İpotekanın alınması üçün tələb olunan sənədlər
Borcalanın (borcalanların) şəxsiyyətini təsdiq edən sənəd və sənədin
notarial qaydada təsdiqlənmiş surəti
Borcalanın ailə vəziyyəti haqqında arayış - nigah şəhadətnaməsi (Əgər
boşanma aktı müəyyən olunubsa subaylıq haqda arayışdan əlavə olaraq
boşanma haqda məhkəmə qərarı və qətnaməsi)
Borcalan (birgəborcalan) subay olduğu halda subaylıq haqqında
arayış - Forma 14 (VVADQ şöbəsi)
Borcalanla (borcalanlarla) birgə yaşayan yetkinlik yaşına çatmamış
ailə üzvlərinin şəxsiyyətini təsdiq edən sənədlərin notarial qaydada
təsdiqlənmiş surəti
Borcalanın (borcalanların) ailə tərkibi haqqında arayış (ASAN Xidmət)
Borcalanın (borcalanların) əmək müqaviləsi və ya onun iş yerinin
kadrlar idarəsi tərəfindən təsdiq edilmiş əmək kitabçasının surəti (hər
səhifəsi təsdiqlənməlidir)
Borcalanın (borcalanların) gəlirlərini təsdiq edən sənədlər (əsas və
əgər varsa, əlavə iş yerindən arayış (iş stajı göstərilməklə), əmək
haqqı kartlarından bank çıxarışları və s.)
Borcalanın (borcalanların) (evli olduğu halda həyat yoldaşının da)
doğum şəhadətnamələrinin surəti
İpotekanın rəsmiləşdirilməsi üçün tələb olunan sənədlər
İpoteka qoyulan yaşayış sahəsi üzrə mülkiyyət hüququnu təsdiq edən
sənədin (dövlət reyestrindən çıxarış) və texniki pasportun notarial
təsdiqlənmiş surəti (tələb olunduqda)
Forma 1 - İpoteka predmetinin digər öhdəliklər üzrə yüklü edilməməsini
və məhdudiyyət olmadığını təsdiq edən sənəd (Notariat kontoru)
Dövlət İpotekası (adi) üzrə tələb olunan
sənədlər aşağıda qeyd edilmişdir.
Forma 2 - İpoteka qoyulan yaşayış sahəsi üzrə qeydiyyatda olanlar
haqqında arayış. (Notariat kontoru/ASAN Xidmət)
İpoteka predmetinin ipotekaya qoyulmasına və məhkəmədənkənar
qaydada satılmasına dair ərin/arvadın, ipoteka predmetində
qeydiyyatda olan digər yetkinlik yaşına çatmış ailə üzvlərinin notariat
orqanlarına təqdim olunan razılığının surəti. İpoteka predmetinin
mülkiyyətçisi yetkinlik yaşına çatmamış şəxs olduqda, onun maraqları
çərçivəsində səlahiyyətli qəyyumluq və himayəçilik orqanlarının
razılığının surəti (Satılmasına və ipotekaya qoyulmasına razılıq)
Satıcının (evli olduğu halda həyat yoldaşının da) şəxsiyyət vəsiqəsinin
notarial təsdiqlənmiş surəti
Satıcının nikah şəhadətnaməsinin notarial təsdiqlənmiş surəti
(boşanma faktı olduğu halda məhkəmə qətnaməsi və nikahın
pozulması haqda şəhadətnamə)
Subay olduğu halda subaylıq haqda arayış (VVADQ şöbəsi)
Satıcının (evli olduğu halda həyat yoldaşının da) doğum
şəhadətnaməsinin surəti
Forma 2-də adları qeyd olunanların şəxsiyyət vəsiqəsinin
notarial təsdiqlənmiş surəti
Borcalan (borcalanlar) evli olduğu halda həyat yoldaşının
razılıq ərizəsi (Notariat kontoru)
Qiymətləndirmə aktı
Borcalan fərdi sahibkar olduqda əlavə olaraq təqdim
olunmalı sənədlər
Sahibkarın vergi orqanlarında qeydiyyatdan keçməsi
haqqında şəhadətnamə (surəti)
Vergi orqanları tərəfindən qəbul olunmuş gəlir vergisi və ya sadələşdirilmiş
vergi bəyannaməsi (AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti
və ya onlayn qaydada mümkün olduqda www.e-taxes.gov.az)
© 2022 «Kapital Bank» ASC. Bütün hüquqlar qorunur.
Dostları ilə paylaş: |