Əsas Qanun). Bakı, 1937, 98 

s.   


42. Azərbaycan tarixi. Üç cilddə. 3-cü cild. Bakı, «Elm», 1973, 548 

s. 


43. Azərbaycan tarixi. Dərslik. Bakı: Azərnəşr, 1994, 680 səh.  

44. Azərbaycan tarixi. Yeddi cilddə,  V cild. Bakı: Elm, 2008. -696 

səh. 

45. Azərbaycan tarixi. Yeddi cilddə. VI cild. Bakı: Elm, 2008. -568 



səh. 

46. Azərbaycan tarixi. Yeddi cilddə. VII cild. Bakı: Elm, 2008. -608 

səh. 

46

a



. Azərbaycan tarixi. Dərslik. Bakı: Azərnəşr, 1994, 680 səh. 

(redaktorlar: Z.M.Bünyadov və Y.B.Yusifov) 

47. Azərbaycan türk xalq şivələri lüğəti. 1 cild. 1-ci buraxılış. «A» 

hərfi. Bakı, Az.DETİ nəşriyyatı, 1930, 250 səh. 

48. Azərbaycan-Türkiyə münasibətləri (1920-1922). Sənədlər və 

materiallar. Bakı, «Orxan» nəşri., 2003, 334 s. 

49. «Azərbaycan» qəzeti, 24 noyabr, 1998-ci il. 

50. 


Bağırov Şahin. Azərbaycanda vətəndaş cəmiyyəti 

quruculuğunun siyasi aspektləri. Bakı, 2006, «MBM», 124 s.

 


www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

567 


50

a

. Bakıxanov A.A. Seçilmiş əsərləri. Bakı, 2005, 488 s.  



51. Balayev Aydın. Məmməd Əmin Rəsulzadə (1884-1955). Bakı, 

2011, 288 səh. 

52. Baykara Hüseyn. Azərbaycan istiqlal mübarizəsi tarixi. Bakı, 

«Azərnəşr», 1992, 276 s. 

53. Bayramoğlu A.M. Azərbaycan Demokratik Respublikası 

dövründə ədəbiyyat. Bakı, «Elm», 2003, 276 səh. 

53

a

. Bayramov B., Qurbanqızı J. Yaşar Qarayev: milli yaddaş təlimi 



- azərbaycançılıq. Bakı, BDU nəşriyyatı, 2001, 138 səh.  

54. Bünyadov Ziya. Qırmızı terror. Bakı,Azərnəşr, 1993, 331 s. 

55. Cabbarlı Cəfər. Əsərləri. Dörd cilddə. I cild. Bakı, Şərq-Qərb, 

2005, 328 s. 

56. Cabbarlı C. Əsərləri. Dörd cilddə. 2 cild. Bakı, Şərq-Qərb, 2005, 

360 s. 


57. Cabbarlı C. Əsərləri. Dörd cilddə. 4 cild. Bakı, Şərq-Qərb, 2005, 

288 s.  


58. Cavad Əhməd. Seçilmiş əsərləri. Bakı, «Şərq-Qərb», 2005, 296 

səh. 


59. Cavid Hüseyn. Əsərləri. Beş cilddə. I cild. Bakı, «Lider nəşr.», 

2005, 256 s.  

60. Cavid H. Əsərləri. Beş cilddə II cild. Bakı, «Lider nəşr.», 2005, 

352 s. 


61. Cavid H. Əsərləri. Beş cilddə III cild. Bakı, «Lider nəşr.», 2005, 

304 s. 


62. Cavid H. Əsərləri. Beş cilddə IV cild. Bakı, «Lider nəşr.», 2005, 

256 s. 


63. Cəfəroğlu Əhməd. Seçilmiş əsərləri. Bakı: Mütərcim, 2008. - 

408 səh. 

64. Cəfərov Nizami. Seçilmiş əsərləri. I cild. Bakı: «Elm», 2007. – 

352 s. 


65. Cəfərov Nizami. Azərbaycanşünaslığın əsasları. Bakı, 

Pedaqogika, 2005. 256 s. 

65

a

. Cəfərov Nizami. Mühacirət poeziyası Səməd Vurğun 


1   ...   50   51   52   53   54   55   56   57   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə