İntellektual-Elektron Kitabxananın təqdimatında



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə8/58
tarix06.05.2017
ölçüsü3,32 Mb.
1   ...   4   5   6   7   8   9   10   11   ...   58

www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

77 


hökuməti  təşkil  etsin  və  bütün  hüquqlarına  ona  verməklə, 

özünü  ləğv  etsin  [154,  99-101].  Fikrimizcə,  Ə.Ağaoğlunun 

Milli  Şuraya  qarşı  tutduğu  kəskin  mövqe  həm  o  zaman,  həm 

də  sonralar  onun  ayrı-ayrı  müstəqil  türk  dövlətlərinin  deyil, 

vahid islam-türk dövləti ideyasının tərəfdarı olması mülahizə-

sinin yaranmasına səbəb olmuşdur.  

Ümimiyyətlə,  etiraf  etmək  lazımdır  ki,  Azərbaycanın 

milli  istiqlalı  məsələsində  Ə.Ağaoğlu  bir  qədər  ziddiyyətli 

mövqe  tutmuşdur.  Belə  ki,  istər  Nuru  paşanın  «siyasi 

müşaviri» və ilk Parlamentin millət vəkili olduğu dönəmlərdə 

Azərbaycanın  Milli  İstiqlalı  bağlı  fərqli  mülahizələrdən  çıxış 

etmişdir.  «Siyasi  müşavir»  kimi  Milli  Şuranın  ləğvinə  və 

Türkiyə ilə birləşmək istəyən «ilhaqçılar»a meyilli yeni höku-

mətin  təşkilinə  nail  olan  Ə.Ağaoğlu,  Türkiyədən  gələn  türk 

əskəri  Azərbaycanı  tərk  etməyə  məcbur  olduqdan  sonra, 

Bakıda çıxan rusdilli qəzetlərdən birinə verdiyi müsahibəsində 

Azərbaycanın  yenidən  Rusiyanın  tərkibinə  qayıtmasını  ən 

məqbul  variant  kimi  göstərmişdi:  «Azərbaycan  türklərinin 

indiyə  qədər  arxalandıqları  Türkiyə,  Dünya  müharibəsi 

nəticəsində  məğlub  olmuşdur.  Azərbaycan  müstəqil  yaşaya 

bilmədiyi  üçün  Rusiya  ilə  Türkiyədən  birinə  arxalanmalıdır. 

Türkiyə  məğlub  olduqdan  sonra  Azərbaycanın  öz  taleyini 

Rusiyaya  bağlamaqdan  başqa  çarəsi  qalmır.  Özü  də  mədəni 

cəhətdən Rusiya Türkiyə ilə müqayisədə daha yüksək pillədə 

durur.  Bütün  bu  mülahizələri  nəzərə  alaraq,  eləcə  də 

Azərbaycan  məsələsinin  Avropadakı  sülh  konfransında  qəti 

həllini tapmayacağı təqdirdə, Azərbaycan xalqı ÜmumRusiya 

Federasiyasının  tərkibinə  daxil  olmağa  razılaşmalıdır»  [51, 

148].  


www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

78 



78 

Ancaq  Azərbaycan  Parlamentinin  yaranması  və 

mövcud  siyasi  böhranın  aradan  qalxmasından  sonra,  artıq 

millət  vəkili  kimi  Ağaoğlu  Azərbaycan  Cümhuriyyətinin 

istiqlalını  dəstəkləmişdir.  Bunu,  Ə.Ağaoğlunun  parlamentin 

iclaslarındakı  çıxışları  da  təsdiq  edir:  «Hökumətin 

bəyannaməsində  söylədiyi  Azərbaycan  istiqlalı  bizim 

hamımzın  əfzəl  (birinci)  amalımızdır!  Hər  bir  öz  şərəfini,  öz 

amalını  bilən  azərbaycanlı  bunu  duymalı  və  bu  yolda 

olmalıdır!» [34, 129]. Onun fikrincə, Azərbaycanın bir coğrafi 

isim  deyil,  yer  üzündə  yaşayan  bir  millətin  yurdu,  dövləti 

olmasını  artıq  bütün  dünyaya,  o  cumlədən  Avropaya  da 

tanıtdırmaq  lazımdır  [34,  130].  Bütün  bunlarla  yanaşı,  qeyd 

edək  ki,  Ağaoğlunun  siyasi-ideoloji  görüşlərindəki  bu  kimi 

ziddiyyətlər sonralar da davam etmişdir.  

Ə.Ağaoğlu,  Y.Akçuraoğlu  və  başqaları  ilə  yanaşı, 

1900-1910-cu  illərdə  islamçılığın  və  türkçülüyün,  xüsusilə 

İslam-Türk  birlyinə  əsaslanan  “Osmanlı  türkçülüyü” 

ideyasının  böyük  davamçılarından  biri  də  Azərbaycan  türk 

ideoloqu  Əli bəy Hüseynzadə  olmuşdur.  O,  hələ  1-ci  Rusiya 

inqilabına (1905) qədər, əsasən mədəni türkçülüyü və mədəni 

turançılığı təbliğ etmişdir [109, 32]. Bu baxımdan ilk turançı 

hesab  olunan  Ə.Hüseynzadə,  ancaq  turançılığı  şiddət  və 

qətiyyətlə  müdafiə  etməmişdir;  yəni  o,  daha  çox  mədəni, 

şairanə  turançı  olmuşdur.  Fikrimizcə,  bir  çox  müəlliflərin 

(Y.Akçuraoğlu  və  b.)  də  təsdiqlədiyi  kimi  Ə.Hüseynzadədə 

əsil  milliyyətçilik,  türkçülük  fəaliyyəti  Rusiya-Yaponiya 

müharibəsi ərəfəsində meydana çıxmışdır [22, 208].  

Ümumiyyətlə, 

Ə.Hüseynzadənin 

nəzəri-fəlsəfi 

yaradıcılığının  Azərbaycan  dövründəki  (1905-1910)  iki 

istiqaməti:  1)  «islamlaşmaq,  türkləşmək  və  avropalaşmaq» 


www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

79 


kimi  formulə  edilən  «üçlük»  düsturu;  2)  və  «Osmanlı 

türkçülüyü» ideyalarını fərqləndirmək lazım gəlir. 

Ə.Hüseynzadə  ilk  olaraq  1904-cü  ilin  noyabrında 

Misirdə  nəşr  olunan  «Türk»  qəzetinə  göndərdiyi  «Məktubi-

məxsus»  məqaləsində,  bəzi  istisnaları  nəzərə  almasaq, 

bütövlükdə  Y.Akçuraoğlunun  «Üç  tərzi-siyasət»  əsərindəki 



«osmançılıq,  islamçılıq  və  tükçülük»  ideolojisi  ilə  razılaş-

dığına işarə etmişdir. Belə ki, Ə.Hüseynzadə də Y.Akçuraoğlu 

kimi «osmanlı milləti» ideyasını rədd edərək, diqqətini müasir 

ruhlu  islamçılıq  və  türkçülük  üzərində  cəmləşdirmiş,  yeni 

ideyanın  islam-türk  anlayışlarının  bütövlüyü  ətrafında 

yaranmasını vacib saymışdır. Bununla bərabər, Ə.Hüseynzadə 

Yusif  bəyin  «üçlük»  proqramında  islamçılıq  və  türkçülüyün 

vəhdəti  halından  kənara  çıxarılaraq,  ayrı-ayrılıqda  götürülüb 

siyasiləşdirilməsinə  etiraz  etmişdir.  Ə.Hüseynzadə  hesab 

edirdi ki,  hələlik bu məsələnin siyasiləşdirilməsi, xüsusilə də 

islamçılıq  və  türkçülüyə  bölünməsi  doğru  deyildir.  Bu 

mənada,  o,  ayrı-ayrılıqda  «islamçılıq»  və  «türkçülük» 

ideyalarının  yaranmasının  əleyhdarı  kimi  çıxış  edir:  «Süni 

olaraq  ayrıca  pantürkizm,  panislamizm  adları  ilə  məslək 

icadına  nə  lüzum  vardır?»  [109,  30].  Sadəcə,  Ə.Hüseynzadə 

hələlik  mədəni  türkçülük  və  mədəni  islamçılıqdan  çıxış 

edərək,  hər  iki  ideyanın  bütövlüyünü,  birliyini  irəli  sürür,  bu 

mənada  bütün  türk  millətlərinin  milli-dini  birliyini  zəruri 

hesab  edirdi.  Əsilində  o  da  yaxşı  anlayırdı  ki,  türklərin 

həyatında  vəhdət  təşkil  etməklə  yanaşı,  islamçılıq  və 

türkçülüyun ayrı-ayrılıqda  özünəməxsus yeri və rolu vardır.  

Bu baxımdan Hüseynzadə mədəni birlik kimi islamı və 

türklüyü  bütöv  şəkildə  gördüyünü  ifadə  etsə  də,  siyasi 

cəhətdən  türk  millətinin  milli  kimliklərini  (türklüklərini)  və 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

80 



80 

dinlərini  (müsəlmanlıqlarını)  tanımalarını  vacib  hesab  edirdi: 

«Müsəlmanlar  və  özəlliklə  türklər,  harada  olursa  olsun,  istər 

Osmanlıda, istər Türküstanda, istər Baykal  gölü  ətrafında,  ya 

Qaraqorum  civarında  olsun,  bir-birlərini  (yəni  eyni  türk 

soyundan  olduqlarını  –  F.Ə.)  tanıyacaq,  sünnilik,  şiəlik  və 

daha  bilməm  nəlik  adları  ilə  məzhəb  təəssübünü  azaldıb 

«Qurani-Kərimi»  anlatmaya  qeyrət  edəcək,  dinin  əsasının 

Quran  olduğunu  (yəni  həqiqi  islamlıqlarını  –  F.Ə.)  biləcək 

olurlarsa, əl  verməzmi?» [109, 30]. O, daha sonra  yazırdı ki, 

əsil  məsələ  nə  surətlə  çalışmaq,  nəyə  çalışmaq  və 

öyrənməkdir.  Yəni  bir  millət  üçün  hər  şeydən  əvvəl  arzu 

ediləcək  qüvvətdir,  bir  millətin  qüvvət  qazanması  eyni  cinsli 

ünsürlər  arasında  mənəvi  bağın  artmasına  bağlıdır,  xüsusilə 

qarşılıqlı  sevginin  artmasına  çalışılmalıdır.  Eyni  zamanda,  o, 

Rusiyada  «tatar»  adlı  millətin  olmadığını,  krımlıların, 

orenburqluların,  kazanlıların  və  s.  türk  oğlu  türk  olduğunu 

vurğulamaqla  da  [109,  30-31],  türkçülüyü  müəyyən  qədər 

islamçılıqdan fərqləndirmişdir.  

Bu baxımdan bir daha qeyd edirik ki, bu məqaləsində 

Ə.Hüseynzadə mədəni baxımdan milli-dini bütövlük ideyasın-

dan  çıxış  etməklə  yanaşı,    müsəlmanlığın  və  türklüyün  ayrı-

ayrılıqda dərkini də vacib hesab etmişdir: «Müsəlmanız, onun 

üçün  dünyanın  hər  nərəsində  xeyirxahı  bulunduğumuz  din 

qardaşlarımız  tərəqqi  etsə  biz  o  tərəqqiyi  əz  canü  dil 

alqışlarız!  Türküz,  ona  görə  də  türküz.  Türkün  hər  yerdə 

tərəqqi və təkamül ilə məsud olmasını arzu ediriz» [109, 35]. 

Bununla  da,  Hüseynzadə  müəyən  mənada  «ümmət»  və 

«millət»  anlayışlarını  bir-birindən  fərqləndirmiş,  sonuncu 

məfhuma  elmi  dəqiqlik  və  konkretlik  gətirməyə  çalışmışdır 

[51, 37]. 


www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

81 


Ə.Hüseynzadənin  islamçı  qədər  türkçü  olmasını, 

Azərbaycanda  olduğu  dönəmdə  türklərin  etnoqrafiyasına, 

dilinə, mədəniyyətinə, qədim dini-fəlsəfi  təlimlərinə, ümumi-

likdə  türk  tarixinə  həsr  etdiyi  yazılar  da  bir  daha  sübut  edir. 

Çünki Ə.Hüseynzadə türklərin dünya tarixi və mədəniyyətinin 

inkişafında  oynadıqları  fövqəladə  mühüm  rolu  yaxşı  bilir  və 

həmin ənənələrin bir zamanlar yenidən dirçələcəyinə inanırdı: 

«Çəkilin  ortadan!  Mədəniyyət  gəlir.  Təbriz    mücahidlərinin, 

Səttarxanların  qalibiyyəti  ilə  gəlir»  [110,  114].  Deməli, 

Ə.Hüseynzadə  nə  qədər  milli-dini  bütövlükdən  çıxış  etsə  də, 

türk  xalqlarının  o  cümlədən,  Azərbaycan  türklərinin  milli  və 

dini  kimliklərini  müəyyən  mənada  bir-birindən  ayrıb  siyasi 

iradə  nümayiş  etdirmələrini  də  zəruri  hesab  etmişdir.  Hər 

halda,  «Məktubi-məxsus»  məqaləsindən  də  göründüyü  kimi, 

1-ci  Rusiya  inqilabına  (1905)  qədər  Ə.Hüseynzadə  əsasən, 

çağdaş  ruhlu  islamçılıq  və  türkçülüyün  vəhdətindən  çıxış 

etmişdir.  Bu  mənada,  o,  türk-müsəlman  xalqlarının  nicatı 

uğrunda doğru yolun nə bolşevizmlə, nə də nasionalizmlə deyil, 

milli  və  müasir  ruhlu  islamiyyət  və  türklüklə  bağlı  olduğuna 

inanmışdır.  

Bizcə,  Ə.Hüseynzadə  çağdaş  ruhlu  türkləşmək  və 

islamlaşmaq  ideyalarını  «Həyat»ın  ilk  sayında  qələmə  aldığı 

«Qəzetimizin məsləki» məqaləsində açıq şəkildə ifadə etmişdir. 

Bu  məqaləsində  o,  M.F.Axundzadə,  H.Zərdabi  və  başqa  sələf-

lərindən fərqli olaraq milli-dini ideyaları sistemləşdirməyə çalış-

araq, 


onun 

başlıca 


prinsiplərini 

müəyyənləşdirmişdir. 

M.Ə.Rəsulzadə,  Y.Akçuraoğlu,  Z.Gökalp,  M.B.Məmmədzadə 

və başqaları etiraf edirlər ki, Ə.Hüseynzadə 1906-1907-ci illərdə 

nəşr olunan  «Füyuzat» jurnalında  «İslam əqidəli, Türk qanlı və 

Avropa  qiyafəli  bir  insan  olalım»  -  deməklə,  bütün  türk 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

82 



82 

xalqlarının ortaq məfkurəsinə çevrilən «türkləşmək, islamlaşmaq 

və  müasirləşmək»  ideyasının  təməlini  qoymuşdur  [109,  255]. 

Ə.Hüseynzadənin bu «üçlü» düsturuna görə, hər müsəlman-türk 

müasir  ruhlu  milli  və  dini  birlikdən  çıxış  etməlidir.  Çünki 

Ə.Hüseynzadənin  ideoloji-fəlsəfi  baxışlarında  milli  və  dini 

kimlik  bir  yerdə  götürülürdü.  Bunu,  Ə.Hüseynzadə  belə  izah 

edirdi  ki,  İslam  dini  istisna  olmaqla  türklərin  əksəriyyəti  başqa 

dinlərə  ciddi  şəkildə  meyil  və  istedad  göstərməmiş,  göstərənlər 

isə  öz  etnik  mənşələrini  belə  unutmuşlar.  Ancaq  müsəlman 

türklər həm  İslam aləminin mühüm bir istinadgahına çevrilmiş, 

həm də öz tayfa və milliyyətlərini qoruyub-saxlamışlar [109, 57]. 

Bu  baxımdan  Ə.Hüseynzadə  1906-cı  ildə  «Türklər  kimdir  və 

kimlərdən  ibarətdir?»  əsərində  yazırdı:  «Türk  qəvaidi  o  qədər 

sadə, o qədər gözəl və məntiqə müvafiqdir ki, onunla ülfət edən 

türk  heç  bir  vaxt  anı  tərk  eləyib,  ərəbin  qəvaidini  qəbul 

edəməyəcəyi  aşkar  idi.  İştə  bu  növ  səbəblərdəndir  ki,  türklər 

dini-mübini-islamı  öz  ruh  və  mənəviyyatlarından  nəban  etmiş 

kimi  bir  şövqi-əzim  ilə  dərağuş  edib  onun  qəvi  bir  nigəhbanı 

olmuş  olduqları  halda,  əsla  ərəbləşmədilər  və  qövmiyəti-

nəcibəyi-əsliyyələri  mühafizə  edə  bilib,  ancaq  o  yolda 

tərəqqiyyata məzhər olmağa başladılar» [108, 226].  

Ancaq  Y.Akçuraoğluna  görə,  Ə.Hüseynzadə  «Qəzet-

imizin  məsləki»  məqaləsində  deyil,  «Bizə  hansı  elmlər 

lazımdır?»  mövzusu  ətrafında  gedən  mübahisələr  əsasında  ilk 

dəfə,  islamçılığın  və  türkçülüyün  əsasını  təşkil  edən  «üçlü» 

(islamlaşmaq,  türkləşmək  və  avropalaşmaq)  düstura  üz 

tutmuşdur;  bu  «üçlü»  düstur  da  çox  keçmədən  Türk-İslam 

aləminin  hər  tərəfinə  yayılmış,  xüsusilə  Osmanlı  Türkiyəsində 

Z.Gökalp tərəfindən dəstəklənmişdir [22, 209]. Bizə elə gəlir ki, 

birincisi  bu  «üçlü»  düstur  yuxarıda  da  qeyd  etdiyimiz  kimi, 


www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

83 


Ə.Hüseynzadə  tərəfindən  daha  öncə  irəli  sürülmüş,  yəni 

«Həyat»ın 

ilk 

məqaləsindəcə 



prinsip 

etibarilə 

müəyyənləşdirilmişdir.  İkincisi  isə,  bu  «üçlü»  düstur  sonralar 

yalnız  Türkiyə  türkçülüyü  deyil,  Azərbaycan  türkçülüyü  ideya-

sının  da  yaranmasında  mühüm  rol  oynamışdır.  Hər  halda 

Hüseynzadə  1900-1910-cu  illərdə  bu  «üçlü»  düsturu  irəli 

sürərkən  konkret  nə  Azərbaycan  və  Azərbaycan  türkçülüyünü, 

nə  də  Türkiyə  və  Türkiyə  türkçülüyünü  nəzərdə  tutmuşdur. 

Fikrimizcə,  o,  həmin  dövrdə  nəzəri-fəlsəfi  yönlü  «üçlü» 

düsturunu  bütün  Türk-İslam  dünyası  üçün  irəli  sürmüş,  ondan 

sonralar  bütün  Türk  millətləri,  o  cümlədən  Azərbaycan  türkləri 

(M.Ə.Rəsulzadə və b.) və Türkiyə türkləri (Z.Gökalp və b.) eyni 

dərəcədə yararlanmışlardır. Deməli, Ə.Hüseynzadə nəzəri-fəlsəfi 

şəkilə  salmağa  çalışdığı  «üçlü»  düsturunun  reallaşmasını 

Türkiyə,  Rusiya,  o  cümlədən  Azərbaycan  çərçivəsində 

məhdudlaşdırmayaraq  bütün  türk  və  müsəlman  dünyası  bütöv-

lüyündə görmüşdür. 

Fikrimizcə,  1900-1910-cu  illərdə  Ə.Hüseynzadə  nə 

qədər  müasir  ruhlu  Türk-İslam  birliyindən  çıxış  etsə  də,  bunun 

hədəflərinin  qeyri-müəyyənliyini  dərk  etmiş  və  onunla 

müqayisədə konkretliyə daha yaxın olan «osmanlı türkçülüyü» 

ideyasını  müdafiə  etmişdir.  Bu  isə,  müəyyən  qədər  bütün 

türklərin Turan dövlətində (turançılıq-«panturanizm») birləşməsi 

ideyası ilə səsləşirdi. Bu baxımdan onun «Osmanlı türkçülüyü» 

ideyasını müdafiə etməsində iki əsas faktor: 1) siyasi-ideoloji; 2) 

mənəvi-mədəni amillər mühüm rol oynamışdır. Y.Akçuraoğlunu 

təbrincə  desək,  İstanbulu  türk-islam  dünyasının  siyasi-ideoloji 

mərkəzi  kimi  görən  Hüseynzadə  siyasətdə  olduğu  kimi,  dil  və 

ədəbiyyatda  da,  mərkəzi  Osmanlı  olmaq  üzrə  türkçülüyə,  yəni 


www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

84 



84 

osmanlı  türkçülüyünə,  hətta  panturançılığa  təkan  verən  ilk 

ziyalıdır [22, 212]. 

Bununla bağlı, bir məsələni xüsusilə qeyd etmək istərdik 

ki,  Ə.Hüseynzadə  siyasi-ideoloji  mənada  «osmanlı  milləti», 

«osmanlı millətçiliyi»nin  deyil, mərkəzi  İstanbul olan  «osmanlı 

türkçülüyü»nü  müdafiə  etmişdir.  Çünki  «osmanlı  milləti»  türk 

olmayanları da özündə əks etdirdiyi halda, «osmanlı türkçülüyü» 

Türk imperiyası olan Osmanlının digər türk toplumları üzərində 

təsirini  ifadə  etmiş  olurdu.    Y.Akçuraoğlu  yazır:  «Xüsusən 

«Füyuzat»da nəşr olunan məqalələrinin məzmun və biçimindən 

Hüseynzadə  Əli  bəyin  türk,  türkçü,  hətta  Osmanlıçı  olduğuna 

dərhal qərar  verilir.  Bütün türklər arasında Osmanlı türkcəsinin 

yayılmasını,  bütün  türklərin  ədəbi  dilinin  Osmanlı  türkcəsi 

olmasını  istəyir  və  özü  yazılarını  olduqca  təmiz  Osmanlı  ədəbi 

türkcəsi  ilə,  o  zamanlar  İstanbulda  mötəbər  yeni  ədəbiyyat 

cədidə  üslubu  ilə  yazır.  Siyasi  cəhətdən  Osmanlı  dövlətini, 

Osmanlı  türklüyünü  bağımsız  türklüyün  nüvəsi  sayır.  Bu 

baxımdan,  bütün  türklük  məsələsində  görüşü,  «Üç  tərzi-

siyasət»in türkçülük fikrinə yaxın deməkdir» [22, 210].  

Ancaq  Akçuraoğlundan  fərqli  olaraq,  Ə.Hüseynzadə 

türkçülüyün  siyasi-ideoloji  nüvəsinin  Rusiya  deyil,  Osmanlı 

Türkiyəsinin  olduğunu  irəl  sürmüşdür.  Buna  səbəb  kimi 

Rusiyadakı  türk  məmləkətlərinin  və  türklərin  siyasi  baxımdan 

əsarətdə olmasını göstərən Ə.Hüseynzadə hesab edirdi ki, yalnız 

siyasi  və  hüquqi  cəhətdən  müstəqil  türk  dövlətində  türkçülük 

inkişaf  edərək  başqa  türk  ellərini  öz  ətrafında  birləşdirə  bilər. 

Onun  fikrincə,  yaxın  zamanda  isə  Türk-İslam  dünyasının 

oyanışı,  inkişafı  və  yüksəlməsi  Osmanlı  dövləti,  Osmanlı 

türklüyü  ilə  bağlıdır.  Məhz  Türkiyə  türkçülüyü  bütün  türklər 

üçün  siyasi  güc  və  ideoloji  mərkəzə  çevrilərsə  bundan  Rusiya 


www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

85 


türkləri, o cümlədən Azərbaycan türkləri və başqa türk xalqları 

da qazanacaqlar. Bu baxımdan müstəqil və ideoloji baxımdan 

daha  çox  təşkilatlanmış  «Osmanlı  türkçülüyü»  bütün  türk 

dünyasının  mərkəzi  rolunu  oynaya  bilər.  Eyni  zamanda,  o, 

«Osmanlı  türkçülüyü»nü  və  turançılığı  Rusiya  türkləri,  o 

cümlədən  Azərbaycan  türkləri  arasında  aparılan  ruslaşdırma 

siyasətinə qarşı qoymuşdur. Başqa sözlə, o, bu ideyaları ötən 

60-70  il  ərzində  Qafqazda  çar  Rusiyasının  ruslaşdırma, 

xristianlaşıdrma  o  cümlədən,  Güney  Azərbaycanda  son 

dövrlərdə  güclənən  iranlılığa,  yaxud  da  farslaşdırma 

ideolojisinə qarşı irəli sürmüşdür [22, 236-237].  

Bu  da  bir  daha  göstərir  ki,  müsəlman  və  türk 

dünyasının  qurtuluşu  üçün  irəli  sürülən  milli-dini  birlik 

ideolojisi baxımından Ə.Ağaoğlu üstünlüyü siyasi islamçılığa, 

Y.Akçuraoğlu  isə siyasi  türkçülüyə verdiyi  halda, Ə.Hüseyn-

zadə  ilk  baxışdan,  onlardan  fərqli  olaraq  türk-islam  birliyinin 

vəhdəti  mövqeyindən,  yəni  «ikili»  düsturdan  çıxış  etmişdir. 

Ancaq  bunun  zahirən  belə  olduğunu,  hələ  o  vaxt  dərk  edən 

Akçuraoğlu  qeyd  etmişdir  ki,  əslində  Ə.Hüsenyzadə  də,  onun 

kimi  daha  çox  türkçülük  ideyasının  tərəfdarı  olmuş,  hətta 

Azərbaycan  türkləri  arasında  «mədəni  və  siyasi  türkçülük 

hərəkatı»nın  ilk  yaradıcısı  olmuşdur  [22,  203-204].  Fikrimizcə, 

burada  Y.Akçuraoğlunun  Ə.Hüseynzadəni  siyasi  türkçülük 

hərəkatının  deyil,  «mədəni  və  siyasi  türkçülük  hərəkatı»nın  ilk 

yayıcısı  kimi  qələmə  alması  da  təsadüfi  deyildir.  Bu  bir  daha 

göstərir  ki,  1900-1910-cu  illərdə  Azərbaycanda  etnik  türkçülük 

hərəkatı  rüşeym  şəklində  olmuş,  hələlik  konkretlikdən 

(Azərbaycan  türkçülüyü-azərbaycançılıq)  uzaq  olaraq  daha  çox 

ümumi  türkçülük  (bütün  türklərin  mənəvi-ideoloji  birliyi) 

xarakter  daşımış,  bu  hərəkat  Vətənimizdə  yalnız  1910-1920-ci 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

86 



86 

illərdə  milli  formaya  salınaraq  siyasi-ideoloji  mənada 

Azərbaycan türkçülüyü ideyası – azərbaycançılıq kimi meydana 

çıxmışdır.  

Bu  baxımdan,  1900-1910-cu  illərdə  Ə.Hüseynzadənin 

«Osmanlı  türkçülüyü»nü  bütün  Türk-İslam  dünyasının  oyanışı 

və birliyi kimi görməsinə başlıca amil, başqa türk millətlərindən 

(Azərbaycan  türkləri,  Krım  türkləri,  Türküstan  türkləri,  İran 

türkləri  və  b.)  fərqli  olaraq  onların  siyasi  müstəqilliyə  və  gücə 

sahib  olmaları  ilə  bağlı  olmuşdur.  O  hesab  etmişdir  ki,  məhz 

Türkiyə türkçülüyü bütün türk millətləri üçün bir güc və ideoloji 

mərkəzə  çevirildiyi  təqdirdə  başqa  türk  elləri,  o  cümlədən 

Azərbaycan  türkləri  də  uğur  qazana  bilərlər.  Bu  mənada  bəzi 

müəlliflərin  (A.Balayev  və  b.)  o  fikiri  ilə  razılaşmırıq  ki, 

Hüseynzadə  türk  birliyinə  əsaslanan  «osmanlı  türkçülüyü» 

ideyası  ilə  digər  türk  millətlərini  osmanlı  millətinin  içərisində 

əritməyə çalışmışdır [51, 27]. Bizcə, Ə.Hüseynzadənin «Osmanlı 

türkçülüyü»nü  bütün  türklüyün  nüvəsi  kimi  götürməsi 

Azərbaycan  türkçülüyünün  ziddiyyəti  kimi  deyil,  əksinə  təkan-

verici  amili  kimi  baxmaq  lazımdır.  M.Ə.Rəsulzadə  doğru  qeyd 

edirdi  ki,  həmin  dövrdə  Ə.Hüseynzadə,  Ə.Ağaoğlu  və  onların 

həmfikirlərinin irəli sürdükləri ümumi türkçülük ideyası ayrı-ayrı 

türk  etnoslarında  (azərbaycanlıları,  krımlıları,  tatarları, 

türkmənləri və  b.) müstəqillik  eşqi  yaradaraq onları inqilabiləş-

dirmişdi:  «Ancaq  onlar  ayrı-ayrılıqda  qarşılarındakı  yağıların 

çox böyük güclərinin qorxusundan özgürlükdən, müstəqillikdən 

söz belə açamazdılar. Bununla belə, onların kiçik ellər yox, ünlü 

tarixi,  eləcə  də  gələcəyi  olan  çoxmilyonlu  ulusun  üzvləri 

olmalarını  anlamaları,  doğal  olaraq  ümidlərini  artırıb,  yüzilin 

yağısı ilə dönmədən çatışmaya çağırırdı» [179, 52]. 


1   ...   4   5   6   7   8   9   10   11   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə