İqtisadiyyat və Humanitar kollec İxtisas: Bank işi Fənn



Yüklə 29,45 Kb.
tarix14.12.2022
ölçüsü29,45 Kb.
#74850
Azərbaycan Respublikasının maliyyə sistemi


Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi
Bakı Dövlət Universiteti nəzdində
İqtisadiyyat və Humanitar kollec

İxtisas: Bank işi
Fənn: Maliyyə və kredit

Sərbəst iş - 2

Mövzu: Azərbaycan Respublikasının maliyyə sistemi


Şöbə: İqtisadiyyat
Qrup: 386
Kurs: 3
Tələbə: Həsənova Aysel
Müəllim: Rzayeva Leyli


BAKI – 2022
Azərbaycan Respublikasının maliyyə sistemi və onun ayrı-ayrı həlqələrinin xarakteristikasının öyrənilməsini ən vacib şərtlərdən biri kimi qeyd etməliyik..
Azərbaycan Respublikasının maliyyə sistemi - qarşılıqlı əlaqə və qarşılıqlı fəaliyyət
göstərən maliyyə münasibətlərinin ayrı-ayrı həlqələrinin məcmusudur. Maliyyə sistemi vasitəsilə pul vəsaitləri fondlarının düzgün bölgüsü, formalaşması və istifadəsi həyata keçirilir və nəzarət edilir.
Maliyyə bölgü münasibətlərinin daşıyıcısı hesab edilir. Məhz bu bölgü də müxtəlif təsərrüfat subyektləri arasında baş verir. Pul vəsaiti fondlarının formalaşması və istifadəsi baxımından
maliyyə sistemi iki yerə ayrılır:

  1. Ümumdövlət maliyyəsi bunu həmdə mərkəzləşdirilmiş maliyyəsi kimi göstərmək olar;

  2. Müəssisə və təşkilatların (təsərrüfat subyektlərinin) maliyyəsi (qeyri-mərkəzləşdirilmiş maliyyə).

Birinci bölmə yuxarıda qeyd etdiyimiz kimi - dövlət maliyyəsinin həlqələri və mərkəzləşdirilmiş maliyyəyə aiddir .Makro səviyyədə iqtisadiyyatı eyni zamanda maliyyə-bölgü münasibətlərinin tənzimlənməsində istifadə edilir.
İkinci bölmə isə müəssisə və təşkilatların maliyyəsini yəni qeyri-mərkəzləşdirilmiş maliyyəni əhatə edir. Bu maliyyə munasibətlərindən isə mikro səviyyədə iqtisadiyyatı və sosial-iqtisadi əlaqələri tənzimləmək və stimullaşdırmaq üçün istifadə olunur.
Azərbaycan Respublikasmda iqtisadi islahatlar nəticəsində formalaşmış maliyyə sisteminin strukturu Sxem 2-də göstərilmişdir.
Maliyyə sisteminin ayrı-ayrı bölmələri və həlqələri bir-birindən hər bir həlqənin oz fəaliyyət xüsusiyyətlərinə görə həm də pul vəsaitləri fondlarının bölüşdürülməsi və istifadəsi metodları baxımından fərqlənir.
Azərbaycan Respublikasının maliyyə sisteminin ayrı-ayrı bölmələri və həlqələri maliyyə sistemindəki rolu ilə fərqlənir.

Sxem 2. Azərbaycan Respublikasının maliyyə sistemi


Azərbaycan Respublikasının maliyyə sistemində əsas bölmələrindən biridə büdcə sistemidir. Ölkəmizdə büdcə sisteminə Azərbaycan Respublikasının dövlət büdcəsio cümlədən , Naxçıvan Muxtar Respublikasının büdcəsi və ölkə daxilində olan yerli büdcələrdən ibarətdir..Büdcə və büdcə sistemi dedikdə bu sistemə daxil ola biləcək bütün büdcələrin vahid prinsiplər əsasında fəaliyyətini nəzərdə tutur və onların müstəqilliyinə əsaslanır.Büdcə sisteminin vahidliyi dedikdə onun tənzimləyici mədaxil mənbələrindən istifadə olunmaqla yanaşı məqsədli büdcə fondları yaratmaq, elecədə qarşılıqlı fəaliyyət zamanı yaranan maliyyə ehtiyatlarını müxtəlif ölçülü büdcələr arasında bölüşdürmək vasitəsilə onlar arasında yəni büdcələrinbir birilə qarşılıqlı əlaqəsini təmin etməkdən ibarətdir.
Büdcə sisteminin vahidliyi dedikdə eyni büdcə təsnifatı, eyni büdcə sənədləri və formalarından istifadə etmək , büdcələrin icrasına dair müntəzəm hesabatı və icmal büdcə hesabatını hazırlanmaq və qanunvericiliklə müəyyən olunmuş qaydada təqdim edilməlidir. Hər bir büdcənin müstəqilliyi ayrı ayrılıqda mövcud qanunvericiliyə uyğun olaraq mədaxil mənbələri və vahid büdcə təsnifatı daxilində xərclərin istiqamətlərini müəyyənləşdirmək hüququna malik olması ilə təmin edilir.
Azərbaycan Respubkilasının dövlət büdcəsi: Respublikamızda dövlət büdcəsinin məqsədi ölkəmizin iqtisadi, sosial və digər əhəmiyyətli proqramlarının və problemlərinin həlli, digər bir baxımdan dövlətin funksiyalarının həyata keçirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada maliyyə vəsaitlərinin toplanmasını və istifadəsini təşkil etməkdən ibarətdir. Respublikamızda dövlət büdcəsi mərkəzləşdirilmiş gəlir və xərclərdən həmdə yerli gəlir və xərclərdən ibarətdir.
Naxçıvan Muxtar Respublikasının büdcəsi: Naxçıvan Muxtar Respublikasının büdcəsi Azərbaycan Respublikasının habelə Naxçıvan Muxtar Respublikasının Konstitusiyaları ilə, qanunlarıyla və digər qanunvericilik aktları ilə müəyyənləşdirilir. Naxçıvan Muxtar Respublikasının büdcəsi ölkəmizdəki Vergi Məcəlləsi tərəfindən təyin olunmuş dövlət vergiləri, digər ödənişlər, bu vergi və ödənişlərə görə hesablanmış faiz və sanksiyalar və digər daxilolmalar hesabına formalaşır. Naxçıvan Muxtar Respublikasının büdcəsinin vəsaiti isə Muxtar Respublikasının həm sosial həm də iqtisadi inkişafı habelə əhalinin rifahının yüksəldilməsı ilə bağlı olan tədbirlərin maliyyələşdirilməsində istifadə olunur..
Yerli büdcə: Yerli büdcə anlayıçına nəzır salsaq bu büdcə bələdiyyə statusuna uyğun olaraq özünüidarəetmə prinsiplərini reallaşdırmaq həmçinin bələdiyyələrin Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyən edilmiş səlahiyyətləri həyata keçirtməkdən ötrü formalaşan və istifadə olunan maliyyə vəsaitidir.
ƏDƏBİYYAT

  1. Damət Bağırov, Mirələm Həsənli – “Maliyyə”, Bakı-2011

  2. Nurpaşa Novruzov, Xanoğlan Hüseynov - “Maliyyə”, Bakı-2007

  3. B. Ataşov, N. Novruzov, E. İbrahimov – “Müəssisələrin maliyyəsi”, Bakı-2009

  4. Nurpaşa Novruzov, Elşən İbrahimov - “Büdcə sistemi”, Bakı-2012

Yüklə 29,45 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin