İqtisadiyyat və Humanitar Kollec İxtisas: Bank işi Kurs: 3 Qrup



Yüklə 46,5 Kb.
tarix02.12.2022
ölçüsü46,5 Kb.
#72025
Korellyasiya modelləri


Azərbaycan Respublikası Təhsil və Elm Nazirliyi
Bakı Dövlət Universiteti nəzdində
İqtisadiyyat və Humanitar Kollec
İxtisas: Bank işi
Kurs: 
Qrup: 386
Fənn: Menecment
Mövzu:Korellyasiya modelləri 
Şöbə: İqtisadiyyat
Tələbə: Cəfərova Albina
Müəllim: Mütəllimova Təranə
Sərbəst iş N - 6

BAKI – 2022
Şəbəkə qrafiki bir qayda olaraq, istehsal prosesinin ayrı- ayrı elementləri arasında birmənalı ciddi əlaqələri əks etdirdiyi halda, korrelyasiya (reqressiv) tipli modellər həm iqtisadi proseslər arasındakı təkrar olunan bərqərar olmuş əlaqələri, həm də onlara təsir edən müvəqqəti, təsadüfi faktorları əks etdirir.
Məsələn, hər hansı bir firmada kadr axıcılığı prosesini təhlil edərkən bunun əslində "öz arzusu" ilə işdən getməsinin, "iş şəraitinin pisliyi", "yaşayış yerindən uzaqlığı", "mənzil şəraitinin pisliyi" və s. kimi faktorlardan funksional asılılığını müəyyənləşdirmək çox çətindir.
Korrelyasiya modelləri təsadüfi kəmiyyətlər arasındakı korrelyasiya əlaqələrinə əsaslanır. İki təsadüfi x və y kəmiyyətləri 0 vaxt korrelyasiya əlaqəsində olurlar ki, onlardan birinin riyazi gözləməsi o birisinin dəyişməsindən asılı olur. Həmin təsadüfi kəmiyyətlər arasındakı korrelyasiya əlaqələri korrelyasiya əmsalı ilə xarakterizə olunur. Əgər/(x,y)=0- dırsa, deyirlər ki, x və y kəmiyyətləri korrelyasiya olunmayandırlar.
f{x,y)=\ onda deyilir ki, x və y kəmiyyətləri korrelyasiya olunandırlar və onlar arasında xətti funksional asılılıq mövcuddur.
Bizim misalda əgər mənzil şəraiti yaxşılaşsa, firmada kadr axını sabitləşəcək və hətta minimuma enəcəkdir. Göründüyü ki mi, kadr axıcılığı ilə ona təsir edən amillər arasında elastik asılılıq mövcuddur ki, buna da iqtisadi hadisələr arasında korrelyasiya formalı asılılıq deyilir.
Adətən, bir-birindən qismən asılı olan faktorlar, hadisələr, əlamətlər arasında korrelyasiyadan danışılır. Hər şeydən əvvəl biz bu əlamətlərin bir-birindən nə dərəcədə fiziki asılılığı barədə deyil, onların bizim təsəvvür etdiyimiz digər əlamətlərdən asılılığı barədə düşünürük. Beləliklə, aşağıdakılar haqqında korrelyasiyadan danışmaq əhəmiyyət kəsb edir:

  1. tələbələrin qəbul imtahanlarında fizikadan və riyaziyyatdan topladıqları ballar arasında;

  2. iki müxtəlif yaşayış məntəqəsində günorta vaxtı gündəlik temperaturlardakı fərq;

  3. ataların və oğulların inkişafı və xarakterləri arasında oxşarlıq və s.

Məsələn, tədqiqatlar göstərir ki, riyaziyyatdan yüksək qiymət alan tələbələr əsasən fizikadan da yüksək bal toplayırlar. Adətən, ata ucaboy olanda oğul da ucaboy olur. Ata xasiyyətcə tez özündən çıxan olduqda, əksər hallarda oğul da ona oxşayır. Belə hadisələr olduqda deyirlər ki, dəyişənlər arasında stoxastik əlaqə və ya korrelyasiya mövcuddur.
Korrelyasiya əlaqəsi xətti və qeyri-xətti və həm də iki və daha çox dəyişən arasında ola bilər. Hər bir elmi tədqiqatın məqsədi hadisələr arasında əlaqələrin öyrənilməsi olduğu kimi riyazi statistikada öyrənilən korrelyasiyanın məqsədi də iqtisadiyyatda baş verən əlaqələrin öyrənilməsi və idarəetmənin səmərəsinin yüksəldilməsində ondan istifadə olunmasıdır. Həm də korrelyasiyanın məqsədi hadisələrə təsir edən təsadüfi faktorlarla onun qarşılıqlı əlaqəsinin aşkar olunmasıdır. Korrelyasiya latın dilindən "correlatio" sözündən götürülmüşdür və münasibət (əlaqə, nisbət) deməkdir. Bunun məğzi ondan ibarətdir ki, hər hansı bir hadisənin dəyişməsinə başqa bir hadisənin müəyyən olunmuş qiymətləri deyil, onun orta qiymətləri təsir edir.
Korrelyasiya termini təbiətşünaslıqdan götürülmüşdür. Hələ çox əvvəllərdə məşhur fransız şərqşünası J.Kyüvye bu termindən istifadə etmişdir. Kyüvyenin gəldiyi qənaətə görə heyvanların müxtəlif orqanları arasında onların qarşılıqlı əlaqəsinə əsaslanan müəyyən münasibətlər mövcuddur. Bir orqanda olan dəyişiklik 0 birisi orqanda da dəyişikliyə səbəb olur. Tapılan heyvanların qalıqlarını öyrənərkən, Kyüvye onların formasının öyrənilməsinin əsasına "Korrelyasiya forması" prinsipini qoydu. Kyüvye yazırdı: "Əgər heyvanın mədəsi elə qurulmuşdursa ki, o yalnız əti, həm də təzə əti həzm edə bilər, onda onun beyni elə qurulmalıdır ki, o həmin ovu uda bilsin, caynaqları elə olmalıdır ki, onu tuta və parçalaya bilsin, dişləri elə olmalıdır ki, həmin ovu kəsə və ayıra bilsin".* İqtisadiyyatda mövcud olan obyektiv qarşılıqlı əlaqələrin ədəbi xarakteristikalarının qalxıb-düşməsinə səbəb olan başlıca amil ondan ibarətdir ki, obyektə hər biri fəzada və zamana görə dəyişən bütöv bir faktorlar sistemi təsir edir. Bundan əlavə, qarşılıqlı əlaqənin formasına subyektiv və təsadüfi amillər təsir edir. Belə ki, iqtisadiyyatın proporsional inkişafına yalnız planauyğun və proporsional inkişaf qanunu deyil, digər iqtisadi qanunlarda təsir edir. Ayrı-ayrı qrup şəxslərin istehlaklarmm səviyyəsinə və strukturuna yalnız onların gəlir səviyyəsi deyil, əmtəələrin çeşidi və qiyməti, onların özlərinin mədəni səviyyəsi və şəxsiyyət tipi, rolları və statusları, dəblər, reklamlar, ölkədəki makro mühit və s. təsir edir.
İqtisadiyyatın planlı idarəedilməsinin həyata keçirilməsi üçün konkret iqtisadi hadisənin dinamikasına təsir edən obyektiv və subyektiv faktorların forma və təsir dərəcələri, onlar arasındakı qarşılıqlı əlaqələr müəyyənləşdirilməlidir. Bu onunla əlaqədardır ki, ayrılıqda hər bir faktorlara bilərəkdən təsir edib, sistemdə baş verən dəyişiklikləri öyrənmək mümkün olsun. Bu məsələni bu və ya digər dərəcədə dəqiqliklə korrelyasiya (req- ressiv) təhlil modellərinin köməkliyi ilə həll etmək mümkündür.
Ümumi iqtisadi göstəricilər arasındakı əlaqələrin dəyişmə formasının aşkar edilməsi və bu dəyişikliyi əmələ gətirən hər bir faktorun meydana çıxarılması üçün korrelyasiya təhlili praktikasında tətbiq olunan çoxlu sayda reqressiya tənlikləri məlumdur.

Buradakı Y - ümumi göstəricinin-funksiyanın orta qiymətidir. ao, aı, .... ün bu və ya digər faktorun funksiyaya təsirini xarakterizə edən emprik əmsallardır.


X X n - hesablamada nəzərə allnan faktorlardır.
Bu tənliklərin köməyi ilə ilk görünüşdə təsadüfi görünən və ya öz aralarında zəif əlaqədə olan çoxlu sayda rəqəmlər arasında əlaqə yaradılır. Lakin bu rəqəmlərin hərəkətində müəyyən bir qanunauyğunluq meydana çıxır ki, bu da Y - reqressiya əmsalının orta qiyməti ilə ifadə olunur. Bu əmsal son nəticənin hansı istiqamətdə və hansı dərəcədə təsiredici faktorun (x„) bir vahid dəyişməsindən necə asılı olmasını göstərir. Bu əmsal nə qədər böyükdürsə, asılılıq o qədər güclüdür. EHM-nm meydana gəlməsi ilə əlaqədar olaraq korrelyasiya modelləri böyük inkişaf mərhələsinə daxil oldular və tədqiqat işlərində geniş tətbiq olunmağa başladılar.
Korrelyasiya modellərinin məğzi çoxlu sayda faktorların dağınıq təsirinə məruz qalan kütləvi statistik rəqəmləri ortala- maq yolu ilə onların tənzimlənməsidir. Korrelyasiya iqtisadi proseslər və hadisələr arasındakı əlaqələrin sıxlığı və formasını xarakterizə edir. Bu halda böyük ədədlər qanunu istifadə olunur: müşahidələrin (konkret rəqəmlərin) sayı nə qədər çoxdursa, onda onların ortalaşdırılmasınm hadisələr arasındakı əlaqələrin dayanıqlığının müəyyənləşdirilməsinin ehtimalı da o qədər böyük olacaq və əyintilər bir-birini qarşılıqlı şəkildə azaldacaqdır.
İqtisadi göstəricilər arasındakı korrelyasiya əlaqələrinin sıxlığını xarakterizə edən ən başlıca göstəricilərdən biri korrelyasiya əmsalıdır.
Bu əmsal korrelyasiya olunan kəmiyyətlərin asılılıq dərəcəsini xarakterizə edir. Bu əmsalın iqtisadi mənası həmişə eyni deyil. O sistemin quruluşunun bütövlükdə sabit qalması halında verilmiş faktorun (arqumentin) dəyişməsi ilə axır nəticənin dəyişməsi arasındakı asılılığı əks etdirir. Digər halda bu əmsallar yalnız artma (yüksəlmə) xarakterinə malik olur, yəni göstərir ki, digər faktorlar əvvəlki səviyyədə qalarsa, verilmiş faktorun artmasından asılı olaraq son nəticə necə dəyişir.

ƏDƏBİYYAT



  1. Ə.Ələkbərov, F.İbrahimov. Menecment. Bakı, 2004

  2. Ə.Ələkbərov, Ə.Əlizadə. Beynəlxalq marketinq. Bakı, 2008

  3. Захаров Н.Л., Кузнецов А.Л. - Управление социальным развитием организации.М., 2006

  4. Ткаченко Е.А., Рогова Е.М., Фияксель Э.А. - Венчурный менеджмент. М., 2011

  5. Болотин В. В. , Соломатов В. И. - Антикризисное управление предприятиями. М., 2006

Yüklə 46,5 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin