İradə nuriyeva



Yüklə 2,42 Kb.
Pdf görüntüsü
səhifə15/30
tarix28.04.2017
ölçüsü2,42 Kb.
1   ...   11   12   13   14   15   16   17   18   ...   30

kabrında ruslar Rəşt şəhərini, 1723-cü ilin iyulunda Bakını işğal 
etdilər. Knyaz İ.Bayratinski Bakının kamendantı təyin edildi. Sonra 
Salyan  işğal olundu. 1723-cü il sentyabrın 12-də II Təhmasibin 
elçisi İsmayıl bəy şahdan icazəsiz Dərbənddən Gilana qədər olan 
Xəzəryanı bölgələrin Rusiyaya verilməsi haqqında Peterburq 
müqaviləsini imzaladı. Rusiya bunun əvəzində əfqanlarla müha-
ribədə  Səfəvi  şahına yardım edəcəyini vəd etdi. Beləliklə, 1722-
1723-cü illər Xəzəryanı bölgənin Rusiya tərəfindən işğalının I 
mərhələsi oldu (8, s. 504). 
İstanbul müqaviləsi.  Cənubi Qafqaz Rusiya, Səfəvi, Os-
manlı dövlətləri arasında ziddiyyətlərin düyün nöqtəsinə çevrildi. 
İngiltərə  və Fransa da Rusiyanın Cənubi Qafqazda güclənmə-

 
149 
sindən narazı idilər. Osmanlı Rusiyanın Cənubi Qafqaz, xüsusilə 
Bakıda möhkəmlənməsinin qarşısını almaq məqsədilə hərəkətə keç-
di. 1723-cü ilin oktyabrında türk qoşunu Gəncəyə həmlə etdi, 1724-
cü ilin iyununda Osmanlı qoşunları  İrəvana daxil oldular. İsveçlə 
müharibəni təzəcə qurtarmış Rusiya yeni müharibəyə başlaya 
bilmədiyindən, Osmanlılarla sülh müqaviləsi bağlamağa məcbur 
oldu.  1724-cü il iyunun 12-də  İstanbulda  Rusiya-Osmanlı  mü-
qaviləsi  imzalandı (10, s. 483). Rusiya Peterburq müqaviləsinin 
şərtlərinin (Dərbənd, Bakı, Lənkəran, Rəşt və  Ənzəlinin Rusi-
yaya keçməsini) Osmanlı  tərəfindən təsdiq edilməsinə nail oldu. 
Xəzəryanı bölgələr istisna olmaqla bütün Azərbaycan isə Os-
manlılara keçdi (8, s. 505). Hacı Davud osmanlıların himayəsi al-
tında olan yarımmüstəqil Şirvan xanlığının hakimi təsdiq edildi. 
Azərbaycanda Osmanlı idarə üsulu. İstanbul müqaviləsini 
reallaşdırmağa  başlayan osmanlılar 1725-ci ilin may-iyulun 27-də 
Təbrizi, avqustda Gəncəni, 1725-ci ilin sonlarında işğal zonasına 
daxil olmayan Ərdəbili tutdular. Onlar Azərbaycanı  vilayət-san-
caqlar-mahallar-nahiyələr şəklində hərbi-inzibati vahidlərə böldü-
lər.  Sancaqbəyilər, naiblər və  kəndxudalar yerli feodallardan 
təyin olunurdu. 
Kürdən  şimaldakı torpaqların xüsusi statusu vardı.  İstanbul 
müqaviləsinə dörə, osmanlılar bu ərazilərdə  hərbi qüvvə saxlaya 
bilməzdi. Bu yerlər (Şəki,  Ərəş, Qax) yerli hakimlər tərəfindən 
idarə olunurdu. Osmanlılara müqavimət göstərmiş feodalların 
mülkləri alınır, dövlət torpaqlarina çevrilirdi. Onlara xidmət edən 
yerli feodallara isə dövlət torpaqlarından “bəylik” və “ağalıq” ad-
lanan  şərti torpaq verilirdi. Bəzən vergilərin toplanmasından  mü-
qatiə (dövlətə müəyyən miqdarda pul ödəmək müqabilində ayrı-
ayrı  şəxslərə verilən  vergi toplama hüququ) tətbiq olunurdu. 
Osmanlılar Təbriz, Ərdəbil və Gəncə şəhərlərinin bərpasına xüsusi 
diqqət yetirirdilər. 
Azərbaycanda Rusiya idarə üsulu. Ruslar ilk əvvəllər  ka-
mendant idarə üsulu yaratdılar. Sonra mahal-nahiyə bölgüsü tət-
biq etdilər. Mahalları  darğalar, nahiyələri  yüzbaşılar, kəndləri 

 
150
kəndxuda və kovxalar  idarə edirdi. I Pyotr Xəzəzryanı bölgələrin 
təbii sərvətlərinin öyrənilməsi haqqında fərman verdi. 1724-cü ildə 
verilən fərmanla I Pyotr erməniləri Xəzəryanı əyalətlərdə tutulan 
istənilən ərazidə yerləşdirmək göstərişi verdi. Ermənilərin Şirvan 
bölgəsində  məskunlaşması  məhz bu dövrə  təsadüf edir (3, s. 402-
403). Ruslar Kürün mənsəbində Peterburq kimi şəhər salmaq istə-
yirdilər. Azərbaycandan Rusiyaya neft, xam ipək, Rusiyadan Azər-
baycana kətan, mahud daşınırdı. 
 
3. Azərbaycan Nadir şahın hakimiyyəti dövründə 
 
Kirmanşah və  Rəşt müqavilələri.  Salyanda, Bakıda və b. 
yerlərdə rus hakimiyyətinə qarşı, 1726-cı ildə Zəngəzurda, Qafanda, 
Cənubi Qafqazda, xüsusilə  Şirvanda,  1729-cu ildə Qarabağda, 
Şamaxı, Təbriz və b. şəhərlərdə, Azərbaycanın Xaçqala, Marağa, 
Hərmrud,  Ərdəbil və Xalxal bölgələrində də Osmanlılara qarşı üs-
yanlar baş vermişdi. Bu üsyanlar yalnız Kiçik Asiyadan çoxlu hərbi 
qüvvə gətirdikdən sonra, 1731-ci ildə yatırıldı. Şah II Təhmasib və 
yerli feodallar dövlətin taleyi haqqında düşünməli oldular. 
Düşmənlərə qarşı mübarizədə daxili qüvvələri birləşdirmək 
lazım idi. Bu məsul vəzifıni Əfşar tayfasından Nadir xan öz üzərinə 
götürmüşdü.  Əfqan tayfalarını  İsfahandan qovan Nadir xan Əfşar 
1730-cu ildə osmanlılara qarşı hərbi əməliyyata başlayaraq Mara-
ğa,  Ərdəbil və  Təbrizi azad etdi. 1730-cu ildə Nadirin Osmanlı 
üzərində  qələbəsindən sonra Rusiya ehtiyatlı siyasət yeridərək 
Səfəvilərlə münasibətləri gərginləşdirməmək üçün 1732-ci ilin yan-
varında Rəşt  şəhərində  Səfəvilərlə müqavilə imzaladı:  Rusiya 
Kürdən cənubdakı Xəzəryanı bölgələri Səfəvi dövlətinə qaytar-
dı, Səfəvilər isə osmanlıları bu yerlərə buraxmamağı  və rus 
tacirləri üçün güzəştlər etməyi öhdəsinə götürdü (8, s. 511). 
Səfəvi şahı II Təhmasib osmanlılara qarşı əməliyyatlara başlayaraq 
Eçmiədzin yaxınlığında qələbə qazandı. Lakin İrəvan yaxınlığında 
onu məğlub edən  ocmanlılar Urmiya, Təbriz və  Ərdəbili  ələ 
keçirdilər.  1732-ci il yanvarda II Təhmasib  Kirmanşahda 

 
151 
osmanlılarla sülh bağladı:  İrəvan, Gəncə,  Şamaxı,  Şirvan bölgə-
ləri Osmanlıda qaldı. Həmədan, Kirmanşah, Ərdəbil və Təbriz 
isə  Səfəvilərə qaytarıldı. Araz çayı 2 dövlət arasında sərhəd 
olmalı idi (3, s. 413).  Xorasandan qayıdan Nadir xan 1732-ci ilin 
avqustunda II Təhmasibi taxtdan salaraq onun oğlu Abbas Mirzəni 
III Abbas adı ilə şah elan etdi. Faktiki olaraq III Abbasın qəyyumu 
olan Nadir xan ilk növbədə Kirmanşah müqaviləsini ləğv edib, 
1723-cü ildən sonra osmanlıların tutduğu əraziləri boşaltmağı tələb 
etdi. Onların rədd cavabı müharibəyə  səbəb oldu. 1733-cü ilin 
yanvarında osmanlıları  ağır məğlubiyyətə  uğradan Nadir xanın 
bağladığı  Bağdad müqaviləsinə görə,  osmanlılar son 10 ildə 
tutduqları  Səfəvi  ərazilərini tərk etməli idilər.  1734-cu ildə 
Şirvan azad edildi. 1735-ci ilin əvvəllərində Nadir xan Gəncəni də 
osmanlılardan aldı  və  ruslardan Xəzəryanı  bəlgələrdən çıxma-
larını tələb etdi. 1735-ci ilin martın 21-də Novruz bayramı günü 
imzalanan Gəncə müqaviləsinə görə,  ruslar Xəzəryanı vilayət-
ləri tamamilə tərk etməli idi1735-ci ilin iyununda Eçmiədzinin 
şimal-şərqində Osmanlı qoşununu tam məğlub edən Nadir xan 
onları ilin sonuna kimi bütün Cənubi Qafqazdan çıxardı (3, s. 415). 
1736-cı ilin martında Suqovuşanda toplanan qurultayda Nadir 
xan  şah elan edildi. Bununla da Səfəvilər sulaləsinin hakimiy-
yətinə son qoyuldu. Nadirin şah elan olunmasına qarşı  çıxan Zi-
yadoğlular adı ilə  məşhur olan Gəncə xanları  cəzalandırıldı, Qara-
bağın 32-lər, Kəbirli və Cavanşir tayfaları Xorasana sürgün edil-
dilər. Qarabağ məliklikləri Gəncə bəylərbəyiliyinə, Qazax və Bor-
çalı mahalları Kartli hakimliyinə tabe edildi (8, s. 514). Nadir şah 
Şirvan, Qarabağ, Çuxursəd və  Təbriz bəylərbəyiliklərini 
birləşdirərək Azərbaycan adı altında vanid inzibati bölgü yaratdı. 
Azərbaycanın mərkəzi Təbriz, hakimi isə Nadir şahın qardaşı 
İbrahim xan oldu. Nadir şah hakimiyyətinin ilk dövründə vergi 
toplanması  işini qaydaya salmaq üçün yeni vəzifə bölgüsü apardı. 
Əsasən əfşar-türk tayfalarından olanlar üstünlük təşkil edirdi. Şahın 
əmri ilə  rəiyyətin  hərbi xidmətə çağırılması  əhalinin vəziyyətini 

 
152
ağırlaşdırdı.  1737-ci ildə Astarada 6 min kəndli zorla səfərbərliyə 
alındı. 
Ümumiyyətlə, Nadir şahın ölkədə  həyata keçirdiyi siyasət 
XVIII  əsrin 30-40-cı illərində Azərbaycana fəlakət gətirmiş, təsər-
rüfat həyatı  tənəzzülə  uğramışdı. Dözülməz həyat  şəraiti, səfalət 
xalqı cana doydurmuşdu. Ona görə  də mövcud hakimiyyətə qarşı 
hiddət və nifrət gündən-günə artmaqda idi. 
 
4. XVIII əsrin 30-40-cı illərində Azərbaycanda  
İran əsarətinə qarşı mübarizə 
 
Ağır vergi siyasəti, yerli feodalların zülmü əhalinin var-yox-
dan çıxmasına və onların kəndlərdən qaçmasına səbəb oldu. 1734-
cü ildə  Astaranın  ac-yalavac kəndliləri ayağa qalxdılar. Az sonra 
Şəkinin Biləcik kəndi, sonra isə qonşu Cənik, Tala və Car kənd-
ləri üsyan etdi. Üsyanı yatırmaq üçün 1735-ci ilin fevralında cəza 
dəstələri göndərildi. Yerli əhalinin qismən tabe olması ilə kifayət-
lənən Nadir şah  1737-ci ildə Hindistan və  Mərkəzi Asiyaya yürüş 
etdi. Onun ölkədə olmamasından istifadə edən  əhali  1738-ci ildə 
Azərbaycanın şimal-şərq bölgəsində yenidən üsyan etdi. Ən böyük 
üsyan Dağıstandan kömək alan Carda oldu. Üsyanı yatırmağa 
gələn Nadir şahın qardaşı  İbrahim xan öldürüldü. 1739-cu ildə 
Azərbaycanın  şimal və  şimal-şərq bölgələrində Nadir şaha qarşı 
çıxışlar özünün ən yüksək mərhələsinə çatdı. Lakin qüvvələr nisbəti 
bərabər olmadığından yatırıldı. XVIII əsrin 40-cı illərində üsyan-
mılarin qüvvətlənməsi nəticəsində  Cənubi Qafqazı itirməkdən 
qorxan Nadir şah 100 minlik qoşunla Car vilayətinə  və Azərbay-
canın şimal-şərq bölgələrinə özü yürüş etdi. 1743-cü ildə üsyanların 
genişləndiyi bir şəraitdə özlərini Səfəvi  şahzadələri kimi qələmə 
verən yalançı şahzadələr-Sam Mirzələr meydana çıxdı. I Sam Mir-
 Avarda peyda olmuş, sonra Şirvana gəlmiş və 20 min tərəfdarları 
və Qazıqumuxlu Surxay xanin dəstəsi ilə birlikdə Yeni Şamaxıya-
Ağsuya hücum etdilər.  1743-cü ildə Nadir şah oğlu Nəsrullah 
Mirzəni I Şam Mirzəyə qarşı Şamaxıya yolladı. Bundan əlavə, Gən-

 
153 
cə, Qarabağ, Çuxursəd, Əhər, Qaradağ və Muğana 10-20min nəfər 
əsgər göndərmişdi. Şirvan düzənliyində baş vermiş döyüşdə I Şam 
Mirzənin qoşunu darmadağın edildi, özü isə edam edildi. 
1743-cü ilin son rübündən etibarən xalq hərəkatına  Ərdəbil-
dən  Şirvana gəlmiş  II Sam Mirzə başçılıq edirdi. Hakim dairələr 
onu təhlükəli düşmən hesab etmədiklərindən yalnız burnunu kəsib 
buraxdılar, o isə tezliklə  Şirvanda Surxay xanın oğlu Məhəmməd 
xanin yardımı ilə Nadir şahın hakimiyyətini sarsıdan xalq hərəka-
tının başçısına çevrildi. Şirvan üsyanı geniş vüsət alaraq Xəzər 
dənizi sahillərindən Gəncəyədək olan bir ərazini əhatə edirdi. 1743-
cü ilin noyabrın 9-da Nadir şah oğlu  Nəsrullah Mirzəni böyük 
qoşunla  Şirvana göndərdi, lakin məğlub oldular. Buna görə Nadir 
şah təcili olaraq Osmanlı dövləti ilə sülh müqaviləsi imzalayıb, əsas 
qüvvələrlə Azərbaycandakı üsyanları yatırmağı  qərara aldı. Nəs-
rullah Mirzənin qoşunu Ağsu yaxınlığındakı  Şahdağı  adlı yerdə 
üsyançıların birləşmiş dəstələri ilə üz-üzə gəldi. Ağsu qalası alındı. 
II Sam Mirzə Gürcüstana qaçdı. Lakin Kaxetiya çarı Teymuraz onu 
əsir alaraq Nəsrullah Mirzənin düşərgəsinə göndərdi.  1743-cü il 
dekabrın 29-da  Nəsrullah Mirzə onun bir gözünü çıxartdırıb, bir 
neçə osmanlı  əsiri ilə Qarsa “qardaşı” Səfi Mirzə ilə görüşməyə 
göndərdi. Lakin yolda II Şam Mirzə öldü. Nadir şah xidmətlərinə 
görə Araqvi vilayətini Teymuraza hədiyyə etmişdi. 
Şəki üsyanı. 1743-1744-cü illərdə Şirvan, Şəki, Təbriz, Xoy 
və Salmasda yeni üsyanlar başladı.  Şəkidə mübarizə daha kəskin 
şəkil almışdı. Hələ 1741-ci ildə əhali Şəki hakimi məlik Nəcəfdən 
Nadir şaha şikayət etmişdi. Odur ki, Nadir şah Hacı Çələbi Qurban 
oğlunun  Şəkidə  vəkil  seçilməsinə razı olmuşdu. Lakin məlik 
Nəcəfin  şikayətindən sonra Hacı  Çələbi Nadir şahın hüzuruna ça-
ğırıldı. Şahın hüzurunda özünü mərdliklə aparan Hacı Çələbi məlik 
Nəcəfi öldürüb hakimiyyəti  ələ aldı  və  1743-cü ildə  Şəkini müs-
təqil xanlıq elan etdi. Bununla da Azərbaycanda müstəqil xanlıq-
ların yaranmasının əsası qoyuldu. Nadir şah ona qarşı ordu yeritdik-
də Hacı  Çələbi “Gələrsən-görərsən” qalasına sığındı. Lakin uzun 
müddət mühasirə  nəticəsində  ərzaq ehtiyatı tükənən Hacı  Çələbi 

 
154
1746-cı ildə Nadir şahın hakimiyyətini tanımağa məcbur oldu. 
1747-ci ildə yeni üsyanlar qalxanda Hacı Çələbi özünü yenidən xan 
elan etdi. 
1747-ci ildə Nadir şah  əleyhinə  Ərdəbil və  Təbrizdə yeni 
üsyanlar baş verdi. Üsyana III Sam Mirzə başçılıq edirdi. O, üsyan 
üçün Novruz bayramının birinci gününü seçərək, güclü silahlı dəstə 
ilə inzibati idarə nümayəndələrini qılıncdan keçirdi və  Təbrizdə 
hakimiyyəti  ələ aldı. Sonra İrəvana hücum etdi, lakin burada 
müqavimətə rast gəldiyindən Təbrizə qayıtdı və qətlə yetirildi. 
Bu dövrün üsyanlarının  səciyyəvi cəhəti, onların çoxunun 
eyni vaxtda başlanması idi. Bu isə şah qüvvələrinin parçalanmasına 
və maddi ehtiyatların tükənməsinə  səbəb olurdu. Lakin üsyanların 
əksəriyyətinin kortəbiiliyi, aydın məqsədinin olmaması  və daxili 
ziddiyyətlər onların taleyini əvvəlcədən həll edirdi. Bununla belə, 
həmin üsyanların böyük tarixi əhəmiyyəti var idi. Azərbaycan və 
əsarətə alınmış digər ölkələrdə azadlıq hərəkatının genişlənməsi 
üçün əlverişli şərait yaranırdı. Aramsız müharibələr, iqtisadi vəziy-
yətin ağırlığı, sosial qruplar arasındakı ziddiyyətlər Nadir şah 
dövlətinin süqutuna doğru aparırdı.  1747-ci il iyunun 19-da sui-
qəsd nəticəsində Nadir şah öldürüldü, onun silah gücünə yaratdığı 
dövlət süqut etdi (3, s. 425). Ölkəni feodal ara müharibələri bürüdü. 
 

 
155 
 
X FƏSİL 
AZƏRBAYCAN XANLIQLAR DÖVRÜNDƏ 
 
Plan: 
1. Azərbaycan xanlıqlarının yaranması və onların sosial-iqtisadi 
vəziyyəti. 
2. Azərbaycan xanlıqlarının daxili siyasi həyatı 
3. Azərbaycan xanlıqlarının xarici siyasi əlaqələri. Yadelli 
işğalçılara qarşı mübarizə 
5. XVIII əsrdə Azərbaycan mədəniyyəti 
 
1. Azərbaycan xanlıqlarının yaranması  
və onların sosial-iqtisadi vəziyyəti 
 
1747-ci ildə Nadir şahın ölümündən sonra Azərbaycanda İran 
əsarəti sona çatdı.  İran  əsarəti sona çatdıqdan sonra ölkəmizdə 
Qarabağ, Şəki, Şamaxı, Gəncə, Naxçıvan, Dərbənd, Təbriz, Urmiya, 
Ərdəbil, Maku, Marağa, Xoy, Quba, Bakı, Lənkəran,  İrəvan və s. 
xanlıqlar meydana gəldi. Bunlardan əlavə, Azərbaycanda daha kiçik 
feodal qurumları - İlisu, Ərəş, Qəbələ, Qazax və Şəmşəddil sultan-
lıqları, Qarabağda isə Vərəndə, Crabert, Gülüstan, Dizaq və Xaçın 
məlikləri var idi. Sultanlıqlar və məliklər, adətən, xanlıqlardan asılı 
idilər. Məsələn, Qəbələ, Ərəş və İlisu sultanlıqları Şəki xanlığından, 
məliklər isə Qarabağ xanlığından asılı idilər. Azərbaycanda belə çox 
xanlıq və digər feodal hökmdarlıqlarının meydana çıxması ölkənin 
ayrı-ayrı vilayətləri arasında sabit iqtisadi əlaqələrin olmaması, 
natural təsərrüfatın hökm sürməsi, habelə iri feodalların bu və ya di-
gər ərazi üzərində öz hakimiyyətini qurmaq cəhdləri ilə bağlı idi. 
Nisbətən kiçik əraziləri  əhatə etmələrinə baxmayaraq, Azər-
baycan xanlıqlarının  əksəriyyəti dövlətə  məxsus bütün əlamətlərə 
malik olub müstəqil daxili və xarici siyasət yeridirdilər. Xanlıqlarda 
hakimiyyət,  əsas etibarı ilə yerli feodalların  əlində idi. Məsələn, 
Gəncə xanlığının Gəncənin irsi hakimi olan Şahverdi xan Ziyad-

 
156
oğlu, Bakı xanlığının sabiq Bakı hakimi Dərgahqulu bəyin oğlu 
Mirzə  Məhəmməd xan, Dərbənd xanlığını  Dərbəndin sabiq naibi 
İmamqulu bəyin oğlu idarə edirdi. 
Xanlıqlarda dövlət idarə orqanları  İran  əsarəti dövrünə nis-
bətən xeyli sadələşdirilmişdi. Geniş  məmurlar aparatı  əvəzinə indi 
sabiq  şah məmurlarının vəzifələrini yerinə yetirən bəylər və digər 
yerli feodallar əsas rol oynayırdılar. Xanlıqlarda ali hakimiyyət 
xanların əlində cəmləşmi

 
157 
qalmaqda davam edirdilər. Lakin divan torpaqları getdikcə daha çox 
xan hakimiyyətinin əlində cəmləşir, tiyul torpaqları mülk xarakteri 
alırdı. XVIII əsrin ikinci yarısında Azərbaycanda yenə  də  məhsul 
rentası üstün yer tuturdu. Lakin rentanın işlə və pulla ödənilən for-
maları da var idi. Rəiyyətdən alınan əsas vergi malcəhət adlanırdı. 
Müxtəlif xanlıqlarda onun həcmi məhsulun 1/10 hissəsi ilə 1/3 
hissəsi arasında tərəddüd edirdi. Otlaqlardan istifadə  əvəzində 
rəiyyətlərdən əlavə vergi-çöpbaşı alırdılar. Kəndlilər bunlardan əla-
və bağbaşı, bayramlıq, toy pulu, at arpası, mirzəyanə, darğalıq və s. 
vergilər ödəyirdilər. XVIII əsrin ikinci yarısında Azərbaycanın iq-
tisadi həyatında ümumi durğunluq hökm sürürdü. Bununla belə, 
yadellilərin zülmündən xilas olmuş kənd təsərrüfatı, sənətkarlıq və 
ticarətdə bir qədər canlanma nəzərə çarpırdı. 
Quba, Qarabağ,  Şamaxı,  Şəki və  Gəncə xanlıqlarında  əkin-
çilik nisbətən yaxşı vəziyyətdə idi. Bütün xanlıqlarda əhali bağçılıq, 
bostançılıq və arıçılıqla məşğul olurdu. Pambıqçılıq daha çox Şir-
van, Gəncə, Qarabağ  və Naxçıvan xanlıqlarında yayılımışdı. Dər-
bənd, Quba və Bakı xanhqlarında qızıl boya və zəfəran becərilirdi. 
Azərbaycan xanhqlarının iqtisadi həyatında ipəkçilik xüsusi yer 
tuturdu.  İpəkçiliyin  əsas mərkəzləri  Şamaxı  və  Şəki xanlıqları idi. 
Avropa səyyahlarından biri yazırdı ki, hər il «Şirvandan 400 tona 
qədər ipək ixrac olunur». Bu dövrdə  sənətkarlıqda da müəyyən 
yüksəliş hiss olunurdu. Toxuculuq sənəti xüsusilə geniş yayılmışdı. 
İstehsal edilən mov, darayi, tafta, zərbaft kimi parçalar xarici 
ölkələrə də ixrac edilirdi. Quba, Qarabağ və Təbriz öz xalçaları ilə 
şöhrət qazanmışdılar. Xalq içərisindən çıxmış ustalar bir sıra gözəl 
məişət avadanlıqları, zərgərlik məmulatları və müxtəlif növ silahlar 
istehsal edirdilər. Lahıcda mis qablar, tüfəng və xəncər hazırlanırdı. 
Şəkidə  və  Gəncədə milli üslubda gözəl  şəbəkələr istehsal edilirdi. 
Bu dövrdə Azərbaycanda təşəkkül tapmış sosial-iqtisadi münasi-
bətlər sənət istehsalına və ticarətin əsas mərkəzləri olan şəhərlərə də 
ciddi təsir göstərirdi. Əldə olan məlumatlarm təhlili göstərir ki, bəhs 
edilən dövrdə Azərbaycan  şəhərlərinin  əksəriyyəti dərin iqtisadi 
tənəzzül keçirirdi. Bu tənəzzülün daha doğrusu, əsas səbəbi avropa-

 
158
lıların Hindistana gedən dəniz yollarından daha intensiv istifadə 
etmələri ilə bağlı idi. Qərblə  Şərq ölkələrini birləşdirən tranzit 
ticarət yolları üzərində yerləşən, iqtisadiyyatı daha çox mal ixraca-
tına köklənən və bunun sayəsində böyük gəlir əldə edən Azərbaycan 
şəhərləri bütün XVIII əsr  ərzində bu üstünlüklərdən məhrum olur-
dular.  Şərq ölkələrində feodal istehsal üsulunun hökmran olaraq 
qalması fonunda Qərbi Avropada kapitalist istehsalının getdikcə ge-
niş miqyas alması da bu böhranın dərinləşməsində az rol oynamırdı. 
Şərqin sənətkar emalatxanalarında bəsit üsulla hazırlanan bir sıra 
sənətkarlıq məhsulları  Qərbdə manufaktura və fabriklərdə istehsal 
edilən daha ucuz və keyfiyyətli eyni məhsullarla rəqabət apara 
bilmir və  nəticədə özlərinin  ənənəvi satış bazarlarından məhrum 
olurdular. Vaxtilə ancaq Şərqin sənətkarlıq mərkəzlərində istehsal 
olunan və böyük partiyalarla Avropaya ixrac edilən malların bir 
çoxu artıq bu ölkələrin özlərində istehsal edilərək bu malların 
ənənəvi istehlakçıları olan ölkələrə, o cümlədən Azərbaycana gön-
dərilirdilər. 1789-1791-ci illərdə Avropa ölkələrindən Azərbaycana 
çoxlu miqdarda atlas, məxmər, mahud və pambıq parçalar, bəzək və 
məişət  əşyaları  gətirilmişdi.  Şübhəsiz ki, bu faktlar Azərbaycan 
şəhərlərinin iqtisadi həyatının  əsasını  təşkil edən sənət istehsalına 
mənfi təsir göstərirdi. Xanlıqlar dövründə Azərbaycan  şəhərlərinin 
tənəzzülə uğramasında təbii fəlakətlər, yadelli işğalçıların hücumları 
və feodal ara müharibələri də az rol oynamışdı. 
Bütün bunlara baxmayaraq, müstəqil xanlıqların meydana gəl-
məsinin Azərbaycan  şəhərlərinin sosial-iqtisadi həyatına müəyyən 
müsbət təsirini də göstərmək lazımdır. Ayrı-ayrı xanların iqamət-
gahalarına çevrilən şəhərlərin hərbi cəhətdən müdafiəsinə daha artıq 
diqqət verilir, nəticədə belə  şəhərlərdə  həyat nisbətən təhlükəsiz 
olurdu. Mövcud siyasi şəraitin mənfi təsirinə baxmayaraq, sənətkar-
ların əsas kütləsi yenə də şəhərlərdə cəmləşmişdi. 
Əvvəllər olduğu kimi, xanlıqlar dövründə  də Azərbaycan 
şəhərlərinin iqtisadi həyatının əsasını sənətkarlıq, ticarət və kənd tə-
sərrüfatı təşkil edirdi. Şəhərlərin iqtisadi həyatının əsas mərkəzi ba-
zarlar idi. Sənətkar emalatxanalarının və ticarət dükanlarının  əksə-

 
159 
riyyəti ya bazarlarda, ya da bazarlara bitişik küçələrdə yerləşirdilər. 
Adətən, böyük şəhərlərdə eyni sənət növü ilə  məşğul olan sənət-
karlar ayrıca küçələr yaradır, orta və kiçik şəhərlərdə isə qarışıq 
şəkildə  işləyirdilər. XVIII əsrin sonlarında Azərbaycanda olmuş 
səyyah M.Biberşteyn yazırdı ki, sənətkar dükanları «hər bir şəhərdə 
onu bir başdan o biri başa qədər kəsən  əsas küçələri yaradırlar». 
Xanlıqlar dövründə Azərbaycan  şəhərlərində yaşayan  əhalinin 
sosial tərkibinin tam və dəqiq mənzərini yaratmaq mümkün olmasa 
da, ayrı-ayrı  şəhərlərə aid olan məlumatlar  əsasında bu məsələ 
haqqında müəyyən fikir söyləmək olar. Mənbələrdən birində göstə-
rildiyi kimi, şəhər əhalisi Hüquq və vəzifələrinə görə imtiyazlı silkə 
və vergi ödəyənlərə bölünürdülər. Birinci silkə xanlar, bəylər, 
məliklər, ağalar, axundlar, mollalar, seyidlər, mirzələr və xan nökər-
ləri, ikinci silkə isə tacirlər, sənətkarlar,  əkinçilər,  şəhər yoxsulları 
və başqaları daxil idi. Şəhər  əhalisinin ümumi sayına nisbətdə 
imtiyazlı əhalinin sayı 8-15% təşkil etdiyi müxtəlif şəhərlərdə tacir 
və sənətkarlar təxminən 35-50%-ə bərabər olurdu. 

Yüklə 2,42 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə