İradə nuriyeva



Yüklə 2,42 Kb.
Pdf görüntüsü
səhifə19/30
tarix28.04.2017
ölçüsü2,42 Kb.
1   ...   15   16   17   18   19   20   21   22   ...   30

1828-ci ilin aprelində Rusiya Türkiyəyə müharibə elan etdi. Rus 
komandanlığı  Soğanlıq sıra dağları  və Ermənistan yaylasından 
sürətli yürüşlə Anadolu içərilərinə daxil olmağı,  Ahalkələki, 
Ahalsıx, Qars, Qanlı çay, Milli düz hüdudlarında türk qoşu-
nunun əsas qüvvələrini darmadağın etməyi, Anadolunun paytaxtı 
Ərzurumu  ələ keçirməyi, daha sonra Trapezund üzərinə hücum 
etməyi və Osmanlı imperiyasının paytaxtı  İstanbul üçün təhlükə 
yaratmağı öz qarşısına başlıca vəzifə kimi qoymuşdu.  1828-ci il 
iyunun 19-da rus qoşunu Qars qalasına yaxınlaşdı və iyunun 22-
 qalanı hücumla ələ keçirdi. Avqustun 9-da Axalsıxı,  əvvəl isə 
Ahalkələkini və Xertsisi, avqustun sonuna Bəyazid qalası, Tor-
paqqala və Diadil sədləri ilə birlikdə  Bəyazid paşalığını 
tutmuşdu.  1828-ci il rus qoşunu  Ərzurumun 90 km-də yerləşirdi. 
Qara dəniz sahillərində türklər Anapa və Potidən sıxışdırılıb 
çıxarıldı.  Yazda 1829-cu ilin  hərbi  əməliyyatlarına hazırlıq baş-
landı. 1829-cu il mayın 1-də Ahalsıx altında Sursqab adlı kəndin 
yaxınlığında döyüşdə 5 minlik türk dəstəsi məğlub edildi. Bir 
aydan sonra Diqur rayonunda Posxovçay üzərində, 1829-cu il 
iyununda isə Soğanlıq rayonunda döyüş baş verdi (90, s. 239-
240). 1829-cu il rus qoşunu Ərzurumu ələ keçirdi və Trapezund 
üzərinə hücuma hazırlaşmağa başladı. Balkan hərbi  əməliyyat 
meydanında isə rus qoşunu  Ədirnəni  ələ keçirdi və  İstanbula 

 
192
yaxınlaşdı. Sultan sülh xahiş etməyə məcbur oldu. 1829-cu il sent-
yabrın 2-də (14-də)  Ədirnədə bağlanan sülh müqaviləsinə görə, 
Türkiyə  şimalda Anapadan başlayaraq, cənubda Müqəddəs 
Nikolay limanına qədər Qara dənizin bütün Şərq sahillərini və 
Ahalsıx paşalığının  ərazisinin bir hissəsini Rusiyaya güzəştə 
getdi. Bosfor və Dardanel boğazları rus və Qərbi Avropa ticarət 
gəmiləri üçün açıq saxlanılırdı.  Moldaviya və Valaxiya rus qo-
şunu tərəfindən müvəqqəti olaraq işğal edildi və s. (90, s. 230). 
Ədirnə sülhü Şimali Azərbaycanın, bütün Cənubi Qafqazın Rusiya 
tərəfindən zəbt olunmasını  təsbit etdi, Rusiyanın Orta Şərqdə  və 
Balkanlarda mövqelərini möhkəmləndirdi. Qara dənizdə ticarətin 
genişlənməsi üçün şərait yarandı. Azərbaycanın şimal torpaqlarının 
Rusiya tərəfindən zəbt edilməsi ilə Azərbaycan xalqı öz dövlət 
müstəqilliyinə nail ola bilmədi. Azərbaycan xalqını müharibə nəti-
cəsində zorla 2 hissəyə bölmək kimi tarixi ədalətsizlik baş verdi. 
 
3. XIX əsrin 30-40-cı illərində Azərbaycanda sosial-iqtisadi 
münasibətlər. Rus müstəmləkə zülmünə qarşı üsyanlar 
 
Azərbaycan çar Rusiyası zadəganlarının və  sənaye sahiblə-
rinin xammal bazasına, tacirlərinin isə satış bazarına çevrildi. Azər-
baycan iqtisadiyyatı müstəmləkə iqtisadiyyatı xarakteri aldı. O 
yalnız Rusiya sənayesi üçün xammal istehsal etməli idi. Şimali 
Azərbaycan Rusiyanın ucqar müstəmləkəsinə çevrildi. Azərbay-
canın çar Rusiyası  tərəfindən zəbt edilməsi ilə  Şimali Azərbaycan 
Rusiyanın tərkibində kapitalizmin inkişaf yoluna düşdü. Bakı kimi 
neft mərkəzinin olması Azərbaycanda kapitalist münasibətlərinin 
XIX  əsrdə inkişaf etməsinin  əsas amillərindən biri idi. Rusiyanın 
tərkibində Azərbaycan xalqının dünya mədəniyyəti ilə qovuşması 
prosesi də sürətləndi. Azərbaycan xanlıqlarında mövcud olan 
müxtəlif pul sistemləri vahid rus pul sistemi ilə  əvəz edildi. Bu 
tədbir ölkənin ayrı-ayrı rayonları arasında ticarətin və XIX əsrin 
birinci yarısında əmtəə-pul münasibətlərinin inkişafında mühüm rol 
oynadı. Azərbaycan Rusiyanın iqtisadi inkişaf axınına cəlb olundu, 

 
193 
onun bazarına qoşuldu və bu bazar vasitəsilə dünya əmtəə dövriy-
yəsində  iştirak etməyə başladı. Azərbaycandakı çar ekspansiyası 
Rusiya hərbi feodal dövlətinin zəif inkişaf etmiş ölkələrin işğalına 
və bu ölkələrdə yaşayan xalqların  əsarət altına alınmasına yönəl-
dilmiş bir siyasəti idi. Çarizm hər vasitə ilə ucqarlarda, o cümlədən 
Azərbaycanda feodal münasibətlərini, geriliyi qoruyub saxlamağa, 
rus kapitalı  tərəfindən ölkənin müstəmləkə qaydası ilə qarət 
olunmasına, kapitalizmə qədərki münasibətlərin saxlanılmasına ça-
lışırdı. Ucqarların xalq kütlələri ikiqat zülmə-çarizmin və yerli istis-
marçıların zülmünə məruz qalırdılar. Yerli mülkədarların və burjua-
ziyanın bəzilərinin simasında özünə müttəfiq tapan və onlara arxa-
lanan çarizm Azərbaycanda müstəmləkə siyasəti yeridirdi. 
XIX  əsrin 30-cu illərində çar Rusiyası  tərəfindən Azərbay-
canda aparılan feodal istismari, müstəmləkə zülmü və ağır vergilər 
xalqın narazılığına səbəb olmuşdur. Ilk çıxışlar 1826-cı ildə Gəncə-
də, 1830-cu ildə Car-Balakəndə baş versə  də, bu üsyanlar çar qo-
şunları  tərəfindən boğulmuşdur. Lənkərandakı üsyan iki ayadək 
davam etsə  də amansızcasına yatırılmışdır. 1837-ci ildə Quba 
əyalətində Azərbaycan kəndlilərinin ən böyük silahlı üsyanı-kəndli 
çıxışları alovlandı. 12 mindən çox üsyançının iştirak etdiyi bu 
böyük hərəkata Quba kəndlərinin kəndxudası Hacı  Məhəmməd və 
camaatın nüfuzunu qazanmış Yarəli başçılıq edirdi. Çar qoşunları 
tərəfindən üsyan yatırılmış, Hacı Məhəmməd tutulub edam edilmiş, 
Yarəli qaçıb canını qurtarmışdır (8, s. 587). 1838-ci ildə Şəki əyalə-
tində müstəmləkə zülmünə qarşı qalxmış üsyana İrana qaçmış Şəki 
xanı  Səlim xanın oğlunun göndərdiyi Məşədi Məhəmməd başçılıq 
edirdi. O, dağıstanlıların köməyi ilə  Şəki  əyalətinə  gələrək  əhalini 
ayağa qaldırmış, lakin üsyan çar qoşunları tərəfindən yatırılmışdır. 
XIX yüzilliyin 30-cu illərində Azərbaycanın müxtəlif yer-
lərində müstəmləkə zülmünə  və feodal istismarına qarşı silahlı 
çıxışlar qalxsa da, çar qoşunları  tərəfindən amansızcasına boğul-
muşdur. 

 
194
 
4. XIX əsrin birinci yarısında Azərbaycan mədəniyyəti 
 
XIX əsrin birinci yarısında müstəmləkə rejiminə baxmayaraq, 
mədəniyyətin ayrı-ayrı sahələrində müəyyən dəyişikliklər olurdu. 
Çarizmin maarif sahəsind0003 Tc 0.5 0 Td(ic 2.065 0 Td<0525>Tj/TT4 1 Tf-0.0002 T9 0.2402 Tw 0.445 0 siyasmü)Tj/C2_1 1 Tf0 Tc 2 Tw 8.34 0 Td<0525>Tj/TT4 1 Tf-3.0007 Tc60.0393 Tw 0.445 0 Td(nda Az)Tj/C2_1 1 Tf0 Tc 2 Tc 1.055 0 Td<0525>Tj/TT4 1 Tf0.0007 Tc 1.0374 Tw 0.445 0  Td(rb[(Tdrus)50 T)9(af sah)]TJ/C2_1 1 Tf0 Tc 6 Tc50.78 0 Td<00FA>Tj/TT4 1 Tc 0.39 0dTd(s)Tj/TT5 1  5.975 0 Td(õ)Tj/TT4 1 Tf0.001 0 0.2389 Tc 0.275 0  7aria yd(q)3(, )Tf-2]TJ0 Tc 0  12 71.98 -1.15iiklikl%õ%

 
195 
illərdə Tiflis və  Şamaxıda  şiə  və sünni müsəlman məktəbləri 
açılmışdı. Məqsəd  əhali arasında dini təfriqə salmaq idi. Həmin 
məktəblər üzərinə xüsusi nəzarət qoyulmuşdu. Lakin bu məktəblərə 
şagirdlərin axını hökuməti qane etmədiyinə görə onların fəaliyyəti 
tədricən dayandırıldı. Yalnız Tiflis müsəlman məktəbi fəaliyyətini 
davam etdirdi. XIX əsrin birinci yarısında Azərbaycan elminin 
inkişafında müəyyən nailiyyətlər  əldə edilmişdi. Tarixçilərdən 
Kərim ağa  Şəkixanovu (“Şəki xanlarının tarixi”), Mirzə Adıgözəl 
bəyi (“Qarabağnamə”), Mirzə Camalı (“Qarabağ tarixi”), İsgəndər 
bəy Hacınskini (“Qubalı  Fətəli xanın həyatı”), Abbasqulu ağa 
Bakıxanovu (“Gülüstani İrəm”) göstərmək olar. A.Bakıxanovun 
“Gülüstani İrəm” əsərində (1841) Azərbaycan tarixi ilk dəfə bir tam 
halında nəzərdən keçirilir və tarix dövrləşdirilirdi. Bu əsər ilk dəfə 
1923-cü ildə türkcə, 1926-cı ildə isə rus dilində  nəşr edilmişdi. 
A.Bakıxanov və M.Ş.Vazeh Azərbaycanın fəlsəfi fikir tarixində 
böyük rol oynamışlar. Bu dövrdə Azərbaycan  şərqşünaslarından 
Mirzə  Cəfər Topçubaşov və Mirzə Kazımbəy daha çox şöhrət 
qazanmışlar. Peterburq Universitetinin İran ədəbiyyatı kafedrasının 
müdiri olmuş M.C.Topçubaşov həm də Asiya departamenti nəz-
dindəki  Şərq Dilləri institutunun professoru idi. O, 15 il (1852-
1867) Rusiya Arxeologiya Cəmiyyətinin  Şərq Sikkəşünaslıq 
şöbəsinə  rəhbərlik etmiş,  Şərq tarixi və  ədəbiyyatına dair elmi 
əsərlər yazmışdır. “Krım sonataları” poemasını fars dilinə tərcümə 
etmiş M.C.Topçubaşovun adına ölümündən sonra təsis edilmiş 
mükafat hər il müsabiqə  əsasında yaxşı  əsər yazmış universitet 
məzunlarına və  tələbələrə verilirdi. O, Böyük Britaniya Kral 
Cəmiyyətinin həqiqi üzvü seçilmişdi. Mirzə Kazımbəy də Kazan 
Universitetinin professoru, kafedra müdiri, dekanı olmuş, 3 Avropa 
dilini bilirdi, 1849-cu ildən Peterburq Universitetində  şərqşunaslıq 
fakültəsinin açılmasına (1853) nail olmuş, Rusiya Elmlər Akade-
miyasının müxbir üzvü, Böyük Britaniya Kral Cəmiyyətinin həqiqi 
üzvü seçilmişdi. Azərbaycan türkcəsində ilk qəzet XIX əsrin birinci 
yarısında çap olunmağa başlamışdı:  1832-ci ildə “Tiflisskiye 
vedomosti” qəzetinin “Tatar xəbərləri” adlı  əlavəsi çıxmışdı; 

 
196
1841-1846-cı illərdə “Zaqafqazski vestnik”in Azərbaycan 
türkcəsində “Qafqazın bu tərəfinin əxbarı” nəşr olunmuşdu. Bu 
dövrdə A.Bakıxanov, M.Ş.Vazeh, Q.B.Zakir və  İ.B.Qutqaşınlının 
Azərbaycan  ədəbiyyatının inkişafında böyük xidmətləri olmuşdu. 
Azərbaycanda təsviri, dekorativ və  tətbiqi incəsənət də inkişaf 
etmişdi. Mirzə  Qədim  İrəvani (1825-1879) təsviri incəsənətin, 
Məhəmməd Rza İrəvani miniatür rəssamlığının, Qarabağlı  Qənbər 
dekorativ incəsənətin görkəmli nümayəndələri idilər. 
 
 

 
197 
 
XII FƏSİL 
AZƏRBAYCAN XIX ƏSRİN İKİNCİ YARISINDA 
 
Plan: 
1. Şimali Azərbaycanda aqrar və burjua islahatları. Kapitalist 
münasibətlərinin təşəkkülü. 
2. Cənubi Azərbaycan XIX əsrin ikinci yarısında. 
3. XIX əsrin ikinci yarısında Azərbaycan mədəniyyəti. 
 
1. Şimali Azərbaycanda aqrar və burjua islahatları. 
Kapitalist münasibətlərinin təşəkkülü 
 
XIX  əsrin ikinci yarısında Rusiya imperiyasının tərkibində 
olan  Şimali Azərbaycan Ümumrusiya bazarına qoşuldu. Burada 
kapitalist münasibətlərinin inkişafı 60-cı illərə  təsadüf edir. Bu 
dövrdə neft istehsalına mənfi təsir göstərən amillər-iltizam sistemi, 
kəndlilərin icbari əməyindən istifadə, neft və neft məhsullarına 
tələbatın azlığı  və s. Bakı,  Şəki,  Şamaxı  şəhərlərində manufaktura 
tipli müəssisələrdə, Naxçıvan duz mədənlərində, Salyan balıq vətə-
gərələrində, Zəylik zəy zavodunda bu və ya digər formada icbari 
əmək tətbiq olunurdu. Hökumət 1864-cü ildə Balaxanı neft mədən-
lərində quyulara təhkim edilmiş kəndlilərin (sonralar Naxçıvan duz 
mədənlərində, Zəylik zəy zavodunda və s.) icbari əməyini ləğv etdi. 
Bu tədbirlər nəticəsində dağ-mədən sənayesində azad muzdlu 
əməkdən istifadə olunmasına başlandı. 1860-cı illərdən başlayaraq 
Rusiyadakı müəssisələrdə neftdən sənaye miqyasında istifadə edil-
məsi Şimali Azərbaycanın neft və neft məhsullarına tələbatı artırdı. 
Neft hasilatına tələbatın artması yeni neft yataqlarının istismar 
edilməsinə və neftçıxarmada texniki təkmilləşdirmələr aparılmasına 
səbəb oldu. 1859-cu ildə Suraxanıda ağ neft istehsalına başlandı. 
1861-ci ildə Pirallahı adasında parafin zavodu işə salındı. 1863-
cü ildə  Bakıda ikinci ağ neft zavodu inşa edildi (4, s. 175-176). 
1865-ci ildə  Gədəbəydə “Simens qardaşları” səhmdar cəmiy-

 
198
yətinin misəritmə zavodu istifadəyə verildi. Bu zavod Rusiyada ən 
iri misəritmə müəssisəsi idi (62). Çar hökuməti Gədəbəydə 10 min 
desyatindən çox meşə sahəsini posessiya (müəyyən  şəxslərə  şərti 
mülkiyyət hüququnun verilməsi)  əsasında “Simens qardaşları” 
şirkətinə istifadəyə verdi. 1865-ci ildə Simens qardaşları  Daşkə-
səndəki kobalt yataqlarını istismar etmək üçün zavod tikdilər. 
1861-ci ildə Nuxada Aleksey və Voronin qardaşları  ipək fabri-
kinin  əsasını qoydular. 1862-ci ildə Londonda keçirilən ümum-
dünya sərgisində bu fabrikin məhsulları keyfiyyətinə görə medala 
layiq görülmüşdü. 
XIX əsrin 60-cı illərində kəndin getdikcə daha çox əmtəə-pul 
münasibətlərinə  cəlb olunması satlıq məhsulların istehsalını 
çoxaldır, keyfiyyətinin yüksəldilməsinə diqqəti artırırdı.  1865-ci 
ildə verilən “Kənd cəmiyyətləri haqqında” qanuna əsasən vahid 
kənd idarəsi yaradıldı. Kənd cəmiyyətini kəndxuda və onun 
köməkçiləri idarə etməli idi. Kənd idarəsinə 25 yaşından yuxarı 
olan kəndlilər 3 il müddətinə seçilir, onları qubernator təsdiq edirdi. 
Kənd cəmiyyətinin ali orqanı  kəndlilərin yığıncağı idi. Kənd 
yığıncağının kənd məmurlarını seçmək, onları kənd cəmiyyəti üzv-
lüyündən çıxarmaq, ictimai torpaqlar haqqında sərəncam vermək, 
dövlət vergilərini qaydaya salmaq hüquqları var idi. Mühüm 
məsələni həll etmək üçün bütün əhalinin səslərinin üçdəiki hissəsi 
tələb olunurdu. Kənd idarələri qəza və quberniya idarələrinə tabe 
olub, heç bir müstəqilliyə malik deyildi. Qanuna görə bəylər kənddə 
inzibati-məhkəmə işlərindən uzaqlaşdırıldılar. 
Burjua islahatları. 1870-ci il 14 may islahatı. Rusiya hökü-
məti  Şimali Azərbaycan iqtisadiyyatını müstəmləkə sisteminə 
uyğunlaşdırmaq üçün Cənubi Qafqazda kəndli islahatı keçirməyə 
məcbur oldu. 1861-ci ildə  Cənubi Qafqaz Mərkəzi  İslahat Ko-
mitəsi yaradıldı.  1861-ci ilin iyununda  təsdiq edilmiş  Cənubi 
Qafqaz diyarının mərzləşdirilməsi haqqında  “Əsasnamə”  əsasında 
dövlət, sahibkar torpaqlarının sərhədlərinin dəqiqləşdirilməsi isla-
hatın hazırlanması yolunda ilk addım idi. 1866-cı ildə Bakı,  Şuşa, 
Tiflis və İrəvan bəy komissiyalarının yaradılması islahatın hazırlan-

 
199 
masında ikinci addım idi (80, s. 3). Nəticədə 1870-ci il mayın 14-də 
II Aleksandr “Cənubi Qafqaz quberniyaları: Yelizavetpol, Bakı, 
İrəvan və qismən Tiflis quberniyaları “ali müsəlman silki”ndən 
olan  şəxslərin torpaqlarında sakin olan kəndlilərin torpaq 
quruluşu haqqında  Əsasnamə”ni imzaladı (107, v. 2). “Əsas-
namə”də  kəndlilərin feodal asılılığının ləğv edilməsi, torpaq və 
vergilər məsələsinə toxunulurdu. Onun əsas müddəaları: 1)Şimali 
Azərbaycanda sahibkar kəndliləri feodal asılılığından azad edi-
lirdilər. 2)1847-ci il “Əsasnaməsi”ndə olduğu kimi, 15 yaşına çat-
mış kişilərə 5 desyatin əkinəyararlı torpaq verilirdi. 3)1847-ci il 
“Əsasnamə”sindən fərqli olaraq kəndlinin 5 desyatindən artıq tor-
paq sahəsi mülkədarın xeyrinə  kəsib götürülür, torpağı 5 desya-
tindən az olan kəndliyə  əlavə torpaq sahəsi verilməsi nəzərdə 
tutulmurdu. 4)Torpaq sahiblərinə bütün torpağın üçdəbir hissəsini 
öz əlində saxlamaq hüququ verilirdi (9, s. 211-212). “Əsasnamə”də 
kəndliyə pay torpağını satın alıb, mülkiyyətinə çevirmək hüququ 
verilsə  də, Rusiyadan fərqli olaraq kəndliyə torpağı almaq üçün 
vəsait verilmir, həm də o, pay torpağını satın almağa məcbur edil-
mirdi. Torpağın satış qiyməti də Rusiyadakından baha idi. Bu 
məhdudiyyət özü Rusiyanın milli müstəmləkə siyasətinin təzahürü 
idi. 1870-ci il 14 may islahatının məhdud cəhətlərindən biri də onun 
yalnız sahibkar kəndlilərinə aid edilməsi idi. Kəndlilərin  əksəriy-
yətini təşkil edən dövlət kəndliləri həmin islahatdan kənarda qalırdı. 
Məhdud cəhətlərinə baxmayaraq kəndlilərə torpaq əldə etmək 
hüququnun verilməsi burjua xarakteri daşıyırdı (4, s. 197-198)
“Əsasnamə”yə görə, kəndli hüquqi cəhətdən  şəxsən azad olub, 
sərbəst şəkildə istədiyi yerə köçə bilərdi (61). O, sahibkardan yalnız 
iqtisadi cəhətdən asılı idi (72, s. 129). Kəndlilər əvvəlki kimi yenə 
də öz məhsulunun  1/10 hissəsini  malcəhət kimi torpaq sahibinə 
verirdi.  Əvvəllər meşələrdən pulsuz istifadə edildiyi halda, indi 
kəndlilər pul ödəməli idilər. “Əsasnamə”yə görə  biyar  ləğv olu-
nurdu. Bu islahat Quba qəzasında 1877-ci ildə, Zaqatala dairəsində 
isə çox gec-1913-cü ildə keçirildi. 1870-ci il 14 may islahatı Şimali 
Azərbaycanda feodal-asılı münasibətlərinə güclü zərbə endirərək 

 
200
kapitalist münasibətlərinin sonrakı inkişafına  şərait yaratdı (9, s. 
212). 
Məhkəmə islahatı.  Şimali Azərbaycanda məhkəmə islahatı 
1866-cı ildə keçirildi. İslahata əsasən: 
1.Silki məhkəmələr ləğv edildi və vahid məhkəmələr yara-
dıldı. 
2.Qəzalarda dairə  məhkəmələri və barışıq  şöbələri təşkil 
olundu. Dairə məhkəmələrini çarın təsdiqinə canişin təqdim edirdi. 
Bu məhkəmələr barışıq məhkəmələrinin qərarlarına nəzarət edir, 
onların səlahiyyətində olmayan bütün mülki və cinayət işlərini həll 
edirdi. 
3. Məhkəmə iclasları açıq keçirilirdi və s. 
Məhkəmə islahatının müsbət cəhətləri ilə yanaşı, məhdud 
cəhətləri də var idi. Belə ki, Rusiyada hakimlər seçildiyi halda, 
Azərbaycanda onlar yalnız ruslardan təyin olunur, məhkəmə iclas-
ları rus dilində aparılırdı. Məhkəmə hakimləri özbaşınaqlıq edir və 
rüşvətxorluqla məşğul olurdular (4, s. 201-204). 
Şəhər islahatı. Şimali Azərbaycanda 1870-ci il iyunun 16 təs-
diq edilmiş “Əsasnamə”yə əsasən şəhər islahatı yalnız 1878-ci ildə 
həyata keçirildi. “Əsasnamə”yə görə,  şəhər idarələri və dumalara 
seçkilərdə silki mədəniyyət ləğv olunsa da, əmlak senzi tətbiq 
olunurdu.  Şəhərdə yaşayıb vergi verən  əhalinin hər biri seçkilərdə 
iştirak edə bilərdi. 25 yaşına çatmayanlar və qadınlar bələdiyyə seç-
kilərində iştirak edə bilməzdilər. Şəhər dumalarının kiçik təsərrüfat 
işləri ilə  məşğul olmaq hüququ var idi. Dumanın fəaliyyətinə 
qubernator nəzarət edirdi. Qafqazda bütün ali hakimiyyət canişinin 
əlində idi. Quberniyalarda bütün mülki və hərbi hakimiyyət quber-
natora məxsus idi. Qəzalar qəza rəisləri tərəfindən idarə olunurdu. 
Cənubi Qafqazın inzibati quruluşunda Rusiyadakı islahatlara uyğun 
müəyyən dəyişikliklər edildi: 
1.1859-cu ildə Şamaxıda olan zəlzələ nəticəsində şəhər tama-
milə dağıldığından quberniyanın mərkəzi Bakıya köçürüldü və Bakı 
quberniyası adlandı. 

 
201 
2.1860-cı ildə  Dərbənd quberniyası  ləğv edildi. Quba qəzası 
Bakı quberniyasının tərkibinə qatıldı. Sonralar yaradılmış Cavad və 
Göyçay qəzaları da bu quberniyanın tərkibində idi. 
3.1868-ci ildə Bakı, Tiflis və  İrəvan quberniyalarından alın-
mış  ərazilər hesabına Yelizavetpol quberniyası yaradıldı.  Ərəş, 
Cəbrayıl, Cavanşir qəzaları bu quberniyanın tərkibinə daxil edildi. 
4.Şərur-Dərələyəz və Naxçıvan qəzaları İrəvan quberniyasına 
daxil idi. 
1883-cü ildə Qafqaz canişinliyi ləğv edildi. Qafqazın idarə 
edilməsi Baş hərbi rəisə tapşırıldı (9, s. 212-213)
Şimali Azərbaycanda kapitalist münasibətlərinin təşək-
külü.  Keçirilən islahatlar nəticəsində  kənd təsərrüfatında kapitalist 
münasibətlərinin inkişafı sürətləndi. Kənd təsərrüfatında təkmil 
alətlər tətbiq edildi, texniki bitkilərin  əkinləri genişləndirildi, bəzi 
sahələrdə  məhsul istehsalının ixtisaslaşması  və s. başlandı.  Əkinə 
yararlı torpaqların üçdəiki hissəsinin çoxunda dənli bitkilər əkilirdi. 
Qızılboya, barama, sənaye pambıqçılığı, tütünçülük, biyan kökü 
istehsalına da xüsusi diqqət verilirdi. 1850-ci ildə Tiflisdə yaradıl-
mış “Qafqaz kənd təsərrüfatı  cəmiyyəti” kənd təsərrüfatında yeni 
texnikanın tətbiqində mühüm rol oynadı. Cənubi Qafqaza kənd tə-
sərrüfatı alətləri və maşınları Batum, Poti və Bakı limanları vasi-
təsilə gətirilirdi. Bunlardan əsasən varlı kəndlilər və Rusiyadan kö-
çüb gəlmiş  kəndlilər istifadə edirdilər. 70-90-cı illərdə  kənd təsər-
rüfatının bütün sahələrində muzdlu əmək tətbiq olunurdu. Kapita-
lizmin inkişafı  nəticəsində torpaq alqı-satqı obyektinə çevrilirdi. 
İcarəyə götürülmüş torpaqlarda muzdlu əməyin tətbiqi artırdı. 
Dövlət kəndlilərindən pulla “həyət vergisi” adlanan torpaq töycüsü 
alınırdı. Sahibkar kəndliləri  əvvəlki kimi malcəhət (torpaqdan 
istifadəyə görə 1/10) və  bəhrə (suvarma suyundan istifadə edildiyi 
üçün) vergisi verirdilər. 1887-ci ildə başlayaraq Azərbaycan kəndli-
ləri hərbi vergi adlanan mükəlləfiyyət də daşımağa başladılar. Xris-
tian olmadıqlarına görə orduya çağırılmayan azərbaycanlılar 3 illik 
orta qazancı nəzərə alınmaqla müəyyən olunmuş həcmdə hərbi ver-
gi verməli idilər. 

 
202
Neft sənayesinin inkişafı.  1860-70-ci illərdə iltizam sistemi 
neft sənayesinin inkişafına bir növ buxov olmuşdu. Duru yanacağa 
tələbatın artması hökuməti iltizam sistemini ləğv etməyə  məcbur 
etdi. 1872-ci ilin fevralın 17-də iltizam sistemi ləğv olundu. Qanuna 
əsasən neft yataqları ayrı-ayrı  şəxslərə birdəfəlik satıla bilərdi. 
1872-ci ilin dekabrında ilk dəfə neft yataqları müzaidə (hərrac) 
vasitəsilə açıq satışa qoyuldu (4, s. 226). İlk növbədə neft sənayesi 
böyük kapital qoyuluşu tələb edirdi. Ona görə də neft mədənləri və 
tərkibində neft olan torpaqlar əsasən rus və xarici kapitalın  əlinə 
keçirdi. 1879-cu ildə  İsveç təbəəsi Nobel qardaşları “Nobel 
qardaşları” şirkətinin əsasını qoydular. 1880-cı illərdə Rotşildin, 90-
cı illərdə Vişaunun timsalında fransız və ingilis kapitalı Bakıya 
nüfuz etdi. 70-80-cı illərdə neftli torpaqlara sahib olmuş neft 
sənayeçiləri arasında H.Z.Tağıyev, Musa Nağıyev,  Şəmsi  Əsədul-
layev, Murtuza Muxtarov kimi azərbaycanlılar da var idi. İltizam 
sisteminin ləğvi, xarici kapital axını neft hasilatının və emalı texni-
kasının yaxşılaşmasına, neft məhsullarının daşınma vasitələrinin 
təkmilləşdirilməsinə  səbəb oldu. Hələ 1871-ci ildə Balaxanıda bu-
ruqla ilk neft quyusu qazılıb istifadəyə verilmişdi. 1873-cü ildə Ba-
laxanıda ilk neft fontanı vurdu. 1873-cü ildə quyuların qazılmasında 
ilk dəfə buxar mühərrikindən istifadə olundu (4, s. 219). 1878-ci 
ildə  mədənləri neftayırma müəssisələri ilə birləşdirən buxar 
mühərrikli nasoslarla təchiz olunmuş ilk neft kəməri işə salındı (75, 
s. 274-275). 1880-ci ildə “Nobel qardaşları”  şirkəti tərəfindən mə-
dənlər arasında neft və  sərnişin daşımaq üçün ilk darxətli dəmir 
yolu çəkildi (4, s. 220). 1878-ci ildə  İsveçdə hazırlanmış dünyada 
ilk neft tankeri Bakı ilə  Həştərxan arasında hərəkətə başladı. XIX 
əsrlə XX əsrin qovuşuğunda neft hasilatı və neft çıxarılmasına görə 
Bakı dünyada birinci yerə çıxdı. Neft məhsullarına marağın artması 
1873-cü ildə “Qara şəhər” adlanan zavodlar rayonunun yaranmasına 
səbəb oldu. Bakı  şəhəri həm neftçıxarma, həm də neft emalı 
mərkəzinə çevrildi. 1884-cü ildə Bakıda kapitalistlərin xüsusi 
təşkilatı-Neft sənayeçiləri qurultayı təşkil edildi. Təşkilatın başında 
Qurultay  Şurası dururdu. 1894-cü ildə neft sənayeçilərinin Peter-

 
203 
burqda keçirilən müşavirəsində “Bakı  ağ neft zavodçuları itti-
faqı”adlı inhisar birliyi yaradıldı. İstehsal olunan neft məhsullarının 
98 %-nə bu inhisar birliyi nəzarət edirdi. Lakin bu birlik daxili 
çəkişmələr üzündən 1897-ci ildə dağıldı  (4, s. 271). Neft emalı və 
neft hasilatı mexaniki istehsal, kükürd, kolçedan, kükürd turşusu, 
soda, gəmiçilik və neftlə bağlı olan bu kimi istehsal sahələrinin 
inkişafına ciddi təsir göstərdi. 1890-cı ildə H.Z.Tağıyev “Kaspi” gə-
miçilik  şirkətini yaratdı. 1894-cü ildə  Gəncə  qəzasında “Naftalan” 
neft sənayesi və ticarət şirkəti təsis edildi. 1897-ci ildə H.Z.Tağıyev 
başqa sənaye sahələrinə kapital qoymaq üçün özünün neft 
mədənlərini müəssisələri ilə birlikdə ingilis kapitalistlərinə 5 milyon 
manata satdı və iqtisadiyyatın yeni sahələrinə-toxuculuq sənayesinə, 
gəmiçiliyə və balıqçılığa xeyli kapital qoydu. O, eyni zamanda in-
gilislərə satdığı müəssisələr  əsasında yaradılmış “Oleum” səhmdar 
cəmiyyətinin 1,6 mln. manatlıq səhmini öz əlində saxladı (86, s. 
68), bu cəmiyyətin icraçı direktorlarından birinə çevrildi. 1900-cü 
ildə H.Z.Tağıyevin toxuculuq fabrikinin işə salınması Azərbaycan 
müstəmləkə iqtisadiyyatına xas olan birtərəfli inkişaf meylini 
aradan qaldırmaq yolunda ilk addım idi. H.Z.Tağıyev Azərbaycan 
iqtisadiyyatınin müstəmləkə xarakterinə  zərbə vuran, onu sındıran 
ilk sənayeçi olmuşdur. 

Yüklə 2,42 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə