www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
57
mütərəqqi ruhlu İslamda axtarılmalı; 2) dini kimliklə (İslamla)
milli kimlik (Türklük) isə bir-birinə nəinki ziddir, hətta bir-birini
tamamlayır.
Ağaoğlunda «İslam milətçiliyi» nəzəriyyəsinin yaranma-
sında «İttihadi-İslam» konsepsiyasını irəli sürən Cəmaləddin
Əfqaninin mühüm təsiri olmuşdur. Əvvəlcədən qeyd edək ki,
Əfqaninin milliyyətə, millətə baxışı Rəsulzadə üzərində hansı
təsiri buraxmışdırsa da, Ağaoğlu üzərində də İslama münasibəti
eyni məna kəsb etmişdir. Ə.Ağaoğlu yazırdı ki, Əfqani «müsəl-
man xalqlarını ilkin İslama qayıtmağa, ləyaqətsiz hökmdarlara
qarşı açıq mübarizəyə qoşulmağa çağırırdı. Eyni zamanda o,
ruhaniləri amansızcasına tənqid edir, onların «boş dialektika və
sxolastikasını» məsxərəyə qoyur, onların riyakarlığına və
həyasızlığına gülürdü… Bütün ölkələrin müsəlmanları onun
səsində nə isə tanış, eyni zamanda yeni çalarlar hiss edirdilər»
[28, 136]. Əfqaninin bu ideyalarını müsbət dəyərləndirən
Ağaoğlunun fikrincə, Şərqdə nümunəvi ictimai xadim olan bu
şəxs, eyni zamanda özünün gələcək davamçılarının fəaliyyəti
üçün proqram tərtib etmiş və bu davamçıların inkişaf etdirməli
olduqları ideyaları göstərmişdir.
Q.Mustafayevə görə, Ağaoğlu «İslam birliyi»nə həsr
etdiyi yazılarında Əfqaninin fikirləri ilə razılaşdığını bildirmiş,
eyni zamanda «İslam şərqinin böhrandan çıxmasının yolunu
«islamın bərpasında», islam millətçiliyində görmüşdü» [159,
93]. Doğrudan da, «Müsəlman xalqlarının vəziyyəti» (1903-
1904) silsilə məqalələrində İslam dünyasının yarımcan
vəziyyətdə olması fikrini qəbul edən Ağaoğlu yazırdı ki, taleyin
zərbələrindən sarsılıb məyus olmuş müsəlmanlar indi gəzib bu
fəlakətin onların üzərinə haradan gəldiyini axtarır və vəziyyəti
düzəltmək haqqında fikirləşirlər. Halbuki müsəlmanların islahat
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
58
58
dövrünü keçmələrinin vaxtı çoxdan çatmışdır [250]. Müsəlman-
ların qəflət yuxusundan oyadacaq müsəlman islahatçısının
yolunu gözləyən Ağaoğlunun fikrincə, hər bir müsəlman milləti
ilkin İslama əməl etməklə yanaşı, Qərb mədəniyyətinin müsbət
dəyərlərini də mənimsəməli və Avropa millətləri kimi inkişaf
etməlidirlər. Çünki İslam dini bədbinlik deyil, nikbinlik və
tərəqqipərvərlik dinidir. O yazırdı: «Nə Quran, nə də şəriət
özlüyündə tərəqqinin düşməni deyildir; özlərini İslam ideyasının
daşıyıcıları hesab edən şeyxlər və üləmalar bəd məqsədlərlə
oradakı fikirləri təhrif edib, onları mədəniyyətin barışmaz
düşmənlərinə çevirmişlər» [6, 50].
Bizcə, Ağaoğlu «İslam millətçiliyi»nin elmi-nəzri əsas-
larını «Panislamizm və onun xarakteri» məqaləsində vermişdi:
«İslam ayrı-ayrı xalqların: ərəb, türk, fars, zənci, tacik və
sairələrin özünəməxsus fərdi etiqadlarındakı, adət-ənənə-
lərindəki, hətta dil və geyimlərindəki fərqi aradan qaldırmış –
niverləmiş, sözün tam mənasında onları fatehlərin assimilyasiya-
sına məruz qoymuşdur. Hal-hazırda müsəlman xalqlarının
lüğətində millət məfhumuna uyğun olan bir istilah axtarmaq
yersiz olar. Çünki onların hamısı bu mənanı ifadə edən ümumi
bir istilahı – ərəbəcə «millət» sözünü işlədirlər. Bu istilah isə irqi,
qövmi, etnik, hətta əxlaqi birliyi deyil, hər şeydən əvvəl dini
birliyi ifadə edir» [251]. Bu mənada, onun fikrincə,
«panislamizm» ideyası İslam dininin özündə, onun nəzəriyyə və
tarixində ehtiva edilmişdir: «Quran, hər cür millətçiliyə
düşməndir. Ümumbəşərilik demək olan İslam milli əlahiddəliyi,
irqi ayrı-seçkiliyi, silki xurafat və ənənələri zəiflətməyə çalışır.
İslama görə, ona iman gətirən bütün insanlar qardaşdırlar, hamı
Allah və Quran qarşısında bərabərdir. Nə türk, nə ərəb, nə fars,
nə hindu, nə zənci, nə ağ var: hamı müsəlmandır, bərabər və
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
59
birdir, hamı eyni bir Atanın (Allahın – F.Ə.), sevən bir Atanın
övladlarıdır, fərq yalnız Ona itaət edənin dərəcəsindədir. Bu
ideya Quranda ümumi müddəa şəklində deyil, aydın və rəsmi
şəkildə ifadə edilmişdir: «müsəlmanlar qardaşdırlar»» [251].
Q.Mustafayev yazırdı ki, «İslam millətçiliyi»ni irəli
sürməklə Ə.Ağaoğlu və digər milli-burjua ziyalılar açıq şəkildə
olmasa da, üstüörtülü olaraq dini-millətçilik yolunu birinci plana
çəkir və müsəlmanları-türkləri dini millətçiliyin bayrağı altında
toplamağa çalışmışlar: «Burjua millətçiləri Azərbaycan xalqının
maarif və mədəniyyəti yolunda maarifçilərin mübarizəsini islam
maarifi və mədəniyyəti uğrunda mübarizə istiqamətinə
yönəltməyə çalışır, onların köməyi ilə islam dini ilə elmi
barışdırmaq, «islam mədəniyyətini» «qərb mədəniyyətinə» qarşı
qoymaq, islamı müasirləşdirmək, islam ruhaniliyini çarizmin
təsirindən xilas edib, islam millətçiliyi axınına cəlb etmək
istəyirdilər» [159, 97]. Bizcə, sosial-demokratların, o cümlədən
bolşeviklərin kommunizm utopiyası kimi, mütərəqqi islamçıların
da bəzən «İslam birliyi» ideyasını siyasiləşdirmələrində qeyri-adi
heç nə yoxdur. Başqa sözlə, sosial-demokrtalar kommunizm
ideyasına hansı şəkildə yanaşırdılarsa, bir qədər fərqli şəkildə
islamçılar da «İslam birliyi» ideyasının gerçəkləşməsinə bir o
qədər ümid bəsləyirdilər.
Digər tərəfdən o fikirlə də razılaşmaq olmaz ki, Ə.Ağa-
oğlu və digər milli aydınlarımız İslam mədəniyyətini Qərb
mədəniyyətinə qarşı qoymuşdular. Doğrudur, yuxarıda da qeyd
etdiyimiz kimi, bu cür mühafizəkar ziyalılarımız olmuşdur,
ancaq hər iki mədəniyyətin ortaq nöqtələrindən çıxış edən
mütəfəkkirlərmiz də var idi. Ə.Ağaoğlu da məhz belə bir mövqe
tutaraq İslam mədəniyyəti ilə Qərb mədəniyyətinin bir-birini
inkar etmədiyini vurğulamışdır: «Birləşmə mənasında keçmişə
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
60
60
qayıtmağı təbliğ edən panislamizm, eyni zamanda müsəlmanlar
arasında müasir həyatın köklü və biryolluq dəyişdirilməsində
təkid edir… Bu, vaxtilə yalnız müsəlmanların malı olan iqtisadi,
siyasi və mədəni fütuhatlar sahəsindəki təkiddir… Bir sözlə,
Avropa ağıl tərzi və yeni müsəlman meyli möcübincə islamçılıq
ideyalarında panislamizm və yevropeizm anlayışı sinonimi
xarakteri kəsb etmişdir» [251]. O, bununla da Avropada mövcud
olan demokratik dəyərlərin – siyasi, vicdani, mənəvi və s.
azadlıqların islama zidd olmadığını əksinə, bu amillərin Quranda
öz əksini tapdığını göstərmişdir. Q.Mustafayevə görə, bununla
da «ictimai-tarixi hadisələrə idealist-dini mövqedən yanaşan
Ə.Ağayev özü-özünü inkar edir. O, bir əli ilə dində yeniliyin
zəruriliyini yazır, digər əli ilə onu pozur» [159, 89]. Bizcə,
Ağaoğlu bir çoxlarından fərqli olaraq İslam dininin demokratik
dəyərlərə zidd olmadığını, bu dəyərlərin həmişə İslamda
olduğunu və bu gün də olmasını önə çəkməklə öz-özünü inkar
deyil, əksinə təsdiq yolunu tutmuşdur.
Gördüyümüz kimi, Azərbaycanda milli ideyalardan biri
olan islamçılığa münasibət 100 il bundan əvvəl olduğu kimi bu
gün də öz aktuallığını qoruyub saxlayır. Doğrudur, dinə
münasibət Konstitusiyada açıq şəkildə öz əksini tapmışdır.
Ancaq bununla yanaşı, dinə münasibətdə cəmiyyət daxilində
müəyyən problemlər hələ qalmaqdadır. Bu xüsusilə, özünü
müxtəlif təbəqələrin dinə-İslama fərqli münasibətlərində büruzə
verirr. Məsələn, bəziləri hesab edirlər ki, milli ideyalardan biri
kimi İslama daha çox önəm verilməlidir. Çünki İslam millətlər
və etnoslar arasında heç bir fərq qoymur. Başqa sözlə,
«müsəlmanlar qardaşdırlar» prinsipi irəli çəkilərək milli
ideologiyanın aparıcı ideya xəttinə çevrilməlidir. İlk baxışda,
bunun doğru olduğu qənaətinə gəlinə bilər. Ancaq məsələnin
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
61
mahiyyətinə dərindən nüfuz etsək görərik ki, İslam dini bir
ölkədə yaşayan müxtəlif etnosları birləşdirən amil təsiri bağışlasa
da, o son nəticə olaraq dövlətin işlərinə qarışanda vəziyyət
tamamilə başqa rəng ala bilər. Necə ki, əsrlər boyu dinin dövlət
üzərində nüfuz etdiyi dövrlərdə həmişə ciddi problemlər
yaşanmışdı. Yəni bu zaman istər-istəməz din xadimləri İslam
dininin nüfuzundan istifadə edərək dövlətin siyasi-ideoloji
həyatında aparıcı mövqeyə sahib olmuşlar. Hətta, orta əsr bir sıra
müsəlman və xristian dövlətlərində hakimiyyət başçıları istəmə-
dikləri halda, din xadimlərinin təzyiqi ilə bir sıra ağılasığmaz
qərarlar qəbul etməyə məcbur olmuşlar. Özəlliklə də, bu,
dünyəvi elmləri təbliğ və müdafiə edən alimlər üçün faciəli
aqibətlə nəticələnmişdir.
Ona görə də əvvəlcə xristian, daha sonra bir çox
müsəlman ölkələri dini dövlət siyasətindən ayırmaq qərarı
vermişlər. Bu mərhələ Avropa da daha uğurla və sürətlə həyata
keçdiyi halda, müsəlman dünyasında bu proses həm uğursuz,
həm də ləng şəkildə getmişdir. Çox təəssüf ki, bu gün də
müsəlman dünyası həmin məsələlərdə böhran yaşamaqdadır.
Hətta, işin maraqlı tərəfi odur ki, dini dövlətdən ayırmış bəzi
müsəlman ölkələrində əks proses getməkdədir. Yəni bəzi
müsəlman ölkələrində dinlə dövlətin bir araya gəlməsi istisna
olunmur.
Hər halda, bu bir faktdır ki, müsəlman-türk dünyasında
ilk dəfə dini dövlətdən ayıran Azərbaycan Cümhuriyyəti (1918-
1920) olmuşdur. Özü də həmin dövrdə Azərbaycan
Cümhuriyyətinin başçıları bu siyasəti çox uğurla həyata
keçirmişlər. Yəni onlar milli ideya kimi bir tərəfdən türkçülüyə
öncüllük vermiş, digər tərəfdən islamçılığı dini-əxlaqi dəyər kimi
gənc dövlətin əsas sütunlarından biri olaraq qəbul etmişlər.
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
62
62
Bununla da, Azərbaycan milli ideyasının aparıcılığı türkçülüyə
verilsə də, islamçılıq dini etiqad və inancı kimi onunla bir bütöv
halına gətirilmişdir. Beləliklə, bir növ din ideyası ilə millilik
ideyası Azərbaycan milli ideologiyasının ayrılmaz tərkib
hissələrinə çevrilmişlər. Burada isə islamçılığın milli
ideologiyanını sütunlarından biri kimi toxnulmazlığı qalmaqla
dövlətin varlığında millilik ideyasının (türkçülüyün) şəksiz
liderliyi qəbul edilmişdir.
Fikrimizcə, bu gün İslama-islamçılığa münasibət məhz
bu prinsiplər əsasında olmalıdır. Çünki milli dövlətin
müstəqilliyi üçün bundan doğru bir xətt ola bilməz. Hər halda,
Birləşmiş Millətlər Təşkilatına adından da göründüyü kimi, bu
beynəlxalq quruma üzv olanlar dini inanclarına görə deyil, ilk
növbədə milli kimlik baxımından təmsil olunurlar. Yəni, burada
əsas meyar «millət»lə bağlıdır. Deməli, Azərbaycan
Respublikasında da milli ideyalar arasında millilik (türklük)
ideyasının öncüllüyü əsas şərtdir. Bu həm millətin varlığının
təsdiqi, həm də demokratik dövlət quruculuğu ilə birbaşa
bağlıdır.
Türkçülük, onun mahiyyəti və əsas istiqamətləri.
Milli fəlsəfi fikir tariximizdə milli ideyalardan biri və birincisi
turklükdür – milli kimlikdir, milli özünüdərkdir, milli özünü-
təyindir. Bu mənada, Azərbaycan milli ideologiyasının əsas milli
ideyası türklükdür, Azərbaycan türk milliyyətçiliyidir, Azərbay-
can türk millətidir. Türkçülük olmadan Azərbaycan milləti,
Azərbaycan dövləti, azərbaycanlılıq heç bir məna kəsb etməz.
Çünki müəyyən bir coğrafiyada çoxluq təşkil edən etnosların
vahid dildə danışmaları, adət-ənənələrə sahib olmaları,
mədəniyyətə və tarixi keçmişə sahib olmaları, iqtisadi çıxarları
olmalıdır ki, bununla da özlərini milliyyət və millət kimi
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
63
tanısınlar. Özəlliklə, müstəmləkə halına gətirilmiş, zaman-zaman
milli-mənəvi dəyərlərinə qəsd edilmiş bir millət üçün yenidən
milli özünüdərk, milli özünütəyin əsas və vacib ideyalardan biri-
dir. Fikrimizcə, istisna hal olaraq, yalnız bu cür milli ideya –
milli özünəməxsusluq, milli özünütəyin yetərli ola bilər ki, digər
ideyaların yardımı olmadan belə milli ideologiyaya çevrilsin.
Ancaq bunun çox zor olmasını da söyləmədən keçmək mümkün
deyildir. Buna başlıca səbəb də milli özünəməxsusluğun,
milliliyin əksər hallarda mürtəce millətçilik-şovinizm kimi
yozulmasıdır. Bu mənada, müstəmləkə halında olan bir millətin
milli özünəməxsusluqdan çıxış edərək milli azadlıq uğrunda
mübarizə aparması nə qədər müsbət sayılırsa, artıq müstəqillik
əldə etmiş millətin həmin ideyanı eynilə uyğulamağa davam
etməsi bir o qədər də mənfi qəbul edilir.
Ona görə də XX yüzilin əvvəllərində milli azadlıq
hərəkatı uğrunda mübarizə aparan Azərbaycan xalqının əsas
milli ideyasının türkçülük olması nə qədər təbiidirsə, 1930-cu
illərin sonlarından etibarən Sovetlər Birliyi dövründə, eləcə də
hazırda müstəqil Azərbaycan Respublikasında məsələnin bu cür
qoyuluşuna birmənalı baxışın olmaması da anlaşılandır. Bu
baxımdan biz, araşdırıdığımız dövrdə Azərbaycan Cümhuriy-
yətinin yaranmasında və inkişafında türkçülüyün oynadığı
əvəzsiz rolu indiki zamanın baxışından deyil, dövrünün
tələblərinə və şəraitinə görə dəyərləndirmişik. Həmin dövrün
əsas tələbi də ondan ibarət idi ki, müstəmləkədən azad olmaq
istəyən bütün millətlər kimi Azərbaycan türklərinin də məhz
milli özünütəyindən – türkçülükdən çıxış etməkdən başqa bir
yolu yox idi. Çünki türkçülük çar Rusiyasının müstəmləkəsi
halına gətirilmiş Qafqaz-Azərbaycan müsəlmanlarının yeni bir
dövlət qurmağın əsas xətti idi. Ən azı ona görə ki, Qafqaz müsəl-
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
64
64
manlarının, o cümlədən Azərbaycan müsəlmanlarının böyük
əksəriyyəti nə qədər İslama-müsəlmanlığa bağlı olursa-olsunlar,
nə qədər marksizm-leninzmə rəğbət göstərirlər göstərsinlər ilk
növbədə, özlərini türk kimi tanıyır və türk mədəniyyətinə aid
edirdilər. Eyni zamanda, yalnız Qafqaz deyil, çar Rusiyasının
müsəlman əhalisinin böyük əksəriyyəti də türk-tatar xalqları
adlanan bir türk millətinə, yaxud da türk irqinə aid edilirdi. Bu
baxımdan çar Rusiyasında, o cümlədən Qafqazda yaşayan
müsəlmanların milli azadlıq hərəkatı uğrunda mübarizədə əsas
milli ideya olaraq türkçülüyü qəbul etmələri çox təbii idi.
Xüsusilə də, din ideyasının heç cürə özünü doğrulda,
yəni qeyri-müəyyən «İslam birliyi» ideyasının gerçəkləşə bilmə-
yəcəyi bir dövrdə Azərbaycan milli ideyası kimi türkçülüyün
aparıcı yer tutması başa düşüləndir. Doğrudur, ilk dövrlərdə türk-
çülük də islamçılıq, «İslam birliyi» ideyası kimi ümumi xarakter
daşımış, bəzi türk ideoloqlar bunun əsasında Turan imperiyasını
dirçəltmək haqqında mülahizələr belə yürütmüş, hətta Ənvər
paşa kimi hərbi sərkərdələr silah gücünə bunu reallaşdırmağa
çalışmışlar. Bütün bunlara baxmayaraq, fikrimizcə, türkçülük din
ideyasından - «İslam birliyi»ndən fərqli olaraq milli ideologiya-
nın formalaşmasında əsas rol oynayaraq Azərbaycan
Cümhuriyyətinin yaranmasında həlledici rola malik olmuşdur.
Əslində burada heç bir fikir ixtilafından, ziddiyyətdən
söhbət gedə bilməz. Milli aydınların əsas məqsədi birdir:
müsəlman-türk aləminin qurtuluşu. Bu qurtuluş yolunda isə bir
qədər fərqli taktikaların seçilməsi, fərqli mülahizələrin
səslənməsi təbiidir. Digər tərəfdən bütün türklər, o cümlədən
müsəlman türkləri üçün bir neçə minilliklər din və millət
(şamanlıq və türklük, Göy Tanrıçılıq və türklük, islamlıq və
türklük və b.) demək olar ki, eyni mahiyyət daşımışdır. Bu
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
65
baxımdan, həmin dövrdə milli-demokratik cəbhəni təmsil edən
ziyalılarımızdan bir qisminin, müsəlman-türk dünyasının nicatı
üçün İslamla çulğalaşmış Türklüyə (Ə.Hüseynzadə və b.),
digərlərinin Türklüklə çulğalaşmış İslama (Ə.Ağaoğlu və b.)
üstünlük verməsi təbiidir.
Türkçülüyün yaranması məsələsinə ümumi şəkildə nəzər
yetirsək görərik ki, bütövlükdə türkçülük üç mərhələdən: 1)
mədəni türkçülük (dil, ədəbiyyat, tarix və s. sahələrdə türkçü-
lük); 2) siyasi-ideoloji türkçülük (Türk xalqlarının birliyi,
Turan birliyi və s.); 3) etnik türkçülük (Türkiyə türkçülüyü,
Azərbaycan türkçülüyü, Türküstan türkçülüyü və s.) keçmişdir.
Mədəni türkçülük. Türkçülüyün ilk mərhələsi olan
mədəni türkçülüyün yaranmasına başlıca səbəb XVIII əsrdən
başlayaraq müsəlman dövlətlərinin, o cümlədən Osmanlı və
Səfəvilər kimi türk imperiyalarının Avropa dövlətləri ilə
müqayisədə elm, təhsil, texnoloji və başqa sahələrdə geri
qalması, get-gedə tənəzzülə uğraması idi. XIX əsrdən etibarən
türk aydınları bundan çıxış yolu axtarmağa başlamış və belə
nəticəyə gəlmişlər ki, tənəzzüldən qurtulmaq üçün yalnız Avropa
mədəniyyətini, texnologiyasını təqlid yetərli ola bilməz. Bu
baxımdan, onlar bir millət üçün vacib olan soykök, dil,
mədəniyyət və tarix sahələrini tədqiq etməyə başlamış, bununla
da türkçülüyün ibtidasının, yəni mədəni türkçülüyün əsasını
qoymuşlar. Əslində ilk türk aydınları sistemli şəkildə deyil, daha
çox parakəndə halda türk dili, türk ədəbiyyatı, türk mədəniyyəti
sahəsində müəyyən işlər görüblər. Ancaq bütün türk
coğrafiyasında bir-birindən xəbərsiz, sistemsiz şəkildə yaranan
mədəni türkçülük çox keçmədən ümumtürk mədəniyyətini,
ədəbiyyatını, dilini hədəfləmişdir. Bununla da, türk coğrafiyasını
özündə əhatə edən mədəni «Türk birliyi» və yaxud da «Turan
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
66
66
birliyi» ideyaları yaranmışdı. Fikrimizcə, ümumiyyətlə türklüyü
və türkçülüyü də bir-birindən fərqləndirmək lazımdır. Türklük
daha çox sadəcə şəxsi kimliyini, danışdığı dili, tapındığı adət-
ənənələri türk olaraq qəbul edib bununla kifayətlənməkdirsə,
türkçülük millətdə milli ruh, mili düşüncə, milli özünüdərk
uğrunda mübarizə aparmaq, bir sözlə onu məfkurə halına
gətirməkdir. Bunu, M.Ə.Rəsulzadə belə ifadə etmişdi:
«Türklüklə türkçülük arasında böyük fərq vardır. O fərq nədir?
…Millətdə milli ruh, milli düşüncə, milli özünütanıma, milli
şəxsiyyət lazımdır. Biz millətə bunu verməyə çalışırız» [34,
260].
Qeyd edək ki, mədəni türkçülük XIX əsrin ikinci
yarısından başlayaraq, eyni vaxtda Türkiyə, Azərbaycan,
Krım, Türküstan, Uyğurustan və başqa türk ellərində yaşayan
aydınlarımızın – İ.Şinasi, Əhməd Vefik Paşa, M.Cəlalləddin
Paşa, Süleyman Paşa, Şeyx Süleyman Əfəndi, Ə.Cevdət,
Ə.Mithəd, A.A.Bakıxanov, M.F.Axundzadə, N.Kamal, H.Zər-
dabi, Ş.Mərcani, İ.Qaspıralı və başqalarının mədəni-fəlsəfi
irsində özünü büruzə vermişdi. Fikrimizcə, ilk dövrlərdə
türkçülüyün siyasiləşə bilməməsinə əsas səbəb dini-ideoloji
amillər, yəni sufilik, mövlanəlik, şiəlik, osmançılıq, islamçılıq
və b. təlimlərin təsiri altında olması olmuşdur. Bu mənada ilk
siyasi türkçülərdən Y.Akçuraoğlu düzgün qeyd edirdi ki, XIX
əsrin ikinci yarısında türkçülükləri aydın və şüurlu olan
Osmanlı türk ziyalıları (Ə.Vefik, M.Cəlaləddin, Süleyman
Paşa və b.) belə siyasətdə türkçülüyə deyil, «islam birliyi» və
«osmanlı milliyyəti»nə önəm vermişlər. Ən yaxşı halda bu
dövrdə türkçülük həmin anlayışlarla qarışmış şəkildə
olmuşdur [22, 80].
|