İpotekanın alınması üçün tələb olunan sənədlər



Yüklə 1,68 Mb.
Pdf görüntüsü
tarix01.03.2022
ölçüsü1,68 Mb.
#53281
f9319e4f-70d2-4f9d-a9ca-0ba3a16ac261



İpotekanın alınması üçün tələb olunan sənədlər

Borcalanın (borcalanların) şəxsiyyətini təsdiq edən sənəd və sənədin 

notarial qaydada təsdiqlənmiş surəti.

Borcalanın (borcalanların) nikah şəhadətnaməsinin notarial təsdiqlənmiş 

surəti (Subay olduğu halda subaylıq haqda arayış, boşanma faktı olduğu 

halda məhkəmə qətnaməsi və nikahın pozulması haqda şəhadətnamə).

Borcalanla (borcalanlarla) birgə yaşayan yetkinlik yaşına çatmamış 

ailə üzvlərinin şəxsiyyətini təsdiq edən sənədlərin notarial qaydada 

təsdiqlənmiş surəti.

Borcalanın (borcalanların) ailə tərkibi haqqında arayış.

Borcalanın (borcalanların) əmək müqaviləsi və ya onun iş yerinin 

kadrlar idarəsi tərəfindən təsdiq edilmiş əmək kitabçasının surəti 

(hər səhifəsi təsdiqlənməlidir).

Borcalanın (borcalanların) gəlirlərini təsdiq edən sənədlər (əsas və 

əgər varsa, əlavə iş yerindən arayış (iş stajı göstərilməklə), əmək 

haqqı kartlarından bank çıxarışları və s.).

Borcalanın (borcalanların) (evli olduğu halda həyat yoldaşının da) 

doğum şəhadətnamələrinin surəti.

Borcalanın (borcalanların) güzəştli kateqoriyaya aid olduğunu 

təsdiq edən sənəd.

İpotekanın rəsmiləşdirilməsi üçün tələb olunan sənədlər

İpoteka qoyulan yaşayış sahəsi üzrə mülkiyyət hüququnu təsdiq edən 

sənədin (dövlət reyestrindən çıxarış) və texniki pasportun notarial 

təsdiqlənmiş surəti (tələb olunduqda).

Forma 1 - İpoteka predmetinin digər öhdəliklər üzrə yüklü 

edilməməsini və məhdudiyyət olmadığını təsdiq edən sənəd.

Dövlət İpotekası (güzəştli) üzrə tələb 

olunan sənədlər aşağıda qeyd edilmişdir.




Forma 2 - İpoteka qoyulan yaşayış sahəsi üzrə qeydiyyatda olanlar 

haqqında arayış. 

İpoteka predmetinin ipotekaya qoyulmasına və məhkəmədənkənar 

qaydada satılmasına dair ərin/arvadın, ipoteka predmetində 

qeydiyyatda olan digər yetkinlik yaşına çatmış ailə üzvlərinin notariat 

orqanlarına təqdim olunan razılığının surəti. İpoteka predmetinin 

mülkiyyətçisi yetkinlik yaşına çatmamış şəxs olduqda, onun maraqları 

çərşivəsində səlahiyyətli qəyyumluq və himayəçilik orqanlarının 

razılığının surəti (Satılmasına və ipotekaya qoyulmasına razılıq)

Satıcının (evli olduğu halda həyat yoldaşının da) şəxsiyyət vəsiqəsinin 

notarial təsdiqlənmiş surəti

Satıcının nikah şəhadətnaməsinin notarial təsdiqlənmiş surəti 


(Subay olduğu halda subaylıq haqda arayış, boşanma faktı olduğu 

halda məhkəmə qətnaməsi və nikahın pozulması haqda şəhadətnamə).

Satıcının (evli olduğu halda həyat yoldaşının da) doğum 

şəhadətnaməsinin surəti

Forma 2-də adları qeyd olunanların şəxsiyyət vəsiqəsinin 

notarial təsdiqlənmiş surəti

Borcalan (borcalanlar) evli olduğu halda həyat yoldaşının 

razılıq ərizəsi

Qiymətləndirmə aktı

Borcalan fərdi sahibkar olduqda əlavə olaraq təqdim 

olunmalı sənədlər

Sahibkarın vergi orqanlarında qeydiyyatdan keçməsi 

haqqında şəhadətnamə (surəti).

Vergi orqanları tərəfindən qəbul olunmuş gəlir 

vergisi və ya sadələşdirilmiş vergi bəyannaməsi

Tel: 196


© 2021 «Kapital Bank» ASC. Bütün hüquqlar qorunur.

Yüklə 1,68 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin