İradə nuriyeva



Yüklə 2,42 Kb.
Pdf görüntüsü
səhifə18/30
tarix28.04.2017
ölçüsü2,42 Kb.
1   ...   14   15   16   17   18   19   20   21   ...   30

1812-ci ilin əvvəllərində 20 minlik İran ordusu Qarabağa 
soxuldu. O, Şahbulaq və Sultanbud tərəfə irəlilədi. Şah qoşunları 

 
182
ingilis zabitlərinin komandanlığı altında azsaylı rus qoşularını mü-
hasirəyə aldılar və  qələbə çaldılar.  1812-ci il martın 18-də 
Kotlyarevski iranlıların geriyə çəkilərkən yolunu kəsmək və onları 
darmadağın etmək üçün öz dəstəsi ilə  Araza doğru hərəkət etdi. 
Lakin Abbas Mirzəyə  hələ Kotlyarevski yaxınlaşanadək mühasirə-
dən yaxa qurtarmaq və Arazın o tayına keçmək müyəssər oldu. 
M.İ.Kutuzovun komandanlığı altında Balkanlardakı  qələbə Tür-
kiyəni sülh istəməyə  məcbur etdi. 1812-ci il mayın 16-da Buxa-
restdə Rusiya və Türkiyə arasında sülh müqaviləsi bağlandı. 
Müqaviləyə görə, Türkiyə Cənubi Qafqazın böyük bir hissəsinin 
Rusiya tərəfindən işğal olunmasını  təsdiq etdi (8, s. 576).  İndi 
İran Rusiyanı müəyyən güzəştlərlə belə bir müqavilə bağlamağa 
sövq etməyə can atırdı. Rusiya da İranla sülh bağlanılmasında 
maraqlı idi, çünki Qərbdə Fransa ilə münasibətlər kəskinləşirdi. 
General Rtişşev 1812-ci il aprelin 20-də  İranla sülh bağlamaq 
göstərişi aldı.  İndi Rusiya demarkasiya xəttinin Kür, Araz və 
Arpaçay çayları boyunca keçməsi barədə  əvvəllər irəli sürülən 
təkliflərdən imtina edir və  sərhəddi işğaldan sonra necə varsa elə 
qurmağa razılaşırdı. Lakin Abbas Mirzə  ərazi güzəştləri tələb 
etdiyinə görə danışıqlar uzandı (4, s. 36). 
1812-ci ilin yayında Napoleon Fransası ilə Rusiya arasında 
müharibə başlandı. 1812-ci il iyulun 8-də İngiltərə ilə Rusiya ara-
sında Fransa əleyhinə yönəlmiş müqavilə imzalanmasına baxma-
yaraq, Rusiyanın başının Napoleonla müharibəyə qarışmasından 
istifadə edən İngiltərə İranda fəallaşdı. Abbas Mirzə rus ordusunun 
əsas qüvvəsinin Napoleona qarşı müharibəyə yönəlməsindən isti-
fadə edərək, öz ordusunu Cənubi Qafqaz üzərinə yeni hücuma 
hazırlamağa başladı. 
İran ilk növbədə Rusiyanı Qarabağdan sıxışdırıb çıxarmaq 
istəyirdi. Bunun üçün o, Mehrini tutmaq istəyirdi.  İyulun 12-də 
İran qoşunları Qarabağa soxuldular, lakin darmadağın edilib Arazın 
o tayına atıldılar.  Avqustda  20 minlik İran qoşunu  Lənkəran da 
daxil olmaqla Talış xanlığı  ərazisini  ələ keçirdi. İran qoşununun 
digər hissəsi  Ərçivanı tutub, Azərbaycanın içərilərinə doğru yol 

 
183 
açdılar. Rus komandanlığı Abbas Mirzənin sülh bağlamaq üçün 40 
günlük barışıq barəsində  təklifindən istifadə etməyi qərara aldı. 
Danışıqlar  sentyabrın 20-də Aslandüzdə başlandı  və  oktyabrın 
10-dək davam etdi. Tərəflər özlərinin  əvvəlki mövqelərindən  əl 
çəkmək istəmədiyinə görə danışıqlar heç bir nəticə vermədi. Abbas 
Mirzənin komandanlığı altında 30 minlik ordu Aslandüz yaxınlı-
ğında Araz sahilində  cəmləşdi. O, rus dəstələrinə  zərbə endirərək 
Qarabağa və Yelizavetpola (Gəncəyə), daha sonra isə Gürcüstana 
irəliləmək niyyətində idi. Abbas Mirzə Pəmbək və Şuragəldəki rus 
sərhəd məntəqələrinə hücum üçün həm də  İrəvan xanının qüvvə-
lərindən istifadə etməyi qərara almışdı. Lakin Abbas Mirzə  ilk 
zərbəni  Ağoğlan adlanan yerin yaxınlığında, Araz sahilində aldı. 
İrəvanlı Hüseynqulu xanın qoşunları isə Pəmbək və Şuragələ soxul-
dular. Rus qoşunları  Dilican dərəsində erməni  əhalisinin köməyi 
ilə  qələbə çaldı. Pirqulu xan da Şəkidə darmadağın edildi. Abbas 
Mirzə Şəkidə Pirqulu xanın qoşunları ilə birləşmək üçün qoşunlarını 
Arazdakı Aslandüz keçidi qarşısında cəmləşdirdi. Kotlyarevski 
Abbas Mirzənin niyyətini başa düşdü və o, düşmənin arxasına keç-
mək və gözlənilmədən arxadan zərbə vurmaq məqsədilə dağlarla 70 
km gecə yürüşü etdi. Abbas Mirzə  əzilmiş hissələrinin qalıqlarını 
toplayaraq, səhərisi gün məğlubiyyətinin  əvəzini çıxmağı  qərara 
aldı. Lakin Kotlyarevski Aslandüz istehkamlarına hücum edib onun 
qoşunlarını darmadağın etdi. Tezliklə, Kotlyarevski 1812-ci il 
dekabrın 17-də təxminən 2000 nəfərlik dəstə ilə Ağoğlandan yola 
düşərək Arazı keçdi və dekabrın 21-də Lənkəran xanlığına daxil 
oldu. Xəzər donanması da buraya göndərilmişdi. İranlılar Lənkəran 
qarnizonunu möhkəmləndirdilər. Lənkəran qarnizonuna 2500 nəfər 
piyadadan ibarət kömək gəldi (112). 
Dekabrın 21-də  İran qoşunlarının ön hissəsi  Muğanda 
darmadağın edildi. Rus qoşunlarının yaxınlaşdığından xəbər tutan 
iranlılar Ərçivandan geri çəkildilər. Kotlyarevski Ərçivanda kiçik 
bir qarnizon qoyaraq, Lənkərana  tərəf irəlilədi. Rus qoşunları 
qalanı  dekabrın 30-dək davam edən fasiləsiz artilleriya atəşinə 
tutdu.  Dekabrın 31-də Kotlyarevski qoşunu 3 hissəyə bölərək 

 
184
axşam qala divarlarına yaxınlaşdı  və  1813-cü il yanvarın 1-də 
səhərə yaxın hücuma başladı. Amansız və qanlı çarpışma 3 saatdan 
çox çəkmədi və qala alındı (8, s. 576).  Lənkəranın alınması rus-
İran müharibəsinin taleyini həll etdi. Aslandüz və  Lənkəran 
qələbələrindən aydın oldu ki, heç bir şey rus qoşunlarının  İranın 
içərilərinə doğru irəliləməsinə mane ola bilməz.  İrandakı ingilis 
səfiri Ouzli Rusiya və  İran arasındakı müharibənin dayandırılması 
haqqında Londondan göstəriş aldı.  1813-cü ilin əvvəllərində 
Rtişşev və şah sarayı arasında yazışma başlandı. Rtişşev qeyd edirdi 
ki, tutulmuş bütün torpaqları Rusiya tərkibində saxlamaq şərtilə 
sülh bağlamağa hazırdır, bu isə  şah sarayını razı salmırdı. Buna 
baxmayaraq, danışıqlar  sentyabrın 27-də Qarabağda, Gülüstan 
kəndində başladı  və 1813-cü il oktyabrın 12-də sülh müqavilə-
sinin imzalanması ilə başa çatdı. 
Gülüstan müqaviləsinə görə,  İran Rusiyanın qələbəsini, 
Gəncə, Qarabağ, Şəki, Şirvan, Quba, Bakı və Lənkəran xanlıq-
larının  ərazisinin, habelə  Şərqi Gürcüstan və Dağıstanın Rusi-
yanın ixtiyarına keçməsini tanıdı. İrəvan və Naxçıvan xanlıqları 
İranın hakimiyyəti altında qaldı.  İran təkcə Rusiyanın Xəzər 
dənizində  hərbi gəmilər saxlamaq barədə hüququnu tanıdı
Aşağı, 5%-lik kömrük tarifi qoyuldu ki, bu da o demək idi ki, rus 
tacirləri üçün İrana yol açılırdı.  İranın daxilində isə rus tacirləri 
daxili gömrük rusumlarını ödəməkdən azad olunurdu. Bu, rus-İran 
ticarətinin inkişafı üçün əlverişli  şərait yaradırdı. Gülüstan müqa-
viləsinin bağlanılması ilə  Şimali Azərbaycanın  Rusiya  tərəfindən 
istilasının birinci mərhələsi başa çatdı (4, s. 38-39). 
İkinci Rus-İran müharibəsi və istilanın başa çatması
Gülüstan müqaviləsini özü üçün rüsvayçılıq hesab edən və Cənubi 
Qafqazı  ələ keçirmək üçün yeni planlar hazırlayan  İran sarayı 
Rusiyanın Cənubi Qafqazı zəbt etməsi ilə barışmaq istəmirdi. İranın 
bu planları  İngiltərənin Cənubi Qafqazdakı planlarına tam uyğun 
idi.  1814-cü il noyabrın 25-də Tehranda  İngiltərə ilə  İran 
arasında müqavilə bağlandı. İran şahı İran sərhədləri tərəfindən 
Hindistanın təhlükəsizliyini təmin etməyi öz öhdəsinə götürür-

 
185 
dü. Böyük Britaniya isə İrana hər il, 1809-cu il müqaviləsi üzrə 
müəyyən olunmuş  məbləğdə maliyyə yardımı göstərmək, ordu 
və  hərbi gəmilər ayırmaq haqqında öz öhdəliyini bir daha 
təsdiq etdi. İngiltərə ilə yeni müqavilə bağlamaq və ordunu 
müharibəyə hazırlamaqla yanaşı,  İran sarayı eyni zamanda belə 
hesab edirdi ki, Rusiyadan müəyyən güzəştlərə nail olmaq üçün 
əlverişli  şərait yaranmışdır.  1815-ci ildə Gülüstan müqaviləsinə 
yenidən baxmağa Rusiyanın razılığını almaq üçün İran tərəfi Peter-
burqa nümayəndə heyəti göndərdi. Çar hökuməti sərhədlərin 
müəyyənləşdirilməsində  bəzi xırda güzəştlərə getməyi qərara aldı 
və bu məqsədlə  1817-ci ildə  A.P.Yermolovun başçılığı ilə  İran 
arasında möhkəm dostluq və qardaşlıq  əlaqələri üçün əsas ola 
biləcək xüsusi müqavilə bağlamağa səlahiyyət verilmişdi (111, s. 
125-126).  Tərəflərin elə ilk görüşündə  İrandakı ingilis səfirinin 
iştirakı ilə şah diplomatiyası Gülüstan müqaviləsinə görə Rusiyaya 
keçmiş torpaqların  İrana verilməsini tələb etdi. Rusiyaya qa-
yıtdıqdan sonra Yermolov yazırdı: “vəliəhdin sarayında ingilislərsiz 
heç bir iş görülmür”.  Şah sarayı ingilislərin köməyi ilə öz or-
dusunun gücünü artırır, gələcək müharibədə Türkiyədən kömək 
almağa səy göstərirdi.  1823-cü ildə  İran və Türkiyə arasında 
müqavilə bağlandı. 1825-ci ilin payızında Abbas Mirzənin qoşunu 
üçün İsfahana 200 tay ingilis silahı gətirildi. 1826-cı ildə İngiltərə 
Hindistandan daha 15 min tüfəng göndərdi. Bu zaman ingilislər 
şaha bildirdilər ki, kömək yalnız o zaman göstəriləcəkdir ki, İran 
Rusiyaya qarşı müharibəyə başlasın. Elə  həmin il İngiltərə artıq 
Rusiyaya qarşı müharibəyə başlamağı inadla israr edirdi (76, s. 99). 
1826-cı ildə general Menşikovun başçılıq etdiyi rus nümayəndə 
heyəti İrana gəldi. Çarın sərəncamı ilə Menşikov Qarabağın və Talış 
xanlığının bir hissəsini güzəşt etməyə hazır idi (76, s. 42)
Rusiyanın  İranla hərbi  münaqişəyə girməmək üçün göstərdiyi bu 
cəhd müvəffəqiyyətsizliyə uğradı. 
1826-cı io mayın 26-da  İran qoşunu sərhəd dəstələrinə hü-
cum etdi, 2 aydan sonra isə,  iyulun 16-da  Abbas Mirzənin 60 
minlik ordusu Şimali Azərbaycana soxuldu  (8, s. 578). Abbas 

 
186
Mirzənin planı qəflətən Qarabağa  soxulmaq, Şuşanı ələ keçirmək 
və sonra isə  Gəncəni  tutmaqla  Tiflisə hücum etmək idi. Tiflis 
üzərinə hücum 3 tərəfdən: cənubdan,  şərqdən və  şimal-şərqdən 
planlaşdırılmışdı.  İrəvan sərdarı Hüseyn xan cənubdan  Şuragəl və 
Pəmbəyə soxulmalı  və burada Abbas Mirzənin  əsas qüvvələrinin 
yaxınlaşmasını gözləməli idi. Abbas Mirzənin yanında olan gürcü 
şahzadəsi Aleksandr isə  İran ordusu ilə Kaxetiyaya girməli və 
burada Car-Balakən dəstələri ilə birləşib  şimal-şərqdən Tiflis 
üzərinə hərəkət etməli idi. Bu dəstələr Tiflis yaxınlığında birləşməli 
və eyni vaxtda vurulan zərbə ilə onu ələ keçirməli idilər. Sayı 30 
min nəfər olan İran ordusuna qarşı 9 rota, 6 yüngül top və çox zəif 
bir kazak alayı dayanırdı. Əhali Rusiya əleyhinə üsyanlar qaldırdı. 
İyulun 27-də üsyançılar Gəncədə həbsxananı ələ keçirdilər, iyulun 
28-ə keçən gecə isə yerli qarnizonu darmadağın etdilər.  Şəhər 
Abbas Mirzə tərəfindən tutuldu (71, s. 655). Elə bu vaxt İran ordusu 
bütün Qarabağ mahallarını  ələ keçirərək,  Şuşa qalasını 
mühasirəyə aldı. Şuşa qarnizonu 6 rotadan-4 topu olan 1500 adam-
dan ibarət idi. Qalanın mühasirəsi  48 gün davam etdi. Partlayış-
lardan sonra gecə vaxtı hücuma keçən İran ordusu heç nəyə nail ola 
bilmədi və rus qoşunları tərəfindən geri oturduldu (89, s. 117). Şuşa 
qalasını uzun müddət mühasirədə saxlamaq İran hərbi 
komandanlığının səhvi idi. İran ordusunun böyük bir hissəsinin 
diqqətini özünə  cəlb edən rus qarnizonu və qalanın erməni  əhalisi 
general Yermolova strateji təşəbbüsü  ələ almağa, pərakəndə halda 
olan qüvvələri zərbə qruplarında cəmləşdirməyə və düşmən üzərinə 
hücum etməyə  şərait yaratdı  və bununla da gələcək hərbi  əmə-
liyyatları rus ordusunun xeyrinə  həll etdi. Yermolov bütün qüv-
vələri Cənubi Qafqazın hərbi-siyasi mərkəzi olan Tiflisin müdafiə-
sində cəmləşdirməklə düzgün qərar qəbul etdi. 
Hüseynqulu xan İran sərbazlarından ibarət bir dəstə ilə Bakı 
qalasını  dənizdən və qurudan mühasirəyə aldı. Bakı körfəzi də 
dənizdən  İranın avarlı donanması  tərəfindən mühasirədəydi. Hü-
seynqulu xanın bütün hücumları  dəf edildi. Bakı limanı  Həştər-
xanla daimi əlaqə saxlanılmasında, rus ordusunun döyüş sursatı 

 
187 
və  ərzaqla təmin edilməsində mühüm rol oynayırdı. Buna görə 
də Abbas Mirzə  tələsik Hüseynqulu xana köməyə yeni qüvvələr 
göndərdi. Lakin bütün cəhdlər müvəffəqiyyətsizliyə  uğradı.  Mus-
tafa xan Yeni Şamaxını  ələ keçirə bildi, Köhnə  Şamaxını isə  ələ 
keçirə bilmədi. Bu vaxt Səlim xanın oğlu Hüseyn xan İran 
sərbazlarından ibarət dəstə ilə Şəki xanlığına soxuldu (115, v. 5). 
General  Yermolov Dağıstanda yerləşən qoşunu  Qubaya 
göndərdi, oradan iyunun 23-də  Köhnə  Şamaxıya  gəldi. Lakin 
Qubanın sonuncu hakiminin oğlu Sultan Əhmədin Quba ətrafında 
peyda olması  və  ərzağın tükənməsi rus qoşunlarını geri çəkilməyə 
və Qubaya daxil olmağa məcbur etdi. Şəhər mühasirəyə alındı (116, 
v. 15). İran ordusunun digər dəstələri Gəncəni ələ keçirdikdən sonra 
Tiflisə  tərəf hərəkət etdilər. Gəncəyə gedən yolun üstündə,  Şam-
xorda  İranın böyük hərbi qüvvələri yerləşmişdi.  1826-cı il 
sentyabrın 3-də  səhər tezdən  İran ordusu rus qoşunlarının düşər-
gəsinə doğru hərəkət etdi. Bütün rus qoşunu hücuma keçdi və 
düşmən geri çəkilməyə  məcbur oldu. İran ordusu Şamxorçay 
yanında möhkəmlənməyi, sonra isə rus qoşunu üzərinə hücum 
etməyi qərara aldı. Lakin şah qvardiyası  qılıncdan keçirildi, sağ 
qalanlar isə qaçmağa başladılar. Bu süvari qoşun “İran ordularına 
xeyli zərbə vurdu və çoxlu qənimət ələ keçirdi” (113, s. 373-374). 
Şamxor məğlubiyyətindən sonra İran ordusu tələsik Gəncədən geri 
çəkildi. 
Şamxor məğlubiyyətini eşidən Abbas Mirzə Şuşanın mühasi-
rəsindən əl çəkdi və köməyə getməyə məcbur oldu. Şuşa qalasının 
rəisi özünün azsaylı qarnizon qüvvələri ilə düşmənə hücum etdi və 
“qələbə çaldı, iranlılar qaçıb dağıldılar və bütün düşərgə qaliblərin 
əlinə keçdi” (117, v. 2-3). Sentyabrın 10-da  Paskeviç  də  əlavə 
qoşunla buraya gəldi.  1826-cı il sentyabrın 13-də  İran qoşunları 
hücuma başladı. Seçmə  şah qoşunu darmadağın edildi. Abbas 
Mirzənin qoşununun qalıqları  tələsik Qarabağdan keçərək cənuba, 
Xudafərin körpüsünə tərəf qaçdı. Sentyabrın 18-də Abbas Mirzə 
Şuşa altındakı  dəstəsini götürərək,  Arazın sağ sahilinə keçdi. 
Gəncə döyüşünün rus-İran müharibəsinin sonrakı gedişində çar 

 
188
Rusiyası üçün çox mühüm əhəmiyyəti oldu və faktiki olaraq, onun 
müqəddəratını təyin etdi. 1826-cı ilin dekabrında Abbas Mirzə və 
şahzadə Aleksandr Azərbaycan və Dağıstan hərbi hissələrinin kö-
məyi ilə Dağıstan əhalisinin üsyanını təşkil etdi və Nuxaya böyük 
dəstə yeritdilər. Dekabrın 9-da Yermolovun başçılığı ilə rus dəstə-
ləri  Nuxaya  gəldi. Müqavimət göstərməyə  və müdafiə olunmağa 
imkanı olmayan Hüseyn xan qaçdı  və Araz çayını keçərək  İrana 
getdi (53. s. 122). Sentyabrın 24-də  Sultan  Əhməd özünün 6 
minlik dəstəsi ilə Qubadan geri çəkildi, şirvanlı Mustafa xan isə 
Şamaxıdan qaçdı. Qubadan rus dəstəsi geri çəkilən İran qoşununu 
təqib etdi. Başqa xanlar da qaçdılar. 1827-ci ilin əvvəllərində İran 
sərbazları bütün Şimali Azərbaycan  ərazisini tərk etdilər. Yalnız 
Talışda hələlik Mirhəsən xan qalırdı. 
İran feodalları Arazın o tayına keçdikdən sonra da Azərbay-
can torpaqlarına basqınlar edirdilər. Lakin düşmən itki verərək geri 
çəkilirdi (118, v. 93). Belə hücumların qarşısını almaq məqsədilə 
dekabrın 26-da rus qoşunu Araz çayını keçərək Cənubi Azərbay-
can ərazisinə, 1827-ci ilin yanvarında isə Meşkin dairəsinə daxil 
oldu. Lakin rus komandanlığı qarşısına Cənubi Azərbaycanın 
içərilərinə doğru irəliləmək vəzifəsini qoymamışdı. Hərbi  əməliy-
yatlar 1827-ci ilin yazında yenidən başlandı. Apreldə rus qoşunu 2 
istiqamətdə: dəstələrin biri 1827-ci il aprelin 20-də Xudafərin 
körpüsünü ələ keçirdi. Lakin rus komandanlığı ilk növbədə İrəvan 
xanlığını ələ keçirməyi qərara aldı. 
Əlahiddə Qafqaz korpusunun əsas qüvvələri  İran qoşunları 
tərəfindən viran edilmiş  Eçmiədzinə daxil oldu və  aprelin 23-də 
İrəvan üzərinə hərəkət etdi və səhərisi gün qalanı mühasirəyə aldı. 
Mühasirə 2 ay davam etdi. Bu müddətdə düşmən bir neçə  dəfə 
həmlə etdi və dəf edilərək geri çəkildi. Ən böyük həmlə mayın 8-də 
baş verdi. O, qanlı döyüşlə qurtardı. Düşmən geri çəkilməyə məcbur 
oldu. Lakin sayca az olan rus qoşunu qalanın mühasirəsinə vaxt 
itirməməyi qərara alaraq Naxçıvan üzərinə yeridi. 1827-ci il mayın 
26-da rus qoşunu  Naxçıvanı döyüşsüz  əldə etdi və  Abbasabad 
qalasına yaxınlaşdı. Qala strateji əhəmiyyətə malik idi. Belə ki, o, 

 
189 
şah hakimiyyətinin Naxçıvan xanlığında dayağı idi və Araz çayı 
üzərində keçidi təmin edirdi. Abbas Mirzə 16 minlik qoşunla Ab-
basabad üzərinə hərəkət etdi. 1827-ci il iyunun 5-də Cavanbulaq 
deyilən yerdə döyüşdə  İran qoşununun məğlubiyyəti  iyulun 7-də 
təslim olan Abbasabad qalasının taleyini həll etmiş oldu (114, 
sənəd 515). Avqustun 13-də Alagöz dağının  ətəklərində, av-
qustun 17-də  Uşağanda  və b. yerlərdə döyüşlər baş verdi. Rus 
qoşunu  avqustun sonlarında  İrəvana yaxınlaşdı.  Sentyabrın 20-
də  Sərdarabad qalası süqut etdi. Sentyabrın 26-da İrəvan 
qalasının mühasirəsi başlandı. Paskeviçin yazdığı kimi, “İrəvan 
vilayətində 10 min müsəlman və ancaq 3 min erməni ailəsi var 
idi” (121, v. 280). Ermənilər qalanın şimal darvazalarını açdılar və 
oktyabrın 1-də rus qoşununu qalaya buraxdılar. 
Cənubi Azərbaycanın içərilərinə doğru irəliləyən rus qoşunu 
oktyabrın 2-də  Mərəndi  ələ keçirdi. 1827-ci il oktyabrın 13-də 
rus qoşunu Təbrizə daxil oldu. Təbrizin ələ keçirilməsi ilə Tehrana 
yol açıldı.  Şah sülh xahiş etdi. Cənubi Azərbaycanın feodal ha-
kimləri Paskeviçə cünuba hərəkət etmək, Tehranı tutmaq xahişi ilə 
müraciət etdilər. Lakin daxili və beynəlxalq vəziyyət Rusiyanı İran-
la müharibəni başa çatdırmağa sövq edirdi, çünki dağlıların azadlıq 
hərəkatı geniş vüsət almışdı  və Rusiya Türkiyə ilə müharibənin 
yaxınlaşdığını hiss edirdi. 1827-ci il noyabrın 7-də danışıqlar 
başlandı. Rusiya İrəvan və Naxçıvan xanlıqlarının ona güzəştə ge-
dilməsini,  İran qoşununun Talış xanlığını  tərk etməsini və gümüş 
pulla 30 milyon manat təzminat verilməsini təklif edirdi. Şah sarayı 
isə rus qoşunlarının Azərbaycan  ərazisindən çıxarılmasını  tələb 
edirdi. Lakin ingilis diplomatiyasının təhriki və Türkiyənin təzyiqi 
ilə danışıqlar kəsildi.  1828-ci il yanvarın 24-də Paskeviç rus qo-
şununa Ərdəbil və Tehran istiqamətində hərəkət etməyi əmr etdi. 
Rus qoşunları  yanvarın 28-də Urmiyanı, fevralın 8-də isə  Ər-
dəbili tutdular. İranın tamamilə darmadağın ediləcəyindən ehtiyat 
edən Britaniya səfiri Makdonald döyüşən tərəflər arasında vasitəçi 
kimi çıxış etdi. 1828-ci il fevralın 6-da (18-də) Təbriz yaxın-
lığındakı Türkmənçay kəndində Abbas Mirzə ilə  Paskeviç ara-

 
190
sında sülh danışıqları yenidən başlandı. Türkiyə ilə müharibə 
təhlükəsi şəraitində çar hökuməti İranla sülh müqaviləsi bağlamağa 
tələsdi. Müqavilə  1828-ci il fevralın 10-da (22-də) imzalandı. 
Türkmənçay sülh müqaviləsinə görə, İran  Şimali Azərbaycana 
olan öz iddialarından  əl çəkir, onun üzərində Rusiya haki-
miyyətini tanıyırdı  (4, s. 50-51). Cənubi Azərbaycan isə  İranın 
himayəsində qaldı. Azərbaycan 2 yerə bölündü. Türkmənçay 
müqaviləsi 16 maddədən ibarət idi. İran və Rusiya arasında sərhəd 
xəttini 4-cü, İranın Qafqaz dağlarına qədər bütün Cənubi Qafqaz 
ərazisini, o cümlədən Gülüstan müqaviləsinə əsasən, Rusiyaya keç-
miş  ərazilərini və “Araz çayının bu və o biri tərəfindəki  İrəvan 
xanlığını və Naxçıvan xanlığını”…Rusiyaya “güzəştə” getdiyini 5-
ci maddələr müəyyən edirdi. 8-ci maddəyə görə,  İran Xəzər dəni-
zinin Rusiyanın daxili dənizi olduğunu tanıyırdı. Xəzər dənizində 
hərbi donanma saxlamaq hüququ ancaq Rusiyaya verilirdi. Bu mad-
də Xəzər dənizində hərbi donanma yaratmağa can atan İngiltərənin 
mənafeyinə güclü zərbə idi. 10-cu maddə ilə Rusiyaya İranın is-
tədiyi  şəhərində özünün diplomatik nümayəndəliyini açmaq və 
ticarət etmək hüququ verilirdi. Müqaviləyə əsasən, İran Rusiyaya 20 
milyon manat məbləğində  hərbi tənzimat ödəməli idi. Müqavilədə 
Cənubi Azərbaycandan Cənubi Qafqaz ərazisinə köçənlərin hüquq-
larını müdafiə edən maddə var idi. Türkmənçay müqaviləsinə əsa-
sən,  əhalinin Cənubi Azərbaycandan Cənubi Qafqaz və  əksinə 
sərbəst hərəkət etməsinə icazə verilirdi. Bunun nəticəsində bir çox 
erməni ailələri Cənubi Qafqaz, Qarabağ  və  İrəvan xanlıqlarına 
köçdülər. 
Həm 1804-1813-cü və 1826-1828-ci illər rus-İran müharibə-
lərinin gedişində, həm də sonralar ermənilərin böyük kütlələrinin 
İran, Türkiyə və Cənubi Azərbaycandan Cənubi Qafqaza, o cümlə-
dən Qarabağa köçürülməsi nəticəsində burada onların sayı ilbəil 
artırdı. Təkcə  1826-1828-ci  illər rus-İran müharibəsinin gedişində 
İrandan və Azərbaycanın cənub  ərazilərindən Cənubi Qafqaza, o 
cümlədən  Qarabağa 18 min erməni ailəsi köçürüldü. Məlumdur 
ki, 1826-1828-ci illər rus-İran müharibəsinin Rusiya üçün qalibiy-

 
191 
yətlə başa çatmasından sonra 2 vuruşan dövlət arasında bağlanmış 
Türkmənçay müqaviləsinə görə,  ermənilərin maneəsiz olaraq 
İran  ərazisindən Rusiya ərazisinə köçməsinə icazə verilmişdi. 
İki il ərzində,  1828-1830-cu ilədək, Cənubi Qafqaza 40 mindən 
çox  İran və 84000 Türkiyə ermənisi köçürüldü və onlar erməni 
əhalisinin cüzi olduğu Yelizavetpol və  İrəvan quberniyalarının  ən 
yaxşı torpaqlarında yerləşdirildi, onlara 200000 desyatindən çox 
xəzinə torpağı ayrıldı (4, s. 52). 
I Nikolayın da xarici siyasəti Türkiyə ilə müharibəyə baş-
lamaq yolu ilə  “Şərq məsələsi”nin həll edilməsinə yönəldilmişdi. 
Sultan II Mahmud hələ  1826-cı ildə  hərbi islahat keçirmiş, ingilis 
və fransız təlimatçılarının yardımı ilə nizami ordu yaradılmışdı. 

Yüklə 2,42 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə