İradə nuriyeva


Şimali Azərbaycanda milli partiyaların yaradılması



Yüklə 2,42 Kb.
Pdf görüntüsü
səhifə22/30
tarix28.04.2017
ölçüsü2,42 Kb.
1   ...   18   19   20   21   22   23   24   25   ...   30

Şimali Azərbaycanda milli partiyaların yaradılması.  XX 
əsrin  əvvəllərində Azərbaycanda müxtəlif təşkilat və partiyalar 
yaradılmışdı: 
1.1902-ci ildə M.Ə.Rəsulzadənin rəhbərliyi ilə ilk gizli təş-
kilat olan “Müsəlman gənclik təşkilatı” yaradıldı. 
2.1904-cü ilin payızında Mir Həsən Mövsümov, Məmməd 
Həsən Hacınski və  Məmməd  Əmin Rəsulzadənin təşəbbüsü ilə 
“Hümmət” təşkilatı yaradıldı. Bu təşkilat RSDFP Bakı Kömitəsinin 
nəzdində fəaliyyət göstərirdi. 1904-1905-ci iilərdə “Hümmət” təşki-
latının “Hümmət” adlı  qəzeti nəşrə başladı. Tədricən bolşeviklərin 
təsiri altına keçən bu təşkilat əvvəlki qayəsini itirdi. M.Ə.Rəsulzadə 
və onun ideya dostları  tədricən bu təşkilatdan uzaqlaşdılar. 
M.Ə.Rəsulzadə Rusiyanın müstəmləkə idarə üsuluna qarşı Azər-
baycan istiqlal hərəkatının təməlini qoydu. 
3.1906-ci ildə Əhməd bəy Ağayev vahid milli təşkilat-“Difai” 
(“Müdafiə”) Partiyasını yaratdı (77). Partiyanın yaradılmasında əsas 
məqsəd azərbaycanlılara qarşı törədilən milli qırğınların qarşısını 

 
225 
almaq, maarifçiliyi genişləndirmək və s. idi. “Difai”nin Qarabağ 
şöbəsinin 400 nəfərlik hərbi dəstəsi var idi (97, v. 81-110). 
4.1907-ci ildə  Gəncədə  İsmayıl xan Ziyadxanlının rəhbərliyi 
ilə yaradılan “Müdafifə” təşkilatının (122) qarşısında duran əsas 
məqsəd  əhali içərisində maarifi yaymaq, onların hüquq və  məna-
felərini qorumaq idi (5, s. 157). 
5.1907-ci ildə Bakıda  Şərifzadə  və Cuvarlinskinin rəhbərliyi 
ilə yaradılan “İttifaq” təşkilatının qarşıya qoyduğu  əsas məqsəd 
müsəlman  əhalini erməni-rus silahlı birləşmələrinin soyqırımından 
qorumaq idi. 
6.1911-ci ildə “Müsavat” (“Bərabərlik”) Partiyası yaradıldı. 
Onun 1912-ci ildə çap edilmiş proqramında müsəlman xalqlarının 
birliyinə, müstəqilliyinə və dövlətçiliyinin bərpasına nail olmaq əsas 
vəzifə kimi irəli sürülürdü. Partiyanın  əsas  şüarı “türkləşmək, 
islamlaşmaq və müasirləşmək” idi (12, s. 39). 1913-cü ildə fəaliy-
yətini dayandıran bu siyasi təşkilat 1917-ci ildə  fəaliyyətini bərpa 
etdi. “Müsavat” Partiyası Azərbaycan Cümhuriyyətinin yaranma-
sında mühüm rol oynadı. 
Fəhlələrin ağır vəziyyəti 1910-1911-ci illərdə Bakida bir sıra 
pərakəndə çıxışların baş verməsinə səbəb oldu. 1912-ci il aprelin 4-
də Sibirdə Lena mədənlərində  fəhlələrin dinc nümayişinin güllə-
bəran edilməsi Azərbaycanda tətil hərəkatına təkan verdi. Mayın 7-
də Nuxada başlayan tətil ayın 12-də ümumi xarakter aldı. Bu tətil 
mayın 15-də sahibkarlarla fəhlələr arasında müştərək müqavilənin 
bağlanması ilə  nəticələndi. Müqaviləyə görə, iş günü qısaldıldı, 
əmək haqqı qismən artırıldı. 
1913-1914-cü illərdə tətil və nümayişlərin sayı çoxaldı. 1911-
1912-ci illərdə Azərbaycan qəzalarında çıxışlar da genişləndi, 
silahlı qaçaq dəstələri təşkil etmiş  kəndlilər mülkədar, qolçomaq 
malikanələrinə basqınlar edirdilər. Yelizavetpol qəzasında bu hərə-
kat daha güclü idi. Burada Qatır Məmmədin silahlı qaçaq dəstəsi 
fəaliyyət göstərirdi. O, 1909-cu ildə Goranboy-Əhmədli kəndli-
lərinin çıxışına başçılıq edirdi. Bu çıxış tezliklə silah gücünə yatı-
rıldı. 1910-cu ildə Rusiyada, o cümlədən Azərbaycanda fəhlə hərə-

 
226
katı, kəndli çıxışları genişləndi. 1910-cu ildə Yelizavetpol quber-
niyasında kəndli çıxışlarından birinə başçılıq edən Kərbəlayi  Əs-
gərin silahlı dəstəsi çar hakimiyyət orqanları və mülkədarlara qarşı 
amansız idi. Digər qaçaq dəstəsinə Məşədi Yolçu başçılıq edirdi. 
1912-ci ilin sentyabr-oktyabr aylarında, ölkədə inqilabi yük-
səliş dövründə IV Dövlət Dumasına seçkilər keçirildi. Gərgin 
mübarizədən sonra azərbaycanlı  əhali üçün ayrılmış yeganə yerə 
kadet partiyasının üzvü, hüquqsünas Məmmədyusif Cəfərov deputat 
seçildi. 
1913-cü ilin iyulunda Bakıda tətil hərəkatı xeyli genişlənərək 
iyulun 25-də  ümumi tətilə çevrildi. 1914-cü il iyunun əvvəlində 
artıq 40 min fəhlə tətilə qoşulmuşdu. Yeni inqilabi yüksəliş illərində 
Azərbaycanda milli azadlıq hərəkatı da xeyli genişlənmişdi. 
Azərbaycanda burjua millətinin təşəkkülü, milli mədəni müəs-
sisələrin meydana çıxması, doğma dildə qəzet və jurnalların nəşri və 
s. xalqın milli şüurunun artmasına və siyasi fəaliyyətinin güclən-
məsinə, milli azadlıq hərəkatının genişlənməsinə  səbəb olurdu. 
Azərbaycan burjuaziyası Rusiyanın hakim sinifləri ilə  bərabər hü-
quqlar, müxtəlif məhdudiyyətlərin ləğv olunmasını, ana dilində 
ibtidai təhsilin hər yerdə  həyata keçirilməsini, Zemstvo sistemi 
yaradılması  və  şəhər özünüidarəsində islahat keçirilməsi qanunu 
verilməsini və s. tələb edirdi. İri torpaq sahibləri-bəylər də öz sinfi 
hüquqları və silki üstünlüklərini müdafiəyə qalxırdılar. Azərbaycan 
burjuaziyasının milli azadlıq ideyaları “Yeni füyuzat”, “Şəlalə” 
jurnallarında, “İqbal”, “Günəş”, “Yeni Həyat” və b. qəzetlərdə geniş 
təbdiğ olunurdu. M.Ə.Rəsulzadənin, Q.R.Şərifzadənin, A.K.Kazım-
zadənin və b. 1911-ci ilin sonunda təsis etdiyi müsəlman demokrat 
partiyası “Müsavat” yaranandan sonra burjuaziyanı öz ətrafında 
cəmləşdirmiş bu partiyanın başçılığı altında milli azadlıq hərəkatını 
istiqamətləndirməyə  səy göstərirdi. Bu istiqamətdə “Molla 
Nəsrəddin” jurnalı və onun naşirləri C.Məmmədquluzadə, M.S.Or-
dubadi, N.B.Vəzirov,  Ə.Haqverdiyev,  Ə.Rəhimzadə, F.Köçərli, 
həmçinin M.Ə.Rəsulzadə, Ə.Hüseynzadə, Ə.Ağaoğlu və b. mühüm 
rol oynayırdılar, demokratik ziyalı nümayəndələrindən Q.Mina-

 
227 
sazovu,  Ə.Sultanovu, R.Məlikovu və b. qeyd etmək olar. Q.Mina-
sazov yazırdı ki, “Rus bürokratiyası həmişə müsəlman kütlələrinin 
əsarətdə olmasını rus dövlətinin məqsədləri üçün sərfəli hesab et-
mişdir”. 
 
3. Cənubi Azərbaycanda demokratik  
və milli-azadlıq hərəkatı 
 
1905-1911-ci illər Məşrutə inqilabı. XX əsrin başlanğıcında 
kəndlərdə feodal istismarının  şiddətlənməsi, o cümlədən vergilərin 
çoxalması, ölkənin Rusiya və  İngiltərənin yarımmüstəmləkəsinə 
çevrilməsi ilə  əlaqədar sosial tarazlığın pozulması, möhtəkirliyin 
baş alıb getməsi, maliyyə sisteminin böhranı  və s. İranda, o cüm-
lədən Cənubi Azərbaycanda hakim dairələrin daxili və xarici siya-
sətindən narazı qüvvələrin sayını xeyli artırmışdı. Ticarət-sənaye 
sahələrində  fəaliyyət göstərən burjuaziya ölkədə qayda-qanun 
yaradılmasını, xüsusi mülkiyyətin toxunulmazlığın təmin olun-ma-
sını tələb edirdi. Burjuaziya eyni zamanda yerli sənayenin inkişafına 
mane olan xarici kapitala, xaricdən sənaye mallarının axınına qarşı 
mübarizə aparırdı. Təbrizdə yaranan bir sıra gizli təşkilatlar əhalini 
şah üsuli-idarəsinə qarşı mübarizəyə çağırırdı. 1905-1911-ci illər 
Məşrutə inqilabı gedişində  Cənubi Azərbaycanda sosial zid-
diyyətlər, siyasi vəziyyət daha gərgin olmuşdu. Xalq ədalətli quru-
luş yaradılmasını  tələb edirdi. Artmaqda olan hərəkatın təzyiqi 
altında  1906-cı il avqustun 5-də konstitusiya verilməsi haqqında 
şah fərmanı elan olundu (24, s. 127). 
1906-cı ilin sonunda Təbrizin gizli siyasi qrup və cəmiyyətləri 
tərəfindən  əsası  hələ 1904-cü ildən qoyulmuş  “İctimaiyyune-
amiyyun”, yəni sosial-demokrat partiyası yarandı (24, s. 132). Öz 
mərkəzini “Mərkəz-e qeybi” (“Gizli mərkəz”) adlandıran Təbriz 
sosial-demokratik təşkilatının başında  Əli Müsyö dururdu. 1906-cı 
il sentyabrın 9-da Məclisə seçkilər keçirilməsi haqqında  əsasnamə 
imzalandı. Sentyabrın 20-də  Təbriz üsyançıları öz tələblərinə 
saraydan müsbət cavab aldılar. Bu uğur xalqı daha da ruhlandırdı. 

 
228
Hərəkat başçıları içərisindən 20 nəfər ilk rəsmi siyasi əncümənin 
(şura)  əsasını qoydu və  həmin  əncümən rəsmən “Azərbaycan 
əyalət əncüməni” adlandırıldı. 1906-cı ilin noyabr-dekabr aylarında 
əyalət  əncüməninin rəhbərliyi ilə Azərbaycanın başqa  şəhərlərində 
vilayət əncümənləri yaradılmağa başladı. 1907-ci ilin fevral ayının 
8-də Azərbaycan nümayəndələri Tehrana gəldilər və  əyalət 
əncüməninin saraya verdiyi tələblərin məclisdə müzakirəsi zamanı 
möhkəm dəlillərlə onların həyata keçirilməsi haqqında razılıq  əldə 
etməyə nail oldular. Bu qələbə şahı qorxuya saldı. Feodalların silah-
lı  dəstələri ölkənin hər tərəfindən  əhaliyə qarşı basqınlar etməyə 
başladılar. Bunun qarşısını almağa çalışan demokratik qüvvələr 
məclis tərəfindən xalq üçün əhəmiyyətli maddələrin olduğu “Kons-
titusiyaya əlavələr”in qəbul edilməsini tələb etdilər. 
Artıq 1907-ci ilin iyun ayında Urmiya şəhərində yüzlərlə 
silahlı mücahid əncümənin göstərişlərini həyata keçirməyə hazır idi, 
bu təcrübə Tehranda da tətbiq olunmağa başladı. 1907-ci ilin 
oktyabrında Konstitusiyaya “Əlavələr” qəbul edildi. 1907-ci ilin 
noyabrında demokratik hərəkata qarşı hücum hazırlamaq məqsədilə 
Tehranda “Fetovvat” və “Səadət”, eyni zamanda Təbrizdə  “İsla-
miyyə” adlı irticaçı  əncümənlər təşkil edildi. Şah və onun tərəf-
daşları  tərəfindən hələ 1908-ci ilin aprel-may aylarından hazır-
lanmaqda olan hökumət çevrilişi həmin il iyun ayının 23-də həyata 
keçirildi (24, s. 148). Əksinqilab bütün İranda hücuma keçdi. Lakin 
Təbrizdə inqilabi hərəkat daha ciddi şəkil aldı, inqilabi mübarizənin 
mərkəzi Tehrandan Təbrizə keçdi. 
İrticaçılar  Əmiraxiz məhəlləsi istisna olmaqla Təbrizin 
şimali-şərq hissəsini tutdular. Əmiraxiz məhəlləsini Təbriz üsya-
nının görkəmli rəhbəri Səttar xanın dəstəsi, şəhərin cənub-şərqində 
yerləşən  Xiyaban məhəlləsini isə  Bağır xanın başçılıq etdiyi 
hissələr müdafiə edirdilər. Buna görə  də 1908-ci ilin avqustunda 
buraya 40 min nəfərdən artıq silahlı qüvvə göndərildi. Sentyabrın 
25-dən Təbriz üzərinə 2 günə  qədər davam edən hücum başlandı, 
lakin irtica qüvvələri heç bir uğur qazana bilməyərək, oktyabrın 12-
də  şəhəri tərk edib qaçmağa məcbur oldular. Xalq Səttar xanı 

 
229 
Sərdare-milli”, Bağır xanı “Salare-milli” adlandırdı, sonra isə 
Azərbaycan  əyalət  əncüməni bu adları  rəsmiləşdirmək üçün qərar 
qəbul etdi. 1909-cu ilin fevralına qədər Cənubi Azərbaycanın bütün 
qərb vilayətləri Maku istisna olmaqla inqilabçıların  əlinə keçdi. 
1908-ci ilin dekabrında  əksinqilab yenidən 40 min silahlı adam 
toplamışdı (24, s. 161). 1909-cu il yanvarın axırlarında Təbriz  şə-
həri yenidən mühasirəyə alındı. Fevral-mart aylarında Təbriz üzə-
rinə  əksinqilabın hücumu başladı, lakin bu hücumlar da inqilab-
çıların qələbəsilə  nəticələndi. Aprelin 14-də uzun müddət Marağa 
şəhərinin qubernatoru olmuş Səməd xanın qoşunları Təbrizə hücum 
etdilər və  məğlub oldular. Bu halda ingilis və çar Rusiyası açıq 
müdaxiləyə əl atdılar. Çar Rusiyası xarici konsulluqları və təbəələri 
müdafiə etmək və guya Təbrizə  ərzaq daşınmasını  təmin etmək 
bəhanəsilə 1909-cu il aprelin 29-da öz qoşunlarını Təbrizə yeritdi və 
Təbriz üsyanı yatırıldı. Təbriz üsyanı Rəşt və İsfahanda üsyanların 
uğurla başa çatmasına, üsyançıların Tehrana yürüşünə, eyni zaman-
da Məhəmmədəli şahın hakimiyyətdən devrilməsinə (16 iyul 1909-
cu il) və Konstitusiyanın bərpa olunmasına səbəb oldu. 
Fədailəri tərk-silah etmək məqsədilə Tehranın rəsmi dairələri 
tərəfindən Səttar xan və Bağır xan 1910-cu il martın 11-də paytaxta 
dəvət olundular. Tərk-silah haqqında  əldə edilmiş razılığa baxma-
yaraq, Səttar xan və onun ətrafındakılarına Tehranda xaincəsinə 
basqın edildi. Vuruşma nəticəsində 18 nəfər həlak oldu, 40 nəfər, o 
cümlədən Səttar xan yaralandı (24, s. 178). Səttar xan və Bağır xana 
Təbrizə qayıtmağa icazə verilmədi. Bu xəyanət Azərbaycan xalqını 
hiddətləndirdi, çar hökuməti Təbrizə yeni hərbi qüvvələr göndər-
məklə, dekabrın 28-dək Təbriz fədailərinin müqavimətini qırdılar 
(24, s. 183). Ələ keçən fədailər və  Təbriz  əncüməni rəhbərlərinə 
divan tutuldu. Bütün Azərbaycanda terror və irtica hökm sürməyə 
başladı. İnqilab mərkəzləri və vilayət şüarları dağıdıldı. 
Beləliklə, 1905-1911-ci illər  İran  İngilabı xarici müdaxiləçi-
lərin ordusu tərəfindən yatırıldı. Bu inqilabın Azərbaycan xalqının 
ictimai-siyasi və milli şüurunun inkişafına böyük təsiri oldu. 

 
230
 
XIV FƏSİL 
I DÜNYA MÜHARİBƏSİ VƏ AZƏRBAYCANDA  
İCTİMAİ-SİYASİ PROSESLƏR 
 
Plan: 
1. Azərbaycan I Dünya müharibəsi illərində. 
2. 1917-1918-ci ilin əvvəlində Azərbaycanda ictimai-siyasi vəziyyət. 
Azərbaycanlıların soyqırımı. 
3. Bakı Xalq Komissarları Soveti və onun antiazərbaycan siyasəti. 
4. XX əsrin əvvəllərində Azərbaycan mədəniyyəti. Maarif və elm. 
5. Cənubi Azərbaycanda Ş.M.Xiyabani başçılığı ilə demokratik və 
milli-azadlıq hərəkatı. 
 
1. Azərbaycan I Dünya müharibəsi illərində 
 
Dünyanı yenidən bölüşdürmək istəyən “Üçlər ittifaqı” və 
“Antanta” hərbi-siyasi blokları arasında qarşıdurma I Dünya müha-
ribəsinə  gətirib çıxartdı. 1914-cü il iyunun 19-da I Dünya mühari-
bəsi başlandı. Müharibəyə qoşulmuş ölkələrin Azərbaycana müna-
sibətdə  də planları var idi. Alman imperializmi Qafqaza can atır, 
Bakı neftini ələ keçirmək istəyirdi. Almaniya öz məqsədinə çatmaq 
üçün Türkiyənin iştirakı ilə Qafqazı və Ön Asiyanı nüfuz dairəsinə 
almaq, türk ordusunun köməyi ilə Hindistana və  Əfqanıstana yol 
açmaqla Rusiyanın və  İngiltərənin mövqelərinə  zərbə vurmaq niy-
yətində idi. Almaniyanın Qafqaza dair işğalçılıq planına görə, 
Rusiyanın müharibədə məğlubiyyətindən sonra Qafqazda Rusiya ilə 
Türkiyə arasında xristian bufer dövləti, habelə Türkiyə  sərhədi 
yaxınlığında bitərəf Qafqaz müsəlman dövləti yaradılmalı idi. Ru-
siyanın bu müharibədə əsas məqsədi boğazlara sahib olmaq və Tür-
kiyəni bölüşdürmək idi. Ona görə  də Rusiyaya qarşı müharibədə 
Türkiyənin Almaniya ilə yaxınlaşması təbii idi. 
Oktyabrın 31-də Rusiya Türkiyəyə müharibə elan etdi (5, s. 
179). Batumdan Cənubi Azərbaycanda Urmiya gölünə qədər uzanan 

 
231 
Qafqaz cəbhəsi yarandı. Ənvər paşanın və qərargahının hazırladığı 
hərbi plana görə, Qafqaz cəbhəsində rus qoşunlarına  əsas zərbə 
Sarıqamış əməliyyatında endirilməli idi. Əməliyyata Ənvər paşanın 
özü rəhbərlik edirdi. Sarıqamış əməliyyatı 1914-cü il dekabrın 4-də 
başlandı və 1915-ci il yanvarın 18-nə kimi davam etdi  (12, s. 53). 
Türk qoşunları hücuma keçib Batum vilayətinə, həmçinin Cənubi 
Azərbaycana soxuldular, müvəffəqiyyət də qazandılar. Lakin canlı 
qüvvənin və hərbi texnikanın çoxluğu, habelə almanların hazırladığı 
əməliyyat planındakı nöqsanlar rus ordusuna qələbə qazandırdı. Bu 
döyüşdən sonra Təbrizi tutan çar qoşunları 1916-cı ildə onları sıxış-
dırdı. 
Rusiyada yaşayan müsəlman türkləri orduya çağırılmırdılar. 
Bundan başqa, çar hökuməti Azərbaycan turklərinin cəbhədə Os-
manlı ordusuna qarşı vuruşmayacağından, silahı müstəmləkəçilərin 
özünə qarşı çevrilməyəcəklərindən ehtiyat edərək I Dünya mühari-
bəsi dövründə onları orduya çağırmamışdı. Rus ordusunda xidmətə 
yalnız ali müsəlman silkinə  məxsus olanlar qəbul edilirdi. Rus 
ordusunda 200 nəfərdən çox azərbaycanlı zabit–Teymur Novruzov, 
Fərrux ağa Qayıbov, Tərlan  Əliyarbəyov, Səməd bəy Mehmanda-
rov, Əliağa Şıxlinski, Hüseynxan Naxçıvanski, İbrahim ağa Vəkilov 
qulluq edirdi. I Dünya müharibəsi dövründə azərbaycanlılardan 
təşkil olunmuş  əlahiddə “tatar süvari alayı” çar generalları tara-
findən “vəhşi diviziya” adlandırılırdı (5, s. 184). Sonralar bu alay 
Azərbaycan milli ordusunun təşkilində böyük rol oynadı. 
I Dünya müharibəsi çar Rusiyasının bütün xalq təsərrüfatını 
yenidən qurmağı, təsərrüfatın bütün ağırlıq mərkəzini müdafiə səna-
yesinə keçirməyi tələb edirdi: Azərbaycanda bu sahədə neft səna-
yesi mühüm rol oynayırdı. Müharibə illərində çıxarılan neftin hamı-
sını-80%-ni hökumət alırdı. Neft sənayesinin texniki geriliyə məruz 
qalması  çıxarılan neftin yalnız yarıdan bir qədər çoxunu emal 
etməyə imkan verirdi. Ümumi təsərrüfat düşgünlüyü xalq təsər-
rüfatının digər sahələrinə: dağ-mədən, ipəkçilik və s. təsir etmişdi. 
Gədəbəydə mis çıxarılması 1913 ildə 1,8 mln. puddan 1915 ildə 105 
min puda, mis emalı 49,2 min puddan 2,5 min puda endi (5, s. 196). 

 
232
Gədəbəydəki misəritmə zavodu hərbi sifarişlər yerinə yetirməyə 
cəlb olunduğuna görə müharibə vaxtı orada çalışan qeyri-müsəlman 
fəhlələrə möhlət verilmişdi və onlar orduya çağırılmırdı. Ölkədə 
istehsal olunan strateji məhsullardan biri pambıq idi. Cəbhə üçün 
1915-ci ildə  işləyən pambıq-parça fabriklərini xammalla təchiz 
etmək üçün dövlət komitəsi yaradılmışdı. Müharibə yeyinti, tikinti 
və b. sənaye sahələrinə də təsir etmişdi. 
Müharibə  ərəfəsində Bakıda 1897-ci ildə  fəhlələrin sayı 100 
mindən, bütün Azərbaycanda isə 242 minə çatırdı. Kənd təsərrüfatı 
fəhlələri də nəzərə alınsa, onların ümumi sayı yarım mln.-a çatırdı. 
Çar hökuməti müsəlman və türk xalqları nümayəndələrini orduya 
çağırmasada, müharibə zamanı 1915-ci il iyunun 25-də “Özgə 
xalqlardan” olan 18 yaşından 43 yaşına kimi şəxslərin (50 mindən 
çox) müharibə ilə  əlaqədar işlərə  səfərbərliyə alınması haqqında 
fərman verildi (12, s. 56). Bu tədbir Qafqazın müsəlman əhalisinin 
güclü müqavimətinə rast gəldi. Ümumi narazılıqdan ehtiyat edən 
Qafqaz hökumət orqanları II Nikolaydan “25 iyun” fərmanının ləğv 
edilməsini xahiş etməyə  məcbur oldular. Çar arxa cəbhə  işlərinə 
məcburi səfərbərliyi “könüllü” səfərbərliklə  əvəz etməyə razılıq 
verdi. “Könüllü” səfərbərlik “məcburi”dən heç də  fərqlənmirdi. 
“Könüllü” səfərbərlik nəticəsində Azərbaycanın  əmək qabiliyyətli 
kənd əhalisinin kişilərinin xeyli hissəsi təsərrüfatdan ayrılaraq cəbhə 
arxasında, xüsusən cəbhə  və  cəbhəyə yaxın yerlərdə istehkam tik-
mək, yol düzəltmək, körpülər salmaq və s. işlərdə işlədilirdi. İmpe-
rialist müharibəsi Azərbaycan kəndini təsərrüfat pozğunluğu və 
iqtisadi fəlakət həddinə çatdırmışdı. Fəhlələrin iş, məişət  şəraiti 
daha da pisləşmişdi. Bu isə fəhlə çıxışlarına, tətillərə səbəb olurdu. 
Bu tətillər 1916-cı ilin payızında geniş inqilabi vüsət alaraq 1917-ci 
ilin yanvarında daha da genişləndi. “Proqressiv blok” bütün gücünü 
mütləqiyyətin müdafiəsinə yönəltmişdisə, liberal burjua nümayən-
dələri çarizmdən güzəştlər gözləyir, ölkənin siyasi həyatında öz 
mövqelərini möhkəmlətməyə çalışırdılar. Onlar yenə ana dilində 
məktəblər açmaq və s. kimi qabaqlar irəli sürdükləri tələbləri təkrar 
edirdilər. 

 
233 
 
2. 1917-1918-ci ilin əvvəlində Azərbaycanda  
ictimai-siyasi vəziyyət.  
Azərbaycanlıların soyqırımı 
 
1916-cı ilin sonu-1917-ci ilin əvvəllərində Rusiyada inqilabi 
şərait yetişdi. Burjuaziyanın çar II Nikolayla uzun-uzadı danışıqları 
nəticə vermədi. Bolşeviklər zəhmətkeşləri çarizmə qarşı silahlı 
üsyana çağırırdılar. Petroqrad fəhlələrinin üsyanı fevralın 27-də 
qələbə çaldı, çar hökuməti devrildi. Çarizmin yıxılması xəbəri Ba-
kıya martın 2-də çatdı,  şəhərdə, mədən rayonlarında çoxminli 
mitinqlər keçirildi. Martın 7-də 52 nəfərdən ibarət Bakı Soveti 
yaradıldı, çoxluğu menşeviklər və eserlər təşkil edirdilər. Martın 17-
də Müvəqqəti hökumətin orqanı olan İctimai Təşkilatların  İcrayə 
Komitəsi təşkil edildi. Tərkibi burjuaziyadan ibarət idi. Bu orqan 
1917-ci ilin martında Müvəqqəti hökumətin yaratdığı Xüsusi 
Cənubi Qafqaz Komitəsinə tabe edildi. Beləliklə, Bakıda 2 haki-
miyyət orqanı yaradıldı: bir tərəfdən fəhlə deputatları Soveti, digər 
tərəfdən isə Ictimai Təşkilatların Icraiyyə Komitəsi. Azərbaycanın 
qəza və  şəhərlərinin bir çoxunda ikihakimiyyətlilik meydana çıxsa 
da, bəzilərində fəhlə və əsgər deputatları Sovetləri yaradıldı. 1917-
ci il martın 9-da RSDFP-nin 5 nəfərdən ibarət Xüsusi Cənubi 
Qafqaz Komitəsi (2 bolşevik və 3 menşevik) və “Hümmət”in 
müvəqqəti Komitəsi seçildi. Martın 27-də müsəlman ictimai təşki-
latlarının yığıncağında Bakı müsəlman ictimai təşkilatları Sovetinin 
müvəqqəti Komitəsi təşkil edildi (neft sənayeçisi  Ş.Əsədullayev, 
müsavatçıların rəhbərlərindən M.Ə.Rəsulzadə  və b.). Cənubi Qaf-
qazdakı milli şuralar içərisində ən nüfuzlusu Bakı Müsəlman Milli 
Şurası idi. 
Fevral inqilabından sonra Azərbaycanda başlanan milli-
azadlıq hərəkatının əsas cəhətləri: 
1)
 
milli hərəkatın daha kütləvi səciyyə alması, 
2)
 
hərakata milli ziyalıların rəhbərlik etməsi; 

 
234
3)
 
əhalinin bütün təbəqələrinin milli dövlətçilik ideyası 
ətrafında birləşməsi (5, s. 311). 
1917-ci il aprelin 15-20-də Bakıda keçirilən Qafqaz 
müsəlmanlarının qurultayı Rusiya müsəlmanlarının birləşdirilməsi 
şüarı altında keçdi. Bu qurultayda yaranmış zəmin əsasında 1917-ci 
ilin iyun ayının ikinci yarısında federalistlər (Türk Ədəmi 
Mərkəziyyət Partiyası) Müsavatla birləşdi və Türk Federalist Müsa-
vat Partiyası adlandı. 1917-ci il mayın 1-də Ümumrusiya müsəl-
manlarının qurultayı  Şəmsi  Əsədullayevin Moskvada tikdirdiyi və 
müsəlmanların sərəncamına verdiyi binada açıldı. Qurultayın gün-
dəliyinə milli-məhəlli muxtariyyət, maarif, mədəniyyət, müəssislər 
məclisi, siyasi təşkilatlar və s. məsələlər daxil edilmişdi (44). 1917-
ci ilin martında Bakıda bolşeviklərin “Ədalət” təşkilatı yaradıldı. Bu 
təşkilat Azərbaycanın cənubundan  şimala kəsbkarlığa gəlmiş 
fəhlələr arasında inqilabi iş görmək və  İranın inqilabi-demokratik 
qüvvələri ilə  əlaqə yaratmaq məramına xidmət edirdi. 1917-ci ilin 
avqustunda “Birlik” təşkilatı yaradıldı. 1917-ci il oktyabrın 26-da 
Müsavat Partiyasının I qurultayı oldu. 1917-ci ildə Azərbaycanda 
milli-azadlıq uğrunda mübarizə 3 istiqamətdə aparılırdı: 
1) müvəqqəti hökumətin əsarət altında olan xalqlar barəsində 
yeritdiyi müstəmləkəçilik siyasətinə qarşı; 
2) Sovetlərə qarşı; 
3)ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımın 
qarşısının alınması. 
1917-ci il oktyabrın 25-də Petroqradda bolşevik çevrilişi nəti-
cəsində Müvəqqəti hökumət devrildi. Oktyabrın 25-26-da V.İ.Lenin 
başda olmaqla sovet diktaturasının  əsası qoyuldu (5, s. 312). 
Bundan sonra Azərbaycanda başlayan istiqlaliyyət uğrunda mü-
barizə 1918-ci ilin may ayında milli dövlətçiliyin bərpası ilə  nəti-
cələndi. 

Yüklə 2,42 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə