İradə nuriyeva


Xunuslunu ora göndərdi. Onlar qalanın təslim olmasını  tələb  etdilər. Fərrux Yasarın oğlu  Qazı  bəy



Yüklə 2,42 Kb.
Pdf görüntüsü
səhifə12/30
tarix28.04.2017
ölçüsü2,42 Kb.
1   ...   8   9   10   11   12   13   14   15   ...   30

Xunuslunu ora göndərdi. Onlar qalanın təslim olmasını  tələb 
etdilər. Fərrux Yasarın oğlu  Qazı  bəy  Şirvanın dağlıq yerlərində 
müqavimət göstərdiyi üçün qalanı onun arvadı müdafiə edirdi. O 
verilən təklifi rədd etdi, hətta, gələn elçiləri və şəhəri təslim etməyi 
məsləhət görən Bakı darğası  Əbdül Fəttahı edam etdirdi. Müqa-
viməti görən  İsmayıl  1501-ci ilin yazında  ən yaxşı  sərkərdəsi 
Hadim bəyi Bakıya göndərdi. Sonda özü gəldi və onun əmri ilə 
qızılbaşlar qala divarları altından lağım atıb bürclərdən birini 
uçurduqdan sonra şəhərə daxil oldular. İsmayıl  buradan Gülüstan 
qalasına doğru irəlilədi. Qala güclü müdafiə olunurdu. İsmayıl 
qoşunu geri çəkdi. O, Ağqoyunlu Əlvəndin Təbrizdən güclü qüvvə 

 
118
ilə yürüşə başlaması  xəbərini almışdı.  İsmayıl və  əyanlar Təbriz 
taxtını  Ağqoyunlulardan geri alıb Azərbaycanda öz hakimiyyətini 
qurmağı başlıca vəzifə hesab edirdilər.  1501-ci ilin ortalarında 
Şərur  düzündə  həlledici döyüş oldu. Əlvənd sayca üstün olan 
qoşununun qaçmaması üçün dəvələri bir-birinə  zəncirləyərək bir 
dairə yaradıb qızılbaşları ora salıb  əzmək istəyirdi, lakin bu tədbir 
özünə qarşı çevrildi. Əlvənd  Ərzincana qaçmaqla xilas oldu. 
Bundan sonra 1501-ci ilin payızında  İsmayıl təntənə ilə  Təbrizə 
daxil oldu və özünü şah elan etdi (1501-1524), adına xütbə 
oxutdurdu, sikkə  zərb etdirdi və Azərbaycan taxt-tacına yiyələndi. 
Beləliklə, paytaxtı  Təbriz  olmaqla  Azərbaycan Səfəvi dövlətinin 
əsası qoyuldu. Əhalinin etnik çoxluğunu Azərbaycan türkləri təşkil 
edirdi. Azərbaycan etnik ünsürü dövlətin siyasi həyatında rəhbər rol 
oynayırdı. Ordu əsasən Azərbaycan tayfalarından təşkil olunurdu. 
Şahın sarayında, qoşun içərisində və qismən diplomatik yazışmada 
Azərbaycan dili işlədilirdi (8, s. 403). Azərbaycan  ədəbi dilinin 
inkişafında Şah  İsmayılın rolu müstəsnadır. 1503-cü ilin yazında 
Şah  İsmayıl öz müridi Qənbər ağanı Muradın yanına göndərib 
Səfəvilərlə  Ağqoyunluların qohum olduğunu xatırlatdı  və tabe 
olmasını tələb etdi və ona Əcəm İraqını vəd etdi. Lakin rədd cavabı 
aldı.  İsmayıl 12 min nəfərlik qoşunla Təbrizdən çıxaraq Qızılüzən 
çayını keçdi və Həmədan yaxınlığında Almaqulağı adlı yerə çatdı. 
1503-cü il iyunun 21-də baş vermiş döyüşdə 70 minlik qoşunu olan 
Ağqoyunlular məğlub oldular. Şiraza qaçan Muradı  Şah  İsmayıl 
təqib edərək İranın içərilərinə doğru irəlilədi, Şirazı müqavimətsiz 
ələ keçirdi. Ağqoyunlu dövlətinin 2-ci qoluna son qoyuldu. İsmayıl 
İran və  Əcəm  İraqının xeyli hissəsinə yiyələndi. Həmin ildə  Şah 
İsmayıl Qumu, Kaşanı və İsfahanı tutdu, 1504-cü ildə  Yəzdə  və 
Kirmana yiyələndi,  1508-1510-cu illərdə  Şah  İsmayıl,  Xorasan 
istisna olmaqla, bütün İranı  və  Ərəb  İraqını tabe edərək öz 
hakimiyyəti altında birləşdirdi (3, s. 208). Səfəvi dövləti  şərqdə 
Şeybanilər dövləti, qərbdə isə Osmanlı imperatorluğu  ilə 
həmsərhəd oldu. 1507-1508-ci illərdə  Şeybani xan  Xorasanı 
tutmuş  və  İsmayıla göndərdiyi məktubda tabe olmasını, hakimiy-

 
119 
yətdən  əl çəkməsini tələb etdi. Şah  İsmayıl Xorasana doğru 
hərəkət etdi. Şeybani xan Heratdan Mərvə çəkildi və Mərv qalasını 
möhkəmləndirib müdafiəyə hazırlaşdı. Şah İsmayıl 1 həftə uğursuz 
həmlədən sonra hiylə  işlətdi-Şeybani xanın qoşununu qaladan çı-
xarıb döyüşü səhrada keçirmək üçün ağıllı tatika etdi. Hiyləni başa 
düşən özbək sərkərdələri  Şeybani xanın Mərvdən çıxmasını  məs-
ləhət görmədilər, lakin Şeybani xan məsləhətə qulaq asmayaraq, 
qızılbaşları  təqib edərək çayı keçdi və  İsmayılın  əsas qüvvələri ilə 
üz-üzə gəldi. 1510-cu il dekabrın 1-də baş vermiş bu döyüşdə 10 
min nəfər özbək qoşunu qırıldı.  Şeybani xan özü də öldürüldü. 
Amudəryadan Fərat çayına qədər geniş ərazi İsmayılın hakimiy-
yəti altına keçdi. 
 
2. XVI-XVII əsr Səfə

 
120
saxlamaq üçün bu silahdan istifadə etməyi məsləhət görürdülər. 
Əlaqələr qarşılıqlı idi. 1507-1508-ci illərdə  Roma papası  və 
Venesiya ilə əlaqə yaradıldı. 1510-cu ildə Səfəvi diplomatı Əli bəy 
İtaliyaya getdi. Aralıq dənizi vasitəsilə  qərbdən silah gətirtdirə-
cəyinə əmin olmayan şah  Portuqaliya ilə əlaqəyə girib İran kör-
fəzi və Hind okeanı vasitəsilə  qərbdən  silah və artilleriya 
mütəxəssisləri gətirməyə çalışdı. Məqsədinə yetmək üçün Portuqa-
liyanın  İran körfəzində möhkəmlənməsinə mane olmadı. Bundan 
istifadə edən  Portuqaliya donanması  Hörmüzü  ələ keçirib Səfə-
vilərin Hind okeanına çıxış yolunu bağladı (gənc  şahın bu səhvini 
düzəltmək üçün onun varisləri  100 ildən çox vaxt sərf etməli 
oldular). I Sultan Səlim 1514-cü ilin yazında Ədirnədə fövqəladə 
divan çağırdı  və  məclisdə  qızılbaşlarla müharibə bütün müsəl-
manların müqəddəs vəzifəsi elan olundu. I Sultan Səlim 100 min 
nəfərlik avropasayağı  təşkil olunmuş qoşuna baxış keçirdi. Onun 
topxanası da var idi. Qızılbaşların isə 40 min nəfər döyüşçüsü vardı. 
I Sultan Səlim Çaysu çayını keçib Ərzincana daxil oldu. İsmayılın 
göstərişi ilə qızılbaşlar Azərbaycana geri çəkildilər. I Sultan Səlim 
Şah İsmayıla məktub göndərib döyüşə girmək niyyətində olduğunu 
bildirdi.  Şah  İsmayıl onu sultan və padşah kimi tanımadığını bil-
dirdi. Sultan başa düşdü ki, I Şah İsmayılın geri çəkilməsi düşünül-
müş taktikadır.  İsmayıl qışa qədər döyüşü yubatmaq, qışda sultan 
qoşununun xeyli hissəsini aclıqdan ölümə düçar etmək fikrində idi. 
Sultan Səlim  Şah  İsmayılın döyüşə girmək fikrini biləndən sonra 
Maku yaxınlığındakı Çaldıran düzünə doğru hərəkət etdi. 
Hücuma gecə keçməyi təklif edəndə Şah İsmayıl “Mən karvanbasan 
quldur deyiləm, qoy Allah bilən kimi olsun” - dedi (8, s. 407). 
1514-cü il avqustun 23-də Çaldıran düzündə qanlı döyüş oldu (3, 
s. 212). Üz-üzə gələn ordu ən ifrat din düşmənçiliyi ruhunda tərbiyə 
edilib bir-birinə qarşı qoyulan və  şəhid olmağa hazır olan silahlı 
fanatiklər idilər. Çaldıran döyüşü tarixin ən qanlı qardaş qırğını idi, 
türk dünyasının ümumi faciəsi, Qərb diplomatiyasının isə  qələbəsi 
oldu. Səfəvilər 3 min itki verdilər, yaralanmış Şah İsmayıl ordunun 
salamat qalan hissəsi ilə mühasirə  həlqəsini yarıb-Təbrizə döğru 

 
121 
çəkildi. I Sultan Səlim onu təqib etdi və sentyabrın 6-da Təbrizi 
tutdu, lakin Şah  İsmayılın hiyləsindən ehtiyat edərək geri çəkildi. 
Çaldıran döyüşü nəticəsində Osmanlı dövləti Ərzurum  şəhəri ilə 
birlikdə Şərqi Anadoluya və Şimali İraqa yiyələndi. Bağdad daxil 
olmaqla Ərəb  İraqı  Səfəvilərdə qaldı. 1514-1515-ci illərin qışını 
Amasyada keçirən I Sultan Səlim  İstanbula doğru irəlilədi. 
Osmanlılar  Ərzincanı  işğal etdilər. Diyabəkir Səlimə  təslim oldu. 
Şah  İsmayıl  şəhəri geri almaq üçün Qara xanı göndərdi. Mühasirə 
bir ildən artıq davam etdi. 1516-cı ilin əvvəllərində  Mardinin 
cənubunda Qoçhisarda  həlledici döyüş Osmanlıların qələbəsi ilə 
qurtardı.  Şimalda Xarput və Bitlisdən Rakkiyə  qədər, cənubda 
isə Mosul Osmanlıların  əlinə keçdi. Təbriz alındıqdan sonra 
Osmanlılar burada 6 gün qala bildilər. Geri çəkilərkən bir neçə min 
sənətkar ailəsi İstanbula köçürüldü. I Sultan Səlim Azərbaycanı zəbt 
etmək cəhdi baş tutmadı.  Şah  İsmayılın ölümündən sonra oğlu I 
Təhmasib taxta çıxdı  (1524-1576). Qızılbaş  əmirləri mərkəzi 
hakimiyyətə itaətdən boyun qaçırırdılar. Osmanlılar bu vəziyyətdən 
istifadə etdilər. I Sultan Süleyman Qanuninin (1520-1266) haki-
miyyəti dövründə Azərbaycana dörd yürüş edildi. 1534-cü ilin 
yayında I Sultan Süleyman 100 min nəfərlik qoşunla Azərbaycana 
yürüş etdi. Təbriz işğal olundu. Sərt qış,  ərzaq çatışmamazlığı 
osmanlıları ölkəni tərk etməyə vadar etdi. I Süleyman 1535-ci ilin 
yazında II dəfə  Təbrizə yürüş etdi. Şah Təhmasib təbrizliləri 
ölkənin içərilərinə köçürdü, düşmən əlinə keçməmək üçün ot-ələfə 
od vurdular, mal-qara məhv edildi, şah özü isə  Sultaniyyəyə  çə-
kildi. Osmanlılar Təbrizə daxil oldular. Şah 2 dəfə danışıq üçün 
cəhd etdi. Lakin rədd edildi. Aclıq və  səfalət osmanlıları geri 
çəkilməyə məcbur etdi. Şirvanşah II Xəlilullahın dövründə (1524-
1535)  Şirvan hələ  də  Səfəvilərdən asılı idi. 1535-ci ildə II Xə-
lilullahın ölümündən sonra Şirvan  əyanları onun yaxın qohumu 
Şeyxşahın oğlu  Şahruxu taxta çıxardılar (1535-1538).  Şahruxun 
gəncliyindən istifadə edən  əyanlar Hüseyn bəy başda olmaqla 
hakimiyyəti əllərində cəmləşdirdilər. 1537-ci ilin sonlarında özünü 
Şivanşahın qardaşı  Məhəmməd Amin kimi tanıdan  Kələntərin 

 
122
başçılığı ilə  üsyan  qalxdı. Üsyançılar Salyan və  Şamaxını  ələ 
keçirdilər. Şahrux saray əyanları ilə birlikdə Buğurd qalasına qaçdı. 
Lakin Salyan yaxınlığında  Şirvan qoşunu üsyançıları darmadağın 
etdi. I Təhmasib 1538-ci ilin yayında başda qardaşı Əlqas Mirzə 
olmaqla 20 minlik qoşun, habelə Qarabağ  və Muğandan yığılmış 
dəstələri  Şirvana göndərdi.  4 aylıq mühasirədən sonra Buğurd 
qalası tabe edildi. Şahrux Təbrizdə gizli edam edildi. I Təhmasib 
Şirvanı idarə etmək üçün Əlqas Mirzəni ilk bəylərbəyi təyin etdi. 
Şirvan  ərazisi bəylərbəyiliyə çevrilərək Səfəvi dövlətinin tərkibinə 
qatıldı. Əs Mirz
ə

 
123 
yürüşə başladı.  Hilat qalası, Van ərazisi, Bitlis, Vostan, Ərçis 
yerlə yeksan edildi. 1554-cü ilin yazında I Sultan Süleyman 4-cü 
dəfə Azərbaycana hücum etdi. Ərzaq qıtlığından Sultan Naxçıvanı 
tərk edib Ərzuruma çəkildi. Onları  təqib edən qızılbaşlar Osmanlı 
ərazisinə daxil oldular. I Süleyman Osmanlıların tərəfinə keçmiş 
Qasım Mirzəyə kömək üçün Krım türklərindən ibarət süvari dəstə 
göndərdi. Osmanlılar  Şirvana yenidən hücum etdilər və  məğlub 
oldular.  Şirvan bəylərbəyi  Abdulla xan Qasım Mirzənin tərəfdar-
larını  əzdi. Qasım Mirzə Dağıstana qaçdı. Sultan Süleyman Səfə-
vilərlə danışıqlara başlamağı lazım bildi. 1555-ci il mayın 29-da 
Amasyada  Səfəvi-Osmanlı müharibələrinin 1-ci mərhələsini 
başa çatdıran sülh müqaviləsi imzalandı-Qərbi Gürcüstan 
Osmanlıların, Gürcüstanın şərq vilayətləri Səfəvilərin ixtiyarına 
keçdi. Lakin XVI əsrin 70-ci illərindən etibarən Osmanlı  işğalının 
yeni dövrü başlandı (3, s. 225). 
İctimai-iqtisadi həyat.  I  Şah  İsmayılın daxili siyasəti-mər-
kəzləşdirilmiş dövlət yaratmaq idi. Dövlətin başında  Şah-eyni za-
manda şiələrin başçısı dururdu. Şahın yanında Ali məclis fəaliyyət 
göstərirdi.  Şahın dünyəvi və dini müavini vəkil ilk Səfəvilər 
dövründə dövlətdə 2-ci şəxs idi. Bu məsul vəzifə ilk dəfə olaraq I 
Şah İsmayılın tərbiyəçisi Hüseyn bəy  Şamlıya həvalə olunmuşdu. 
Səfəvi dövlətində baş komandan əmir-ül-üməra adlanırdı. Dövlətin 
hərbi qüvvələrinin  əsasını Azərbaycan tayfalarından ibarət  çərik 
adlandırılan xüsusi hərbi dəstələr təşkil edirdi. Onlara qorçu başı 
rəhbərlik edirdi. Mülki işlərə  vəzir başçılıq edirdi. Dini idarələrə 
sədr başçılıq edirdi. Səfəvi dövlətinin  ərazisi inzibati cəhətdən 
bəylərbəyiliklərə, onlar da mahallara  bölünürdü. Bəylərbəyilər 
şah tərəfindən yalnız Azərbaycan hərbi əyanlarından təyin edilirdi. 
XVI  əsrin birinci yarısında Azərbaycan 3 bəylərbəyilikdən 
ibarət idi: mərkəzi Şamaxı şəhəri olan Şirvan, mərkəzi Gəncə olan 
Qarabağ,  mərkəzi Təbriz olan cənub torpaqları.  Mahalları 
bəylərbəyiliklər tərəfindən təyin edilmiş  naiblər idarə edirdilər. 
Kəndlərə  kətxudalar,  şəhərlərə  kələntərlər başçılıq edirdilər. 
Şəhərdə asayişin qorunmasına başçılıq edən  darğa  kələntərə tabe 

 
124
idi. Ölkədə  5 torpaq mülkiyyət forması: dövlət torpaqları 
(divan),  şah ailəsi torpaqları (xass), feodal torpaqları (tiyul), 
feodalların şəxsi torpaqları (mülk) və dini idarələrin torpaqları 
(vəqf) var idi. Soyurqal torpaq sahibliyi sıxışdırılır və tiyul 
torpaqlar paylanırdı. Tiyul sahibi-tiyuldar dövlətə xidmət etməyə 
borclu idi; tiyuldar ona verilən torpaqdan gələn gəlirin müəyyən 
hissəsini götürmək hüququna malik idi. Tiyul şərti mülk sayılır və 
yalnız  şahın icazəsi ilə irsi keçə bilərdi.  Əhalidən  35 növ vergi 
alınır və çoxlu mükəlləfiyyətlər yerinə yetirildi. Otlaqlardan istifadə 
üçün çobanbəyi, bağlar üçün bağbaşı və s. vergilər verirdilər. 
Səfəvi dövləti XVI əsrin 2-ci yarısı-XVII  əsrin 1-ci 
yarısında. 1576-cı ilin mayında  I Təhmasibin  vəfatından sonra 
hərbi feodallar arasında çəkişmələr yenidən başlandı. Şahın oğulları 
Məhəmməd Mirzə, İsmayıl Mirzə və Heydər Mirzə arasında taxt-
tac üstündə mübarizə  qızışdı.  İsmayıl Mirzə bu mübarizədə qalib 
gələrək, II İsmayıl adı ilə özünü şah elan etdi. Lakin saray çevrilişi 
nəticəsində  İsmayıl Mirzə 1577-ci ildə öldürüldü. Ölkədə 
ikihakimiyyətlilik yarandı. Qəzvində I Təhmasibin qızı  Pərixan 
xanım hakimiyyəti  ələ aldı. Qızılbaş  əmirləri Pərixan xanımı  təkr 
edib, Məhəmməd Mirzənin tərəfinə keçdilər. 1578-ci il fevralın 13-
də Məhəmməd Mirzə (Xudabəndə) Qəzvində müqavimətsiz taxta 
sahib oldu. Məhəmməd Xudabəndə (1578-1587) Pərixan xanımı 
edam etdirdi, arvadı Məhdi Ulya “dövlət işlərini” öz əlinə aldı. O, 
ali divanın  vəkili  vəzifəsinə  qədər yüksəldi.  Əslində ölkə  qızılbaş 
tayfaları arasında bölünmüşdü. Məhəmməd Xudabəndinin yalnız 
şahlıq adı qalmışdı.  1577-ci ildə Van hakimi Xosrov paşa  Sə-
fəvilərə qarşı kürd tayfalarının qiyamını  təşkil etdi. 1555-ci il 
sülhünü pozaraq, kürdlərlə birlikdə Xoy üzərinə hücum etdi. Xoy və 
Salmas hakimi Mahmud Sultan Rumlu inadlı müqavimət göstərdi, 
lakin həlak oldu. Kürdlər Urmiyanı tutdular. Xoy, Salmas, Urmiya 
üsyançıların əlində qaldı. Sultan III Murad (1575-1595) yaranmış 
vəzəiyyətdən istifadə etdi. Osmanlı ordusunun baş komandanı 
Mustafa Lələ paşa  Ərzuruma 100 min nəfərlik qoşun topladı. 
Sultan vassalı Krım xanı II Məhəmməd Gəraydan (1577-1584) bu 

 
125 
yürüşdə iştirakını tələb etdi. Mustafa Lələ Qars qalasını bərpa edib, 
oraya qoşun yeritdi. 1578-ci il avqustun 9-da Çıldırda qızılbaşlar 
məğlub oldular (3, s. 228). Mustafa Lələ paşanın göndərdiyi 20-30 
min nəfərlik qoşun hissələri Ahalsıxı ələ keçirib Kaxetiyaya daxil 
oldular. Səfəvi ordusunun rəhbərliyində birliyin olmaması, qızılbaş 
əmirlərinin həddindən artıq özlərinə arxayın olmaları, Osmanlılarla 
döyüşə o qədər də  əhəmiyyət verməmələri, qüvvələr fərqi-bütün 
bunlar nəticədə  Çıldır döyüşündə  məğlubiyyətə  gətirib çıxartdı. 
Çıldır döyüşündən sonra Mustafa Lələ Paşa  Şirvanı, 1578-ci ilin 
avqustunda Tiflisi, az sonra Qorini tutdu. 1578-ci il sentyabrında 
Qanıx (Alazan) çayı sahilindəki döyüşdə Osmanlı ordusu böyük 
itki verdi. Səfəvi ordusu Qarabağa, oradan da Təbrizə qayıtdı. 
Mustafa Lələ paşa sentyabrın ortasında Ərəşə daxil oldu. Osmanlı 
ordusu  Ərəş,  Şamaxı, Qəbələ, Bakı,  Şabran, Mahmudabad və 
Salyanı müqavimətsiz tutdu. 1578-ci ilin sentyabrında  Məhəm-
məd Xudabəndənin oğlu Həmzə Mirzə 30 minlik qoşunla Qarabağa 
gəldi.  Əmirlərin və  vəzir Mirzə Salmanın qoşunları ilə birləşərək 
Şamaxı qalasında Osman paşanı mühasirəyə aldılar.  1578-ci ildə 
Krım xanı Adil Gərayın 12 minlik qoşunu məğlub oldu və Adil 
Gəray əsir alındı. Mirzə Salman təcili Şamaxıya gəldi. Osman paşa 
Dərbəndə qaçdı.  Şirvan Osmanlılardan azad olsa da, Dərbənd 
tutulmadı. Səfəvilər  Şirvanı Osmanlılara güzəştə vermək istə-
mirdilər.  1580-ci ilin əvvəllərində  qızılbaş qoşunu Təbrizdən 
Şirvana hərəkət etdi. Ordunun komandanı Sinan paşa  Ərzurumdan 
Səfəvi sarayına hədələyici məktubla elçi göndərdi.  Şahrux xan 
möhrdar Sinan paşanın iddialarına sərt cavab verdi. Sinan paşanın 
təklifi ilə  həmin qış  hərə öz yerində qaldı. Lakin Şirvan Krım 
türklərinin  3-cü basqınına  məruz qaldı. Osman paşa Krım türk-
lərinin köməyi ilə Bakıya daxil oldu. Məhəmməd Xudabəndə təcili 
əmirləri qoşunla Mollahəsənli qəsəbəsinə göndərdi, Osmanlılar geri 
çəkildilər və Dərbənddə möhkəmləndilər. 1581-ci ilin yazında Qazı 
Gəray və  Səfi Gərayın rəhbərliyi ilə  Krım türkləri  4-cü dəfə 
Şirvana hücum etdilər. İmamqulu xan Qacar qızılbaş dəstəsini Şir-
van hakimi Peykər xanın köməyinə göndərdi.  Şamaxı ilə  Şabran 

 
126
arasında baş vermiş döyüşdə Qazı Gəray əsir alındı, Krım türkləri 
və Osmanlı birləşmiş qoşunu məğlub oldu. Qarabağdan Xorasana 
yürüş etdikdən sonra qızılbaş  əmirlərinin  Şirvana qayıda 
bilməməsindən istifadə edən Osman paşa yenidən Dərbənddən Şa-
maxıya gəldi. Şirvanda Osmanlı hakimiyyəti bərpa edildi. 1583-cü 
ilin yazında Qarabağ hakimi İmamqulu xan Qacar yeni qüvvə ilə 
Kürü keçib Şirvana daxil oldu. O, Rüstəm xanı öz dəstəsi ilə 
Osmanlılara qarşı döyüşə göndərdi. Bu döyüşdə Osmanlılar 
darmadağın oldular. Samur çayı sahilində 1583-cü ildə  tarixdə 
“Məşəl savaşı” adlanan döyüş isə Osmanlı qüvvələrinin üstünlüyü 
ilə qurtardı, qızılbaşlar meydanı tərk etdilər (8, s. 432). 1582-ci ilin 
əvvəllərində  Sinan paşa sülh bağlamaq məqsədi ilə  Səfəvi səfiri 
İbrahim xan Tərxanla birlikdə Ərzurumdan İstanbula gəldi. Lakin 
Qızılbaş  əmirləri bildirdilər ki, Şirvanı heç bir vəchlə güzəştə 
getməyəcəklər.  Əgər sultan 1555-ci il sülhünün şərtlərinə razı 
deyilsə, onda müharibəni davam etdirəcəklər.  1585-ci il avqustun 
12-də  osmanlı qoşunu Pasinabad-Çaldıran-Xoy-Mərənd-Sufi-
yan-Təbriz istiqamətində yürüşə başladı. Məhəmməd Xudabəndə 
Həmzə Mirzənin başçılığı altında onlara qarşı 20 min nəfərlik qoşun 
göndərdi.  1585-ci ilin sentyabrında  Məhəmməd xan Toxmağın 
başçılığı ilə qızılbaşların əsas dəstələri Sufiyan ərazisində döyüşdə 
əvvəlcə  qızılbaşlar Osmanlılara ağır zərbə vursa da, onların sayca 
üstünlüyü qızılbaşları geri çəkilməyə  məcbur etdi. Bir gün sonra 
Osman paşa Təbriz üzərinə hücuma başladı. Müdafiəsiz qalan 
Təbriz təslim oldu. Osman paşa 1 aydan artıq Təbrizdə qaldı. 1586-
1589-cu illərdə  tədricən bütün Azərbaycan Sultan III Muradın 
ordusu tərəfindən işğal olundu. Səfəvilər  ərazinin qalan hissəsini 
itirməmək üçün ağır sülh şərtləri ilə razılaşdılar. 
I  Şah Abbasın islahatları. 1587-ci ildə Mürşüdqulu xan, 
xüsusilə ustaclı və şamlı tayfalarından qızılbaşların Xorasan qrupu 
Qəzvində  16 yaşlı Abbası  şah elan etdilər. Bu vaxta qədər 
Qarabağ,  Ərdəbil, Lənkəran istisna olmaqla, Azərbaycanın bütün 
vilayətləri Osmanlılar tərəfindən tutulmuşdu. XVI əsrdə feodal 
zümrəsinin daxilində 2 qrup-əsasən, Azərbaycan (türk) və fars 

 
127 
(İran) etnik ünsürləri təmsil edən qruplar bir-biri ilə mübarizə 
aparırdılar. Ümumən, fars etnik ünsürləri 2-ci dərəcəli yer tuturdu. 
Kəndlilərdən sənətkarlardın toplanan ağır vergi narazılığı artırır və 
dövlətin bünövrəsini laxladırdı.  Şah Abbas hakimiyyətə  gələndən 
sonra  hərbi-inzibati islahat keçirdi. Qızılbaşların təkbaşına silah 
gəzdirmək hüquqları  ləğv edildi. Başqa tayfalara da qoşuna daxil 
olmaq hüququ verildi. Şah tərəfindən qoşun tayfa müxtəlifliyi 
prinsipi  əsasında təşkil edildi. Müxtəlif dərəcəli qoşun növləri 
yaradı: 
1. Qızılbaşlar-süvarilərdir, sayı 200 min nəfər, yalnız 60 min 
nəfəri döyüşə gedirdi. 
2.  Qulamlar-xüsusi qvardiyadır-gürcü, çərkəz, osetin və b. 
xristian ailələrinin uşaqları, zorla islamlaşdırılıb sarayda xüsusi 
rejimlə tərbiyə olunurdular. Onlardan görkəmli sərkərdələr çıxırdı. 
3.  Tüfəngçilər-yoxsul təbəqədən seçilir, sayı 12 min nəfərə 
çatırdı. 
4.  Artilleriya-topçular. I Şah Abbasın 500 səhra topu vardı 
(8, s. 462-463). 
1598-ci ildə paytaxtın Qəzvindən  İsfahana köçürülməsi 
nəticəsində Qarabağadan, Qəzvindən Azərbaycan türkləri köçüb 
gəldi. Burada onlar üçün və  Şah Abbasın  şərəfinə  “Abbasabad” 
adlı xüsusui məhəllə salındı. Qızılbaşlar Səfəvi imperatorluğunun 
idarə olunmasında xüsusi yer tuturdular. Azərbaycan dili orduda və 
şah sarayında üstünlük təşkil edirdi. Səfəvi  şahları  və saray xid-
mətçiləri Azərbaycan dilində danışırdılar. 1578-1590-cı illərdə Sə-
fəvi-Osmanlı müharibələrində  ağır məğlubiyyətə  uğramış  Səfəvi 
dövləti vacib hərbi islahatlar keçiməyə  məcbur oldu. I Şah Abbas 
hərbi-köçmə  qızılbaş  əyanlarının müqavimətini qırdı. O, 44 min 
nəfərlik güclü nizami ordu yaratdı. Azərbaycan türklərindən ibarət 
qızılbaş süvari dəstələri yenidən bərpa edildi. Ölkə daxilində siyasi 
sabitlik bərpa edildi. Məhsuldar qüvvələr canlandı. Dövlət iqtisadi 
və  hərbi-siyasi baxımdan möhkəmləndi. Beləliklə,  Şah Abbas 
islahatları  nəticəsində  mərkəzi hakimiyyət xeyli qüvvətləndi.  Şah 
Abbas Səfəvi dövlətinin keçmiş qüdrətini bərpa edə bildi. O, Azər-

 
128
baycan dövlətinin müstəqillik  ənənlərini qoruyub saxlamaqla mər-
kəzi aparatı möhkəmləndirdi,  İngiltərə, Fransa, İspaniya, Roma 
papası, Rusiya ilə diplomatik əlaqələr yaratmaq məqsədi ilə danı-
şıqlara başladı. 
Səfəvi-Osmanlı müharibəsinin II mərhələsi 1590-cı il  İs-
tanbul sülh müqaviləsi ilə qurtardı. Sülh müqaviləsi Azərbaycanı 
Səfəvi və Osmanlı dövlətləri arasında böldü, Şirvan, Qarabağ, 

Yüklə 2,42 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə