İqlim mikroiqlim və iqlimə uyğunlaşma



Yüklə 14,55 Kb.
tarix18.05.2022
ölçüsü14,55 Kb.
#58485
İqlim mikroiqlim və iqlimə uyğunlaşma
N 87, Türkiyənin Azərbaycandakı səfiri Azərbaycan Mətbuat Şurasında olub, Dəri 2 o, bu gün təhsil, dok səsnəd elanı, 2.ATOM MOLEKUL TELIMI.KIMYANIN ESAS QANUNLARI, magistr, tec isi qrafiki, Məzmun, İşğaldan azad olunan Kəlbəcər rayonu inzibati, referat 3325, XX ƏSRİN SONU, Əshabi, Unit-04

İqlim mikroiqlim və iqlimə uyğunlaşma.
İqlim (yun. κλίμα (klimatos) — havanın çoxillik rejimi. Hava şəraitinin bir-birini əvəz edən bütün müxtəlifliklərinin məcmusu. Planetar miqyasda, zonalar daxilində iqlim makroiqlim adlanır. Müəyyən coğrafi landşaft üçün xarakterik olub bir və ya bir neçə meteoroloji stansiyanın məlumatı ilə səciyyələndirilə bilən iqlim -məhəlli iqlim (mezoiqlim də adlanır), kiçik sahələrdə (tarla, yamac, təbii və süni göllər, sahil, şəhər və s.) havanın yer səthinə yaxın təbəqəsinin iqliminə isə mikroiqlim deyilir. İqlimyaradıcı amillər günəş radiasiyası, hava axınları, ərazinin mövqeyi, səth örtüyünün vəziyyəti və sairədir. Əsas iqlimyaradıcı proseslər isə atmosferin ümumi dövranı və rütubət dövranıdır. İqlim təsir göstərən coğrafi amillər-coğrafi en dairələri, relyef, dəniz səviyyəsindən hündürlük, quru və su səthinin paylanması, dəniz və okean axınları, bitki və torpaq örtüyünün xarakteri, qar örtüyü və havanın tərkibidir. Orqanizmlərin yeni həyat şəraitinə uyğunlaşması. İki cür iqliməuyğunlaşma ayırd edilir:
1) orqanizmlərin maddələr mübadiləsinin dəyişməsi ilə gedən uyğunlaşma;
2) növün genetik quruluşunun dəyişilməsi ilə gedən uyğunlaşma.
İqliməuyğunlaşma populyasiya genofondunun zənginliyi ilə müəyyən olunur. İqliməuyğunlaşma mədəni bitkilər və heyvanlar arasında aparıldıqda süni iqliməuyğunlaşma yabanı bitki və vəhşi heyvan növləri arasında (heyvanların miqrasiyası, bitkilərin insan, heyvan, külək və s. vasitəsilə təsadüfən başqa sahələrə aparılması) baş verdikdə isə təbii iqliməuyğunlaşma hesab olunur. İqliməuyğunlaşmanın öyrənilməsi və inkişafında Ç.Darvinin böyük rolu olmuşdur. İqliməuyğunlaşma təlimini İ.V.Miçurin və M.F.İvanov inkişaf etdirmişdir. Bitkilərdə iqliməuyğunlaşma həmişə arealın genişlənməsinə səbəb olur. Azərbaycan Respublikasında amerika aqavası, palmanın bir neçə növü, Şimali Amerika ağ akasiyası, at şabaladı, yapon saforası və s. bitkilər iqlimə uyğunlaşdırılmışdır. Azərbaycan faunası iqliməuyğunlaşma nəticəsində xeyli dəyişmişdir. (Bataqlıq qunduzu, yenot, xallı maral və s.). Kənd təsərrüfatı heyvanlarının iqlimə uyğunlaşdırılması uzun müddətli, mürəkkəb əhlilləşdirmə şəraitində keçir və bu prosesdə insan əməyinin rolu böyükdür.
Yüklə 14,55 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə