İradə nuriyeva


XVII FƏSİL  AZƏRBAYCAN II DÜNYA MÜHARİBƏSİ



Yüklə 2,42 Kb.
Pdf görüntüsü
səhifə26/30
tarix28.04.2017
ölçüsü2,42 Kb.
1   ...   22   23   24   25   26   27   28   29   30

XVII FƏSİL 
AZƏRBAYCAN II DÜNYA MÜHARİBƏSİ 
DÖVRÜNDƏ (1939-1945-ci illər) 
 
Plan: 
1. II Dünya müharibəsinin başlanması və müharibə edən 
dövlətlərin Azərbaycana dair planları. 
2. Azərbaycan döyüşçüləri ön cəbhədə, antifaşist Müqavimət və 
partizan hərəkatında. 
3. Faşist Almaniyası üzərində qələbədə Azərbaycan neftinin 
həlledici rolu. 
4. Cənubi Azərbaycan II dünya müharibəsi illərində. 
 
1. II Dünya müharibəsinin başlanması  
və müharibə edən dövlətlərin Azərbaycana dair planları 
 
1939-cu il sentyabrın 1-də Almaniya Polşa üzərinə hücum et-
di. Bir gün sonra İngiltərə  və Fransa Almaniyaya müharibə elan 
etdilər. II Dünya müharibəsi başlandı. “Barbarossa” planına əsasən 
1941-ci il iyunun 22-də faşist Almaniyası SSRİ-yə hücum etdi. 
Rozenberqin “Qafqazın idarə olunması planı”na görə ilk vaxtlar 
Azərbaycanda komissarlıq adlanan idarə forması yaradılmalı və iqa-
mətgahı Tiflisdə yerləşən Qafqaz reyxskomissarlığına tabe edilməli 
(55, s. 12), digər plana görə türk xalqları yaşayan ərazilərdən ibarət 
“Böyük Türküstan” dövləti yaratmaq idi (85, s. 33). 
Hitler hələ 1941-ci ilin martında Bakı  zəbt edildikdən sonra 
neftin hasil edilməsi, emalı  və daşınmasını Almaniyanın “Konti-
nental neft cəmiyyəti”nə tapşırmaq göstərişini vermişdi. Hitlerin 
“Edelveys” planına görə Bakı 1941-ci il sentyabrın 25-də tutulmalı 
idi. 
ABŞ  və Böyük Britaniya da Qafqaza, xüsusilə  də Azərbay-
cana sahib olmaq istəyirdilər.  “Vilvet” planında Sovet ordusunun 
Qafqazdan çıxarılıb Stalinqrada aparılÛ

 
273 
Britaniya hərbi qüvvələrinin yerləşdirilməsi nəzərdə tutulurdu. On-
lar bu üsulla Qafqazı, xüsusilə Azərbaycanı SSRİ-dən ayırmaq istə-
yirdilər. SSRİ  rəhbərliyinin planına görə isə Azərbaycan  əhalisi 
Mərkəzi Asiya və Qazaxıstana köçürülməli idi. Lakin M.C.Bağırov 
gətirdiyi tutarlı dəlillərlə Stalini bu fikirdən daşıdıra bildi. 
 
2. Azərbaycan döyüşçüləri ön cəbhədə, antifaşist 
Müqavimət və partizan hərəkatında 
 
Müharibənin ilk günlərində 40 mindən çox oğlan və qız cəb-
həyə könüllü getmək üçün icazə istədi. Azərbaycanda 1941-ci ilin 
avqustunda 402-ci, oktyabrında 223-cü, 1942-ci ilin mart-sentyabr 
aylarında 416-cı, avqust-sentyabrda 271-ci milli atıcı diviziyalar 
yaradıldı. Krımın müdafiəsində şəxsi heyətinin çoxunu itirmiş 77-ci 
diviziya 1942-ci ilin mayında respublikada yenidən yığıldı (101. s. 
12). Ümumiyyətlə, sovet ordusuna 640 minə yaxın azərbaycanlı, o 
cümlədən 10 min qadın səfərbərliyə alınmşdı. 
1941-ci ilin dekabrında Novqorod yaxınlığında Pustinka 
kəndi uğrunda gedən döyüşlərdə kiçik leytenant İsrafil Məmmədov 
azərbaycanlılar arasında ilk dəfə Sovet İttifaqı Qəhrəmanı fəxri adı 
aldı. Moskva ətrafında döyüşlərdə  Həzi Aslanov “Qırmızı ulduz” 
medalı ilə, Borodino çölündəki döyüşlərdə pulemyotçu İdris Vəli-
yev (50 nəfərdən çox düşmən məhv etmiş) , təyyarəçi Hüseynbala 
Əliyev Leninqrad səmasında (6 düşmən təyyarəsi vurub), Mozdok 
rayonu uğrunda 402, 416, 223-cü Azərbaycan diviziyaları, Kerç, 
Rostov, Stavropol və Mozdok uğrunda 77-ci diviziya, Tuapse uğ-
runda Qafur Məmmədov, və b. igidlikləri ilə fərqlənmişlər. Polşa və 
Çexoslovakiya uğrunda 271-ci diviziyadan Ziya Bünyadov və 20 
nəfər azərbaycanlı Sovet İttifaqı  Qəhrəmanı adına layiq görül-
müşlər. 1942-ci ilin dekabrında Stalinqrad uğrunda döyüşdə qəhrə-
manlıq göstərdiyinə görə H.Aslanov Sovet İttifaqı Qəhrəmanı adına 
layiq görüldü. 1944-cü ildə H.Aslanov ikinci dəfə Sovet İttifaqı 
qəhrəmanı adı ilə  təltif olundu, lakin bu haqda fərman onun ölü-
mündən 47 il sonra, 1991-ci ildə həyata keçirildi. H.Aslanov 1945-

 
274
ci il yanvarın 24-də döyüş  əməliyyatları getməyən bir yerdə mü-
əmmalı  şəkildə  həlak oldu (7, s. 63). 1943-cü ilin yayında H.Əj-
dərov Oryol şəhəri üzərinə  qələbə bayrağını sancdı. Hərbi təyya-
rəçilər Adil Quliyev və Züleyxa Seyidməmmədova da fərqlənir-
dilər. 416-cı diviziya mayın 2-də Berlinin Brandenburq darvazası 
üzərinə  qələbə bayrağı sancmışdı. Reyxstaqın alınmasında göstər-
diyi rəşadətə görə Yusif Sadıqov Sovet İttifaqı  Qəhrəmanı adına 
layiq görülmüşdü. Mehdi Hüseynzadə Mixaylo ləqəbi ilə Yuqosla-
viyada partizan dəstəsinin kəşfiyyatçı-təxribat qrupuna rəhbərlik et-
mişdi və 1944-cü ildə qeyri-bərabər döyüşdə son gülləni özünə 
vuraraq 26 yaşında həlak olur. 1957-ci ildə ona ölümündən sonra 
Sovet  İttifaqı  Qəhrəmanı adı verildi. Smolenskidə  İsmayıl  Əliyev, 
Belorusiyanın Borisov şəhərində  Ələkbər  Əliyev, Polşada Hadı 
Qiyasbəyov və Mirzəxan Məmmədov, İtaliyada Əli Babayev, Vila-
yət Hüseynov, Əkbər Ağayev kimi qəhrəmanlarımız partizan hərə-
katlarında  şücaətlə vuruşmuşlar. Azərbaycandan 121 nəfər Sovet 
İttifaqı Qəhrəmanı adına layiq görüldü. 30 nəfər “Şöhrət” ordeninin 
hər 3 dərəcəsi ilə, 175 min nəfər isə müxtəlif orden və medallarla 
təltif edildi (12, s. 170-171). 
Azərbaycan siyasi mühacirəti.  Sovet rejimi yarandıqdan 
sonra xarici ölkələrə mühacirətə getmiş azərbaycanlılardan çoxu 
Almaniyanın Sovet imperiyasına qalib gəldiyi təqdirdə Azərbay-
canın milli istiqlal qazanacağına ümid bəsləyirdilər. Mayor Əbdür-
rəhman Fətəlibəyli-Düdənginski Baltikyanı  ərazilərdə almanlara 
əsir düşmüş, 1941-ci ildə Hitlerə azərbaycanlılardan ibarət hərbi 
hissə yaratmaq haqqında müraciət etmiş, 1941-ci ildə M.Ə.Rəsul-
zadə Almaniyaya dəvət olundu. Hitler 1941-ci il dekabrın 22-də 
Qafqaz müsəlmanlarından ibarət xüsusi milli hərbi hissələr yaradıl-
ması haqqında sərəncam verdi. 1943-cü ildə Azad türk diviziyası 
yaradıldı. Azərbaycanlılardan təşkil olunmuş legion da onun tərki-
binə daxil olundu. 1943-cü ilin yazında Berlində Milli Azərbaycan 
Komitəsi təşkil olundu. 
Faşistlərin planına görə Guzey və Güney Azərbaycan Alma-
niyanın gələcəkdə yaratmaq istədiyi “Böyük Türküstan” dövlətinin 

 
275 
əyaləti olmalı idi. M.Ə.Rəsulzadə Hitlerin Azərbaycan haqqında 
niyyətlərini başa düşdükdən sonra onu öz çıxışlarında ifşa etdi. An-
tifaşist çıxışlarına görə M.Ə.Rəsulzadə Almaniyadan getməyə məc-
bur oldu. Lakin bəziləri hələ  də Almaniyaya inanırdı. 1943-cü il 
noyabrın 6-da Berlində azərbaycanlıların milli qurultayı keçirildi. 
1943-cü ilin payızında Berlində mühacir Azərbaycan Parlamenti və 
hökuməti yaradıldı. Başçı  Ə.Fətəlibəyli-Düdənginski idi. Alman 
hökuməti “Mühacir Azərbaycan hökuməti”ni tanıdı. Bu “hökumət” 
1944-cü ilin qışınadək fəaliyyət göstərmişdi. 
Azərbaycan milli legionu Fransanın cənubunda almanlarla 
birlikdə müttəfiqlərin qoşunlarına qarşı vuruşurdular. Məğlub ola-
raq  İtaliyanın  şimalına çəkildi. Mühaibə qurtarandan sonra bitərəf 
ölkələrin  ərazilərinə köçdülər. Çox hissəsi Türkiyədə  məskunlaşdı. 
Vətənə qayıdanlar isə təqib və sürgünə məruz qaldılar. 
 
3. Faşist Almaniyası üzərində qələbədə Azərbaycan 
neftinin həlledici rolu 
 
1942-ci il sentyabrın 9-da Cənubi Qafqaz respublikalarında, o 
cümlədən Azərbaycanda hərbi vəziyyət elan edildi. 1941-ci il iyu-
nun 28-dən etibarən Azərbaycanda bütün işlər müharibənin tələbl-
ərinə uyğun quruldu. İş günü 11 saat, özbaşına işdən getmək 5-8 il 
həbs cəzası ilə müəyyən edildi. Məzuniyyətlər ləğv edildi. Ərzaq və 
sənaye məhsullarınin satışı üzrə kartoçka sistemi tətbiq edildi. 
Azərbaycan müharibə dövründə ölkəyə 75 mln. ton neft, 22 mln.ton 
benzin vermişdir. Bakı ölkə neftinin 70-75%-ni, benzinin 85-90%-
ni vermişdi (102, v. 5). Azərbaycanın neft emalçıları 1941-ci ildə 
neft emalı planını 102,4 faiz, yeni növ benzin istehsalını 118 faiz 
yerinə yetirmişdilər. Cəbhə 1339 cəbhəyə min ton benzin, o cüm-
lədən 218169 ton B-78, 203996 ton B-74, 325148 ton B-70 markalı 
benzin almışdır (102, v. 1-4).  1942-ci ildə Bakı neft emalçıları 
aviabenzin planını 114,4 faiz odənilmişdir. Cəbhəyə 340,1 min ton 
aviabenzin gondərilmişdi (102, v. 1-4). 1943-cü ildə hasil olunmuş 
11839 min ton neftdən 5 milyon ton neft məhsulları, o cümlədən 

 
276
795 min ton benzin, 3332 min ton liqroin, ağ neft, dizel yanacağı, 
640 min ton donanma mazutu və solyar yağı, 420 min ton aviayağ 
və avtol alınmışdı. 1944-cü ildə plandan əlavə 450 ton neft məh-
sulları istehsal olunmuşdu. 1941-1945-ci illərdə Bakının neft emalı 
zavodları bir milyon ton və ya 20540-dan çox sistern B-78 avia-
benzini göndərmişdir.  Demək olar ki, müharibədə ordunun döyüş 
texnikasının 75-80 faizi Azərbaycan neftçilərinin qəhrəman  əməyi 
nəticəsində  hərəkətə  gətirilmişdir (7, s. 19-20). Bakıda “Katyuşa” 
raketi, “Şnakin” pulemyotu, “YAK-3” qırıcı təyyarəsi, 130-dan çox 
silah növü və  hə

 
277 
oyanış və aşkar mədəni dirçəliş 1946-cı ildə Milli hökumətin qısa-
müddətli fəaliyyəti dövründə milli mədəniyyətin tərəqqisinə möh-
kəm zəmin vermişdi. 
 
4. Cənubi Azərbaycan II 
Dünya müharibəsi illərində 
 
Müharibənin  əvvəllərində  İran hökuməti öz bitərəfliyini elan 
etsə də, Rza şah və onun dairələri açıq nasistpərəst mövqe tutmuş, 
ölkəni Almaniya kəşfiyyatının fəaliyyət meydanına çevirmişdilər. 
Buna görə  də 1921-ci il Sovet-İran müqaviləsinin 6-cı maddəsinə 
görə, 1941-ci il avqustun 25-də SSRİ, az sonra Böyük Britaniya, 
1942-ci ilin dekabrında ABŞ  İrana qoşun yeritdilər. Bütövlükdə 
İran, habelə Cənubi Azərbaycan, müttəfiqlərin Sovet İttifaqını hərbi 
sursat və texnika, ərzaqla təmin edən  ən mühüm nəqliyyat arteri-
yasına çevrildi. 
Rza  şahın hərbi-polis rejimi iflasa uğradı. 1941-ci ilin sent-
yabr-oktyabr aylarından burada geniş xalq kütlələrinin mitinq və 
nümayişləri genişləndi. Demokratik hərəkatın 1941-1945-ci illəri 
əhatə edən I mərhələsində  dərketmənin, milli şüurun misilsiz in-
kişafı oldu. Xalq kütlələri ana dilində danışmağa, yazıb-oxumağa, 
yaratmağa başladılar. 1945-ci ilin yayından başlayan II mərhələdə 
İranın hakim təbəqələri demokratik hərəkatın qarşısını almaq üçün 
vəziyyəti hər vasitə ilə gərginləşdirməyə, etnik toqquşmaları qızış-
dırmağa çalışır, vətəndaş müharibəsi salmaqdan çəkinmirdilər. 
 
 
 
 

 
278
 
XVIII FƏSİL 
MÜHARİBƏDƏN SONRA AZƏRBAYCANIN  
SOSİAL-İQTİSADİ VƏ SİYASİ İNKİŞAFI  
(1945-1991-ci illər) 
 
I BƏND:  
XX əsrin 40-60-cı illərində Azərbaycanda sosial-iqtisadi  
və siyasi vəziyyət. Milli meyllərin güclənməsi 
 
Plan: 
1. 40-60-cı illərdə Azərbaycanda sosial-iqtisadi və siyasi vəziyyət. 
2. Azərbaycanlıların Ermənistandan-tarixi etnik torpaqlarından 
kütləvi surətdə deportasiyası. 
3. Cənubi Azərbaycanda 21 Azər hərəkatı. Milli hökumətin 
yaradılması. 
 
1. 40-60-cı illərdə Azərbaycanda sosial-iqtisadi  
və siyasi vəziyyət 
 
Müharibədən sonra Sovet rejimi dünyada öz nüfuzunu daha 
da artırdı. Mərkəzdə bütün siyasi hakimiyyət Stalinin, respublika-
larda isə Kommunist Partiyası  Mərkəzi Komitələri Birinci katiblə-
rinin  əlində  cəmləşdirildi. Azərbaycanda totalitar rejimin təmin 
olunmasında M.C.Bağırovun  şəxsi nəzarəti altında işləyən Dövlət 
Təhlükəsizlik və Daxili İşlər Nazirliyinin rolu gücləndi. Mühari-
bədən sonrakı dövrdə Azərbaycan xalqının tarixinin saxtalaşdırıl-
ması, xalqın soykökünün öyrənilməsində qəsdən dolaşıqlıq yaradıl-
ması, Şimali Azərbaycanın Rusiya tərəfindən işğal edilməsi, Azər-
baycan Cümhuriyyəti tarixinin və digər tarixi proseslərin ciddi təh-
rif olunması  ən yüksək mərhələyə çatdı. 1949-cu ildə “XIX əsr 
Azərbaycanda ictimai və fəlsəfi fikir tarixindən” əsərində Şeyx Şa-
mil hərəkatını Rusiyanın müstəmkəkəçilik siyasətinə qarşı mübarizə 

 
279 
kimi qiymətləndirdiyinə görə görkəmli filosof, akademik Heydər 
Hüseynov ona verilən “Stalin” mükafatının geri alınmasına və haq-
sız təzyiqlərə məruz qalmasına dözməyərək intihar etdi. Bu dövrdə 
bir çox Azərbaycan alimləri və  ədəbiyyat xadimləri də haqsız 
təqiblərin qurbanı oldular. İnzibati amirlik idarə forması mövcud 
quruluşa qarşı gizli siyasi mübarizə  cəhdlərinə  gətirib çıxarmışdı. 
Ali məktəb tələbələrindən Gülhüseyn Hüseynoğlu,  İsmixan Rəhi-
mov, Hacı Zeynalovun başçılığı ilə  “İldırım” adlı  gənclər təşkilatı 
yaradılmışdı. 
1945-1954-cü illərdə Almaniyanın Münhen şəhərində  fəaliy-
yət göstərən “Azadlıq” radiosunda Azərbaycan şöbəsinin redaktoru 
Əbdürəhman Fətəlibəyli-Düdənginski də sovet rejiminə qarşı ideo-
loji mübarizə aparmışdı. O, 1954-cü ildə Sovet casusu tərəfindən 
öldürülmüşdü. Daxildə Sovet hakimiyyətinə qarşı “gizli” mübarizə 
cəhdləri göstərilsə də, heç bir nəticə verməmişdi. Xaricdə isə azər-
baycanlı mühacirlər Sovet rejimi əleyhinə ideoloji mübarizəni 
maarifçilik vasitəsilə davam etdirdilər. M.Ə.Rəsulzadə 1949-cu ildə 
Ankarada istiqlal ideyalarını  təbliğ edən “Azərbaycan Kültür dər-
nəyi”ni yaratmışdı-əsas məqsəd xalqı maarifləndirmək idi. 
İqtisadi və sosial həyat. Müharibə Azərbaycana, onun təsər-
rüfatına ciddi ziyan vurmuşdu. İndi vəzifə təsərrüfatı bərpa və inki-
şaf etdirməkdən ibarətdir. Son 10 ildə 108 yeni sənaye müəssisəsi 
tikildi. 1948-ci ildə dünyada ilk dəfə açıq dənizə neft-mədən esta-
kadaları quruldu. Neft daşlarında 1949-cu il noyabrın 7-də ilk dəniz 
neft quyusu fontan vurdu. 50-60-cı illərdə Yeni Bakı Neftayırma, 
1961-ci ildə Qaz emalı zavodları isə salındı. Sumqayıtda kimya, 
boru prokatı, sintetik kauçuk zavodları istifadəyə verildi. 1945-
1950-ci illərdə ölkədə 7 istilik və su-elektrik stansiyaları inşa olun-
du. 1954-cü ildə Abşeron DRES (Dövlət rayon elektrik stansiyası) 
və Mingəçevir su-elektrik stansiyası, Daşkəsəndə dəmir filizi üçün 
saflaşdırma kombinatı istifadəyə verildi. 1951-ci ildə Qaradağ se-
ment zavodu işə düşdü. 1958-1966-cı illərdə Mingəçevirdə kabel, 
Bakıda poladəritmə, soyuducu və  şin, Sumqayıtda super fosfat və 
kimya kombinatı, Gəncədə alüminium zavodları  işə salındı. 60-cı 

 
280
illərdə Əli Bayramlı istilik-elektrik stansiyası işə düşdü. 1964-cü il-
də Naxçıvanda Bakı radio zavodunun filialı açıldı. 50-60-cı illərdə 
Azərbaycanda onlarla yeni yüngül sənaye müəssisələri yaradıldı. 
1962-ci ildə Bakı-Krasnovodsk gəmi-bərə yolu istifadəyə verilmiş-
di. 1967-ci ildə Yevlax-Bərdə-Ağdam dəmir yolu işə salındı. 
Bu dövrdə Yuxarı Qarabağ, Samur-Abşeron kanalları  işə sa-
lındı. 50-60-cı illərdə Azərbaycan SSR-in iqtisadiyyatında müəyyən 
irəliləyiş baş versə də, xalq təsərrüfatında mövcud olan mənfi pro-
seslər getdikcə  dərinləşirdi, dövlətin keçirdiyi iqtisadi islahatlar 
səmərə vermirdi. 1947-ci ildə kartoçka sistemi ləğv edildi. 1947-
1952-ci illərdə istehlak mallarının satış qiyməti aşağı endirilsə  də, 
əhalinin alıcılıq qabiliyyəti aşağı idi. Kəndlilərin maddi vəziyyəti 
daha pis, kənd təsərrüfatı  məhsullarının qiyməti ucuz, kənddə 
satılan malların qiyməti isə baha idi. 
50-ci illərin sonlarında respublikada əhalinin sayı müharibə-
dən əvvəlki səviyyəyə çatmışdı. 60-cı illərin sonunda isə 5 milyonu 
ötüb keçmişdi. 1961-ci ildə növbəti pul islahatı keçirildi. 50-60-cı 
illərdə respublika əhalisinin məişət  şəraitində müəyyən dəyişiklik 
baş verdi. Mənzil tikintisi xeyli genişləndirildi. Bakıda indiki Şəh-
riyar adına klub, Hökumət evi, Respublika stadionu, Akademiya 
şəhərciyi, Bakı hava limanı, Dövlət sirki və s. tikildi. 1956-cı il 
fevralın 14-də Azərbaycan televiziyası  fəaliyyətə başladı. 1967-ci 
ildə Bakı metropoliteninin 6 stansiyası istifadəyə verildi. 
1945-ci ildə ümumtəhsil məktəblərində buraxılış imtahanları 
müəyyən olundu. Ən yaxşı şagirdlərə qızıl və gümüş medalları təsis 
edildi. 1959-cu ildən icbari səkkizillik təhsil müəyyən edildi. 1966-
cı ildə  məcburi onillik təhsilə keçildi. Texniki peşə  məktəblərinin 
şəbəkəsi genişləndirildi. Teatr, Xarici dillər, Politexnik və Rus Dili 
və  Ədəbiyyatı institutları bu dövrdə açılmışdı. Azərbaycan SSR-in 
güclü elmi patensialı var idi. Akademiyada onun ilk prezidenti 
Mirəsədulla Mirqasımov, M.Topçubaşov, Y.Məmmmədəliyev kimi 
görkəmli alimlər çalışırdı. Ü.Hacıbayovun, Heydər Hüseynovun, 
Əbülfəz Dəmirçizadənin, Feyzulla Qasımzadənin, Həmid Araslının, 
Ziya Bünyadovun tariximizə dair qiymətli tədqiqatları xalqın mənə-

 
281 
vi sərvətinə çevrildi. Qobustan qayaüstü təsvirlərinin, Azıx mağara-
sında qədim insan izlərinin aşkar və tətdiq edilməsi tarix elminə ən 
dəyərli töhfə idi. Müharibədən sonrakı illərdə Respublikada 100-
dən çox qəzet və jurnal nəşr edilirdi. Bu illərdə Azərbaycan musi-
qisi də xeyli inkişaf etmişdi. Ü.Hacıbəyovun, Q.Qarayevin, A.Məli-
kovun, C.Cahangirovun, Niyazinin musiqimizin inkişafında mühüm 
rolu olmuşdu. Xan Şuşinskinin, Bülbülün, Rəşid Behbudovun, Sara 
Qədimovanın,  Şövkət  Ələkbərovanın ifaçılıq sənətinin yüksəlmə-
sində boyük rolu olmuşdur. Teatr sənəti, Azərbaycan kinosu, rəs-
samlıq, heykəltəraşlıq və s. yüksəliş dövrünü keçirirdi. Görkəmli 
aktyorlardan  Ələsgər  Ələkbərov, Mərziyə Davudova, Leyla Bədir-
bəyli, Möhsün Sənani, Nəsibə Zeynalova və b. Azərbaycan səhnə-
sində yadda qalan obrazlar yaratmışlar. 1945-ci ildə çəkilmiş “Arşın 
mal alan”, 1956-cı ildə “O olmasın, bu olsun”, 1958-ci ildə “Uzaq 
sahillərdə” filmləri kino sənətimizin uğurlu əsərləri idi. Məşhur rəs-
samlardan Səttar Bəhlulzadə, Tahir Salahov, Mikayıl Abdullayev, 
Maral Rəhmanzadə, Toğrul Nərimanbəyov, xalçaçı  rəssam Lətif 
Kərimov və b., heykəltəraşlardan Fuad Əbdürrəhmanov, Cəlal Qar-
yağdı oğlu, Ömər Eldarov və Tokay Məmmədov öz möhtəşəm əsər-
lərini yaratmışlar. 
 
2. Azərbaycanlıların Ermənistandan-tarixi etnik 
torpaqlarından kütləvi surətdə deportasiyası 
 
Sovet dövlətinin xalqlar arasında münaqişə ocaqlarını saxla-
maq siyasəti çar Rusiyasının uzun illər yeritdiyi müstəmləkəçilik 
siyasətinin davamı idi. Münaqişə ocaqlarından  ən ziddiyyətlisi 
Azərbaycanın Dağlıq Qarabağ bölgəsində idi. 
Hələ 40-cı illərin ortalarında Moskvadakı erməni lobbisinin 
başçısı A.Mikoyanın təşəbbüsü ilə Ermənistanda gizli “Qarabağ 
komitəsi” yaradılmışdı. 1945-ci ilin payızında Ermənistan rəhbərliyi 
tərəfindən növbəti dəfə Dağlıq Qarabağı onlara vermək haqqında 
Sovet hökuməti qarşısında məsələ qaldırıldı. M.C.Bağırov əhalisinin 
əksəriyyəti azərbaycanlılardan ibarət olan Şuşa rayonundan 

 
282
başqa, Qarabağın dağlıq hissəsinin Ermənistana verilməsinə bu 
şərtlə razılığını bildirdi ki, müxtəlif dövlərdə Ermənistana və digər 
qonşu respublikalara verilmiş tarixi Azərbaycan torpaqları 
Azərbaycana qaytarılsın. Buna heç kəs razı olmadı, çünki Türkiyə ilə 
Azərbaycanın arasında yaradılmış “erməni  ərazisi” bununla ləğv 
edilərdi. Bu problem bütün ölkə üçün fəlakət gətirə bilər. Ona görə də 
ermənilərin ərazi iddiaları rədd edildi (7, s. 135). 
Moskva  əks tədbirlər görməyə başladı.  1946-cı ilin oktyab-
rında xaricdə yaşayan ermənilərin Ermənistana köçürülməsi haq-
qında qərar qəbul etdi (17, s. 42). Bu köçürmə azərbaycanlıların 
yaşadıqları torpaqların boşaldılması hesabına həyata keçirilməli idi. 
Buna görə  də SSRİ Nazirlər Soveti 1947-ci il dekabrın 23-də 
“Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı 
əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi 
haqqında” qərar qəbul etdi (7, s. 135). 1948-ci il 10 mart tarixli 
daha bir qərarla bu işi həyata keçirmək üçün tədbirlər planı 
müəyyən olundu. 1948-1953-cü illərdə Ermənistan SSR-də yaşayan 
300 min azərbaycanlı zorla Saatlı,  İmişli, Göyçay, Kürdəmir, 
Sabirabad kimi aran rayonlarına köçürüldü. Minlərlə adam kəskin 
iqlim dəyişikliyinə dözməyərək həlak oldular. 
Stalin-Beriya-Mikoyan üçlüyünün siyasəti nəticəsində Ermə-
nistanda azəbaycanlıların sayı azaldı, Azərbaycanda isə ermənilərin 
sayı artırıldı. Yeni yaradılan sənaye mərkəzlərində-Sumqayıt,  Əli 
Bayramlı, Mingəçevir, Daşkəsən və b. şəhərlərə minlərlə erməni kö-
çürüldü. Yuxarı Qarabağda, Gəncədə, Bakıda erməni lobbisi güc-
ləndi. 40 il sonra 80-ci illərin sonunda isə azərbaycanlılar Ermənis-
tandan zorla çıxarıldı. Demək olar ki, azərbaycanlıların Ermənistan 
ərazisindən məqsədyönlü, kütləvi  şəkildə deportasiyası prosesı 
1980-ci illərin sonunda başa çatdırıldı. Bütün bunlara real siyasi 
qiymət ilk dəfə Azərbaycan Respublikası Prezidenti H.Əliyev  tə-
rəfindən 1997-ci il dekabrın 18-də imzaladığı “1948-53-cü illərdə 
azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik tor-
paqlarından kütləvi surətdə deportasiyası haqqında” fərmanla 
verdi. Bu sənədlə son iki əsr  ərzində azərbaycanlılara qarşı  tətbiq 

 
283 
edilən etnik təmizləmə və soyqırım siyasətinin mürtəce mahiyyəti 
dünya ictimaiyyətinə çatdırıldı. Azərbaycan SSR Ali Sovetinin 
Rəyasət Heyəti 1969-cü il mayın 7-də sərhəd rayonlarında 2 min 
ha çox Azərbaycan torpağının Ermənistana verilməsi haqqında hələ 
1938-ci il mayın 5-də verilmiş qərarı təsdiq etdi. Lakin 1969-cu ilin 
iyulunda hakimiyyətə  gələn  Heydər  Əliyev bu qərarın icrasına 
imkan vermədi. 
1953-cü il martın 5-də  İ.V.Stalin vəfat etdi və 1953-cü ilin 
sentyabrında N.S.Xruşşov Sov. İKP MK-nın Birinci katibi seçildi. 
Xruşşov Stalinin yaxın adamlarını, o cümlədən M.C.Bağırovu da 
1953-cü ilin iyulunda vəzifədən azad etdi. M.C.Bağırov 1956-cı ilin 
aprelində xalq düşməni kimi ölüm cəzasına məhkum edildi. 1954-
cü ildə Azərbaycan KP Mk-nın Birinci katibi İmam Mustafayev 
oldu. O, respublikanın iqtisadi müstəqilliyinin təmin olunmasına ça-
lışdı. Sənayenin sürətli inkişafı nəticəsində Bakıda azərbaycanlıların 
sayı xeyli artdı. Xruşşovun Bakını Azərbaycanın tərkibindən çıxarıb 
birbaşa Moskvaya tabe etmək planı pozuldu. 
İ.Mustafayev Azərbaycan dilinin rəsmi dövlət dili statusu 
almasına çalışdı, kargüzarlıq işlərinin ana dilində aparılması üçün 
tədbirlər gördü. 1956-cı ildə Konstitusiyaya dövlət dilinin Azərbay-
can dili olması haqqında yeni maddə əlavə edildi (123, v. 12). 1956-
cı ilin mayından məhkəmə quruculuğu, mülki sinayət və məhkəmə 
məcəllələrinin qəbulu Respublikanın ixtiyarına verildi. Siyasi məh-
bus saxlanılan düşərgələrə  rəhbərlik edən  İslak  Əmək Düşərgələri 
Baş İdarəsi (QULAQ) ləğv edildi. Repressiyaya məruz qalmış yüz-
lərlə azərbaycanlıya bəraət verildi. Onların üzərindən “xalq düş-
məni” damğası götürüldü. Lakin xaricə mühacirət etməyə %

 
284
nikumu Azərbaycanın Xanlar rayonuna köçürüldü. Erməni Pedaqoji 
İnstitutundakı Azərbaycan şöbəsi bağlandı. Ermənistanda Azərbay-
can dilində  çıxan qəzetlər, C.Cabbarlı adına  İrəvan Azərbaycan 
Dram Teatrı bağlandı. 
1958-ci ildə bütün ermənilərin katalikosu II Vazgen Bakıya 
səfər edərək Dağlıq Qarabağın Ermənistana verilməsini, Bakıda 
erməni ruhani seminariyasının açılmasını, Bakıdakı erməni kilsəsin-
dən hər səhər zəng vurulmasını təklif etdi. Lakin rədd cavabı aldı. 
1959-cu ildə İ.Mustafayev millətçilikdə təqsirləndirilərək vəzifədən 
azad edildi, onun yerinə Vəli Axundov təyin edildi (12, s. 203). 
1962-ci ildə gizli yığıncaqda “Milli Azərbaycan Qərargahı” 
(MAQ) yaradıldı. Oqtay Rəfili onun sədri, Xudu Məmmədov isə 
sədr müavini seçildi. Onlar bir neçə mühüm vəzifəyə milli kadrların 
təyin edilməsinə nail oldular. 
1965-ci ildə uydurma “erməni soyqırımı”nın 50 illiyi qeyd 
edildi. “Qarabağ Komitəsi” açıq fəaliyyətə başladı. 1967-ci ildə 
Xankəndində bir neçə azərbaycanlı  qətlə yetirildi. Respublika rəh-
bərliyi isə seyrçi mövqe tuturdu. 

Yüklə 2,42 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə